Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-186/2025 10.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hacıyev Zaur Arif oğlunun sədrliyi Quliyev Ziya İbrahim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1, “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Balakən rayonunda doğulmuş, Balakən rayonu, Qullar kəndində daimi qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında kirayə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli Hərbi Məhkəməsinin 08 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib aylıq pul təminatından 5 (beş) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qubadlı rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin komandirinin sərəncamında, baş gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2024-cü ilin sentyabr ayının ortalarında tanışı vətəndaş Zərərçəkmiş şəxs ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə söhbət etdiyi zaman sonuncunun övladı Şahid Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şəmkir rayonu şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək arzusunda olmasını bilib, Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinə işə qəbulun qanuni qaydası barədə məqsədyönlü olaraq məlumat verməyib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Zərərçəkmiş şəxs xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə sonuncunun pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünə daha da inandırmaq məqsədilə özünün geniş əlaqələrə malik olmaqla, Fövqəladə Hallar Nazirliyində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə övladı Şahid 13000 (on üç min) manat pul müqabilində qısa müddət ərzində FHN-nin X6 Xidmətinin Şəmkir rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs özünə inandırmaqla razılığın! almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-ə məxsus 5239********8086 nömrəli bank kartının hesabına 25 sentyabr 2024-cü il tarixdə Şahid tərəfindən Tovuz rayonu ərazisində telefonunda olan mobil bank tətbiqi vasitəsilə köçürülmüş Zərərçəkmiş şəxs məxsus 6000 (altı min) manat, 2024-cü ilin oktyabr ayında Bakı şəhən, Nəsimi rayonu ərazisində, “8 Noyabr” metrostansiyasının yaxınlığında Şahid əlbəəl nağd formada Zərərçəkmiş şəxs məxsus 1500 (min beş yüz) manat, 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “8 Noyabr” metrostansiyasının yaxınlığında Şahid əlbəəl nağd formada Zərərçəkmiş şəxs məxsus 2500 (iki min beş yüz) manat, 2024-cü ilin noyabr ayında Bakı şəhəri, “20 Yanvar” dairəsi yaxınlığında, Şamaxinka adlanan ərazidə Şahid əlbəəl nağd formada Zərərçəkmiş şəxs məxsus 1000 (min) manat və 2024-cü ilin noyabr ayının təxminən sonlarında Bakı şəhəri, “20 Yanvar” dairəsi yaxınlığında, Şamaxinka adlanan ərazidə Şahid əlbəəl nağd formada Zərərçəkmiş şəxs məxsus 2000 (iki min) manat məbləğində olmaqla, ümumilikdə vahid niyyətlə 13000 (on üç min) manat pulu alıb Zərərçəkmiş şəxs övladı Şahid 2 (iki) ay müddətində FHN-nin X6 Xidmətinin Şəmkir rayon şöbəsində yanğınsöndürən vəzifəsində işə başlayacağına dair vəd vermiş, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah batareyasının baş texniki vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs təxminən 2019-cu ildən adını hazırda xatırlamadığı şəxs vasitəsilə tanımış, 2019-cu ildə istifadəsində olan +**********00 mobil telefon nömrəsinə zəng edərək telefon nömrəsini Rusiya Federasiyasında yaşayan adını xatırlamadığı qaynından aldığını və ona kimisə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə işə düzəltmək lazım olduğunu demiş, o Zərərçəkmiş şəxs tanımadığı və etibar etmədiyi üçün sonuncuya şəxsin sənədlərini qanuni qaydada Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə təqdim etməsini və həmin şəxsin oraya müraciət etməsini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlamamışdır. 2024-cü ilin sentyabr ayının təxminən ortalarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin sərəncamında hərbi xidmətdə olarkən ‘'Whatsapp” mobil tətbiqindən həmin vaxt istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş, zəngi cavablandırdığı zaman həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim sdərək, nömrəsini 2019-cu ildə Rusiyada yaşayan qaynı Vüqar adlı şəxsdən aldığını, ona narahat olmamağını, etibarlı adam olduğunu deyib əvvəl xahiş etdiyi tanışının işə düzəlmə məsələsində ona köməklik etmədiyini, ancaq etibarlı adam olduğunu deyib övladı Şahid işə düzəlməsində ona köməklik etməsini xahiş etmişdir. Həmin ərəfələrdə maddi sıxıntıları olduğu üçün pula ehtiyacı yarandığından yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs pulunu ələ keçirmək qərarına gəlmiş və ona Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində gizir hərbi rütbəsində xidmət etdiyini demiş, lakin konkret olaraq harada xidmət etdiyini deməmişdir. Həmin vaxt, Zərərçəkmiş şəxs ona övladı Şahid FHN-nin X6 Xidmətinin Şəmkir və ya həmin rayona yaxın rayonlardan birinə yanğınsöndürən kimi işə düzəltmək istədiyini, bu barədə ona köməklik edə bilib edə bilməyəcəyini soruşmuş, o isə Zərərçəkmiş şəxs özünə inandırmaq və aldadaraq sonuncunun pulunu ələ keçirmək məqsədilə yalandan ona guya əvvəllər də bir neçə nəfəri müxtəlif qurumlara işə düzəltdiyini, bu kimi işlərlə məşğul olduğunu, eləcə də FHN-də xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli-şəxs olan tanışının olduğunu, həmin tanışının vasitəsilə 15000 (on beş min) manat pul qarşılığında oğlu Şahid həmin yerə işə düzəldə biləcəyini demiş, əslində isə onun hər hansı vəzifəli şəxs olan tanışı olmamışdır. Zərərçəkmiş şəxs ona həmin pulun çox olduğunu, qiyməti biraz aşağı etməsini xahiş etmiş, o isə yalandan Zərərçəkmiş şəxs ən aşağı 13000 (on üç min) manat pula işi həll edə biləcəyini, ondan aşağı qiymətə işin mümkün olmayacağını demişdir. O, E.M.Əİiyevə ilkin olaraq ona 6000 (altı min) manat məbləğində pul göndərməli olduğunu, oğlu Hikmətin işə düzəlmə məsələsi ilə bağlı lazım olan sənədləri topladıqdan və oğlu Hikmət işə çıxdıqdan sonra isə qalan 7000 (yeddi min) manat məbləğində pulu da verməli olduğunu demiş, Zərərçəkmiş şəxs də inanaraq onunla razılaşmışdır. 25 sentyabr 2024-cü il tarixdə adına rəsmiləşdirilmiş bank kartının hesabına 6000 (altı min) manat məbləğində pul köçürmüş, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək guya işin 2 aya düzələcəyini demişdir. Üzərindən təxminən 10-15 gün keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng edərək oğlunun işə düzəlməsi üçün tələb etdiyi sənədləri toplaması barədə məlumat vermiş, o isə E.M.Əİiyevə sənədləri ona təqdim etdikləri vaxt aralarında razılaşdıqları 13000 (on üç min) manat pulun qalan 7000 (yeddi min) manatından sənədləşmə işlərinin həll edilməsi üçün ona 1500 (min beş yüz) manat pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. 2024-cü ilin oktyabr ayının xatırlamadığı günü Zərərçəkmiş şəxs oğlu Hikmətlə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yerləşdiyi “8 Noyabr” metrostansiyasının yaxınlığında görüşüb Şahid topladıqları sənədləri və 1500 (min beş yüz) manat məbləğində pulu nağd şəkildə almış, üzərindən təxminən 5-10 gün keçdikdən sonra Zərərçəkmiş şəxs oğlu Şahid FHNnin X6 Xidmətinin Şəmkir rayon şöbəsində yer saxlanması üçün, yəni sənədlər hazır olanadək vakant yerin oğlu Hikmət üçün saxlanılması üçün 2024-cü ilin oktyabr ayının xatırlamadığı günü yenə də Bakı şəhəri ərazisində, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yerləşdiyi “8 Noyabr” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs övladı Şahid nağd formada əlbəəl olmaqla 2500 (iki min beş yüz) manat, üzərindən təxminən 15-20 gün keçdikdən sonra guya Şahid hərbi həkim komissiyasından keçirilməsi üçün əlavə olaraq 2024-cü ilin noyabr ayının xatırlamadığı günü Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında, Şamaxinka adlanan ərazidə Zərərçəkmiş şəxs oğlu Şahid nağd formada Qihogi olmaqla 1000 (min) manat və 2024-cü ilin noyabr ayının təxminən sonlarında guya işin tezləşdirilməsi üçün əlavə olaraq Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında, Şamaxinka adlanan ərazidə Zərərçəkmiş şəxs oğlu Şahid nağd formada əlbəəl olmaqla 2000 (iki min) manat məbləğində olmaqla, bu məqsədlə E.M Əliyevdən həmin vaxtadək sonuncunun oğlu Şahid FHN-nin X6 Xidmətinin Şəmkir rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək adı ilə aldadaraq hissə-hissə olmaqla bir hissəsini kart vasitəsilə, bir hissəsini isə əlbəəl olmaqla ümumilikdə 13000 (on üç min) manat məbləğində pul almış və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmandır, ailəsinin yeganə qazanc gətirəni olmasının, himayəsində 1 azyaşlı uşağının olmasının və 44 günlük Vətən müharibəsində iştirak edərək “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasının, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi və onunla barışmasının nəzərə alınaraq barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ildə Rusiya Federasiyasında yaşayan qaynı X3 vasitəsilə tanımışdır. 2019-cu ildə böyük oğlu X10 Nazirliyinin tabeliyində olan hərbi hisslərdən birinə işə düzəltmək istədiyi üçün həmin ilin xatırlamadığı ayında Rusiya Federasiyasında yaşayan qaynı Vüqarla mobil telefon vasitəsilə danışarkən ona bu barədə məlumat vermiş və qaynı Vüqardan oğlu Turqayı həmin quruma işə düzəldə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Vüqar bu barədə ona maraqlanaraq məlumat verəcəyini demiş, üzərindən bir neçə gün keçdikdən sonra qaynı ilə danışdığı zaman Vüqar ona Təqsirləndirilən şəxs ad soyadlı şəxsin hərbi qulluqçu olduğunu, həmin şəxsi tanımadığını, lakin həmin şəxsin bu kimi işlərlə məşğul olduğunu eşitdiyini, Təqsirləndirilən şəxsnın nömrəsini ona da başqa bir tanışının verdiyini, həmin şəxsin ona köməklik edə biləcəyini deyərək Ş.O.Şahiniinın istifadəsində olan +**********00 mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək ona nömrəsini qaynı Vüqarın tanışından aldığını və oğlunun Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinə zabit kimi xidmətə qəbul olunmasını istədiyini demiş, həmin vaxt Təqsirləndirilən şəxs də ona oğlunun sənədlərini Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə təqdim etməsini və oğlunun oraya müraciət etməsini bildirmişdir. 2024-cü ilin sentyabr ayında digər oğlu Şahid işsiz olduğu üçün sonuncunu Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şəmkir və ya yaşadığı rayona yaxın rayonlardan birinə yanğınsöndürən kimi işə düzəltmək istəmiş və bu məqsədlə, 2024-cü ilin sentyabr ayının təxminən ortalarında yenidən “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək özünü təqdim edib nömrəsini qaynı Vüqardan aldığını deyərək ona narahat olmamağını, etibarlı adam olduğunu deyib digər oğlu Turqayın işə düzəlmə məsələsində ona köməklik etmədiyini, onu yola verdiyini deyərək oğlu Şahid işə düzəlməsində ona köməklik etməsini xahiş etmiş və nə lazım olsa edəcəyini bildirmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs özünü ona Ağcayev Şahin kimi təqdim edib Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində gizir hərbi rütbəsində xidmət etdiyini demiş, lakin konkret olaraq harada xidmət etdiyini deməmişdir. Həmin vaxt, o, Təqsirləndirilən şəxs övladı Şahid Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şəmkir və ya həmin rayona yaxın rayonlardan birinə yanğınsöndürən kimi işə düzəltmək istədiyini, bu barədə ona köməklik edə bilib edə bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs də ona FHN-də xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli şəxs olan tanışının olduğunu, həmin tanışının vasitəsilə 15000 (on beş min) manat pul qarşılığında oğlu Şahid dediyi yerə işə düzəldə biləcəyini demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs həmin pulun çox olduğunu, qiyməti biraz aşağı etməsini xahiş etmiş, sonuncu da ona ən aşağı 13000 (on üç min) manat pula edə biləcəyini, ondan aşağı qiymətə işin mümkün olmayacağını, ilkin olaraq 6000 (altı min) manat məbləğində pul göndərməli olduğunu, oğlunun işə düzəlməsi üçün lazım olan sənədləri topladıqdan və oğlu işə çıxdıqdan sonra isə qalan 7000 (yeddi min) manat məbləğində pulu verməli olduğunu demiş, o da inanaraq Təqsirləndirilən şəxs ilə razılaşmışdır. 25 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp" mobii tətbiqi vasitəsilə öz adına rəsmiləşdirilmiş "xxxx" ASC-ə məxsus bank kartının şəklini ona göndərərək aralarında razılaşdıqları 6000 (altı min) manat pulu həmin bank kartının hesabına köçürməyini bildirmiş, o, həmin bank kartına 6000 (altı min) manat məbləğində pulu köçürmüş və həmin pulun köçürülməsinə dair qəbzi “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs həmin pulu aldıqdan sonra “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlayaraq işin 2 aya düzələcəyini demişdir. Üzərindən təxminən 10-15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs oğlu Hikmətin guya işə düzəlməsini təşkil etməsi üçün tələb etdiyi sənədləri toplayaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bu barədə məlumat vermiş, sonuncu isə ona sənədləri təqdim etdikləri vaxt aralarında razılaşdıqları 13000 (on üç min) manat pulun qalan 7000 (yeddi min) manatından sənədləşmə işlərinin həll edilməsi üçün 1500 (min beş yüz) manat pul verməli olduğunu demiş, o da inanaraq Təqsirləndirilən şəxs Tovuz rayonunda yaşadığı üçün yol uzaq olduğundan sənədləri, eləcə də 1500 manat pulu oğlu Hikmətə verəcəyini oğlu Hikmətin onunla Bakı şəhərində dediyi yerdə görüşəcəyini bildirmişdir. 2024-cü ilin oktyabr ayının xatırlamadığı günü oğlu Hikmət Təqsirləndirilən şəxs ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yerləşdiyi “8 Noyabr” metrostansiyasının yaxınlığında görüşüb topladıqları sənədləri və 1500 (min beş yüz) manat məbləğində pulu nağd şəkildə sonuncuya vermiş, üzərindən təxminən 5-10 gün keçdikdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq guya oğiu Hikmətə FHN-nin X6 Xidmətinin Şəmkir rayon şöbəsində yer saxlanması üçün, yəni sənədlər hazır olanadək vakant yerin oğlu Hikmətə saxlanılması üçün aralarında razılaşdıqları puldan 2500 manat da verməli olduğunu demiş, o da inanaraq 2024-cü ilin oktyabr ayının xatırlamadığı günü oğlu Hikmət vasitəsi ilə Bakı şəhəri ərazisində, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yerləşdiyi “8 Noyabr’ metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs 2500 manat məbləğində pulu nağd formada əlbəəl olmaqla vermişdir. Üzərindən təxminən 15-20 gün keçdikdən sonra təxminən 2024-cü ilin noyabr ayının xatırlamadığı günü oğlu Hikmət Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında, Şamaxinka adlanan ərazidə Təqsirləndirilən şəxs ilə görüşərək ona məxsus 1000 manat, daha sonra 2000 (iki min) manat məbləğində pulu nağd formada əlbəəl olmaqla sonuncuya vermişdir. Hikmətin heç bir yerdən işdən çağırılmadığını, oğlunun işinin həll olunmadığını, Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyini görüb artıq aldadıldığını başa düşmüş və sonuncudan oğlu Hikməti işə düzəltməsi üçün verdiyi 13000 manat pulu geri qaytarmasını tələb etmişdir. Hazırda, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq edərək, onun ifadəsinə oxşar ifadə vermişdir. Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tələblərinə uyğun olaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarından görünür ki, Əliyev X2 Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən baş gizir Təqsirləndirilən şəxs oğlu Şahid Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadaraq ondan ümumilikdə 13000 (on üç min) manat məbləğində pul alması, həmin pulun 9000 (doqquz min) manatını qaytarması, lakin qalan 4000 (dörd min) manat pulunu qaytarmaması barədə 24 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 03 iyul 2025-ci il tarixli və 03 sentyabr 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş 5239********8086 nömrəli bank kartının hesabına 25 sentyab' 2024-cü il tarixdə saat 09 radələrində "xxxx" ASC-ə məxsus 5522********4796 nömrəli bank kartının hesabından mobil bank tətbiqi vasitəsilə- 6000 (altı min) manat məbləğində pul köçürülməsi edilmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 03 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə X4 arasında “Whatsapp" mobil tətbiqi vasitəsilə yazışmalar qeydə alınmış, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində +99***- ***-**-** mobil telefon nömrəsi olmuş və Zərərçəkmiş şəxs mobil telefonunda Təqsirləndirilən şəxs adı “Şahin Turqay” kimi qeyd edilmişdir. Həmin yazışmalara baxış zamanı 18 sentyabr 2024-cü il tarixdən 06 may 2025-ci il tarixədək ümumilikdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sonuncunun oğlu Şahid Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şəmkir rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs pul verməsi, eləcə də Təqsirləndirilən şəxs ilə aralarında razılaşdıqları 13000 (on üç min) manat pulun 6000 (altı min) manatını sonuncunun istifadəsində olmuş bank kartının hesabına köçürməsinə dair ödəniş qəbzinin şəklini Təqsirləndirilən şəxs göndərməsi, Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməməsi və Zərərçəkmiş şəxs narazılığını bildirməsi, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya guya ondan aldığı pul qarşılığında oğlu Şahid Daxili İşlər orqanlarına və ya -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə düzəldəcəyini deyib çoxsaylı yalan vədlər verməsi, Zərərçəkmiş şəxs isə onun verdiyi yalan vədlərə inanıb bir müddət onu gözləməsi, artıq aldadıldığını başa düşdükdən sonra isə oğlunun işə düzəlməsini təşkil etməsi üçün Təqsirləndirilən şəxs verdiyi pulları geri tələb etməsi və Təqsirləndirilən şəxs həmin pulları geri qaytaracağını bildirməsi ilə bağlı mövzularda danışıqlar apardıqlan müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan "xxxx" ASC-ə məxsus mobil bank tətbiqindən edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 10 mart 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs övladı Şahid istifadəsində olan “Azərbaycan Beynəlxalq Bank" ASC-ə məxsus 5522********4796 nömrəli bank kartının hesabına ayrı-ayrı tarixlərdə olmaqla ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğində pul köçürülmüş, Təqsirləndirilən şəxs həmin pulları vurulmuş maddi ziyanın bir hissəsi kimi köçürdüyünü göstərmiş, qeyd edilənlər Zərərçəkmiş şəxs həmin xüsusat üzrə verdiyi ifadəsi ilə də öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Whatsapp” səs yazıları qeydə alınmış, həmin səs yazdanna baxış zamanı F M.Əliyev ilə ş.CYŞahinlinin arasında ümumilikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öviadı Şahid FHN-nin X6 Xidmətinə işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs pul alması, Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməməsi, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan edəcəyi ehtimal olunan şikayətin qarşısını almaq niyyəti ilə sonuncuya ondan aldığı pulları qısa müddətdə qaytaracağını bildirməsi, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs övladı Şahid işə düzəltmək adı iiə ondan aldığı puidan 4Ü0Ü (dörd min) manat verəcəyinin qaldığını, həmin pulu da guya qısa müddətdə qaytaracağını deyib çoxsaylı yalan vədlər verməsi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs verdiyi ümumilikdə 13000 (on üç min) manat pulun qalan 4000 (dörd min) manatını sonuncudan geri tələb etməsi ilə bağlı mövzularda danışıqlar apardıqları müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, +**********01 mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında müxtəlif vaxtlarda vo tarixlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yerləşdiyi Baki seh, Nesimi r-nu, Qoyhıjn Səlimov kuc.7 ünvanında yerləşən anten dairəsində olması, eləcə də Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında müxtəlif vaxtlarda və tarixlərdə “Şamaxinka” adlanan ərazinin yerləşdiyi Bakı seh, Nesimi r-nu, A.Meherremov kuc 59 ünvanında yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Həmçinin, baxış zamanı X5 istifadəsində oian +**********01 mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********44 mobil telefon nömrəsi arasında 03 fevral 2025-ci il tarixdə telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsindən daxil olmuş 15 avqust 2025-ci il tarixli 3-18/2-3330/2025 nömrəli məktubdan görünür ki, Şahid poçt vasitəsilə göndərilmiş ərizəsi 25 dekabr 2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş, ərizədə Şahid müddətli həqiqi hərbi xidmət keçməsi barədə məlumat göstərilmədiyi üçün Şahid “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanununun 4-cü maddəsi ilə müəyyən edilmiş şərtlərə uyğunluğunun müəyyən edilməsi mümkün olmamış və müraciət baxılmamış saxlanılmışdır. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2023-cü il tarixli 181 №-li və 05 yanvar 2024-cü il tarixli 5 №-li əmrlərindən çıxarışlardan görünür ki, baş gizir Təqsirləndirilən şəxs N iyun 2023-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və 05 yanvar 2024-cü il tarixdə həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının (döyüş sursatı, ərzaq, əşya, yanacaq və hərbi-texniki əmlak daşıyan) komandiri vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2024-cü il tarixli 301 №-li, 03 noyabr 2024-cü il tarixli 335 №-li, 22 noyabr 2024-cü il tarixli 356 №-li və 27 noyabr 2024-cü il tarixli 362 №-li əmrlərindən çıxarışlardan görünür ki, baş gizir Təqsirləndirilən şəxs N oktyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicədə, 22 noyabr 2024-cü il tarixdən 27 noyabr 2024-cü ii tarixədək isə ailə vəziyyəti iiə əlaqədar məzuniyyətdə olmuşdur. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2025-ci il tarixli 9 №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs N yanvar 2025-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissənin qərargah batareyasının baş texniki vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Təhqiqat İdarəsinin və Təhqiqat Şöbəsinin 12 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissəsinin qərargah batareyasının baş texniki vəzifəsində xidmət edən baş gizir Təqsirləndirilən şəxs hər hansı şəxsi işə və ya xidmətə qəbul etmək səlahiyyətinə malik deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, Vətən müharibəsi iştirakçısıdır, medallarla təltif olunmuşdur, himayəsində yetkinlik yaşına çatmayan övladları var, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Odur ki, barəsində Amnistiya artının tətbiq edilməsini məhkəmədən xahiş edir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 22 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 08 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinib aylıq pul təminatından 5 (beş) faiz məbləğdə dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının 2.7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin qərarı ilə cəzadan azad edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Ülkər, xx.xx.2018-ci il təvəllüdlü Mübariz, xx.xx.2008-ci il təvəllüdlü Yusif adlı uşaqları vardır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X1 müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad polunmasına görə” “Azərbaycan Ordusunun 100 illiyi” Yubileyi medalları ilə təltif olunmuşdur. Onun soyadının Şahinli deyil Ağcayev kimi qeyd edilməsi və soyadının dəyişdirilməsi, eyni şəxs olmasına dair halların araşdırılmasını məhkəmə zəruri hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğundan, barəsində amnistiya aktının tətbiq edilməsi mümkündür. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs səciyyələndirən hallar, himayəsində yetkinlik yaşına çatmayan övladları olduğu üçün o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının 1.1-ci və və 1.16-cı bəndində göstərilən şəxslərin dairəsinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə müdafiə tərəfin vəsatətini müzakirə edərək bu qənaətə gəlir ki, CPM-in 39-cu maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 cinayət işi ilə tanış olub, məhkəmə iclaslarında iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı 11 (on bir) manat olmaqla 385 (üç yüz səksən beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Alyans” Vəkil Bürosuna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət işi ilə tanış olub, məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 35 (otuz beş) iş saatına görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Alyans” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-186/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-186/2025
10.02.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver