Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-183/2023 30.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN, müdafiəçi - Bakı şəhəri Alyans vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs XN iştirakı ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında 6 iyul 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla Sumqayıt şəhəri X9 qəsəbəsi Əliağa Vahid küçəsi ev 9 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 3 uşağı olan), ali hərbi təhsilli, Bakı Hərbi Məhkəməsinin N noyabr N0N1-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N.4, 31N.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat miqdarında cərimə cəzasına, Bakı Hərbi Məhkəməsinin 7 oktyabr N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 3N.4, 31N.1, 3N0.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat miqdarında cərimə cəzasına və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan XN Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N9.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun N-ci haubitsalı artilleriya batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən NN iyul N0NN-ci il tarixdə saat 1N radələrində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı sonuncudan övladı X7 işə düzəltmək istədiyini öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə ona Azərbaycan Respublikası Milli Məclisinin mühafizə xidmətində işləyən qohumu vasitəsilə 4500 (dörd min beş yüz) manat məbləğində pulun guya özünün vasitəsilə həmin şəxsə çatdırılması müqabilində oğlunu Türkiyə Respublikasında təşkil olunacaq kursa göndərəcəyinə dair vəd verərək inandırmış, bu məqsədlə N8 iyul N0NN-ci il tarixdə saat 16 radələrində N nömrəli hərbi hissənin qarşısında Zərərçəkmiş şəxs1 verdiyi 4500 manat məbləğində pulu əldə etmiş, lakin vədi üzrə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 8 may N0N3-cü il tarixdə saat 16:30 radələrində N nömrəli hərbi hissənin əsgər yataqxanasında yerləşən batareya komandirlərinin otağında tabeliyində olan 1-ci batareyanın N-ci tağımının 3-cü top heyət nəfəri, əsgər Zərərçəkmiş şəxsN çiyninə əli ilə səbəbsiz olaraq vuraraq sıxmış, sonuncunun onun əlini aşağı endirməsi səbəbindən əsəbiləşərək öz üstünlüyünü göstərmək məqsədilə qəsdən əsgər Zərərçəkmiş şəxsN yaxasından tutub badalaq atıb yerə yıxmaqla ona dərəcəsi təyin edilməyən “boğaz nahiyəsinin sağ tərəfinin aşağı 1/3-nin cızılmış-sıyrılmış yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N9.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, NN iyul N0NN-ci il tarixdə N nömrəli hərbi hissəsində xidmətdə olarkən barəsində olan cinayət işi ilə əlaqədar Bakı Hərbi Məhkəməsinə getmək üçün “Maksim” şirkətindən taksi sifariş etmiş, saat 1N radələrində taksi fəaliyyəti ilə məşğul olan, şəxsiyyətini sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil ilə hərbi hissənin qarşısına gəlmiş və o, həmin avtomobildə əyləşmişdir. Onlar yolda söhbət edən zaman avtomobili idarə edən Zərərçəkmiş şəxs1 oğlunun Türkiyə Respublikasında ali təhsil aldığını, hazırda işsiz olduğunu və övladı üçün iş axtardığını bildirdikdə o, Zərərçəkmiş şəxs1 oğlunun işə düzəlməsinə köməklik edə biləcəyini demiş və əlaqə nömrələrini əldə etmişlər. Bir neçə gün sonra yaşadığı Sumqayıt şəhəri X10 qəsəbəsində olarkən qonşuluqda kirayədə yaşayan X13 ilə söhbət əsnasında Zərərçəkmiş şəxs1 oğlunun iş axtarması barədə demiş və Anar Əsgərov həmin qadının oğlunun işə düzəlməsi ilə bağlı köməklik edəcəyini, bunun üçün Türkiyə Respublikasında təşkil olunacaq 6 aylıq kursa getməli olduğunu və bunun müqabilində 4500 manat pul tələb olunduğunu demişdir. X16 Əsgərovanın övladının işlə təmin olunacağı ilə bağlı vəd verməmiş, sonuncu sadəcə kursa getmək ilə bağlı xərclərin olduğunu, şəxsin Türkiyə Respublikasına gediş-gəliş biletlərinin, orada qalmaq, təhsil almaq və yemək xərclərinin həmin 4500 manat puldan qarşılanacağını bildirmişdir. Anar Əsgərovdan işin bütün təfərrüatlarını öyrəndikdən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək sonuncuya oğlunu işə düzəlməsinə köməklik etmək üçün Türkiyə Respublikasında 6 aylıq kursa göndərə biləcəyini və bunun müqabilində 4500 manat pul verilməli olduğunu bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 oğlunun Türkiyə Respublikasının Ankara şəhərində 6 ay müddətinə kurs keçəcəyini, kursu bitirdikdən sonra işə qəbul olunacağını, bunun üçün isə həmin tanışına kursa görə 4500 manat məbləğində pul verilməli olduğunu bildirmiş, lakin tanışının kim olması barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşdıqdan sonra qeyd olunan məbləğdə pulun yaxın vaxtda verilməli olduğunu bildirmiş, hər ikisi Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin qarşısında görüşmək barədə razılaşdıqdan sonra N8 iyul N0NN-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin qarşısına gələrək hərbi hissənin qarşısında zərfin içərisində 4500 (dörd min beş yüz) manat məbləğində pulu ona vermişdir. Özü Zərərçəkmiş şəxs1 oğlunu ümumiyyətlə tanımamış, həmin şəxs ilə hər hansı bir formada əlaqəsı olmamışdır. Bundan sonra o, Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin yaxınlığında tanışı Anar Əsgərovla görüşərək 4500 manat pulu sonuncuya vermiş, özünə hər hansı məbləğdə pul çatmamışdır. Bir müddət sonra isə Anar Əsgərov onun zənglərinə cavab verməmiş, verdiyi vədlə bağlı heç bir iş görməmiş, habelə kirayədə qaldığı evdən başqa yerə köçmüşdür. Bundan sonra özü Zərərçəkmiş şəxs1 hissə-hissə həmin pulu qaytarmağa başlamış və hazırda 4500 manat məbləğində pulu şəxsən Zərərçəkmiş şəxs1 tam şəkildə geri qaytarmışdır. Bundan əlavə istintaq olunan cinayət işi ilə bağlı bildirmişdir ki, 08 may N0N3-cü il tarixdə saat 16:30 radələrində batareya komandirlərinin otağında olan zaman əsgər Zərərçəkmiş şəxsN otağa gələrək batareya komandirinə müraciət edən zaman o, əlini əsgər Zərərçəkmiş şəxsN çiyninə qoyaraq “sən idmançısan?” demiş, sonuncu isə onun əlini öz əli ilə tutaraq aşağı endirmişdir. Bundan sonra o, zarafatla Zərərçəkmiş şəxsN çiynindən tutaraq badalaq vurmuş və sonuncu yerə yıxılmışdır. Əsgər Zərərçəkmiş şəxsN bundan sonra ayağa qalxaraq otaqdan çıxmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N9.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini təqsirli olması özünün qismən etirafedici ifadəsindən əlavə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, baxış protokolları, sənədlər və digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, NN iyul N0NN-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsindən Bakı Hərbi Məhkəməsinə taksi sifariş verdikdə həmin sifarişi qəbul etmiş, həmin tarixdə saat 1N radələrində idarə etdiyi avtomobil ilə Güzdək qəsəbəsində yerləşən hərbi hissənin qarşısına gəlmiş və adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs hərbi hissədən çıxarkən digər hərbi qulluqçuların sonuncuya hərbi salam verdiyini və kapitan hərbi rütbəsində xidmət etdiyini gördükdən sonra Təqsirləndirilən şəxs yüksək vəzifədə çalışdığını düşünmüşdür. Yol boyu söhbət edən zaman o, oğlu X11 Respublikasında ali təhsil aldığını, hazırda işsiz olduğunu və sonuncuya iş axtardığını bildirdikdə Təqsirləndirilən şəxs oğlunun işə düzəlməsinə köməklik edə biləcəyini demiş, lakin həmin vaxt qeyd olunanlarla bağlı hər hansı dəqiq məlumat verməmişdir. Əlaqə nömrələrini götürdükdən təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək oğlu Cavid Məmmədovun işə düzəlməsi üçün Milli Məclisdə işləyən qohumu vasitəsilə köməklik edəcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs X11 Respublikasının Ankara şəhərində 6 ay müddətinə zal nəzarətçisi-operator vəzifəsi üçün kurs keçəcəyini, kursu bitirdikdən sonra asanlıqla işə qəbul olunacağını, bunun üçün isə həmin qohumuna kursa görə 4500 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə həmin məbləğə X11 Respublikasına gediş-gəliş bileti, orada qalmaq, gündəlik 3 dəfə olmaqla yeməklə təmin edilməsi və təhsil xərcləri daxil olmuşdur. A.H.X1N həmin kursu bitirdikdən sonra Milli Məclisə və ya digər dövlət müəssisələrində konfrans zallarında zalnəzarətçisi-operator vəzifəsinə asanlıqla işə düzələ biləcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs belə bir fürsətin hər dəfə düşməyəcəyini, tezliklə göstərilən məbləğdə pulun verilməli olduğunu, Türkiyə Respublikasında keçiriləcək kursun bütün xərclərinin həmin puldan ödəniləcəyini, oğlu Cavid Məmmədova aid müəyyən sənədlərin, yəni şəxsiyyət vəsiqəsinin, ali təhsil alması ilə bağlı diplomunun fotoşəkillərini göndərməli olduğunu bildirdiyindən o Təqsirləndirilən şəxs sözlərinə inanmış və təklifi ilə razılaşmışdır. Lakin, Təqsirləndirilən şəxs onun oğlunu işə düzəltməyi vəd etməmiş, sadəcə göndəriləcəyi kursun xərclərinə görə 4500 manat pul istəmişdir. Təqsirləndirilən şəxs pulun yaxın vaxtda verilməli olduğunu bildirdiyindən sonuncu ilə xidmət etdiyi Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin qarşısında görüşməyə razılaşmışdır. Bu məqsədlə N8 iyul N0NN-ci il tarixdə saat 16 radələrində N nömrəli hərbi hissənin qarşısına gələrək hərbi hissənin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və zərfin içərisində 4500 (dörd min beş yüz) manat məbləğdə pulu təklikdə Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman sonuncu 4500 manat məbləğində pulun artıq həmin qohumuna verildiyini, oğlu Cavid Məmmədovun yaxın vaxtda Ankara şəhərində keçiriləcək kursa cəlb ediləcəyini bildirmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman, o, müxtəlif bəhanələr gətirərək işin uzandığını ona bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs özünü aldatdığını, etibarından sui-istifadə etdiyini, oğlunun kursa göndərilməyəcəyini başa düşmüş və 4500 manat məbləğdə pulu geri istəmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq hissə-hissə olmaqla xatırlamadığı tarixlərdə N00 manat və 300 manat, yəni ümumilikdə 500 manat məbləğində pulu ona qaytardıqdan sonra o, Daxili İşlər Nazirliyinin “10N” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs əməlləri barədə məlumat verərək şikayət etmişdir. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hərbi hissədən götürərkən digər şəxslərlə olan münasibətindən sonuncunun yüksək vəzifədə xidmət edən biri olduğunu düşünmüşdür. Həmçinin Təqsirləndirilən şəxs da yol boyu söhbət əsnasında hərbi hissədə yüksək vəzifədə xidmət etdiyini və buna görə də geniş əlaqələrə malik olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxs statusuna görə inanıb həqiqətən də oğlunun işini qohumu olan şəxsin vasitəsilə həll edəcəyini düşünmüşdür. Dəfələrlə Təqsirləndirilən şəxs həmin qohumu olan şəxslə görüşmək istədiyini desə də, sonuncu guya həmin şəxsin özünü bildirmək istəmədiyini deyərək ona həmin şəxslə danışmağı üçün şərait yaratmamışdır. Təqsirləndirilən şəxs ondan aldığı 4500 manatdan cəmi 1100 manatı qaytarmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci batareyasının N-ci tağımının 3-cü top heyət nəfəri, əsgər Zərərçəkmiş şəxsN göstərmişdir ki, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmətə başladığı dövrdə, təxminən N0N3cü ilin yanvar ayının əvvəllərindən tanımış, həmin dövrdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ezamiyyətdə olduqları vaxt kapitan Təqsirləndirilən şəxsla söhbət əsnasında sonuncu onun Cəlilabad rayonundan olduğunu öyrəndikdən sonra qayınatasının da Cəlilabad rayonundan olduğunu bildirərək onunla münasibət qurmağa başlamışdır. Lakin, zaman keçdikdə kapitan Təqsirləndirilən şəxs onunla komandir adına yaraşmayan hərəkətlər edərək yersiz zarafatlar etməsi səbəbindən sonuncudan bir neçə dəfə özü ilə zarafat etməməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə hər dəfə ona öz üstünlüyünü göstərib alçaltmaq üçün digər şəxslərin yanında ona yersiz zarafatlar etməyə davam etmişdir. 08 may N0N3-cü il tarixdə saat 16:N0 radələrində batareya komandiri kapitan Şahid1 göstərişinə əsasən tapşırıq üzrə sanitar qovşaqda təmizlik işlərini yekunlaşdırdıqdan sonra saat təxminən 16:30 radələrində məlumat vermək və evlə danışmaq üçün telefon istəmək məqsədilə kapitan Şahid1 xidməti otağına getmiş, həmin vaxt otaqda Şahid1 başqa, kapitan Təqsirləndirilən şəxs və bir neçə əsgər də olmuşdur. Otağa girib məruzə edən zaman kapitan Təqsirləndirilən şəxs ona yaxınlaşıb onun sol çiyninə sağ əli ilə vuraraq kapitan Şahid1 “bilirsəndə bu idmançıdı, pişik kimidi” sözlərini demişdir. Bu sözlər onun xoşuna gəlmədiyi üçün əli ilə Təqsirləndirilən şəxs əlini aşağı salmışdır. Bundan sonra yenidən Təqsirləndirilən şəxs əlini onun çiyninə vuraraq sağ əli ilə sol çiynini sıxmağa başlamış, həmin vaxt ağrı hiss etdiyi üçün yenidən sonuncunun əlini tutaraq aşağı endirmişdir. Təqsirləndirilən şəxs öz üstünlüyünü nümayiş etdirməsinə onun şərait yaratmadığını gördükdən sonra əsəbi halda sağ əli ilə onun yaxasından tutaraq sıxmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs onu möhkəm sıxdığı üçün dırnaqları boğaz nahiyəsini cızmışdır. Təqsirləndirilən şəxs yaxasından tutub sıxdıqdan sonra ona badalaq atmış və o yerə yıxılmışdır. Yerə yıxıldıqda sol dirsək və onurğa nahiyəsi zərblə yerə dəydiyi üçün həmin nahiyələrdə şiddətli ağrı hiss etmişdir. Həmin anda utancından və özünü alçaldılmış hiss etdiyi üçün əsəbi halda otaqdan çıxaraq sanitar qovşağa getmiş və daha sonra isə baş verənlər barədə divizion komandiri kapitan Məmməd Məmmədova məlumat vermişdir. Təqsirləndirilən şəxs qarşı heç vaxt nizamnamədən kənar hərəkətlərə yol verməmiş, sonuncunu təhqir etməmiş, vurmamışdır. Hadisədən dərhal sonra otaqdan çıxıb sanitar qovşağa getdikdə boğaz nahiyəsində sıyrıqlar olduğunu və qan gəldiyini görmüş, dirsək və onurğa nahiyələrində ağrı hiss etsə də həmin nahiyələrdə xəsarət izi olub-olmamasına fikir verməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, barəsində heç bir şikayəti yoxdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci batareyasının komandiri, kapitan Şahid1 göstərmişdir ki, 8 may N0N3-cü il tarixdə təxminən saat 16:30 radələrində batareya komandirlərinin otağında idmandan əvvəl paltarlarını dəyişən zaman əsgər Zərərçəkmiş şəxsN otağa gələrək ailə üzvləri ilə danışmaq üçün ondan mobil telefon istəmiş, o da paltarını dəyişəndən sonra telefonu verəcəyini bildirmiş və gözləməsini söyləmişdir. Həmin vaxt kapitan Təqsirləndirilən şəxs da otaqda olmuş və sonuncu əsgər Zərərçəkmiş şəxsN yaxınlaşaraq nəsə deyib zarafat etməyə başlamışdır. Həmin vaxt ilkin olaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsN zarafat etdiyini düşünmüş, ona görə də heç bir müdaxilə etməmişdir. Lakin, birdən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN yaxasından tutub badalaq ataraq yerə yıxmasının şahidi olmuşdur. Zərərçəkmiş şəxsN əsəbi halda ayağa yalxıb otaqdan çıxdıqda ikisi arasında olan məsələnin zarafat olmadığını anlamışdır. Bundan sonra əsgər Zərərçəkmiş şəxsN baş vermiş hadisə barədə divizion komandiri, kapitan Məmməd Məmmədova məlumat vermiş və tibb məntəqəsinə göndərilmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü batareyasının atəş dəstək qrupunun baş kəşfiyyatçısı, əsgər ŞahidN oxşar məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, 30 mart N0N3-cü il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə müraciət edərək, oğlu X7 işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan 4500 (dörd min beş yüz) manat məbləğində pul alması, lakin vədinə əməl etməməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, N4 avqust N0N3-cü il tarixdə Bakı Hərbi Prokurorluğuna müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyanın tam şəkildə geri qaytarıldığını, sonuncu ilə barışdığını, barəsində heç şikayətinin və maddi tələbinin olmadığını bildirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan raportdan görünür ki, əsgər Zərərçəkmiş şəxsN 08 may N0N3-cü il tarixdə saat 17:50 radələrində “boğaz nahiyəsinin sağ tərəfinin aşağı 1/3-nin cızılmış, sıyrılmış yarası” diaqnozu ilə tibb məntəqəsinə daxil olmuşdur. NN may N0N3-cü il tarixli 661 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxsN almış olduğu xəsarət – boğaz nahiyəsinin sağ tərəfinin aşağı 1/3-nin cızılmış-sıyrılmış yarası, qabırğa kənarlı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.N0N3-cü il tarixdə) və şəraitdə əmələ gəlməsi inkar olunmur, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən təqdim olunan N8 iyul N0N3-cü il tarixli məktuba və “X3 Sistemi” vasitəsilə çıxarış edilərək cinayət işinin materiallarına əlavə edilmiş sənədə əsasən, X13 barəsində hər hansı məlumat müəyyən edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli 317 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs hərbi hissənin haubitsalı artilleriya divizionunun N-ci haubitsalı artilleriya batareyasının komandiri vəzifəsinə təyin olunduğuna görə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N7 dekabr N0NN-ci il tarixli 396 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxsN hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışa əsasən, hərbi hissənin haubitsalı artilleriya divizionunun N-ci haubitsalı artilleriya batareyasının komandiri, kapitan Təqsirləndirilən şəxs həmin divizionun 1-ci haubitsalı artilleriya batareyasının N-ci tağımının heyət nəfəri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxsN komandir (rəis) hesab edilir. Müdafiə Nazirliyinin Mərkəzi-Hərbi Poliklinikasından təqdim olunan 19 iyun N0N3-cü il tarixli 6546 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissəsindən təqdim edilən xidməti xasiyyətnaməyə əsasən, kapitan Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Bakı Hərbi Məhkəməsinin N noyabr N0N1-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N.4, 31N.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 7 oktyabr N0NN-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N.4, 31N.1, 3N0.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat miqdarında cərimə cəzasına və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. N nömrəli hərbi hissəsindən təqdim olunan N7 oktyabr N0N3-cü il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan 7 oktyabr N0NN-ci il tarixli hökmə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasını çəkmiş, 6000 (altı min) manat miqdarında cərimə cəzasından N400 (iki min dörd yüz) manat miqdarında cərimə cəzası qalmış, yəni 3600 (üç min altı yüz) manat miqdarında cərimə cəzasını ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində üç azyaşlı övladı vardır, “Silahlı Qüvvələrin 90 illiyi”, “Silahlı Qüvvələrin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə N-ci dərəcəli”, Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs XN törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N9.1-ci maddələri ilə düzgün tövsif edildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.N.3-cü maddəsi az ağır, Azərbaycan Respublikası CM-in 3N9.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması, həmçinin həmin Məcəllənin 59.1.1N-cü maddəsinə əsasən Zərərçəkmiş şəxsN ilə barışıq əldə etməsi (Azərbaycan Respublikası CM-in 3N9.1-ci maddəsinə münasibətdə) və həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödəməsi (Azərbaycan Respublikası CM-in 178.N.3-ci maddəsinə münasibətdə) cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən XN cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə X4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngüləşdirən halları və ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 178.N-ci maddəsi ilı cərimə cəzasının və 3N9.1-ci maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.N-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Azərbaycan Respublikası CM-in 66.N-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 68.N-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X4 hər iki maddə ilə təyin edilmiş cəzaları Azərbaycan Respublikası CM-in 66.N-ci maddəsinə əsasən tamamilə toplamaq yolu ilə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbinə əsasən Bakı Hərbi Məhkəməsinin 7 oktyabr N0NN-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-in 3N.4, 31N.1, 3N0.1 və 333.3-cü maddələri ilə təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzası və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli və bu cəzadan həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablamaqla çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Hökmün icrası cərimə cəzasına aid hissədə XN xidmət etdiyi hərbi hissəsinin yerləşdiyi yeri üzrə fəaliyyət göstərən rayon icra və probasiya şöbəsinə həvalə olunmalı, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasısının icrası xidmət etdiyi hərbi hissənin komandirinə həvalə olunmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdr. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X6 Azərbaycan Respublikası CM-in 178.N.3 və 3N9.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.N.3-cü maddəsi ilə 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 3N9.1-ci -ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.N-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə X4 4.000 (dörd min) manat miqdarında cərimə və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 7 oktyabr N0NN-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-in 3N.4, 31N.1, 3N0.1 və 333.3-cü maddələri ilə təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə ona qəti olaraq 7000 (yeddi min) manat miqdarında cərimə və 5 (beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. X4 hazırki hökmlə təyin edilmiş qəti cəzadan Bakı Hərbi Məhkəməsinin 7 oktyabr N0NN-ci il tarixli hökm təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası üzrə çəkilmiş 3600 (üç min altı yüz) manat miqdarında cərimə və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası qəti cəza müddətinə hesablanaraq çıxılmaqla üzərində 3400 (altı min) manat miqdarında cərimə və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 68.N-ci maddəsinə əsasən X4 təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Hökmün icrası cərimə cəzasına aid hissədə XN xidmət etdiyi yer üzrə fəaliyyət göstərən şəhər (rayon) icra idarəsinə (şöbəsinə) həvalə edilsin, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına aid hissədə isə xidmət etdiyi hərbi hissənin komandirinə həvalə olunsun. XN barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan N0 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-183/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-183/2023
30.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver