Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-191/2023 07.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimləri X141 (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X42, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorunun köməkçisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Dövlət ittihamçısı2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi (erməni dili üzrə) X15, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22, X107, X142, X108, X28, X165, X85, X29, X196, X166, X23, X24, X54, X30, X86, X167, X218, X31, X109, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29 təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1955-ci il tarixdə Azərbaycan Respublikası Xocalı (keçmiş Əsgəran) rayonunun Badara kəndində anadan olmuş, həmin kənddə daimi qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətçə erməni, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xankəndi şəhər Aqrar-sənaye idarəsində sürücü işləmiş, hazırda işləməyən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələri və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhər Yasamal rayon Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (Khachatryan Vagif) azərbaycanlıları milli qrup kimi bütövlükdə və qismən məhv etmək məqsədilə onları öldürmüş, sağlamlıqlarına ağır zərər vurmuş, bütövlükdə və qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratmış, yəni soyqırım törətmiş, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, azərbaycanlı əhalini qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salmış, azərbaycanlıları beynəlxalq hüquq normaları ilə qadağan edilmiş əsaslara, yəni milli əsaslara görə həmin qrupa mənsub olduqları üçün əsas hüquqlarından kobudcasına məhrum etmiş, yəni onları bir milli qrup kimi təqib etmiş, şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq azadlıqdan məhrum etmiş, mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə, hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar törətməklə, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil, elm, tibb obyektlərinə hərbi zərurət olmadan hücum etməklə, mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə, hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərməklə, quldurluq etməklə və əmlaklarını məhv etməklə, mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirməklə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq etməklə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmuş, müvafiq icazə olmadan odlu silahı, döyüş sursatını və partlayıcı maddələri əldə etmiş, gəzdirmiş və saxlamışdır. Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə, habelə şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan və Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərlə birlikdə Xocalı rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırım, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində 27 nəfər qəsdən öldürülmüş, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 2 nəfər girov götürülmüş, 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınmış, 81 ailə təsərrüfatına ümumilikdə 13.568.060 manat, dövlətə isə 130.800 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 1988-ci ilin fevral ayından başlayaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu (keçmiş Dağlıq Qarabağ bölgəsi) ərazisində yaşayan yerli azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı və sistematik hücumlar təşkil etməklə, zor tətbiq etməklə, dözülməz şəraitdə yaşamağa məcbur etməklə onları bir milli qrup kimi əsas hüquqlarından, yəni azadlıq, yaşamaq, azad yerdəyişmə və yaşayış yeri seçmək hüquqlarından kobudcasına məhrum etmək, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, azərbaycanlı əhalini qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salmaq, milli qrup kimi bütövlükdə və qismən məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlıqlarına ağır zərər vurmaq, bütövlükdə və qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratmaq məqsədi ilə Xocalı rayonunun Badara kənd sakinləri X70, X71, X126, X155, X101, X127, X50, X39, X102, X128, X178, X156, X204, X179, X103, X72, X129, X157, X130, X73, X74, X158 və X51, habelə Verdi Allahverdiyan, Vilen Verdiyan, Qrişa Maqişoviç, Slavik Ardemoviç, Qavruşa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak etmişdir. Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli ləyaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarından etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döyməyə, nalayiq sözlərlə təhqir etməyə, öldürməklə hədələməyə, əmlaklarını məhv etməyə və onların fiziki məhvinə yönəlmiş digər yaşayış şəraiti yaratmağa başlamışdır. Bunun davamı olaraq, Təqsirləndirilən şəxs azərbaycanlı əhalini əsas hüquqlarından kobudcasına məhrum etmək, qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salmaq, milli qrup kimi bütövlükdə və qismən məhv etmək məqsədi ilə 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs39 saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirməklə, yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub döymüş, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam etmiş və üzərində olan bıçağı nümayiş etdirərək “sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz” sözlərini işlədib Zərərçəkmiş şəxs9 xaya nahiyəsinə bıçaqla bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs9 erməni dilində Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid “xayalığın, sol və sağ aşıq-baldır oynağı proyeksiyasının və sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın, sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası” xəsarətlərini yetirib “qoy it kimi canın çıxanadək qanın axsın” sözlərini işlətmiş, lakin bu zaman otağa daxil olan milis əməkdaşı Təqsirləndirilən şəxsı ondan aralayıb dəstəsi ilə birlikdə otaqdan çıxarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə öz cinayətkar əməllərini davam etdirərək, 20 avqust 1991-ci il tarixdə saat 20-21 radələrində Xocalı rayon polis (keçmiş milis) şöbəsinin Meşəli kənd polis (keçmiş milis) bölməsində sahə müvəkkili vəzifəsində işləmiş, Meşəli kənd sakini Zərərçəkmiş şəxs41 idarə etdiyi “UAZ” markalı təcili tibbi yardım avtomobilində xidmət yoldaşı, polis serjantı X168 ilə birlikdə kənd sakini X3 yaranmış problemlərlə əlaqədar Ağdam rayon mərkəzi xəstəxanasına aparıb geri qayıdarkən, Meşəli kəndinin “tut bağı" adlandırılan ərazisindən keçən zaman Təqsirləndirilən şəxs qışqıraraq onlara avtomobilin saxlanılmasını bildirmiş, lakin Zərərçəkmiş şəxs41 girov götürüləcəklərindən ehtiyat edərək avtomobili saxlamadan hərəkətə davam etdiyi üçün, Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə müvafiq icazə olmadan, yəni qanunsuz olaraq əldə etdikləri, saxladıqları və gəzdirdikləri avtomat silahlarından Zərərçəkmiş şəxs41 idarə etdiyi “UAZ" markalı təcili tibbi yardım avtomobilini atəşə tutub sürücünü hər iki ayağından yaralayaraq ona “sağ budun və hər iki baldır nahiyələrinin odlu silah güllə yaralanması” xəsarətlərini yetirmiş və Zərərçəkmiş şəxs41 yaralı vəziyyətdə avtomobili dayandırmadan hərəkət etdirərək Meşəli kəndinə gəlmişdir. Təqsirləndirilən şəxs Xocalı rayonunun Badara kənd sakinləri X70, X71, X126, X155, X101, X127, X50, X39 və adları yuxarıda qeyd olunan digər şəxslərdən, habelə şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi rayonunda yaşayan və Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirakını davam etdirərək, Xocalı rayonunun Meşəli kəndində yaşayan yerli azərbaycanlı əhaliyə qarşı zor tətbiq etməklə, dözülməz şəraitdə yaşamağa məcbur etməklə onları bir milli qrup kimi əsas hüquqları olan azadlıq, yaşamaq, azad yerdəyişmə və yaşayış yeri seçmək hüquqlarından kobudcasına məhrum etmək, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Meşəli kənd sakinlərini qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salmaq, milli qrup kimi bütövlükdə və qismən məhv etmək və məhvinə yönəlmiş yaşayış şəraiti yaratmaq məqsədi ilə Meşəli kəndindəki müəssisə, idarə, təşkilatlara və kənd sakinlərinə genişmiqyaslı və sistematik hücumlar təşkil edərək, N dekabr 1991-ci il tarixdə saat 20-21 radələrində Xocalı rayonunun Meşəli kəndini artilleriya qurğularından intensiv atəşə tutmuş, kənd sakini X24 bir yaşlı körpə uşağı, 09 dekabr 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs49 qucağına alıb qarlı, şaxtalı havada digər kənd sakinləri ilə birlikdə özlərini qorumaq üçün kəndin ətrafında olan meşəyə doğru qaçmış, təxminən 3-4 saatdan sonra atəş səsləri dayandıqda, kənd sakinləri öz evlərinə qayıdan zaman Zərərçəkmiş şəxs49 artıq donvurma, yəni aşağı temperaturun orqanizmə ümumi təsiri nəticəsində ölmüşdür. Bundan iki gün sonra, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndini mühasirəyə alıb qanunsuz olaraq əldə etdikləri iriçaplı odlu silahlardan, zirehli texnikadan, piyadaların döyüş maşınlarından, artilleriya qurğularından, avtomat, pulemyot və odsaçan silahlardan atəşə tutaraq bir neçə istiqamətdən kəndə daxil olmuş və silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş yandırıcı silah hesab olunan odsaçan silahlardan, habelə yandırıcı patronlardan da istifadə etməklə və qadağan edilmiş müharibə vasitələrini, üsullarını tətbiq etməklə kəndin mülki əhalisinə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı zorakılıq göstərərək onlara evlərində, küçələrdə hücum edib kənd sakinləri, 01 iyul 1936-cı il təvəllüdlü Zərərçəkmiş şəxs32, 01 iyul 1936-cı il təvəllüdlü X143, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs35, 01 iyul 1932-ci il təvəllüdlü Zərərçəkmiş şəxs36, 01 iyul 1932-ci il təvəllüdlü Zərərçəkmiş şəxs38, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs40, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs37, 01 iyul 1926-cı il təvəllüdlü X169, 01 iyul 1932-ci il təvəllüdlü X12, 01 iyul 1927-ci il təvəllüdlü Zərərçəkmiş şəxs30, 01 iyul 1936-cı il təvəllüdlü Zərərçəkmiş şəxs31, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs50, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs45, 01 iyul 1938-ci il təvəllüdlü Zərərçəkmiş şəxs43, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs51, 01 iyul 1942-ci il təvəllüdlü Zərərçəkmiş şəxs44, 01 iyul 1929-cu il təvəllüdlü Zərərçəkmiş şəxs46, 01 iyul 1915-ci il təvəllüdlü Zərərçəkmiş şəxs42, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs34, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs39, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları, 19 avqust 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs54, 06 iyun 1969cu il təvəllüdlü Zərərçəkmiş şəxs55, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N (keçmiş 18110) №-li hərbi hissəsinin hərbi qulluqçuları, 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Zərərçəkmiş şəxs56, 09 iyul 1961-ci il təvəllüdlü əsgər Zərərçəkmiş şəxs57 və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs58 odlu silahlardan açdıqları atəşlər nəticəsində qəsdən öldürmüş, meşə yolu ilə qaçıb canını qurtarmağa çalışan kənd sakinlərindən biri, X9 çayını keçən zaman qucağında olan körpə uşağını, 26 yanvar 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs52 çaya saldığından, Xocalı rayonunun Qaragav kəndinə çatdıqda Zərərçəkmiş şəxs52 artıq “donvurma, yəni aşağı temperaturun orqanizmə ümumi təsiri” nəticəsində ölmüş, habelə kənd sakinləri, 15 may 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs53 sağlamlığa yüngül zərərvurmaya aid “sağ körpücük sümüyü və sol döş qəfəsi nahiyələrinin odlu silah güllə yaralanması”, 25 fevral 1966-cı il təvəllüdlü X6 az ağır zərərvurmaya aid “sağ budun yuxarı 1/3-i nahiyəsinin kor odlu silah güllə yaralanması”, 1929-cu il təvəllüdlü Zərərçəkmiş şəxs47 “sağ budun arxa səthinin odlu silah güllə yaralanması”, xx xxxxxx 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs15 sağlamlığa ağır zərərvurmaya aid “sol baldır nahiyəsinin yuxarı 1/3-nin qamış sümüyünün açıq qəlpəli sınıqları ilə müşaiyət olunan dəlib keçən odlu silah güllə yaralanması”, xx xxxx 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs17 sağlamlığa yüngül zərərvurmaya aid “sağ bud nahiyəsinin yumşaq toxumalarının kor odlu silah güllə yaralanması”, xx xxx 1972-ci il təvəllüdlü X10 “döş qəfəsinin sağ yarısının və sol baldırın yuxarı 1/3-i nahiyəsinin odlu silah güllə yaralanması”, 27 noyabr 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs19 sağlamlığa yüngül zərərvurmaya aid “başın alın nahiyəsinin, sağ diz oynağının bayır səthinin və sağ baldırın orta 1/3-nin odlu silah güllə və qəlpə yaralanması", 01 iyul 1934-cü il təvəllüdlü Zərərçəkmiş şəxs48 “bel nahiyəsinin odlu silah güllə yaralanması”, xx xxxx 1981-ci il təvəllüdlü X1 az ağır zərərvurmaya aid "sağ ayaq pəncəsinin aşıq-baldır oynağının və sol ayaq pəncəsinin iç topuğunun dəlib keçən odlu silah güllə yaralanması", xx xxxx 1935-ci il təvəllüdlü Zərərçəkmiş şəxs48 Rza qızına “belin sağ aşağı nahiyəsinin küt travması”, xx xxxxxx 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs21 sağlamlığa yüngül zərərvurmaya aid “sağ kürək nahiyəsinin yumşaq toxumalarının, hər iki kürəkarası nahiyənin, sağ ayağın birinci barmağının, sol bud nahiyəsinin dəlib keçən odlu silah güllə yaralanması”, xx xxxxxx 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs22 sağlamlığa yüngül zərərvurmaya aid “sağ sağrı nahiyəsinin yumşaq toxumalarının odlu silah qəlpə yaralanması”, 28 avqust 1972-ci il təvəllüdlü X4 yüngül zərərvurmaya aid "sol yanaq, sağ əlin baş barmaq, sağ bud və sağ baldır nahiyələrinin odlu silah güllə yaralanması”, 06 may 1967-ci il təvəllüdlü X2 yüngül zərərvurmaya aid “sol çiyinüstü və sol baldırın aşağı 1/3-nin arxa səthi nahiyələrinin odlu silah güllə və qəlpə yaralanması”, 22 fevral 1967-ci il təvəllüdlü X5 yüngül zərərvurmaya aid “sol bazunun orta 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin ön səthinin, başın sağ təpə nahiyəsinin və sol aşıq-baldır oynağının ön səthinin odlu silah qəlpə yaralanması”, 07 avqust 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərərvurmaya aid “sağ budun yuxarı 1/3-nin və sol baldırın yuxarı 1/3nin bayır səthinin odlu silah güllə və qəlpə yaralanması”, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölməsinin polis (milis) nəfəri, xx xxxxxx 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs16 sağlamlığa az ağır zərərvurmaya aid “başın sağ gicgah nahiyəsinin, sağ baldırın aşağı 1/3-nin və iç topuğun dəlib keçən odlu silah güllə və qəlpə yaralanması”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N (keçmiş 18110) №-li hərbi hissəsinin hərbi qulluqçuları, xx xxxxxx 1968-ci il təvəllüdlü gizir Zərərçəkmiş şəxs27 sağlamlığa ağır zərərvurmaya aid “sağ bud sümüyünün açıq qəlpəli sınığı ilə müşaiyət olunan sağ budun yuxarı 1/3-nin dəlib keçən odlu silah güllə yaralanması və sağ budun yuxarı və orta 1/3-nin ön səthinin, sol içəri topuq nahiyəsinin odlu silah qəlpə yaralanması" və xx xxxxxxxx 1965-ci il təvəllüdlü əsgər Zərərçəkmiş şəxs28 sağlamlığa yüngül zərərvurmaya aid “sol baldırın orta 1/3-nin ön səthinin və sol baldırın yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması” xəsarətlərini yetirmişdir. Daha sonra, Xocalı rayonunun Meşəli kəndinə həyata keçirilən genişmiqyaslı hücum zamanı öz cinayətkar əməllərini davam etdirən Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Meşəli kənd sakinləri, 05 avqust 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs11 və 28 avqust 1972-ci il təvəllüdlü X57 girov götürməklə beynəlxalq hüquq normalarına zidd olaraq onları azadlıqdan məhrum etmiş, girovluqda olduğu bir neçə saat müddətində Barat Novruzova bədənin müxtəlif nahiyələrinə təpik və avtomat silahının qundağı ilə çoxsaylı zərbələr vurub fiziki ağrılar yetirməklə ona işgəncə vermiş, Zərərçəkmiş şəxs11 isə beynəlxalq hüquq normalarının tələblərinə zidd olaraq azad edilməsini və valideynlərinə qaytarılmasını əsassız olaraq gecikdirmiş və yalnız 26 gündən sonra, qanunsuz silahlı dəstənin əsirlikdə saxlanılan 3 üzvü ilə dəyişdirildikdən sonra onu azadlığa buraxmışdır. Həmin gün, 23 dekabr 1991-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Meşəli kəndinə hücum edərkən, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil, elm, tibb obyektləri olan Meşəli kənd orta məktəbinə, uşaq bağçasına, həkim ambulatoriyasına, kənd kitabxanasına hərbi zərurət olmadan hücum edərək, hərbi zərurətdən irəli gəlməyən və mühüm dağıntılara səbəb olan müharibə üsullarından istifadə edib kənddə yerləşən dövlət idarə, təşkilat və müəssisələrin inzibati binalarında, habelə kənd sakinlərinə məxsus 41-dən artıq yaşayış evlərində, tövlələrdə iriçaplı odlu silahlardan, artilleriya qurğularından, pulemyot və odsaçan silahlardan istifadə edilməklə genişmiqyaslı dağıntılar və yanğınlar törətmiş, o cümlədən dövlətə məxsus kənd soveti və polis bölməsinin inzibati binalarını, sosial obyektlər olan orta məktəbin, uşaq bağçasının və həkim ambulatoriyasının, mədəniyyət obyektləri olan bərbərxana və dərzi sexinin, kənd klubunun və kənd kitabxanasının, sənaye obyektləri olan fabrik, emal və istehsal sexinin, ictimai iaşə obyektləri olan kənd bufetinin və kənd mağazasının, kənd təsərrüfatı obyekti olan kolxozun inzibati binalarını və həmin idarə, təşkilat və müəssisələrin əmlakını, habelə vətəndaşların şəxsi əmlakını məhv etmiş, kənd sakinlərinə məxsus iribuynuzlu, xırdabuynuzlu mal-qara və digər ev heyvanlarının və quşların bir hissəsini yandıraraq tələf etmiş, dövlətə və kənd sakinlərinə məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmiş və 81 ailə təsərrüfatından ibarət 340 nəfər Meşəli kənd sakinini öz doğma torpaqlarından və evlərindən didərgin salıb onların, habelə dövlətin əmlakının bir hissəsini məhv etməklə, bir hissəsini isə ələ keçirməklə, kənd sakini X32 və ailə üzvlərinə 226.672 manat, X58 və ailə üzvlərinə 396.040 manat, X111 və ailə üzvlərinə 162.640 manat, X59 və ailə üzvlərinə 203.936 manat, X170 və ailə üzvlərinə 235.736 manat, X219 və ailə üzvlərinə 194.600 manat, X43 və ailə üzvlərinə 156.380 manat, X33 və ailə üzvlərinə 160.988 manat, X88 və ailə üzvlərinə 258.760 manat, X105 oglu və ailə üzvlərinə 130.060 manat, X144 və ailə üzvlərinə 165.440 manat, X89 və ailə üzvlərinə 180.840 manat, X60 və ailə üzvlərinə 159.840 manat, X34 və ailə üzvlərinə 237.132 manat, X196 və ailə üzvlərinə 245.132 manat, X145 və ailə üzvlərinə 117.180 manat, Vəliyev Babaş Surxay oğlu və ailə üzvlərinə 89.344 manat, X171 və ailə üzvlərinə 140.220 manat, X18 və ailə üzvlərinə 138.128 manat, X146 və ailə üzvlərinə 144.780 manat, X112 və ailə üzvlərinə 285.916 manat, X61 və ailə üzvlərinə 298.240 manat, X113 və ailə üzvlərinə 578.500 manat, X172 və ailə üzvlərinə 49.344 manat, X90 və ailə üzvlərinə 266.232 manat, X62 və ailə üzvlərinə 394.820 manat, Zərərçəkmiş şəxs1 və ailə üzvlərinə 307.760 manat, Zərərçəkmiş şəxs25 və ailə üzvlərinə 228 560 manat, X173 və ailə üzvlərinə 218.900 manat, X44 və ailə üzvlərinə 157.976 manat, X147 və ailə üzvlərinə 202.784 manat, X197 və ailə üzvlərinə 275.212 manat, Zərərçəkmiş şəxs3 və ailə üzvlərinə 114.216 manat, X148 və ailə üzvlərinə 140.420 manat, X174 və ailə üzvlərinə 156.936 manat, X63 və ailə üzvlərinə 438.000 manat, X64 və ailə üzvlərinə 205.212 manat, X65 və ailə üzvlərinə 104.680 manat, X35 və ailə üzvlərinə 197.160 manat, Zərərçəkmiş şəxs2 və ailə üzvlərinə 220.436 manat, X235 və ailə üzvlərinə 155.444 manat, Zərərçəkmiş şəxs48 Rza qızı və ailə üzvlərinə 171.940 manat, X28 və ailə üzvlərinə 208.780 manat, X91 və ailə üzvlərinə 183.336 manat, X165 və ailə üzvlərinə 147.336 manat, Zərərçəkmiş şəxs24 və ailə üzvlərinə 184.636 manat, X66 və ailə üzvlərinə 207.332 manat, Zərərçəkmiş şəxs7 və ailə üzvlərinə 174.836 manat, X114 və ailə üzvlərinə 116.240 manat, Zərərçəkmiş şəxs8 və ailə üzvlərinə 150.636 manat, X45 və ailə üzvlərinə 102.672 manat, X220 və ailə üzvlərinə 215.536 manat, X149 və ailə üzvlərinə 67.160 manat, X92 və ailə üzvlərinə 132.720 manat, X198 və ailə üzvlərinə 112.908 manat, X115 və ailə üzvlərinə 67.920 manat, X46 və ailə üzvlərinə 101.200 manat, Zərərçəkmiş şəxs17 və ailə üzvlərinə 96.780 manat, X150 və ailə üzvlərinə 83.180 manat, Zərərçəkmiş şəxs5 və ailə üzvlərinə 105.848 manat, X116 və ailə üzvlərinə 103.980 manat, X47 və ailə üzvlərinə 185.736 manat, X189 oglu və ailə üzvlərinə 127.720 manat, X117 və ailə üzvlərinə 101.680 manat, Zərərçəkmiş şəxs51 Saday oğlu və ailə üzvlərinə 76.588 manat, X23 və ailə üzvlərinə 172.500 manat, Zərərçəkmiş şəxs16 və ailə üzvlərinə 75.200 manat, X36 və ailə üzvlərinə 98.144 manat, X175 və ailə üzvlərinə 93.576 manat, X30 və ailə üzvlərinə 82.500 manat, X67 və ailə üzvlərinə 83.344 manat, X118 və ailə üzvlərinə 158.800 manat, Zərərçəkmiş şəxs6 və ailə üzvlərinə 105.216 manat, X93 və ailə üzvlərinə 103.484 manat, X199 və ailə üzvlərinə 91.480 manat, X22 və ailə üzvlərinə 87.180 manat, X94 və ailə üzvlərinə 90.808 manat, X37 və ailə üzvlərinə 68.232 manat, X200 və ailə üzvlərinə 112.560 manat, X151 və ailə üzvlərinə 60.500 manat, X152 və ailə üzvlərinə 117.240 manat olmaqla, ümumilikdə vətəndaşlara 13.568.060 manat, dövlətə isə 130.800 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs (Khachatryan Vagif) ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ona verilən ittihamla razı deyil. Ona verilən ittihamda olan 1988-ci ilin noyabr ayının sonlarında Meşəli kənd sakinləri Zərərçəkmiş şəxs39 və Zərərçəkmiş şəxs9 Xankəndi şəhərində döyməmiş və Zərərçəkmiş şəxs9 bıçaqla xəsarətlər yetirməmişdir. 20 avqust 1991-ci il tarixdə Xocalı rayon Meşəli kənd sakini Zərərçəkmiş şəxs41 idarə etdiyi “UAZ” markalı təcili tibbi yardım avtomobilinə atəşlər açılan zaman orada olmamışdır. 23 dekabr 1991-ci il tarixdə erməni silahlıları ilə birlikdə Əsgəran rayonunun Meşəli kəndinin azərbaycanlı əhalisinə qarşı hücumda, onların öldürülməsində, sağlamlıqlarına və əmlaklarına zərər vurulmasında, onların soyqırımında və yurdlarından didərgin salınmasında iştirak etməmişdir. Həmin dəstələrlə birlikdə olmamış və hər üç hadisənin baş verməsi zamanı Badara kəndindəki evində olmuşdur. Meşəli kənd sakinləri ona yaxın insanlar olmuş, onların çoxlarını tanımış, bir çoxu ilə münasibəti yaxşı olmuşdur. Meşəli kəndinə hücüm olunmasında iştirak etməmiş, lakin hadisə barədə sonradan həmkəndlilərindən eşitmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1988-1991-ci illər ərzində Əsgəran rayonu Badara kəndikdə yaşayarkən Aqrar-sənaye idarəsində sürücü işləmişdir. Azərbaycanlılara qarşı vuruşan erməni dəstələrinin heç bir yığıncaqlarında, silahlı qruplaşmalarında iştirak etməmişdir. Onun heç vaxt silahı olmamış və silah daşımamışdır. 23 dekabr 1991-ci il tarixdə yaşadığı Badara kəndində evində olmuş, həmin tarixdə Meşəli kəndində olan döyüşlərin silah səslərini eşitmişdir. Meşəli hadisələrində tanışı erməni Ernest Sarkisyan iştirak etmiş, hadisəni sonuncu ona danışmışdır. Meşəli kəndinə hücum edən həmkəndiləlri olan ermənilər bəziləri ölmüş, bəziləri isə Ermənistan Respublikasının ərazisinə qaçmışlar. Meşəli kənd sakinləri Zərərçəkmiş şəxs39 və Zərərçəkmiş şəxs9 üzdən qiyabi olaraq tanımışdır. Onları Xankəndi şəhərində görməmiş və döyməmişdir. Zərərçəkmiş şəxs41 Meşəli kənd sakini İbrahimin oğlu kimi tanımış, İbrahim onun qardaşı ilə kirvə olmuşdur. O, Zərərçəkmiş şəxs41 avtomobilinə atəş açmamış, atəş açan şəxslərin yanında da olmamışdır. Meşəli hadisələri olanda onun 36-38 yaşı olmuş, Badara kəndində ondan başqa Vaqif adlı şəxs olmamışdır. 1992-ci ilin sentyabr ayının ortalarında Fərrux dağının yüksəkliyində postda xidmət aparanda özlərini azərbaycanlılardan qorumaq üçün postda növbətçilik etmişlər. Fərrux dağında posta gedərkən onlarda olan silahları onlara hərbi komisarlıq tərəfindən verilmişdir. Meşəli kəndinə hücum Xankəndi şəhərində İrəvan şəhərindən və ölkə xaricindən gələn ermənilər tərəfindən hazırlanmış və təşkil olunmuşdur. O, Zərərçəkmiş şəxs12 tanımamış, onun atası Rəfini tanımışdır. Onlarla düşmənçəliyi olmamışdır. Eldarın onun əleyhinə ifadə verməsininin səbəbini bilmir. Meşəliyə hücum olan zaman səs gücləndirici ilə danışan o, olmamış, Armais adlı erməni olmuşdur. İştirak edən Badaralıların isə adlarını ibtidai istintaqda demişdir. Meşəli kəndinə hücumu 1 gün əvvəl Xankəndi şəhərində xaricdən və Yerəvandan gələn ermənilər etmişlər onun bundan xəbəri olmamışdır. 1991-ci ildə Meşəli hadisəsindən əvvəllər azərbaycanlılarla bağlı müəyyən münaqişələrə qatıldığı üçün həbs olunmuş və 1 ay Şuşa həbsxanasında həbsdə saxlanılmışdır. Bu ona dərs olmuş və Meşəli hadisələrindən əvvəl daha heç bir münaqişəyə qatılmamış və 1991-ci il 23 dekabr tarixində öz evində ailəsinin yanında olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, xx xxxxxxx 1955-ci il tarixdə Əsgəran rayonunun Badara kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşamışdır. 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirmiş, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdür. Sonra Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləmişdir. 1992-ci ilin sentyabr ayında X191 Komitəsinin rəhbəri olduqdan sonra 50-55 yaşına qədər erməniləri özünümüdafiə adı ilə “Stepanakert” şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırmış, bununla əlaqədar o, 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşmüş və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünmüş, daha sonra isə hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılmışdır. Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, həfədə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilmiş, təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılmış, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət aparmışdır. Xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmamış və həmin döyüşlərdə iştirak etməmişdir. Postda xidmət aparan zaman onun böyrəkləri və bağırsaqları soyuqladığına görə 1992-ci ilin oktyabr ayının əvvəllərində “Stepanakert” şəhər xəstəxanasına aparılmışdır. Orada təxminən 20 gün müalicə olunduqdan sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunmuş və mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləmişdir. 1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra həmin işdən çıxmış və Badara kəndində kənd təsərrüfatı ilə məşğul olmuşdur. 1988-ci ilin noyabr ayının sonlarında Meşəli kənd sakinləri Zərərçəkmiş şəxs39 və Zərərçəkmiş şəxs9 Xankəndi şəhərində döyməmiş və Zərərçəkmiş şəxs9 bıçaqla xəsarətlər yetirməmişdir. 20 avqust 1991-ci il tarixdə Əsgəran rayon Meşəli kənd sakini Zərərçəkmiş şəxs41 idarə etdiyi “UAZ” markalı təcili tibbi yardım avtomobilinə atəşlər açılan zaman orada olmamış, 23 dekabr 1991-ci il tarixdə erməni silahlıları ilə birlikdə Əsgəran rayonunun Meşəli kəndinin azərbaycanlı əhalisinə qarşı hücumda, onların öldürülməsində, sağlamlıqlarına və əmlaklarına zərər vurulmasında, onların soyqırımında və yurdlarından didərgin salınmasında iştirak etməmişdir. Həmin dəstələrlə birlikdə olmamış və hər üç hadisənin baş verməsi zamanı Badara kəndindəki evində olmuşdur. Meşəli kənd sakinlərinin bir çoxu ilə münasibəti yaxşı olmuş, hadisə barədə elə həmin gün eşitmişdir. Həmin hücumda Badara kənd sakinlərindən X40, X77, Mnatsakanyan Valerik və İsraelyan Edik (Edo) Beqlaroviçin də iştirak etdiklərini isə xatırlayır. Bu barədə onlar özləri Badara kəndinə qayıdarkən, ona Meşəli kəndinə hücum etdiklərini, Yerevandan gələn daşnakçılara bələdçilik etdiklərini və azərbaycanlılara qarşı döyüşdə iştirak etdiklərini bildirmişlər. Onlardan Badara kənd sakini X78 Meşəli kəndinə hücum zamanı öldürülmüşdür. Surik, Edik və Valerik hərbçi olmuş və Qarabağ ordusunda mayor hərbi rütbəsinə kimi qalxmışdır. Surik bölük komandiri, daha sonra taborun zampoliti, Edik və Valerik isə tabor komandirinin müavini olmuşlar. Hazırda Surik və Edik Rusiyada, Valerik isə Badara kəndində yaşayır. Karlen 1994-cü ilin iyun ayına kimi Qarabağ ordusunda bölük komandirinə kimi yüksəlmiş, lakin minaya düşüb bir ayağını itirdiyinə görə xidmətini davam etdirməmiş və hazırda xərçəng xəstəsi olmaqla Badara kəndində yaşayır. Təqsirləndirilən şəxs məhkəmədə elan olmuş ifadəsində adları sadalanan X40, X77, Mnatsakanyan Valerik və İsraelyan Edik (Edo) Beqlaroviçin 1991-ci il tarixdə Meşəli kəndinə hücumda iştirak etmələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Nümayəndə izahat verərək göstərmişdir ki, Xocalı rayonunun Meşəli kəndi azərbaycanlılardan ibarət olmaqla, Badara və Qayabaşı kəndləri ilə birlikdə Daşbulaq kənd sovetliyinin tərkibində olmuş, kənddə təxminən 70-dən artıq yaşayış evi, dövlət idarələrinə məxsus inzibati binalar olmuş və 300-dən artıq kənd sakini yaşamışdır. 23 dekabr 1991-ci il tarixdə erməni silahlı birləşmələri Meşəli kəndinə hücum edərkən, 25 nəfərdən artıq şəxs qətlə yetirilmiş, 20 nəfərdən artıq şəxs yaralanmış, evlərin çoxu yandırılmış, mal-qara tələf olunmuş və ya qarət edilmişdir. Xocalı rayon İcra Hakimiyyəti tərəfindən alınmış siyahıya əsasən, Meşəli kəndində dövlətə məxsus kənd sovetliyinin, polis bölməsinin, kənd məktəbinin, uşaq bağçasının, həkim ambulatoriyasının, kənd klubunun, kitabxananın, fabrikin, emal və istehsal sexlərinin, yeməkxananın, mağazanın, kolxozun inzibati binaları olmuş və Meşəli kəndi erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra həmin inzibati binaların yandırılaraq məhv edilməsi, binalardakı əmlakın isə talan edilməsi nəticəsində dövlətə külli miqdarda ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs43 oğlu, X165 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 06-07 radələrində ermənilərin yaşadıqları Xocalı rayonunun Badara kəndi və digər ermənilər yaşayan kəndlərin sakinlərindən və silahlı erməni quldur dəstələri azərbaycanlıların, yəni onların yaşadığı Xocalı rayonunun Meşəli kəndinə etdikləri silahlı hücum zamanı digər kənd sakinləri ilə yanaşı, onun atası Zərərçəkmiş şəxs43 da qətlə yetirilmişdir. Onun özü isə erməni silahlılarının açdıqları atəş nəticəsində sağ ayağının yuxarı oynaq hissəsindən güllə yarası almışdır. Həmin vaxtdan əvvəl isə rus həbiçiləri tərəfindən kəndlərində olan ov silahları toplanaraq kənd əhalisinin əlindən alınmışdır. 23 dekabr 1991-ci il tarixdə səhər saatlarında yaşadıqları Meşəli kəndini erməni silahlı dəstələri mühasirəyə almışlar, onlar kəndi odlu silahlardan atəşə tutmuşlar, qoca və uşaq demədən insanları öldürməyə başlamışlar. Kəndlərinə hücum edən ermənilər həmin gün 25 nəfər şəxsi öldürmüşlər və 14 nəfəri yaralamışlar. Həmin ölən şəxslərdən 20 nəfər şəxs Meşəli kənd sakini, 2 nəfər kəndi müdafiə edən polis əməkdaşı, 2 nəfər hərbiçi, 1 nəfər isə könüllü Tahir adlı şəxs olmuşdur. Kənd əhalisindən ölənlərin çoxu yaşlılıar, uşaqlar və qadınlar olmuşlar. Vaqif Xaçaturyan onun atası Zərərçəkmiş şəxs43 yaxşı tanımışdır. Atası Xəlil ovçu olmuş və yaxşı güllə atırmış. Ona görə də ermənilər onun atasını öldürmüşlər. Kənd sakini olan Zərərçəkmiş şəxs47 adlı qadın da ayağından yaralanmışdır. Zərərçəkmiş şəxs47 əri Ənvər kişi ermənilər tərəfindən öldürülmüş, qadın həmin gün demişdir ki, “ Vaqifin dəstəsi bizi qırdı”. Ona görə həmin vaxt Vaqifin adını eşitmişdir. Vaqifin həmin hücümda iştirak etməsini kənd sakini Zərərçəkmiş şəxs47 şəxsən eşitmiş, Zərərçəkmiş şəxs47 dediyi Vaqif adlı şəxsin məhkəmə zalında təqsirləndirilən şəxs qismində olan Vaqif olduğuna əmindir. X165 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xocalı rayonu Meşəli kəndində yaşamışdır. Onların yaşadığı Meşəli kəndi ermənilərin yaşadığı Badara kəndi ilə qonşu kənd olmuş və kəndlər arasında 5 kilometr məsafə olmuşdur. Meşəli kəndinə kedən yol həmin ermənilər yaşayan Badara kəndindən keçmişdir. 1988-ci ildən ermənilər ilə münasibətləri pozulmuş və ermənilərin onlara qarşı münasibətləri tamamən dəyişilmişdir. Badara kəndindən maşınlarla keçdikləri zaman erməni sakinlər onların yolunu kəsib onları təhqir edirmişlər. 23 dekabr 1991-ci il tarixdə səhər saat 07 radələrində əsasən Badara kəndindən olan erməni silahlı dəstələri və rus hərbiçiləri onların yaşadığı Meşəli kəndinə hücum etmişlər, insanları öldürüb və evləri yandırmışlar. O, həmin vaxt evdən çıxıb milis bölməsinə tərəfə getmiş, həmin vaxt həmkəndliləri Zərərçəkmiş şəxs43 qadınları və uşaqları toplayıb ov tüfəngi ilə qorumağa çalışmışdır. Həmkəndlisi Hüseynin də yaralandığını görmüş, digər həmkənlisi Vidadi də milis bölməsində onun yanında güllə yarasından ölmüşdür. O özü də həmin gün bud nahiyyəsindən güllə yarası almış və yaralanmışdır. Onun qardaşı Zərərçəkmiş şəxs16 da milis bölməsinə kömək etmək üçün gəlmiş, həmin vaxt milis əməkdaşı olan Zərərçəkmiş şəxs34 yaralanmışdır. X213 yaralı şəkildə bölmədən çıxararkən qardaşı Neməti də güllə ilə vurmuşlar və Nemət də başından yaralanmışdır. İsmayıl isə aldığı güllə yarasından həmin vaxt ölmüşdür. Onun həyat yoldaşı da ondan aralıda evdən çıxıb kəndin kənarında meşəyə qaçmış və onun azyaşlı övladı həyat yoldaşının qucağında donvurmadan ölmüşdür. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücumdan əvvəl uşaqların, qadınların kənddən çıxarılması barədə onlara hücum edən ermənilər tərəfindən heç bir xəbərdarlıq olmamışdır. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücumda atası Kamal, o özü və qardaşı Nemət və digərləri birlikdə milis bölməsi olan Əvəz kişinin 2 mərtəbəli evin birinci mərtəbəsində olduqları zaman atası onlara demişdir ki, “zirzəmiyə əl qumbarası atacaqlar burdan çıxın». Həmin vaxt orada Vaqifin adı çəkilmişdir. Sonradan Vaqifin quldur erməni dəstələrinin birinin başçısı olduğunu və Meşləri kəndinə hücum edən şəxslərin içərisində olduğunu eşidib bilmişdir. Zərərçəkmiş şəxs17 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs16, qardaşı Zərərçəkmiş şəxs17 ifadələrinə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri rus hərbiçiləri ilə birlikdə Badara və Daşbulaq kəndləri istiqamətindən Meşəli kəndinə hücum etdikləri zaman milis bölməsinə tərəf getmişdir. Orada olan Zərərçəkmiş şəxs39 ermənilər tərəfindən vurulmuş və ölmüşdür. Milis bölməsinin əməkdaşı Zərərçəkmiş şəxs34 də yaralanmışdır. O, İsmayılı döyüş yerindən çıxararkən ermənilərin açdıqları atəşlər nəticəsində baş nahiyəsindən güllə yarası almışdır. Milis bölməsinin yerləşdyi Əvəz kişinin evinin zirzəmisində olduqları zaman yaxınlıqda olan ermənilərin danışıqlarını eşitmişdir. Hücum edən ermənilərdən biri orada erməni dilində yanındakına “Vaqif, əl qumbarasını ver, zirzəmidə adamlar var” demişdir. Sonradan ona məlum olumuşdur ki, Meşəli kəndinə hücum edən şəxslərin içərisində adı çəkilən Vaqif Xaçaturyan da olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, hadisələr olan vaxtı onun 16 yaşı olmuşdur. 23 dekabr 1991-ci il tarixdə saat 06 radələrində erməni silahlı dəstələri rus hərbiçiləri ilə birlikdə Meşəli kəndinə hücum edən zaman Qurqen adlı erməni səs gücləndiricisi vasitəsi ilə kənd ağsaqqaları Əbülfət, Xəlil, İbrahim və atası Rəfinin adlarını çəkib “narahat olmayın, Vaqifi göndərirəm, sizin ailənizə heç kim toxunmayacaq, təslim olun” demişdir. Ermənilər onlara təslim olmağı və kəndi tərk etməyi tələb etmişlər. Həmin gün 2000-ə yaxın insan Meşəli kəndinə hucum etmişdir. Kəndlərində 100-ə yaxın ev olsa da kəndin ərazisi çox geniş olmuşdur. Ona görə 2000 insan deyir ki, kəndi tam mühasirəyə almaq üçün 2000 dən çox adam olmalı imiş. Ermənilər kənddən çıxanların hamısını əsir götürmək istəmişlər. Qonşuları olan Novruz kişinin evi ilə onların evi qonşuluqda olmuşdur. Öz gözləri ilə görmüşdür ki, Novruz kişinin ailə üzvləri evdə olduğu zaman Vaqif və başqaları evi yandırmışlar. Evdən çıxanları evin içinə geri qaytarırmışlar ki, evdə olanlar diri-diri yansınlar. Evin içərisində olan Novruz kişinin qızlarının ah-naləsi uzaqdan eşidilmişdir. Həmin vaxt onun qardaşı Teymur da yaralanmışdır. Hər tərəfdən kəndi güllə atəşinə tutmuşlar, kənd əhalisi evlərdən çölə çıxa bilməmişlər. Həmin hadisədə atası Rəfi Salmanovu da ermənilər öldürmüşlər. Ermənilər 20 dən çox ölmüş insanın meyitlərini yandırmışlar, ölmüş insanların gözlərini çıxarmışlar, ölənlərin qarınlarını deşmişlər. Bunu edən yaxınlıqda olan Daşbulaq, Sarıkeş və Badara kəndində yaşayan ermənilər olmuşlar. Qonşuları olan Əvəz Sadıqov və onun arvadı Qönçə Sadıqovanı ermənilər evlərinin içərisində öldürüb yandırmışlar. X247 məxsus “NİVA” markalı avtomobili həyətlərindən götürən şəxsən Təqsirləndirilən şəxs olmuş, Vaqif, Əvəz Sadıqovun nəvəsi olan azyaşlı Zərərçəkmiş şəxs11 da həmin avtomobilə mindirib aparmışdır. Əgər kəndlərinə kənardan kömək gəlməsə və yol açılmasaydı kənddə yaşayanların hamısını ermənilər öldürəcəkdi. Vaqif özü onların evndə əvvəllər atası Rəfi ilə dəfələrlə yemək yemiş, həmkəndliləri İbrahimin kişinin evində də çox vaxt qonaq olmuşdur. Vaqif və onun qardaşı Qurqen adlı erməni Meşəli kəndinə hücumu təşkil edən olmuşlar. O özü çox müharibələr araşdırmış, lakin belə vəhşilik görməmişdir. Öldürülən insanların meyidləri tanınmaz halda olmuşdur, ermənilər meyidlər üzərində nalayiq hərəkətlər etmişlər. Qurqen adlı erməni ilə birlikdə Vaqif də səs gücləndirici ilə kənddə yaşayanlara təslim olmağı və silahı yerə qoymağa səslənmişdir. İbrahim kişi onun bibisinin əri olmuş, əvvəllər münasibətlər yaxşı olanda Vaqif, İbrahimin evində dəfələrlə olmuşdur. Meşəli kəndinə hücum zamanı qadınların, uşaqların kənddən çıxmalarına heç bir şərait yaradılmamışdır. Zərərçəkmiş şəxs41 onun bibisinin oğludur. Meşəli hadisəsindən əvvəl Ramil “UAZ» avtomobili ilə kəndlərindən onun qohumu olan xəstəni xəstəxanaya ararıb geri qayıdanda Badara kəndindən keçən zaman Vaqif, Ramili və onun atasını tanıdığı halda maşını saxlatdırmaq istəmiş və Vaqif Ramilin maşınına atəş açmışdır. Həmin vaxt Ramil yaralanmış, lakin yaralı vəziyyətdə maşını sürüb kəndə gəlmişdir. Meşəli kəndinə hücum zamanı Vaqif və başqaları qonşuları olan Zərərçəkmiş şəxs36 evini 50 nəfərdən çox erməni ilə mühasirəyə almışlar, Vaqifi şəxsən həmin vaxt görmüşdür. Vaqif Novruz kişinin evinə hücum edənlərin içərisində olmuş, Vaqif onun qardaşı Zərərçəkmiş şəxs15 da yaralamışdır. Vaqifin bir əlində əlində avtomat silahı, bir əlində isə balta olmuşdur. X176 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X168 ifadəsində göstərmişdir ki, o da Meşəli kəndində ailəsi ilə birlikdə yaşamışdır. Vaqifi 1 dəfə 20 avqust 1991-ci il tarixdə görmüşdür. 20 avqust 1991-ci il tarixdə onun bibisi qızı Səriyyə Salmanovanın səhhətində problem yarandığı üçün o, kənd sakini Zərərçəkmiş şəxs41 idarə etdiyi UAZ markalı təcili tibbi yardım avtomaşını ilə saat 15-16 radələrində X138 rayon mərkəzi xəstəxanasına aparmaq üçün yola çıxmışlar. Meşəli kəndindən Ağdam istiqamətində hərəkət edərkən Əsgəran rayonunun Badara kəndinin aşağı hissəsində olan “alma bağı” adlandırılan ərazidə Badara kənd sakini, Zərərçəkmiş şəxs41 yaxşı tanıdığı Təqsirləndirilən şəxs onların maşınını saxlatmış və 3-4 alma verib hara getdiklərini, qayıdıb-qayıtmayacaqlarını soruşmuşdur. Zərərçəkmiş şəxs41 isə Ağdam rayon mərkəzi xəstəxanasına xəstə apardıqlarını, axşam isə geri dönəcəklərini bildirdikdə, Təqsirləndirilən şəxs onların hərəkətinə icazə vermişdir. Həmin gün axşam saat 22-23 radələrində Zərərçəkmiş şəxs41la birlikdə Ağdam rayonundan Meşəli kəndinə qayıdan zaman, Meşəli kəndinin “tut bağı” adlandırılan ərazisində onlara kiminsə yenidən maşının saxlanılmasını bildirmişdir. Həmin şəxsin kim olduğunu soruşduqda, Zərərçəkmiş şəxs41 maşını saxlatmaq istəyən şəxsin səsindən yenə də Təqsirləndirilən şəxs olduğunu demişdir. O isə maşında qadın olduğundan və girov götürüləcəklərindən qorxub Zərərçəkmiş şəxs41 maşını saxlamamasını bildirmişdir. Zərərçəkmiş şəxs41 da maşını saxlamayaraq Meşəli kəndi istiqamətində hərəkəti davam etdirmiş, bu vaxt erməni silahlıları hər iki tərəfdən çıxıb maşına atəş açmağa başlamışlar. Güllələrdən biri Zərərçəkmiş şəxs41 dəydiyindən, sonuncu qışqıraraq vurulduğunu bildirmiş və maşını saxlamadan yaralı vəziyyətdə hərəkətə davam etmişdir. Həmin yerdən təxminən 3 km aralandıqdan sonra Zərərçəkmiş şəxs41 hər iki ayağından yaralandığını görüb özü sükan arxasına keçmiş və maşını idarə edərək Meşəli kəndinə getmişlər, oradan isə dağ yolu ilə yaralını Şuşa xəstəxanasına aparmışdır. Sonradan Ramilin atası İbrahim kişi öyrənib dəqiqləşdirmişdir ki, həmin gecə Ramilin maşınına silahla atəş açan Vaqif Xaçaturyan olmuşdur. 23 dekabr 1991-ci il tarixdə erməni silahlı quldur dəstələri səhər saatlarında Meşəli kəndini mühasirəyə alıb 3 istiqamətdən hücuma keçmişlər, hücumda kəndin bir çox sakinlərini ermənilər xüsusi amansızlıqla qətlə yetirilmişlər, bir çox insanı yaralamış, evlər isə qarət edərək yandırılmışlar. 20 avqust 1991-ci il tarixdə Zərərçəkmiş şəxs41 idarə etdiyi UAZ markalı təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya getdikləri zaman Ramilin maşının saxladıb, Ramilə alma verən şəxsin adının Vaqif olmasını Ramildən eşitmişdir. Vaqif Ramilə demişdiri ki, əgər gec qayıtsalar onları buraxmıyacaqdır. Həmin axşam xəstəxanadan qaydıb gələndə isə avtomobili saxlatdırmaq istəyən şəxsin səsindən Vaqif olmasını da Ramil ona demişdir. Vaqifin 23 dekabr 1991-ci ildə kəndə hücum edən ermənilərin arasında iştirak etməsini kənd camaatından eşidib bilmişdir. X168 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Əsgəran rayonunun Meşəli kəndində yaşayan babası X221 və nənəsi X11 yanında qalırmış və həmin vaxt onun 10 yaşı olmuşdur. 23 dekabr 1991-ci il tarixdə səhər saat 06-07 radələrində nənəsi onu yuxudan oyadıb ermənilərin kəndə hücum etdiklərini bildirərək, babasının otağına aparmışdır. Babası Əvəz həmin vaxt ermənilər tərəfindən açılan atəşlərdən üzündən yaralanmışdır. Daha sonra babası Əvəz Sadıqov evin arxasındakı pilləkənlərlə onları evdən çıxarmaq istədikdə evdən təxminən 4 metr məsafədə yerləşən mağazanın arxasında gizlənmiş ermənilər pilləkənlərin üstündə nənəsi Qönçəni silahla vurub öldürmışlər. Sonra babası Əvəzi də silahla vurmışlar və babasının meyiti onun üzərinə düşmüşdür. Sonra bir erməni onu babasının meyitinin altından çıxarıb qonşuları olan Rəfi kişinin ağ rəngli «Niva» maşını ilə aparmaq istəmişlər. Lakin maşın işə düşmədiyi üçün ermənilər onu kəndin aşağısına aparmışlar. Erməni silahlılarının ətrafında olan zaman ermənilərin onu həmin yerə aparan şəxslərdən birinə Vaqif deyə müraciət etmələrini eşitmişdir. Sonra ermənilərin arasında mülki paltarda olan Qrişa adlı yaşlı erməni onu digər ermənilərin əlindən alaraq onu meşə yolu ilə Badara kəndindəki evinə aparmışdır. Qrişanın məqsədi isə onu girovda olan qohumları ilə dəyişmək olmuşdur. O, Badara kəndində 2 gün qaldıqdan sonra ermənilər onu Qrişadan almaq üçün gələndə Qrişa onlara demişdir ki, uşağı öldürüb meşəyə atmışdır. Qrişa onu öz qohumu ilə dəyişdirə bilmədiyi üçün Əskəran rayonuna gətirilib Vitalik adlı erməniyə təhvil vermişdir. Sonra o, bir ay müddət ərzində əsirlikdə qalandan sonra onu əsirlikdə olan 3 erməni ilə dəyişdirmişlər. 23 dekabr 1991-ci ildə kəndə hücum edən ermənilər onu girov aparan zaman aralarında danışdıqlarda Vaqifin adının çəkildiyini dəqiq xatırlayır. Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Müdafiə Nazirliyinin keçmiş N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, Qarabağ və ətraf rayonlarda milli zəmində ermənilərlə başlanmış döyüş əməliyyatlarında iştirak etmək üçün 1991-ci ilin noyabr ayında könüllü olaraq Abşeron rayon hərbi komissarlığına müraciət edərək, Şıxov qəsəbəsində yerləşən hərbi hissəyə, oradan isə N dekabr 1991-ci il tarixdə 10 nəfər döyüşçü ilə birlikdə vertolyotla Meşəli kəndinə göndərilmişdir. 23 dekabr 1991-ci il tarixdə səhər saat 07 radələrində xeyli sayda erməni silahlıları hər tərəfdən Meşəli kəndini mühasirəyə alıb mikrofonla azərbaycan dilində bir neçə dəfə «Sizə toxunmayacayıq, təslim olun, kənddən çıxın gedin» sözlərini demişlər, kənddən heç kimin getmədiyini görüb hücuma başlamışlar. Hücum zamanı məktəbin binasında olan döyüşçülər çölə çıxarkən, axırıncı çıxan leytenant Zərərçəkmiş şəxs56 ermənilər güllə ilə vurub öldürmüş, kəndin o biri başında olan postda döyüşən Zərərçəkmiş şəxs57 da başından snayper gülləsi ilə vurularaq öldürülmüşdür. O özü isə sağ ayağından güllə yarası, eləcə də yanında qumbaranın partlaması nəticəsində boynundan, bədənin sağ hissəsindən və sağ ayağından qəlpə yaraları almışdır. Güllə sağ ayağının bud sümüyünü sındırmış və ağır yaralanmasını görən xidmət yoldaşları onu kənddəki evlərin birinə sürüyüb orada saxlamışlar. 23 dekabr 1991-ci il tarixdə ermənilər Meşəli kəndinə silahlı hücum etdikləri zaman 20 nəfərdən artıq şəxs öldürülmüşlər, 15 nəfərdən artıq şəxs yaralanmış, kənddəki evlərin çoxu yandırılmış, mal-qara yanıb tələf olmuşdur. Zərərçəkmiş şəxs27 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Müdafiə Nazirliyinin keçmiş N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndini erməni silahlı dəstələrinin hücumundan müdafiə edən zaman xidmət yoldaşı Zərərçəkmiş şəxs27 ayağından yaralandığını görüb onu kənd sakinlərindən birinin evinə salmışdır. Həmin vaxt əynində əfqanka hərbi forma olan erməni silahlılarından biri evə yaxınlaşıb qapıdan içəri bir ədəd əl qumbarası atmışdır. O da pəncədən içəri atılan qumbaranı götürüb çölə atmışdır. Həmin evin sahibi qumbara atan ermənini tanıyıb onun Vaqif olduğunu demişdir. O özü həmin vaxt Vaqifin üzünü yadında saxlamışdır. Vaqifin əlində avtomat silah, böyründə isə bıçağı olmuşdur. 29 iyul 2023-cü il tarixdə isə Laçın X41 saxlanılan Təqsirləndirilən şəxsı televizorda görərək tanımış və onun 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum zamanı onların gizləndiyi evin içərisinə əl qumbarası atan erməninin olduğunu xatırlamışdır. Vaqif azərbaycan milllətinə Xocalı hadisələrində çox işgəncələr vermişdir. O özü Xocalıda olan meyidləri çıxaranda orada yanmış bir qadının meyidini görmüş, ermənilər özləri demişlər ki, bu qadını Vaqif yandırmışdır. Zərərçəkmiş şəxs29 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 məhkəməyədək icraat zamnı veriyi ifadəsini tam təsdiq edərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Meşəli kəndində yaşamışdır. 1988-ci ilin sentyabr ayında o, Meşəli kənd sakini Zərərçəkmiş şəxs39la birlikdə sənədlərini Xankəndi şəhərində yerləşən sürücülük məktəbinə vermiş və 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbində yekun imtahan vermək üçün səhər saatlarında Zərərçəkmiş şəxs39la birlikdə rus hərbiçilərinin müşayiəti ilə Xocalı şəhərindən Xankəndi şəhərinə getmişdir. Xankəndi şəhər yol polisi idarəsində keçirilən imtahanın birinci mərhələsini bitirib ikinci mərhələdə iştirak etmək üçün sürücülük məktəbinə gedərkən, «Qaron» adlı restoranın qarşısında 20 nəfərə yaxın erməni ilə mübahisə etdiklərinə görə Xankəndi şəhər polis idarəsinə aparılmışlar. Orada bir gün saxlanıldıqdan və mütəmadi olaraq tanımadıqları şəxslər tərəfindən döyüldükdən sonra, növbəti gün, axşam saatlarında saxlanıldıqları kameradan çıxarılıb polis idarəsində olan otaqların birinə aparılmışlar. Həmin otaqda olduqları zaman əvvəllər tanıdığı, Badara kənd sakini sürücü işləmiş Təqsirləndirilən şəxs Çərkəz oğlu və tanımadıqları 5 nəfər mülki geyimli şəxs içəriyə daxil olmuşlar. Otaqda Təqsirləndirilən şəxs nəzarətçi kimi dayanıb polis işçisindən erməni dilində onların haradan olduqlarını soruşmuş, hər ikisinin Meşəli kənd sakini olduqlarını bildikdən sonra, aqressivləşərək digər ermənilərlə birlikdə hər ikisini yumruq və təpiklə sifət, baş, bədən nahiyələrinə zərbələr vurub döymüşdür. Döyülən zaman Təqsirləndirilən şəxs «siz azərbaycanlıların kökünü kəsmək lazımdır» ifadəsini işlədərək, erməni dilində nalayiq söyüşlər işlətmişdir. Daha sonra o və Zərərçəkmiş şəxs39 dizləri üstə oturdub «ara Qarabağ kimindir?» sualını vermiş, cavab almadıqda isə onların üz nahiyəsinə sillə vurmuş, digər ermənilər isə bunu müşahidə edib gülmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs sualına cavab almadığına görə cibindən bıçaq çıxardıb onlara nümayiş etdirərək «sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz» sözlərini demiş və ona bıçaqla xaya nahiyəsinə bir zərbə vurmuşdur. O, ağrıdan qışqıran vaxt Vaqifin ünvanına erməni dilində nalayiq söyüşlər işlətdiyinə görə Təqsirləndirilən şəxs hər iki ayağını əli ilə tutaraq dizlərini üstünə qoyub ayağının üzərinə bıçaqla kəsiklər etməyə başlamış və «qoy it kimi canın çıxana qədər qanın axsın» sözlərini işlətmişdir. Həmin vaxt otağa daxil olan mayor rütbəli polis işçisi vəziyyəti görüb nəzarətçi polisə acıqlanaraq, erməni dilində Vaqifin və onun dəstəsinin otağa kim buraxdığını soruşmuş, onların sağ-salamat təhvil verəcəyini rus hərbçilərinə söz verdiyini bildirmiş və Təqsirləndirilən şəxsı onunla gələn şəxslərlə birlikdə otaqdan çıxarmışdır. Səhəri gün rus hərbi geyim formasında olan bir şəxs onu və Zərərçəkmiş şəxs39 götürüb taksi maşını ilə onları Kərkicahan qəsəbəsinə aparmışdır. 23 dekabr 1991-ci il tarixdə səhər saatlarında erməni milliyyətindən olan Badara kənd sakinləri və digər ermənilər Meşəli kəndinə hücum edib avtomat, pulemyot və digər silahlardan kənd sakinlərinə atəş açmağa başlamışlar. O, silah götürmək üçün polis bölməsinə tərəf hərəkət etdikdə, bölmənin qarşı tərəfində Meşəli kənd sakini Vidadinin öldürüldüyünü, bölmədə isə heç kimin və heç bir silahın olmadığını görmüşdür. Bundan sonra, o, əmisi Zərərçəkmiş şəxs43 evinə gedib oradan Armais, Ernest, Təqsirləndirilən şəxs və digər çoxsaylı erməni silahlı şəxslərin kənd sakini Zərərçəkmiş şəxs36 evini mühasirəyə aldıqlarını və qışqırıraraq çölə çıxmalarını, əks halda evdə olanların hamısını öldürəcəklərini tələb etdiklərini görmüşdür. Hücum zamanı bir çox Meşəli kənd sakini qətlə yetirilmiş, bir çoxu, o cümlədən əmisi oğlu İlham Kazımov və digərləri yaralanmışdır. Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Müdafiə Nazirliyinin keçmiş N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, 18 dekabr 1991-ci il tarixdə 10 nəfər xidmət yoldaşı ilə birlikdə Meşəli kəndinə göndərilmişdir. 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində təxminən 200 nəfərdən artıq erməni silahlıları hər tərəfdən Meşəli kəndini mühasirəyə alıb onların qaldığı kənd məktəbinin binasını atəşə tutmuşlar. O, məktəbin həyətində olan ağacın kötüyünün arxasında özümə mövqe tutmuş, ermənilər pulemyot silahla həmin kötüyü vurmuşlar. O da pulemyot atəş açan tərəfə güllə atmışdır. Kənd camaatından 14 yaşlı oğlan olmuş, həmin oğlan onun silahına güllə doldurub ona kömək etmişdir. Həmin oğlan ona demişdir ki, 3 nəfər erməni onlara tərəf yaxınlaşır. Gələnlərdən biri onu görmüş və digərini əli ilə gəlməsini dayandırmışdır. Onlar dayananda o, həmin şəxslərə tərəf güllə atmış, onlardan ikisi yerə uzanmışdır. Sonra onlardan biri onu güllə ilə vurub yaralamışdır. Hücum zamanı leytenant Zərərçəkmiş şəxs56, digər hərbiçi Zərərçəkmiş şəxs57 da öldürülmüşdür. Ermənilər Meşəli kəndinə silahlı hücum etdikləri zaman 20 nəfərdən artıq kənd sakini, polis və hərbi qulluqçunu öldürmüşlər, 15 nəfərdən artıq şəxs yaralanmış, kənddəki evlərin çoxu və ot tayaları yandırılmış, mal-qara yanıb tələf olmuşdur. Zərərçəkmiş şəxs28 təqsirləndirilən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Meşəli kəndində ailəsi ilə birlikdə yaşamışdır. O özü Xankəndi şəhərində yerləşən «Selxoz-Kimya» və Meşə idarələrində sürücü işləmişdir. Təqsirləndirilən şəxsı Meşəli kəndinə hücumlardan əvvəl tanımış, Vaqif avtobazada “ZİL” markalı yük avtomobilinin sürücüsü işləmişdir. Ağdam rayonu sahələrinə gübrə daşımış, həmin vaxtlar Vaqif Xaçaturyanı tez-tez görmüşdür. 23 dekabr 1991-ci il tarixdə saat 6-7 radələrində erməni silahlı dəstələri Meşəli kəndinə hücüm etmişlər. Erməni silahlı dəstələri avtomat, pulemyot, oqnemyot, qranatamyot, rus hərbiçilərinə məxsus zirehli transportyordan və piyadaların döyüş maşınından istifadə etməklə kəndi atəşə tutmuşlar. Erməni silahlıları kəndə hücümu zamanı atası Zərərçəkmiş şəxs30, anası Pakizə, bibisi uşaqları Zərərçəkmiş şəxs50 və Zərərçəkmiş şəxs51 kəndin çıxacağında öldürülmüşdür. Ümumilikdə 20-ə yaxın kənd camaatı öldürülmüş, onlarla insan erməni silahlılarının açdığı atəşlər nəticəsində yaralanmışlar. Yaralılar Ağdam rayon mərkəzi xəstəxanasına aparılmış, şəhid olmuş kənd sakinləri isə 24 dekabr 1991-ci il tarixdə Laçın rayonunun Nurəddin və Fərraş kəndlərində dəfn edilmişlər. 23 dekabr 1991ci il tarixdə erməni silahlı dəstələri Meşəli kəndinə hücum edərkən onların arasında Təqsirləndirilən şəxs da olmuşdur. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndində atası Zərərçəkmiş şəxs30 yaralandığı üçün 2 bibisi oğlu və anası Pakizə atasını maşınla xəstəxanaya aparmaq üçün yola çıxanda ermənilər onları kəndin çıxışında maşında güllələyib öldürmüşlər. Təqsirləndirilən şəxsı o, Meşəli hadisələrindən əvvəl çox yaxşı tanımışdır. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə ermənilər tərəfindən hücumun Təqsirləndirilən şəxs, Ernest və Armais adlı ermənilər əsas təşkilatçıları olmuşlar. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum zamanı erməni silahlı dəstələri avtomat, pulemyot, oqnemyot, qranatamyot silahlardan istifadə etmişlər və tam hazırlıqlı gəlmişlər. İbtidai istintaq zamanı onunla Təqsirləndirilən şəxs arasında tanınma keçiriləndə o, Təqsirləndirilən şəxsı dərhal tanımış. Vaqif isə onu tanımadığını demiş, lakin o, Hüseynin oğlu olduğunu deyəndən sonra Vaqif onu tanıdığını demişdir. . Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, mağazada işlədiyi üçün Badara kənd sakinlərinin əksərriyyətini, o cümlədən Təqsirləndirilən şəxsı yaxşı tanımışdır. 23 dekabr 1991-ci il tarixdə saat 06 radələrində yaşadıqları Meşəli kəndini hər tərəfdən mühasirəyə alıb hücuma keçmiş erməni silahlı dəstələrinin və rus hərbi birləşmələrinin üzvləri arasında fəallığı ilə seçilən qonşu Badara kənd sakinləri Ernest Sarkisyan, Armais Sarkisyan, Vova Sarkisyan, Təqsirləndirilən şəxs və digərləri olmuşlar. Hücum zamanı Təqsirləndirilən şəxsı Zərərçəkmiş şəxs36 evinin yaxınlığında həmkəndlisi Saday kişinin evinin yanında keçərkən görmüşdür. Armais Sarkisyanın səs gücləndirici ilə kəndə müraciət etməsini də eşitmişdir. İbtidai istintaq zamanı Vaqiflə onun arasında üzləşdirilmə keçirilmiş və Vaqif Xaçaturyanı tanımışdır. Üzləşmə zamanı Vaqifdən əmisi Rəfinin Niva maşının kimin apardığını soruşanda Vaqif ona demişdir ki, maşını o aparmamış, maşını Spartak aparmışdır. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, erməni quldur dəstələri 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum etdikləri zaman o, kənd məktəbinin müəllimlər otağındakı pəncərəsindən kənd sakini Mürsəlin evinə tərəf baxdıqda 7-8 erməni silahlısının məktəbə tərəf hərəkət etdiklərini və avtomat silahlarından atəş açdıqlarını görmüşdür. Meşəli kəndinə edilmiş hücum zamanı onun atası Zərərçəkmiş şəxs43 erməni silahlıları tərəfindən ayağından və qarın nahiyəsindən vurularaq öldürülmüşdür. Zərərçəkmiş şəxs13 təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əsasən ermənilən yaşadığı Badara kəndindən yaşayan Təqsirləndirilən şəxsı əvvəllər keçmiş Stepanakert şəhərindəki avtonəqliyyat müəssisəsində sürücü işlədiyi üçün tanımışdır. Badara kəndindən olan ermənilər və rus hərbiçiləri 23 dekabr 1991-ci il tarixdə saat 06-07 radələrində yaşadıqları Meşəli kəndini hər tərəfdən mühasirəyə alıb hücuma keçmişlər. Erməni silahlı dəstələri kəndi ağır silahlarla atəşə tutaraq evləri və ot tayalarını yandırmışlar. Badara kənd sakinləri Ernest Sarkisyan, Armais Sarkisyan, Vova Sarkisyan, Xoren və Təqsirləndirilən şəxs və digərləri olmuşlar. Hücum zamanı atası Mirzə Nurməmmədovla birlikdə ermənilərin mühasirəsindən çıxıb Qaragav kəndi istiqamətində qaçmaq istəyən zaman ermənilən onlara açdıqları atəşlər nəticəsində sağ və sol ayaqlarından güllə və qəlpə yaraları almışdır. Ernest və Təqsirləndirilən şəxs Meşəli kəndində hücumda iştirak etməsini şəxsən görmüş, ibtidai istintaq zamanı tanınma və üzləşdirmə zamanı da Təqsirləndirilən şəxsı tanımışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ermənilərlə azərbaycanlılar arasında münaqişələr olmamışdan əvvəl onun gənc vaxtlarında Xocalı rayonu Badara kəndinin sakini Təqsirləndirilən şəxsı Meşəli kəndinə gəlib gedərkən görüb tanımışdır. 23 dekabr 1991-ci il tarixdə saat 06-07 radələrində əsasən Badara kəndindən olan ermənilər yaşadıqları Meşəli kəndini hər tərəfdən mühasirəyə alıb hücuma keçmişlər. Erməni silahlı dəstələri kəndi ağır silahlarla atəşə tutaraq evləri və ot tayalarını yandırmışlar. Həmin hücumda iştirak edən Badara kəndindən olan ermənilər Ernest Sarkisyan, Armais Sarkisyan, Təqsirləndirilən şəxs, Vahid və Armenin uşaqlarının Meşəli kəndinə hücum etmələrini Meşəli kəndinin ağsaqqallarından eşidib bilmişdir. Kəndə hücumdan sonra kənd sakinləri danışmışdır ki, Meşəli kəndinə hücum edən Təqsirləndirilən şəxs və onun silahlı dəstəsi olmuşdur. İbtidai istintaq zamanı ona tanınmada fotoşəkillər təqdim olunmuş, həmin şəkillərdən Vaqifi görüb tanımışdır. Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Meşəli kəndinə edilən hücumdan bir müddət əvvəl 1991-ci ilin əvvəllərində o, Xocalı şəhərindən Meşəli kəndinə idarə etdiyi ZİL-131 markalı avtomaşınla ot gətirdiyi zaman ermənilər yaşayan Daşbulaq kəndi ərazisində ermənilər maşında olan ot yükünə alov vurub yandırmışlar, lakin rus hərbçilərinin köməyi ilə alov söndürülmüşdür. Həmin vaxt eşitmişdir ki, Təqsirləndirilən şəxs da maşına od vurub yandıranların içərisində olmuşdur. 23 dekabr 1991-ci il tarixdə saat 06 radələrində Badara kəndindən olan ermənilər onların yaşadıqları Meşəli kəndinə hücum etmişlər. Ermənilərdən biri səsgücləndirici ilə danışaraq kəndi tərk etmələrini demişdir. Kənd əhalisindən olan Əziz kişi həmin səsin erməni Armaisə məxsus olduğu demişdir. Sonra erməni silahlı dəstələri kəndə hücum edib kənd əlalisini öldürməyə, evləri yandırmağa başlamışlar. Kənd sakinlərini qətlə yetirən şəxslərin arasında Badara kənd sakini Təqsirləndirilən şəxs da olmuşdur. Armais və Ernes adlı ermənilər azəbaycanla qarşı torədilən cinayətlərdə həmişə fəallıqları ilə seçilmişlər. Meşəli kəndinə hücumu zamanı onun əmisi oğlu Zərərçəkmiş şəxs15 da yaralanmış və yaralı vəziyyətdə onu kənddən çıxarıb Qaragav kəndinə, oradan isə Şuşa rayon xəstəxanasına aparılmasında valideynlərinə köməklik etmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 06 radələrində Badara kəndindən olan ermənilər onların yaşadığı Meşəli kəndinə hücum etməsində Təqsirləndirilən şəxs özü iştirak etmişdir. Erməni silahlı dəstələri kəndə hücum edib kənd əhalisini öldürməyə, evləri yandırmağa başlamışlar. Kənd sakinlərindən Noruz Novruzovun evini yandırmışlar və evin içərisində ermənilərin öldürdüyü 5 nəfər şəxsin meyitlərini yandırmışlar. Bundan başqa ermənilər kəndin məktəbini də yandırmışlar və məktəbdə də qətlə yetirdikləri 5 nəfər şəxsin meyitləri yanmışdır. Vaqif həmin evlərin yandırılmasında iştirak etmişdir. Vaqif və hazırda adlarını xatırlamadığı Badara kəndindən olan ermənilər Meşəli kəndinə hücumda iştirak etmişlər. Vaqifi Badara kəndində yaşayan və sürücü işləyən kimi tanımışdır. Kənddəki hadisədən sonra kənd əhalisi danışırmış ki, evləri və meyidləri Təqsirləndirilən şəxs yandırmışdır. Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı yaxşı tanıyır. 23 dekabr 1991-ci il tarixdə saat 06-07 radələrində əsasən Badara kəndindən olan ermənilər onların yaşadığı Meşəli kəndinə hücum etmişlər. Ermənilər birinci Zərərçəkmiş şəxs36 evini intensiv güllə atəşinə tutmuşlar. Novruzun evini atəşə tutan Badara kəndində yaşayan erməni Armais və yanındakılar olmuşlar. Həmin vaxt evləri və tayaları yandırmağa başlamışlar, 17 yaşlı Zərərçəkmiş şəxs45 də öldürüb yandırmışdılar. Kosalar kəndinin və “Omon” dəstələrinin yardımı gəlməsə idi bütün Meşəli camaatını ermənilər hamısını öldürəcmişlər. Meşəliyə hücum edənlərin 90 faizi Badara kəndində yaşayanlar olmuşlar. Badara kəndində yaşayan ermənilər Meşəli hadisəsindən əvvəl həmkəndliləri Rəcəb müəllimin maşının yandırmışlar. Sonra Miryusif adlı həmkəndlilərini öldürmüşlər. Zərərçəkmiş şəxs41 maşınıa atəş açıb onu yaralamışlar. Təqsirləndirilən şəxs özü Meşəli kəndinə olan hücümda iştirak etmişdir. Meşəli kəndinin hamısı danışırmış ki, Vaqif və Badara kəndində yaşayan ermənilərin çoxu Meşəliyə hücümdə iştirak etmişlər. Təqsirləndirilən şəxsı Meşəli kəndində 23 dekabr 1991-ci il tarixdə şəxsən görmüşdür. Vaqif Meşəli kəndindən olan Nemətin tövləsinin yuxarısından Kamalın evinin yanından güllə atdığını görmüşdür. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı tanıyır. Vaqifi həmin hadisələr olan gün Meşəli kəndində Sadayın evinin yanında görmüşdür. O özü əvvəllər Xocalı rayon Meşəli kənd orta məktəbin direktoru işləmişdir. 23 dekabr 1991-ci il tarixdə səhər saat 06-07 radələrində əsasən Badara, Daşbulaq, Qayabaşı kəndlərində yaşayan ermənilər yaşadığı Meşəli kəndinə hücum etmişlər. Ermənilər kəndin sakinlərini öldürüb evləri yandırmışlar. O, həmin vaxt ailəsi ilə birlikdə Meşəli kəndində evində olmuşdur. Təqsirləndirilən şəxs da həmin hücum edən ermənilərin arasında olmuşdur. Vaqif və onunla birlikdə kəndə hücum edən ermənilər min nəfərdən çox olmuşlar. Demək olar ki, Badara kəndində yaşayan ermənilərin hamısı həmin hücumda iştirak etmişlər. Həmkəndlisi mərhum Zərərçəkmiş şəxs36 evinin yuxarı tərəfindən Badara kəndində yaşayan ermənilər Ernest, Armais, Slavik, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Qurqen Xaçatryan hamısı hücumda iştirak etmişlər. Həmkəndlisi mərhum Zərərçəkmiş şəxs32 həmkəndlisi Sadayın evinin yanında ermənilər balta ilə başına vurmuşlar, sonra isə güllələmişlər. Həmin vaxt o, həmin hadisəni həmkəndlisi Nəbinin evindən baxaraq şəxsən görmüşdür. Vaqif də həmin vaxt Zərərçəkmiş şəxs32 qətlə yetirilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxs32 qətlə yetirilmədən əvvəl əllərini yuxarı qaldırıb təslim olmaq istəmiş, lakin həmin ermənilər ona demişlər ki, “Qənimət, sən əllərini qaldırma, onsuz da səni öldürəcəyik”. Vaqif həmin hadisələri indi qəbul etməsə də onlar, yəni Meşəli kəndinin camaatı Təqsirləndirilən şəxs və onun qardaşı X139 kəndinə hücumda iştirak etdiyini yaxşı bilirlər. X192 kəndində biriqadir işləydiyindən və Meşəli kəndinə çox gəlib getdiyindən onu çox yaxşı tanımışlar. 23 dekabr 1991-ci il tarixdən bir neçə gün əvvəl ermənilər “Alazan” raketi ilə Meşəli kəndini vurmuşlar, həmin vaxt məktəb dağılmış, məktəbin içərisində olan avadanlıqlar yararsız hala düşmüşdür. Meşəli hadisəsindən əvvəl Badara kəndində yaşayan ermənilər onlar Badara kəndinin içərisindən keçən zaman onların yolunu kəsir, onları döyüb və təhqir edirmişlər. Meşəli hadisəsindən bir neçə ay əvvəl həmkəndlisi Zərərçəkmiş şəxs41 və onun xəstəxanaya aparıb geri qaytardığı digər həmkənlilərinə Badara kəndində odlu silahlardan atəş açmışdılar və Zərərçəkmiş şəxs41 yaralamışlar. Şuşa şəhərindən də onların kəndinə ərzaq gəldiyi zaman ərzaq maşınını saxlamışlar və Yaqub adlı həmkənlilərini güllələmişlər. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum zamanı ermənilər həmkəndlisi Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs50 idarə etdiyi “UAZ” markalı avtomobil ilə yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs30 arvadı Zərərçəkmiş şəxs31 birlikdə Şuşa xəstəxanasına apararkən, Meşəli kəndinin çıxacağında olan “Arduş bağı” adlandırılan yerdə avtomobili atəşə tutaraq içərisində olan şəxslərin hamısını vəhşicəsinə qətlə yetirmişlər. Ermənilər Zərərçəkmiş şəxs32 ailəsindən 4 nəfəri, Novuz Novruzovun ailəsindən 5 nəfəri qətlə yetirmişlər. Həmin gün ermənilər ümumilində 25 nəfəri öldürmüşlər, bir çox insanı da yaralamışlar. Zərərçəkmiş şəxs25 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, 1991-ci ildə ailəsi ilə birlikdə Xocalı rayonu Meşəli kəndində yaşamışdır. Təqsirləndirilən şəxsı tanımasa da sonradan onun Badara kəndində yaşayan erməni olduğunu və 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücumda iştirak etməsini Meşəli kəndinin camaatından eşidib bilmişdir. 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri Meşəli kəndinə hücum etmişlər. Həmin vaxt o və ailə üzvləri silah səslərinə yuxudan oyanmışlar. Ermənilərin açdıqları atəşlər nəticəsində o, bud nahiyəsindən, qardaşı Salman isə sağ ayağından güllə yarası almışdır. Zərərçəkmiş şəxs22 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs15 qardaşı Zərərçəkmiş şəxs12 ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, ermənilər Meşəli kəndinə hücum etdikləri zaman onun 14 yaşı olmuşdur. 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində əsasən qonşu erməni kəndlərinin sakinlərindən ibarət erməni silahlı dəstələri rus hərbi qulluqçuları ilə birlikdə Meşəli kəndinə etdikləri hücum zamanı evlərinin həyətində ermənilərin açdıqları intensiv atəşlər nəticəsində güllələrdən biri sol ayağına dəyib onu yaralamışdır. Atası mərhum Rəfi Salmanova məxsus «Niva» markalı avtomobilini də ermənilər aparmışlar. Həmin gün yaralı olduğunda qardaşı Eldar onu gizlətmiş, yaxınlığında olan ermənilərin Vaqifin adının çəkməsini eşitmişdir. Zərərçəkmiş şəxs15 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs19 Məhəmməd qızı ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri Meşəli kəndinə hücum etdikləri zaman açdıqları intensiv atəşlər nəticəsində başından və sağ ayağından güllə yaraları almışdır. Hadisələr olan vaxtı onun 18 yaşı olmuşdur. Ermənilər həmin gün qadınların və uşaqların kənddən çıxarılmasına heç bir şərait yaratmamışlar. Hadisələrdən sonra Meşəli kənd əhalisi kəndə hücum edənlərin içərisində Badara kəndində yaşayan ermənilərdən Armais, Vaqif və Armenin adlarını çəkmişlər. Həmin şəxslərin aldarını Meşəli kənd əhalisindən eşidib bilmişdir. Zərərçəkmiş şəxs19 Məhəmməd qızı təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri Meşəli kəndinə hücum etdikləri zaman onun 10 yaşı olmuşdur və o həmin hadisələri hazırda çox yaxşı xatırlayır. Həmin gün səhər tezdən atası X248 kəndinin mühafizə olunması üçün qurulan postda növbədən gəlmişdir. O və bütün ailəsi evdə olmuşlar və silah səslərinə evdən çıxmışlar. O və anası həmkəndliləri Zərərçəkmiş şəxs43 evinə getmişlər. Xəlil kişinin evindən çıxanda isə kənddə baş verən bütün hadisələri gözü ilə görmüşdür. Erməni silahlı dəstələri kəndin içərisinə girmişlər, onların üzərlərində hərbi geyimlər olmuşdur. Onun atası Nemət Qəribov həmin gün atılan güllələrdən yaralanmış, onun özü isə evdən ayaqqabısız çıxdığı üçün ayağı donvurmadan xəsarət almışdır. Ermənilər bütün Meşəli kəndini mühasirəyə almışlar və güclü atəşə tutmuşlar. Onlar kənddən Laçın rayonu istiqamətinə qaçmışlar və uzaqdan Qaragav kəndi tərəfdən Meşəli kəndinə baxmışlar. Həmin gün bütun Badara kəndinin əhalisi Meşəli kəndini talan etməyə, mal qaranı aparmağa gəlmişlər. Hətta gələnlərin içərisində qadınlar da olmuşlar. Atışma dayandıqdan sonra Badaralılar Meşəli kəndinin camaatına məxsus mal-qaranı kənddən çıxarıb aparmışlar. Onun atası Nemət Cəbiyev hadisələrdən sonra, 2021-ci ildə ölmüşdür. O, atası Nemət Cəbiyevdən eşitmişdir ki, Badara kəndində yaşayan ermənilərdən Qurqen, Armais və Təqsirləndirilən şəxs Meşəli kəndinə hücumda iştirak etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Xaqif Xaçatryanı əvvəllər Meşəli kəndinə gəlib-getdiyi üçün tanımış, şəxsi münasibət olmamışdır. 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində əsasən Badara və digər ətraf erməni kəndlərindən Meşəli kəndinə hücum olunmuş, kənd ermənilər tərəfindən mühasirəyə alınmışdır. Ermənilər səsgücləndirici vasitə ilə kənd sakinlərinin silahı yerə qoyub təslim olmalarının bildirmişlər. Sakinlər isə evlərindən çıxmaq istəyəndə insanları öldürmüşlər. Meşəli kəndinə hücum etdikləri zaman ermənilərdən biri kəndin kənarından hündür yerdən səsgücləndirici vasitəsi ilə ermənilərin hücumunu kənardan idarə etmiş, Ernestin dəstəsinin hansı tərəfidən, Vaqifin dəstəsinin hansı tərəfdən getmələrini dediyi üçün Vaqifin adının həmin gün çəkilməsini səsgücləndiricidə danışan ermənidən də eşitmişdir. Nemətin evi tərəfdən gələn ermənilərin dəstəsinə Vaqif rəhbərlik etmişdir. Həmin gün Badarada yaşayan ermənilərdən Edo, Armais, Ernest və digər ermənilər Meşəli kəndində hücümda iştirak etmişlər. Vaqif Meşəli kəndinin qatillərindən olmuşdur. Onun qohumlarını, atasını və anasını da ermənilər həmin gün öldürmüşlər. Vaqif saxlanıldığı gün onu televizorda da görüb tanımış, ona ibtidai istintaq zamanı tanınmada fotoşəkili də təqdim olunmuş, o da Vaqifi tanımışdır. Təqsirləndirilən şəxs atası Çərkəz Badara kəndində yaşamış və qarovulçu işləmişdir. Vaqifin İlya adlı qohumunu da tanımışdır, İlya özü avtobus sürücüsü olmuşdur. Vaqif Xocalıda və Malıbəyli kəndlərində azərbaycanlıların öldürülməsində iştirakçı olmuşdur. Vaqif erməni Vitali Balasanyanla sonralar meyitlərin və əsirlərin dəyişdirilməsində də iştirak etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, o özü Meşəli kəndində daimi yaşamasa da bacısı Zərərçəkmiş şəxs22 həmin kəndə ərə getdiyindən hadisə olan gün Meşəli kəndində bacısı Bəyimin evində olmuşdur. 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri əsasən Badara və digər ətraf erməni kəndləri istiqamətindən Meşəli kəndinə hücum etdikləri zaman ermənilərin ağır silahlardan açdıqları atəşlər nəticəsində özü sağ ayağından, bacısı Bəyim isə ayağının yuxarı hissəsindən güllə yarası almışdır. Ermənilər səsgücləndirici vasitə ilə səslənərək kənddəki insanların təslim olmalarını, yoxsa hamını öldürəcəklərini bildirmişlər. Nənəsi Sürəyya da ermənilər tərəfindən baş nahiyyəsindən vurulub öldürülmüşdür. Təqsirləndirilən şəxs və hazırda adları yadında qalmayan Badara kəndindən olan ermənilər həmin hücumda iştirak etmişlər. Meşəli kəndinə hücum edən ermənilərin adlarını Meşəli kəndinin sakinlərindən eşidib bilmişdir. Meşəli kəndində yaşayan sakinlər demişlər ki, Təqsirləndirilən şəxs bütün bu hadisələrdə başçı və təşkilatçı olmuşdur. Zərərçəkmiş şəxs21 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 06-07 radələrində erməni silahlı dəstələri əsasən Badara və digər ətraf erməni kəndləri istiqamətindən yaşadığı Meşəli kəndinə hücum etmişlər. Kənddə sakinlərdə olan silahlar əvvəlcədən rus ordusu tərəfindən toplandığı üçün kənd əhalisi silahsız qalmışdır. Hücum zaman ermənilər kənd əhalisindən bir çox insanı qətlə yetirmişlər, evləri və mal-qara olan tövlələri yandırmışlar. Vaqif kəndin hər tərəfini tanımış və hücumda iştirak etmişdir. Kənd əhalisinin mal-qaraları ermənilər tərəfindən talan olunmuşdur, ermənilər önlərinə çıxar bütün canlıları öldürmüşlər. Onun özünün qohumları və 20-dən çox kənd əhalisini öldürmüşlər. Badara kəndindən olan Ermənilərdən Vaqif, Ernest, Armais və hazırda adları yadında qalmyan ermənilər hücumda iştirak etmişlər. Vaqifi kəndin içərisindən şəxsən görməsə də onun kəndə hücumda iştirak etməsini kənd sakinlərindən eşidib bilmişdir. Zərərçəkmiş şəxs24 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri əsasən Badara və digər ətraf erməni kəndləri istiqamətindən yaşadığı Meşəli kəndinə hücum etmişlər. Hücum zaman ermənilər kənd əhalisindən bir çox insanı qətlə yetirmişlər, evləri və mal-qara olan tövlələri yandırmışlar. Onların ailəsinə də maddi zərər dəymiş, malqaraları ermənilər tərəfindən talan olunmuş, tövlələri və evləri yandırılmışdır. Evlərində heç bir sağlam əşya qalmamışdır. Həmin vaxtlar o özü cavan olduğu üçün Təqsirləndirilən şəxsı şəxsən tanımamış, lakin Meşəli kəndinin adamlarından Vaqifin həmin hücumda iştirak etməsini eşidib bilmişdir. Hadisələrdən bir müddət əvvəl Badara kəndinin erməniləri onların yaşadığı Meşəli kəndinin adamlarına qarşı pis münasibət bəsləmişlər. Bir dəfə də o və 2 nəfər həmkəndlisi mal-qara otladarkən Badarada yaşayan ermənilər uzaqdan onlara atəş açmışlar. Zərərçəkmiş şəxs26 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs57 qardaşı, X109 ifadəsində göstərmişdir ki, kiçik qardaşı Zərərçəkmiş şəxs57 Qarabağda milli zəmində başlayan döyüşlərlə əlaqədar, 1991-ci ilin oktyabr-noyabr aylarında könüllü olaraq hərbi komissarlığa müraciət edərək, Şıxov qəsəbəsində yerləşən hərbi hissəyə, oradan isə hərbi hissənin tərkibində Qarabağa göndərilmişdir. 25 dekabr 1991-ci il tarixdə o, yeznəsi Xankişidən qardaşı Musanın Qarabağda şəhid olmasını və nəşinin Respublika Xəstəxanasına gətirildiyini eşitmişdir. Həmin gün axşam isə Zərərçəkmiş şəxs57 meyiti Quba rayonunun Əlibəyqışlaq kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn edilmişdir. X270 rayonunun ilk şəhidi olmuş və yas mərasimində iştirak edən onun xidmət yoldaşları qardaşının 23 dekabr 1991-ci il tarixdə Əsgəran rayonunun Meşəli kəndində ermənilərin silahlı hücumu zamanı şəhid olduğunu bildirmişlər. X109 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs46 və Zərərçəkmiş şəxs47 övladı, X166 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələrinin rus hərbiçiləri ilə birlikdə avtomat, pulemyot, oqnemyot, qranatamyot, rus hərbiçilərinə məxsus zirehli transportyordan və piyadaların döyüş maşınından istifadə etməklə Meşəli kəndinə hücumu zamanı atası Zərərçəkmiş şəxs46 polis bölməsinin yanında öldürülmüş, öldürüldükdən sonra meyitini yandırmışlar. Anası Zərərçəkmiş şəxs47 isə Qaragav kəndi istiqamətində qaçmaq istəyərkən erməni silahlılarının açdıqları atəşlər nəticəsində ayağından yaralanmış, 2010cu ildə isə vəfat etmişdir. X166 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs42 oğlu X28 ifadəsində göstərmişdir ki, erməni silahlı quldur dəstələri 23 dekabr 1991-ci il tarixdə yaşadığı Meşəli kəndinə hücüm etdikləri zaman atası, anası və digər ailə üzvləri evlərində olmuşlar. Həmin vaxt kəndə hər tərəfdən odlu silahlardan atəş açılmışdır. Ermənilərdən biri səsgücləndirici vasitə ilə kənd əhalisini təslim olmağa çağırmışdır. 13 yaşlı oğlu pəncərədən baxaraq demişdir ki, kəndi hər tərəfdən mühasirəyə almışlar. O, ata və anasına evi tərk edib kənddən kənara çıxmağı tapşırmışdır. Özü isə evdə olan ov tüfəngi ilə ailəsini və özünü müdafiə etmək üçün ermənilərə tərəf evin qırılmış pəncərəsindən atəş açmağa başlamışdır. Sonra isə ailə üzvlərini evdən çıxarıb yola salaraq, həyətdəki qarajın yanından atəşi davam etdirmişdir. Anası Zərərçəkmiş şəxs42 ermənilər plamiyot silahından atəş açaraq öldürmüşlər. Həmin gün onun bacısını, bacısı qızını və digər qohumlarını ermənilər öldürmüşlər. Kənd camaatından bir çox adamı ermənilər qətlə yetirmişlər. Digər kəndlərdən onlara kömək gəlmiş və yaralılıarı kənddən çıxarmışlar. Hadisə olan gün onun evini də ermənilər yandırmışlar. Vaqifi hadisə vaxtı həmin gün orada görməsə də onun həmin hücümda iştirak etməsini kənd camaatından eşidib bilmişdir. X28 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs49 anası X24 ifadəsində göstərmişdir ki, erməni silahlı quldur dəstələrinin 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə etdikləri genişmiqyaslı hücumdan 2 gün əvvəl, yəni N dekabr 1991-ci il tarixdə axşam saat 20-21 radələrində Meşəli kəndi «Alazan» raketləri ilə atəşə tutulmuşdur. Atılan raketlərin hansı evə düşəcəyini bilmədiyindən, bir yaşlı övladı Zərərçəkmiş şəxs49 götürərək tələsik əynlərində olan paltarla həmkəndliləri ilə birlikdə kəndin kənarındakı Meşəli çayının sahilinə qaçmışdır. 3-4 saatdan sonra ermənilər tərəfindən raketlərin atılması dayandığından, evə qayıdıb gələndə oğlu Amil soyuqdan və donvurmadan ölmüşdür. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndini mühasirəyə alıb hər tərəfdən hücuma keçən ermənilərin arasında qonşu Badara kənd sakini, əvvəllər tez-tez Meşəli kəndinə gələn Təqsirləndirilən şəxs olduğunu da kənd əhalisindən eşitmişdir. X24 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs40 və Zərərçəkmiş şəxs37 hüquqi varisi qismində ifadə vermiş X111 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxsı tanıyır. 23 dekabr 1991-ci ildə Meşəli kəndinə silahli ermənilər tərəfindən hücum edilmişdir. Həmin hadisələr zamanı onu girov götürmüşlər. Onu girov götürdükləri zaman təxminən orada olan 70-ə yaxın erməni onu döyüb işgəncə vermişlər. Vaqif də onların içərisində olmuşdur. Vaqif 29 iyul 2023-cü il tarixdə Laçın postunda tutulduqdan sonra onun internet sayıtlarında paylaşılan fotoşəkillərdən həmin vaxt ermənilərin içərisində olan Vaqifi görüb xatırlamışdır. Vaqif özü qatı erməni milliyətçisi olmuş və azərbaycanlılara qarşı törədilən hadisələrdə silahlı dəstələrə rəhbərlik edərək iştirak etmişdir. 23 dekabr 2023-cu il tarixdə Vaqifgil onu girov götürəndə öldürmədən sağ saxlamalarında məqsədləri Badara kənd sakini Ruben adlı öldürülmüş ermənin məzarı üstündə onun başını kəsmək olmuşdur. Mərhum atası Zərərçəkmiş şəxs36 yaxşı ovçu olmuş, qardaşı Zakir isə həmin vaxtlar Meşəli polis bölməsində polis nəfəri nəfəri kimi xidmət etmişdir. Ermənilər elə düşünürmüşlər ki, güya Rübeni adlı ermənini onun atası Novruz öldürmüşdür. Lakin onun atası Novruz Rüben adlı ermənini öldürməmişdir. O özü də Meşəli kəndinin müdafiə edilməsində iştirak edirmiş və kəndin kənarında olan posta növbə tuturmuş. 23 dekabr 1991-ci il tarixdə o, postan gəlib evdə yatmış və güllə səslərinə oyanmışdır. Həmin gün səhər saat 6 radələrində erməni quldur dəstələri Meşəli kəndinə hücuma keçmişlər. O, atəş səslərinə yuxudan oyanıb ətrafa baxdıqda, yaşadığı evin hər tərəfinin ermənilər tərəfindən mühasirəyə alındığını və evlərinə avtomat, pulemyot, hətta «oqnemyot» adlanan alov saçan silahlarlardan atəşlər açıldığını görmüşdür. Atası Zərərçəkmiş şəxs36 ov tüfəngindən, həmin vaxt onların evində qalan, Ağdam rayon polis şöbəsindən göndərilmiş Zərərçəkmiş şəxs54 isə avtomat silahından ermənilərə tərəf atəş açaraq özlərini və evdə olan ailə üzvlərini və qonşuları müdafiə etməyə çalışmışlar. Təxminən yarım saat atışma getdikdən sonra evin qarşı yuxarı tərəfindən Armais və Ernest adlı ermənilər səs gücləndirici vasitəsi ilə azərbaycan dilində evin mühasirədə olduğunu, hamının təslim olunmasını, təslim olmadıqları halda hamını öldürəcəklərini bildirmişlər. Həmin vaxt evin hər tərəfi mühasirəyə alınmış, Zərərçəkmiş şəxs54 ermənilərə evin içərisindən qışqıraraq evdəki qadınlara və qızlara kənddən çıxıb, Laçın rayonuna tərəf getmələri üçün şərait yaradılmasını, bundan sonra evdə olan kişilərin təslim olunacaqlarını bildirmişdir. Evdə olan bacısı Rahilə və kənd sakini Məhəmmədin qızı Elmira evdən çıxıb getmək istəyərkən, ermənilər onlara doğru aramsız atəşlər açaraq hər ikisini evin çıxış qapısının yanında vurmuşlar. Bacısı Zərərçəkmiş şəxs40 ermənilər yandırıcı silahla vurmuşlar və sonuncu həlak olmuşdur. Qonşuları Elmira isə yaralanmışdır. O qaçıb Rahiləni evin içərisinə salmış və atası Zərərçəkmiş şəxs36la Zərərçəkmiş şəxs54 yenidən ermənilərə tərəf atəş açmağa başlamışlar. Qarşılıqlı atışma zamanı Zərərçəkmiş şəxs54 ermənilər tərəfindən vurularaq qətlə yetirildiyindən, atası Zərərçəkmiş şəxs36 onun avtomat silahını götürüb ermənilərə tərəf bir neçə dəfə atəş açmışdır. Lakin ermənilər tərəfindən açılan atəş zamanı atası Novruz vurularaq öldürülmüşdür. Bundan sonra o, avtomat silahı götürüb ermənilərin olduğu tərəfə pəncərədən atəş açmağa başlamışdır. Armais isə yenidən atəşi dayandırmağı və qadınların çıxmasına şərait yaradacağını, heç bir qadına toxunmayacaqlarını bildirdiyindən, o, razılaşıb evdə sağ qalan qohumlara çıxıb getmələrini bildirmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs38, qonşu Qənimət, onun həyat yoldaşı Rüba və oğlu Mətləb, Zərərçəkmiş şəxs44 həyat yoldaşı və yaralı Elmira evdən çıxmışlar. Balaca bacısı Rübabə isə onsuz heç yerə getməyəcəyini dedikdə o, Rübabəyə «getməsən sən görov düşməmək üçün səni də, özümü də öldürəcəm» demişdir. Rübabə evin qapısını açıb çölə çıxmaq istəyən zaman ermənilərin açdıqları atəşlər nəticəsində sinəsindən vurularaq bir qədər hərəkət etdikdən sonra yerə yıxılmışdır. Bunu görəndən sonra o, yenidən avtomat silahından ermənilərə tərəf atəş açmağı davam etmişdir. Atışma zamanı evin içərisində olan əşyalar, evin pəncərələri, hər yer güllə-boran edilmiş və evin içərisinə atılan qumbaranın partlaması nəticəsində ayaqlarından və əllərindən qəlpə yaraları almışdır. Bundan sonra ermənilərin evin damına çıxaraq oradan benzin töküb evi yandırdıqlarını və silahda patronlarının bitdiyini görüb, evin qapısını açaraq çölə çıxıb təslim olmaq istəmişdir. Atasının meyitini çıxarmamışdır ki, atasının başını ermənilər kəsib aparmasınlar. Bəhlul kişini içəridən çıxarmış və çölə çıxmışdır. O, anası Zərərçəkmiş şəxs38 tövlənin qapısının qarşısında öldürüldüyünü görmüşdür. O təslim olan zaman evin ətrafında olan 70-dən artıq hərbi və mülki geyimli erməni silahlılarından biri ona atəş açılmamasını, onun ona sağ olaraq lazım olduğunu bildirmişdir. Digər erməni isə şalvarının kəmərini çıxarıb onun əllərini bağlamışdır. Həmin ermənilərin arasında Armais və Ernest qardaşları, Təqsirləndirilən şəxs, Badara kənd sakini olan Karlen də olmuşdur. Ernestin bir əlində səs gücləndiricisi, digər əlində avtomat silahı, Təqsirləndirilən şəxs, Karlenin və Armaisin əllərində isə avtomat silahları olmuşdur. Bundan sonra Karlen ona yaxınlaşıb onun qulağını kəsmək istəmiş, lakin digər erməni ona hazırda atışma getdiyini, başqa vaxt nə istədiyini edə biləcəyini deyib imkan verməmişdir. Armais ona yaxınlaşıb «Rubeni sən öldürmüsən?» deyə soruşub sifətinə yumruqla bir zərbə vurmuşdur. O da zərbədən yerə yıxılmış, Armais ona demişdir ki, «nə fərqi var, Rübeni sən öldürməmisən sənin atan öldürüb». Ernest qardaşı Zakirin harada olduğunu soruşduqda o, Zakirin Bakı şəhərində olduğunu demişdir. Bundan sonra orada olan Ernest, Armais, Vaqif və digərləri onu təpiklə, avtomatın qundağı ilə vurmağa başlamışlar. Sonra isə qollarından tutub, sürüyərək Zərərçəkmiş şəxs32 evinin yanına tərəf gətirib oradakı daşın üzərində oturtmuşlar. Özləri isə Qənimətin evindəki xalçaları və digər ev əşyalarını çıxararaq evi yandırmışlar. Sonra Ernest və 2 nəfər üzdən tanıdığı Badara kənd sakini olan erməni onu ayağa qaldırıb qarşıda Ernest, arxada isə həmin 2 nəfər əli avtomatlı erməni onu Badara kəndi istiqamətində piyada aparmışlar. 15-20 dəqiqə hərəkət etdikdən sonra yolun kənarında dayanmış maşınların yanına çatmışlar. Ernest onun ayaqlarını da bağlamaq üçün sürücüyə maşından kəndir gətirməsini bildirmişdir. Həmin vaxt onu öldürəcəklərini düşündüyü üçün aşağı tərəfində qayalığın və gölün olduğunu görüb özünü oradan aşağı atmış və qayalıqdan düşərək huşunu itirmişdir. Ayıldıqda isə yaxınlıqda erməni dilində danışıqların səsini eşidildiyini görüb ayağa qalxaraq gizlin şəkildə qayalığın dibi ilə əlləri bağlı halda Qaragav kəndi istiqamətinə doğru qaçmağa başlamışdır. 150 metr qaçdıqdan sonra ermənilər tərəfindən ona doğru atəşlər açılmağa başlanmış, güllələrdən biri onun sağ əlinə, biri sol sifətinə, biri isə sol çiyninə dəymişdir. Qaragav kəndinə çatmağa az qalmış yenə də hüşunu itirib yerə yıxılmış, ayıldıqda isə ətrafında Meşəli kənd sakinlərinin və «OMON»çuların olduğunu və onu ayıltmağa çalışdıqlarını görmüşdür. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə edilmiş hücumda iştirak edən, onun ailəsini öldürüb sonradan meyitlərini yandıran, evlərinin ətrafında Armais, Ernest və Karlenin yanında əli silahlı dayanan, əli bağlı vəziyyətdə təpik və avtomat silahının qundağı ilə onu döyənlərdən biri olan Təqsirləndirilən şəxs olmasını dəqiq xatırlayır. Vaqif tutulandan sonra sosal şəbəkələrdə onun cavanlıq fotoşəkli paylaşılmış, o da həmin fotoşəkili görən kimi onu döyən şəxsin Vaqif olduğunu xatırlamışdır. Vaqif həmin vaxtlar qara saçlı olmuş və əyində də qara rəngi paltar olmuşdur. Vaqifin adını hadisədən əvvəllər çox eşitmişdir. Vaqif qəti erməni milliyətçisi olmuş, azərbaycan millətini sevməmişdir. Vaqifin azərbaycanlılara qarşı silahlı hücümların edilməsində dəstələrə rəhbərlik etməsinə də eşitmişdir. Onunla ibtidai istintaq zamanı tanınma hərəkəti aparılmış, orada olan fotoşəkillərdən də Vaqifi görüb tanımışdır. X111 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum X221 və X11 oğlu X196 ifadəsində göstərmişdir ki, Meşəli kəndində yaşasa da həmin hadisə olan gün Meşəli kəndində olmamışdır. Badara və Daşbulaq kəndlərindən olan erməni quldur dəstələrinin 23 dekabr 1991-ci il tarixdə saat 06 radələrində Meşəli kəndinə etdikləri silahlı hücum zamanı digər kənd sakinləri ilə yanaşı, atası Əvəz Sadıqov və anası Qönçə Sadıqova öldürülmüşdür. Ermənilər Meşəli kəndindəki evləri, habelə öldürülmüş kənd sakinlərinin bəzilərinin meyitləri yandırmışlar. X196 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs44 oğlu X85 ifadəsində göstərmişdir ki, Badara kənd sakinlərindən və digər ermənilərdən ibarət quldur dəstələri 23 dekabr 1991-ci il tarixdə saat 06 radələrində Meşəli kəndinə etdikləri silahlı hücum zamanı atası Bəhlul Hüseynov kənd sakini Zərərçəkmiş şəxs36 evində olarkən, ermənilərin çöl tərəfdən sobanın borusundan evə atdıqları qumbara atasının boyun və sinəsinə dəyib partlayaraq onu yaralamış, daha sonra isə çölə çıxmaq istədikdə ermənilər güllə ilə vurub atasını öldürmüşlər. X85 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs55 qardaşı X218 ifadəsində göstərmişdir ki, kiçik qardaşı Zərərçəkmiş şəxs55 1989-cu ildə Daxili İşlər Nazirliyinin Ağdam rayon milis şöbəsində patrul nəfəri vəzifəsinə işə düzəlmiş və Qarabağda başlayan döyüşlərlə əlaqədar, 1991-ci ildən etibarən tez-tez Şuşa şəhərinə, Əsgəran və Kəlbəcər rayonlarına ezam olunmuşdur. Növbəti dəfə Zərərçəkmiş şəxs55 Meşəli kəndinə ezam olunarkən, 24 dekabr 1991-ci il tarixdə səhər saat 11 radələrində atası Alış Ağayev ona zəng edib qardaşı Faiqin Meşəli kəndində şəhid olması xəbərini vermiş və Ağdam rayonunun Papravənd kəndinə gəlməsini bildirmişdir. Səhəri gün isə 25 dekabr 1991-ci il tarixdə Faiqin meyiti kənd qəbiristanlığında dəfn edilmişdir. Sonra qardaşı Zərərçəkmiş şəxs55 Milli Qəhrəman adı verilmişdir. X218 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs32, X201, Zərərçəkmiş şəxs35 və Zərərçəkmiş şəxs34 ailə üzvü X107 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə səhər saatlarında ermənilər Meşəli kəndinə hücum etmişlər. Rus həbiçiləri olan 366-cı motoatıcı alayının hərbi qulluqçuları ermənilərə dəstək vermişdir. Azərbaycanlılara atəş açan ermənilərdən Badara kəndində yaşayan Təqsirləndirilən şəxs, X52, X79, X70, X71, X126, X101, X127 və X68muş və o, həmin şəxsləri əvvəlcədən tanımışdır. Çünki Meşəli kəndi ilə Badara kəndi arasında məsafə yaxın olmuş və əvvəllər kəndlər arasında gediş-gəliş olmuşdur. 23 dekabr 1991-ci il tarixdə saat 06-07 radələrində erməni silahlı dəstələri rus hərbiçiləri ilə birlikdə Meşəli kəndinə yaxınlaşıb həmin silahlı dəstənin üzvlərindən olan Təqsirləndirilən şəxs və Armais Sarkisyan səs gücləndiricisi vasitəsi ilə kənd sakinlərinə silahlarını atıb kəndi tərk etmələrini bildirmişlər. Sonra ermənilər avtomat, pulemyot, oqnemyot, qranatamyot, rus hərbiçilərinə məxsus zirehli transportyordan və piyadaların döyüş maşınından istifadə etməklə kəndi atəşə tutmüşlar. Döyüş zamanı onun qardaşı Zərərçəkmiş şəxs34, atası Zərərçəkmiş şəxs32, qardaşı Zərərçəkmiş şəxs35, anası Rüba Quliyeva ermənilər tərəfindən öldürülmüşdür. Özü isə sağ ayağının dizdən yuxarı hissəsindən, sol qolunun dirsəkdən yuxarı hissəsindən qəlpə yaraları almışdır. Erməni silahlı dəstə üzvlərinin hücumu nəticəsində həmin gün Meşəli kəndində 25 insan qətlə yetirilmiş, 20-dən artıq insan yaralanmışdır. 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum edən erməni silahlı dəstə üzvlərinin arasında Badara kənd sakinləri Təqsirləndirilən şəxs, Nikolay Xaçatryan, Qariy Xaçatryan, Ernest və Armais Sarkisyan qardaşları, Benik Qasparyan, Armen Avanesyan, Vova Sarkisyan, Xoren Abramyan və başqaları olmuşlar. Atası Qənimətin öldürülməsində Vaqif Xaçaturyan və Ernest şəxsən iştirak etmişələr. Təqsirləndirilən şəxsı əlində avtomat silahı ilə kənd sakinlərinə atəşlər açaraq Nemətin evi istiqamətindən kəndə daxil olduğunu görmüşdür. X107 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs53 övladı, X86 ifadəsində göstərmişdir ki, Valideyinlərinin danışıqlarından eşidib bilmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələrinin Meşəli kəndinə hücum etmişlər. Ermənilər Meşəli kəndində yaşayan uşaqları, qadınları və kişiləri vəhşicəsinə öldürmüşlər. Ermənilərin hücumu zamanı kənd sakinləri ilə yanaşı, atası Zərərçəkmiş şəxs53 sinə nahiyəsindən güllə yarası almış və bir müddət Şuşa xəstəxanasında müalicə olunmuşdur. 09 mart 2012-ci il tarixdə isə atası Behbud xərçəng xəstəliyindən vəfat etmişdir. Təqsirləndirilən şəxs Meşəli kəndinə hücumda iştirak etməsini Meşəli kənd camaatından eşidib bilmişdir. X86 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ölüm cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs54 qardaşı X167 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs54 1990-cı ildə Daxili İşlər Nazirliyinin Ağdam rayon milis şöbəsində patrul nəfəri vəzifəsinə işə düzəlmiş və Qarabağda başlayan döyüşlərlə əlaqədar 1991-ci ildən etibarən tez-tez Xocavənd rayonunun Qaradağlı, Əsgəran rayonunun Meşəli, Kosalar kəndlərində və digər döyüş bölgələrinə ezam olunmuşdur. 19 dekabr 1991-ci il tarixdə Zərərçəkmiş şəxs54 Əsgəran rayonunun Meşəli kəndinə göndərilmiş, 24 dekabr 1991-ci il tarixdə isə o, ermənilərin həmin kəndə hücum edib qırğın törətdiklərini eşidərək Ağdam rayon daxili işlər şöbəsinə gəlmiş və orada qardaşı Hidayətin də şəhid olduğunu öyrənmişdir. Həmin gün Meşəli kəndində şəhid olanlar vertolyotla Ağdam şəhərinə gətirilmiş, Zərərçəkmiş şəxs54 meyiti ermənilər tərəfindən öldürüldükdən sonra yandırıldığından, o, qardaşının yalnız əynində olmuş jaketin yanmamış hissəsindən tanımışdır. 25 dekabr 1991-ci il tarixdə Hidayətin həmin vəziyyətdə olan meyiti Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn edilmişdir. O, Meşəli kənd sakininlərindən qardaşı Hidayətin Zərərçəkmiş şəxs36 evində qaldığını və həmin evdə də öldürüldüyünü, daha sonra isə meyitinin yandırıldığını öyrənmişdir. X167 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs30 və Zərərçəkmiş şəxs31 hüquqi varisi qismində ifadə vermiş X22 ifadə verərək göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələri rus hərbiçiləri ilə birlikdə kəndə erməni silahlıları avtomat, pulemyot, oqnemyot, qranatomyot, rus hərbiçilərinə məxsus zirehli transportyordan və piyadaların döyüş maşınından istifadə etməklə kəndi atəşə tutub hücuma keçmişlər və kənd sakini Nemət Cəbiyevin evi istiqamətindən kəndə daxil olaraq qarşılarına çıxan şəxsləri öldürmüşlər, kənddə olan evləri, içərisində mal-qara olan tövlələri və ot tayalarını yandırmışlar. Onun atası Zərərçəkmiş şəxs30, anası Zərərçəkmiş şəxs31, bibisi oğlanları Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs50 və kəndin ümumilikdə 25-dən artıq sakinini qətlə yetirmiş, 14 kənd sakini isə yaralanmışdır. Öldürülən şəxslərlən Novruz, Adilə, Rübabə və Rahilə Novruzovların, Əvəz və Qönçə Sadıqovların, Zərərçəkmiş şəxs45 meyitləri evlərinin içərisində yandırılmışdır. Meşəli kəndinə hücum edənlər əsasən Badara kəndində yaşayan ermənilər idi, onlar əsasən silahlı dəstələrə rəhbərlik edənlər Armen, Təqsirləndirilən şəxs, Ruben adlı ermənilər olmuşlar. Ermənilər evlərə yandırıcı silahlardan atəş açırdılar. Noruz Novruzovun və Əvəz Sadıqovun evini də yandırmışdılar. X22 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs41 qardaşı X108 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı çox yaxşı tanımışdır. Təqsirləndirilən şəxs və onun qardaşı Qurgen Xaçatryan onların evlərində dəfələrlə olmuş və atası İbrahim kişi ilə çörək kəsmişdir. Qardaşı Zərərçəkmiş şəxs41 20 avqust 1991-ci il tarixdə X138 rayon xəstəxanasına aparanda Meşəli kəndinin “tut bağı” adlandırılan ərazisində Təqsirləndirilən şəxs, Ernest, Aramisin oğlu Spartak və Vahid adlı ermənilər maşını saxlatmışlar. Vaqifgil Ramilin hara getməsini soruşmuşlar, Vahid isə Ramilə alma da verib getmələrinə icazə vermişlər. Həmin gün axşam saatlarında geri qayıdarkən həmin şəxslər maşını saxlatmaq istəyəndə onlar maşında qadın olduğu və girov götürüləcəklərini düşünüb maşını saxlamamışlar və Vaqifgil maşına atəş açmışlar. Ramil 20 avqust 1991-ci il tarixdə saat 22-23 radələrində UAZ markalı təcili tibbi yardım maşını ilə evə gəlmişdir. Ramil həmin maşında hər iki ayağından yaralı vəziyyətdə uzanmış, maşını isə kənd sakini Sadıq Hacıyev idarə etmişdir. Onlar Ramili polis bölməsinə məxsus UAZ markalı avtomaşında dağ yolu ilə Şuşa xəstəxanasına aparmışlar. Yolda baş vermiş hadisə barədə qardaşı mərhum Zərərçəkmiş şəxs41 maraqlandıqda Ramil həmin gün kənd sakini X138 rayon xəstəxanasına aparıb geri qayıdarkən, Meşəli kəndinin “tut bağı” adlandırılan ərazisində Təqsirləndirilən şəxs və digər ermənilərin maşını saxlamağı bildirdiyini, lakin maşını saxlamayıb hərəkəti davam etdirdikdə Təqsirləndirilən şəxs, yanında olan Ernest və digərlərinin avtomaşına atəş açmalarını və Ramilin hər iki ayağından yaralandığını demişdir. Ramil demişdir ki, atəş açanlar Vaqif, Ernest, Vahid və Spartak olmuşdur. Badara kəndində əsasən ermənilərə miliyyətçik etməkdə rəhbərlik edənlər Kolya müəllim, Armais, Spartak, Venik, Koroğlu, bufetdə işləyən Zoya olmuşlar. Həmin şəxslər erməni təbliğatı aparıb erməniləri azərbaycanlıların üstünə qaldırmışlar. Meşəli kəndinə hücüm edən Xankəndindən gələn ermənilər olmamış, Meşəli kəndinə 23 dekabr 1991-ci ildə hücüm edən Badara, Qayabaşı və Daşbulaq kəndində yaşayan ermənilər olmuşlar. Bir dəfə Meşəli hadisələrindən əvvəl dayısı Rəfi ilə maşında Ağdam rayonuna gedərkən Badara kəndinin yolunun üzərində Vaqif və yanında 6 nəfərin dayandığını, onların əllərində silah olduğunu və post quraraq yola nəzarət etdikdəlrini görmüşdür. Badara erməniləri Meşəli kəndinin adamlarını Badara kəndindən keçməyə imkan vermirmişlər. Badara kəndinin erməni sakinlərinin 50-60 nəfəri Meşəli kəndində hücumda iştirak etmişlər. Həmin şəxslərin kimlər olduğunu da Vaqif bilmişdir. Badaralılar gecələr kənd camaatına güya türklərin onlara soyqırım etmələri barədə filimlər nümayiş etdirib azərbaycanlılara nifrət yaratmışlar. 23 dekabr 1991-ci il tarixdə erməni silahlıları Meşəli kəndinə hücum etdikləri zaman özü Meşəli kəndində olmasa da həmin hücumda əsasən Badara, Daşbulaq və Qayabaşı kənd sakinləri olan Təqsirləndirilən şəxs, Ernestin, Armaisin, Armaisin oğlu Spartakın, Nikolay Xaçatryan, Tamo müəllimin və digərlərinin iştirak etdiklərini eşitmişdir. Həmin şəxslərin orada olmasını Meşəli kəndindən olan insanlar bildirmişlər. Əvvəllər Əsgəran rayonunun “Vosem şestoy” (86-cı kilometrliyində) adlandırılan ərazisində çayxana işlətdiyindən həmin erməniləri yaxşı tanımışdır. İlya adlı erməni də qəti milliyətçi idi, Vaqif bəzi hallarda İlyanın maşınını da sürmüşdür. Qardaşı Zərərçəkmiş şəxs41 19 oktyabr 2020-ci il tarixdə Oğuz rayonunda dağlıq ərazidə ovda olarkən, sürüşərək başının daşa dəyməsi nəticəsində ölmüşdür. X108 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs52 atası, X30 ifadəsində göstərmişdir ki, erməni silahlı quldur dəstələri 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum etdikləri zaman kənd əhalisindən bir çoxünü öldürmüşlər. Ermənilər Meşəli kənd sakini Zərərçəkmiş şəxs36 ailə üzvlərini öldürüb evlərini yandırmışlar, polis əməkdaşı olan İsmayılı, 17 yaşlı qardaşı Vidadini, Qənimətin arvadını və özünü öldürmüşlər. Həmin hücumda Badara kəndindən olan Armen, Armais və Vaqifin iştirak etmələrini kənd camaatından eşmişdir. Həmin gün həyat yoldaşı Aybəniz Kazımova canlarını qurtarmaq üçün kəndi tərk edib Qaragav kəndi istiqamətində qaçarkən, qucağında olmuş bir yaşlı qızı Ayşəni çaydan keçən zaman qucağından suya salmış və tez uşağı qucağına alıb şaxtalı havada meşə yolu ilə hərəkətini davam etməklə Qaragav kəndinə, oradan isə vertolyotla Ağdam rayonuna çatdıqda, Ayşənin artıq soyuqdan donaraq öldüyünü görmüşdür. Həmin hücum zamanı həmçinin, onun 17 yaşlı qardaşı Zərərçəkmiş şəxs45 də erməni silahlıları tərəfindən polis bölməsinin yanında öldürülmüş, meyiti isə polis bölməsinə aparıldığından, bölmənin binası ermənilər tərəfindən yandırıldığı zaman Vidadinin meyiti də orda yanmışdır. X30 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs48 oğlu X23 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə Təqsirləndirilən şəxs Xocalı rayonunun Meşəli kəndinə hucumda iştirak etməsini mərhum anası Zərərçəkmiş şəxs48 eşidib bilmişdir. 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində Badara kəndi və digər kəndlərdə olan erməni silahlı dəstələrinin rus hərbiçiləri ilə birlikdə avtomat, pulemyot, oqnemyot, qranatamyot və digər iriçaplı silahlardan istifadə etməklə Meşəli kəndinə hücum etmişlər. Meşəli kəndinə hücum zamanı anası Zərərçəkmiş şəxs48 bel nahiyəsindən, qızı X38 ayağının topuq hissəsindən, bacısı X19 isə qabırğa və ayaq nahiyyəsindən güllə yarası alıb yaralanmışlar. Həmin gün Badara kəndində yaşayan ermənilərdən Təqsirləndirilən şəxs, onun qardaşı Qurqen, Venik, Armen adlı digər ermənilərin kəndə hücum edənlərin içərisində olduqlarını həmin erməniləri tanıyan Meşəli camaatından eşidib bilmişdir. Digər ermənilərin adını isə hazırda xatırlamır. Anası Zərərçəkmiş şəxs20 İsmayıl qızı 1996-cı ildə isə vəfat etmişdir. X23 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs56 həyat yoldaşı, X31 ifadəsində göstərmişdir ki, mərhum əri Eyyubov X121 ermənilərlə milli zəmində döyüşlər başladığından, 1991-ci ildə könüllü olaraq Milli Orduya yazılıb leytenant rütbəsində xidmətə başlamışdır. Kamil 17 dekabr 1991-ci il tarixdə Şuşa şəhərinə, oradan isə Xocalı rayonunun Meşəli kəndinə göndərilmişdir. 23 dekabr 1991-ci il tarixdə Bakı şəhər Nizami rayon hərbi komissarlığından Zərərçəkmiş şəxs56 yaralandığını bildirsələr də dekabr ayının 25-də onun meyiti gətirilmiş və səhəri gün Şəhidlər xiyabanında dəfn edilmişdir. O, sonradan eşidib bilmişdir ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 07 radələrində erməni silahlılarının Meşəli kəndinə hücum etmişlər və kənd sakinləri ilə yanaşı həyat yoldaşı Zərərçəkmiş şəxs56 da üç yerdən güllə yarası yetirərək qətlə yetirmişlər. Meşəli kəndinə edilmiş hücum zamanı ermənilərlə qeyri-bərabər döyüşdə igidlik göstərdiyinə görə Zərərçəkmiş şəxs56 Milli Qəhrəman adı verilmişdir. X31 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs45 qardaşı X29 ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 07 radələrində əsasən Badara və Daşbulaq kəndlərindən olan və aralarında qəddarlığı ilə seçilən Vaqifin də daxil olduğu erməni silahlıları hər tərəfdən Meşəli kəndini mühasirəyə alıb kəndi boşaltmağı tələb etmişlər. O özü də həmin hadisələrdə yaralamışdır. Meşəli kəndinə hücum zamanı ermənilər qardaşı Zərərçəkmiş şəxs45 da odlu silahdan atəş açaraq öldürmüşdülər və meyitini yandırmışlar. Təqsirləndirilən şəxs Meşəli kəndində hücumda iştirak etməsini Meşəli kənd camaatından eşidib bilmişdir. Meşəli kənd camaatı orada iştirak edənlərin Badara kəndində yaşayan tanıdıqları Vaqif, Armai və başqalarının olduğunu demişlər. X29 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş mərhum Zərərçəkmiş şəxs50 qardaşı, X54 ifadəsində göstərmişdir ki, o, əvvəllər Meşəli kəndində yaşasa da həmin hadisə olan günü kənddə olmamışdır. Sonradan ona məlum olmuşdur ki, 23 dekabr 1991-ci il tarixdə 23 dekabr 1991-ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələrinin avtomat, pulemyot, oqnemyot, qranatamyot və digər iriçaplı silahlardan istifadə etməklə Meşəli kəndinə hücumu zamanı qardaşı Zərərçəkmiş şəxs50 yaralı vəziyyətdə olan dayısı Zərərçəkmiş şəxs30 Şuşa xəstəxanasına aparmaq üçün dayısı arvadı Zərərçəkmiş şəxs31 və xalası oğlu Zərərçəkmiş şəxs51lə birlikdə idarə etdiyi “UAZ” markalı avtomobil ilə hərəkətdə olarkən, Meşəli kəndinin çıxacağında olan “Arduş bağı” adlandırılan yerdə erməni silahlıları avtomobili atəşə tutaraq içərisində olan şəxslərin hamısını vəhşicəsinə qətlə yetirmişlər. Həmin hadisədən sonra kənd camaatından və qohumlarından Vaqif Xaçaturyanın da həmin hadisələrdə iştirak etdiyini eşidib bilmişdir. X54 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Əzizova (Mehralıyeva) Elmira Məhəmməd qızının ibtidai istintaq zamanı verdiyi və cinayət işinin materiallarında olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Xocalı rayonunun Meşəli kəndində ailəsi ilə birlikdə yaşamışdır. 23 dekabr 1991-ci il tarixdə səhər vaxtı hava işıqlaşan zaman atəş səsləri eşitmişdir. Həmin vaxt ailə üzvləri də evdə olmuşlar. Atası və qardaşları kəndin müdafiəsi üçün postlarda omuşlar. Evdə olan qadınlar atəş səsinə çölə çıxıb həmkəndliləri Zərərçəkmiş şəxs36 evinə yığışmışlar. Həmin vaxt ermənilər kəndə hücuma keçmişlər. Ermənilər kəndə girib qarşılarına keçənləri öldürüb, evləri yandırmışlar. Onlar Zərərçəkmiş şəxs36 evindən çıxıb kəndi tərk eləmək istəmişlər. Həmin vaxt o da güllə yarası almışdır. Güllələrin biri ayağından, biri isə kürək nahiyyəsindən dəymişdir. Anası onu ölmüş hesab etdiyindən sürüyüb kəndin aşağı hissəsinə aparmış, oradan isə onu Ağdam şəhərinə xəstəxanaya aparmışlar. Həmin vaxt kənd sakinlərindən 20-21 nəfər şəhid olmasını və bir neçə nəfərin xəsarət almasını eşidib bilmişdir. Qonşuları Zərərçəkmiş şəxs36, onun iki qızı və oğlu şəhid olmuşdur. Həmin vaxt anası Zərərçəkmiş şəxs20 İsmayıl qızı, qardaşı Çərkəzin qızı Elnarə də xəsarət almışlar. Anası Firuzə hadisələrdən sonra 1996-cı ildə ölmüşdür. Hazırda aldığı xəsarətlərə görə 1997-ci ildən 2-ci qrup əlil kimi pensiya alır. Zərərçəkmiş şəxs48 Rza qızının ibtidai istintaq zamanı verdiyi və cinayət işinin materiallarında olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 23 dekabr 1991-ci il tarixdə saat təxminən 06 radələrində erməni silahlı dəstələri rus hərbi birləşmələrinin üzvləri ilə birlikə silahlanmış vəziyyətdə onların yaşadığı Meşəli kəndinə hücum etmişlər. Kəndə hücum edən silahlıların sayı 100-dən çox olmuşdur. Erməni silahlı dəstələri hər tərəfdən kəndi intensiv olaraq odlu silahlardan atəşə tutmuşlar. Erməni silahlı dəstələri BTR, BMP və digər zirehli texnika, qrad qurğularından və avtomat, pulemyot və digər odlu silahlardan istifadə etməklə Meşəli kəndinin evlərini, ictimai binalarını, kənd sakinlərinin ot tayalarını yandırmışlar. Eləcə də ermənilər malqaranı yandırmış, sağ qalanlarını isə özləri ilə aparmışlar. Onların hücumlarının qarşısını almaq üçün kənd sakinlərindən ibarət müdafiə dəstəsi müqavimət göstərmişdir. Lakin erməni silahlı dəstələləri hücum etdiklərindən onların hücunlarını dəf etmək mümkün olmamışdır. Meşəli kəndinə hücumda əvvəl həmin ərazidə dislokasiya olunmuş və xidməti vəzifələrini yerinə yetirən 100-150 nəfərdən ibarət rus hərbiçiləri onların kəndinə gələrək əhalidə olan odlu silahların hamısını toplamışlar. Ona görə də kənd sakinlərində odlu silah qalmamışdır. Bu səbəbə görə ermənilərlə ruslar birlikdə kəndi asanlıqla ələ keçirmişlər. Həmin vaxt o da həmkəndliləri kimi daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır. Kənddən çıxıb Ağdam rayonunun Qasımlı kəndinə, oradan da Bakı şəhərinə gəlmişdir. Erməni silahlılılarının kəndə hücumu nəticəsində kənd sakinlərindən 25 nəfər qətlə yetrilmiş, çoxlu sayda kənd sakinlərindən yaralalanlar olmuşdur. Erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş kənd sakinlərindən Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38 Məhərrəm qızı, X26, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33 Hacı qızı, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs46, X95, X221, X12 tanımışdır. Ermənilər həmin vaxt milli ordunun döyüşçülərindən Kamil, Musa, Ağdam rayon DİŞ-nin əməkdaşlarından Faiq və Hidayət, Yevlax rayonundan Tahiri qətlə yetirmişlər. Onların evi də erməni silahlı dəstələrinin hücumları nəticəsində işərisindəki bütün əmlak və əşyalarla birlikdə yandırılmışdır. Evdən mülkiyyətlərini və əmlaklarını çıxara bilməmişlər. Meşəli kəndinə hücum edən şəxslər hərbi formada və qonşu Badara və digər ermənilər yaşayan kənd sakinləri olmuşlar. Hücum zamanı rus hərbiçilərinin zirehli texnikasından da istifadə etmişlər. Meşəli kəndinə hücum edənlər, əsasən, qonşu erməni kəndlərdən olan ermənilər olmuşlar. Həmin ermənilərdən X53, X81, X127, Xoren adlı şəxs, Kolya müəllim və onun oğlanları hücumda iştirak etmişlər. Bundan sonra kənddə olan axırıncı döyüşdə ermənilərin sayı çox olmuşdur. İndi onların hamısının adlarını xatırlamır. Kəndə hücum edən ermənilərdən Kolya kimi tanıdığı, ancaq əsil adı Nikolay olan müəllimi tanımışdır. Belə ki, Nikaolay Meşəli kəndində rus dili müəllimi işləmişdir. Həmin vaxtlar Nikolay Xaçatryan qoca olmuşdur və 1940-cı il təvəllüdlü imiş. Nikolay ona rus dili fənnindən dərs demişdir. Meşəli kəndində hücumda Nikolayın oğlu X82 də iştirak etmişdir. Qarik Badara kəndində bədən tərbiyə müəllimi işləmiş, həmçinin Əskaran rayon milis şöbəsinə azyaşlılar üzrə inspektor da işləmişdir. Meşəli kəndinə hücum edənlərin arasında olan şəxslərdən Abramyan Armenini də tanımışdır. Meşəli kəndində evlərin çoxunu Armen tikmişdir. Armenin oğlanları X128 Xankəndi şəhərindəki tikinti idarəsində sürücü işləmişdir və «ZİL» markalı maşını idarə etmişdir. Həmin maşın bortlu olmuş, lakin Edo onu yükü özü boşaldan maşın kimi düzəltdirmişdir. X193 Badara kənd kolxozunda əvvəllər sürücü işləmiş, sonradan isə həmin kolxozda briqadir işləmişdir. O 1961-ci il təvəllüdlü olmuşdur. Həmin şəxs də Meşəli kəndinin işğalında iştirak etmişdir. Meşəli kəndinə hücumda Armenin digər ortancıl oğlu Abramyan (Vido ləqəbli) Vahid Armenoviç də iştirak etmişdir. Vahid 1960-ci il təvəllüdlü olmuşdur. Onların hamısının əllərində avtomat silahı, əyinlərin də isə səhra forması olmuşdur. X194 də Meşəliyə hücum edənlərin arasında olmuşdur. O, Badara kolxozunda işləmiş, ailəli olmuş, təxminən 1950-ci il təvəllüdlü imiş. Onun atası Aşot əvvəllər Meşəli kəndində yaşamışdır. Onun soyadı Ohanyan olmuşdur. Arvadı Axşen isə kənd mağazasında satıcı işləmişdir. Sonradan Meşəli kəndindən Badara kəndinə köçüb getmişdir. Bundan başqa da Aşotun 2 oğlu olmuş, onlardan birinin adı Volo imiş. Həmin vaxtlar onun 30-35 yaşı olarmış. Böyük oğlunun isə adı Naroik olmuşdur. Həmin vaxtlar onun da 40 yaşı olarmış. Təxminən 1952-ci il təvəllüdlü olmuşdur. Eyni zamanda kəndə hücum edənlərin arasında «KAMAZ» markalı maşın sürücüsü Qurqen də iştirak etmişdir. Qurqen milisdə işləyən Arutyunyan Qəribin qaynı olmuşdur. Digər anket məlumatlarını isə bilmir. Qurqen hündürboy, bığsız, saqqalsız, başı keçəl imiş. Qurqenin atasının adı Benik, soyadı isə Qasparyan olmuş, təxminən 1951-ci il təvəllüdlü olarmış. Benik uzun müddət vəzifələrdə işləmişdir. Benikin böyük oğlunun adı Valeriy olmuşdur. Onlar onu Valo deyə çağırırmış, 1950-ci il təvəllüdlü olarmış. Bundan başqa əvvəllər Badara kənd fermasında müdir işləmiş, X129 də Meşəli kəndinə hücumda iştirak etmişdir. Səhv etmirsə, 1952-ci il təvəllüdlü olarmış. Təqsirləndirilən şəxs Çərkəz oğlu da Meşəli kəndinə hücumda iştirak etmişdir. Vaqif bortlu «ZİL» markalı maşın sürürmış, təxminən həmin zamanlar 40 yaşı ancaq olarmış və ailəli olmuşdur. Vaqifin özündən böyük qardaşı da olmuş, onun adı Qarik imiş. O, Badara kolxozunda sürücü işləmişdir. Onun həmin vaxtlar 42 yaşı olarmış, 1950-ci il təvəllüdlü imiş. Bundan başqa Badara kənd sakini Samvel də hücumda iştirak etmişdir. 1989-cu ilin iyun-iyul aylarında Meşəlidə yaşayan Rəcəb müəllimin «Moskviç» markalı maşınının yandırılmasında Asatur iştirak etmişdir. Onun atasının bir ayağı axsayırmış. Atasını onlar Baxşı kişi deyə çağırırmışlar. Həmin şəxs Meşəli kəndinə hücum vaxtı 1957ci il təvəllüdlü olarmış. Onun harada işləməsini bilmir. X83 də Meşəliyə hücumda iştirak etmişdir. Karlen, Badara sovxozunda işləmişdir. Eyni zamanda İsraelyan Edik - yəni Eduard Bəyləroviç də Meşəli kəndinə hücumda iştirak etmişdir. Eduard əvvəllər sürücü işləmiş, təxminən 43-44 yaşı olarmış və anasının adı Axşen olmuşdur. Axsen Badara kənindəki mağazada satıcı kimi işləyirmiş. Atası isə Meşəli kəndindəki meşə idarəsində uzun müddət taxta sexində işləmişdir. Onda erməni millətindən olan şəxslər, onların anket məlumatları barədə hər hansı sənəd və fotoşəkillər yoxdur. Belə ki, erməni silahlı dəstələrinin 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücumu zamanı fərdi yaşayış evlərini yandırmışlar, onların bütün əmlakı və fotoşəkillər, həmçinin sənədlər evin içində yanmışdır. Zərərçəkmiş şəxs Babayeva (Mehralıyeva) Elnarə Çərkəz qızının ibtidai istintaq zamanı verdiyi və cinayət işinin materiallarında olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1991-ci ildə onun 10 yaşı olmuşdur. Xatırlayır ki, ermənilər onların yaşadığı Meşəli kəndinə tez-tez açıq şəkildə silahlı hücumlar edərək camaatı qırmağa çalışmışlar. Ermənilər münasib şərait yaranan kimi kimliyindən aslı olmayaraq azərbaycanlıları öldürür, malına qəsd edir və hər cür hərəkətlə onları öz yerlərindən didərgin salmağa çalışmışlar. Yaşadıqları Meşəli kəndi erməni kəndlərinin yaxınlığında olduğuna görə onların kəndinə tez-tez silahlı hücumlar olurmuş. Həmin vaxtlar kənd əhalisi məcbur olub kəndi qorumaq üçün müdafiə dəstəsi yaratmışlar. Əmisi Əjdər də həmin kənd özünü müdafiə dəstəsinin üzvü olmuş, onlar axşam və gecələr postlarda dayanmışlar, gündüzlər isə öz işləri ilə məşğul olmuşlar. Kənd özünü müdafiə dəstəsinə kömək olaraq, təxminən 10-20 nəfər Milli Ordunun könüllü əsgərləri gəlmiş, onlar əsasən məktəbdə yerləşmişlər, bəziləri şəxsi evlərdə yaşamışlar. Onlardan başqa könüllü milis işçiləri də kəndə kömək göstərmək üçün gəlmişlər, onlar da kəndin müdafiəsində iştirak etmişlər. 22 dekabr 1991-ci il tarixdə o özü gecə nənəsi Zərərçəkmiş şəxs48 evinə getmiş və həmin gecə nənəsigildə qalmışdır. 23 dekabr 1991-ci il tarixdə səhər saat 07 radələrdə nənəsi Zərərçəkmiş şəxs20 və bibisi Elmira Mehrəliyeva onu yuxudan oyadaraq demişlər ki, çoxlu sayda erməni silahlıları Meşəli kəndinə hər tərəfdən hücum edərək, evləri yandırıb, kənd sakinlərini qırmağa başlayıblar, odur ki, qonşuları Zərərçəkmiş şəxs36 evinə getməlidirlər. Onlar Novruz kişigilə gedəndə Novruzun evində ailə üzvlərindən başqa Ağdam rayonundan olan milis işçisi Zərərçəkmiş şəxs54 da olmuşdur. Həmin şəxs də döyüşdə Novruzun evində həlak olmuşdur. Onlardan başqa Novruzgilə daha 2 ailə, bir nəfər qadın da gəlmiş, ermənilər hər tərəfdən evi atəşə tutduğuna görə evdən çıxıb qaça bilməmişlər. Sonra bibisi Elmira demişdir ki, evin üst tərəfi yanır, nəyin bahasına olursaolsun evdən çıxıb qaçmalıdırlar. Ermənilərin hücumunun qarşısını almaq üçün kəndin silahlı özünü müdafiə dəstəsi və könüllülər ermənilərlə vuruşmağa başlasalar da qüvvələr qeyri-bərabər olduğundan, habelə hücum səhər tezdən və qəflətən olduğundan çoxlu sayda kəndin mülki şəxsləri ölmüşdür. Onlar evdən çıxıb qaçmaq istəyəndə, o, ayaqlarından və əlindən, bibisi Elmira isə belindən güllə yarası almışdır. Zərərçəkmiş şəxs36 qızı Rahilə isə evdən çıxan zaman onu ermənilər vurub öldürmüşlər. Onlar yenidən evin içərisinə qayıtmışlar, üstlərinə yorğan-döşək tökmüşlər ki, onlara güllə dəyməsin. Elmira bibisi isə bayırda yaralı qalmış, onu evə salmağa ermənilər imkan verməmişlər. Sonra Novruz kişini də ermənilər güllə ilə vurub öldürmüşlər. Ermənilər Elmiranın yaralı qaldığı yerə yandırıcı maddə atmışlar, bibisi Elmiranın saçları yanmışdır. Onlar Elmiranı çətinlikə dartıb evin içərisinə salmışlar. Elmira bibisi Novruz kişinin oğlu Barata demişdir ki, «məni vur öldür ki, ermənilərə əsir düşməyim» lakin Barat demişdir ki, onu öldürə bilməz. Sonra onlar çətinliklə həmin evdən çıxıb qaçmağa başlamışlar. Qaçan zaman dəfələrlə onlar atəşə tutulmuşlar. Həmin vaxt Novruz kişinin digər qızını da ermənilər vurub öldürmüşlər. Bibisi Elmira yaralı yolda qalmış, o isə qaça-qaça oradan uzaqlaşmışdır. Yolda bir nəfər əli silahlı, hündür boylu, üzündə qara xalı olan erməni görmüşdür. O, hamıdan qabaqda olmuş, erməni onu vurmamışdır. Onlar qaçan zaman onlarla birlikdə Zərərçəkmiş şəxs32, onun arvadı Rüba, oğlanları Mətləb və onların qışqırığına gəlmiş oğlu İsmayıl da olmuşlar. Həmin üzündə xalı olan erməni Mətləbi yanına çağırmış, lakin onun yanına getmədiyinə görə, erməni onu güllə ilə vurub öldürmüşdür. Onlar qaçan zaman onlarla birlikdə Zərərçəkmiş şəxs44 arvadı Qələbə də olmuş, Qələbə demişdir ki, «mənim yoldaşımı öldürüblər, onu qoyub gəlmişəm, heç olmasa biz salamat burdan çıxaq». Onlar bir qədər getdikdən sonra Qənimətin arvadı Rübanı da ermənilər vurub öldürmüşlər. Onlar əsgərlər olan məktəbin binasına gəlib çatmışlar, həmin binada 3 ailə də olmuşdur. Həmin vaxt kənd camatından olan məktəbdə 8-9-cu sinifdə oxuyan Zərərçəkmiş şəxs45 meyitini görmüşdür. Qənimət kişinin kiçik oğlu İsmayılı da orada vurub öldürmüşlər. İsmayılı yaralı vəziyyətdə çıxarmaq istəyən həmkəndlisi Zərərçəkmiş şəxs16 da yaralanmışdır. Nemətin qardaşı Zərərçəkmiş şəxs17 da ayağından yaralanmışdır. Sonra onlar kəndin kənarında olan çayı keçib Qaragav kəndinə tərəf getmişlər, bir az gedəndən sonra atası Çərkəz onları tapmış, atası onu belinə alıb Qaragav kəndinə aparmışdır. Qaragav kəndində yaralıları yerbəyer etdikdən sonra atası Çərkəz yenidən öz kəndlərinə qayıtmışdır. Sonra bibisi Elmiranı Ağdam rayonundakı xəstəxanıya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, həmin hücum zamanı yaşadığı Meşəli kənd sakinlərindən 20 nəfər həlak olmuş, təxminən 15 nəfər isə yaralanmışdır. Eşitdiyinə görə, ölənləri maşına yığıb Laçının Fərrəş kəndinə aparıb orada dəfn etmişlər. 23 dekabr 1991ci il tarixdəki döyüşdə iştirak etmiş könüllülərdən yalnız Yevlax rayonundan olan Zərərçəkmiş şəxs58 tanımışdır. Meşəli kəndinə hücum etmiş ermənilərdən Aramis, Armen və həmin üzünda xalı olan ermənin isə adının Andranik olamısını kənd adamlarından eşidib bilmişdir. Həmin ermənilərin əsasən onların kəndi ilə qonşu kənd olan Badara kəndindən olmuşlar. X38 məhkəməyə teleqram ünvanlyayaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi mərhum Zərərçəkmiş şəxs51 övladı Zərərçəkmiş şəxs51 Əli oğlunun ibtidai istintaq zamanı verdiyi və cinayət işinin materiallarında olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 23 dekabr 1991ci il tarixdə saat 07 radələrində erməni silahlı dəstələrinin avtomat, pulemyot, oqnemyot, qranatamyot və digər iriçaplı silahlardan istifadə etməklə Meşəli kəndinə hücumu zamanı atası Zərərçəkmiş şəxs51 xalası oğlu Zərərçəkmiş şəxs50 idarə etdiyi “UAZ” markalı avtomobil ilə yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs30 arvadı Zərərçəkmiş şəxs31 ilə birlikdə Şuşa xəstəxanasına apararkən, Meşəli kəndinin çıxacağında olan “Arduş bağı” adlandırılan yerdə erməni silahlıları avtomobili atəşə tutaraq içərisində olan şəxslərin hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bundan başqa anasından və kənd sakinlərindən eşitmişdir ki, erməni silahlı dəstələrinin üzvləri həmin hücum zamanı kənd sakinləri Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs39, X69, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs44 Museyib oğlu, Kazımov X21 Vidadi Müsü oğlu, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs46, X96, X221, X27, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs58 Əyyub oğlu, Zərərçəkmiş şəxs56, Ağdam rayonun Xıdırlı kəndindən olan polis əməkdaşı Zərərçəkmiş şəxs54, özünü müdafiə dəstəsinin hərbi qulluqçular Musa və Tahir adlı şəxsi də öldürmüşlər. Erməni silahlıları Novruz, Adilə, Ruba və Rahilənin evlərində həyətində öldürdükdən sonra onların meyitlərini yandırmışlar. Əvəz, Qöncə və Vidadini öldürdükdən sonra onların meyitlərini də yandırmışdılar. Sonra Xocalı rayonunda yerləşən özünü müdafiə dəstələri və hərbi qulluqçuları, Kosalar kəndinin polis və özünü müdafiə dəstəsinin üzvləri, həmçinin xüsusi təyinatlı polis dəstəsinin üzvləri Meşəli kəndinə gələrək erməni silahlılarına atəşlər açaraq onları kəndi tərk etməyə məcbur etmişlər. Atasının meyiti Laçın rayonunun Fərraş kəndində dəfn edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Zərərçəkmiş şəxs58 həyat yoldaşı, X7 ibtidai istintaq zamanı verdiyi və cinayət işinin materiallarında olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, mərhum əri Zərərçəkmiş şəxs58 Qarabağda ermənilərlə milli zəmində döyüşlər başladığından, 1990-cı ilin dekabr ayında könüllü olaraq döyüşməyə getmiş, 1991-ci ildə isə evə gəlib döyüş yoldaşları ilə birlikdə Əsgəran rayonunun Meşəli kəndinin ermənilərdən müdafiəsində iştirak edəcəyini bildirmişdir. 1991-ci ilin dekabr ayının 24-25-də Yevlax rayon hərbi komissarlığından ona əri Zərərçəkmiş şəxs58 Qarabağda yaralanması bildirilsə də səhəri gün onun meyiti gətirilmiş və bir gündən sonra Yevlax rayonundakı Yədili qəbiristanlığında dəfn edilmişdir. Mərşum əri Zərərçəkmiş şəxs58 yas mərasimində iştirak edən döyüş yoldaşları onun 23 dekabr 1991-ci il tarixdə Əsgəran rayonunun Meşəli kəndində ermənilərin silahlı hücumu zamanı şəhid olduğunu bildirmişlər. X20 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş Şuşa rayon polis şöbəsinin post-patrul xidmətinin sabiq qərargah rəisi Şahid1 ifadəsində göstərmişdir ki, o özü əslən Şuşa rayonunun Malıbəyli kəndindəndir. O əvvəllər SSRİ-nin dövründə hərbçi olmuş, 1990-cı illərdə baş leytenant rütbəsində rus ordusunan tərxis olunmuş və Azərbaycana gəlmişdir. Onun Azərbaycana gəlməyində məqsədi ermənilərlə azərbaycanlılar arasında olan milli münaqişələrdə öz biliyini göstərib, öz ölkəsinə köməklik etmək olmuşdur. Onun yaşadığı Şuşa rayonunun Malıbəyli kəndi Xankəndi şəhərinə çox yaxın məsafədə yerləşmiş, həmin ərazilərdə olan kəndlərdə yaşayan ermənilər və azərbaycanlılar hamısı bir-birini tanımışlar. O, əvvəlcə DİN Şuşa rayonunun Polis şöbəsinin PPX-nin tağım komandiri, sonra bölük komandiri, daha sonra isə qərargah rəisi kimi xidmət etmişdir. Həmin vaxtlar Qarabağda yaşayan ermənilərlə Azərbaycanlılar arasında milli münasibətləri qırışdıran ermənilər olmuş, Qarabağda yaşayan ermənilərin 80 faizi bu münaqişələrdə iştirak etmişlər. Qarabağda yaşayan azərbaycanlılarla milli münaqişə yaradanların başında fəal olanlar Samuyel Babayan, Vitali Balasanyan, Sarkisyan, Köçəryan, Armais, Manukarov və başqaları olmuşlar. Həmin şəxslər erməni əhalisini məcbur edib, azərbaycanlılarla milli münaqişələrə cəlb etmişlər, onlar erməni əhalisini mitinqlərə, azərbaycanlıları öldürməyə cəlb etmişlər. Köçəryanının 2 böyük komandası olmuş, onların bir hissəsi Ermənistandan gələn fiziki görünüşü idmançı olan xüsusi hazırlanmış adamlar olmuşlar. Həmsin şəxslər Qarabağ vətəndaşı olmayan ermənilər olmuşlar. Həmin şəxslər erməni kəndlərinə daxil oluraraq, əlinə silah alıb mitinqlərə qoşulmayan ermənilərin ailələrinə sataşmış, lazım gələndə isə onları öldürmüşlər. İkinci komandanın işi isə azərbaycanlılarla döyuşdən qaçan, döyüşmək istəməyən erməni əsgərlərini öldürmək olmuşdur. Vaqif Xaçaturyana ermənilər öz aralarında «Vladik» deyirmişlər. Təqsirləndirilən şəxs barəsində onlarda böyük məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs azərbaycanlılara qarşı aparılan milli münaqişələrdə iştirak etmişdir. Tutularaq Şuşa həbsxanasında saxlanılan milli münaqişədə iştirak edən 337 nəfərdən artıq erməni olmuşdur. Həmin şəxslər Azərbaycanla ermənilər arasında milli münaqişəni qızışdıran ermənilər olmuşdur. Onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxsı 1991-ci ilin yay aylarında həbs edib Şuşa həbsxanasına salmışlar. Təqsirləndirilən şəxsı saxladıqları vaxt onun üzərində avtomat silahı və bıçaq olmuşdur. Təqsirləndirilən şəxs Şuşa həbsxanasında bir aydan artıq saxlanılmışdır. Bir dəfə ona məlumat verilmişdir ki, Vaqif sol qolunun dirsək bükümündə olan öz damarını dişi ilə dişləyib özünə xəsarət yetirmişdir. Vaqifi xəstəxanaya aparmışlar və onun yarasına həkimlər tərəfindən tikiş qoyulmuşdur. Xəstəxanada olanda Vaqif yarası tikildikdən sonra da yarasında olan tikişi yenidən dişi ilə söküb yenə də özünə xəsarət yetirmək istəmişdir. Sonralar Təqsirləndirilən şəxs məhkəməsiz Şuşa həbsxanasından azadlığa buraxılmışdır. Bir neçə ay sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs 23 dekabr 1991-ci il dekabr ayının 23də Meşəli hadisələrində iştirak etmişdir. 23 dekabr 1991-ci il dekabr ayının 23-də Meşəli hadisəsi baş verən gün o, Şuşa rayonunun Malıbəyli kəndinin müdafiəsində olmuş, həmin günün səhəri bir neçə nəfərlə Meşəli kəndinə getmişlər. Meşəli kəndində 11 nəfər erməninin kəndi qarət etməsini görmüşlər. Həmin vaxt bir gün əvvəl Meşəli kəndində ermənilərin qətliamlar törətdiyini, evləri, tövlələri, mal qaranı diri-diri yandırdıqlarını, kənddə olan itləri, pişiklər, bütün canlıları məhv etdiklərinin şahidi olmuşdur. Kəndin içində bir neçə meyit də olmuş, onları dəfn eləmişlər, lakin kim olduqlarını da bilməmişlər. Təqsirləndirilən şəxs 29 iyul 2023-cü ildə Azərbaycanda Laçın keçid məntəqəsində saxlanıldıqdan sonra ibtidai istintaq zamanı ona tanınmaya təqdim olunanda o, Təqsirləndirilən şəxsı tanımışdır və onun sol qolunun dirsək nahiyəsində olan bükümündə xəsarət izləri olacağını da bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özü də onu tanımış və 1991-ci ilin yay aylarında onu həbs edən şəxs olduğunu etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xocalı şəhər sakini Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Xankəndi şəhərində yerləşən 2718 №-li avtobazanın qarajında işləyərkən, Təqsirləndirilən şəxs da onunla birlikdə həmin avtobazada işləmiş və bortlu «ZİL” markalı avtomobilin sürücüsü olmuş, bir neçə aydan sonra isə Təqsirləndirilən şəxs Xankəndi şəhərində yerləşən Aqrar-sənaye idarəsinə keçmiş və orada da sürücü kimi işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ortaboylu, ondan bir qədər hündür, bir az arıq, əzələli, fiziki cəhətdən güclü, qara uzun saçlı, bığlı olmuşdur. Şahid2 Təqsirləndirilən şəxs atası Çərkəzi də tanımış və 1983-1984-cü illərdə yolüstü Badara kəndinə gedərək ondan iki dəfə tut arağı almışdır. 23 dekabr 1991-ci il tarixdə erməni silahlılarının Meşəli kəndində hücumu zamanı Meşəli kəndindən olan öldürülmüş qohumlarının Laçın rayonu ərazisində dəfn mərasimində iştirak edərkən həmin hücumda və kənd sakinlərinin qətlə yetirilməsində Təqsirləndirilən şəxs da olduğunu, sonuncunun silahlı dəstələrin birinə başçılıq etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, 12 noyabr 2013-cü il tarixdə Xüsusi istintaq şöbəsinin sabiq rəisi, ədliyyə polkovniki Rauf Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, 14 noyabr 2013cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilmişdir. 29 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman «Laçın» X41 saxlanılaraq istintaqa təqdim olunmuş və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 22 sentyabr 2023-cü il tarixdə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 103, 107, 109, 112, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələri və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə tövsif edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs iştirakı ilə 07 sentyabr 2023-cü il tarixdə aparılmış şəxsin tanınması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 təqdim olunmuş şəxslər arasında o, Təqsirləndirilən şəxs göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da onun gözlərinin rəngindən, başının və burnunun formalarından tanıdığını və 23 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin tərkibində Meşəli kəndinə hücum edən, kənd sakinlərinin bir qismini qətlə yetirən, bir qismini isə yaralayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X234 Xaçatryanın iştirakı ilə 07 sentyabr 2023-cü il tarixdə aparılmış şəxsin tanınması istintaq hərəkəti zamanı Eldar Quliyevə təqdim olunmuş şəxslər arasında o, Təqsirləndirilən şəxs göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rəngindən, başının və burnunun formalarından tanıdığını və 23 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin tərkibində Meşəli kəndinə hücum edən, kənd sakinlərinin bir qismini qətlə yetirən, bir qismini isə yaralayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X217 Xaçatryanın iştirakı ilə 07 sentyabr 2023-cü il tarixdə aparılmış şəxsin tanınması istintaq hərəkəti zamanı Barat Novruzova təqdim olunmuş şəxslər arasında o, Təqsirləndirilən şəxs göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rəngindən, başının və alın nahiyəsinin formalarından tanıdığını və 23 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin tərkibində Meşəli kəndinə hücum edən, kənd sakinlərinin bir qismini qətlə yetirən, bir qismini isə yaralayan, girov götürülərkən təpik və avtomat silahının qundağı ilə ona zərbələr yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs iştirakı ilə 04 sentyabr 2023-cü il tarixdə aparılmış şəxsin tanınması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 təqdim olunmuş şəxslər arasında o, Təqsirləndirilən şəxs göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rəngindən, başının, qaşlarının və burun nahiyəsinin formalarından tanıdığını və 23 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin tərkibində Meşəli kəndinə hücum edən, kənd sakinlərinin bir qismini qətlə yetirən, bir qismini isə yaralayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs iştirakı ilə 04 sentyabr 2023-cü il tarixdə aparılmış şəxsin tanınması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 təqdim olunmuş şəxslər arasında o, Təqsirləndirilən şəxs göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rəngindən, başının və burnunun formalarından, sifət quruluşu və cizgilərindən tanıdığını və 23 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin tərkibində Meşəli kəndinə hücum edən, kənd sakinlərinin bir qismini qətlə yetirən, bir qismini isə yaralayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 iştirakı ilə 01 sentyabr 2023-cü il tarixdə aparılmış fotoşəkillər üzrə şəxsin tanınması istintaq hərəkəti zamanı ona təqdim olunmuş fotoşəkillər arasında o, Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rənginə, burun, alın və digər sifət cizgilərinə görə tanıdığını və 1991-ci ilin əvvəllərində avtomaşını ilə gətirdiyi ot yükünü yandıran şəxsin, habelə 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum edən şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 iştirakı ilə 31 avqust 2023-cü il tarixdə aparılmış fotoşəkillər üzrə şəxsin tanınması istintaq hərəkəti zamanı ona təqdim olunmuş fotoşəkillər arasında o, Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, baxışlarına və sifət cizgilərinə görə tanıdığını və 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum edən şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs6 iştirakı ilə 31 avqust 2023-cü il tarixdə aparılmış fotoşəkillər üzrə şəxsin tanınması istintaq hərəkəti zamanı ona təqdim olunmuş fotoşəkillər arasında o, Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rənginə və sifət cizgilərinə görə tanıdığını və 23 dekabr 1991-ci il tarixdə Badara kəndində yaşayan erməni silahlıları ilə birlikdə Meşəli kəndinə hücum edən şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 iştirakı ilə 31 avqust 2023-cü il tarixdə aparılmış fotoşəkillər üzrə şəxsin tanınması istintaq hərəkəti zamanı ona təqdim olunmuş fotoşəkillər arasında o, Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rənginə, burun və alın formalarına, sifət cizgilərinə görə tanıdığını və 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndinə hücum edən şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs8 iştirakı ilə 31 avqust 2023-cü il tarixdə aparılmış fotoşəkillər üzrə şəxsin tanınması istintaq hərəkəti zamanı ona təqdim olunmuş fotoşəkillər arasında o, Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək, onu zahiri əlamətlərinə görə, yəni bir qədər yaşlansa da, gözlərinin rənginə, burun və alın əlamətlərinə, sifət cizgilərinə görə tanıdığını və 23 dekabr 1991-ci il tarixdə Badara kəndində yaşayan erməni silahlıları ilə birlikdə Meşəli kəndinə hücum edib kənd sakini Nemət Cəbiyevin evi istiqamətindən daxil olan, avtomat silahı ilə kənd sakinlərinə atəş açan, əynində yaşıl və qəhvəyi rəngli rus hərbiçilərinin hərbi forması olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 yanvar 1992-ci il tarixli protokoldan görünür ki, hadisə Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndində baş vermiş, baxış keçirilən zaman həmin kənddə yaşayış olmamış, kənd sakinlərinə məxsus bəzi evlər əşyaları ilə birlikdə yandırılmış, bəziləri dağıdılmış, tövlələr mal-qara ilə birlikdə yandırılmış, bəzi kənd sakinlərinin mal-qarası oğurlanmış, “Gündəlik tələbat malları” mağazasının binası dağıdılmış, “Qarışıq mallar” mağazası, kənd klubunun binası və DİN-nin “UAZ” markalı avtomaşını yandırılmış, kolxozun taxıl anbarının bir hissəsi dağıdılmışdır. Hadisə yerinə baxış keçirilən zaman minamyot və avtomat silahlarının atılmış gilizləri aşkar edilərək götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2007ci il tarixli 294 №-li, 295 №-li, 296 №-li, 297 №-li, 298 №-li, 299 №-li, 300 №-li, 301 №-li, 302 №-li, 303 №-li, 304 №-li, 305 №-li, 21 noyabr 2007-ci il tarixli 319 №-li, 320 №-li, 321 №-li, 322 №-li, 323 №-li, 324 №-li, 325 №-li, 326 №-li, 327 №-li, 328 №-li, 329 №-li və 330 №-li rəylərindən görünür ki, Zərərçəkmiş şəxs32, X119, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs37, X153, X11, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs54, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs56 və Zərərçəkmiş şəxs58 23 dekabr 1991-ci il tarixdə odlu silahdan atılmış güllə yaraları nəticəsində ölmələri inkar edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli K/338-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs57 23 dekabr 1991-ci il tarixdə baş nahiyəsinin odlu silah güllə yaralanması nəticəsində ölməsi istisna olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2023-cü il tarixli K/341-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs52 23 dekabr 1991-ci il tarixdə aşağı temperaturun orqanizmə ümumi təsiri (donvurma) nəticəsində ölməsi istisna olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 avqust 2005-ci il tarixli 12/H №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs53 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ körpücük sümüyü və sol döş qəfəsi nahiyələrinin odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 iyul 1992-ci il tarixli 1770 №-li rəyindən görünür ki, X97 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ budun yuxarı 1/3-i nahiyəsinin kor odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2005-ci il tarixli 130 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs47 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ budun arxa səthinin odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 iyul 1992-ci il tarixli 1771 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs15 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sol baldır nahiyəsinin yuxarı 1/3-nin qamış sümüyünün açıq qəlpəli sınıqları ilə müşaiyət olunan dəlib keçən odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 1992-ci il tarixli 181 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs17 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ bud nahiyəsinin yumşaq toxumalarının kor odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2005-ci il tarixli 245 №-li rəyindən görünür ki, X8 məhkəmə-tibbi müayinəsi zamanı bədənində döş qəfəsinin sağ yarısının və sol baldırın yuxarı 1/3-i nahiyəsinin odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 avqust 2023cü il tarixli K/306-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs19 məhkəmə-tibbi müayinəsi zamanı bədənində başın alın nahiyəsinin, sağ diz oynağının bayır səthinin və sağ baldırın orta 1/3-nin odlu silah güllə və qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2007ci il tarixli 317 №-li rəyindən görünür ki, X13 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ ayaq pəncəsinin aşıq-baldır oynağının və sol ayaq pəncəsinin iç topuğunun dəlib keçən odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2005-ci il tarixli 365 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs48 Rza qızının məhkəmətibbi müayinəsi zamanı bədənində belin sağ aşağı nahiyəsinin küt travması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 1992-ci il tarixli 188 №-li və 22 avqust 2005-ci il tarixli 04/H №-li rəylərindən görünür ki, Zərərçəkmiş şəxs21 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ kürək nahiyəsinin yumşaq toxumalarının, hər iki kürəkarası nahiyənin, sağ ayağın birinci barmağının, sol bud nahiyəsinin dəlib keçən odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli K/320-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs22 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ sağrı nahiyəsinin yumşaq toxumalarının odlu silah qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 avqust 2005ci il tarixli 11/H №-li rəyindən görünür ki, X48 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sol yanaq, sağ əlin baş barmaq, sağ bud və sağ baldır nahiyələrinin odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 avqust 2023cü il tarixli K/281-2023 №-li rəyindən görünür ki, X14 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sol çiyinüstü və sol baldırın aşağı 1/3-nin arxa səthi nahiyələrinin odlu silah güllə və qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023cü il tarixli K/286-2023 №-li rəyindən görünür ki, X49 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sol bazunun orta 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin ön səthinin, başın sağ təpə nahiyəsinin və sol aşıq-baldır oynağının ön səthinin odlu silah qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023cü il tarixli K/283-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ budun yuxarı 1/3-nin və sol baldırın yuxarı 1/3-nin bayır səthinin odlu silah güllə və qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 oktyabr 2005-ci il tarixli 23/H №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs16 məhkəmə-tibbi müayinəsi zamanı bədənində başın sağ gicgah nahiyəsinin, sağ baldırın aşağı 1/3-nin və iç topuğun dəlib keçən odlu silah güllə və qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli K/329-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs27 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ bud sümüyünün açıq qəlpəli sınığı ilə müşaiyət olunan sağ budun yuxarı 1/3-nin dəlib keçən odlu silah güllə yaralanması, sağ budun yuxarı və orta 1/3-nin ön səthinin, sol içəri topuq nahiyəsinin odlu silah qəlpə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2023-cü il tarixli K/331-2023 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs28 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sol baldırın orta 1/3-nin ön səthinin və sol baldırın yumşaq toxumalarının dəlib keçən odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti 23 dekabr 1991-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 avqust 2023cü il tarixli 1116 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 məhkəmə-tibbi müayinəsi zamanı bədənində xayalığın, sol və sağ aşıq-baldır oynağı proyeksiyasının və sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın, sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası xəsarətləri müəyyən edilmiş, müddəti özünün göstərdiyi tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 fevral 2006-cı il tarixli 15 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs41 məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ budun və hər iki baldır nahiyələrinin odlu silah güllə yaralanması xəsarətləri müəyyən edilmiş, müddəti özünün göstərdiyi tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 №-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284- 2023 №-li rəylərindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, əmələ gəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/285-2023 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı “Ciddi aortal stenoz (qapaq darlığı). Ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, xroniki ürək çatışmazlığı İİ dərəcə. Hipertoniya xəstəliyi İİ mərhələ. Prediabet, qlükozaya qarşı tolerantlığın pozulması” diaqnozlu xəstəliklər müəyyən edilmiş, onda hal-hazırda mövcud olan “ciddi aortal stenoz (qapaq darlığı)” xəstəliyi 2-3 il ərzində ciddi ağırlaşmalara səbəb ola bilər, planlı qaydada 2-6 ay ərzində “aortal qapağın protezləşdirilməsi” cərrahi əməliyyatına ehtiyacı var, əməliyyat vaxtınadək və əməliyyata planlı qaydada hazırlıq dövründə istintaq hərəkətlərinin aparılmasına tibbi cəhətdən maneə yoxdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-tikinti, texniki və əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2007-ci il tarixli 4103/04 №-li və əlavə kompleks məhkəmə-tikinti, texniki və əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 9/67xx-xx/6703 №-li rəylərindən görünür ki, qanunsuz erməni silahlı birləşmələrinin və Ermənistan Respublikası Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 23 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində olmuş 340 nəfərdən ibarət 81 ailə təsərrüfatının hər birinin mülkiyyətində olan yaşayış evlərinə və əmlaklarına dəymiş maddi ziyanın ümumi məbləği hazırki bazar qiymətlərinə münasibətdə indeksləşdirmə nəzərə alınmaqla 13.568.060 manat, Xocalı rayonunun Meşəli kəndində olmuş dövlət müəssisələrinin əmlakına dəymiş maddi ziyanın ümumi məbləği isə 130.800 manat məbləğində müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə-portretşünaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1408 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskin daxilindəki fotogörüntüdə əks olunmuş və şərti olaraq “1”, “2” və “3” rəqəmləri ilə işarələnmiş fotoşəkillərdəki hərbi və mülki qeyimdə olan kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş fotogörüntüdə əks olunmuş və şərti olaraq “1”, “2” və “3” rəqəmləri ilə işarələnmiş hərbi və mülki qeyimdə olan şəxslərin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs dair fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 12 iyun 2013-cü il tarixli 10024/25a №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 ədəd predmetdən 3 ədədi 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarında, “RPK”, “RPKS” pulemyotlarında və “SKS” karabinlərində, digər 3 ədədi isə 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AK-74M”, “AKS-74”, “AKS-74 U” avtomatlarında, “RPK-74”, “RPKS-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış döyüş sursatı hesab edilən patronların atəş prosesində gülləsindən ayrılmış hissələridir-gilizləridir. Tədqiqata təqdim edilmiş bir ədəd bənövşəyi rəngli, üzərində qara zolaqları olan sviterin üzərində bir ədəd 8x7 mm ölçüdə, bir ədəd 12x10 mm ölçüdə və bir ədəd 10x8 mm ölçüdə deşib-keçən odlu silah zədələri və termiki təsir nəticəsində yaranmağa xarakterik izlər vardır, qeyd olunan zədələr giriş zədələri olmaqla yivli odlu silahdan açılmış atəşlər nəticəsində, diametri təxminən 7 mm olan güllələrin təsirindən, 1 metrdən yuxarı məsafədən, arxadan önə doğru istiqamətdə yaranmağa xarakterikdir. Tədqiqata təqdim edilmiş bir ədəd qızılı-qara rəngli, ön hissəsində ağ naxışları olan sviterin üzərində bir ədəd 7x6 mm ölçüdə, bir ədəd 15x10 mm ölçüdə, bir ədəd 10x8 mm ölçüdə və bir ədəd 10x10 mm ölçüdə deşib-keçən odlu silah zədələri və termiki təsir nəticəsində yaranmağa xarakterik izlər vardır, qeyd olunan zədələr giriş zədələri olmaqla yivli odlu silahdan açılmış atəşlər nəticəsində, diametri təxminən 7 mm olan güllələrin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yaranmağa xarakterikdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 2621 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Adaptivlik, inadkarlıq, situativlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən psixi-emosional sferasında qəzəb, aqressiya kimi emosional hallar yaranmış və qeyd edilən emosional vəziyyət davranışını müəyyən etmişdir. Həmin halın yaranması Azərbaycan xalqına qarşı düşmənçilik münasibəti, kin, nifrət bəsləməsi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Cinayət işinə əlavə edilmiş, Xocalı rayon İcra Hakimiyyəti başçısının Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 avqust 2023-cü il tarixli 5-51-1/2-14 №-li məktubu ilə göndərilmiş, 23 dekabr 1991-ci il tarixdə şəhid olan, yaralanan və erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalan Meşəli kənd sakinlərinin adlı siyahısından görünür ki, qanunsuz erməni silahlı birləşmələrinin təcavüzü nəticəsində 27 nəfər qətlə yetirilmiş, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınmışdır. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 08 sentyabr 2023-cü il tarixli 1099 №-li məktubu ilə göndərilmiş, “1994-cü il tarixli Qaytarılmaz itkilərin siyahısı” qovluğunun arxiv çıxarışlarından görünür ki, N №-li hərbi hissənin hərbi qulluqçusu, leytenant Zərərçəkmiş şəxs56 və sıravi əsgər Zərərçəkmiş şəxs58 23 dekabr 1991-ci il tarixdə Meşəli kəndində həlak olmuşlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, sosial şəbəkə resurslarında Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsində iştirak etməsi ilə bağlı hərbi geyimdə çəkilmiş fotoşəkilləri yayılmış, həmin fotoşəkillər bir ədəd CD-R formatlı diskə köçürülərək protokola əlavə edilmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 103, 107, 109, 112, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələri və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini, 1988-ci ilin noyabr ayının sonlarında Meşəli kənd sakinləri Zərərçəkmiş şəxs39 və Zərərçəkmiş şəxs9 Xankəndi şəhərində döyməməsi və Zərərçəkmiş şəxs9 bıçaqla xəsarətlər yetirməməsi, 20 avqust 1991-ci il tarixdə Xocalı rayon Meşəli kənd sakini Zərərçəkmiş şəxs41 idarə etdiyi “UAZ” markalı təcili tibbi yardım avtomobilinə atəşlər açılan zaman orada olmaması, 23 dekabr 1991-ci il tarixdə erməni silahlıları ilə birlikdə Əsgəran rayonunun Meşəli kəndinin azərbaycanlı əhalisinə qarşı hücumda, onların öldürülməsində, sağlamlıqlarına və əmlaklarına zərər vurulmasında iştirak etməməsi barədə ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslərdən və hüquqi varislərdən bir hissəsi Təqsirləndirilən şəxsı həmin hadisələrdə iştirakını şəxsən gördüklərini, bir hissəsi isə hadisə iştirakçılarından eşitdiklərini bildirmişlər. Bundan başqa məhkəmədə tədqiq olunmuş tanınma istintaq hərəkətlərinin protokollarindan da məlum olur ki, taninma zamanı da onlar Təqsirləndirilən şəxsı tanıdıqlarını bildirərək onun həmin hadisələr zamanı iştirak etməsini göstərmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-portretşünaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1408 №-li rəyindən də məlum olur ki, tədqiqata təqdim edilmiş fotogörüntüdə əks olunmuş və şərti olaraq “1”, “2” və “3” rəqəmləri ilə işarələnmiş hərbi və mülki qeyimdə olan şəxslərin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs dair fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Yəni Təqsirləndirilən şəxsn məhkəmə və ibtidai istintaq zamanı bildirdiklərinin əksinə olaraq ona məxsus hərbi geyimdə olan fotoları da onun silahlı hücumlarda iştirakını təsdiq edir. Məlumdur ki, həmin dövrdə keçmiş Dağlıq Qarabağ erməniləri azərbaycanlılara qarşı silahli münaqişədə idilər. Ermənilərin digər şəxslərə qarşı hər hansı bir silahli insidenti olmamlşdir ki, Təqsirləndirilən şəxs da hərbi geyimdə həmin silahli münaqişədə iştirak etsin. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 103, 107, 109, 112, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələri və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün o həmin maddə üzrə təqsirli bilinməli, amma ona cəza təyin olunmamalıdır. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilir ki, qanuna görə beş ildən çox olmayaraq azadliqdan məhrumetmə təyin edilə bilən cinayət törədildiyi gündən beş il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsinin sanksiyasında beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (1975-ci il 08 aprel tarixli fərmanla təsdiq olunmuş redaksiyada). 2 aprel 1992-ci il tarixli qanunla həmin maddənin sanksiyası dəyişdirilərək həmin əmələ görə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, 24 dekabr 1996-ci il tarixli qanunla həmin maddənin sanksiyası yenidən dəyişdirilərək həmin əmələ görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsinə uyğun gələn hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin saksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müdətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına görə (Cinayət Məcəlləsinin 15-ci maddəsi) təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 228.1-ci maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsində göstərilmişdir ki, az ağır cinayət törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 44-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə də cinayət törədildiyi gündən beş il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü və 44.2.1-ci maddələrinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Təqsirləndirilən şəxs törətdiyi digər əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin «Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında» 26 noyabr 1968-ci il tarixli Qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il tarixdə qüvvəyə minmiş Konvensiyasını, Azərbaycan Respublikası CM-nin 75.5-ci maddəsinə əsasən, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərə həmin maddənin cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin məhdudlaşdırılmasına dair müddəalarının törədildiyi vaxtdan asılı olmayaraq tətbiq olunmamasını, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edildiyini, bu qəbildən cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin cinayətlərin törədilməsi yerindən asılı olmayaraq Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını, «Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında» Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli 106-İİİKQ №-li Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəasının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməzliyini, Azərbaycan Respublikası CPM-nin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilələrin qaydalarının tətbiq edilməsini, Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən qoşulduğu, 04 noyabr 1950-ci il tarixdə Avropa Şurası tərəfindən qəbul olunmuş «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən, törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmamasını, Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 15-ci maddəsinin 2-ci bəndinə əsasən, hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar Azərbaycan Respublikası CMnin 61.1.3-cü maddəsinə əsasən, cinayətlərin cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən, cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etməsi, Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən, cinayətlərin milli düşmənçilik niyyəti ilə törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən, cinayətlərin aşkar surətdə azyaşlı və qoca olan şəxslərə qarşı törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.8-ci maddəsinə əsasən, cinayətlərin öz qulluq borcunu yerinə yetirən şəxslərə qarşı törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.9-cu maddəsinə əsasən, cinayətlərin zərərçəkmiş şəxslərə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və işgəncə verməklə törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən, cinayətlərin odlu silahdan, partlayıcı vasitələrdən və digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi və Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən, cinayətlərin hərbi vəziyyət şəraitində törədilməsidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 103-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-nin 107-ci maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 109-cu maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 112-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələrinin sanksiyasında on ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 103-cü və 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələrinin 30 may 2014-cü il tarixli dəyişikliyədək qüvvədə olmuş sanksiyasında müvafiq olaraq on ildən on beş və yeddi ildən on beş ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli dəyişikliyədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin cəmi üzrə cəzalar toplananda qəti cəzanın müddəti 15 ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, xx.xx.2014-cü il tarixli dəyişikliyədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 103-cü və 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı və 66.3-cü maddələrinin həmin müdəalari tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 57.2-ci maddəsində göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzası qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmayan şəxslərə, habelə hökm çıxarılanədək 65 yaşına çatmış kişilərə təyin edilmir. Təqsirləndirilən şəxsn 65 yaşı tamam olduğu üçün ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsində göstərilir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətlərin xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki o, cəzasının ilk 5 ilini həbsxanada qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər ibtidai istintq zamanı mülki iddaçı qismində tanınsalar da onlar tərəfindən məhkəmədə müliki iddalar verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermələri izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 06 (altı) ədəd giliz, mərhum Zərərçəkmiş şəxs40 və Zərərçəkmiş şəxs37 hadisə zamanı əyinlərində olmuş geyim əşyaları Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən «Memorial soyqırım muzeyi»ndə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri –1.630 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs (Khachatryan Vagif) Azərbaycan Respublikası CM-nin 103, 107, 109, 112, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələri və Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs (Khachatryan Vagif) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs (Khachatryan Vagif) Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə 14 (on dörd) il müddətə, Cinayət Məcəlləsinin 107-ci maddəsi ilə 13 (on üç) il müddətə, Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə 09 (doqquz) müddətə, Cinayət Məcəlləsinin 112ci maddəsi ilə 07 (yeddi) müddətə, Cinayət Məcəlləsinin 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.15, 116.0.16-cı maddələri ilə 14 (on dörd) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 29 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan 06 (altı) ədəd giliz, mərhum Zərərçəkmiş şəxs40 və Zərərçəkmiş şəxs37 hadisə zamanı əyinlərində olmuş geyim əşyaları Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən «Memorial soyqırım muzeyi»ndə saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri –1.630 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-191/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-191/2023
07.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver