Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-184/2024 16.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2i yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Müdafiə Nazirliyinin 2-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanılmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa o, həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Müdafiə Nazirliyinin 2-ci Hərbi Polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanılmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu ərazisində dislokasiya olunmuş 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda demək istəmədiyi şəxsi problemləri ilə bağlı həmin tarixdə xidmət yerinə qayıtmamış, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanı yaxınlığında olarkən hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Hərbi Polis bölməsinə gətirilmiş, daha sonra isə hərbi hissədən göndərilən nümayəndəyə təhvil verilənədək saxlanılması üçün 1-ci Hərbi Polis bölməsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 1-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlama yerində saxlanılmış, xx.xx.2024-cü il tarixdə N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş gizir Şahid1 və gizir Şahid3 onu 1-ci Hərbi Polis bölməsindən təhvil alaraq xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarmışlar. O, bir neçə gün xidmət yerində qaldıqdan sonra yenidən demək istəmədiyi şəxsi problemləri ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda xidmət yerinə qayıtmamışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri ərazisində yaşadığı evin yaxınlığında olarkən hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Hərbi Polis bölməsinə aparılmış, daha sonra isə elə həmin gün N nömrəli hərbi hissədən nümayəndə qismində göndərilmiş gizir Şahid2 və gizir Şahid3 onu 2-ci Hərbi Polis bölməsindən təhvil alaraq xidmət yerinə aparmışlar. Demək istəmədiyi şəxsi problemləri ilə bağlı bu əməli törətməyə məcbur olmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır, 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun 3-cü dəniz piyada bölüyünün komandiridir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu təqdirdə, həmin tarixdə xidmət yerinə gəlməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin səhər düzlülüşü zamanı hərbi hissə komandiri polkovnik Xaliq İbrahimov ona və gizir Şahid3 əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hərbi polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını, bu səbəbdən Təqsirləndirilən şəxs hərbi polis bölməsindən təhvil alaraq hərbi hissəyə gətirmələrinə dair göstəriş vermiş, bu səbəbdən o və Şahid3 xx.xx.2024-cü il tarixdə səhər saatlarında 1-ci Hərbi Polis bölməsinə gedərək əsgər Təqsirləndirilən şəxs oradan təhvil alaraq N nömrəli hərbi hissəyə gətirmişlər. Yolda olarkən o, əsgər Təqsirləndirilən şəxs nəyə görə xidmət yerinə vaxtında gəlməməsi barədə soruşduqda Təqsirləndirilən şəxs ona şəxsi problemləri olduğunu, bu səbəbdən xidmət yerinə gəlmədiyini demişdir. Təqsirləndirilən şəxs xidmət yerinə qaytardıqdan bir neçə gün sonra, sonuncunun yenidən xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlmədiyini öyrənmişdir. xx.xx.2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs yenidən hərbi polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq N nömrəli hərbi hissənin hərbi qulluqçuları gizir Şahid3 və gizir Şahid2 tərəfindən hərbi polis bölməsindən təhvil alınaraq xidmət yerinə geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs xidmət yerinə geri qayıtdıqdan sonra nəyə görə xidmət yerinə gəlməməsi barədə soruşduqda Təqsirləndirilən şəxs ona bir daha şəxsi problemləri olduğunu, buna görə xidmət yerinə gəlmədiyini demişdir. Məhkəmə iclasında Şahid1 əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs yenə də xidmət yerinə gəlmir, hazırda on gündən çoxdur ki, hərbi hissədə yoxdur. Məhkəmə iclasında şahidlər - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün TƏİR manqa komandiri, gizir Şahid2 və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün texniki müşahidə manqasının komandiri, gizir Şahid3 Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin 2-ci Hərbi Polis bölməsinin kiçik əməliyyat müvəkkili (axtarış üzrə), çavuş Şahid4 göstərdi ki, xx.xx.2024cü il tarixdə N nömrəli hərbi hissənin komandanlığından həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlmədiyi bildirilməklə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək N nömrəli hərbi hissəyə qaytarılmasına köməklik edilməsinə dair məktub daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tapılaraq xidmət yerinə qaytarılması ona həvalə olunduğundan o, N nömrəli hərbi hissə ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs atasının əlaqə nömrəsini öyrənmiş və Təqsirləndirilən şəxs atası ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs atası ilə danışarkən ona İlkinin hazırda yaşadıqları ünvan 3 ünvanında olduğunu bildirdiyindən xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvana getmiş və saat 12 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq 2-ci Hərbi Polis bölməsinə gətirilməsini təmin etmişdir. Bundan sonra, 2-ci Hərbi Polis bölməsinin müvəqqəti saxlama yeri təmir işlərinə görə müvəqqəti olaraq fəaliyyətini dayandırdığından Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müvəqqəti saxlama yerinə yerləşdirilməsi üçün 1-ci Hərbi Polis bölməsinə təhvil verilmişdir. Bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən N nömrəli hərbi hissədən 2-ci Hərbi Polis bölməsinə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlmədiyinə dair məktub daxil olduğundan Təqsirləndirilən şəxs tapılaraq xidmət yerinə geri qaytarılması ona həvalə olunmuşdur. Bu səbəbdən o, yenidən Təqsirləndirilən şəxs atası ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs atası ilə danışarkən ona İlkinin Sumqayıt şəhəri ərazisində yaşadıqları ünvanda olduğunu bildirdiyindən o, xx.xx.2024-cü il tarixdə həmin ünvana getmiş və saat 08 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq 2-ci Hərbi Polis bölməsinə gətirilməsini təmin etmişdir. Bundan sonra elə həmin gün Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədən göndərilmiş nümayəndələrə təhvil verilərək xidmət yerinə qaytarılması təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul haqqında xx.xx.2023-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 83 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq xidmətini davam etmək üçün xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı vəzifəsinə təyin olunmaqla vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin 3-cü dəniz piyada taborunun atəş dəstək bölük komandirinin xx.xx.2024-cü il tarixli 3319 daxilolma nömrəli raportundan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 151 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 1-ci Hərbi Polis bölməsinə təhvil verilməsi haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində yaşadığı ünvan yaxınlığında saxlanılaraq 2ci Hərbi Polis bölməsinə gətirilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 3-cü dəniz piyada taborunun atəş dəstək bölük komandirinin xx.xx.2024-cü il tarixli 3730 daxilolma nömrəli raportundan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 175 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü dəniz piyada taborunun atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə təhvil verilməsi haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07:50 radələrində yaşadığı ünvan yaxınlığında saxlanılaraq 2ci Hərbi Polis bölməsinə gətirilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli 6408 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respulikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 1037 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin 3-cü dəniz piyada taborunun Atəş dəstək bölüyünün avtomatik qumbaraatan manqasının baş qumbaratan vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs Soltan oğlu xx.xx.2024-cü il tarixdə saat 08:00-dan hal-hazırki tarixədək xidmət yerinə gəlməmişdir. Faktla bağlı araşdırma təyin olunaraq materiallar N nömrəli hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında iştirak etməsini, himayəsində bir azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsində nəzərdə tutlmuş cinayəti təkrar törətməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə — iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hazırda ordu sıralarından tərxis edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdədir, 3 il müddətinə bağlaşması vardır. O demək istəmədiyi şəxsi problemlərini əsas gətirərək xidməti vəzifələrin yerinə yetirilmək üçün xidmət yerinə getməmiş, hərbi hissəni on gündən artıq, lakin bir aydan çox olmayaraq iki dəfə özbaşına tərk etmiş və hər dəfə hərbi polis tərəfindən hissəyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, ona yüngül cəza təyin edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabit, gizir və müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji durumuna, nizam intizamına mənfi təsir edə bilər. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İşdə olan məlumatlardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Hərbi Polis tərəfindən tutularaq saxlanmış və xx.xx.2024-cü il il tarixdə hərbi hissənin nümayəndəsinə təhvil verilmişdir. Onun tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-184/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-184/2024
16.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver