Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-185/2025 13.11.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində doğulmuş, Biləsuvar rayonunun Xırmandalı kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Heydər Əliyev adına Hərbi İnstitutun sabiq kursantı, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan, barəsində 09 sentyabr 2025-ci il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai rayonu Zığ qəsəbəsi Polad Həşimov küçəsi ərazisində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursant taborunun 8-ci kursant bölücünün 2-ci tağımının kursantı kimi həqiqi hərbi xidmətdə olarkən 08 oktyabr 2024-cü il tarixdə tabor üzrə cavabdehlik naryadında olan, qeyd edilən bölüyün 1-ci tağımının komandiri-müəllim köməkçisi vəzifəsində həqiqi hərbi xidmətdə olmuş baş leytenant Zərərçəkmiş şəxs həmin gün saat təxminən 12:40-da ona "xxxx" ASC-də öz adına rəsmiləşdirilmiş, istifadəsində olmaqla həmin vaxt hesabında 412 (dörd yüz on iki) manat civarında pul vəsaiti olmuş “Cashback” təyinatlı 416973******0937 nömrəli plastik bank kartını və həmin kartın pin kodunu verib nəzarət buraxılış məntəqəsinin yanında olan, "xxxx" ASC- yə məxsus bankomatdan 105 (yüz beş) manat pul çıxarıb gətirib ona verməsini xahiş etməsini fürsət bilib, aludəçilik dərəcəsində həvəskarı olduğu və uzun illərdən bəri oynadığı “PUBG Mobile” adlanan mobil cihazlar üçün nəzərdə tutulan döyüş təyinatlı video oyununda qeydiyyatdan keçdiyi profil hesabında açdığı oyunçusuna digər oyunçuların geyim dəstindən fərqlənən geyim dəsti almaqla oyunda olan göstəriçilərini gücləndirmək arzusunu Zərərçəkmiş şəxs ona verdiyi bank kartının hesabında olan puldan gizli şəkildə talamaqla reallaşdırmaq qərarına gəlmiş, bu məqsədlə həmin vaxt nəzarət buraxılış məntəqəsinə gedə- gedə sözügedən plastik bank kartının üzərində həkk edilmiş on altı rəqəmlik hesab nömrəsini, eləcə də üç rəqəmlik təhlükəsizlik kodunu əzbərləyib yadında saxlamış, daha sonra Zərərçəkmiş şəxs qeyd edilən xahişini yerinə yetirərək sonuncunun bank kartını geri qaytarmışdır. Növbəti gün, yəni 09 oktyabr 2025-ci il tarixdə axşam saatlarında o, “PUBG Mobile” oyununu oynamaq üçün əlverişli şərait əldə edən kimi dolabında gizlətdiyi “Android 14” əməliyyat sistemi ilə təchiz edilmiş “Xiomi İPAD 6PRO” markalı, ’’23043RP34G” modelli planşetini çıxarıb mobil internet şəbəkəsinə qoşularaq həmin gün saat təxminən 19:56-da “PUBG Mobile” oyununa, daha sonra isə oyunda olan “alış” qrafasına daxil olub Zərərçəkmiş şəxs qeyd edilən kart məlumatlarını, yəni kartın əzbərləyib yadında saxladığı on altı rəqəmlik hesab nömrəsini və üç rəqəmlik təhlükəsizlik kodunu həmin qrafada olan müvafiq yarımqrfalara yazıb oyunçusuna arzusunda olduğu sözügedən geyim dəstini həmin gün üçün müəyyən edilmiş onlayn alış qiymətinə, yəni 101,40 X2 dollarına almış, bu onlayn əməliyyat üçün habelə Zərərçəkmiş şəxs qeyd edilən bank kartının hesabından 31,3 manat məbləğində komissiya haqqı da tutulmuş, onun şəxsi məqsədləri üçün qanunsuz şəkildə həyata keçirdiyi bu əməli nəticəsində T.Eonxanovun kartının hesabından həmin ^ovrün rəsmi valyuta məzənnəsi ilə ümumilikdə 205,20 (iki yüz beş manat iyirmi qəpik) məbləğində pul vəsaiti onlayn yolla “PUBG Mobile” oyununun rəsmi qurucusu olan “Tencent Games” şirkətinin hesabına köçürülmüş, bununla da o, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin sentyabr ayının əvvəllərində Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, iki il həmin liseydə orta hərbi təhsil aldıqdan sonra məzun olmuş və müvafiq imtahanları müvəffəqiyyətlə verib 2022-ci ilin avqust ayında ali hərbi təhsil almaq üçün Heydər Əliyev adına Hərbi İnstituta daxil olmuş, 3-cü kursda ali hərbi təhsil alarkən, yəni 27 fevral 2025-ci il tarixdə həmin institutdan xaric edilərək xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş və hal hazıradək qeyd edilən hərbi hissədə əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətini davam etdirir. Heydər Əliyev adına Hərbi İnstututun 2-ci kursant taborunun 8-ci kursant bölüyünün 1-ci tağımının komandiri- müəllim köməkçisi kimi baş leytenant hərbi rütbəsində xidmət etmiş Zərərçəkmiş şəxs həmin institutda təhsil aldığı müddətdə tanımış, münasibətləri xidməti olmuşdur. O, 08 oktyabr 2024-cü il tarixdə saat təxminən 12:40-da xidmət etdiyi bölük üzrə kursant yataqxanasında gün növbətçisi naryadında olarkən tabor üzrə cavabdehlik naryadında olan baş leytenant Zərərçəkmiş şəxs onu yanına çağırıb hansısa zabitin institutun nəzarət buraxılış məntəqəsində olan hərbi geyim dəstini gətirməsini bildirmiş və cibindəndən plastik bank kartını ona verib nəzarət buraxılış məntəqəsinin yanında olan bankomatdan onun üçün 105 (yüz beş) manat pul çıxarıb gətirməsini xahiş edərək həmin kartın pin kodunu ona demişdir. O, qeyd edilən bank kartını götürmüş və kartın pin kodunu yadında saxlayaraq nəzarət buraxılış məntəqəsinə yollanmışdır. O, uzun illər “PUBG Mobile” adlanan mobil cihazlar üçün döyüş təyinatlı video oyunu oynamış, son illər isə həmin oyuna aludəçilik dərəcəsində maraq göstərmiş və oynamışdır. Həmin oyunu mülki həyatda mobil telefonunda və planşetində rahat şəkildə oynasa da, ali hərbi təhsil aldığı müddətdə əvvəlcə institut rəhbərliyinin smartfon tipli mobil telefon və planşet istifadəsinə icazə verməsi səbəbindən asudə vaxtlarıda, sonradan isə, yəni yeni institut rəhbərliyinin qeyd edilən icazəni götürməsi səbəbindən vaxt tapdıqca gizli şəkildə oynamışdır. Mobil telefonunu və planşetini isə kursant yataqxanasında özünə məxsus dolabda gizlətmişdir. Həmin oyunu oynamaq ümumən pulsuz olmuş, lakin oyunda üstünlüklər əldə etmək üçün ödənişli imkanlar da omuşdur. Belə ki, onlayn qaydada müəyyən məbləğlərdə ABŞ dolları xərcləməklə, yəni oyunu yaradan şirkətin hesabına pul köçürməklə oyunda üstünlüklər əldə etmək və ya oyunçunun göstəricilərini digər oyunçulara nisbətən gücləndirmək mümkün olmuşdur. O da “PUBG Mobile” oyunun aludəçilik dərəcəsində həvəskarı olduğundan son illər, ailə üzvlərindən aldığı pullarla və ya kursant təqaüddən zamanzaman müəyyən pullar xərcləyərək həmin oyunda oyunçusunun göstəriçilərini gücləndirmişdir. Lakin o, oyunçusunun ən günlü olmasını, habelə oyunçusunun daha keyfiyyətli hərbi geyim dəsti olmasını istəsə də kifayət qədər pulu olmadığı üçün bu arzusunu reallaşdıra bilməmişdir. Oyun barədə ən böyük arzusu isə oyunçusuna digər oyunçuların paltarından seçilən qara və qırmızı rənglərinin ahəngindən ibarət olan geyim dəsti almaq olmuş, Buna görə də, 08 oktyabr 2024-cü il tarixdə saat 09:40 radələrində Zərərçəkmiş şəxs qeyd edilən bank kartını götürüb bankomata doğru gedərkən onda “PUBG Mobile” oyununda oyunçusuna digər oyunçuların paltarından seçilən geyim dəsti almaq üçün həmin kartın hesabından gizli şəkildə onlayn yolla şirkətin hesabına pul köçürmək niyyəti yaranmışdır. Bundan sonra o, institutun nəzarət buraxılış məntəqəsinə gedib Zərərçəkmiş şəxs dediyi hərbi geyim dəstini götürmüş, sonra yaxınlıqdakı bankomata yaxınlaşıb kartı daxil edib pin kodu yazıb 105 (yüz beş) manat pul çıxarmış, daha sonra kursant yataqxanasına qayıdıb geyimi və 105 manat pulla bank kartını Zərərçəkmiş şəxs vermişdir. Həmin gün naryadda olduğu üçün rahat şəkildə oyun oynaya bilməmiş, növbəti gün saat 19 radələrində zabitlər işdən evə getdikdən sonra o, “PUBG Mobile” oyunu oynamaq üçün əlverişli şərait əldə etmiş, bu məqsədlə dolabında gizlətdiyi planşetini çıxarıb planşetini mobil internet şəbəkəsinə qoşub oyuna daxil olmuşdur. Həmin gün oyuna daxil olub qeydiyyatdan keçdiyi profil hesabında açdığı oyunçusuna geyim dəsti almaq üçün oyunda olan “alış” qrafasına daxil olub Zərərçəkmiş şəxs kart məlumatlarını yazıb oyunçusuna arzusunda olduğu sözügedən geyim dəstini həmin gün üçün müəyyən edilmiş onlayn alış qiymətinə, yəni 101,40 ABŞ dollarda almış, bu onlayn əməliyyat üçün habelə Zərərçəkmiş şəxs qeyd edilən kartının hesabından 31,3 manat məbləğində komissiya haqqı tutulmuş, onu bu əməli nəticəsində Zərərçəkmiş şəxs kartının hesabından ümumilikdə 205,20 (iki yüz beş manat iyirmi qəpik) məbləğində pul silinmişdir. Bu əməli törədərkən Zərərçəkmiş şəxs ondan hər hansı bir formada şübhələnəcəyini, əməlinin gizlin qalacağını güman etmiş, Zərərçəkmiş şəxs kartının hesabından hansısa formada başqa pul çıxarmaq niyyəti olmamış, həmin kartdan hansısa formada başqa pul çıxarmağa cəhd etməmişdir. Növbəti gün Zərərçəkmiş şəxs qeyd edilən kartının hesabından “PUBG Mobile” oyunu üçün pul çıxarılmasını bilib, onun da həmin oyunun həvəskarı olduğunu kursantlardan öyrənib, habelə qeyd edilən bank kartını həmin ərəfədə yalnız ona verməsinə görə ondan şübhələnərək, dolabında gizlətdiyi planşetini aşkar edib həmin planşetə daxil olub orada onun sözügedən kartın hesabından 101,40 ABŞ dolları məbləğində pulu həmin oyun üçün şirkətin hesabına köçürmə etdiyini planşetinin “Google” və “Email” proqramlarına daxil olaraq dəqiqləşdirmiş, buna görə də onu yanına çağırıb bu əməli törətməsinin səbəbi barədə ondan soruşmuşdur. Həmin vaxt kursant yataqxanasında çoxsaylı kursantlar olmasına görə əməlindən utandığından, habelə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə əvvəlcə Zərərçəkmiş şəxs, sonra isə tabor komandirinə etdiyi əməli etiraf etməmiş, həmçinin araşdırma zamanı ilkin izahatında törətdiyi əməli danmışdır. Lakin sonradan etdiyi əmələ görə peşman olaraq hadisə ilə bağlı düzgün izahat verib əməlini etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 08 oktyabr 2024-cü il tarixdə tabor üzrə cavabdehlikdə olduğu zaman həmin vaxt saat təxminən 12:40-da gün növbətçisi naryadında olmaqla hansısa zabitin institutun nəzarət buraxılış məntəqəsində olan hərbi geyim dəstini gətirməyə getməsini eşitdiyi kursant Təqsirləndirilən şəxs yanına çağırıb həmin vaxt hesabında 412 (dörd yüz on iki) manat məbləğində pul olan bank kartını ona verib nəzarət buraxılış məntəqəsinin yanında olan bankomatdan ona 105 (yüz beş) manat pul çıxarıb gətirməsini xahiş edərək həmin kartın dörd rəqəmlik pin kodunu da Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs həmin kartı ondan götürüb getmiş, təxminən 15 dəqiqə sonra yanına qayıdıb kartla 105 manat pulu ona vermiş, həmin vaxt mobil telefonundakı "Birbank” mobil tətbiqində qeyd edilən kartının hesabından 105 manat pul çıxarılması, kartın hesabında 307 (üç yüz yeddi) manat pul qalması barədə bildiriş gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təşəkkür etmiş və sonuncu öz işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün nədənsə şübhələnməmiş, qeyd edilən bank kartını hər hansı məqsədlə kiməsə verməmiş, ehtiyac olmadığı üçün mobil telefonundakı “Birbank” mobil tətbiqində kartının hesabına baxmamışdır. Növbəti gün saat 10 radələrində tabor üzrə cavabdehliyi təhvil verib yaşadığı evə gedib yatmışdır. Həmin gün, yəni 09 oktyabr 2025-ci il tarixdə saat 20 radələrində təsadüfən mobil telefonundakı “Birbank” mobil tətbiqinə daxil olarkən qeyd edilən kartının hesabından həmin gün saat 9:56-da 101,40 ABŞ dolları məbləğində vəsaitin “əyləncə” kateqoriyası üzrə istifadə edildiyini, bu istifadə üçün kartının hesabından komissiya haqqı kimi əlavə 31,30 (otuz bir manat otuz qəpik) məbləğində əlavə pulun sərf edildiyini, ümumilikdə kartının hesabından 205,20 (iki yüz beş manat iyirmi qəpik) məbləğində pulun onlayn yolla çıxıldığını, kartının balansında cəmi 102,10 (yüz iki manat on qəpik) məbləğində pulun qaldığını müəyyən etmişdir. Qeyd edilən mobil tətbiqə diqqətlə baxdıqda həmin 205,20 manat pulun “Pubg Mobile” adlı oyun üçün çıxıldığını görmüş və banka zəng edib həmin pulun məhz qeyd edilən oyuna görə çıxıldığını dəqiqləşdirmişdir. Kartının balansından onun xəbəri olmadan pul çıxıldığını görüb, qalan 102,10 manat pulunun da çəkilə biləcəyindən narahat olub həmin məbləği dərhal digər bank kartının hesabına köçürmüşdür. O, ümumiyyətlə qeyd edilən bank kartını digər vaxtlarda kiməsə vermədiyindən, həmin kartı yalnız bir dəfə, yəni 08 oktyabr 2024-cü il tarixdə pul çıxarıb ona verməsi üçün kursant Təqsirləndirilən şəxs verdiyindən kartının balansından qeyd edilən 205,20 manat pulun çəkilməsində sonuncudan şübhələnmişdir. Buna görə də növbəti gün, yəni 10 oktyabr 2024-cü il tarixdə işə gedib kursantlardan Təqsirləndirilən şəxs “Pubg Mobile” adlı onlayn oyun oynayıb- oynamamasını maraqlanmış və Təqsirləndirilən şəxs institutda gizlin işlətdiyi planşetində həmin oyunu mütamadi olaraq oynadığını dəqiqləşdirmişdir. Bundan sonra o, kursant yataqxanasına gedib Təqsirləndirilən şəxs dolabından qara rəngli “Xiomi İPAD” markalı planşet aşkar edib həmin planşetə daxil olmuşdur. Bu zaman planşetin ekranında “Pubg Mobile” adlı oyunun tətbiqinin olduğunu görüb həmin tətbiqə daxil olmuş və ödəniş səhifəsində onun bank kartının həmin oyunda qeydiyyatdan keçdiyini və kartının məlumatlarını, o cümlədən hesab nömrəsinin son dörd rəqəmini görmüşdür. Daha da o, Təqsirləndirilən şəxs planşetinin “Google” və “Email” proqramlarına daxil olaraq, həqiqətən də 09 oktaybr 2024cü il tarixdə saat 19:56-da qeyd edilən onlayn oyunda istifadə edilməsi üçün onun bank kartının hesabından 101,40 ABŞ dolları məbləğində pul köçürüldüyünü müəyyən etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanına Təqsirləndirilən şəxs əvvəlcə etdiyi hərəkəti boynuna almamış, lakin növbəti gün atası və qardaşının instituta gəlib onunla söhbət etmələrindən sonra əməlini etiraf edərək peşman olduğunu demişdir. Ona dəymiş maddi ziyan tam olaraq ödənildiyini və təqsirləndirilən şəxs X3 qarşı heç bir iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 23 oktyabr 2022-ci il tarixdən Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursant taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət etmiş, Təqsirləndirilən şəxs komandiri olduğu taborun 8-ci kursant bölüyünün kursantı kimi tanımış, münasibətləri xidməti olmuşdur. 10 oktyabr 2024-cü il tarixdə xidmət yerində olarkən komandiri olduğu 2ci kursant taborunun 8-ci kursant bölüyündə xidmət edən baş leytenant Zərərçəkmiş şəxs ona yaxınlaşıb 09 oktyabr 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən "xxxx" ASC-də öz adına rəsmiləşdirilməklə istifadəsində olan bank kartının hesabından 101,40 ABŞ dolları məbləğində vəsaitin “əyləncə” kateqoriyası üzrə, “PUBG Mobile” adlı oyun üçün istifadə edildiyini, bu istifadə üçün kartının hesabından komissiya haqqı kimi əlavə 31,30 məbləğində əlavə pulun silindiyini, ümumilikdə həmin vaxt kartının hesabından 205,20 (iki yüz beş manat iyirmi qəpik) məbləğində pulun onlayn yolla çıxıldığını, həmin kartı bir gün əvvəl, yəni 08 oktyabr 2024-cü il tarixdə institutun nəzarət buraxılış məntəqəsi yaxınlığında yerləşən bankomatdan pul çıxarıb ona gətirməsi üçün kursant Təqsirləndirilən şəxs verdiyini, kartını həmin ərəfədə və ya əvvəllər başqa kiməsə vermədiyini, buna görə də Təqsirləndirilən şəxs şübhələndiyini, bu məqsədlə kursantlarla maraqlandıqda Təqsirləndirilən şəxs “PUBG Mobile” oyunu həvəskarı olması, həmin oyuna dəfələrlə özünə məxsus pullar yatırması, həmin oyunu institutda gizlin istifadə etdiyi planşetdən istifadə etməklə oynamağa davam etməsi barədə öyrənib həmin planşeti Təqsirləndirilən şəxs dolabından aşkar etdiyini, sonra həmin planşetə daxil olaraq oradakı məlumatlardan Təqsirləndirilən şəxs həqiqətən də onun kartından qeyd edilən pulu onlayn yolla gizlin çəkərək planşetinin əsas ekranında olan “PUBG Mobile” oyununda istifadə etməsini dəqiqləşdirdiyini, bu məqsədlə müəyyən fotoşəkillər çəkdiyini, çıxarışlar etdiyini demişdir. O da Zərərçəkmiş şəxs əldə etdiyi dəlilləri saxlamasını və faktla bağlı müvafiq raport yazmasını tapşırmışdır. Bundan sonra faktla bağlı araşdırma başlanılmış, habelə Təqsirləndirilən şəxs qara rəngli planşeti aidiyyəti üzrə araşdırma aparan şəxsə təqdim edilmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs yanına çağırıb hadisə ilə bağlı söhbət etmiş, Təqsirləndirilən şəxs ilk əvvəl müxtəlif bəhanələr gətirərək etdiyi əməli boynuna almamış, lakin sonradan əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. Bu hadisəyə, habelə ümumi intizam göstəricilərinin aşağı olması səbəbindən Təqsirləndirilən şəxs 2025ci ilin fevral ayında institutun ali intizam şurasına çıxarılmış, şura üzlərinin ümumi qərarı əsasında institutdan xaric edilməsi məsələsinə baxılması Milli Müdafiə Universitetinin rektoruna təklif edilmiş, həmin universitetinin rektorunun 27 fevral 2025-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs institutdan xaric edilərək müddətli həqiqi hərbi xidmət keçməsi üçün Müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs kursant kimi ali hərbi təhsil aldığı müddətdə qeyd edilən talama əməlindən başqa, hansısa digər cinayət xarakterli əməl törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Vüsal orta məktəbin 9-cu sinifini bitirdikdən sonra zabit olmaq arzusunda olduğundan 2020-ci ilin sentyabr ayında Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, iki il həmin liseydə orta hərbi təhsil aldıqdan sonra ali hərbi təhsil almaq üçün Heydər Əliyev adına Hərbi İnstituta daxil olmuş, 2025-ci ilin fevral ayında isə həmin institutdan xaric edilərək müddətli həqiqi hərbi xidmət xidmətə göndərilmişdir. 11 oktyabr 2025-ci il tarixdə, yəni qardaşı Təqsirləndirilən şəxs Heydər Əliyev adına Hərbi İnstututun 3-cü kursunda ali hərbi təhsil alarkən həmin institutda xidmət edən baş leytenant Zərərçəkmiş şəxs onların evinə zəng edərək qardaşı Vüsaldan xidmət yerində planşet tutulduğunu, eləcə də Vüsalın onun məvacib kartının hesabından 205 manat civarında pul oğurladığını bildirib onu və atasını həmin instituta dəvət etmişdir. Həmin gün o, atası Şükür Məmiyevlə birlikdə nə baş verdiyini öyrənmək üçün dərhal həmin instituta getmiş, oraya çatıb qardaşı Təqsirləndirilən şəxs ilə söhbət edərkən qardaşı ilk öncə müxtəlif bəhanələr gətirməyə çalışmış, lakin sonradan hər şeyi etiraf edərək 08 oktyabr 2025-ci il tarixdə baş leytenant Zərərçəkmiş şəxs ona öz maaş kartını verib bankomatdan 105 manat pul çıxarıb ona verməsini xahiş etdiyini, həmin kartdan pul çıxararkən, kartın məlumatlarını yadında saxladığını, növbəti gün özünə məxsus planşetində olan “PUBG Mobile” adlı oyuna daxil olub Zərərçəkmiş şəxs qeyd edilən kartının elektron məlumatlarından istifadə edərək həmin oyunda üstünlük əldə etmək məqsədi ilə pullu xidmətdən yararlanmaq üçün kartın balansından 101,40 ABŞ dolları məbləğində vəsaiti gizli yolla istifadə etdiyini, bu hərəkəti nəticəsində Zərərçəkmiş şəxs kartının hesabından komissiya haqqı kimi əlavə 31,30 (otuz bir manat otuz qəpik) məbləğində əlavə pulun silindiyini, ümumilikdə bu hərəkəti ilə Zərərçəkmiş şəxs ümumilikdə 205,20 (iki yüz beş manat iyirmi qəpik) məbləğində maddi ziyan vurduğunu bildirib peşman olduğunu qeyd etmişdfir. Bundan sonra atası Şükürlə o, Bakı şəhərində yaşayan qohumlarından borc alıb Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam şəkildə ödəmişlər. Sonradan hadisə ilə qardaşı Vüsalın barəsində olan cinayət işi başlanıldığını eşitmişdir. Şahid2 daha sonra ifadəsində həqiqətən də planşetin qardaşı Vüsala məxsus olduğunu, Vüsalın həqiqətən də “PUBG Mobile” oyununun aludəçilik dərəcəsində həvəskarı olduğunu, Vüsalın dəfələrlə öz cibindən, yəni institutdan aldığı təqaüdlə və ya ailələrinin verdiyi pullarla müəyyən məbləğ xərcləyərək həmin oyunda istifadə etməsindən məlumatlı olduğunu, Vüsalın bu hərəkəti, daha sonra ali hərbi təhsil aldığı istitutdan xaric edilməsi və barəsində cinayət işinin başlanılmasının ailələrinə, əsasən də xəstə atası ilə anasına olduqca pis təsir etdiyini, maddi vəziyyətlərinin çox pis olması səbəbindən ailələrini yalnız anasının marketdə fəhlə işləməklə dolandırdığını, ümidlərinin Vüsalın qısa müddət sonra ali hərbi təhsilini başa vurub zabit kimi Vətənə xidmət etməsi, həmçinin ailələrinə maddi dəstək olması olduğunu, lakin qardaşının bu düşünülməmiş hərəkəti nəticəsində arzularının həyata keçmədiyini bildirib, qardaşı Vüsala köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, cinayət işi 19 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmış, 09 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun 10 avqust 2022-ci il tarixli 61 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu Təqsirləndirilən şəxs həmin tarixdən qeyd edilən instituta qəbul olunaraq bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2025-ci il tarixli 75 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, Heydər Əliyev adına Hərbi İnstitutdan xaric olunmuş Təqsirləndirilən şəxs həmin tarixdə N nömrəli hərbi hissədən müddətli həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə gəldiyinə görə bütün növ təminatlara daxil edilərək əsgər kimi vəzifələrinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan 11 noyabr 2024-cü il tarixli aktdan müəyyən olunur ki, 10 oktyabr 2024-cü il tarixdə Heydər Əliyev adına Hərbi İnstitutun 8-cü bölüyünün 2-ci tağımının kursantı Təqsirləndirilən şəxs “Xiomi” markalı, smartfon tipli planşet aşkar edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 16 dekabr 2024-cü il tarixli 5/1296 nömrəli rəyindən görünür ki, həmin tarixdə Milli Müdafiə Universitetindən göndərilmiş bir ədəd planşetin tədqiqi zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd planşet sensor ekranlı “Android 14” əməliyyat sistemi ilə təchiz ‘olunmuş “Xiaomi İPAD 6PRO” markalı “23043RP34G” modelli planşetdir, planşetin yaddaşında toplanmış, hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur, həmin məlumatlar əsasında tərtib edilən hesabat “Ekspertiza 5-1296 adlı qovluqda xarici yaddaş qurğusu köçürülmüşdür. Qeyd edilən planşetin yaddaşında “PUBG Mobile 3.4.0” versiyalı tətbiq mövcuddur. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 08 sentyabr 2025-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə iş materiallarına əlavə edilmiş bir ədəd “Xiomi İPAD 6PRO” markalı planşetə, həmin planşetin yaddaşından toplanılacaq hal-hazırda olan və pozulmuş məlumatlar əsasında tərtib edilən hesabatın müvafiq ekspertiza tədqiqatı zamanı əlavə edildiyi bir ədəd yaddaş qurğusuna və iş üzrə ilkin araşdırma zamanı həmin planşetin yaddaşında olan “Google” və “Email” proqramlarından, eləcə də iş üzrə Zərərçəkmiş şəxs mobil telefonundan etdiyi 09 vərəqdən ibarət çıxarışa Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Xiomi İPAD 6RRO” markalı planşetin əsas ekranında “PUBG Mobile” video oyununun tətbiqinin olduğu, planşetin “Email” proqramında 09 oktyabr 2024-cü il tarixdə saat 19:56:13-də 101,40 ABŞ dollarının “PUBG Mobile” oyununda istifadə edilməsi üçün “Viza-0937” adlı kartın hesabından çıxıldığı, planşetin “Google” proqramına daxil olduqda müxtəlif tarixlərdə ayrı-ayrı bank kartlarının hesabından, o cümlədən Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş Viza-0937 nömrəli plastik bank kartının hesabından “PUBG Mobile” oyununda istifadə edilməsi pul ödənildiyi, planşetin qalareyasında olan fayllarda “PUBG Mobile” oyununa aid müxtəlif foto və videofaylların olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs mobil telefonundan etdiyi 09 vərəqdən ibarət çıxarışa ümumi və müqayisəli şəkildə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çıxarışlardan iş materiallarının 17-ci səhifəsində olan bir ədəd çıxarış qeyd edilən “Xiomi İPAD 6PRO” markalı planşetin “Email” proqramından, 18- 21-ci səhifələrində olan dörd ədəd çıxarış planşetin “Google” proqramına daxil olamqla əsas ekranda olan “PUBG Mobile” oyununun tətbiqinə daxil olmaqla, 22-25-ci səhifələrində olan digər dörd ədəd çıxarış isə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon aparatındakı bank tətbiqinin içərisindən edilmişdir. Həmin doquz ədəd çıxarışa baxış zamanı yuxarıda qeyd edilən məlumatlar bir daha öz təsdiqini tapmış, o cümlədən 09 oktyabr 2024-cü il tarixdə saat 19:56-da Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş 416973******0937 nömrəli bank kartının hesabından əyləncə kateqoriyalı, yəni “PUBG Mobile” oyununda istifadə edilməsi üçün 31,30 manat komissiya haqqı ilə birlikdə 101,40 ABŞ dolları, ümumilikdə isə 205,20 (iki yüz beş manat iyirmi qəpik) məbləğində pul vəsaitinin onlayn qaydada çıxıldığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam olaraq ödənilib, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun “X1 Sistemindən çıxarılmış 29 avqust 2025-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, (CM-nin 59.1.12) cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs hazırda ordu sıralarında xidmət etdiyindən barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunun tələblərinə əsasən mümkün saymır. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzanın təyin edilməsini istəmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə (mad.7.0.23, 84.6.), məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla, məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Yəni bu növ cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq, məhkəmədə ictimai ittiham qaydasında cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı - dövlət ittihamçısıdır. İctimai ittiham qaydasında olan cinayətlər üzrə ittihamın məhkəmədə müdafiə edilməsinin müstəsna olaraq dövlət ittihamçısına aid edilməsi prinsipi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır (…məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklif iməhkəmə tərəfindən dövlət ittihamçısının təklifindən irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir). Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə dövlət ittihamçısının mövqeyini qanunun müddəalarına uyğun hesab edərək, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu üçün ona elan edilmiş maddənin sanksiyasında olan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsinin mümkünsüzlüyünü, zərərçəkmiş şəxslə barışmaqla zərəri tam ödənilməsi, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin azalması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və maddənin saksiyasında olan yüngül cəzanın ona təyin edilə bilməməsi səbəbindən ona maddədə ağır cəza olan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin cəzanın məqsədlərinə xidmət etmədiyini, cinayətin törədilmə şəraiti və əsasını nəzərə alır və belə qənaətə gəlir ki, müstəsna hal kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində müəyyən ediləndən cazadan daha yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış ‘Xiaomi İPAD 6PRO” markalı “23043RP34G” modelli bir ədəd planşet, bir ədəd yaddaş qurğusu Təqsirləndirilən şəxs qaytarılmalı, həmin planşetin yaddaşından edilmiş, eləcə də iş üzrə Zərərçəkmiş şəxs mobil telefonundan etdiyi 09 vərəqdən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 275 (iki yüz yetmiş beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Ekol” Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış ‘Xiaomi İPAD 6PRO” markalı “23043RP34G” modelli bir ədəd planşet, bir ədəd yaddaş qurğusu Təqsirləndirilən şəxs qaytarılsın. Xiaomi İPAD 6PRO” markalı “23043RP34G” modelli planşetin yaddaşından edilmiş, eləcə də iş üzrə Zərərçəkmiş şəxs mobil telefonundan etdiyi 09 vərəqdən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Ekol” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1-1(093)-185/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-185/2025
13.11.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver