Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-192/2023 17.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimləri X3 (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovniki Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin izibati binasında xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsi rəisinin köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 08 iyun 2023-cü il tarixdə saat N radələrində hərbi hissənin ərazisində yerləşən subay hərbi qulluqçular üçün nəzərdə tutulmuş yataqxananın N nömrəli otağında istirahətdə olduğu zaman həmin hərbi hissənin xüsusi təyinatlı taborunun xüsusi təyinatlı qrupunun komandirinin müavini vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs otağa daxil olaraq orada xoşagəlməz qoxu olmasını ona bildirib hava təravətləndirici vasitəni püskürtməyə başlamasından narahat olmuş, Zərərçəkmiş şəxs hərəkətlərinə davam etməməyini tələb etsə də, sonuncunun buna əhəmiyyət vermədiyini görüb mübahisə etməyə başlamış, bu zaman o, Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı X1 1 və 3-cü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci bəndlərinin müvafiq olaraq «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı», «həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli», «hərbi nizamnamələrin tələblərini vicdanla yerinə yetirməli və nalayiq hərəkətlər etməməli» tələblərini kobud surətdə pozaraq qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs sağ üz nahiyəsinə sol əli ilə bir dəfə qüvvətli yumruq zərbəsi vurub hər iki ayaqlarından tutaraq badalaq fəndi işlətməklə arxası üstə yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ əng cibinin ön və bayır divarlarının qəlpəli yerdəyişən, yuxarı divarının ön hissəsinin cüzi yerdəyişən sınığı, sağ orbitanın bayır divarının yerdəyişməyən, sağ almacıq qövsün cüzi yerdəyişən sınıqları, əsas sümüyünün sağ böyük qanadının yerdəyişməyən sınığı, sağ gözətrafı nahiyyəsinin hematoması, konyuktival qansızması, sağ üst və alt qapaqların hematomaları, sağ körpücük sümüyünün akromial ucunun çıxığı» xəsarətlərini yetirməklə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə elan edilmiş ittihamla tam təqsirli bilərək göstərmişdir ki, o, Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən hərbi hissənin xüsusi təyinatlı taborunun xüsusi təyinatlı qrupunun komandirinin müavini vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən aralarında tabelik münasibəti olmayan Zərərçəkmiş şəxs ilə birlikdə həmin hərbi hissənin subay hərbi qulluqçuların yaşaması üçün nəzərdə tutulmuş yataqxanasının N nömrəli otağında birlikdə yaşamış, 08 iyun 2023-cü il tarixdə saat N radələrində N nömrəli otaqda yataraq istirahət edərkən səs eşidib ayılmış, bu zaman leytenant Zərərçəkmiş şəxs otağa daxil olub hava təravətləndirici vasitəni götürərək püskürtdüyünü görmüş, sonuncudan bunu dayandırmasını xahiş etsə də, Zərərçəkmiş şəxs otaqdan xoşagəlməz qoxu gəldiyini bildirərək hava təravətləndirici vasitəni püskürtməyə davam etmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Bu zaman o, əsəbi halda yerindən qalxmaqla qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq sol əli ilə sonuncunun sağ üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra Zərərçəkmiş şəxs ayaqlarından tutaraq badalaq fəndi ilə itələyərək yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Daha sonra Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsində tibbi yardım göstərilərək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə olunmuşdur. Zərərçəkmiş şəxs göstərmişdir ki, o, N nömrəli hərbi hissədə subay hərbi qulluqçuların yaşaması üçün nəzərdə tutulmuş yataqxananın N nömrəli otağında hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisinin köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs ilə birlikdə yaşamış, 08 iyun 2023-cü il tarixdə saat 16:40 radələrində şəxsi əşyalarını götürmək üçün həmin otağa daxil olmuş, leytenant Təqsirləndirilən şəxs hərbi hissə növbətçisi olacağı üçün otaqda yataraq istirahət etmiş, ikisindən başqa otaqda heç kəs olmamış, otağa daxil olduğu zaman otaqdan xoşagəlməz qoxu gəldiyini hiss edib orada olan hava təravətləndirici vasitəni götürərək püskürtməyə başlamış, bu zaman leytenant Torğul Taroyev hava təravətləndirici vasitəni püskürtməyi dayandırmağı ondan xahiş etsə də, xoşagəlməz qoxunu hiss etdiyi üçün hava təravətləndirici vasitəni püskürtməyə davam etmiş, bu hərəkətinə görə Təqsirləndirilən şəxs əsəbiləşdiyindən yatağından qalxıb ona doğru yaxınlaşaraq əsəbi halda sol əlini sıxıb üz nahiyəsinə bir dəfə qüvvətli yumruq zərbəsi vurmuş, dərhal sonra hərəkətlərinin davamı olaraq onun ayaqlarından tutub badalaq fəndi işlədərək yerə yıxmışdır. Bu zaman o, hərəkətsiz vəziyyətdə dayanmışdır. Zərbənin təsirindən xəsarət almış, onun hərəkətsiz vəziyyətdə dayandığını görüb Təqsirləndirilən şəxs üzərindən qalxmışdır. Bundan sonra hərbi hissənin tibb məntəqəsində tibbi yardım göstərilərək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə olunmuşdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, tibb xidmət leytenantı Şahid ifadəsində göstərmişdir ki, o, hərbi hissənin tibb xidmətinin rəisi vəzifəsində, tibb xidməti leytenantı hərbi rütbəsində xidmətdə olarkən 08 iyun 2023-cü il tarixdə saat 17:30 radələrində xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisinin köməkçisi, leytenant Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək dərman vasitəsinə ehtiyac olmasını bildirmiş, narahat olub leytenant Təqsirləndirilən şəxs yaşadığı Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin subay hərbi qulluqçular üçün nəzərdə tutulmuş yataqxanasının N nömrəli otağına getmiş, otağa daxil olduqda hərbi hissənin xüsusi təyinatlı taborunun xüsusi təyinatlı qrupunun komandirinin müavini, leytenant Zərərçəkmiş şəxs orada uzanmış vəziyyətdə olduğunu görmüş, diqqətlə baxdıqda leytenant Zərərçəkmiş şəxs xəsarət aldığını, ağrı hiss etdiyi üçün uzandığını müəyyən etmiş, tibb məntəqəsinə aparılaraq Zərərçəkmiş şəxs tibbi yardım göstərilmiş, ilkin müayinədən sonra hərbi hissənin “Zədələnmələrin qeydiyyatı kitabı”nda müvafiq qeydiyyat aparılmış, ilkin müayinə zamanı leytenant Zərərçəkmiş şəxs bədən səthində «sağ periorbital nahiyənin qançırı və sağ çiyin bazu oynağının çıxığı» xəsarətlərini müəyyən etmiş, bundan sonra müalicəsinin davam etdirilməsi üçün Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyyə olunmuşdur. Həmin hadisədən bir neçə gün sonra leytenant Təqsirləndirilən şəxs ona 8 iyun 2023-cü il tarixdə saat N radələrində hərbi hissənin subay hərbi qulluqçuların yaşaması üçün nəzərdə tutulmuş yataqxanasının N nömrəli otağında leytenant Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və bu zaman sonuncuya zor tətbiq edərək həmin xəsarətləri yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs 8 iyun 2023-cü il tarixdə baş vermiş hadisənin şəraitini və vəziyyətini yerində təsvir etmişdir. Azərbaycan Respublikası Müdafiə Naziliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən tərtib edilmiş tarixli, 840 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – «baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ əng cibinin ön və bayır divarlarının qəlpəli yerdəyişən, yuxarı divarının ön hissəsinin cüzi yerdəyişən sınığı, sağ orbitanın bayır divarının yerdəyişməyən, sağ almacıq qövsün cüzi yerdəyişən sınıqları, əsas sümüyünün sağ böyük qanadının yerdəyişməyən sınığı, sağ gözətrafı nahiyyəsinin hematoması, konyuktival qansızması, sağ üst və alt qapaqların hematomaları, sağ körpücük sümüyünün akromial ucunun çıxığı» – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş, 10 avqust 2023-cü il tarixli 2233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi vəzifəsini icra edən, tibb xidməti leytenantı Şahid tərəfindən tərtib edilən 9 iyun 2023-cü il tarixli 1625 nömrəli raportdan görünür ki, hərbi hissənin xüsusi təyinatlı taborunun xüsusi təyinatlı qrupunun komandirinin müavini, leytenant Zərərçəkmiş şəxs bədəninə baxış keçirilərkən «sağ periorbital nahiyənin qançırı və sağ çiyin bazu oynağının çıxığı» xəsarətləri aşkar edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2022-ci il tarixli, 343 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandirinin N dekabr 2022-ci il tarixli 026 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə N dekabr 2022-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli, 100 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun xüsusi təyinatlı qrupunun komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı 12 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, 8 iyun 2023-cü il tarixdə saat N radələrində aralarında yaranmış mübahisə zamanı leytenant Təqsirləndirilən şəxs onun üz nahiyəsinə bir yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin «zədələnmələrin qeydiyyatı kitabı»ndan edilmiş çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxs, 8 iyun 2023-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və ona «sağ periorbital nahiyənin qançırı və sağ çiyin bazu oynağının çıxığı» diaqnozu qoyulmuşdur. N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hərbi qulluqçular: leytenant Təqsirləndirilən şəxs ilə leytenant Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 21 iyun 2023-cü il tarixli, 6709 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur Döyüşçü”, “İgidliyə görə”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə məhkum olunmasını, müsbət xasiyyətləndirilməsini, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, etdiyi əməldən səmimi peşmançılıq çəkməsi, cəzasını yüngülləşdirən halların mövcudluğu və cəzasını ağırlaşdıran halın olmadığı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal iştirak etdiyini, habelə işin halları ilə bağlı yuxarıda göstərilənlər onun artıq ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə olduqca mənfi təsir göstərə biləcəyini və zərər çəkmiş şəxslə barışması da təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi məsələsinə xidmət edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və ona 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zeynal Ağayev hakimlər Camal Ramazanov Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-192/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-192/2023
17.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver