Məhkəmə qərarları › İş №1-1(093)-181/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-181/2023

17.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-181/2023 17.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri EKOL vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx N04-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artileriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının 1-ci taqım 2-ci topun heyət nəfəri, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Fərəcov X6 Nazirliyinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilerriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının 1-ci taqım 2-ci topun heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi hissə tərəfindən verilmiş N iyul N23-cü il tarixli, 2244 nömrəli göndəriş vərəqəsi əsasında həmin gün müayinədən keçməsi üçün Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gətirilmiş, növbəti gün, yəni 4 iyul N23-cü il tarixdə müayinələrdən keçərkən xidmət yerini özbaşına tərk edərək ailəsinin yaşadığı Şirvan şəhərinə getmiş və 16 iyul N23-cü il tarixdə Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularına təhvil verilməklə on gündən artıq, lakin bir aydan çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o xidmətdə olarkən N23-cü ilin ilin iyul ayının əvvələrində psixiatriyadan müayinə və müalicə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyyə edilmiş, hospitala gəlməmişdən bir neçə gün əvvəl bacısı X3 ilə danışarkən sonuncu anası Şahid1 xəstə olduğunu ona bildirmiş, buna görə yaşadığı Şirvan şəhərinə getməyi qərara almış, psixiatriya bölməsinin yanındakı hasardan tullanraq hospitalın ərazisini tərk edib ailəsinin yaşadığı Şirvan şəhərinə getmişdir. 16 iyul N23-cü il tarixdə gecə saatlarında anası Şahid1 onu yuxudan oyadaraq, yaşadıqları binanın qarşısına gəlməyini bildirmiş, o çölə çıxmış və bu vaxt 1-ci Hərbi Polis bölməsinin əməliyyatçılarının binanın qarşısında olduğunu görmüş, onlar onu avtomobilə mindirərək 1-ci Hərbi Polis bölməsinə gətirmiş və həmin gün axşam onu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Məhəmməd Bağıyevə təhvil vermişlər. Şahid1 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs N yanvar N23-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, 0N iyul N23-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gətirildiyini ona bildirmiş, o, sonuncudan səhhətinin necə olmasını, nə üçün hospitala gətirildiyini soruşduqda Təqsirləndirilən şəxs əsəblərinin pozulduğunu, bu səbəbdəndə müayinə olunması üçün hopitala gətirildiyini ona bildirmişdir. 04 iyul N23-cü il tarixdə təxminən saat 10-11 radələrində Təqsirləndirilən şəxs xatırlmadığı mobil nömrə ilə ona zəng edərək evə gəlməsini xahiş etmiş, o sonuncudan necə evə gəldiyini soruşduqda Təqsirləndirilən şəxs ximət yerini özbaşına tərk etdiyini ona bildirmiş, o, dərhal işdən icazə alaraq yaşadığı evə gəlmiş və Təqsirləndirilən şəxs ilə söhbət edərək xidmət yerinə geri qayıtmalı olduğunu, əks təqdirdə əməlinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyini sonuncuya bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə dəfələrlə söhbət etsə də sonuncu evdən getmiş və xidmət yerinə geri qayıtmamışdır. 15 iyun N23-cü il tarixdə o, Təqsirləndirilən şəxs xidmət yerinə geri qayıtmayacağını görüb təxminən saat 19-N radələrində Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk edərək yaşadıqları ünvana gəldiyini bildirmiş, saat 22-23 radələrində onun şəxsi istifadəsində olan mobil telefona zəng edib, özünü 1-ci Hərbi Polis bölməsinin axtarış müvəkkili, baş leytenant Şahid4 kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs harada olduğunu ondan soruşmuş, o da yaşadıqları evin ünvanını izah etmişdir. Təxminən gecə saat 04 radələrində 1-ci Hərbi Polis bölməsinin əməkdaşları onların yaşadığı evin qarşısına gəldikdə o Təqsirləndirilən şəxs yuxudan oyadaraq özü ilə birlikdə yaşadıqları binanın qarşısına aparıb hərbi polisin əməkdaşlarına təhvil vermişdir. Daha sonra Hərbi Polisin əməkdaşları ona məlumat verərək həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndələrinə təhvil verdiklərini bildirmişlər. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis bölməsinin axtarış müvəkkili, baş leytenant Şahid4 bildirmişdir ki, 15 iyul N23-cü il tarixdə təxminən saat 23 radələrində 1-ci Hərbi Polis bölməsinin növbətçisi ona zəng edərək Daxili İşlər Nazirliyinin 102 məlumat ximətindən Hərbi Polis idarəsinin növbətçi hissəsinə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 04 iyul N23-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını özbaşına tərk edərək valideynlərinin yaşadığı Şirvan şəhərinə getməsi və sonuncunun hazırda həmin ünvanda olması ilə bağlı məlumat daxil olduğunu ona bildirmiş, o, xidmət yerinə gedərək kiçik-axtarış müvəkkili, baş əsgər X1 bu barədə məlumat vermiş və sonuncu ilə birlikdə xidməti maşın vasitəsi ilə Şirvan şəhərinə yola düşmüşlər. Şirvan şəhərinə çatdıqda əsgər Təqsirləndirilən şəxs anası Şahid1 şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsinə zəng edərək yaşadıqları evin ünvanını soruşmuş və həmin ünvana getmişlər. Təxminən gecə saat 03-04 radələrində Şahid1 əsgər Təqsirləndirilən şəxs yaşadıqları evin qarşısına gətirərək onlara təhvil vermiş, onlar Təqsirləndirilən şəxs təhvil aldıqdan sonra onu 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlama yerinə gətirərək orada saxlamış və saat 17 radələrində N nömrəli hərbi hissənin nümayəndəsi, leytenant Məmməd Bağıyevə təhvil vermişdirlər. Şahid qismində dindirilmiş 1-ci Hərbi Polis bölməsinin axtarış müvəkkilinin köməkçisi-kiçik əməliyyat müvəkkili, baş əsgər X2 şahid R.Şahid4 ifadəsinə analoji məzmunlu ifadə vermişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qəbul bölməsinin feldşeri, baş gizir Şahid2 bildirmişdir ki, 0N iyul N23-cü il tarixdə o, N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən bir neçə hərbi qulluqçunu müayinələrdən keçirmək üçün MNBKH-na gətirmiş, 04 iyul N23-cü il tarixdə saat 07 radələrində həmin hərbi qulluqları həkim müayinələri başlayanadək istirahət etmələrini bildirmiş və özü isə səhər yeməyi yemək üçün yeməkxanaya getmiş, 5-10 dəqiqə sonra o hərbi qulluqçların yanına qayıtmış və bu vaxt bir nəfərin, yəni əsgər Təqsirləndirilən şəxs yerində olmadığını aşkar etmişdir. Orada olan digər hərbi qulluqçulardan Təqsirləndirilən şəxs harada olduğunu soruşduqda heç kimin bu barədə məlumatı olmamış, o, həmin vaxt orada olan digər hərbi qulluqçular ilə birlikdə hospitalın ərazində Təqsirləndirilən şəxs axtarsa da tapa bilməmiş və bu barədə MNBKH-nın hərbi hissə növbətçisinə məlumat vermişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs həmin vaxt xidmət yerini özbaşına tərk edərək ailəsinin yaşadığı Şirvan şəhərinə getdiyini, 16 iyul N23-cü il tarixdə Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq xidmət etdiyi N nömrəli hərbi hissəyə təhvil verildiyini bilmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun N mm minaatan batareyasının 2-ci taqımının 1-ci manqasının baş tuşlayıcısı, əsgər X4 bildirmişdir ki, o, 0N iyul N23-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmiş, həmin vaxt onlara nəzarət etməsi, həmçinin həkim müayinələrindən keçirilmələrini təmin etməsi üçün N nömrəli hərbi hissəsinin feldşeri, baş gizir Şahid2 onların üzərində rəhbər təyin edilmiş, 04 iyul N23-cü il tarixdə saat 07:30 radələrində həkim müayinələri başlayanadək gözləmərini bildirmiş və özü qidalanması üçün yeməkxanaya getmiş, 10-15 dəqiqə sonra baş gizir Şahid2 geriyə qayıdaraq əsgər Təqsirləndirilən şəxs yerində olmadığını görmüş və onlardan sonuncunun harada olmasını soruşmuşdur. Onlar əsgər Təqsirləndirilən şəxs harada olduqlarını bilmədiklərini dedeikdə, baş gizir Şahid2 onlarla bilrikdə əsgər Təqsirləndirilən şəxs axtarmağa başlamışlar. Hospitalın ərazisində sonuncunu tapa bilmədikdə baş gizir Şahid2 bu barədə hərbi hissə növbətçisinə məlumat vermişdir. Daha sonra o eşitmişdir ki, əsgər Təqsirləndirilən şəxs hopitalın ərazisini özbaşına tərk edərək ailəsinin yaşadığı Şirvan şəhərinə getmiş və 16 iyul N23-cü il tarixdə 1-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 3-cü topun heyət nəfəri, əsgər Şahid3 şahid Ə.R.İsmayılovun ifadəsinə analoji məzmunlu ifadə vermişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N23-cü il taixli 125 nömrəli əmrindən çıxarışdan görünür ki, Quru Qoşunları komandanının 21 mart N23-cü il tarixli 018 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs N aprel N23-cü il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə göndərildiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş, haubitsalı artilleriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 2-ci topunun heyət nəfəri vəzifəsinə təyin olunmaqla vəzifəsinin qəbuluna və icrasına başlamışdır. 0N iyul N23-cü il tarixli 2244 nömrəli göndəriş vərəqəsindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X5 həmin tarixdə psixiatr baxışından keçirilməsi üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 4 iyul N23-ci il tarixli 147 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 4 iyul N23-cü il tarixdə ambulator müayinə üçün MNBKH-na təxliyyə olunduğundan həmin tarixdən qazan təminatına salınmışdır. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəsinə ünvanlanmış 05 iyul N23-cü il tarixli 9743 nömrəli raportdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 4 iyul N23-cü il tarixdə saat 08:30 radələrində xidmət yerini özbaşına tərk etmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N23-cü il tarixli 213 nömrəli əmrindən çıxarışdan görünür ki, haubitsalı artilleriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 2-ci topunun heyət nəfəri, əsgər Təqsirləndirilən şəxs 04 iyul N23-cü il tarixdə saat 08:30 radələrində xidmət yerini özbaşına tərk etdiyi üçün hospitalda olanların siyahısından çıxarılıb, xidmət yerini özbaşına tərk edənlərin siyahısına daxil edilmiş və bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N23-cü il tarixli 214 nömrəli əmrindən çıxarışdan görünür ki, haubitsalı artilleriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 2-ci topunun heyət nəfəri, əsgər Təqsirləndirilən şəxs N iyul N23-cü il tarixdə saat 04:00 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş 26 iyul N23-cü il tаrixli 7835 nömrəli аrаyışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis idarəsindən daxil olmuş 21 iyul N23-cü il tarixli 3-13-53/2-43630/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxudur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N03-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ iqtisadi zonasının inzibati ərazisində keçirilən xüsusi əməliyyatlarda iştirak etməsini, şəxsiyyətini, törətdiyi cinayətin təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, hərbi xidmətini davam etdirmək istəməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm mümkün, həm də məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tədbiq edilməklə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək vəzifəsinin onun üzərinə qoyulmasının məqsədə müvafiqliyi nəticəsinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və onun üzərində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar