Məhkəmə qərarları › İş №1-1(093)-195/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-195/2023

04.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-195/2023 04.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X3 Qurban oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs (xx xxxxx 1990-cı il tarixdə Mingəçevir şəhərində anadan oliuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müşahidə rayonunun baş informasiya postunun rabitə üzrə növbə rəisi vəzifəsində, miçman hərbi rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin müşahidə rayonunun baş informasiya postunun rabitə üzrə növbə rəisi vəzifəsində, miçman hərbi rütbəsində xidmət etdiyi müddətdə 26 iyun 2023-cü il tarixdə saat 09:00-dan 27 iyun 2023-cü il tarixdə saat 09:00-dək hərbi hissənin müşahidə rayonunun baş informasiya rayonunda rabitə növbəsi üzrə sutkalıq naryada təyin edilmiş, 26 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən rəisi hesab olunduğu, onunla eyni əməliyyat otağında xidmət aparmaqla həmin hərbi hissənin hava hücumundan müdafiə bölməsinin operator-planşetçi üzrə sutkalıq naryada təyin edilmiş, qeyd edilən hərbi hissənin hava hücumundan müdafiə bölməsinin operator-planşetçisi vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qullquçusu Zərərçəkmiş şəxs xidməti vəzifələrinə uyğun olaraq, əməliyyat otağındakı planşetin üzərini silib təmizləmək məqsədi ilə onun əyləşdiyi masanın üzərinə qoyulmuş salfeti götürən zaman həmin salfeti kobud şəkildə baş çavuş Zərərçəkmiş şəxs əlindən almaq istəmiş, onun bu hərəkətini ilk öncə zarafat kimi qəbul edən Zərərçəkmiş şəxs zarafat etmək məqsədi ilə sağ əlinin yan tərəfini onun çiyin nahiyəsinə vurub əlini incitdiyini dedikdə o, əsəbiləşərək ünvanına nalayiq ifadələr işlədə-işlədə sol əli ilə Zərərçəkmiş şəxs sağ qol və çiyin nahiyəsinə yumruqla bir zərbə vurmuş, Zərərçəkmiş şəxs həmin sözlərin eynisini ona deyib planşeti silməyə başladıqda, o, ayağa durub yumruqlarını sıxaraq əsəbi halda, habelə ünvanına nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs üzərinə getmiş, lakin üzərinə gəlməməsini bildirməsinə məhəl qoymayaraq, sonuncunun üzərinə getməyə davam etmiş, həmçinin orada olan digər hərbi qulluqçuların mübahisəyə müdaxilə edərək onu tutub saxlamalarına baxmayaraq, onların əlindən çıxıb ona qarşı aktiv müqavimət göstərmək iqtidarında olmayan qadın hərbi qulluqçu Zərərçəkmiş şəxs yenidən üzərinə gedib sağ əli ilə onun sol biləyindən tutub sıxaraq itələmiş, daha sonra isə öz üstünlüyünü ona nümayiş etdirmək üçün sol əli ilə sol biləyindən tutub sıxaraq yumruğunu aqressiv şəkildə sifətinə yaxınlaşdırıb sonuncuya onu pis formada döyəcəyini demiş, Zərərçəkmiş şəxs ona “gücünü qadına deyil, müharibədə ermənilərə göstər” deməsinə daha da əsəbiləşib sol əli ilə onun əlinə bir dəfə yumruqla vuraraq sonuncunun əlindəki spirt qabını yerə salmış, həmin vaxt otağın küncündə dayandığından mübahisənin daha da şiddətlənməməsi üçün oradan uzaqlaşmağa çalışan Zərərçəkmiş şəxs kənara çəkilməsinə imkan verməyərək, yenidən üzərinə gəlib geri itələyərək sol əli ilə sonuncunun sağ said nahiyəsinə 2-3 dəfə yumruq vurmuş, yenidən Zərərçəkmiş şəxs üzərinə getmək istəsə də, orada olan digər hərbi qulluqçuların onu tutub kənara çəkməsi səbəbindən bunu edə bilməmişdir. Bundan sonra, miçman Təqsirləndirilən şəxs onun bu hərəkətləri nəticəsində əsəbləşərək hadisə barədə zəng edib Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna məlumat verəcəyini deyib otaqdan çıxan baş çavuş Zərərçəkmiş şəxs arxası ilə qərargah binasının dördüncü mərtəbəsində yerləşən qadın hərbi qulluqçuların istirahət otağına getmiş, orada hadisə barədə prokurorluğa veriləcək mümkün məlumatın qarşısını almaq üçün Zərərçəkmiş şəxs mobil telefonunu ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs bununla razılaşmadıqda, öz qanunsuz hərəkətlərini davam etdirərək əlləri ilə sonuncunun sağ qolunu sıxıb burmaqla telefonu ondan məcbur şəkildə almış, səs-küyə onların yanına gəlmiş zabitlərin iradlarından və otaqdan çıxmaq barədə israr etmələrindən sonra telefonu orada qoyub həmin otaqdan çıxmışdır. Daha sonra, Təqsirləndirilən şəxs onun qeyd edilən hərəkətləri səbəbindən çox əsəbi vəziyyətə düşmüş və əsəblərini sakitləşdirmək üçün zabitlər tərəfindən çay içməsi üçün çay otağına göndərilmiş baş çavuş Zərərçəkmiş şəxs tək olduğunu görüb yenidən ona yaxınlaşıb şikayət etməməsi üçün ona qarşı hədələyici ifadələr işlətmiş, Zərərçəkmiş şəxs şikayətini götürməyəcəyini bildirdikdə, barəsində ediləcək şikayətin qarşısını zorakı hərəkətlərini davam etdirərək sonuncunu özünə bu yolla tabe edib almaq üçün sağ qolundan tutub möhkəm sıxıb Zərərçəkmiş şəxs sağa-sola silkələmiş, bu hərəkətləri ilə sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sağ saidin yumşaq toxumalarının əzilməsi, postravmatik qançırları” ilə müşayiət olunan bədən xəsarətlərini yetirərək rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin müşahidə rayonunun baş informasiya postunun rabitə üzrə növbə rəisi vəzifəsinə xidmət edərkən, rabitə üzrə növbətçi olduğu üçün aldığı məlumatı bir yerə dərhal qeydiyyat aparmalı olduğundan həmin məlumatı daha sonra dəftərə köçürmək məqsədi ilə salfetin üzərinə yazmışdır. Hadisə günü o, xidməti otağında olan masanın üzərindəki salfeti Zərərçəkmiş şəxs götürüb planşeti silmişdir. Əvvəllər də Billurə Məməmdova salfetdən icazəsiz istifadə etdiyindən ona hirslənmişdir. Zərərçəkmiş şəxs onun çiynindən zərbə vurmuş, o isə Zərərçəkmiş şəxs “sonuncu dəfə olsun” demiş, Zərərçəkmiş şəxs isə ona “qudurma” ifadəsi işlətmiş, o da Zərərçəkmiş şəxs “quduran sənsən” demişdir. Zərərçəkmiş şəxs onun bu sözündən sonra təkrar olaraq nalayiq ifadə işlədərək “quduran sənin anan, bacındır” demişdir. O, Zərərçəkmiş şəxs bu sözünü həzm edə bilmədiyi üçün onun üzərinə getmişdir. Onun Bülurənin üzərinə getməyinin səbəbi onu döymək olmamış, ona sakit qalmasını demək olmuşdur. Bilurə kənar şəxslərin yanında ona ana-bacı söyüşünü söyməyini qəbul edə bilmədiyindən ona “sus” demişdir. Sonra Zərərçəkmiş şəxs əlindəki spirti əsəbindən əlindən alıb yerə atmışdır. O, Zərərçəkmiş şəxs qəti şəkildə vurmadığını, Zərərçəkmiş şəxs ona şər atdığını, onun guya aldığı xəsarəti ilə bağlı sənədi Ekspertiza Mərkəzindən yox, poliklinikadan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, baxış protokolu, ekspert rəyi, eləcə də, iş üzrə toplanmış digər dəlillərlə tam olaraq sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmayıb və ondan şikayətçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin hava hücumundan müdafiə bölməsinin operator-planşetçisi vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluquçu kimi xidmət etdiyi müddətdə hərbi hissədə planşetçi vəzifəsində işləmişdir. Onun Təqsirləndirilən şəxslə aralarında tabeçilik münasibəti olmuşdur. Əvvəllər onunla aralarında yaxşı münasibəti olmuş, o, vəzifəsi ilə əlaqədar daima spirt, flomaster və salfet ilə işlətmiş və onların xidməti otaqlarında daima masanın üzərində öz büdcələri ilə aldıqları salfet olmuşdur. Hadisə günü öz vəzifəsini yerinə yetirən vaxt masanın üzərindən salfeti götürərkən Tərxan Müstafayev onun əlinin üzərindən vurmuş və onun zərbəsi ilə əl sümüyünü incitmişdir. O isə hər zaman Tərxan Mustayevlə zarafalaşdıqları üçün onun çiynindən əli ilə vurmuşdur. Təqsirləndirilən şəxs isə ona qarşılıq olaraq onun qoluna təkrar vurmuşdur. Daha sonra o, planşetin qarşısına keçərək işini davam etdirmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlətmiş və ona işini davam etdirməyə imkan verməmişdir. O da Təqsirləndirilən şəxs həmin nalayiq ifadələrini onun özünə qarşı demişdir. Təqsirləndirilən şəxs ayağa qalxaraq ona tərəf gəlib onu vurmaq istəmiş və əlində olan spirti aşırmışdır. Təqsirləndirilən şəxs həmin yerdəki spirtə təpik vuraraq onun üstünə gələrək onu döymək istəmiş, eyni zamanda ona qarşı kişiyə aid olan nalayiq ifadələr işlətmişdir. Orada onların yanında olan zabitlər və miçman heyyəti onları ayırmaq istəmiş, lakib buna baxmayaraq Təqsirləndirilən şəxs yenə də onun üstünə gəlməyə davam etmişdir. Təqsirləndirilən şəxs onu vurmaq istəyəndə o, Tərxanı itələmiş, daha sonra onun bu cür rəftarının davam etdirməsini görərək mobil telefonunu götürüb Hərbi Prokuororluğa müraciət edəcəyini deyib otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra 4-cü mərtəbədə yerləşən xanımların istirahət otağına girmiş, Təqsirləndirilən şəxs onun arxası ilə gəlib otağa daxil olaraq, onun qolunu burub telefonunu əlindən alıb, ona qışqıraraq “telefonumu ver” demiş, bu vaxt zabitlərdən Şahid2 onların olduğu otaqa daxil olub, onu otaqdan çıxararaq sakitləşdirmək üçün çay otağına aparmışdır. Təqsirləndirilən şəxs yenə onun yanına gələrək ona hədə-qorxu gəlmiş və “ən yaxşısı sən bu məsələni burada bağla, yoxsa sənin üçün yaxşı olmayacaq” demiş və onun qolundan tutaraq ora-bura çəkməyə başlamış, ona yenə “səni burada sürüyərəm” sözləri demiş və ona qarşı ata söyüşləri etmişdir. Şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin rabitə qovşağının telefon-rabitə aparatlarının texnik növbə rəisi, baş miçman Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı xidməti otağında arxa tərəfdə oturmuş, bir anlıq Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisə ediklərini görmüş və onları ayırmağa calışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfə gedərkən görüb mübahisənin böyüdüyünü anlamış və növbətçi vasitəsilə köməkçini çağırmışdır. Daha sonra Zərərçəkmiş şəxs otaqdan çıxmış, o isə postunu tərk edə bilmədiyi üçün xidmətini davam etdirmişdir. O, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birlərini vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməsə də ona hücum çəkdiyini görmüşdür. Şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hava hücumundan müdafiə bölməsinin mütəxəssisi, miçman Şahid2 ifadəsində göstərmişdir ki, xidmətdə olan vaxt Təqsirləndirilən şəxslə bir masada əyləmişlər. Zərərçəkmiş şəxs masaya yaxınlaşaraq masanın üzərində olan salfeti götürəndə Təqsirləndirilən şəxs salfeti icazəsiz götürdüyü üçün iradını bildirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs əli ilə vuraraq “qudurma” demiş və bundan sonra onların arasında mübahisə başlamışdır. O, mübahisənin gərginləşməsini görüb onları ayırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edərək, onu vurduğunu görməmiş, onların yalnız tutaşdığını və X1 Məmmədovanın üzərinə getdiyini görmüşdür. Onlar bir-birlərinə nalayiq ifadələr işlətmişlər. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs “niyə söyüş soyürsən?” deyərək onun üzərinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ağlaya- ağlaya otaqdan getmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. N nömrəli hərbi hissənin komandirinin N iyun 2023-cü il tarixli 176 NR nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, 26 iyun 2023-cü il tarixdə miçman Təqsirləndirilən şəxs hərbi hissənin müşahidə rayonunun baş informasiya rayonunda rabitə növbəsi üzrə, baş çavuş Zərərçəkmiş şəxs isə hərbi hissənin hava hücumundan müdafiə bölməsinin operator-planşetçi üzrə sutkalıq naryada təyin edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, 26 iyun 2023-cü il tarixdə baş vermiş hadisə zamanı miçman Təqsirləndirilən şəxs baş çavuş Zərərçəkmiş şəxs arasında Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən tabelik münasibətləri olmuş, yəni Təqsirləndirilən şəxs hərbi rütbəsinə görə Zərərçəkmiş şəxs rəis hesab olunmuşdur. N nömrəli hərbi hissənin poliklinikasının “zədələnmələrin qeydiyyatı” kitabından edilən çıxarışdan müəyyən olunur ki, baş çavuş Zərərçəkmiş şəxs 30 iyun 2023-cü il tarixdə saat 10:45-də “sağ saidin yumşaq toxumalarının əzilməsi, postravmatik qançırları” diaqnozu ilə həmin poliklinikaya daxil olmuş, müayinə zamanı qeyd olunan xəsarətləri 26 iyun 2023-cü il tarixdə növbə zamanı miçman Təqsirləndirilən şəxs ona zor tətbiq etməsi nəticəsində aldığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 887 nömrəli rəyindən görünür ki, həmin tarixdə keçirilmiş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və təqdim olunmuş tibbi sənədlərin qeydiyyatlarına əsəsən onun bədən səthində aşkar edilmiş “sağ saidin yumşaq toxumalarının əzilməsi, postravmatik qançırları” xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yetirilməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan ağırlıq dərəcələri təyin edilmir. Baxış keçirilməsi haqqında 06 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki¸ həmin tarixdə N nömrəli hərbi hissənin qərargah binasının 5-ci mərtəbəsində yerləşən əməliyyat növbətçisinin otağında aparılan kameradan miçman Təqsirləndirilən şəxs ilə baş çavuş Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin videogörüntüsünə baxış keçirilmiş, baxış zamanı qeyd edilən görüntülərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əyləşdiyi masanın yanına yaxınlaşıb salfet götürdüyü zaman sonuncunun qəflətən kobud şəkildə həmin salfeti Zərərçəkmiş şəxs əlindən almaq istədiyi, həmin vaxt Zərərçəkmiş şəxs sağ əlinin yan tərəfini Təqsirləndirilən şəxs çiyin nahiyəsinə vurduğu, bundan sonra Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs sağ qol və çiyin nahiyəsinə yumruqla vurduğu, bütün bunlar baş verərkən onların üzlərini bir-birilərinə tutub nələrisə dedikləri, bu zaman Təqsirləndirilən şəxs ayağa durub yumruqlarını sıxaraq Zərərçəkmiş şəxs üzərinə getdiyi, sonuncunun sol əli ilə Təqsirləndirilən şəxs sinəsinə toxunub onu saxladığı, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə getməkdə davam etdiyi, həmin vaxt otaqda olan iki nəfər hərbi qulluqçunun onu tutub saxladıqları, buna baxmayaraq, Təqsirləndirilən şəxs onların əlindən çıxıb sağ əli ilə otaqdakı planşeti silməyə çalışan Zərərçəkmiş şəxs sol biləyindən tutub sıxaraq onu itələdiyi, daha sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üzərinə gedib sol əli ilə onun sol biləyindən tutub sıxaraq yumruğunu sifətinə yaxın tutub sıxaraq nəsə deyib yumruqla əllərinə vurduğu, nəticədə Zərərçəkmiş şəxs əlindəki spirt qabının yerə düşdüyü, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs otağın küncünə, yəni müşahidə kamerasının çəkmədiyi hissəyə sıxıb mübahisəyə davam etdiyi, həmin vaxt otaqda olan hərbi qulluqçuların Təqsirləndirilən şəxs tutub kənara çəkdikləri, yenidən Zərərçəkmiş şəxs üzərinə getməyə imkan vermədikləri, bundan sonra Zərərçəkmiş şəxs otaqdan çıxdığı, qısa müddət sonra otağa qayıdıb mobil telefonunu götürüb yenidən otağı tərk etdiyi, bir qədər sonra isə Təqsirləndirilən şəxs də otaqdan çıxdığı müşahidə edilmişdir. N nömrəli hərbi hissənin komandirinin N oktyabr 2022-ci il tarixli 287 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, miçman Təqsirləndirilən şəxs həmin tarixdə qeyd edilən hərbi hissənin rabitə qovşağının ötürücü radiomərkəzinin texniki-növbə rəisi vəzifəsindən azad edilərək hərbi hissənin müşahidə rayonunun baş informasiya postunun rabitə üzrə növbə rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin komandirinin N oktyabr 2022-ci il tarixli 287 nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, baş çavuş Zərərçəkmiş şəxs həmin tarixdə qeyd edilən hərbi hissənin müşahidə rayonunun baş informasiya postunun operatoruradiometrçisi vəzifəsindən azad edilərək hərbi hissənin hava hücumundan müdafiə bölməsinin operator-planşetçisi vəzifəsinə təyin edilmişdir. Baş çavuş Zərərçəkmiş şəxs adına hazırlanmış AD seriyalı ******* nömrəli şəxsi vəsiqədə olan qeydlərdən görünür ki, o, Azərbaycan Ordusunun Baş qərargah rəisinin 22 iyul 2023cü il tarixli 0132 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin hava hücumundan müdafiə bölməsinin operator-planşetçisi vəzifəsindən azad edilərək N nömrəli hərbi hissənin şəxsi heyət uçot bölməsinin kargüzar-operatoru vəzifəsinə təyin edilmişdir Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır İş üzrə maddi sübut kimi tanınmış, baş vermiş hadisənin videogörüntüləri olan bir ədəd CD markalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Cinayət İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin İş üzrə maddi sübut kimi tanınmış, baş vermiş hadisənin videogörüntüləri olan bir ədəd CD markalı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğluna sərf etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar