Məhkəmə qərarları › İş №1-1(093)-187/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-187/2023

13.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-187/2023 13.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) – X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollkgiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan, ünvan 1 ünvanında daimi qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akkord Tikinti Şirkətlər qrupunun nəzdində Uğur-2 yaşayış massivi, bina 7, mənzil 51 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikasının CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirəndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü aviasiya eskadrilyasının (Mi-17-1V) 5ci aviasiya manqasının şturmanı vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən N3-cü ilin mart ayının ortalarında qonşusu Şahid1 vasitəsilə tanıdığı Şahid2 ilə mobil telefon vasitəsilə danışarkən sonuncunun qardaşı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zabil Həmidovun “gizir” hərbi rütbəsi almaqla xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirmək arzusunda olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də sonuncunun “gizir” hərbi rütbəsi almaqla xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Z.Həmidovun pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə sonuncuya geniş əlaqələrə malik olmaqla, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışına 7000 (yeddi min) manat məbləğində pulun guya özünün vasitəsilə çatdırılması müqabilində Z.Həmidovun qısa müddət ərzində qeyd olunan hərbi hissədə və rütbədə xidmətə başlayacağına dair yalan vəd verib, sonuncunu özünə inandırmaqla razılığını almış, bundan sonra Z.Həmidovun 16 mart N3-cü il tarixdə saat 17:20-də Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış “E manat” ödəniş terminalı vasitəsilə onun istifadəsində olan “Leo” Banka aid 4098-5844-9171-7185 nömrəli ödəniş kartına göndərdiyi 4000 (dörd min) manat və 16 mart N3-cü il tarixdə saat 19:53-də Bakı şəhəri Xəzər rayonun Binə qəsəbəsi Hövsan-Qala yolunda yerləşən “Əli” marketdə quraşdırılmış “E manat” ödəniş terminalı vasitəsilə onun istifadəsində olan həmin karta göndərdiyi 3000 (üç min) manat məbləğində pulun göndərilməsinə nail olaraq həmin məbləğləri nağdlaşdırmaqla, ümumilikdə Z.V.Həmidovdan 7000 (yeddi min) manat məbləğində pul almış, lakin vəd üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 avqust 2014-cü il tarixdən Azərbaycan Ordusunda zabit qismində xidmət etmişdir. N3-ci ilin mart ayının ortalarında saat 20 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində binanın qarşısında olan zaman qonşusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Şahid1 görmüş və sonuncu ilə söhbət etməyə başlamışdır. Söhbət zamanı Şahid1 Daxili Qoşunlarda xidmət yoldaşı olan Şahid2 qardaşı X11 Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu olduğunu, həmçinin gizir hərbi rütbəsi almaqla xidmət yerini N nömrəli hərbi hissəyə dəyişmək istəməsini ona demişdir. O da həmin məsələ ilə maraqlanıb xəbər edəcəyini demişdir. Sonra o, Şahid1 zəng vurub yalandan demişdir ki, «iş alınır və buna 7000 manat pul verilməlidir». X12 zəng vurmuş, aralarında olan razılaşmaya əsasən o, vatsapp proqramı vasitəsilə istifadəsində olan “Leo Banka” aid 4098-5844-9171-7185 nömrəli kartını Zabil Həmidova göndərmiş, Zabil də 16 mart N3-cü il tarixdə saat 17:20 və 19:50 radələrində onun kart hesabına 4000 manat və 3000 manat olmaqla, ümumilikdə 7000 manat pul göndərmişdir. O, pulu öz şəxsi borclarına vermiş, ehtiyaclarına xərcləmiş və Zabilə geri ödəyə bilməmişdir. 07 sentyabr N3-cü il tarixdə həmin puldan 1000 manat Zabil Həmidova qaytarmış, qalan 6000 manat məbləğində pulu isə qaytara bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş X10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, xidmət etdiyi N nömrəli hərbi hissədə nisbətən aşağı əmək haqqı aldığından və ailəsini dolandırmaqda çətinliklər çəkdiyindən gizir hərbi rütbəsi almaqla xidmət yerini Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinə dəyişmək arzusuna düşmüş və bu barədə Daxili Qoşunların N nömrəli hərbi hissəsində xidmət edən qardaşı Şahid2 məlumat vermişdir. N3-cü ilin mart ayının ortalarında Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin komandanlığından gizir hazırlıq kurslarına cəlb olunmaq arzusunda olan hərbi qulluqçular üçün müsabiqə təyin edilməsi barədə xidmət etdiyi hərbi hissəyə telefonoqram daxil olmuşdur. O da gizir hərbi rütbəsi almaq istədiyindən bu barədə hərbi hissənin komandanlığına məlumat vermişdir. Hərbi hissə komandanlığının razılığı əsasında o, Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalında tibbi müayinələrdən keçməyə başlamışdır. N3-cü ilin mart ayının ortalarında qardaşı Şahid2 ona gizir hərbi rütbəsi almaqla xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək üçün tanış tapdığını söyləmiş və xidmət yoldaşı Şahid1 N nömrəli hərbi hissədə xidmət edən, qonşusu olan Təqsirləndirilən şəxs bu məsələni həll edəcəyini demişdir. O, bundan sonra qardaşı Şahid2 Təqsirləndirilən şəxs telefon nömrəsini almış, N3-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs zəng edərək onunla danışmışdır. Təqsirləndirilən şəxs 7000 manat qarşılığında onun məsələsini həll edə biləcəyini demiş, o da 16 mart N3-cü il tarixdə aralarındakı razılığa əsasən Təqsirləndirilən şəxs “Leo Banka” aid ödəniş kartını 4000 manat və 3000 manat olmaqla, ümumilikdə 7000 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş, işə düzəltmək adı ilə aldığı 7000 manat pulu qaytarmamışdır. Sonralar isə həmin puldan 07 sentyabr N3-cü il tarixdə 1000 manatı qaytarmış, qalan 6000 manat pulu da ödəyəcəyinə dair söz vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, mülki iddasının təmin olunmasını, 6000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutlaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, oğlu Zabil Həmidov N nömrəli hərbi hissədə xidmət etmişdir. Zabil Həmidov gizir hərbi rütbəsi almaqla xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişmək istəmişdir. N3-cü ilin mart ayının ortalarında oğlu Zabil ondan 7000 manat məbləğində borc pul istəmiş və həmin pulu gizir hərbi rütbəsi almaqla xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə bağlı lazım olduğunu demişdir. Zabil ona N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan X1 gizir hərbi rütbəsi almaqla xidmət yerini həmin hərbi hissəyə dəyişilməsinə köməklik göstərəcəyinə dair söz verdiyini demişdir. O da 16 mart N3-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankın Nəsimi rayonu filalından kredit götürərək 7000 manatı Zabilə borc kimi vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Zabili aldatmış və vədinə əməl etməmişdir. Hazırda Təqsirləndirilən şəxs həmin puldan 1000 manatını oğlu Zabilə qaytarmış, qalan 6000 manat pulu isə qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, N3-cü ilin mart ayının ortalarında saat 20 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində binanın qarşısında qonşusu olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin kapitanı Təqsirləndirilən şəxs görmüş və onlar söhbət etmişdirr. Bu zaman onunla birlikdə xidmət edən Daxili Qoşunların hərbi qulluqçusu Şahid2 qardaşı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zabil Həmidovun xidmət yerini dəyişmək istəməsi onun yadına düşmüşdür. O, Təqsirləndirilən şəxs bu məsələni həll edə bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs da həmin məsələni həll edə biləcəyini deyərək mobil telefon nömrəsini həm Zabilə, həm də Cavidə verməsini demişdir. O da Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Cavidə vermişdir. Sonradan isə X7 7000 manat alaraq, onu aldatdığını və istədiyi işə düzəltməydiyini öyrənib bilmişdir. Şahid qismində ifadə vermiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, qardaşı X13 Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər olmuşdur. X14 gizir hərbi rütbəsi almaqla xidmət yerini dəyişmək istəmişdir. O da bu barədə tanışı Şahid1 soruşmuşdur. Səhman da ona qonşusu və Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin kapitanı Təqsirləndirilən şəxs bu məsələdə köməklik edə biləcəyini demişdir. Sonra Şahid1 Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermişdir. O, Təqsirləndirilən şəxs zəng edərək tanışlıq vermiş və qardaşının məsələsini ona danışmışdır. Təqsirləndirilən şəxs da məsələsini asanlıqla həll edəcəyini demişdir. 16 mart N3-cü il tarixdə X14 Təqsirləndirilən şəxs 7000 manat məbləğində pulu “E manat” ödəmə terminalı vasitəsilə göndərmişdir. Sonralar isə Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməmiş, həmin puldan 1000 manatını Zabilə qaytarmış, lakin qalan 6000 manatı qaytarmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ödəmə qəbzi, telefon danışıqları, sənədlər və cinayət işinin digər materialları ilə öz təsdiqini tapmışdır. Cinayət materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 aldadaraq 7000 manat (yeddi min) manat məbləğində pulunu ələ keçirməsi faktı əsasında 11 sentyabr N3-cü il tarixdə şübhəli şəxs qismində tananmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 30 may N3-cü il tarixli 3704 nömrəli raportdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X10 həmin tarixdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan Təqsirləndirilən şəxs xidmət yerini dəyişmək və gizirlik kursuna göndərmək adı ilə aldadaraq onun 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.N3-cü il tarixli ərizədən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X10 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan Təqsirləndirilən şəxs gizir hərbi rütbəsi almaqla xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişəcəyi adı ilə onun 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 61 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 04 mart N2-ci il tarixli 074 nömrəli əmri ilə 3-cü aviasiya eskadrilyası (Mİ-17-1V) aviasiya manqasının şturmanı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Naxçıvan şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 16 mart N3-cü il tarixli 11751 nömrəli və 2849 nömrəli “eManat” ödəmə terminalından təqdim edilmiş ödəmə qəbzlərindən görünür ki, həmin tarixdə müvafiq olaraq saat 17:20 və 19:53-də Təqsirləndirilən şəxs istifadəsində olan və ona məxsus «Leo Bank»a aid xxxx-xxxx-9171-7185 nömrəli karta ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli 267 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X10 Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 09 oktyabr N1-ci il tarixli 045əç nömrəli əmri ilə Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək, hərbi hissənin mühafizə bölüyünün mühafizə taqımının mühafizə manqasının atıcısı vəzifəsinə təyin olunmuş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materialların olan “Azercell Telekom MMC”-dən daxil olmuş kompakt diskə keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** nömrəsi ilə X5 məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixlərdə müxtəlif vaxtlarda telefon danışıqları aparılmışdır. Cinayət işnin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zabil Həmidova dəymiş 7000 (yeddi min) manat maddi ziyandan 07 sentyabr N3-cü il tarixdə 1000 (bir min) manat ödənilmiş, qalıq maddi ziyan isə 6000 (altı min) manat müəyyən edilmişdir. Cinayət işnin materiallarında olan olan doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.N1-ci il təvəllüdlü X8 adında iki azyaşlı övladları vardır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə məhkum olunmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs təqsirləndirili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalıdır. Zərərçəkmiş şəxs (mülki iddaçı) X10 mülki idda verərək, ona dəyər zərərin qalıq hissəsi olan 6.000 (altı min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Odur ki, zərərçəkmiş şəxs (mülki iddaçı) X2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddası tam təmin olunmalı, 6000 (atı min) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq X5 ödənilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Azercell Telekom MMC”-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə X5 məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixlərdə müxtəlif vaxtlarda telefon danışıqlarını özünd əks etdirən 1 ədəd disk və “e Manat” ödəmə terminalından çıxarış edilmiş 16 mart N3-cü il tarixli, müvafiq olaraq 11751 və 2849 nömrəli ödəmə qəbzlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 193, 346-347, 349 və 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləini törətməkdə təqsirli bilinərək ona 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq olunmasın. Zərərçəkmiş şəxs (mülki iddaçı) X2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddası tam təmin olunsun, 6000 (altı min) manat məbləğdə pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddaçı) X5 ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan “Azercell Telekom MMC”-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə X5 məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixlərdə müxtəlif vaxtlarda telefon danışıqlarını özünd əks etdirən 1 ədəd disk və “e Manat” ödəmə terminalından çıxarış edilmiş 16 mart N3-cü il tarixli, müvafiq olaraq 11751 və 2849 nömrəli ödəmə qəbzlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar