Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-193/2023 08.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Nigar İbrahim qızı Məmmədovanın katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin baş zabiti vəzifəsində işləmiş, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) və Təqsirləndirilən şəxs2 (xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin zabiti vəzifəsində işləmiş, ünvan 1 ünvanında ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu şəxs üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2022-ci il tarixli 051 ş/h nömrəli əmri ilə Xidmətin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Şahid4 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin yanvar ayında işlədiyi idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncunun qohumu Şahid6 özünə müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək qeyd edilən vəzifəli şəxslərin Şahid4 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat pul vəsaitini şəxsən həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı istəmiş, həmin hərəkətləri ilə öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə istəməklə nüfüz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, Xidmətin qeyd edilən idarəsinin çağırış şöbəsinin zabiti Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında övladı Şahid8 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin fevral ayında ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncunun atası Şahid9 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid8 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən maddi nemət olan 9.000 manat pul vəsaitini həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə təkrarən istəyib, Şahid9 8.000 manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə 2023-cü il fevral ayında işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitini təkrarən alıb, sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, həmin hərəkətləri ilə təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə övladı Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin fevral ayında ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncunun atası Şahid2 tanışı Şahid3 vasitəsilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat pul vəsaitini sonuncu vasitəsilə həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən istəyərək Şahid3 həmin məbləğdə pul vəsaitini verməsinə dair razılığını alıb, həmin niyyətlə 2023-cü il fevral ayında Bakı şəhəri Sabunçu rayonu ərazisində sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən alıb, sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, həmin hərəkətləri ilə təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, övladı Şahid10 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin fevral ayında işlədiyi idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncunun atası Şahid11 özünə müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid10 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat pul vəsaitini 2023-cü ilin fevral ayında işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən istəyib, Şahid11 həmin məbləğdə pul vəsaitini verməsinə dair razılığını alıb, həmin niyyətlə 2023-cü il fevral ayında Xəzər rayonu, A.İldırım küçəsi 28 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etməklə, həmin hərəkətləri ilə təkrarən öz güman edilən təsir imkanlarından istifadə edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin vəzifəli şəxslərinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, övladı Şahid12 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin aprel ayında işlədiyi idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncunun atası X3 özünə müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid12 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitini 2023-cü ilin aprel ayında işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən istəyib, həmin hərəkətləri ilə təkrarən öz güman edilən təsir imkanlarından istifadə edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin vəzifəli şəxslərinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu şəxs üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2020-ci il tarixli 059 ş/h nömrəli əmri ilə Xidmətin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Xidmətin qeyd edilən idarəsinin çağırış şöbəsinin baş zabiti Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında övladı Şahid8 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin fevral ayında ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncunun atası Şahid9 özünə və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid8 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 9.000 (doqquz min) manat pul vəsaitini həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə istəyib, Şahid9 8.000 manat pul vəsaiti verəcəyinə dair razılığını alaraq, həmin niyyətlə 2023-cü il fevral ayında işlədiyi idarənin inzibati binasındakı xidməti otağında sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alıb, sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə övladı Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin fevral ayında ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncunun atası Şahid2 tanışı Şahid3 vasitəsilə özünə müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat pul vəsaitini sonuncu vasitəsilə həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən istəyərək Şahid3 həmin məbləğdə pul vəsaitini verməsinə dair razılığını alıb, həmin niyyətlə 2023-cü il fevral ayında Bakı şəhəri Sabunçu rayonu ərazisində sonuncudan özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən alıb, sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, həmin hərəkətləri ilə təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin və hərbi-həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini istəməklə alaraq nüfüz alveri etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, övladı X4 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə 2023-cü ilin fevral ayında işlədiyi idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında sonuncunun atası Şahid7 özünə müraciəti ilə əlaqədar, özünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti işləməklə qeyd edilən xidmətin vəzifəli şəxsləri, o cümlədən hərbi-həkim komissiyasının üzvləri ilə yaxın münasibətinin olmasını, güman edilən təsir imkanlarından istifadə edərək həmin vəzifəli şəxslərin Əkbər Musayevin dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə qərar qəbul etmələrinə qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün özü üçün birbaşa yolla maddi nemət olan 11.000 (iki min) manat pul vəsaitini 2023-cü ilin fevral ayında işlədiyi idarənin inzibati binasındakı xidməti otağında görüşləri zamanı təkrarən istəyib, Əkbər Musayevin həmin məbləğdə pul vəsaitini verməsinə dair razılığını aldıqdan sonra cinayətkar niyyətini davam etdirərək eyni niyyətlə 2023-cü ilin mart ayında həmin yerdə görüşləri zamanı əlavə olaraq 10.000 manat pul vəsaiti olmaqla, ümumilikdə 21.000 manat pul vəsaitini Şahid7 vahid niyyətlə təkrarən istəmiş, həmin hərəkətləri ilə təkrarən öz güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinin və hərbihəkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 21.000 (iyirmi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə istəməklə nüfüz alveri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilən ittihamla razı deyil, nüfuz alveri cinayətini törətməmişdir. Şahid4 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə sonuncunun qohumu Şahid6 3000 manat, Şahid8 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə Şahid9 9.000 manat, Şahid1 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə sonuncunun atası Şahid2 10.000 manat, Şahid10 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə sonuncunun atası Şahid11 2000 manat və Şahid12 dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməklə həqiqi hərbi xidmətə cəlb edilməməsinə görə sonuncunun atası X2 5000 manat məbləğində pul istəməmiş və almamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nüfuz alveri cinayətini törətməmiş, heç kəslə əlbir olmamış, ona verilmiş ittihamla razı deyil, çünki həmin epizodların heç biri olmamışdır. Şahid1 aid epizod üzrə bildirmişdir ki, Elyarın atası Şahid2 Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində üzləşmə zamanı verdiyi pulu guya ona verdiyini bildirmişdir, lakin o, İlhamı tanımamış və ondan pul almamışdır. O, İlhamdan dəfələrlə düzgün ifadə verməsini xahiş etmişdir. 30 dəqiqə sonra isə İlham onu tanımadığını, Şahid3 adlı şəxsi tanıdığını və pulu həmin Zaur adlı şəxsə verdiyini demişdir. Bundan 10-15 dəqiqə sonra Şahid3 qapıda imiş kimi içəri girmiş, Zaur pulu Şahid2 alıb guya ona verdiyini bildirmişdir. O, 2023-cü il İyul ayının 10-da o, həbs olunduğu zaman evlərinə zəng vuraraq ona verilən ittihamların əsassız olduğunu və Şahid1 valideyni ilə danışmalarını öz valideynlərindən xahiş etmişdir. Valideynləri də Şahid2lə danışmış, Şahid2 onu tanımadığını, pulu Şahid3 verdiyini demişdir. Sonra məlumat almışdır ki, o, həbsdə olan vaxt Şahid3 həmin vətəndaşa pulu özü qaytarmışdır. Buradan da bəlli olur ki, Şahid3 özü pulu Şahid2 almış, özünü vəziyyətdən çıxarmaq üçün ona şər-böhtan atmışdır. Şahid8 epizodu üzrə isə bildirmişdir ki, Şahid8 bərbər olmuş, o da saçını Şahid8 kəsdirmiş və oradan tanımışdır. Hüseynin atası bir gün ona yaxınlaşaraq oğlu Hüseynin 18 yaşı tamam olacağını, aprel çağırışına düşəcəyini demiş və onu nə vaxt çağıracaqlarını soruşmuşdur. Hüseynin atası oğlunun evin tək övladı olduğunu, evə baxanın Hüseyn olduğunu deyərək, oğlunu hərbi xidmətdən saxlatmaq üçün ondan kömək istəmişdir. O da ilk gündən həmin şəxsə bu məsələnin onun səlahiyyətində olmadığını, bu işlərlə ümumiyətlə məşğul olmadığını bildirmişdir. Sonra yenə Hüseynin yanına saçını kəsdirməyə getmiş, Hüseynin atası ona müxtəlif təkliflər etdiyi üçün yanvar ayından sonra Hüseynin yanına saçını kəsdirməyə getməmişdir. Günlərin birində Hüseyn onun işlədiyi idarəyə komissiyadan keçməyə gəlmişdir. Sonra iyul ayının 5-də Hüseynin atası onun işlədiyi idarəyə gələrək oğlunu Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən çağırdıqlarını demiş və ondan bu barədə soruşmuşdur. O da həmin şəxsə bununla bağlı məlumatı olmadığını, ümumi yoxlama ola biləcəyini demişdir. İyul ayının 6-da səhər vaxtlarında Hüseyn və atası Şahid9 yenə onun işlədiyi idarəyə gəlmişlər. O, ibtidai istintaq zamanı da müstəntiqə izah etmişdir ki, o, həmin gün növbətçi olmuş və növbətçi otağında oturmuşdur. Şahid8 və atası Şahid9 növbətçi otağına salmamışdır. Onlar bütün hərbi xidmətə çağırılan şəxslərin hərbi xidmətə gedən gün komissiya otağına salmışlar. Həmin gün də idarənin mühafizəçisi gəlib Şahid8 dostu Rza Nəzərovun hərbi xidmətə getdiyini onunla görüşüb yola salmaq üçün içəri girmək istədiyini bildirmişdir. O da Hüseynin atasının gözləməsini, Hüseynin isə içəri girib dostu Rza ilə görüşüb çıxmasını demişdir. Hüseynin atası Şahid9 ona demişdir ki, oğlunun hərbi xidmətə getməməsində ona kömək etməyəcəyi təqdirdə ona şər atıb yalandan pul verdiyini bildirəcəkdir. O da Şahid9 bu işdə heç bir kömək edə bilməyəcəyini, onun belə bir səlahiyyətinin olmadığını ona demişdir. Şahid9 ona şər atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Şahid12 onun övladıdır. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə oğlu Şahid12 hərbi xidmət müayinədən keçərkən səhəttində olan psixoloji problemlərinin aşkar edilməsi ilə bağlı getmişdir. Həmin idarədə ona kiminsə kömək edə biləcəyi ilə maraqlananarkən, həmin vaxt idarənin dəhlizində Fəridi görüb ona yaxınlaşıb ondan köməklik istəmişdir. Fərid isə ona bildirmişdir ki, oğlu Əli müayinədən keçəndən sonra imkan daxilində ona köməklik edər. Fərid ondan buna görə pul istəməmiş, o da Fəridə hər hansı məbləğdə pul verməmişdir. Şahid X5 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində o, Fəridi İsmayılovu görmüş, onu tanımış, başqa şəxslə ünsiyyəti olmamışdır. Oğlu Əli müayinələrdən keçdikdən sonra onun səhəttində problem olduğu üçün 3 ay onun hərbi xidmətə getməsi təxirə salınmışdır. Oğlu Əlinin 3 ay müddətinə hərbi xidmətə getməsi təxirə salındıqdan sonra Fəridi görməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində Fərid İsmyılovun yanına mart ayının 18-dən sonra getmişdir. Oğlu Əli tibbi müayinədən o, Təqsirləndirilən şəxs2la görüşməmişdən əvvəl keçmiş və səhəttində problemlərin olması müəyyən olunmuşdur. Oğlu Əli 18 yaşı tamam olmamışdan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə getməmişdir. X18-Qobu yolunun üzərində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tibb idarəsinə göndərildikdən sonra 18 yaşı tamam olmuşdur. Oğlu Əlinin hərbi xidmətə yararsız hesab edildiyini əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxs1 tanımamış, lakin onun adını eşitmişdir. Latın əlifbası ilə yaza bilmir, lakin yazıları oxuya bilir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verdikdən sonra ifadəsini oxumamışdır. İfadəsini müstəntiq yazdıqdan sonra ona oxumuş, o da ifadəni oxumadan imzalamışdır. Onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində heç kim dəvət etməmişdir, oğlu Əlini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə dəvət edildiyi üçün o özü ora getmişdir. Oğlu Əlini hərbi xidmətdən saxlamaq niyyəti olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində bir dəfə olmuş, həmin vaxtlar 2023-cü ilin mart-aprel ayları olmuşdur. Orada Təqsirləndirilən şəxs2la təsadüfən qarşılaşmış, sonuncunun rütbəsini və vəzifəsini bilməmişdir. Təqsirləndirilən şəxs2 oğlu Əlinin səhhətində problem olduğunu demiş, sonuncu da tibbi komissiyadan keçməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2la danışanda oğlu Əli onun yanında olmamışdır. Şahid X3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Şahid12 onun övladıdır. Oğlu Əli Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 149 nömrəli tam orta məktəbi bitirmişdir. Oğlu Əlinin 18 mart 2023-cü il tarixdə 18 yaşı tamam olmuşdur. Əli ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə 2023-cü ilin aprel ayında dəvət olunmuş, həmin vaxt Əli ilə birlikdə həmin idarəyə getmişlər. Orada oğlu Əli müayinələrdən keçmiş, müayinə zamanı idarədə tanımadığı valideynlərin övladlarının hərbi xidmətdən saxlanılması barədə danışıqlar aparmasını eşitmiş, həmin sözsöhbətlərdən hərbi xidmətdən saxlanılması barədə işlərin çağırış şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 tərəfindən həll edildiyini eşitmişdir. O da Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olub, ona oğlu Əlini hərbi xidmətə göndərmək istəmədiyini bildirmiş və bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da ona “biz bu işləri həll edirik, lakin bunun qarşılığında mənə 5000 manat məbləğində pul verməlisən” sözlərini demişdir. Təqsirləndirilən şəxs1 ondan istədiyi 5000 manat məbləğində rüşvəti mümkün qədər qısa müddətdə ona verməli olduğunu demiş, lakin o, Savalanla razılaşmamışdır. O, danışıq zamanı Təqsirləndirilən şəxs1 “nə vaxt hərbi bilet veriləcəksə, həmin gün də pulu verəcəm” demişdir. Qarşılığında Təqsirləndirilən şəxs1 “bu iş belə həll olunmur, pul əvvəlcədən verilməlidir ki, iş həll olunsun” demişdir. O, Təqsirləndirilən şəxs1 cavabında həmin vaxt üçün nağd pulunun olmadığını və hərbi bileti alan günə qədər pulu toplayıb verə biləcəyini demişdir. 2023-cü ilin may ayında oğlu Əli yenidən Xidmətin Xəzər rayon idarəsinə dəvət edilmiş, bu zaman oğlu Əli ilə birlikdə idarəyə getmişdir. O, yenidən Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 ona “artıq Xidmətin rəhbərliyi dəyişib, bu işi həll edə bilməyəcəyəm, oğlun müayinədən bir daha keçməlidir, əgər müayinənin nəticəsi müsbət olarsa hərbi xidmətə getməlidir” demişdir. Sonra Təqsirləndirilən şəxs1 ona “mən öz cibimdən 500 manat pul verib sənin oğlunu 1 çağırış saxlatdırmışam” demişdir. O da Savalana bu faktın onun problemi olmadığını işi düzəldə biləcəyi halda əvvəlcədən istədiyi 5000 manat pulu verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 bir daha artıq həmin məsələləri həll edə bilmədiyini demişdir. Şahid X5 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında olan ziddiyətlə əlaqadar ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ola bilsin ki, Fəridlə Savalanın adlarını səhv salmışdır. İbtidai istintaq zamanı ifadə verərkən müstəntiq təqsirləndirilən şəxsin adını Savalan olaraq bildirdiyi üçün o da Savlan olaraq demişdir. Məhkəmədə verdiyi ifadələr düzgündür, ibtidai istintaq zamanı verdiyi ifadələri indi xatırlamır. Savalan ondan pul istəməmişdir, o özü təklif etmişdir ki, oğlu Əlinin hərbi xidmətə getməməsi ilə bağlı ona köməklik göstərərsə müəyyən miqdarda ona pul hörmət edər, lakin pulun məbləğini deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. 2023-cü ilin 14 mart tarixində 18 yaşı tamam olmuşdur. İlk dəfə Xidmətin Xəzər rayon idarəsinə 2023-cü ilin aprel ayında dəvət olunmuş, həmin vaxt idarədə müayinələrdən keçmiş, müayinədən keçərkən həkimin tibbi sənədə bədənində 3 ədəd döymə olması barədə qeyd yazdığını görmüş, bundan sonra aprel ayında hərbi xidmətə aparılmamış, daha sonra 2023-cü ilin may ayında Qobuda yerləşən həkim komissiyasından təkrar müayinədən keçmiş, orada psixoloq müayinəsində olan zaman həkim ona 2 nömrəli psixiatrik xəstəxanaya göndəriş vermiş, 2 nömrəli psixiatriya xəstəxanasında müayinədən keçdikdən sonra tibbi sənədi Xəzər rayon idarəsinə göndəriləcəyi bildirilmişdir. Xidmətin Xəzər rayon idarəsinin çağırış şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 onun hərbi xidmətə yararsız hesab edilməsi müqabilində atası Vüqar Ələkbərovdan pul istəməsi və bu barədə hər hansı razılaşması ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə çağırmışlar o da ora gedib həkim komissiyasından keçmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə çağırılanda atası Şahid2lə birlikdə getmişdir. Atasının tanışı olan Şahid3 onunla yox, atası İlhamla görüşmüşdür. X16 Məmmədovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində kimə yaxınlaşmalarını və kiminlə danışıq aparmalarını bilməmişdir. Təqsirləndirilən şəxs2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsindən tanımış, Fərid onu həkimlərin müayinəsindən keçmək üçün göndərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə onu ilk dəfə dəvət etdikləri tarixi hazırda xatırlamır. Onun 18 yaşı fevral ayının 7-də tamam olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə 18 yaşı tamam olandan sonra telefon vasitəsi ilə zəng vurub çağırmışlar. Lakin ona zəng edən şəxsin kim olduğunu bilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə birinci dəfə atası İlhamla birlikdə getmiş, atası çöldə gözləmiş, o isə içəri girmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində Təqsirləndirilən şəxs2 görmüş, lakin onunla şəxsən görüşməmişdir. Sonra ona Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxanaya getməyi və orada müayinədən keçməyi bildirmişlər, o da 1 həftə sonra həmin xəstəxanaya getmişdir. 5 nömrəli xəstəxanaya tək getmiş, müayinədən keçib evə qayıtmış, sonra yenə çağırış olmuş və bu dəfə onu müayinə üçün Qobu yolunun üzərində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tibb idarəsinə göndərmişlər. Atası Şahid2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində olarkən onun hərbi xidmətə getmək məsələsini maraqlananda Təqsirləndirilən şəxs2la danışmış, lakin nə danışdıqlarını bilməmişdir. Atasının tanışı olan Şahid3 adını eşitmiş, lakin onun özünü görməmişdir. Atasının sözlərinə görə bilmişdir ki, atası Şahid2 tanışı olan Şahid3la görüşmüş, onun hərbi xidmətdən saxladılması üçün atası İlham Zaura 10.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 onun atası Şahid2 pul istəməmişdir. Sonralar isə həmin pulu Şahid3 özü atası İlhama geri qaytarmışdır. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bakı şəhəri, 12 nömrəli tam orta məktəbi 9-cu sinifdən bitirmiş, 2023-cü ilin fevral ayının 7-də 18 yaşı tamam olduğundan ona Xidmətin Xəzər rayon idarəsindən zəng olunaraq idarəyə dəvət olunmuş, çağırış əsasında həmin idarəyə getmiş, orada olan həkim komissiyasından keçmiş, komissiyadan keçəndə ürəyində problem olması ilə bağlı şikayətlərini bildirmiş, bundan sonra həmin idarədən metronun Gənclik stansiyasının yaxınlığında yerləşən adını bilmədiyi xəstəxanada ürəklə bağlı müayinələrdən keçmiş, onu müayinə edən orta yaşlı, orta boylu bir qadın olmuş, kardioloji xəstəxanada müayinələrdən keçərkən Fərid atasına zəng edərək idarəyə dəvət etmiş, Fərid atasına xəstəliyi ilə bağlı diaqnoz qoyulmağı və hərbi xidmətə yararsız hesab olunmağı üçün 7.000 manat pul verilməli olduğunu demiş, atası da həmin pulu ona vermiş, bundan sonra qeyd edilən xəstəxanada həmin diaqnoz ona qoyulmuşdur. Bundan bir iki həftə sonra ona həmin Xidmətin Xəzər idarəsindən zəng gələrək təkrar müayinəyə dəvət olunmuş, təkrar müayinədən Xidmətin Qobuda yerləşən Komissiyasından keçmiş, orada müayinədən keçdikdən sonra cavabların Xəzər idarəsinə bildirləcəyi deyilmiş, bundan sonra həmin çağırışda hərbi xidmətə aparılmamışdır. Ürəyi ilə bağlı xəstəlik onda uşaqlıqdan olmuşdur. Bununla bağlı İran İslam Respublikasında müayinə və müalicə olmuşdur. Azərbaycan Respublikasında bununla bağlı hər hansı bir həkimə müraciət etməmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında olan ziddiyətlə əlaqadar suallara cavab olaraq bildirmişdir ki, atası İlham əvvəlcə tanışı olan Şahid3 7.000 manat verdiyini demiş, lakin sonra həmin pulun 10.000 manat olduğunu bildirmişdir. Ona görə də o, ibtidai istintaq vaxtı verdiyi ifadəsində atasının Şahid3 7.000 manat verdiyini demişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində atası Şahid2lə Təqsirləndirilən şəxs2 danışdıqlarını görmüş, lakan əvvəlcə suala cavab verərkən sualı tam başa düşmədiyi üçün atası ilə Fəridin danışmadığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Onun övladı Şahid1 səhhətində problemlər olmuş, Elyarın yaz və yay fəsillərində tez-tez burnundan qan gəlmişdir. O da bu səbəbdən oğlu Elyarın hərbi xidmətə getməsini istəməmişdir. Elyarın hərbi xidmət yaşı çatdıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində işləyən tanışı Şahid3 zəng vuraraq ona övladının xəstəliyi ilə bağlı hərbi xidmətdən saxlamaq istədiyini demişdir. Zaur da ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin yanında görüşməyi demişdir. O, Zaurla görüşüb Elyarın xəstə olduğunu və hərbi xidmətdən saxlamaq istədiyini demişdir. Şahid3 da ona 1-2 gün içərisində həmin məsələ ilə maraqlanıb, məbləğ deyəcəyini bildirmişdir. 1-2 gün sonra Zaur ona zəng vuraraq işin düzəlməsi üçün 10.000 manat pul lazım olacağını, avtovağzal tərəfdə görüşməyi və pulu ona verməyini demişdir. O da Zaurla həmin yerdə görüşərək 10.000 manat pulu Zaura vermişdir. Zaur ona bildirmişdir ki, həmin məsələ ilə Təqsirləndirilən şəxs2 məşğul olacaq. Sonra o və oğlu Elyar Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə getmişlər. Orada Fəridin kim olduğunu soruşmış və Fəridin xidməti otağını ona göstərmişlər. O, Təqsirləndirilən şəxs2 otağına gedib özünü təqdim etmişdir. Sonra Fəridlə danışmış, Fərid Elyarın müayinə olunması üçün həkimin yanına göndərmişdir. Sonra Fərid ona həkimin göndəriş sənədini verərək Elyarın qeydiyyatda olduğu yerdəki poliklinikadan qeydiyyatdan keçməli olduğunu demişdir. Səhəri gün oğlu Elyarla Neftçilərdəki poliklinikaya getmiş, iki günə sənədləri hazırlayıb Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin üzrə Dövlət Xəzər rayon İdarəsinə təqdim etmişdir. 4-5 gün sonra yenə Elyara Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin üzrə Dövlət Xəzər rayon İdarəsindən zəng olunaraq ora dəvət olunmuşdur. Elyarı Gənclikdə yerləşən 5 nömrəli xəstəxanaya müayinə üçün aparmışlar. 10-15 gün keçdikdən sonra isə Elyara yenə zəng gəlmiş, bu dəfə onu Qobu qəsəbəsində yerləşən hərbi komissiyaya müayinə üçün aparmışlar. Bir ay sonra təkrar Elyara zəng vurulmuş, ona göndəriş olduğunu və Bakı Sağlamlıq Mərkəzinə getməsi bildirilmişdir. Bakı Sağlamlıq Mərkəzində Elyar Nərminə adlı xanımın qəbuluna müayinədən keçmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Kamal Əhmədov ifadə verməsi üçün onu həmin idarəyə dəvət etmişdir. Şahid2 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, tanışı Şahid3la 4-5 il əvvəl Xətai rayon Sərhəd Mərkəzində tanış olmuşdur. O özü Şahid3 övladı Elyarın xəstəliyi ilə əlaqədar onun hərbi xidmətdən saxlamaq üçün ona kömək etməsini xahiş etmişdir. Şahid3 pulu verdikdən sonra Zaur ona demişdir ki, oğlunun hərbi xidmətdən saxlamaq məsələsini Təqsirləndirilən şəxs2 həll edəcək. Şahid3 10.000 manat pulu Fəridə verdiyini də ona demişdir. Zaura verdiyi pul 10.000 manat olmuş, lakin ibtidai istintaq zamanı ilkin ifadə verərkən Zaura 7.000 manat pul verməsinin demişdir. Həmin vaxt psixoloji narahatçılığı olduğu üçün həmin məbləğin 7.000 manat olmasını demişdir. Həqiqətdə isə Zaura verdiyi pulun məbləği 10.000 manat olmuşdur. Həmçinin tanışı olan Zaurun adının bu işdə hallanmaması üçün ilkin ifadəsində pulu Zaura yox, Fəridə verməsini demişdir. Sonradan həmin pulu Zaur ona qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, 2004-cü ildən 22 yanvar 2020-ci il tarixədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində, 22 yanvar 2020-ci ildən isə həmin Xidmətin Yasamal rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş məsul icraçısı vəzifəsində çalışır. 2023-cü ilin fevral ayında tanışı Şahid2 ona müraciət edərək oğlu Şahid1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsindən xidmətə çağırıldığını, lakin oğlunun ürəyində problemi olduğunu deyib, Elyarın hərbi xidmətə getməməsi ilə bağlı ona köməklik etməsini xahiş etmişdir. O özü əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində işlədiyindən Təqsirləndirilən şəxs2 da onu tanıdığından maraqlanıb bu barədə ona xəbər verəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs2la mobil telefonla bu barədə danışmış və ondan bu məsələdə köməklik göstərməsini xahiş etmişdir. Fərid isə əgər alınarsa kömək edəcəyini demişdir. Sonra Fəridlə danışıb 10.000 manata Elyarın hərbi xidmətə getməməsi məsələni razılaşmış və bu barədə Şahid2 də demişdir. Sonra Şahid2lə görüşmüş və ondan 10.000 manat pulu alaraq, Təqsirləndirilən şəxs2 vermişdir. Həmin puldan isə özünə heç bir məbləğ götürməmişdir. Sonra isə Şahid2 və Təqsirləndirilən şəxs2 özləri görüşüb qalan məsələləri danışmışlar. Digər söhbətlərdən onun məlumatı olmamışdır. Sonra isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hazırki iş üzrə aparşdırılma aparılanda həmin 10.000 manatı Təqsirləndirilən şəxs2 alaraq Şahid2 qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Feruz oğlu ifadəsində bildirmişdir ki, X8 onun övladıdır. X17 hərbi xidmət üçün komissiyadan keçən vaxtları xəstə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə çağırılanda onlara oğlunun analiz sənədlərini təqdim etmişdir. Oğlu tibbi komissiyadan keçəndən sonra 5 nömrəli xəstəxanaya göndərilmişdir. Həmin vaxtlar oğlu müalicə aldığı üçün hərbi xidmət dövrü onun pəhriz vaxtına düşməsin deyə oğlunun hərbi xidmətdən saxlamaq üçün ona bir neçə ay hərbi xidmətə getməməsi üçün vaxt lazım olmuşdur. Sonra isə oğlu müayənədən keçmiş və həkimlər müəyyən vaxtdan sonra hərbi xidmətə yararlı olduğunu demişlər. Sonra isə oğlu həmin dövrdə ali təhsil almaq üçün universitetə qəbul olunmuş və oğlunun hərbi xidmətdən müvəqqəti saxlanılmağa ehtiyacları olmamışdır. Şahid7 Feruz oğlu məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 oğlu Əkbər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə çağırılanda tanımışdır. Orada Təqsirləndirilən şəxs2la söhbət etmiş, Fərd İsmayılovla aralarında pul söhbəti olmamışdır. Əkbərin müvəqqəti olaraq bir neçə ay hərbi xidmətə getməsini təxirə salınmasında kömək edəcəyi təqdirdə Fəridə qonaqlıq verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 konkret pul məbləği danışmamış, Fərid ona demişdir ki, oğlunun hərbi xidmətdən saxlaması üçün həkimlərə müəyyən miqdar pul lazım ola bilər. Sonradan isə oğlu Əkbər xarici ölkədə universitetə qəbul olunduğunu üçün Fəridlə həmin danışıqlara getməmişdir. Fəridin həkimlərə vermək üçün böyük məbləğdə pul lazım olduğunu deməsini hazırda xatırlayır, lakin məbləği xatırlamır. Fəridə heç bir məbləğdə pul verməmişdir. Şahid7 Feruz oğlunun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, X8 onun övladıdır. 2022-ci ildə oğlu Əkbər ali təhsil müəssisələrinə qəbulla bağlı keçirilmiş imtahanda müvəffəqiyyət qazana bilməsə də Bakı Ekonomiya kollecinə menecment fakültəsinə qəbul olmuş və həmin kolleci bitirməyə yaxın ona yaşadıqları yer haqqında Xəzər rayon İcra Hakimiyyətindən arayış lazım olmuşdur. Həmin arayışı almaq istəyərkən ona övladının Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsi tərəfindən axtarıldığı bildirilmişdir. Oğlunun kim tərəfindən axtarıldığı barədə maraqlananda həmin işçi Fərid adlı şəxsin adını və telefon nömrəsini ona vermişdir. Bundan sonra Fəridlə 2023-cü ilin fevralmart aylarındə əlaqə saxlamış və Fəridlə danışıqları zamanı sonuncu ona hətta polis vasitəsilə axtarıldıqlarını bildirmişdir. Bundan sonra həmin idarəyə getmişdir. Övladında həmin vaxtı bakteriya aşkar olunduğundan həkim tərəfindən müalicə yazılmışdır. O, Fəridin yanında olmuş, Fərid ona demişdir ki, oğlu Əkbər komissiyalaran keçməlidir. Fərid bundan sonra oğlu Əkbəri idarədə həkim komissiyasına salmışdır. Fəridə göstərdiyi sənədlərə Fərid baxdıqdan sonra bu sənədlərlə oğlunun hərbi xidmətdən saxlanması mümkün olmadığını, lakin bu işdə ona köməklik edə biləcəyini deyərək bunun üçün 10.000 manat rəhbərliyə, yəni idarənin rəisinə, 1000 manatını isə ona verməli olduğunu demişdir. O da Fəridlə razılaşmış, eyni zamanda Fəridlə razılaşmışdır ki, oğlunun hərbi xidmətə yararsız hesab olunması barədə hərbi bilet verildikdən sonra ona pulu verəcək. Bundan sonra ertəsi gün Fərid Əkbərin 5 saylı xəstəxanaya göndərişni vermiş və oğlu Əkbər həmin xəstəxanaya yoxlanışa getmişdir. Bundan bir müddət sonra yəni mart ayının ortaları Fərid yenidən onunla əlaqə saxlayaraq idarəyə gəlməsini bildirmişdir. O, idarəyə getmiş, orada Fərid ona qiymətlərin dəyişdiyini, əlavə olaraq 10.000 manat da verməli olacağını yəni ümumilikdə 20.000 manat verməli olacağını demişdir. Lakin o, Fəridlə razılaşmamış və həmin məbləğdə pulu verməyə imkanı olmadığını demişdir. Bundan sonra Fərid onunla acı danışmağa başlamış və oğlunu 2023-cü ilin sentyabr ayında hərbi xidmətə aparacaqlarını bildirmişdir. 2023-cü ilin aprel ayında övladını Qobuda yerləşən komissiyadan keçməli olduğu bildirilmişdir. Oğlu əkbər Qobuda yerləşən komissiyadan keçmiş, orda nəticələrin idarəyə təqdim olunacağı bildirilmişdir. 2023-cü ilin may ayında övladı Türkiyədə yerləşən universitetlərə qəbulda iştirak edərək “İstanbul Kent” universitetinə qəbul olmuşdur. Buna görə də xarici pasport almaq üçün zəruri sənəd üçün yenidən idarəyə gedəndə Fərid onu qəbul etməkdən imtina edərək onu Savalanın yanına yönləndirmişdir. O, Savalana arayış lazım olduğunu bildirmiş və Savalana həmçinin övladının universitetə qəbul sənədini təqdim etmişdir. Bundan bir həftə sonra Savalan ona zəng edərək övladının Bakı Sağlamlıq Mərkəzindən həkimdən keçməli olduğunu dediyindən oğlu Əkbər Bakı Sağlamlıq Mərkəzində həkimdən keçmiş və ona qoyulmuş diaqnozun yanlış olduğunu, övladının sağlam olduğu bildirilmişdir. Şahid7 Feruz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, lakin Fəridin həmin pulu özü üçün istəməməsini, həkimlər üçün lazım ola biləcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Şahid10 onun övladıdır. Oğlunun səhhətində problem olduğu üçün onun hərbi xidmətə getməməyni istəmişdir. Oğlu Fərid tez-tez xəstələnirmiş və hər həftə hərarəti qalxmışdır. Sonra Fəridin böyrəklərində də problemlər çıxmışdır. Buna baxmayaraq hazırda oğlu Fəridi hərbi xidmətə aparılmışdır. O, oğlu Fəridlə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin baş zabiti olan Təqsirləndirilən şəxs1 yanına getmiş və oğlunun vəziyyətini ona danışmışdır. Təqsirləndirilən şəxs1 da Fəridin komissiyadan keçməli olduğunu demişdir. O, oğlunun hərbi xidmətə getməyəcəyini düşünüb sevincindən özü Təqsirləndirilən şəxs1 2000 manat pul vermişdir. Lakin sonra həmin pulu Savalan ona geri qaytarmışdır. Şahid11 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2.000 manat pulu Təqsirləndirilən şəxs1 iş otağında mart ayında vermiş, pulu ona verən zaman otaqda onlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs1 pulu 15-20 gün sonra ona geri qaytarmış və Fəridin komissiyadan özünün keçməsini demişdir. Oğlu Fəridin 18 yaşı apel ayında tamam olmamışdan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə çağırmışlar. Pulu Savalana mart ayında vermiş, onun iş otağında masanın üzərinə qoymuşdur. O, pulu Savalana verəndə oğlu müayinədən keçmiş, həmin vaxt oğlunun müayinəsinin nəticəsini bilməmişdir. Şahid11 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, oğlu Şahid10 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 55 nömrəli peşə məktəbini bitirmişdir. Oğlu Şahid10 2023-cü ilin 16 aprel tarixində 18 yaşı tamam olmuş, lakin, sonuncu ilk dəfə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə 2023-cü ilin fevral ayında dəvət olunmuşdur. Həmin vaxt oğlu Şahid10 həmin İdarəyə gedərək müayinələrdən keçmişdir. Müayinə zamanı oğlunun ürəyində problem aşkar olunmuşdur. Təxminən 3 il olarmış ki, oğlunun ürəyində xəstəlik olmuşdur. Oğlunda bəzi hallarda ürək döyüntüləri artmış, ölüm qorxusu hissi yaranmış, boğulmalar olmuş və həmin zaman kəsimində həddindən artıq əsəbi olmuşdur. Oğlu Fərid ilkin olaraq ürəyində olan xəstəliyin aşkar olunması barədə ona məlumat verdikdən sonra 2023-cü ilin fevral ayının sonları və ya mart ayının əvvəllərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə getmiş və orada Çağırış Şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1la sonuncunun xidməti otağında görüşmüşdür. Həmin vaxt sonuncudan oğlunun aqibətinin necə olacağını soruşduqda Təqsirləndirilən şəxs1 ona İdarədə olan müayinə zamanı komissiya üzvlərinin ürəyində problem olması barədə şübhələndiklərini və ixtisaslaşdırılmış müəssisəyə müayinə üçün göndəriləcəyi barədə məlumat vermişdir. Bu zaman Təqsirləndirilən şəxs1 oğlunun hərbi xidmətə aparılmaması üçün köməklik etməsini və bunun qarşılığında ona 2.000 (iki min) manat məbləğində pul vəsaiti verə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əslində həmin işinin “qiyməti”nin 2.000 (iki min) manat olmadığını bildirmiş, qarşılığında isə Təqsirləndirilən şəxs1 maddi imkanının zəif olmasını bildirmiş və ona yalnız 2.000 (iki min) manata gücü çatdığını demişdir. Təqsirləndirilən şəxs1 ona “yaxşı, çalışaram həll edim” demişdir. Bundan sonra oğlu yenidən İdarəyə dəvət olunmuş və Bakı şəhərində yerləşən hansısa ixtisaslaşmış tibb müəssisəsində müayinədən keçmişdir. Həmin proseslərdə özü iştirak etməmişdir. Övladı Şahid10 Bakı şəhərində müayinədən keçdikdən sonra yenidən təxminən mart ayının sonları və ya aprel ayının əvvəllərində yenidən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin üzrə Dövlət Xəzər Rayon İdarəsinə getmiş və xidməti otağında yenidən Təqsirləndirilən şəxs1la görüşmüşdür. Təqsirləndirilən şəxs1 yenidən proses barədə maraqlanmış, Təqsirləndirilən şəxs1 oğlunun müayinə nəticəsinin hələ ki, sual altında olmasını və övladının hərbi xidmətə yararsız hesab edilməsi üçün komissiyadan rəy almağa çalışdığını bildirmişdir. Bu görüşləri zamanı Təqsirləndirilən şəxs1 xidməti otağında olan vaxt özü ilə apardığı 2.000 (iki min) manat məbləğində pul vəsaitini Savalana uzatmış və sonuncu həmin pul vəsaitini götürərək xidməti masasının yan tərəfində yerləşən masanın üzərinə qoymuşdur. Bundan sonra aprel ayında son öngünlüyünə qədər oğlu xidmətə çağırılmamışdır. Təxminən aprel ayının son on günlüyündə Təqsirləndirilən şəxs1 ona zəng edərək İdarəyə dəvət etmiş, ona “bu iş alınmayacaq, həll edə bilmədim” deyərək əvvəlcədən verdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ona geri qaytarmışdır. Bundan sonra oğlu bir daha müayinəyə dəvət olunmuş, yadında qalan qədər oğlu növbəti dəfə Qobu qəsəbəsində yerləşən hansısa tibb müəssisəsində yenidən müayinə olunmuşdur. Təqsirləndirilən şəxs1 2.000 (iki min) manat məbləğində pul vəsaiti verməyi barədə heç vaxt oğluna məlumat verməmişdir. Sonuncuya yalnız “xəstəliyin var, çalışacağam ki, səni hərbi xidmətdən saxlatdırım” demişdir. Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, lakin xəstə olduğu və yaddaşını tez-tez itirdiyi üçün ifadəsində göstərdiyi tarixləri hazırda dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. 2023-cü ilin yanvar ayının 1-də 18 yaşı tamam olduğundan onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər rayon idarəsinə çağırmışlar. O da Xidmətin Xəzər rayon idarəsinə qohumu Şahid6 ilə birlikdə getmişdir. O, orada müayinədən keçmiş və orada onu xəstəxanaya göndərmişlər. Sonra onlar xəstəxanaya getmişlər və müayinədən keçib evə qayıtmışlar. Ürəyində problem olsa da sonradan müayinə zamanı ürəyi sağlam çıxmışdır. Hazırda isə hərbi xidmətə getməmişdir. Şahid4 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə getdiyi ilk tarixi hazırda xatırlamır. Atası Şahid5 onu hərbi xidmətdən saxlatmaq üçün kimlərləsə danışması barədə ona heç nə deməmişdir. Birinci dəfə Xidmətin Xəzər rayon idarəsinə qohumu Şahid6 ilə getmiş, Şahid6la getdiyi tarixi hazırda dəqiq xatırlamır. Şahid6 ilə Xidmətin Xəzər rayon idarəsinə doğum günündən sonra getmişdir. Atası Şahid5 onun Xidmətin Xəzər rayon idarəsinə tək getməməsi üçün qohumu Şahid6 ilə birlikdə göndərmişdir. Onlar Xidmətin Xəzər rayon idarəsinə gedəndə Şahid6 içəri girməmişdir. O, Şahid6la Xidmətin Xəzər rayon idarəsinə bir dəfə getmiş, hərbi həkim komissiyasının onun səhhəti ilə bağlı yararlı və ya yararsız olmağı barədə hər hansı nəticəyə gəldiyini bilməmişdir. Qohumu Şahid6 sonradan onsuz Xidmətin Xəzər rayon idarəsinə getməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Xanvedi oğlu ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Oğlu Şahid4 xatırlamadığı gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə çağrılmışdır. Onun həmin gün işi olduğu üçün dostu Şahid6 xahiş etmişdir ki, oğlu Nahid ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə getsin. Həmin vaxtlar isə oğlu Nahidin səhhətində narahatçılıq olmuşdur. Sonralar oğlu Nahid müayinədən keçdiyi üçün müayinə sənədlərini alıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə yaxınlaşmışlar və oğlunun səhhətində problem olduğunu demişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində onlardan heç kim pul istəməmişdir. Daha sonra isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən ona zəng vurub, onu ifadə verməyə çağırmışlar. Şahid5 Xanvedi oğlu məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, dostu Şahid6 oğlu Nahidlə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə gedərkən orada kiminləsə danışdığı barədə ona heç nə deməmişdir. Lakin o, Bəbirlə öz aralarında danışmışlar ki, oğlu Nahidin hərbi xidmətə yararsız olduğu müəyən olunduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə işləyən şəxslərə «şirinlik» kimi müəyyən miqdarda pul verər. «Şirinlik» kimi pul vermə məsələsini o özü Bəbirə demişdir. «Şirinlik» kimi nəzərdə tutduğu pulu oğlunun xərbi xidmətə yararsız olması ilə bağlı hərbi bileti kim verərsə həmin şəxsə verəcəyini nəzərdə tutmuşdur. «Şirinlik» kimi nəzərdə tutduğu pulu Xidmətin Xəzər rayon İdarəsində 6-cı otağındaki işçilərə verəcəkmiş. X9 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində işləyən hər hansı əməkdaşın adını onun yanında çəkməmiş və heç kimə də pul verməmişdir. Dostu Bəbir Xidmətin Xəzər rayon İdarəsinə bir dəfə də onunla birlikdə getmişdir. Orada 6-cı otaqda oğlunun xəstəliyi olduğuna görə gözləmələrini onlara demişlər. Xidmətin Xəzər rayon İdarəsində 6-cı otaqda Təqsirləndirilən şəxs1 olmuşdur, lakin onun Savalanla danışığı olmamışdır. Dostu Bəbir ona kiminsə pul müqabilində oğlu Nahidi hərbi xidmətə yararsız hesab edəcəyini deməmişdir. Savalan Bəbirə pul gətirməsini də deməmiş və onun özündən də pul istəməmişdir. Şahid5 Xanvedi oğlunun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Şahid4 onun övladıdır. Oğlu Nahid xx.xx.2005-ci ildə anadan olmuşdur. 2023-cü ilin yanvar ayının 1-də Nahidin 18 yaşı tamam olduğundan ona Xidmətin Xəzər rayon İdarəsindən çağırış vərəqəsi gəlmiş, çağırış gələndə özünün işləri çox olduğundan kirvəsi Şahid6 oğlu Nahidi həmin idarəyə aparmasını xahiş etmişdir. Şahid6 da Nahidlə birlikdə həmin idarəyə getmişdir. Bəbir və Nahid ora gedib qayıtdıqdan sonra Bəbir Savalan adlı şəxslə danışdığını, Savalan adlı şəxsin Nahidin hərbi xidmətə yararsız hesab eidlməsi üçün 3000 manat “şirinlik istədiyini bildirmişdir. O da Bəbirə həmin məbləğlə pula razı olduğunu bildirmişdir. Sonra Nahidə Xidmətin Xəzər rayon idarəsindən göndəriş verilmiş və metronun Gənclik stansiyasının yaxınlığında yerləşən Kardiologiya İnistitutunda müayinə olunmuşdur. Həmin vaxt Nahidə ürəklə bağlı diaqnoz qoyulmuş, oğlu hərbi xidmətdən saxlanılmışdır. Oğlu Nahid hərbi xidmətdən saxlanılsa da qeyd edilən 3000 manatı Savalana verməmişdir. Ona görə ki, sonuncu ilə razılaşmalarına əsasən hərbi bilet veriləndən sonra həmin pulun verilməsi danıılmışdır. Şahid5 Xanvedi oğlu məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında olan ziddiyətlə əlaqadar suallara cavab olaraq bildirmişdir ki, İbtidai istintaq vaxtı verdiyi ifadədə qeyd edilən “Şahid6 oğlum Nahidlə birlikdə idarəyə gedib qayıtdıqdan sonra Savalan adlı şəxslə danışdığını, Savalan adlı şəxsin oğlumun hərbi xidmətə yararsız hesab eidlməsi üçün 3000 manat “şirinlik istədiyini” demişdir” hissəsi düzgün deyil, ifadəsinin həmin hissəsini təsdiq etmir. İfadəsinin qalan hissəsi isə doğrudur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Xatırlamadığı gün dostu Şahid5 ona zəng vuraraq oğlu Nahidin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə çağırdığını, özünün işi olduğu üçün Nahidi Xidmətin Xəzər rayon İdarəsinə hərbi həkim komissiyasından keçməsi üçün aparmağı ondan xahiş etmişdir. O da Şahid4la birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə getmişdir. Nahid özü Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin binasına girmiş, bir müddət sonra əlində bir sənədlə gəlmiş və ürəyində olan problemlə bağlı Akademik C.Abdullayev adına Elmi Tədqiqat və Kardiologiya İnistitununa geməli olduğunu, kardioaqramadan keçib nəticəni gətirib Xidmətin Xəzər rayon İdarəsinə verəcəyini demişdir. O da həmin vaxt Şahlara zəng vuraraq bu barədə məlumat vermişdir. Sonra Nahidi atası Şahlarla birlikdə Akademik C.Abdullayev adına Elmi Tədqiqat və Kardiologiya İnistitununa müayinə üçün getmişdir. Müayinə cavabların aldıqdan sonra o, Şahid5la birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinə getmişdir. Orada Nahidin ürəyində olan problem və hərbi xidmətə getməsi barədə məlumat almışlar. Orada onlara bildirmişlər ki, Nahidin ürəyində bir az qüsur var, ola bilər ki, hərbi xidmətə yararsız olsun. Sonra Təqsirləndirilən şəxs1la danışmışlar, dostu Şahid5 da əgər oğlu Nahid hərbi xidmətə yararsız çıxarsa «şirinlik» kimi müəyyən miqdar pul verə biləcəyini demişdir. Savalan da onlara bir müddət “gözləyin” demişdir. Şahid6 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə Nahidlə Xidmətin Xəzər rayon İdarəsinə gedəndə orada heç bir əməkdaşla görüşməmişdir. Ora gedəndə Şahid4 Xidmətin Xəzər rayon İdarəsində 6-cı otağa girmişdir. İkinci dəfə Xidmətin Xəzər rayon İdarəsinə Şahid5 ilə birlikdə getmişdir. Şahid5 ilə Xidmətin Xəzər rayon İdarəsinə gedəndə Təqsirləndirilən şəxs1la görüşmüşlər. Savalanla danışanda pul məbləği danışılmamışdır, lakin Şahlar Savalana bu iş müsbət həll olunarsa 1000, 2000 və ya 3000 manata qədər pulun «şirinlik» kimi verə biləcəyini demişdir. Şahlar Savalana «şirinlik» təklif edəndən sonra Savalan onlara bir müddət “gözləyin, çağıranda gələrsiniz” demişdir. Bildiyi qədər isə sonradan Şahlar Savalana pul verməmişdir. Şahid6 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Nahidi 2023-cü ilin yanvar ayında Xidmətin Xəzər rayon idarəsinə o özü aparmışdır. Orada çağırış şöbəsinin rəisi Savalan adlı şəxsin qəbulunda olmuş, sonuncuya Nahidin ürəyində problem olduğunu, hərbi xidmətə yararsız hesab olunacağı təqdirdə “şirilik” verə biləcəklərini demişdir. Savalan isə bu işdə köməklik edilməsi müqabilində 3000 manat pul istəmiş, lakin hərbi bilet verilmədiyinə görə həmin pulu Savalana verməmişlər. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, lakin Savalanın 3000 manat pulu şəxsən onlardan istəmədiyini, Şahların həmin pulu Savalana «şirinlik» kimi verə biləcəyini təklif etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 2023-cü ilin aprel ayında 18 yaşı tamam olmamışdan əvvəl 2023-cü ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin idarəsinə çağırmışdır. Atası ilə birlikdə həmin idarəyə gedərək Fəridin yanında olmuşlar. Fəridlə söhbət zamanı atası İmamverdi Fəridə onun gözündə problem olduğunu, anadan gəlmə göz kanallarının bağlı olduğunu, sonradan dəfələrlə müalicə aldığını, dəqiq müayinə olunacağı təqdirdə hərbi xidmətə yararsız olacağının görüləcəyini demişdir. Lakin Fərid onlara bildirmişdir ki, hərbi xidmətə getməlidir. Sonra onun hərbi xidmətə getməməsi üçün əvvəlcə onlardan 9000 manat məbləğində pul istəmişlər, lakin sonra məbləği 8000 manata düşürmüşlər. Atası da həmin pulu verməyə məcbur olmuşdur. Şahid8 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, atası İmamverdi 8000 min manat pulu Xidmətin Xəzər rayon İdarəsində olan ən sonuncu otaqda, həkim komissiyasının otağında vermişdir. Həmin vaxt otaqda Fərid, Savalan və atası İmamverdi olmuşdur. Atası İmamverdi pulu vermişdir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Xəzər rayon şöbəsində bərbər işləmiş və əvvəlki rəisi tanımışdır. Onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Xəzər rayon şöbəsinə çağıranda oranın rəisinə bu barədə heç bir söz deməmişdir. Fərid əvvəllər saçını kəsdirmək üçün onun yanına gəlmiş, lakin Savalanı əvvəllər tanımamışdır. Əvvəlcə komissiyadan keçdiyi vaxt Fərid ona demişdir ki, hərbi xidmətə getməlidir. Sonradan atası ona demişdir ki, pulu Fəridlə Savalana vermişdir. Atası pulu Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Xəzər rayon şöbəsinin həkim komissiyasının göz kabinetində vermişdir. Onlardan alınan pul Savalana çatmalı olmuşdur. Korrupsiyaya qarşı mübarizə İdarəsinə çağrıldıqdan sonra Fərid həmin pulu 8000 manat hesablayıb ABŞ dolları şəklində atasına qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Şahid8 onun övladıdır. Oğlu Hüseyn 2023-cü ilin aprel ayında yaşı tamam olmamışdan əvvəl 2023-cü ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Xəzər rayon şöbəsinə çağırılmışdır. O da oğlu ilə birlikdə ora gedib Təqsirləndirilən şəxs2la görüşmüşdür. Sonra isə oğlu həkim komissiyasından keçmiş, orada oğlunu ötəri yoxlamışlar. Təqsirləndirilən şəxs2 da onun oğlunun hərbi xidmətə yararlı olduğunu demişdir. O da oğlunun xəstə olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs1 otağına getmişlər, Savalan ondan “oğlun əsgər getmək istəmir?” deyə soruşmuşdur. O da oğlu sağlam olarsa hərbi xidmətə gedəcəyini demişdir. Savalan ona “pul verilməlidir ki, iş düzülüb-qoşulsun” demişdir. Sonra oğlunu çölə çıxarmışlar. Oğlu çölə çıxandan sonra ona demişlər ki, işin müsbət həll edilməsi üçün 9000 manat pul verilməlidir. O, Fəridə övladının xəstə olduğunu demiş, sonuncu isə pulu axşama qədər gətirməyi bildirmişdir. O da həmin gün 8000 manata razılaşıb, həmin pulu gətirib Fəridə vermiş, sonuncu da pulu sayıb götürmüşdür. Sonra digər otağa getmişlər, Savalan orada qızdırıcının yanında oturmuşdur. O, Savalana pulu Fəridə verdiyini demişdir. Bir müddət sonra Korrupsiyaya qarşı mübarizə İdarəsindən ona zəng vurub ifadə verməyə çağırmışlar. O da Fəridin yanına gedərək onları həmin idarəyə niyə çağırdıqlarını soruşmuşdur. Fərid isə «yoxlamadır, çağırıblar gedin» demişdir. O da Fəridə pulunu qaytarmasını demişdir. Fərid isə Savalandan pulu alacağını, axşam gəlib götürməyi bildirmişdir. Axşam yenə Fəridin yanına getmişlər, Fərid səhəri günü gəlib Savalandan pulu almağı bildirmişdir. O da Fəridə pulu ona verdiyi üçün ondan tələb etmişdir. Fərid də həmin 8000 manatı ABŞ dolları şəklində ona qaytarmışdır. Şahid10 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 nömrəli peşə məktəbini bitirmişdir. 2023-cü ilin 16 aprel tarixində 18 yaşı tamam olmuşdur. Lakin ilk dəfə Xidmətin Xəzər rayon İdarəsinə 2023-cü ilin fevral ayında dəvət olunmuşdur. Həmin vaxt idarəyə gedərək müayinələrdən keçmişdir. Həmin vaxt müayinə zamanı heç bir problem olmamış və hərbi xidmətə aparılacağı bildirilmişdir. Bundan sonra ona 17 fevral 2023-cü il tarixli çağırış vərəqəsi vermişlər. Evə gəlib bu barədə məlumat verdikdə atası Şahid11 narahatlıq hissi keçirərək xəstə uşaq olduğunu, hərbi xidmətdə əziyyət çəkəcəyini, buna görə də hərbi xidmətdən saxlanması üçün çalışacağını bildirmişdir. Belə ki, onun ürəyində problem olmuş, bəzi hallarda panik ataklar yaşamışdır. Bir neçə dəfə bununla bağlı müalicə də almışdır. Bundan sonra atası tək Xidmətin Xəzər rayon İdarəsinə getmiş və onda olan məlumata görə atasından hərbi xidmətə yararsız hesab edilmədiyi barədə rüşvət istənilmişdir. Lakin həmin pulun məbləğini bilməmiş, bildiyi o olmuşdur ki, atası həmin pulu toplamaq üçün bir neçə nəfər yaxınından borc almışdır. Atası ona məlum olmayan məbləğdə pulu toplayıb rüşvət qismində verdikdən sonra ona “səni bir daha idarəyə dəvət edib müayinədən keçirəcəklər” demişdir. Bunun ardınca ilk çağırışından təxminən 20 gün sonra, mart ayında Xidmətin Xəzər rayon İdarəsinə dəvət olunmuş və oradan adını xatırlamadığı idarənin əməkdaşı ilə birlikdə Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında yerləşən xəstəxanaya getmişlər. Orada kardio müayinədən keçmiş və qan analizi vermişdir. Müvafiq müayinələrdən keçən zaman həkimlərin onu dərindən müayinə etmədiklərini hiss etmişdir. Müayinədən sonra ona heç bir məlumat verilməmiş və evə getmişdir. Bundan sonra may ayında Xəzər rayon idarəsinə dəvət olunaraq Abşeron rayonu Qobuda yerləşən komissiyadan keçmiş və həmin vaxt ürək həkimi onu müayinə edən zaman əvvəlki müayinənin nəticəsinin yanlış olduğunu bildirmiş və sənədə nə isə yazıb ona təqdim etmişdir. Müayinənin nəticəsini həmin xəstəxanaya aparan Xidmətin Xəzər rayon idarəsinin əməkdaşına vermiş və evə getmişdir. Atasının hərbi xidmətə yararsız hesab edilməyi üçün verdiyi pul vəsaitinin aqibəti barədə isə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri üzrə təqsirli olmaları şahid ifadələri, ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Bakı Hərbi Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin həbsetmənin əvvəli 10 iyul 2023-ci il tarixdən hesablanmaqla barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Şahid1 şəxsi işindəki Akademik C.Abdullayev adına Elmi Tədqiqat və Kardiologiya İnistitununun sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktından görünür ki, ona “revmatizm qeyri-fəal mərhələ, Mitral qapağın İ dərəcəli prolapsı, ürək ritminin pozulması, sinus taxikardiyası, kardial tip” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan çağırışçı Şahid12 C.Abdullayev adına Elmi Tədqiqat və Kardiologiya İnistitutunda xx.xx.2023-cü il tarixdə müayinə olunmasına dair müayinə aktından görünür ki, ona “neyrosirkulyator, distoniya, revmatizm qeyri-fəal mərhələ, mitral qapağın 1-ci dərəcəli prolapsı, ürək ritminin pozulması, aritmiya” diaqnozu qoyulmuş, sonradan o təkrar müayinə olunmuş və onun 2 nömrəli klinik psixiatriya xəstəxanasında müayinə olunmasına dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ona “Yüngül ifadəli dissosiativ-konversion pozuntu, səthi cızıqlarla və anamnezində özünəxəsarət yetirmə” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan Çağırışçı Şahid10 C.Abdullayev adına Elmi Tədqiqat və Kardiologiya İnistitutunda xx.xx.2023-cü il tarixdə müayinə olunmasına dair müayinə aktından görünür ki, ona “neyrosirkulyator distoniya, revmatizm. Qeyri fəal mərhələ, mitral qapağın 1-ci dərəcəli prolapsı, ürək ritminin pozuması, sinus taxikardiyası” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan Çağırışçı Şahid8 X10 adına Göz Klinasında xx.xx.2021-ci il tarixdə müayinə olunmasına dair aktdan görünür ki, ona “bahar katarı, qarışıq forma, xroniki dakriosistet” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan çağırışçı X7 X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktla “on iki barmaq bağırsağın xora xəstəliyi, kəskinləşmə dövrü” diaqnozu qoyulmuş, Əkbər Musayev Bakı Sağlamlıq Mərkəzində yenidən müayinə olunmuş və ona “funksional dispepsiya” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan çağırışçı Şahid4 C.Abdullayev adına Elmi Tədqiqat və Kardiologiya İnistitutunda xx.xx.2022-ci il tarixdə müayinə olunmasına dair müayinə aktından görünür ki, ona “neyrosirkulyator distoniya, revmatizm. Qeyri fəal mərhələ, mitral qapağın 1-ci dərəcəli prolapsı, ürək ritminin pozuması, sinus taxikardiyası” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Xəzər rayon idarəsinin inzibati binasında quraşdırılmış müşahidə kameralarından götürülmüş CD diskə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Şahid8 Məmməd oğlu və Şahid9 xx.xx.2023-cü il tarixdə saat 14:10-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinə daxil olurlar və ifadələrində göstərdikləri baş leytenant rütbəli Təqsirləndirilən şəxs2 yaxınlaşırlar, Təqsirləndirilən şəxs2 hər iki şəxsi qarşılayıb özü ilə inzibati binaya daxil olduqda sağda yerləşən otağa tərəf aparıb qapını açar ilə açaraq saat 14:11-də otağa daxil olurlar. Saat 14:19-da yəni 8 dəqiqədən sonra həmin otaqdan Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid9 çıxırlar və inzibati binanın giriş qapısına tərəf hərəkət edirlər, saat 14:19:54 saniyədə Şahid8 və Şahid9 Xidmətin Xəzər rayon İdarəsinin darvazalarından küçəyə çıxdıqları görünür. Ertəsi gün yəni, xx.xx.2023-cü il tarixdə Şahid8 və Şahid9 saat 08:23-də heç bir valideyn darvazadan içəri buraxılmadığı halda qapıdan içəri buraxılır və onlar inzibati binanın növbətçi otağında Təqsirləndirilən şəxs2 yaxınlaşırlar. Təqsirləndirilən şəxs2 onları öncə binanın dəhlizinə tərəf aparır, sonra Təqsirləndirilən şəxs2 əli ilə hər iki cibini yoxladıqdan sonra onları növbətçi otağına aparır, növbətçi otağına Təqsirləndirilən şəxs2la birlikdə Şahid8 və Şahid9 08:24-də daxil olurlar və 08:26-da növbətçi otağından ilkin olaraq Şahid8 çıxır, 08:27-də, yəni 3 dəqiqədən sonra isə Şahid9 növbətçi otağından çıxır və Şahid8 və Şahid9 daha sonra inzibatin binanın arxa tərəfinə keçib 5 dəqiqədən sonra 08:33-də idarənin darvazasından çıxıb gedirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin inzibati binasında quraşdırılmış müşahidə kameralarından götürülmüş videogörüntü olan bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli K/292-2023 saylı rəyindən görünür ki, Şahid1 Akademik C.Abdullayev adına ETKİ-da xx.xx.2023-cü il tarixli 7/9-638 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə təyin olunan “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın İ (birinci) dərəcəli prolapsı. Ürək ritminin pozulması. Sinus taxikardiyası (1' 120-dir). NSD-kardial tip” diaqnozlu xəstəliklər məhkəmə-tibbi ekspertizanın gedişində aparılan müayinələr zamanı və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilməsi zamanı aparılan dərinləşdirilmiş instrumental tədqiqat və müvafiq müayinə üsulları ilə aşkar olunmadı. Lakin Şahid1 Akademik C.Abdullayev adına ETKİ-da xx.xx.2023-cü il tarixli 7/9-638 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə təyin olunan “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın İ (birinci) dərəcəli prolapsı. Ürək ritminin pozulması. Sinus taxikardiyası (1' 120-dir). NSD-kardial tip” diaqnozlu xəstəliklər üzrə müvafiq HHK-sı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42c maddəsinin İ qrafası və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsi düzgün olmuşdur. Əslində isə Şahid1 xx.xx.2023-cü il tarixdə tam sağlam olmaqla “hərbi xidmətə yarar”lı olmuşdur. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli 9198 nömrəli şəhadətləndirilmə arayışına əsasən, Şahid1 hal-hazırda sağlam olmaqla, “Hərbi xidmətə yararlı”dır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli K/294-2023 saylı rəyindən görünür ki, Şahid12 Akademik C.Abdullayev adına ETKİ-da xx.xx.2023-cü il tarixli 7/9-632 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə təyin olunan “Neyrosirkulyator distoniya, hipotonik tip. Revmatizm qeyrifəal mərhələ. Mitral qapağın ݰ (birinci dərəcəli) prolapsı. Ürək ritminin pozulması. Ekstrasistolik aritmiya” diaqnozlu xəstəliklər məhkəmə-tibbi ekspertizanın gedişində aparılan müayinələr zamanı və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilməsi zamanı aparılan dərinləşdirilmiş instrumental tədqiqat və müvafiq müayinə üsulları ilə aşkar olunmadı. Bakı şəhəri 2 №-li X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1673 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə Şahid12 təyin olunan “Yüngül ifadəli dissosiativ-konversion pozuntu, səthi cızıqlarla və anamnezində özünə xəsarət yetirmə. F44.7” diaqnozlu xəstəlik isə hal-hazırda da mövcuddur. - Şahid12 Akademik C.Abdullayev adına ETKİ-da xx.xx.2023-cü il tarixli 7/9-632 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə təyin olunan “Neyrosirkulyator distoniya, hipotonik tip. Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın ݰ (birinci dərəcəli) prolapsı. Ürək ritminin pozulması. Ekstrasistolik aritmiya” diaqnozlu xəstəliklər üzrə onun müvafiq HHK-sı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42c maddəsinin İ qrafası və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsi hazırda qüvvədə olan “Əsasnamə”nin tələblərinə uyğundur. Əslində isə Şahid12 xx.xx.2023-cü il tarixdə kardioloji xəstəliklər üzrə tam sağlam olmuşdur. Şahid12 həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Bakı şəhəri 2 №-li X1 xx.xx.2023-cü il tarixli 1673 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə ona təyin olunan “Yüngül ifadəli dissosiativ-konversion pozuntu, səthi cızıqlarla və anamnezində özünə xəsarət yetirmə. F44.7” diaqnozlu xəstəlik üzrə üç ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsız” olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin HHK-sı tərəfindən Şahid12 tibbi şəhadətləndirilmə sənədləri tam doldurulmamış, tarix göstərilməklə, məlumatlar müvafiq qrafalar üzrə daxil edilməmiş və şəhadətləndirilmə zamanı 2 №-li X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1673 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına görə şəhadətləndirilmə aparılmamışdır. - Şahid12 hal-hazırda “Yüngül ifadəli dissosiativ-konversion pozuntu. Sağ biləyin ön səthinin cızılmış yarasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu xəstəlik vardır və o, bu diaqnozlu xəstəliklə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, 3 (üç) ay müddətinə “hərbi xidmətə müvəqqəti yararsızdır”. Göstərilən müddət bitdikdən sonra müvafiq xəstəlik üzrə və ümumi olmaqla təkrar şəhadətləndirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli K/297-2023 saylı rəyindən görünür ki, Akademik C.Abdullayev adına ETKİ-da xx.xx.2023-cü il tarixli 7/9-636 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə Şahid10 təyin olunan “Neyrosirkulyator distoniya, hipotonik tip. Revmatizm qeyrifəal mərhələ. Mitral qapağın ݰ (birinci dərəcəli) prolapsı. Ürək ritminin pozulması. Sinus taxikardiyası (Ps 106-71)” diaqnozlu xəstəliklər məhkəmə-tibbi ekspertizanın gedişində aparılan müayinələr və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında sağlamlıq vəziyyətinin təyin edilməsi üçün aparılan dərinləşdirilmiş müayinələr zamanı aşkar olunmadı. Lakin Akademik C.Abdullayev adına ETKİ-da Şahid10 təyin olunan “Neyrosirkulyator distoniya, hipotonik tip. Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın ݰ (birinci dərəcəli) prolapsı. Ürək ritminin pozulması. Sinus taxikardiyası (Ps 106-71)” xəstəlikləri üzrə SHXÇDX-nin Xəzər rayon idarəsinin HHK-sı tərəfindən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42c maddəsinin İ qrafasına və ƏTC-nə əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsi düzgün olmuşdur. Əslində isə Şahid10 həmin dövrdə kardioloji və revmatoloji xəstəlik olmamış və o, bu sahələr üzrə hərbi xidmətə yararlı olmuşdur. -Şahid10 MN Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilməsinə dair xx.xx.2023cü il tarixli 9731 nömrəli arayışa əsasən onda hal-hazırda “Xroniki kompensə olunmuş tonzillit. Anadangəlmə inkişaf qüsuru, sağ böyrəyin ekstrarenal ləyəni. Zəif qidalanma BÇ1-17,3” diaqnozlu xəstəliklər vardır və o, bu diaqnozlu xəstəliklərlə “Xəstəliklər cədvəli”nin 13d maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Hərbi xidmətə yararlıdır, A-3”. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli K/297-2023 saylı rəyindən görünür ki, Şahid8 X10 adına Milli Oftalmologiya Mərkəzində xx.xx.2021-cü il və xx.xx.2023-cü il tarixli aktlarla təyin olunan xəstəliklər hal-hazırda onda “OU xroniki dakriosistit, nazolakrimal kanalın tıxanıqlığı. OU-sadə miopik astiqmatizm, refraksiya oxlarla sağ gözdə Em və M 0,5D, sol gözdə Em və M 2,0D nəticəsində görmə itiliyinin sağ gözdə 0,9-a, sol gözdə 0,4-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 (vahid) olmaqla” formasında mövcuddur. Şahid8 X10 adına Milli Oftalmologiya Mərkəzində təyin edilmiş diaqnozlar düzgün hesab edilir, həmin diaqnozlarla SHXÇDX-nin Xəzər rayon idarəsinin HHK-sı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 36 maddəsinin İ qrafası və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “6 ay hərbi xidmətə müvəqqəti yararsızdır” qərarı düzgün olmuşdur. - Şahid8 MN Baş Klinik Hospitalda aparılmış müayinələri ilə onda hal-hazırda “ OU xroniki dakriosistit, nazolakrimal kanalın tıxanıqlığı. OU-sadə miopik astiqmatizm, refraksiya oxlarla sağ gözdə Em və M 0,5D, sol gözdə Em və M 2,0D nəticəsində görmə itiliyinin sağ gözdə 0,9-a, sol gözdə 0,4-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 (vahid) olmaqla. Aşıq-qayıqvarı oynaqların osteoartrozu olmayan hər iki ayağın birinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozlu xəstəlikləri aşkar edildi, o, bu diaqnozlu xəstəliklərlə hazırda “Xəstəliklər cədvəli”nin 29b maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli K/290-2023 saylı rəyindən görünür ki, X7 “X13” PHŞ-da xx.xx.2023-cü il tarixli 184 №-li aktla təyin olunan “On iki barmaq bağırsağın xora xəstəliyi. Kəskinləşmə dövrü (K26). Reflüks ezofagit (K20)” diaqnozlu xəstəlik hal-hazırda “Xroniki eroziv qastrit” diaqnozu formasında mövcuddur. “X13”ndə Ə.Şahid7 təyin olunan və onun həqiqi hərbi xidmətə yararsız olmasına səbəb olan “On iki barmaq bağırsağın xora xəstəliyi” diaqnozlu xəstəlik məhkəmə-tibbi ekspertizanın gedişində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında aparılan zəruri tibbi müayinə üsulları ilə aşkar olunmadı. Lakin Ə.Şahid7 “X13” PHŞ-da xx.xx.2023-cü il tarixli 184 №-li aktla təyin olunan “On iki barmaq bağırsağın xora xəstəliyi. Kəskinləşmə dövrü. Reflüks ezofagit” diaqnozlu xəstəlik üzrə müvafiq HHK-sı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 57c maddəsinin İ qrafası və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsi düzgün olmuşdur. - X6 hal-hazırda “Xroniki eroziv qastrit” diaqnozlu xəstəlik vardır və o, bu diaqnozlu xəstəliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin --- maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Hərbi xidmətə yararlı”dır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli K/298-2023 saylı rəyindən görünür ki, Akademik C.Abdullayev adına ETKİ-da xx.xx.2022-ci il tarixli 7/9-3868 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə Şahid4 təyin olunan “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın prolapsı ݰ (birinci dərəcəli). Ürək ritminin pozulması. Sinus taxikardiyası (ÜVS-120'). Neyrosirkulyator distoniya, hipotonik tip” diaqnozlu xəstəliklər məhkəmə-tibbi ekspertizanın gedişində MN Baş Klinik Hospitalında aparılan müayinələr zamanı aşkar olunmadı. Lakin Akademik C.Abdullayev adına ETKİ-da Şahid4 təyin olunan “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın prolapsı ݰ (birinci dərəcəli). Ürək ritminin pozulması. Sinus taxikardiyası (ÜVS-120'). Neyrosirkulyator distoniya, hipotonik tip” xəstəlikləri üzrə SHXÇDX-nin Xəzər rayon idarəsinin HHK-sı tərəfindən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42c maddəsinin İ qrafasına və ƏTC-nə əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsi düzgün olmuşdur. Əslində isə Şahid4 həmin dövrdə kardioloji və revmatoloji xəstəlik olmamış və o, bu sahələr üzrə hərbi xidmətə yararlı olmuşdur. - AO-nun Baş travmatoloqu tərəfindən Şahid4 müayinəsi zamanı hazırda onda “Sağ bazu sümüyünün başının Hell-Sachs zədələnməsi, anteriosuperior labriumun Bonker yırtığı” diaqnozlu xəstəlik aşkar edilmişdir. Şahid4 bu diaqnozlu xəstəliklə “Xəstəliklər cədvəli”nin 65c maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. Bununla belə, Şahid4 həmin patologiya ilə bağlı cərrahi əməliyyatdan sonra təkrar şəhadətləndirilməlidir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hər iki təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özlərini müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlar törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran cinayəti təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar cinayəti təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki idda və məhkəmə xərcləri yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə maddi sübut olan videogörüntüləri əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinin cəza çəkmə müddətinin başlanğıcı həbsə alındıqları vaxtdan – 10 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan videogörüntüləri əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hakim Zeynal Ağayev
Məhkəmə qərarları › İş №1-1(093)-193/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-193/2023
08.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver