Məhkəmə qərarları › İş №1-1(093)-191/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-191/2024

07.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-191/2024 07.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust N001-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, barəsində <<başqa yerə getməmək haqqında iltizam>> növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün N-ci taqımının 1-ci manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 11 aprel N0N4-cü il tarixdə saat 19 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən hərbi şəhərcikdə xidmət aparan hərbi hissənin mühafizə bölüyünün nəzarət buraxılış məntəqəsinin növbətçisi kimi xidmətdə olarkən şəxsi istifadəsində olan mobil telefonunun enerjisi azaldığı üçün əsgər yeməkxanasına gedən həmin gün nəzarət buraxılış məntəqəsinin növbətçisinin köməkçisi kimi növbəyə təyin olunmuş hərbi hissənin mühafizə bölüyünün N-ci mühafizə taqımının 1ci mühafizə manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs mühafizə bölüyünün baş çavuşu, gizir X1 mobil telefonun şarj alətini gətirməsi barədə tapşırıq vermiş, lakin sonuncu axşam yeməyini yeyərək əsgər yeməkxanasından qayıdarkən Şirvin Qaçayevdən şarj alətini götürə bilməyib nəzarət buraxılış məntəqəsinin növbətçi otağına qayıtmış, həmin gün saat N0 radələrində orada olduğu zaman Şirvin Qaçayevin əsgər yeməkxanasında olmadığına görə şarj alətini götürə bilmədiyini ona bildirmiş, bu zaman o, əsəbi şəkildə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək şarj alətini gətirməsini tələb etmiş, sonuncu onun tapşırığını yerinə yetirmək üçün növbətçi otağını tərk etmək istədiyi zaman o, Zərərçəkmiş şəxs ünvanına yenidən nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmış, Zərərçəkmiş şəxs onun qeyd olunan hərəkətlərinə etirazını bildirdikdə o, rəis qismində hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı tabeliyində olan Zərərçəkmiş şəxs tərəf gəlib sol ayağı ilə sonuncunun sağ ayağında olan çəkmənin üzərindən basaraq hər iki əli ilə hərbi geyim formasının yaxa nahiyəsindən tutub Zərərçəkmiş şəxs bir neçə dəfə geriyə doğru zərblə itələyərək divara çırpmış və sağ dizi ilə Zərərçəkmiş şəxs xaya nahiyəsinə möhkəm şəkildə bir diz zərbəsi vurmaqla güclü fiziki ağrı ilə nəticələnən zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən 11 aprel N0N4-cü il tarixdə saat 19:00-dan 1N aprel N0N4-cü il tarixdə saat 19:00-dək N nömrəli hərbi hissənin Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən mühafizə bölüyünün nəzarət buraxılış məntəqəsinin növbətçisi, bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs isə nəzarət buraxılış məntəqəsinin növbətçisinin köməkçisi naryadına təyin olunmuşlar, 11 aprel N0N4-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs axşam yeməyini yemək üçün əsgər yeməkxanasına gedərək saat N0 radələrində yeməkxanadan qayıtmış, həmin vaxt o, Zərərçəkmiş şəxs növbətçi otağına girməməsini və çöldə yəni, nəzarət buraxılış məntəqəsinin qapısının yanında dayanmasını, ətrafa nəzarət etməsini tapşırmış, bu zaman Zərərçəkmiş şəxs onun sözlərinə kobud şəkildə cavab verərək ilk dəfə naryada təyin olunmadığını, onunla yaşıd olduğunu, xidmət zamanı necə davranmaq lazım olduğunu bildiyini demişdir. Bundan sonra onun əmrlərinə tabe olmalı olduğunu Zərərçəkmiş şəxs nəzərinə çatdırsa da sonuncu “mən sizinlə yaşıdam, mənə nə əmr verirsiniz? bilsəydim sizinlə naryad çıxmazdım” ifadələrini işlətmiş, Zərərçəkmiş şəxs diqqətinə yaşıd olmalarının nəyisə dəyişmədiyini, komandir olduğunu, ona tabe olduğunu çatdırmış, həmçinin onunla xidmət etmək istəmədiyi halda bölüyə gedərək bölüyün baş çavuşuna bununla bağlı müraciət edə biləcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs əsəbi şəkildə onun sözlərinə “mən psixəm, mənim başımı xarab eləməyin, səni burdan götüzdürərəm” deyə cavab vermiş, bundan sonra o, Zərərçəkmiş şəxs bu cür davranışını, görüb növbətçi otağına daxil olaraq bölüyün baş çavuşu, gizir XN zəng edərək baş verənlər barədə məlumat vermiş, Şirvin Qaçayev baş verənlər barədə məlumat aldıqdan sonra nəzarət buraxılış məntəqəsinə gələcəyini bildirmiş və ona Zərərçəkmiş şəxs bölüyə göndərməsini tapşırmış, zəngi sonlandırdıqdan sonra Zərərçəkmiş şəxs növbətçi otağına daxil olaraq bir daha psix olduğunu bildirərək otaqda olan stola təpik zərbəsi vurmuş, o, Zərərçəkmiş şəxs əsəbi olduğunu görüb sonuncunu sakitləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs bölüyə getməsini tapşırmışdır. Zərərçəkmiş şəxs növbətçi otağından çıxarkən “mən səni və var yoxunu buradan götüzdürəcəm, mənim əmim nazirlikdə işləyir” sözlərini deyərək bölüyə tərəf getmiş, bundan bir neçə dəqiqə sonra gizir Şahid1 nəzarət buraxılış məntəqəsinə yaxınlaşdığını görüb sonuncuya tərəf gedərək baş vermiş hadisə barədə məruzə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs qaça-qaça səs-küy salaraq ona tərəf gəldiyini görmüş, lakin qaranlıq olduğundan Zərərçəkmiş şəxs yanında hər hansı şəxsin olub-olmadığını dəqiq olaraq görə bilməmişdir. Zərərçəkmiş şəxs ona yaxınlaşdığı zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş ŞahidN da Zərərçəkmiş şəxs arxasınca gəldiyini görmüş, Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini görüb Şahid1 və ŞahidN Zərərçəkmiş şəxs tutaraq kənara çəkib sakitləşdirərək bölüyə aparmışlar. Bundan bir qədər sonra baş vermiş hadisə ilə əlaqədar o və Zərərçəkmiş şəxs növbəni bölüyün digər hərbi qulluqçularına təhvil vermişlər. O, 11 aprel N0N4-cü il tarixdə saat N0 radələrində Zərərçəkmiş şəxs qarşı zorakılığa və ya təhqirə yol verməmiş, sol ayağı ilə sonuncunun sağ ayağında olan çəkməsinin üzərindən basmamış, Zərərçəkmiş şəxs hərbi geyim formasının yaxa nahiyəsindən tutub sonuncunu bir neçə dəfə geriyə doğru zərblə itələyərək divara çırpmamış, o cümlədən Zərərçəkmiş şəxs Şirvin Qaçayevdən adapter gətirməsi barədə tapşırıq verməmiş, Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində yalan məlumat verərək ona böhtan atmışdır, həmin gün xidmətdə olduğu zaman smartfon tipli mobil telefondan istifadə etməmişdir. Hazırda Kəlbəcər rayonunda, N saylı hərbi hissədə, Ermənistanla şərti sərhəddə xidmətini davam etdirir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən bağışlanmasını, Kəlbəcər rayonunda, N saylı hərbi hissədə, Ermənistanla şərti sərhəddə xidmət etməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə və hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Çünki onun təqsiri tədqiq edilmiş və işdə olan mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir Şahid1 göstərdi ki, o, 11 aprel N0N4-cü il tarixdə saat N0 radələrində N nömrəli hərbi hissənin mühafizə bölüyünün Xızı rayonunun Giləzi qəsəbəsində yerləşdiyi ərazidə tibb məntəqəsinin qarşısında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş ŞahidN ilə söhbət etdiyi zaman nəzarət buraxılış məntəqəsi tərəfdən qışqırıq səslərini, yəni bir nəçə şəxsin yüksək səs tonu ilə qışqıraraq biri-biri ilə mübahisə etməsini eşitmiş, lakin hava qaranlıq olduğundan tam olaraq mübahisə edənlərin kim olduqlarını görə bilməmiş, buna görə də cəld şəkildə qaçaraq nəzarət buraxılış məntəqəsi tərəfə getmiş, ŞahidN da arxasınca gəlmiş, yolda olduğu zaman bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə rastlaşmış, sonuncu əsəbi halda təlaş içində qışqıra-qışqıra gəlmiş, arxaya çevrilərək təhqiramiz ifadələr işlətmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs üzəri dağınıq, əsəbiləşdiyindən üzü qızarmış, gözləri isə dolmuş şəkildə olmuşdur. O və ŞahidN Zərərçəkmiş şəxs yaxınlaşaraq nə baş verdiyini soruşduqda sonuncu gözləri dolmuş şəkildə tənginəfəs halda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs telefonla danışdığı kiməsə əsəbiləşdiyini, ondan adapter gətirməsini istədiyini və adapter apara bilmədiyi üçün əsəbiləşərək onu ağır söyüşlərlə təhqir etdiyini, yaxasından tutaraq divara çırpdığını və xaya nahiyəsinə dizi ilə vurduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həmçinin ayağını göstərərək Təqsirləndirilən şəxs onun sağ ayağında olan çəkməsini cırdığını demişdir. Bundan sonra ŞahidN Zərərçəkmiş şəxs tibb məntəqəsinə tərəf aparmış, o isə cəld şəkildə nəzarət buraxılış məntəqəsinə doğru getmişdir. O, nəzarət buraxılış məntəqəsinə yaxınlaşdığı zaman Təqsirləndirilən şəxs əlində bel kəmərini tutaraq həyacanlı şəkildə dayandığını görüb sonuncudan Zərərçəkmiş şəxs vurmasının səbəblərini və nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs əsəbi halda qışqıra-qışqıra onun sualına cavab verərək Zərərçəkmiş şəxs çölə çıxmasını tələb etdiyini və sonuncunun “mən psixəm, mənim başımı xarab eləməyin, səni buradan götüzdürərəm” ifadələrini işlətdiyini bildirmiş, buna görə də Zərərçəkmiş şəxs vurduğunu demişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs (hazırda tərxis edilmişdir, ehtiyatdadaır, məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Xızı rayonunun Giləzi qəsəbəsində xidmət aparan mühafizə bölüyünün N-ci taqımının 1-ci manqasının atıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən 11 aprel N0N4-cü il tarixdə saat 19:00-dan 1N aprel N0N4-cü il tarixdə saat 19:00dək Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin Xızı rayonunun Giləzi qəsəbəsinə dislokasiya olunmuş mühafizə bölüyünün nəzarət buraxılış məntəqəsinin növbətçisinin köməkçisi, xidmət etdiyi bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs isə nəzarət buraxılış məntəqəsinin növbətçisi kimi növbəyə təyin olunmuşlar. 11 aprel N0N4cü il tarixdə saat 19 radələrində o, Təqsirləndirilən şəxs icazəsi ilə axşam yeməyini yemək üçün mühafizə bölüyünün nəzarət buraxılış məntəqəsindən əsgər yeməkxanasına getdiyi zaman Təqsirləndirilən şəxs smartfon tipli mobil telefonunun enerjisi azaldığına görə bölüyün baş çavuşu, gizir X1 adapteri gətirməsi barədə tapşırıq vermiş, həmin vaxt o, Təqsirləndirilən şəxs mobil telefonla kiminləsə danışdığını, əsəbi olduğunu görmüş, bundan sonra o, əsgər yeməkxanasına gedərək axşam yeməyini yemiş, Şirvin Qaçayev orada olmadığı üçün adapteri götürə bilməyərək nəzarət buraxılış məntəqəsinə qayıtmışdır. Həmin gün saat N0 radələrində nəzarət buraxılış məntəqəsinin növbətçi otağına gələrək Təqsirləndirilən şəxs Şirvin Qaçayev əsgər yeməkxanasında olmadığı üçün adapteri götürə bilməməsi barədə bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əsəbi şəkildə onun ünvanına təhqiramiz ifadələr işlədərək adapteri gətirməsini ondan tələb etmiş, o, Təqsirləndirilən şəxs tapşırığını yerinə yetirmək üçün geriyə çevrilərək qapıdan çıxıb getmək istədiyi zaman sonuncu onun ünvanına yenidən təhqiramiz ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmışdır. Təqsirləndirilən şəxs bu sözlərindən sonra o, əsəbiləşərək Təqsirləndirilən şəxs tərəf çevrilmiş, yüksək səs tonu ilə hazıradək heç bir şəxsə onunla bu cür danışmasına icazə vermədiyini, həmçinin bu cür davranışına görə barəsində tədbir gördürəcəyini demiş, bu sözlərindən sonra Təqsirləndirilən şəxs daha da özündən çıxaraq ona tərəf gəlib sol ayağı ilə sağ ayağında olan çəkmənin üzərindən basmış, hər iki əli ilə onun hərbi geyim formasının yaxa nahiyəsindən tutub onu bir neçə dəfə geriyə doğru zərblə itələyərək divara çırpmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun çəkməsinin üzərindən basdığı üçün çəkmənin üst hissəsinin bir hissəsi alt hissəsindən qopmuş, bundan sonra Təqsirləndirilən şəxs anidən sağ dizi ilə onun xaya nahiyəsinə möhkəm bir zərbə vurmuş və o, zərbənin təsirindən xaya nahiyəsində dözülməz ağrı hiss etmişdir. Buna görə də Təqsirləndirilən şəxs onu vurmağa davam etməməsi üçün əlindən çıxaraq oradan qaçmış, ağlaya-ağlaya bölüyün əsgər yataqxanasına tərəf getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq gəlmiş və «gəl bura» deyərək qışqırmışdır. Buna baxmayaraq, o, dayanmadan bölüyün əsgər yataqxanasına tərəf qaçmış, lakin ağırının təsirindən qaça bilməyib yeriyərək yoluna davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq bölüyə tərəf getdiyini görüb daha arxasınca gəlməmişdir. O, əsgər yeməkxanasının yaxınlığında olduğu zaman bölüyün sanitar təlimatçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş çavuş ŞahidN onu görərək qarşısını kəsib nə baş verdiyini soruşmuş və o, Təqsirləndirilən şəxs onu vurduğunu ŞahidN danışmışdır. Həmin vaxt bölüyün inzibati- təsərrüfat manqasının komandiri, gizir Şahid1 da orada olmuşdur. ŞahidN onu dinlədikdən sonra bölüyün tibb məntəqəsinə tərəf aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır, məhkəmədən qanunamüvafiq qərar qəbul etməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü ildə məhkəməyə daxil olmuş teleqramında göstərilmişdir ki, o, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir, Təqsirləndirilən şəxs şikayətçi deyildir, məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş edir. İstintaq zamanı şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş ŞahidN (məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, o, 11 aprel N0N4-cü il tarixdə saat N0 radələrində N nömrəli hərbi hissənin mühafizə bölüyünün xidmət apardığı Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən ərazisində tibb məntəqəsinin qarşısında gizir Şahid1 ilə söhbət etdiyi zaman nəzarət buraxılış məntəqəsi tərəfdən qışqırıq səslərini, yəni bir nəçə şəxsin yüksək səs tonu ilə qışqıraraq biri-biri ilə mübahisə etməsini eşitmiş, lakin, hava qaranlıq olduğundan tam olaraq mübahisə edənlərin kim olduqlarını görə bilməmişdir. Buna görə də o, cəld şəkildə qaçaraq Şahid1la birlikdə nəzarət buraxılış məntəqəsi tərəfə getmişdir. O, yolda olduğu zaman bölüyün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə rastlaşmış, sonuncu əsəbi halda təlaş içində qışqıra-qışqıra gəlmiş, arxaya çevrilərək təhqiarmiz ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs üzəri dağınıq, əsəbiləşdiyindən üzü qızarmış və gözləri dolmuş şəkildə olmuşdur. O və Şahid1 əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq nə baş verdiyini soruşduqda sonuncu gözləri dolmuş şəkildə tənginəfəs halda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs telefonla danışdığı kiməsə əsəbiləşdiyini, ondan adapter gətirməsini istədiyini və adapter apara bilmədiyi üçün əsəbiləşərək onu ağır söyüşlərlə təhqir etdiyini və xaya nahiyəsinə dizi ilə vurduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həmçinin ayağını göstərərək Təqsirləndirilən şəxs onun sağ ayağının üstündən möhkəm şəkildə basaraq çəkməsini cırdığını demişdir. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə tərəf aparmış, Şahid1 isə nəzarət buraxılış məntəqəsinə doğru getmişdir. Əsgər Zərərçəkmiş şəxs yerə oturmuş və xayasında ağrılar olduğunu demişdir. Bu zaman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər: Ayxan Zeynalov və Elcan Əmiraslanov da orada olmuşlar. Bundan sonra o, Zərərçəkmiş şəxs yenidən tibb məntəqəsinə gətirmiş, bədən baxışı keçirmiş və həmin vaxt Zərərçəkmiş şəxs bədəni üzərində gözlə görünən hər hansı xəsarət olmamışdır. Bu hadisədən bir qədər sonra nəzarət buraxılış məntəqəsinə doğru getmiş və Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurmasının səbəblərini soruşmuş, sonuncu onun suallarına cavab olaraq, Zərərçəkmiş şəxs ona cavab qaytardığını və buna görə də əsəbiləşib vurduğunu, yaxasından tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu sözlərindən sonra o, Zərərçəkmiş şəxs vurmaqda səhvə yol verdiyini demiş, Zərərçəkmiş şəxs intizamsızlığı barədə bölük komandirinə məlumat verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs isə onun sözlərinə cavab olaraq “nə bilim, Allah şeytana lənət eləsin, məni işə saldılar” ifadələrini işlətmiş, bundan sonra o, tibb məntəqəsinə qayıtmışdır İş materiallarında olan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında N0N3-cü ildə tərtib olunmuş bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 54 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 14 fevral N0N3-cü il tarixli N əç nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Reespublikası Qanununun 36.1.1-ci, 38.1.N-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 34-cü maddəsinə və 7N-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nu bitirmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda başlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (Bakı şəhəri) gəlmiş hesab edilmiş və N fevral N0N3-cü il tarixdən hərbi hissənin sərəncamda olan şəxsi heyətinin siyahısına daxil edilmişdir İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N1 fevral N0N3-cü il tarixli 58 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin sərəncamında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Səlimov X3 nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 14 fevral N0N3-cü il tarixli N əç nömrəli əmri ilə hərbi hissənin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə, N1 fevral N0N3-cü il tarixdən sərəncamda olan şəxsi heyətin siyahısından çıxarılmış, vəzifəsini təhvil almış, icrasına başlamış və bütün növ təminatlrar daxil edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N6 dekabr N0N3-cü il tarixli 385 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin mühafizə bölüyünün N-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli N34 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs birləşmiş anbarlar bölməsinin mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün sutkalıq növbənin ətlimatlandırılması kitabından edilmiş çıxarışdan görünür ki, 11 aprel N0N4-cü il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs nəzarət-buraxılış məntəqəsinin növbətçisi, əsgər Zərərçəkmiş şəxs isə nəzarət-buraxılış məntəqəsinin növbətçisinin köməkçisi kimi növbəyə təyin olunmuşlar. İş materiallarında olan 15 avqust N0N4-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqımda iltizam” növündə qətikan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən təqdim edilmiş 15 may N0N4-cü il tarixli 950 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs onu təhqir etdiyini, bundan sonra yaxasından tutaraq silkələdiyini və dizi ilə xaya nahiyəsinə 1 (bir) zərbə vurduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 31 iyul N0N4cü il tarixli NN36 saylı ekspert rəyindən görünür ki, X5 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, hazırki psixi vəziyyətinə görə öz hərəkətləri üçün məsuliyyət daşımaq və onları idarə etmək (öz hərəkətlərini qavramaq, düzgün izahat vermək və s.) iqtidarındadır, hər hansı bir psixi xəstəlik aşkar edilmir İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 3-cü mühafizə manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün N-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. Lakin, 11 aprel N0N4-cü il tarixdən 1N aprel N0N4-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs nəzarət-buraxılış məntəqəsinin növbətçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs isə nəzarət-buraxılış məntəqəsinin növbətçisinin köməkçisi kimi növbəyə təyin olunduqlarından həmin növbədə olduqları müddətdə onların arasında tabelik münasibətləri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin N47-ci bəndinə əsasən nəzarət-buraxılış məntəqəsi növbətçisinə nəzarət-buraxılış məntəqəsi növbətçisinin köməkçiləri tabedirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N4 may N0N4-cü il tarixli 5095 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırda Kəlbəcər rayonunda, N saylı hərbi hissədə, Ermənistanla şərti sərhəddə yerləşən postda xidmət aparmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi 17N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 07 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin 17N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar