Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-182/2024 23.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin sabiq hərbi qulluqçusu, kapitan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, A.A.X7 Nazirliyinin Bakı şəhərində yerləşən Əməliyyat- İstintaq idarəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, maddi çətinlikləri olduğuna görə 2019-cu ilin ortalarında tanıdığı ayrı-ayrı şəxslərin yaşadıqları, əsasən "xxxx" Dövlət Neft şirkətinə məxsus mədən ərazilərində inşa edilmiş evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərinin olmadığını və onların müxtəlif vaxtlarda müvafiq hüquqverici sənədlər olmadan əldə etdikləri həmin torpaq sahələri üzərində tikinti aparmaq istədiklərini nəzərə alıb, həmin mədən ərazilərində, o cümlədən "xxxx" Dövlət Neft şirkətinə məxsus, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ərazisində yerləşən «6-cı mədən» adlanan yerdə neft-boru kəmərlərinin mühafizə zonalarında yerləşən torpaq sahələri üzərində hər hansı tikintinin (yaşayış və qeyri- yaşayış təyinatlı) aparılmasının qadağan olunduğunu bildiyi halda, həmin ərazilərdə yaşayan ayrı-ayrı şəxslərə həmin şirkətdə yüksək vəzifələrdə işləyən şəxslərlə aralarında yaxın tanışlıq münasibətlərinin olması və onların köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxslərə müəyyən məbləğdə pul verilməsi müqabilində şirkətə məxsus müvafiq ərazilərdə inşa edilmiş yaşayış evlərinə, eləcə də həmin torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin (çıxarışların), habelə həmin ərazilərdə müvafiq tikinti aparılmasına dair icazələrin alınmasını təşkil və təmin edə biləcəyinə dair yalan vədlər verib inandırmaqla bu yolla həmin şəxslərdən müəyyən məbləğdə pul alaraq qanunsuz varlanmaq qərarına gəlmiş və bu məqsədlə, aralarında yaxın tanışlıq münasibətlərinin olduğu, vətəndaş Şahid1 və digər şəxslərə "xxxx" Dövlət Neft şirkətində işləyən vəzifəli şəxslərlə yaxın tanışlıq münasibətlərinin olduğunu, həmin şəxslərin köməkliyi ilə şirkətə məxsus ərazilərdə müvafiq tikintilərin aparılmasına və aparılmış tikintilərin rəsmiləşdirilməsinə icazə alınmasını təşkil edə biləcəyini deyərək, həmin şəxsləri belə imkanlara malik olduğuna inandırmışdır. Bundan sonar, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 2019-cu ilin iyun ayının əvvəllərində yaxın tanışı olan Şahid1la aralarındakı söhbət zamanı, 2009-cu ildə özünə və yaxın qohumlarına Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ərazisində yerləşən «6-cı Mədən» adlanan yerdə torpaq sahələri aldığını, lakin həmin ərazidə tikinti apara bilmədiklərini, o cümlədən həmin ərazidə bacısı Zərərçəkmiş şəxs2 adına olan torpaq sahəsinin rəsmiləşdirilərək ərazidə tikinti işlərinin aparılması üçün icazə alınması ilə bağlı problemlərin olduğunu bildirdikdə, Şahid1 ona Fövqəladə Hallar Nazirliyində xidmət edən yaxın tanışı Təqsirləndirilən şəxs haqqında məlumat verərək həmin məsələlərlə bağlı sonuncu ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Həmin danışıqdan bir neçə gün sonra 2019-cu ilin iyun ayının əvvəllərində Şahid1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə kapitan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, Zərərçəkmiş şəxs1lə aralarındakı danışıq barədə ətraflı məlumat verib sonuncuya köməklik göstərə bilib- bilməyəcəyini soruşduqda, kapitan Təqsirləndirilən şəxs yaranmış imkandan istifadə edib özgə əmlakını qanunsuz ələ keçirməklə varlanmaq niyyəti ilə, Şahid1 özünün vasitəsi ilə adlarını çəkmədiyi "xxxx" Dövlət Neft şirkətində işləyən vəzifəli şəxslərə ümumilikdə 6000 (altı min) manat məbləğində pul verilməsi müqabilində Zərərçəkmiş şəxs1 və onun yaxın qohumlarına qeyd edilən ərazidə tikinti aparılmasına dair icazənin alınmasını, o cümlədən torpaq sahəsinin bacısı Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsini və orada tikinti işlərin aparılmasına icazə verilməsini təşkil edə biləcəyini bildirmişdir. Şahid1 elə həmin gün istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək, kapitan Təqsirləndirilən şəxslə aralarındakı söhbət barədə məlumat verdikdə Zərərçəkmiş şəxs1 həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı danışıqdan bir neçə gün sonra, 2019-cu ilin iyun ayının əvvəllərində Şahid1la Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Elm və Təhsil Nazirliyinin inzibati binasının yaxınlığında görüşərək orada ona kapitan Təqsirləndirilən şəxs çatdırılması üçün 6000 (altı min) manat məbləğində pul vermişdir. Bundan sonra Şahid1 vətəndaş Zərərçəkmiş şəxs1lə birlikdə elə həmin gün ünvan 3 ünvanında, Elm və Təhsil Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinə gedərək orada kapitan Təqsirləndirilən şəxslə sonuncunun xidməti otağında görüşmüş və orada ona Zərərçəkmiş şəxs1 aldığı 6000 (altı min) manat məbləğində pulu təqdim etdikdə kapitan Təqsirləndirilən şəxs həmin pulu alaraq Zərərçəkmiş şəxs1 qısa müddət ərzində Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ərazisində yerləşən «6-cı Mədən» adlanan ərazidəki torpaq sahəsinin bacısı Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsini və orada tikinti işlərin aparılmasına icazə verilməsini təşkil edəcəyinə dair vəd vermiş, sonrakı müddət ərzində verdiyi vəd üzrə heç bir iş görməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, Zərərçəkmiş şəxs1 aldığı puldan əlavə daha artıq məbləğdə pul alıb qanunsuz qazanc əldə edə biləcəyi qənaətinə gələrək, bu məqsədlə öz cinayətkar əməllərini davam etdirərək, 2019-cu ilin iyun ayının sonlarında Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ərazisində yerləşən «6-cı Mədən» adlanan əraziyə gəlmiş və orada əraziyə baxış keçirtməsi görüntüsünü yaratdıqdan sonra Zərərçəkmiş şəxs1 atası X10, anası X2, qardaşı Zərərçəkmiş şəxs3, bacılarının ərləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 aid, hər biri 300 (üç yüz) kv.m olan torpaq sahələrinin olduğunu, Zərərçəkmiş şəxs1 atasına və anasına aid torpaq sahələrinin öz adına, digər torpaq sahələrinin isə qohumlarının adına rəsmiləşdirərək həmin sahələrdə tikinti işlərini aparmaq istədiyini öyrənmiş və öz cinayətkar məqsədinə nail olmaq niyyəti ilə, bir neçə gün sonra, 2019-cu ilin iyun ayının sonlarında istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050-542- 22-01 mobil danışıq nömrəsinə zəng edərək, ona "xxxx" Dövlət Neft şirkətində işləyən, adlarını demədiyi yüksək vəzifəli tanışlarının köməkliyi ilə, özünün vasitəsi ilə həmin şəxslərə hər bir torpaq sahəsinə görə 5000 (beş min) manat məbləğində pul verilməsi müqabilində həmin torpaq sahələrinin müvafiq qaydada özünün və qohumlarının adlarına rəsmiləşdirilməsini, həmçinin həmin torpaq sahələrində tikinti işlərinin aparılmasına icazə verilməsini təşkil edə biləcəyini bildirib Zərərçəkmiş şəxs1 buna inandırmışdır. Zərərçəkmiş şəxs1 onun təklifi barədə ailə üzvlərinə və qohumlarına məlumat verərək onların da razılıqlarını aldıqdan sonra, 2019-cu ilin iyun ayının sonlarında qardaşı Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pul, bacılarının ərləri Zərərçəkmiş şəxs4 5000 (beş min) manat məbləğində pul və Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat məbləğində pul alaraq, həmin pula ata və anasına aid torpaq sahələrinin öz adına rəsmiləşdirilməsi üçün 10000 (on min) manat məbləğində pul əlavə edib, ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pulu bir neçə gün sonra, 2019-cu ilin iyun ayının sonlarında ünvan 3 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin inzibati binasındakı xidməti otağında təklikdə kapitan Təqsirləndirilən şəxs təqdim etmişdir. Kapitan Təqsirləndirilən şəxs orada Zərərçəkmiş şəxs1 24000 (iyirmi dörd min) manat məbləğində pulu aldıqdan sonra ona yaxın müddət ərzində torpaq sahələrinin özünün və qohumlarının adlarına rəsmiləşdirilməsini, habelə həmin torpaq sahələrində tikinti işlərinə başlanmasına icazə verilməsini təşkil edəcəyinə dair vəd vermiş və sonrakı müddət ərzində verdiyi vəd üzrə heç bir hərəkət etməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərdi ki, Fövqəldə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, 2019-cu il ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə 2016-cı ildən tanıdığı və yoldaşlıq münasibətlərində olduğu Şahid1 «WhatssApp» mobil tətbiqi vasitəsilə istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsinə zəng edərək, bir nəfər Tofiq adlı qohumunun Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində "xxxx" Dövlət Şirkətinin balansında olan torpaq sahəsinin olduğunu, həmin ərazidə tikinti aparmaq istədiyini, lakin icazə verilmədiyini bildirib həmin qohumuna qeyd edilən ərazidə tikintinin aparılmasına dair razılıq əldə etməsinə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o, Şahid1 hər hansı real imkanları olmadan və həmin torpaq sahələrində tikinti aparılmasının qadağan olunduğunu bilə-bilə, pula ehtiyacı olduğundan sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxsi aldatmaqla pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid1 həmin məsələləri 6000 (altı min) manat məbləğində pul müqabilində həll edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra saat 18 radələrində Şahid1 yenidən ona «WhatssApp» mobil tətbiqi vasitəsilə zəng edib Tofiqlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən iş yerinin yaxınlığına gəldiyini və Tofiqin həmin pulu hazırlayıb onun özünə verdiyini, bu səbəbdən yanına gəlmək istədiklərini bildirmişdir. O, Şahid1 onları iş yerində, yəni Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsindəki xidməti otağında qəbul edə biləcəyini deyib onları oraya çağırmışdır. Şahid1 Zərərçəkmiş şəxs1lə onun xidməti otağına gəldikdə o, hər ikisini qəbul etmiş, tanış olmuş, Bəxtiyar ondan Tofiqə köməklik göstərməsini xahiş etmiş və cibindən 6000 (altı min) manat məbləğində pul çıxarıb həmin pulu Tofiqin yanında sayıb ona vermiş, o da həmin pulu götürüb cibinə qoymuşdur. Tofiq həmin vaxt söhbətə başlayaraq Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən «6-cı mədən» adlanan ərazidə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin "xxxx" Dövlət Şirkətinin ərazisində yerləşdiyi üçün hasara almaq üçün ona icazə verilmədiyini bildirmişdir. Bu zaman o, Tofiqə tikintiyə icazə verilməsini təşkil edəcəyini, 10-15 gün müddətində tikinti işlərinə başlaya biləcəyini demişdir. Daha sonra o, verdiyi vədi yerinə yetirəcəyi görüntüsü yaratmaq məqsədi ilə bir müddət sonra Tofiqlə danışıb onun dediyi yerə, Balaxanı qəsəbəsinin ərazisində yerləşən «6-cı mədən» adlanan əraziyə gedərək həmin əraziyə baxış keçirtmiş, lakin verdiyi vəd üzrə heç bir iş görməmiş, aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləyərək həmin puldan kimsəyə verməmişdir. Bundan bir müddət sonra Tofiq, 2019-cu ilin avqust ayından etibarən onunla əlaqə saxlayıb verdiyi vədlər üzrə tikinti materialları alaraq həmin ərazidə tikintiyə başladığını, əlavə olaraq həmin işlərə 3000 (üç min) manat pul xərclədiyini, lakin ona aidiyyəti şəxslər tərəfindən tikinti aparılmasına icazə verilmədiyini bildirib verdiyi pulu və əlavə çəkdiyi xərcləri qaytarmasını tələb etmiş, pulu qaytarmayacağı təqdirdə barəsində işlədiyi yerə şikayət edəcəyini bildirmişdir. O, Tofiqin şikayət etməsindən ehtiyat etdiyi üçün aldığı 6000 (altı min) manat pulu və əlavə olaraq Tofiqin xərclədiyi 3000 (üç min) manat məbləğində pulu, yəni ümumilikdə 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində pulu qaytaracağına dair söz versə də, 2019-cu ilin sonlarından 2020-ci ilin əvvələrinə kimi olan müddətdə dəqiq xatırlamadığı tarixlərdə Tofiqə hissə-hissə ümumilikdə 6000 (altı min) manat məbləğində pul qaytarmış, sonrakı müddətdə isə hissə-hissə ona 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul verərək Tofiqə 500 (beş yüz) manat borclu qalmışdır. Tofiqə onun özü və qohumlarının adına olan torpaqların özəlləşdirilməsinə dair vədlər verməmiş, bunlara görə Tofiqdən 24000 (iyirmi dörd min) manat məbləğində pul almamış, ***-***-**-** mobil danışıq nömrəsi daimi istifadəsində olsa da, Tofiqlə 12 sentyabr 2022-ci il tarixədək SMS yazışmalarına diqqət yetirməmişdir. Tofiqə avtomobilini satıb borcunu qaytaracağı barədə vədlər versə də borcunu qaytara bilməmişdir. Hazırda Tofiqə qarşı törətdiyi cinayət əməlindən peşmandır, digər zərərçəkmiş şəxslərlə bağlı verilən ittihamı qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 istisna olmaqla digər zərərçəkmiş şəxslərə münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməməsi və digər hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki onun verilən ittiham üzrə təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş rəsmi sənədlər və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Təqsirləndirilən şəxs ümumi tanışları olan Şahid1 vasitəsilə tanımış, münasibətləri normal olmuş, aralarında qohumluq əlaqələri, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Onun, mərhum atası X10, anası X2, qardaşı Zərərçəkmiş şəxs3, bacısı Zərərçəkmiş şəxs2, bacılarının ərləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin «6-cı mədən» adlanan ərazisində uzun müddətdən bəri torpaq sahələri olmuş, həmin torpaq sahələri "xxxx" Dövlət Şirkətinə məxsus neft-boru kəmərlərinin mühafizə zonalarında yerləşdiyinə görə həmin ərazilərdə tikinti işləri apara bilməmişlər. O, 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şahid1la tanış olaraq aralarındakı söhbət zaman ona ata və anasının adına Balaxanı qəsəbəsi ərazisində torpaq sahələri aldıqlarını, həmin torpaqlarda dəfələrlə tikinti aparmaq istəsələr də, orada tikinti aparılmasına icazə verilmədiyini, həmin torpaq sahələrinin "xxxx" Dövlət Şirkətinin ərazisində olduğunu bildirdikdə Şahid1 bu məsələdə ona köməklik göstərə biləcək bir nəfər tanışının olduğunu, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, Fövqəladə Hallar Nazirliyində xidmət etdiyini, vəzifəli şəxs olduğu üçün əlaqələrinin olduğunu, sonuncunun pul müqabilində həmin torpaq sahələrində tikintiyə icazə verilməsini həll edəcəyini bildirib həmin şəxslə danışıb nəticəsi barədə ona məlumat verəcəyini demişdir. Bundan sonra o, Şahid1 ilk olaraq bacısı Ofeliyanın adına olan torpaq sahəsində tikinti işlərinin aparılmasına dair icazə alınmalı olduğunu, həmçinin həmin torpaq sahəsinin bacısının adına rəsmiləşdirilməsini istədiyini bildirmiş, Şahid1 da ona bu barədə danışıb xəbər verəcəyini demişdir. Aralarındakı söhbətdən bir neçə gün sonra Şahid1 «WhatssApp» mobil tətbiqi vasitəsilə ona zəng edərək, tanışı Təqsirləndirilən şəxslə danışdığını, sonuncunun ona "xxxx"-dan tikintiyə icazə alınması, torpağın sənədlərinin özəlləşdirməklə bacısının adına keçirilməsinə köməklik etmək müqabilində 6000 (altı min) manat məbləğində pul istənildiyini dediyini bildirmişdir. O, həmin təklifi qəbul edərək razılamış və Şahid1la təklikdə Elm və Təhsil Nazirliyinin inzibati binasının arxasında görüşərək orada özü ilə gətirdiyi 6000 (altı min) manat məbləğində pulu sayıb öz avtomobilində Şahid1 vermişdir. Şahid1 da həmin pulu sayıb 6000 (altı min) manat olduğuna əmin olduqdan sonra onun yanında «WhatssApp» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etmiş və ona işlədiyi yerin inzibati binasının qarşısında olduqlarını bildirib görüşmək istədiklərini dedikdə, Təqsirləndirilən şəxs onlara öz xidməti otağına gəlmələrini demişdir. Bundan sonra o, Şahid1la birlikdə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsinin inzibati binasına daxil olaraq inzibati binanın 4-cü mərtəbəsinə qalxmış və orada soldan 2-ci otağın qarşısına gəlib qapının üzərində «Təqsirləndirilən şəxs», altında isə «şöbə müdiri» yazılarının olduğunu görmüşdür. O, Şahid1la birlikdə içəri daxil olub Təqsirləndirilən şəxslə görüşmüş, sonuncu həmin vaxt mülki geyimdə olmuşdur. Onlar Təqsirləndirilən şəxslə salamlaşdıqdan sonra Şahid1 sonuncuya onu təqdim edərək problemi barədə məlumatlar vermiş, daha sonra Şahid1 onun verdiyi 60 (altmış) ədəd 100 (bir yüz) manatlıq əskinaslardan ibarət olan 6000 (altı min) manat məbləğində pulu cibindən çıxardıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin pulu qəbul edib onlara problem yaranmayacağını, məsələni tezliklə həll edəcəyini, torpağın sənədlərini qaydasına qoyacağını, torpağın yerini kadastrdan çıxaracağını və həmin torpağın çıxarışını bacısı Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirəcəyini bildirib bunları tez bir zamanda həll edəcəyinə dair söz vermiş, habelə ona torpaq sahəsi üzərində tikinti işlərinə başlamasını, bununla bağlı neft şirkətinin işçiləri ilə danışacağını deyib ona torpağın yerinin özünə göstərilməli olduğunu əlavə edib, həmin yerin şəklinin peykdən çəkiləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xidməti otağında həmin məsələlərin həll olunmasında köməklik göstəriləcəyi ilə bağlı rahatlıqla danışmasını gördükdən sonra ona tam olaraq inanmış və onlar onunla sağollaşıb oradan getmişlər. Təxminən 10 (on) gündən sonra Təqsirləndirilən şəxs isifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun istifadəsində olan ***- ***-**-** mobil danışıq nömrəsinə «WhatssApp» mobil tətbiqi vasitəsilə zəng edərək, bacısı Ofelyaya məxsus torpağın yerini göstərməsini, torpağın yeri ilə bağlı kadastrdan adamların gələcəyini, peyklə şəklinin çəkiləcəyini bildirmiş, ona görə də o, elə həmin gün Təqsirləndirilən şəxslə həmin torpaq sahəsinin yanında görüşmüşdür. Orada o, Təqsirləndirilən şəxs torpağın yerini göstərərkən sonuncu ona peykdən şəkillər çəkilərək torpağın şəhadətnaməsinin hazırlanacağını və daha sonra həmin sənədlərin hazırlanaraq reyestr idarəsinə veriləcəyini bildirmiş, o, bu məsələləri yaxşı bilmədiyi üçün Asimin bütün dediklərinə inanmış, torpağın yerini ona göstərdikdən sonra Asimin verdiyi vədi həll edəcəyinə dair daha çox inanmışdır. Bundan sonra o, atasının, anasının, qardaşı Rövşənin, bacılarının ərləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 adlarına olan torpaq sahələrinin də özəlləşdirilməsi məsələsini Təqsirləndirilən şəxs demək qərarına gəlmiş və «WhatssApp» mobil tətbiqi vasitəsilə ona zəng edib, qohumlarının adlarına qeyd edilən ərazidə digər torpaq sahələrinin də olduğunu və həmin sahələrin də sənədləşdirilərək orada tikinti işlərinin aparılmasına icazə alınmasını istədiklərini bildirdikdə, Təqsirləndirilən şəxs ondan əlavə neçə torpaq payı olduğunu soruşmuşdur. O, cavab olaraq beş torpaq sahəsinin olduğunu, hərəsinin 3 sot olduğunu, lakin əvvəlki razılıqlarına əsasən məsələnin həll olunması müqabilində istədiyi pulun məbləğinin çox olduğunu deyərək Təqsirləndirilən şəxs pulun məbləğini bir qədər azaltmasını xahiş etdikdə sonuncu bu barədə məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra, 2019-cu ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs «WhatssApp» mobil tətbiqi vasitəsilə ona zəng edərək, digər torpaq sahələri ilə bağlı məsələni kimliyini demədiyi şəxslərlə danışdığını, ona hörmət əlaməti olaraq aralarındakı münasibətə görə digər torpaq sahələrinin hər birini 5000 (beş min) manat məbləğində pul verilməsi müqabilində atası və anasına aid torpaq sahələrinin onun adına, digər torpaq sahələrinin isə qardaşı Rövşənin, bacısı Rahilənin əri Zərərçəkmiş şəxs4 və digər bacısı Elmira Cəfərovanın əri Zərərçəkmiş şəxs5 adlarına rəsmiləşdirəcəyini, həmçinin həmin torpaq sahələrində tikinti aparılmasına dair "xxxx" Dövlət Şirkətindən razılıq əldə edəcəyini bildirmiş, o da, bu barədə ailə üzvləri və qohumları ilə danışıb məsləhət etdikdən sonra ona cavab verəcəyini demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs təklifi barədə anası, qardaşı və digər qohumlarına məlumat verdikdə, onlar Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və ümumi razılıq əldə olunduqdan sonra, həmin məsələyə görə bacısı Elmira Cəfərova 4000 (dörd min) manat məbləğində pulu, qardaşı Zərərçəkmiş şəxs3 və digər bacısı Rahilə Əliyeva isə hər biri 5000 (beş min) manat məbləğində pulu həmin torpaqların sənədlərinin ksereosurətləri ilə birlikdə ona vermişlər. Bundan sonra o, verilmiş 14000 (on dörd min) manat məbləğində pula ata və anasına aid torpaq sahələrinin öz adına rəsmiləşdirilməsi üçün 10000 (on min) manat məbləğində pul əlavə etməklə ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pulu toplamış və Təqsirləndirilən şəxslə danışıb razılaşaraq, 2019cu ilin iyun ayının sonlarında sonuncu ilə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq idarəsinin inzibati binasının 4-cü mərtəbəsindəki xidməti otağında təklikdə görüşərək orada Təqsirləndirilən şəxs müvafiq sənədlərlə birlikdə 24000 (iyirmi dörd min) manat məbləğində pul vermişdir. Pulu və sənədləri aldıqdan sonra Təqsirləndirilən şəxs ona narahat olmamasını, qabaqcadan danışdıqları kimi torpaqların qeyd olunan şəxslərin adına rəsmiləşdiriləcəyini, "xxxx" Dövlət Şirkətindən razılıq əldə olunmasını təmin etdikdən sonra tikintiyə başlamasını demişdir. Təxminən 15 (on beş) gün sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, həmin ərazidə tikintiyə başlaya biləcəyini bildirmiş və o, bacısı Zərərçəkmiş şəxs2 məxsus torpaqda tikintiyə başlamışdır. 3 (üç) ay ərzində 10-15 (on-on beş) gün fasilə verməklə Təqsirləndirilən şəxs xəbər gözləyərək həmin ərazidə dəfələrlə tikinti aparsa da, apardığı tikinti hər dəfə "xxxx" Dövlət Şirkətinin əməkdaşları tərəfindən sökülmüş, Təqsirləndirilən şəxs isə hər dəfə ona anlaşılmazlıq olduğunu bildirib yenidən tikinti aparmasını tapşırmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs yalan danışdığını və verdiyi vədlər üzrə heç bir hərəkət etməyərək pulunu ələ keçirtdiyini anlayaraq, verdiyi pulları tələb etməyə başlamış, lakin sonuncu müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan boyun qaçırtdığına görə o, qohumlarından aldığı pulu öz hesabına qaytarmaq məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 30000 (otuz min) manat məbləğində puldan cəmi 3500 (üç min beş yüz) manat məbləğində pulu dəqiq xatırlamadığı tarixdə iş yerinin yaxınlığında ona qaytarsa da, qalan pulu qaytarmamış və ona vurduğu ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs borcun əvəzində ona “Prado” markalı avtomobil təklif etmiş, lakin o avtomobili sataraq pulunu verməsini tələb etmişdir. Sonradan bilmişdir ki, həmin avtomobil mövcud olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsi olduğunu, satılıb pulun veriləcəyini bildirsə də, bu da olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, pulların qaytarılmasını və onun cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, lakin şəxsən görməmiş, onunla aralarında qohumluqları, ədavət və düşmənçilikləri olmamışdır. Onun mərhum atası X6, anası X1, qardaşı Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs3, bacılarının ərləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsinin ərazisində, «6-cı mədən» adlanan yerdə torpaq sahələri olmuş, həmin torpaq sahələri "xxxx" Dölət Şirkətinə məxsus neft-boru kəmərlərinin mühafizə zonalarında yerləşdiyinə görə həmin ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində qardaşı Tofiq Bəxtiyar adlı şəxsə tanış olmuş, tanış olduqdan sonra Bəxtiyara Balaxanı qəsəbəsi ərazisində özlərinə məxsus torpaq sahələrinin olduğunu və həmin ərazilərdə tikinti aparmaq istədiklərini, lakin tikintiyə "xxxx" Dölət Şirkəti tərəfindən icazə verilmədiyini bildirdikdə Bəxtiyar qardaşına Fövqəladə Hallar Nazirliyində xidmət edən Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və sonuncunun həmin məsələlərdə köməklik edə biləcəyini bildirmişdir. Tofiq Bəxtiyara ilk olaraq ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına dair icazə alınmasını, həmçinin də torpaq sahəsinin adına özəlləşdirilməsini istədiyini bildirmiş, Bəxtiyar da ona həmin şəxslə danışıb xəbər edəcəyini demişdir. Bundan bir müddət sonra Bəxtiyar qardaşı Tofiqə həmin şəxslə danışdığını və 6000 (altı min) manat məbləğində pul verilməsi müqabilində həmin torpaq sahəsinin sənədləşmə işinin həll oluna bildiyini, eləcə də həmin sahə üzərində tikinti aparılmasına icazə veriləcəyini bildirmişdir. Tofiq həmin təklif barədə ona məlumat verdikdə o, razılıq vermiş və 60 (altmış) ədəd 100 (bir yüz) manatlıq əskinaslardan ibarət 6000 (altı min) manat məbləğində pulu Təqsirləndirilən şəxsa çatdırılması üçün Tofiqə vermişdir. Bundan sonra Tofiqin sonradan ona deməsinə əsasən o, həmin pulu Bəxtiyara vermiş, daha sonra elə həmin gün sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs iş yerinə gedərək orada həmin pulu Bəxtiyar Tofiqin yanında Təqsirləndirilən şəxs özünə vermiş, sonuncu da onlara yaxın müddət ərzində müvafiq sənədləşmə işlərinin həll olunacağını və həmin torpaq sahəsi üzərində tikintiyə başlaya biləcəyini bildirmişdir. Bir neçə gün sonra Tofiq ona məxsus torpaq sahəsində Təqsirləndirilən şəxslə görüşmüş, sonuncu həmin torpaq sahəsinə baxış keçirdərək yaxın müddətdə torpağın yerinin peykdən çəkiləcəyini, bundan sonra isə həmin torpaq sahəsinin onun adına rəsmiləşdirəcəyini deyib Tofiqi bir daha inandırmışdır. Bundan sonra, Tofiq Təqsirləndirilən şəxs zəng edib həmin ərazidə ata və anasının, qardaşının, bacılarının ərlərinə hər biri 300 (üç yüz ) kv.m olmaqla beş torpaq sahəsinin olduğunu bildirib, həmin torpaq sahələrində də tikinti aparılmasına icazə alınaraq çıxarışların alınmasını, ata və anasının adına olan torpaqların öz adına rəsmiləşdirilməsini və aralarındakı yaranmış münasibətə görə güzəşt edilməsini xahiş etdikdə A.A.Zərərçəkmiş şəxs1 bu barədə danışaraq məlumat verəcəyini demişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs qardaşı Tofiqə zəng edərək, onu aldadıb digər torpaq sahələrinin məsələsini də hansısa vəzifəli şəxslərlə danışdığını deyərək, tikinti aparılmasına icazə verilməsi, habelə torpaq sahələrinin şəxslərin adına rəsmiləşdirilməsi müqabilində hər bir torpaq sahəsi üçün Tofiqdən 5000 (beş min) manat pul istəmişdir. Tofiq bu barədə onlara məlumat verdikdə qohumları həmin pulu verməyə razılıq vermiş və qardaşı Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pulu, bacılarının ərləri Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat məbləğində pulu, Zərərçəkmiş şəxs4 isə 5000 (beş min) manat məbləğində pulu onlara məxsus torpaqlarına dair sənədlərin kserosurətləri ilə birlikdə Tofiqə vermiş, o da, həmin pula atası və anasının adlarına olan torpaq sahələrinin öz adına keçirilməsi üçün 10000 (on min) manat məbləğində pul əlavə edib 24000 (iyirmi dörd min) manat məbləğində pulu öz deməsinə görə 2019-cu ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs xidməti otağında təklikdə özünə vermişdir. Həmin pulu aldıqdan sonra Təqsirləndirilən şəxs qardaşına torpaq sahəsi üzərində tikinti aparılmasını "xxxx" Dövlət Şirkətinin əməkdaşları ilə razılaşdırdığını deyib orada tikinti apara bildiyini bildirmiş, bundan sonra qardaşı bir neçə dəfə müxtəlif tikinti materiallarını alıb tikintiyə başlasa da, hər dəfə tikinti şirkət əməkdaşları tərəfindən sökülmüş, bu barədə qardaşı tərəfindən Təqsirləndirilən şəxs bildirildikdə sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Artıq bundan sonra qardaşı Tofiq Təqsirləndirilən şəxs onları aldatdığı başa düşərək ondan verdiyi pulları qaytarmasını tələb etsə də, sonuncu aldığı pulları qaytarmamış, aldığı ümumilikdə 30000 (otuz min) manat məbləğində puldan qardaşına cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs borcun əvəzində Tofiqə “Prado” markalı avtomobil təklif etmiş, lakin Tofiq avtomobili sataraq pulunu verməsini tələb etmişdir. Sonradan bilinmişdir ki, həmin avtomobil mövcud olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsi olduğunu, satılıb pulun veriləcəyini bildirsə də bu da olmamışdır. Bu səbəbdən Tofiq qohumları tərəfindən ona verilmiş pulları öz şəxsi vəsaiti hesabına onlara qaytarmışdır. Ona vurulmuş maddi ziyan Zərərçəkmiş şəxs1 tərəfindən faktiki olaraq aradan qaldırılsa da şikayətçidir, Təqsirləndirilən şəxs aldığı pulu qaytarmasını, əks halda cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək onların ifadələrində göstərilmiş xüsusatları tam olaraq təsdiq etmiş və bildirmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən tanımamış, onunla heç bir zaman görüşməmiş, onun barəsində qardaşı Zərərçəkmiş şəxs1 eşitmişdir. Belə ki, o, qardaşı Zərərçəkmiş şəxs1, eləcə də bacıları uzun müddətdir ki, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində, «6-cı mədən» adlanan ərazidə torpaq sahələri alsalar da, həmin torqaq sahələri mədən ərazisi olmaqla "xxxx" Dövlət Şirkətinə məxsus olduğundan orada heç bir tikinti apara bilməmişlər. 2019-cu ilin iyun ayında qardaşı Zərərçəkmiş şəxs1 ona və digər qohumlarına Bəxtiyar adlı tanışının vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində xidmət edən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, sonuncuya bacısı Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin sənədləşdirilməsi və orada tikinti aparılmasına icazə verilməsinin təmin edilməsi müqabilində həmin Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində pul verdiyini, eyni zamanda sonuncunun onlara məxsus torpaq sahələrinin də sənədləşdirilərək orada tikinti aparılmasına icazə alınmasını təşkil edə biləcəyini dediyini və bunun üçün hər bir torpaq sahəsi üçün 5000 (beş min) manat məbləğində pul istədiyini bildirmişdir. O, eləcə də bacıları həmin təklifi qəbul edərək razılaşmış, bundan sonra özü qardaşı Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs1 həmçinin bacısının əri Zərərçəkmiş şəxs4 5000 (beş min) manat məbləğində pul və digər bacısının əri Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat məbləğində pul alıb həmin pulun üzərinə ata və anasına məxsus, həmin ərazidə yerləşən torpaq sahələrinə görə 10000 (on min) manat məbləğində pul əlavə edərək, onlara verdiyi məlumata əsasən, 2019cu ilin iyun ayının sonlarında ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pulu Təqsirləndirilən şəxs xidməti otağında təklikdə özünə vermişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs1 bir neçə dəfə özünə məxsus olan torpaq sahəsi üzərində tikinti işlərinə başlasa da, hər dəfə həmin tikintilər "xxxx" Dövlət Şirkətinin əməkdaşları tərəfindən dayandırılmışdır. Artıq bundan sonra Zərərçəkmiş şəxs1 aldadıldığını başa düşərək dəfələrlə Təqsirləndirilən şəxs aldığı pulları qaytarmasını tələb etsə də, sonuncu ondan aldığı ümumilikdə 30000 (otuz min) manat məbləğində puldan qardaşı Zərərçəkmiş şəxs1 cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul qaytarmış, qalan pulları qaytarmamışdır. Təqsirləndirilən şəxs borcun əvəzində Tofiqə “Prado” markalı avtomobil təklif etmiş, lakin Tofiq avtomobili sataraq pulunu verməsini tələb etmişdir. Sonradan bilinmişdir ki, həmin avtomobil mövcud olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsi olduğunu, satılıb pulun veriləcəyini bildirsə də bu da olmamışdır. Bu səbəbdən Tofiq qohumları tərəfindən ona verilmiş pulları öz şəxsi vəsaiti hesabına onlara qaytarmışdır. Ona vurulmuş maddi ziyan Zərərçəkmiş şəxs1 tərəfindən faktiki olaraq aradan qaldırılsa da şikayətçidir, Təqsirləndirilən şəxs aldığı pulu qaytarmasını, əks halda cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3lə ilə eyniməzmunlu ifadə verərək onların ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq etdi və bildirdi ki, o, Təqsirləndirilən şəxs şəxsən tanımamış, onunla heç bir zaman görüşməmiş, onun barəsində qaynı Zərərçəkmiş şəxs1 eşitmişdir. Belə ki, o, qayınları Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs3, eləcə də baldızı Cəfərova (Əliyeva) Elmira Məcid qızı uzun müddətdir ki, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində, «6-cı mədən» adlanan ərazidə torpaq sahələri alsalar da, həmin torqaq sahələri mədən ərazisi olmaqla "xxxx" Dövlət Şirkətinə məxsus olduğundan orada heç bir tikinti apara bilməmişlər. 2019-cu ilin iyun ayında qaynı Zərərçəkmiş şəxs1 ona, digər qaynına və baldızının əri Zərərçəkmiş şəxs5 Bəxtiyar adlı tanışının vasitəsi ilə Fövqəladə Hallar Nazirliyində xidmət edən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, sonuncuya bacısı Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin sənədləşdirilməsi və orada tikinti aparılmasına icazə verilməsinin təmin edilməsi müqabilində həmin Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində pul verdiyini, eyni zamanda sonuncunun onlara məxsus torpaq sahələrinin də sənədləşdirilərək orada tikinti aparılmasına icazə alınmasını təşkil edə biləcəyini dediyini və bunun üçün hər bir torpaq sahəsi üçün 5000 (beş min) manat məbləğində pul istədiyini bildirmişdir. O, eləcə də digər qohumları həmin təklifi qəbul edərək razılaşmış, bundan sonra özü qaynı Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs1 həmçinin qardaşı Zərərçəkmiş şəxs3 5000 (beş min) manat məbləğində pul və digər qaynı Zərərçəkmiş şəxs5 4000 (dörd min) manat məbləğində pul alıb həmin pulun üzərinə ata və anasına məxsus, həmin ərazidə yerləşən torpaq sahələrinə görə 10000 (on min) manat məbləğində pul əlavə edərək, onlara verdiyi məlumata əsasən, 2019cu ilin iyun ayının sonlarında ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pulu Təqsirləndirilən şəxs xidməti otağında təklikdə özünə vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə özünə məxsus olan torpaq sahəsi üzərində tikinti işlərinə başlasa da, hər dəfə həmin tikintilər "xxxx" Dövlət Şirkətinin əməkdaşları tərəfindən dayandırılmış və bundan sonra Zərərçəkmiş şəxs1 aldadıldığını başa düşərək dəfələrlə Təqsirləndirilən şəxs aldığı pulları qaytarmasını tələb etsə də, sonuncu ondan aldığı ümumilikdə 30000 (otuz min) manat məbləğində puldan Zərərçəkmiş şəxs1 cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul qaytarmış, qalan pulları qaytarmamışdır. Təqsirləndirilən şəxs borcun əvəzində Tofiqə “Prado” markalı avtomobil təklif etmiş, lakin Tofiq avtomobili sataraq pulunu verməsini tələb etmişdir. Sonradan bilinmişdir ki, həmin avtomobil mövcud olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsi olduğunu, satılıb pulun veriləcəyini bildirsə də bu da olmamışdır. Bu səbəbdən Tofiq qohumları tərəfindən ona verilmiş pulları öz şəxsi vəsaiti hesabına onlara qaytarmışdır. Ona vurulmuş maddi ziyan Zərərçəkmiş şəxs1 tərəfindən faktiki olaraq aradan qaldırılsa da şikayətçidir, Təqsirləndirilən şəxs aldığı pulu qaytarmasını, əks halda cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la ilə eyniməzmunlu ifadə verərək onların ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq etdi və bildirdi ki, digərləri kimi o da, 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində, «6-cı mədən» adlanan ərazidə aldığı torpağın sənədləşdirilməsi və orada tikintinin aparılmasına icazə verilməsinin təşkil edilməsi üçün Fövqəladə Hallar Nazirliyində xidmət edən Təqsirləndirilən şəxs adlı şəxsə çatdırılması üçün pul vermiş, həmin vaxt maddi imkanı olmadığına görə tələb olunan 5000 (beş min) manat məbləğində pulu verə bilməmiş, Zərərçəkmiş şəxs1 cəmi 4000 (dörd min) manat məbləğində pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onlardan aldığı pulun üzərinə atasına və anasına məxsus torpaq sahələrinə görə özü 10000 (on min) manat məbləğində pul əlavə edib ümumilikdə 24000 (iyirmi dörd min) manat məbləğində pulu 2019-cu ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs xidməti otağında təklikdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə özünə məxsus olan torpaq sahəsi üzərində tikinti işlərinə başlasa da, hər dəfə həmin tikintilər "xxxx" Dövlət Şirkətinin əməkdaşları tərəfindən dayandırılmış və bundan sonra Zərərçəkmiş şəxs1 aldadıldığını başa düşərək dəfələrlə Təqsirləndirilən şəxs aldığı pulları qaytarmasını tələb etsə də, sonuncu ondan aldığı ümumilikdə 30000 (otuz min) manat məbləğində puldan Zərərçəkmiş şəxs1 cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul qaytarmış, qalan pulları qaytarmamışdır Bu səbəbdən Zərərçəkmiş şəxs1 aralarında narazılıq yaranmaması üçün ondan və digərlərindən aldığı pulları öz şəxsi vəsaiti hesabına onlara qaytarmışdır. Təqsirləndirilən şəxs borcun əvəzində Tofiqə “Prado” markalı avtomobil təklif etmiş, lakin Tofiq avtomobili sataraq pulunu verməsini tələb etmişdir. Sonradan bilinmişdir ki, həmin avtomobil mövcud olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs torpaq sahəsi olduğunu, satılıb pulun veriləcəyini bildirsə də bu da olmamışdır. Bu səbəbdən Tofiq qohumları tərəfindən ona verilmiş pulları öz şəxsi vəsaiti hesabına onlara qaytarmışdır. Ona vurulmuş maddi ziyan Zərərçəkmiş şəxs1 tərəfindən faktiki olaraq aradan qaldırılsa da şikayətçidir, Təqsirləndirilən şəxs aldığı pulu qaytarmasını, əks halda cəzalanmasını tələb edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, o, Təqsirləndirilən şəxs dostu Elşən vasitəsilə tanımış, A.A.X4 Nazirliyində xidmət etdiyini bilmiş, onunla yoldaşiq münasibətləri olmuş, aralarında heç bir qohumluq əlaqələri, düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs aralarındakı söhbətlər zamanı ona "xxxx" Dövlət Şirkətinin vəzifəli şəxsləri ilə yaxşı münasibətlərinin olduğunu, onların köməkliyi ilə həmin şirkətlə bağlı bir çox məsələləri həll edə bildiyini, o cümlədən şirkətin ərazisində olan tikinti işlərinin aparılması ilə bağlı icazə alınmasını təşkil edə bildiyini demiş, o da, zərurət yaranacağı təqdirdə ona müraciət edəcəyini nəzərə almışdır. 2019-cu ilin iyun ayında özünə məxsus avtomobilini Bakı şəhərinin Nərimanov rayonunun ərazisində, «Çapayev» adlanan yerdə avtoyumada yuduzdurarkən Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, aralarındakı söhbət zamanı sonuncu ona Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində özünə və bacılarına məxsus torpaq sahələrinin olduğunu, həmin torpaq sahələrinə dair bələdiyyə sənədləri olsa da, həmin ərazilər "xxxx" şirkətinə məxsus olduğuna görə orada hər hansı tikinti apara bilmədiyini bildirmiş və bu zaman o, Təqsirləndirilən şəxs ona dediklərini xatırlayaraq Zərərçəkmiş şəxs1, sonuncu onun kimi əslən Qərbi Azərbaycandan olduğuna görə heç bir maddi marağı olmadan ona köməklik göstərə biləcək tanışı olduğunu bildirib onunla danışıb nəticəsi barədə məlumat verə biləcəyini demiş və bu məqsədlə Zərərçəkmiş şəxs1 telefon nömrəsini götürmüşdür. Daha sonra o, 2019-cu ilin iyun ayında istifadəsində olan 070-288- 60-20 mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil danışıq nömrəyə zəng vurub yaxın tanışı olduğunu dediyi Zərərçəkmiş şəxs1 problemi barədə ətraflı məlumat vermiş, bu zaman Təqsirləndirilən şəxs ona məsələləri həll edəcəyini bildirib onu iş yerinə dəvət etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Elm və Təhsil Nazirliyinin yanında yerləşən Fövqəladə Hallar Nazirliyinin idarəsinin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxslə görüşmüş və sonuncu ona Zərərçəkmiş şəxs1 torpaq sahəsinin sənədləşdirilməsi və orada tikinti işlərinin aparılmasına icazə verilməsinin təşkil edilməsi müqabilində 6000 (altı min) manat məbləğində pul verilməli olduğunu bildirmiş, lakin həmin pulun konkret olaraq kimə verilməli olması barədə heç nə deməmiş, özü də bu barədə Təqsirləndirilən şəxs heç nə soruşmamışdır. Bundan sonra o, istifadəsində olan mobil danışıq nömrəsindən «WhatssApp» mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 zəng edib sonuncuya Təqsirləndirilən şəxs təklifi barədə məlumat vermiş, Zərərçəkmiş şəxs1 də ona evdəkilərlə danışıb məlumat verəcəyini bildirmişdir. Bir-iki gündən sonra Zərərçəkmiş şəxs1 ona «WhatssApp» mobil tətbiqi vasitəsilə zəng edərək, Təqsirləndirilən şəxs təklifini qəbul etdiyini bildirmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1 pulu götürüb Təqsirləndirilən şəxs işlədiyi yerin yanına, Elm və Təhsil Nazirliyinin binasının yaxınlığına gəlməsini tapşırmışdır. Zərərçəkmiş şəxs1 dediyi yerə gəldikdən sonra onunla görüşüb sonuncuya məxsus avtomobildə Zərərçəkmiş şəxs1 ona sayaraq 6000 (altı min) manat məbləğində pul vermiş, o da pulu cibinə qoyaraq sonucunun yanında Təqsirləndirilən şəxs zəng vurub idarənin yanında olduqlarını dedikdə Təqsirləndirilən şəxs onları özünün xidməti otağına çağırmışdır. Onlar Təqsirləndirilən şəxslə həmin idarədəki binanın 4-cü mərtəbəsində yerləşən xidməti otağında görüşmüş, orada o, Zərərçəkmiş şəxs1 yanında 60 (altmış) ədəd 100 (bir yüz) manatlıq əskinasları sayaraq Təqsirləndirilən şəxs vermiş, sonuncu orada onlara qısa müddət ərzində torpağın sənədlərini həll edəcəyini, "xxxx" Dövlət Şirkətindən tikintinin aparılmasına icazə alacağını vəd etmişdir. Bundan sonra elə orada Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs bir-birilərinin mobil telefon nömrələrini götürmüş və həmin vaxtdan etibarən bir-biri ilə danışmağa başlamışlar. Lakin sonradan o, uzun müddət onların heç biri ilə əlaqə saxlamadığına görə Təqsirləndirilən şəxs vəd etdiyi məsələni həll edib-etmədiyini bilməmişdir. Şahid qeyd etmişdir ki, onun aralarındakı həmin görüşdən sonra Zərərçəkmiş şəxs1 həmin ərazidə yerləşən qohumlarına məxsus digər torpaq sahələrinə görə Təqsirləndirilən şəxslə sövdələşib sonuncuya 24000 (iyirmi dörd min) manat məbləğində pul verməsi barədə məlumatı olmamış, həmin vaxt Zərərçəkmiş şəxs1 bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında Şahid2 bildirdi ki, o, Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, hadisə barədə ona Tofiq məlumat vermişdir. Amma iki dəfə Təqsirləndirilən şəxslə Tofiq görüçəndə o da orada olmuş, Tofiq Asimdən 30000 manat pulu tələb etmiş, Asim imkani olmadiğini, hissə-hissə ödəmək istədiyini bildirmişdir. Təxminən iki ay sonar yenidən görüşəndə Asim 15000 manatı pulu bir-iki günə, qalan 15000 manatı isə bir-iki aya ödəyəcəyini bildirdi. Amma aldığı puldan Zərərçəkmiş şəxs1 cəmi 3500 (üç min beş yüz) manat pul qaytardı. Məhkəmə iclasında şahid X3 eyni məzmunlu ifalələr verərək Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, hadisənin tam təfərrüatı barədə ona Tofiq məlumat vermişdir. Amma iki dəfə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 görüçəndə o da orada olmuş, Tofiq Asimdən verdiyi pulu tələb etmiş, Asim imkani olmadiğini, hissə-hissə ödəmək istədiyini, bir neçə günə 3500 manat, sonra da 3500 manat verəcəyini bildirmişdir. Yadında qalan budur. Asimin Zərərçəkmiş şəxs1 cəmi 3500 (üç min beş yüz) manat pul qaytarmasını bilir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş «Azercell» mobil operatoru tərəfindən təqdim olunmuş özündə telefonla aparılmış danışıqlara dair məlumatları və sms yazışmaları əks etdirən CD diskə baxış keçirilməsi haqqında 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil danışıq nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********* mobil danışıq nömrəsi arasında 01 yanvar 2019-cu il tarixdən 27 dekabr 2024-cü tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmış, habelə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********* mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil danışıq nömrəsinə müxtəlif tarixlərdə «Asim yıqıram cavab vermirsən», «Asim bir ünvan soylə, adresini de kəlim pulu qoturum», «Asim, nə oldu kaynın yuxudan ayılmadı hələdə», «O bir balanın başına and verifsən ki bu qün sənin pulunu verəcəm deyə özündə zənlqlərimə cavab vermirsən yayınmaq istəyirsən, hörmətsizlik eliyirsən mənə karşı», «Asim elə bilki həftənin birinci qününə sən mənə and icif sözverdinki bu qünə mənim pulumu catıracan Zənqini qözdüyürəm pulu qətir çatır» məzmununda SMS-lər göndərilmişdir. İş materiallarına əlavə edilmiş, istintaq vaxtı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş, içərisində votsap vasitəsilə danışıqların səs yazısı olan diskdəki audioyazılar məhkəmə iclasında nümayiş olundu. Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs çoxsaylı səsli mesajları (səs yazıları) olduğu, Zərərçəkmiş şəxs1 verilən pulun qaytarılması ilə bağlı xahişləri, digər pul vermiş şəxslərin onu narahat etdikləri, Təqsirləndirilən şəxs hər dəfə ona səbr etməsini, pulu qaytaracağini, bəzi yazılarda torpaq sahəsinin satılaraq ona pul veriləcəyini və s. barədə məlumatlar orada əks olunmuşdur. Təqsirləndirilən şəxs yazılardakı səsin ona aid olduğunu qəbul etdi və yalnız Tofiqə aid pulla bağlı söhbətlər getdiyini, Tofiqin pullarını tam qaytardığını, borcu qalmadığını bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildən xx.xx.2022-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində müxtəlif vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2022-ci ildə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cinayət işinin materiallarında olan məlumatlara əsasən, Əliyev X5 Hallar nazirinin 01 noyabr 2013-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətə qəbul olunaraq Əməliyyat- İstintaq idarəsinin növbətçi hissəsinin əməliyyat növbətçisi vəzifəsinə təyin olunaraq 27 noyabr 2014-cü il tarixədək həmin vəzifədə xidmət etmiş, 27 noyabr 2014-cü il tarixdən 04 oktyabr 2019-cu il tarixədək həmin idarənin əməliyyat şöbəsinin rəisi vəzifəsində, 04 oktyabr 2019cu il tarixdən 02 dekabr 2019-cu il tarixədək həmin idarənin növbətçi hissənin rəisi vəzifəsində, 02 dekabr 2019-cu il tarixdən 25 noyabr 2022-ci ilədək həmin idarənin əməliyyat şöbəsinin rəisi vəzifəsində xidmət etmiş, 25 noyabr 2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Cinayət işinin materiallarında olan FHN-nin Əməliyyat-İstintaq idarəsi tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs mənfi xarakterizə edilir. Cinayət işinin materiallarında olan məlumatlara əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. O, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınaraq bu iş üzrə onun barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin materiallarında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü bir uşağı vardır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 17-ci bəndində göstərilir ki, “....CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır”. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (ikiyüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Mərkəz vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Müdafiəçi hesabatında 60 iş saatı sərf etdiyini göstərsə də, məhkəmə hesab edir ki, 40 iş saatı sərf edilməsi daha uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.4 və 66.5-ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə çəkdiyi cəza müddəti 09 ay 26 gün təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun çəkəcəyi qəti cəza 02 (iki) il müddətə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində əvvəlki iş üzrə həbs qətimkan tədbiri seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınsın və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (ikiyüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-182/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-182/2024
23.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver