Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-19/2023 06.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlu (sədrlik edən), Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər:- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili X8 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Rəspublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Hərbi Məhkəməsinin 18 iyun N1-ci il tarixli hökmü ilə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Rəspublikası CM-in 178.N.N, 178.N.3, 178.N.4, 3N.4, 31N.N və 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci radiokəşfiyyat və radiomaneə taborunun qısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısadalğalı radiomaneə taqımının komandiri vəzifəsində, baş gizir hərbi rütbəsində xidmətdə olarkən N1-ci ilin iyun ayının əvvəllərində anasının vəfat etməsi ilə bağlı Bakı şəhərinin Nəsimi rayonunun ərazisində təşkil olunan yas mərasiminə gələn dostluq münasibətlərində olduğu N nömrəli hərbi hissənin 3-cü taborunun operatoru, gizir Zərərçəkmiş şəxs1 ilə orada aralarında baş tutmuş söhbət zamanı sonuncu ona anasının səhhətində problemlərinin olmasını, anasına vaxtında yardım etmək üçün yaxınlığında olmaq istəməsini, xidmət etdiyi N nömrəli hərbi hissənin 3-cü taborunun Füzuli rayonunun Alxanlı kəndində yerləşdiyinə görə Bakı şəhərində yaşayan anasının səhhəti ilə maraqlana bilməməsini söylədikdə o, Zərərçəkmiş şəxs1 anasının səhhətindən narahatlıq keçirdiyi üçün xidmət yerini hərbi hissələrdən birinə dəyişmək arzusunda olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin xeyli miqdarda əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlib Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik X6 və tanıdığı Müdafiə Nazirliyində xidmət edən vəzifəli şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs1 xidmət yerini N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirə biləcəyini demiş, Zərərçəkmiş şəxs1 ona inanaraq həmin təkliflə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs xidmət yerinin hərbi hissələrdən birinə dəyişdirilməsini xahiş etmiş, bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 xidmət yerinin dəyişdirilməsi məsələsini Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə danışdığını və bu məsələnin həll edilməsi üçün 10000 (on min) manat məbləğində pulu həmin yüksək vəzifəli şəxslərə rüşvət qismində verilməli olduğunu bildirib inandıraraq sonuncunu vəzifəli şəxsə özünün vasitəsi ilə rüşvət verməyə təhrik etmiş, Zərərçəkmiş şəxs1 bu təklifi qəbul etdikdən sonra Təqsirləndirilən şəxs N1-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1la mobil telefon əlaqəsi saxlayaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qarşısında görüşməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 bu təkliflə razılaşdıqdan sonra N1-ci ilin iyun ayının sonlarında günorta saatlarında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pul vəsaitini almış və bu məsələnin həlli üçün lazım olan 4000 (dörd min) manat məbləğində pulu da qısa zamanda çatdırmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 6000 (altı min) manat məbləğində pul vəsaiti ilə xidmət yerinin hərbi hissələrdən birinə dəyişdirilməsinin mümkün olmadığını müəyyən etdikdən sonra özünə məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verməyə razı olmuş və Təqsirləndirilən şəxs təklifi ilə N1-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin yaxınlığında görüşərək 4000 (dörd min) manat məbləğində pul vəsaitini ona vermiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xeyrinə hər hansı hərəkət etməmiş və qeyd olunan məbləğdə pulu geri qaytarmamış, lakin sonuncunun ondan hüquq mühafizə orqanına şikayət etdiyini öyrəndikdən sonra ələ keçirdiyi 10000 (on min) manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N1-ci ilin sentyabr ayının əvvəllərində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən ezamiyyət vərəqəsini götürmək məqsədi ilə daimi xidmət yeri olan Laçın rayonundan gəlmiş əvvəllər tanıdığı və dostluq münasibətlərində olduğu N nömrəli hərbi hissənin 1-ci taborunun 4-cü bölüyünün 3-cü taqımının stansiya rəisi, gizir Zərərçəkmiş şəxsN xidmət yerinin Bakı şəhərindən uzaq məsafədə yerləşməsi və xidmət şəraitinin çətin olması barədə gileylənməsi ilə bağlı söhbətini eşitdikdə xidmət yerini Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə dəyişmək arzusunda olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin xeyli miqdarda əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək öz qulluq mövqeyindən istifadə edib təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxsN pulunu ələ keçirmək qərarına gəlib tanıdığı Müdafiə Nazirliyində xidmət edən vəzifəli şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxsN xidmət yerini Silahlı Qüvvələrin X11 kafedralardan birinə dəyişdirə biləcəyini demiş və mobil telefonu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanova zəng etməsinin görüntüsünü yaratmaqla Zərərçəkmiş şəxsN sözlərinə inandırmış, Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs xidmət yerini Silahlı Qüvvələrin X11 kafedralardan birinə dəyişdirilməsini xahiş etdikdən sonra o, Zərərçəkmiş şəxsN bu barədə xəbər edəcəyini bildirmiş, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə Zərərçəkmiş şəxsN məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək xidmət yerinin dəyişdirilməsi üçün tanıdığı vəzifəli şəxslərə rüşvət qismində vermək məqsədilə 6000 (altı min) manat məbləğində pul vəsaiti lazım olduğunu bildirərək sonuncunu vəzifəli şəxsə özünün vasitəsilə rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxsN onun təklifi ilə razılaşdıqdan sonra N1-ci ilin sentyabr ayının ortalarında atası ŞahidN 4000 (dörd min) manat məbləğində pul vəsaitini borc kimi almış və N1-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayaraq xidmət yerinin dəyişdirilməsi üçün rüşvət qismində verilməli olan 6000 (altı min) manat məbləğində pul vəsaitinin 4000 (dörd min) manatını atası ŞahidN yaşadığı ünvan N ünvanına gedərək atasından götürməsini, qalan N000 (iki min) manat məbləğində pul vəsaitini də qısa zamanda ona çatdıracağını bildirmiş, həmin təkliflə razılaşan Təqsirləndirilən şəxs N1-ci ilin sentyabr ayının ortalarında axşam saatlarında ŞahidN yaşadığı ünvan N ünvanında yerləşən binanın həyətində 4000 (dörd min) manat məbləğində pul vəsaitini almışdır. Bundan bir neçə gün sonra isə N1-ci ilin sentyabr ayının sonlarında günorta saatlarında Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin yaxınlığında N000 (iki min) manat məbləğində pul vəsaitini aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs vermişdir, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxsN məxsus ümumilikdə 6000 (altı min) manat məbləğində pulu almış, lakin xeyrinə hər hansı hərəkət etməmiş və qeyd olunan məbləğdə pulu geri qaytarmamış, lakin sonuncunun ondan hüquq mühafizə orqanına şikayət etdiyini öyrəndikdən sonra ələ keçirdiyi 6000 (altı min) manat məbləğində pulu Zərərçəkmiş şəxsN qaytarmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə və rütbədə xidmətdə olarkən N1-ci ilin noyabr ayının əvvəllərində onunla birlikdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olan əvvəllər tanıdığı və hərbi qulluqçu kimi yaxın münasibətlərdə olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun rabitə taqımının baş telefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs3 ilə aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs3 xidmət yerini Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə dəyişmək arzusunda olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, yaranmış vəziyyətdən istifadə edərək təkrarən qanunsuz qazanc əldə etmək niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə əvəzsiz və qanunsuz olaraq özgənin xeyli miqdarda əmlakını, yəni Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gəlib özünü Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu kimi təqdim etmiş, dəfələrlə digər hərbi qulluqçuların xidmət yerlərini tanıdığı Müdafiə Nazirliyində xidmət edən yüksək rütbəli və vəzifəli şəxslərin vasitəsi ilə fərqli hərbi hissələrə dəyişdirdiyini, o cümlədən, Zərərçəkmiş şəxs3 da Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanovun və tanıdığı Müdafiə Nazirliyində xidmət edən vəzifəli şəxslərin vasitəsi ilə bu mövzuda köməklik göstərə biləcəyini bildirərək Zərərçəkmiş şəxs3 təklifi ilə maraqlandırmış, N1-ci ilin noyabr ayının sonlarında isə Zərərçəkmiş şəxs3 ilə Bakı şəhərinin Nəsimi rayonunun ərazisində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşərək Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi barədə tanıdığı Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli tanışları ilə razılığa gəldiyini və ondan cavab gözləməsini bildirmiş, bundan bir neçə gün sonra isə istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək xidmət yerinin dəyişdirilməsi üçün tanıdığı vəzifəli şəxslərə rüşvət qismində vermək məqsədilə 15000 (on beş min) manat məbləğində pul vəsaiti lazım olduğunu bildirərək sonuncunu vəzifəli şəxsə özünün vasitəsilə rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs3 bu təkliflə razılaşdıqdan sonra tələb olunan məbləğdə pulu hazır etmək üçün anası Şahid1 ilə birlikdə Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" ASC-nin Qubadlı filialına getmiş, Şahid1 öz adına 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini kredit kimi almış və həmin pulun üzərinə 1600 (bir min altı yüz) manat məbləğində pul da əlavə edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 10000 (on min) manat məbləğində pulu borc qismində vermişdir. Zərərçəkmiş şəxs3 anası Şahid1 aldığı 10000(on min) manat məbləğində pul vəsaitinin üzərinə 4000 (dörd min manat) məbləğində pulu da əlavə etmiş və Təqsirləndirilən şəxs təklifi ilə N9 dekabr N1-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığındakı parkın qarşısında Zərərçəkmiş şəxs3 tanışı Şahid3 məxsus “KİA SORENTO” markalı “**-XT-***” dövlət qeydiyyat nişanlı dövlət nişanlı avtomobildə 14 000 (on dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermiş və 1000 (min manat) məbləğində pul vəsaitini də qısa zamanda sonuncuya çatdıracağını bildirmişdir. NN-ci ilin yanvar ayının əvvəllərində isə Zərərçəkmiş şəxs3 hərbi hissədən aylıq maaş və digər pul təminatlarını aldıqdan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhərinin 5-ci mikrorayonunun ərazisində yerləşən yaşadığı binanın yaxınlığında görüşməyi təklif etmiş və sonuncu bu təkliflə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs3 NN-ci ilin yanvar ayının əvvəllərində axşam saatlarında Sumqayıt şəhərinin 5-ci mikrorayonunun ərazisində yerləşən yaşadığı binanın yaxınlığında 1000 (min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitini aldıqdan sonra sonuncunun xeyrinə hər hansı hərəkət etməmiş və qeyd olunan məbləğdə pulu geri qaytarmamış, lakin sonuncunun ondan hüquq mühafizə orqanına şikayət etdiyini öyrəndikdən sonra ələ keçirdiyi 15000 (on beş min) manat məbləğində pulu Zərərçəkmiş şəxs3 qaytarmışdır. Bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə və rütbədə xidmətdə olarkən 0N may NN-ci il tarixdə N gün müddətinə məzuniyyətə buraxılmış,N may NN-ci il tarixdə saat 08:00-da xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qayıtmalı olduğu halda qayıtmamış və 07 sentyabr NN-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaq orqanının sərəncamına verilmişdir. Bununla da Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Rəspubikası Cinayət Məcəlləsinin 178,N,N, 178.N,3, 178.N.4, 3N.4, 31N.N və 333.4-1-cİ maddələri ilə əlan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, N1 aprel N1-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci radiokəşfiyyat və radiomaneə taborunun qısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısadalğalı radiomaneə taqım komandiri vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 N01N-ci ildən tanımış, onunla arasında dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin bölməsində xidmət etmişdir. Zərərçəkmiş şəxs1la N1-ci ilin iyun ayının əvvəllərində Bakı şəhərinin Nəsimi rayonu ərazisində təşkil olunmuş anasının yas mərasimində qarşılaşmış, aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs1 ona öz anasının da xəstə olduğunu, anasının səhhətinə görə narahatçılıq keçirdiyini, digər tərəfdən rayonda xidmət etdiyi üçün tez-tez anasına baş çəkə bilmədiyini söyləmişdir. O, borclarına görə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 məxsus pulu aldadaraq ələ keçirmək qərarına gəlmiş və belə bir səlahiyyətə malik olmadığını bildiyi halda Zərərçəkmiş şəxs1 xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da ondan xidmət yerinin dəyişdirilməsinə kömək etməyi xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 inandırmaq üçün daha əvvəl xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanovu və Müdafiə Nazirliyində çalışan bir çox yüksək rütbəli və vəzifəli şəxsləri tanıdığını, onlarla dostluq münasibətində olduğunu və qeyd edilən vəzifəli şəxslərin köməyi ilə asanlıqla Zərərçəkmiş şəxs1 xidmət yerini dəyişdirə biləcəyini dedikdə Zərərçəkmiş şəxs1 da aralarında olan dostluq münasibətinə görə ona inanaraq bu təkliflə razılaşmışdır. O, Zərərçəkmiş şəxs1 tələsməməsini və ondan xəbər gözləməsini söyləmiş, bu razılaşmadan bir neçə gün sonra N1-ci ilin iyun ayının ortalalarında günorta saatlarında o, özünə məxsus ***-***-**-** və ***- ***-**-** mobil nömrələrindən Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** mobil nömrəsini yığaraq ona xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirilməsi üçün polkovnik Asif İmanova və Müdafiə Nazirliyində tanıdığı yüksək rütbəli və vəzifəli şəxslərə ümumilikdə 10000 (on min) manat məbləğində pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs1 da bu təklifi qəbul etmişdir. N1-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 “vatsap” mobil tətbiqi vasitəsilə yığaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşməli olduqlarını və rüşvət qismində veriləcək 10000 (on min) manat məbləğində pulu da özü ilə gətirməsini demişdir. Zərərçəkmiş şəxs1 da bu təkliflə razılaşmışdır. N1-ci ilin iyun ayının sonlarında axşam saatlarında o, Zərərçəkmiş şəxs1la Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşmüş, lakin Zərərçəkmiş şəxs1 ona orada 6000 (altı min) manat məbləğində pulu verərək bu qədər pul yığa bildiyini demişdir. Təqsirləndirilən şəxs buna etiraz etdikdə isə Zərərçəkmiş şəxs1 vaxt istəyərək qısa zamanda 4000 (dörd min) manat məbləğində pulu da çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs razılaşaraq 6000 (altı min) manat məbləğində pulu götürmüş və Zərərçəkmiş şəxs1 bu məsələdən heç kimə bildirməməsini, əks halda işinin alınmayacağını demişdir. N1-ci ilin avqust ayının əvvəllərində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargahında olarkən Zərərçəkmiş şəxs1 onu mobil telefon vasitəsilə yığaraq 4000 (dörd min) manat məbləğində pulu topladığını və üzərində olduğunu demişdir. O, Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsindən bir qədər kənarda görüşməyi təklif etmiş və aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxs1 həmin gün 4000 (dörd min) manat məbləğində pulu almışdır. O, Zərərçəkmiş şəxs1 qısa zamanda xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdiriləcəyini bildirsə də, bu işin görülməsi üçün heç bir cəhd göstərməmiş və Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 10 (on) min manat məbləğində pulu borcları və digər şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxsN ilə də dostluq münasibətində olmuşdur. Zərərçəkmiş şəxsN N1-ci ilin sentyabr ayının əvvəllərində rayona getmək üçün ezamiyyət vərəqəsini götürmək məqsədi ilə daimi xidmət yeri olan N nömrəli hərbi hissənin qərargahına gəlmiş və ezamiyyət vərəqəsini götürdükdən sonra N nömrəli hərbi hissənin inzibati binasının daxilində besetkada oturub orada olan hərbi qulluqçularla söhbət etmişdir. Təqsirləndirilən şəxs də besetkada olmuşdur. O, Zərərçəkmiş şəxsN xidmət yerinin Bakı şəhərindən uzaq məsafədə yerləşməsi və xidmət şəraitinin çətin olması barədə gileylənməsini gördükdə onun xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə dəyişmək arzusunda olduğunu bilmişdir. O, həmin vaxt xeyli miqdarda borcları olduğu üçün Zərərçəkmiş şəxsN pulunu ələ keçirmək qərarına gəlmiş və sonuncunu yanına çağıraraq təklikdə Müdafiə Nazirliyində yüksək rütbəli və vəzifəli kifayət qədər şəxsləri tanıdığını, habelə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanovla dostluq münasibətlərinin olduğunu və həmin vəzifəli şəxslər vasitəsilə onun xidmət yerini asanlıqla Müdafiə Nazirliyinin Bakı şəhərinin ərazisində yerləşən X11 kafedralardan birinə dəyişdirə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxsN inandırmaq üçün Zərərçəkmiş şəxsN yanında mobil telefonunu götürərək polkovnik Asif İmanovu yığması görüntüsü yaratmışdır. Bir qədər sonra telefonun dəstəyini asaraq, Zərərçəkmiş şəxsN işini danışdığını və qısa zamanda xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə Zərərçəkmiş şəxsN məxsus ***-***- **-** mobil nömrəsinə zəng etmiş və onun işini həll etmək üçün Müdafiə Nazirliyində olan vəzifəli şəxslərə rüşvət qismində vermək məqsədilə 6000 (altı min) manat məbləğində pul vəsaiti lazım olduğunu demişdir. Zərərçəkmiş şəxsN bir qədər tərəddüd etsə də, təkliflə razılaşmış və vaxt istəmişdir. Zərərçəkmiş şəxsN N1-ci ilin sentyabr ayının ortalarında telefonla əlaqə saxlayaraq ona 6000 (altı min) manat məbləğində pul vəsaitinin 4000 (dörd min) manatını yaşadığı ünvan N ünvanına gedərək atası ŞahidN götürməyini, qalan N000 (iki min) manat məbləğində pulu da qısa zamanda çatdıracağını demişdir. O, bununla razılaşmış və N1-ci ilin sentyabr ayının ortalarında axşam saatlarında ünvan N ünvanında yerləşən binanın həyətində Zərərçəkmiş şəxsN atası ŞahidN 4000 (dörd min) manat məbləğində pul vəsaitini almışdır. Bundan bir neçə gün sonra isə N1-ci ilin sentyabr ayının sonlarında günorta saatlarında Zərərçəkmiş şəxsN onu yığaraq N nömrəli hərbi hissənin qərargahında olduğunu və N000 (iki min) manat məbləğində pulu topladığını bildirmişdir. O, Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin yaxınlığında görüşməyi təklif etmiş və elə həmin gün də N000 (iki min) manat məbləğində pul vəsaitini N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxsN almışdır. O, Zərərçəkmiş şəxsN məxsus ümumilikdə 6000 (altı min) manat məbləğində pulu ələ keçirərkən sonuncunun xidmət yerini dəyişdirmək səlahiyyətləri və imkanları olmadığını bilmiş, lakin həmin vaxt borcları olduğu üçün bu əməli törətmiş, əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi vaxt N1-ci ilin noyabr ayının əvvəllərində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olarkən daha əvvəllər Baş Klinik Hospitalında stasionar müalicədə olduğu vaxt tanış olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun rabitə taqımının baş telefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs3 ilə rastlaşmış, aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs3 xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissələrindən birinə dəyişmək arzusunda olduğunu öyrəndikdə o, yenə də belə bir səlahiyyətə və imkana malik olmadığı halda Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bunun üçün də özünü Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu kimi təqdim etmiş və Müdafiə Nazirliyinin yüksək rütbəli və vəzifəli şəxsləri ilə yaxın münasibətdə olduğunu, onların vasitəsilə dəfələrlə digər hərbi qulluqçuların xidmət yerlərini fərqli hərbi hissələrə dəyişdirdiyini deyərək Zərərçəkmiş şəxs3 buna inandırmışdır. O, Zərərçəkmiş şəxs3 xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə dəyişdirəcəyini və bunu N nömrəli hərbi hissənin komandiri, polkovnik Asif İmanov və tanıdığı Müdafiə Nazirliyinin yüksək rütbəli və vəzifəli şəxləri vasitəsilə edəcəyini demişdir. Zərərçəkmiş şəxs3 bu təkliflə razılaşıb ondan kömək etməsini xahiş etdikdə, ondan xəbər gözləməsini bildirmişdir. N1-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs3 ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşdüyü zaman Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi barədə Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli tanışları ilə razılığa gəldiyini və xidmət yerinin dəyişdirilməsi üçün ümumilikdə 15000 (on beş min) manat məbləğində pulu rüşvət kimi verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs3 bir qədər tərəddüd etsə də, sonra təklifi qəbul etmişdir. O, Zərərçəkmiş şəxs3 rüşvət qismində verdiyi pulu gedəcəyi hərbi hissədə qısa zamanda maddi yardımlar və digər premyalar vasitəsilə qısa zamanda geri alacağını da bildirmişdir. N9 dekabr N1-ci il tarixdə axşam saatlarında o, aralarında olan razılığa əsasən Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığındakı parkın qarşısında Zərərçəkmiş şəxs3 ilə sonuncunun tanışı Şahid3 məxsus “KİA SORENTO” markalı “**-XT-***” dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüş və Zərərçəkmiş şəxs3 14 000 (on dörd min) manat məbləğində pul vəsaitini almışdır. Zərərçəkmiş şəxs3 ona 1000 (bir min)manat məbləğində pulu da qısa zamanda çatdıracağını demişdir. NN-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs3 onu yığaraq 1000 (bir min) manat məbləğində pulu da hazırladığını və Sumqayıtda 5-ci mikrorayonda yaşadığı evdə olduğunu demişdir. O, həmin gün Sumqayıt şəhərinin 5-ci mikrorayonunun ərazisində Zərərçəkmiş şəxs3 yaşadığı binanın yaxınlığında görüşərək ondan 1000 (min) manat məbləğində pul vəsaitini almışdır. O, Zərərçəkmiş şəxs3 işini düzəltmək üçün xeyrinə heç bir iş görməmiş və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. O, NN-ci ilin aprel ayında xəstəliyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Baş Klinik hospitalında stasionar müalicədə olmuş, əməliyyat olunduqdan sonra NN-ci ilin aprel ayının sonlarında hərbi həkim komissiyasından keçmiş və xidmət etdiyi N nömrəli hərbi hissəyə onu N gün müddətinə hərbi xidmətdən tam şəkildə azad etmək tövsiyyə edilmişdir. O, xidmət etdiyi hərbi hissəyə qayıtmış və hospitalda hazırlanmış arayış 0N may NN-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olduqdan sonra raport yazmış və həmin raport əsasında N gün müddətinə, 1N may NN-ci il tarixədək ona məzuniyyət verilmişdir. N may NN-ci il tarixdə saat 08:00-da xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qayıtmalı olduğu halda qayıtmamış və 07 sentyabr NN-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Xidmət yerini özbaşına tərk etməsinə səbəb şəxsi problemləri ilə bağlı olmuşdur. Xidmət etdiyi N nömrəli hərbi hissədə ona qarşı nizamnamədən kənar hərəkətə yol verilməmiş, xidmət müddətində bütün təminatlarla təmin olunmuş, xidmət keçməklə bağlı problemi olmamışdır. O, xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı komandirlərinə məlumat verməmiş, törətdiyi bütün əməllərin cinayət olmasından xəbərdar olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunda xidmət edir. N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs hələ N009-cu ildən tanımış, onunla arasında dostluq münasibəti olmuşdur. N1-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs anası vəfat etmişdir. Bakı şəhərinin Nəsimi rayonunda təşkil olunmuş yas mərasimində iştirak edərkən Təqsirləndirilən şəxs söhbət əsnasında anasının səhhətində problemlərinin olmasını, uzaqda xidmət etdiyi üçün anasına vaxtında yardım edə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanovu tanıdığını, habelə Müdafiə Nazirliyində çalışan yüksək rütbəli və vəzifəli tanışları olduğu və ona xidmət yerini dəyişməkdə kömək edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs xidmət yerini dəyişməkdə kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə bu zaman ona bu barədə öyrənib xəbər edəcəyini söyləmişdir. N1-ci ilin iyun ayının sonlarında baş gizir Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini yığaraq onun “işinin” danışıldığını və xidmət yerinin dəyişdirilməsi üçün polkovnik Asif İmanova və tanıdığı Müdafiə Nazirliyinin digər yüksək vəzifəli və rütbəli şəxslərinə “hörmət eləmək” lazım olduğunu, 10 000 (on min) manat məbləğində pulu rüşvət kimi verməli olduğunu bildirmişdir. O, təklifi qəbul etmiş və bir neçə gün sonra N1-ci ilin iyun ayının sonlarında günorta saatlarında Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşməli olduğunu demişdir. Aralarında olan razılığa əsasən də həmin gün Təqsirləndirilən şəxslə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında görüşmüş və elə orada Təqsirləndirilən şəxs əvvəlcə 6000 (altı min) manat pul vəsaitini vermişdir. Lakin Təqsirləndirilən şəxs bununla razılaşmamış və 6000 (altı min) manat məbləğində pulu qəbul etdikdən sonra qalan 4000 (dörd min) manat məbləğində pulu da qısa zamanda çatdırmasını ona tapşırmışdır. O, 6000 (altı min) manat məbləğində pulu rüşvət qismində verməklə “işinin” alınmayacağını anladıqdan sonra Təqsirləndirilən şəxs qalan 4000 (dörd min) min manat məbləğində pulu da çatdıracağını demişdir. Həmin pulu uzun müddət ona verilən maaşdan, habelə digər pul təminatlarından toplamışdır. Təqsirləndirilən şəxs N1-ci ilin iyul ayının sonlarında ona zəng etmiş və 4000 (dörd min) manat məbləğində pul vəsaitini təcili çatdırmalı olduğunu, qısa zamanda xidmət yerinin dəyişdiriləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs hazırda xidmətdə olduğunu N1-ci ilin avqust ayının əvvəllərində onunla görüşə biləcəyini demişdir. Təqsirləndirilən şəxs də bu təkliflə razılaşmış, N1-ci ilin avqust ayının əvvəllərində aralarında olan razılığa əsasən Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin yaxınlığında o, Təqsirləndirilən şəxslə görüşərək 4000 (dörd min) manat pul vəsaitini ona vermişdir. Həmin tarixdən sonra uzun zaman keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun xidmət yerini dəyişdirilməsi üçün heç bir iş görməmişdir. Hazırda təqsirlənqdirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxsN məhkəməyə ifadə verib göstərdi ki, NN-ci ilin mart ayının əvvəllərində N nömrəli hərbi hissənin 4-cü taboruna ezam olunmuşdur. N1-ci ilin mart ayından N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyün 3-cü taqımının 3-cü radiokəşfiyyat stansiyasının rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. O, Təqsirləndirilən şəxs N010-cu il tarixdən N nömrəli hərbi hissəsinin bölməsində xidmət etdiyi vaxtdan tanımış, onunla arasında dostluq münasibəti olmuşdur. 05 sentyabr N1-ci il tarixdə ezamiyyətə getmək üçün rayondan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargahına gəlmişdir. Ezam vərəqəsini aldıqdan sonra N nömrəli hərbi hissənin əsgər yataqxanasının yanındakı besetkada əyləşərək orada olan hərbi qulluqçularla söhbət etmiş və xidmət yerinin Bakı şəhərindən uzaq məsafədə yerləşməsi, xidmət şəraitinin çətin olması, ailəsinin Bakı şəhərində yaşamasını söyləyərək gileylənmişdir. Besetkada əyləşən baş gizir Təqsirləndirilən şəxs onu kənara çağırmış və ona dostu olduğu üçün xidmət yerini Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə kafedralardan birinə dəyişdirməsinə köməklik edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs xidmət yerinin dəyişdirilməsinə köməklik göstərməsini xahiş etdikdə, telefonunu götürərək kiməsə zəng etmiş və bir qədər danışdıqdan sonra yaxınlaşaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanova zəng etdiyini və tanıdığı Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərin vasitəsilə onun xidmət yerini dəyişdirə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona bir neçə gün ərzində xəbər edəcəyini demişdir. N1-ci il tarixdə sentyabr ayının ortalarında Tərtər rayonunda olarkən Təqsirləndirilən şəxs ona zəng edərək xidmət yerinin dəyişdirilməsi üçün 6000 (altı min) manat pul lazım olduğunu bildirmişdir. O, bu təkliflə razılaşmış və həmin pulun 4000 (dörd min) manatını ünvan 3 ünvanına gedib atası ŞahidN alacağını, qalan N000 (iki min) manatı isə N1-ci ilin sentyabr ayının ortalarında ezamiyyətdən qayıtdıqdan sonra verəcəyini demişdir. Təqsirləndirilən şəxs də bununla razılaşmışdır. O, 4000 (dörd min) manat məbləğində pulu atası ŞahidN hərbi qulluqçu yoldaşına vermək adı ilə borc kimi almış və atasına xidmət yerinin dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs rüşvət qismində pul verdiyini söyləməmişdir. Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında 4000 (dörd min) məbləğində pul vəsaitini Zərərçəkmiş şəxsN atası ŞahidN ünvan N ünvanında yerləşən binanın həyətində almışdır. Qalan N 000 (iki min) manat məbləğində pulu isə o, ezamiyyətdən qayıtdıqdan sonra NN-ci il sentyabr ayının ortalarında səhər saatlarında Təqsirləndirilən şəxs təklifi ilə N nömrəli hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin yaxınlığında sonuncuya vermişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 6000 (altı min) manat məbləğində pulu alsa da, onun xidmət yerinin dəyişdirilməsi üçün heç bir iş görməmişdir. Hazırda təqsirlənqdirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət-qadın hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs3 məhkəməyə ifadə verib göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. Hazırda Sumqayıt şəhərində yaşadığı evlə N nömrəli hərbi hissənin qərargahı arasında təxminən 30 km-dən artıq məsafə olduğundan bundan başqa anası Şahid1 onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirmək arzusunda olmuşdur. N0-ci ilin fevral ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicə aldığı zaman orada müalicə alan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O stasionar müalicəsini başa çatdırdıqdan sonra da Təqsirləndirilən şəxslə münasibəti kəsilməmiş və tez-tez sonuncu ilə əlaqə saxlamışdır. N1-ci ilin noyabr ayının əvvəllərində hospitalda baş gizir Təqsirləndirilən şəxslə qarşılaşmış və aralarında baş tutan söhbət zamanı o, Təqsirləndirilən şəxs də xidmət etdiyi hərbi hissənin yaşadığı evdən uzaq olduğunu, gedib-gəlməkdə çətinlik çəkdiyini, Bakı şəhərinə köçmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərlə tanışlığı olduğunu və onun xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirə biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs bu təklifini qəbul etdikdən sonra sonuncu ona qısa zamanda xəbər edəcəyini bildirmişdir. N1-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ona məxsus ***-***-**-** mobil nömrəsini yığaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında görüşməyi təklif etmişdir. Aralarında olan razılığa əsasən həmin gün onlar hospitalın yaxınlığında “Öz Ət” adlı kafedə görüşmüşlər. Təqsirləndirilən şəxs orada ona xidmət yerinin dəyişdirilməsi ilə bağlı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Asif İmanovla və Müdafiə Nazirliyində çalışan tanıdığı yüksək rütbəli və vəzifəli şəxslərlə danışdığını və onun xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirləcəyini demişdir. Bunun üçün 15000 (on beş min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyinin kəşfiyyat hərbi hissəsi olan N nömrəli hərbi hissəsinə göndərildikdən sonra iki qat xəstəlik pulu, iki qat məzuniyyət pulu, iki qat maddi yardım alacağını, maaşının orada daha yüksək olacağını da demişdir. Təqsirləndirilən şəxs aralarında olan söhbət zamanı özünü N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi təqdim etmiş və dedikləri ilə Zərərçəkmiş şəxs3 inandırmışdır. N1-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs onu mobil telefon vasitəsilə yığaraq tələb olunan 15000 (on beş min) manat məbləğində pulu qısa zamanda çatdırmağını demişdir. O, Təqsirləndirilən şəxs həmin pulu tapmaq üçün vaxt istəmiş və anası Şahid1 10 min manat məbləğində pul lazım olduğunu və həmin pulu hərbi qulluqçu yoldaşına borc kimi verəcəyini, qısa zamanda da geri qaytaracağını demişdir. Şahid1 həmin məbləğdə pulu olmadığını, lakin gedib kredit götürə biləcəklərini demişdir. Onlar birlikdə "xxxx"ın Sumqayıt şəhərində yerləşən Qubadlı fillialına gedərək oradan Şahid1 adına 8400 (səkkiz min dörd yüz) manat məbləğində pulu kredit kimi götürmüşlər. Şahid1 aldığı kreditin üzərinə də 1600 (bir min altı yüz) manat məbləğində pul da əlavə edərək ona ümumilikdə 10000 (on min) manat məbləğində pulu borc qismində vermişdir. O, həmin pulun üzərinə özünə məxsus 4000 (dörd min) manat məbləğində pulu da əlavə etmişdir. O, Təqsirləndirilən şəxslə aralarında olan razılığa əsasən N9 dekabr N1-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yerləşən “Metro Park” ticarət mərkəzinin yaxınlığındakı parkda görüşmüşlər. O, həmin ünvana tanışı Şahid3 məxsus ağ rəngli “KİA SORENTO” markalı “**-XT-***” dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və 14000 (on dörd min) manat məbləğində pulu da məhz qeyd edilən avtomobildə Təqsirləndirilən şəxs vermişdir. 1000 (bir min) manat məbləğində pulu da qısa zamanda çatdıracağını demişdir. NN-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək 1000 (bir min) manat məbləğində pulu topladığını dəqiqləşdirmiş və Zərərçəkmiş şəxs3 təklifi ilə onlar sonuncunun yaşadığı Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən binanın həyətində görüşmüşlər. O, 1000 (bir min) manat məbləğində pulu orada Təqsirləndirilən şəxs verdikdən sonra işinin nə vaxt həll olacağını soruşmuşdur. Təqsirləndirilən şəxs NNci ilin mart ayına kimi işi həll ediləcəyini bildirsə də, sonuncu onun xidmət yerini dəyişdirmək üçün heç bir cəhd etməmişdir. Hazırda təqsirlənqdirilən şəxs Təqsirləndirilən şəxs şikayətçiyəm. Şahid vətəndaş Şahid1 qızı Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar ifadə verdi. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Şahid4 məhkəməyə ifadə vərib göstərdi ki, Baş gizir Təqsirləndirilən şəxs N1-ci ilin aprel ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətinə daxil edilmiş və hərbi hissənin 1-ci radiokəşfiyyat və radiomaneə taborunun qısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısadalğalı radiomaneə taqımının komandiri vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs NN-ci ilin aprel ayında səhhətində olan problemlərlə bağlı Müdafiə Nazirliyinin Baş Klinik hospitalına göndərilmiş və orada stasionar müalicəyə qəbul edilərək orada əməliyyat olunmuşdur. N9 aprel NN-ci il tarixdə Təqsirləndirilən şəxs hərbi-həkim komissiyasından keçmiş və o, hərbi xidmətə müvəqqəti yararsız hesab olunaraq N gün müddətində hərbi xidmət vəzifələrinin icrasından azad edilmişdir. Təqsirləndirilən şəxs hərbi hissəyə geri qayıtmış və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasının arayışı 0N may NN-ci il tarixdə hərbi hissəyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs raportu əsasında N gün müddətində məzuniyyət verilmişdir. N may NN-ci il tarixdə Təqsirləndirilən şəxs hərbi hissəyə qayıtmalı olduğu halda hərbi hissəyə gəlməmişdir. O, Təqsirləndirilən şəxslə dəfələrlə əlaqə yaratmağa çalışsa da, buna nail ola bilməmişdir. Təqsirləndirilən şəxs hərbi hissəyə vaxtında gəlməməsi ilə bağlı raport yazmışdır. Təqsirləndirilən şəxs nizam-intizamsız bir hərbi qulluqçu olmuş, lakin heç vaxt xidmətdən boyun qaçırmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs hərbi xidmət müddətində bütün təminatlarla təmin olunmuş, xidmət keçməklə bağlı problemi olmamış, hərbi xidmət dövründə Təqsirləndirilən şəxs qarşı nizamnamədən kənar hərəkətə yol verilməmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı komandirlərinə məlumat verməmiş və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. Məhkəmə iclasında şahidlər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları: baş gizir Şahid5 və gizir X3 elan olunmuş ifadələrindən görünür ki, onlar, Şahid4 ifadələrinə oxşar ifadələr vermişlər. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, polkovnikleytenant Şahid3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs3 N1-ci ilin oktyabr ayından tanımış, onunla yaxın münasibətləri olmuşdur. N1-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs3 axşam saatlarında ona zəng edərək həmin gün baş gizir Təqsirləndirilən şəxs ilə görüşəcəyini demiş və yanında olmasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3 təklifini qəbul etmiş və onlar ona məxsus “KİA SORENTO” markalı “**-XT-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yerləşən “Metro Park” ticarət mərkəzinin yaxınlığındakı parka getmişlər. Həmin parkda Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ona məxsus “KİA SORENTO” markalı “**-XT- ***” dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs içərisində pul olan kağız bağlama vermişdir. Həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs3 avtomobildən enərək Təqsirləndirilən şəxs daha öncə əyləşdiyi “MERCEDES” markalı “**-FO-***” dövlət qeydiyyat nişanlı avtomobilə minərək gözdən itmişlər. O, Zərərçəkmiş şəxs3 xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi müqabilində Təqsirləndirilən şəxs 15000 (on beş min) manat məbləğində pul verdiyini, sonuncunun isə Zərərçəkmiş şəxs3 xidmət yerini dəyişdirmək üçün heç bir iş görmədiyini Zərərçəkmiş şəxs3 öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. N nömrəli hərbi hissə komandirinin N1 noyabr N018-ci il tarixli N91 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini –Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16 noyabr N018-ci il tarixli 0305 gm nömrəli əmrinə əsasən hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun (mobil) operatoru vəzifəsindən azad edilmiş, 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 79 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, gizir Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N1-ci il tarixli 068 gm nömrəli əmrinə əsasən hərbi hissənin 1-ci radiokəşfiyyat və radiomaneə taborunun radiokəşfiyyat və radiomaneə bölüyünün 3-cü radiokəşfiyyat taqımının 3-cü radiokəşfiyyat stansiyasının rəisi (tərcüməçi) vəzifəsinə təyin edildiyinə görə N mart N1-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlar daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N1 aprel N1-ci il tarixli 115 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 15 aprel N1-ci il tarixli 0101 gm nömrəli əmrinə əsasən hərbi hissənin 1ci radiokəşfiyyat və radiomaneə taborunun qısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısadalğalı radiomaneə taqımının komandiri vəzifəsinə təyin edilmiş, Bakı şəhəri “Region” müstəqil Araşdırmalar Mərkəzindən gəlmiş hesab edilmiş həmin tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlar daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli N90 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusuəsgər Zərərçəkmiş şəxs3 hərbi hissənin 4-cü taborunun rabitə taqımının telefon manqasının baş telefonçusu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N3 sentyabr NN-ci il tarixli N7N nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, gizir Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini –Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 16 sentyabr NN-ci il tarixli 01N9 gm nömrəli əmrinə əsasən hərbi hissənin 1-ci radiokəşfiyyat və radiomaneə taborunun stasionar radiokəşfiyyat qrupunun operatorutərcüməçi vəzifəsinə təyin olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən Sumqayıt Hərbi prokurorluğuna ünvanlanmış 17 noyabr NN-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs xidmət yerlərinin dəyişdirilməsi müqabilində ayrı-ayrılıqda Zərərçəkmiş şəxsN aldığı 6000 (altı min) manat, Zərərçəkmiş şəxs1 aldığı 10000 (on min) manat və Zərərçəkmiş şəxs3 aldığı 15000 (on beş min) manat məbləğində olmaqla ümumilikdə 31000 (otuz bir min) manat məbləğində pul vəsaitini onlara tam şəkildə qaytarmış və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri yoxdur. Səhiyyə Nazirliyinin Məhkəmə XN daxil olmuş N7 sentyabr NN-ci il tarixli 3503 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunduğu əməli törədərkən anlaqlı olmuşdur, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin N1-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Cinayət işinə əlavə olunmuş "xxxx" ASC-nin Qubadlı filialı tərəfindən verilmiş xx.xx.N1-ci il tarixli bank əməliyyatı müqaviləsindən, kredit müqaviləsinə əlavə olunmuş cədvəldən aydın olur ki, Şahid1 60 (altmış) ay müddətində illik 18,5% olmaqla 8400 (səkkiz min dörd yüz) manat məbləğində bankdan kredit götürmüşdür. 17 sentyabr NN-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında NN-ci ilin noyabr-dekabr aylarında çoxsaylı zənglər aparılmışdır. Bundan başqa Zərərçəkmiş şəxsN istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında NN-ci ilin sentyabr-oktyabr aylarında çoxsaylı zənglər aparılmışdır. Həmçinin qeyd olunan diskdə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən və Zərərçəkmiş şəxsN istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “işi” qısa zamanda həll etməsi və ya bu “iş” üçün aldığı pulu qaytarması ilə bağlı göndərdiyi qısa mesajların mətnləri öz əksini tapmışdır. N3 sentyabr NN-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD diskə keçirilmiş baxış protokolundan aydın olur ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında NN-ci ilinin noyabr-dekabr və NN-ci ilin yanvar aylarında çoxsaylı zənglər aparılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrələr arasında NN-ci ilin iyul-avqust aylarında çoxsaylı zənglər aparılmışdır. Həmçinin qeyd olunan diskdə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsindən və Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “işi” qısa zamanda həll etməsi və ya bu “iş” üçün aldığı pulu qaytarması ilə bağlı göndərdiyi qısa mesajların mətnləri öz əksini tapmışdır. N nömrəli hərbi hissənin qısa dalğalı radiomaneə taqımının komandiri, baş gizir Təqsirləndirilən şəxs hərbi hissə komandirinə ünvanladığı 0N may NN-ci il tarixli N331 nömrəli raportundan məlum olur ki, o, həmin tarixdən 10 (on) gün müddətinə hərbi xidmət vəzifəsinin icrasının tam azad olunması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır. N nömrəli hərbi hissənin qısa dalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün komandiri vəzifəsini icra edən baş leytenant Şahid4 N may NN-ci il tarixli N4N5 nömrəli raportundan görünür ki, qısa dalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısa dalğalı radiokəşfiyyat və radiomaneə taqımının komandiri, baş gizir Babayev X1N Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N9 aprel NN-ci il tarixli 5515 nömrəli arayışına əsasən N gün müddətinə hərbi xidmət vəzifəsinin icrasının tam azad hesab edilməsinə görə 0N may NN-ci il tarixdə raportla hərbi hissə komandirinə müraciət etmiş və xidmət vəzifələrinin icrasından azad edilmişdir. N may NN-ci il tarixdə xidməti vəzifələrinin icrasından azad olma müddəti bitdiyinə görə xidmət yerinə qayıtmalı olduğu halda hərbi hissəyə qayıtmamışdır. N nömrəli hərbi hissə komandirinin 0N may NN-ci il tarixli 138 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, baş gizir Təqsirləndirilən şəxs 1-ci radiokəşfiyyat və radiomaneə taborunun qısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısadalğalı radiomaneə taqımının komandiri xəstəliyə görə 1N may NN-ci il tarixədək xidməti vəzifələrinin icrasından azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may NN-ci il tarixli 138 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, baş gizir Təqsirləndirilən şəxs 1-ci radiokəşfiyyat və radiomaneə taborunun qısadalğalı radiokəşfiyyat və radiomaneə bölüyünün qısadalğalı radiomaneə taqımının komandiri, Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının arayışına əsasən xidməti vəzifəsinin icrasından tam azad olunduğu müddət bitdikdən sonra N may NN-ci il tarixdə saat 08:N0-də hərbi hissəyə gəlmədiyinə görə bütün növ təminatlar dayandırılaraq barəsində “Hərbi hissəni özbaşına tərk etmiş itkin və ya əsir düşmüş zabit və gizirlərin (miçmanların) uçotu jurnalı”-da müvafiq qeydlər aparılmışdır. Axtarışda olan şəxsin saxlanılması barədə 07 sentyabr NN-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin Qobu PB-nin CAŞ-si tərəfindən Təqsirləndirilən şəxs barəsində 31 avqust NN-ci il tarixdə N70399 nömrəli axtarış işi açılmış, sonuncu 07 sentyabr NN-ci il tarixdə saat 16:05 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılaraq Abşeron RPİ-nin Qobu PBnə gətirilərək Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının 19 oktyabr NN-ci il tarixli 1N376 nömrəli arayışından aydın olur ki, baş gizir Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Bələliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Rəspublikası CM-in 178.N.N, 178.N.3,178.N.4, 3N.4, 31N.N və 333.4-1-cİ maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsNla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən eyni xarakterli cinayət törətməsini, törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətinin əvvəllər məhkum olunmuş şəxs olmaqla üzərində məhkəmə hökmünə çəkilməmiş cəza olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs hazrkı iş üzrə tutulması və həbsə alınması ilə bağlı protokolu, məhkəmə qərarlarını araşdırıb və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 07 sentyabr NN-ci il tarixdən 06 mart N3-cü il tarixədək həbsə saxlanıldığı 5 (beş) ay N9 (iyirmi doqquz) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməldir. Hazırki işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs onun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən 18 iyun N1-ci il tarixdə hökm çıxarıldıqdan sonra Azərbaycan Respublikası CM-nin 178.N.N, 178.N.3,178.N.4, 3N.4, 31N.N və 333.4-1-cİ maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Təqsirləndirilən şəxs həmin maddə ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Çünki, CM-nin 67.1-ci və digər madələrinin (məsələn, CM-nin 71.4 və 71.5-ci maddələri) tələbinə və mənasına görə, şəxsə hökmlərin məcmusu üzrə qəti cəza o halda təyin edilir ki, həmin şəxsin onun barəsində hər hansı cinayətin və ya cinayətlərin törədilməsinə görə təqsirli biliniməsi haqqında hökm çıxarıldıqdan sonra onun başqa cinayət (cinayətlər) törətməsi də müəyyən edilmiş olsun. Məhkəmə kollegiyasının hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, həmin Qərarın 17-ci bəndinə görə, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs 67-ci maddəsinə əsasən cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu gündən, yəni 06 mart N3- cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olumaqla islah və yenidən tərbiyə oluna bilcəcəyi barədə qənatə gəldiyindən hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (Cinayət-Prosessual Məcəlləsinin 187-ci maddəsi). ”Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N015-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərşəkmiş şəxs cinayət təqibi mərhələsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-183-cü maddəllərinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək zərərçəkmiş şəxs qismində tanınmış (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs oluna qarşı 15.000 (on beş min) manat mülki iddiası vardır. Məhkəmə kollegiyası, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq, hesab edir ki, mülki iddia təmin olunmalı, 15.000 (on beş min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə xərci NN0 (iki yüz iyirmi) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı həsab ədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.3, 178.N.4, 3N.4, 31N.N və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.3, 178.N.4-cü maddəsi ilə N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 3N.4, 31N.N-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı Hərbi Məhkəməsinin 18 iyun N1-ci il tarixli hökmü ilə 5000 (beş min) manat məbləğində cərimə cəzasının çəkilməmiş hissəsi-3480 (üç min dörd yüz səksən) manat 54 qəpik tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3480 (üç min dörd yüz səksən) manat 54 qəpik məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 sentyabr NN-ci il tarixdən 06 mart N3-cü il tarixədək həbsə saxlanıldığı 5 (beş) ay N9 (iyirmi doqquz) gün müddət təyin edilmiş qəti cəzaya daxil edilsin və üzərində 4 (dörd) il 6 (altı) ay 1 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 68.N-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 mart N3-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı 15.000 (on beş min) manat pul vəsaitinin qaytarılmasına dair mülki iddiası təmin edilsin. 15.000 (on beş min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübut:- 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs NN0 (iki yüz iyirmi) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 14N595, Büdcə səviyyəsinein kodu: 3, SAP (XİİS) hesabı (X5, KOD N10005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZNN, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apəllyasiya şikayəti və ya apəllyasiya protəsti vərilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən), Aslan Kalbalıyev, Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-19/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-19/2023
06.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver