Məhkəmə qərarları › İş №1-1(093)-197/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-197/2023

16.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-197/2023 16.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1, müdafiəçi- Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İmanov X7 Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin noyabr ayının sonlarında tabeliyində olan həmin bölüyün 1-ci taqımının 1-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs1 mobil telefonla danışdığını öyrənib sonuncunu bölüyün əşya otağına aparmaqla mobil telefonu verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 telefonun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 məxsus olduğunu, ailə üzvləri ilə əlaqə saxlamaq üçün telefonu Şahid1 bir neçə dəqiqəlik aldığını, buna görə də telefonu yalnız Şahid1 geri qaytara biləcəyini dedikdə o, əsəbiləşərək əşya otağının qapısını bağlayıb otaqda olan tabureti Zərərçəkmiş şəxs1 üzərinə atmış, sonuncu özünü müdafiə edib aşağı əyildiyindən taburet ona dəyməmiş, lakin o, qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 üzərinə gedib sağ ayağı ilə sonuncunun sol ayağına qüvvətli təpik zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs1 müvazinətini itirib sol dizi üstə yerə yıxıldıqda yenidən Zərərçəkmiş şəxs1 üzərinə gedib yıxılmış vəziyyətdə olmasına baxmayaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı təpik və yumruq zərbələri vurub rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığa zərərvurmayan «sol diz oynağının ön səthinin sıyrılmış yarası» xəsarətini yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə və rütbədə xidmətdə olarkən 28 mart 2023-cü il tarixdə saat 09 radələrində bölüyün inzibati binasının dəhlizində Zərərçəkmiş şəxs1 ilə qarşılaşmış, sonuncu hərbi nizamnamələrin tələblərinə əsasən ona «hərbi salam» verdikdə o, heç bir əsas və səbəb olmadan Zərərçəkmiş şəxs1 sağ qulağından tutub fiziki güc tətbiq etməklə kobud şəkildə sıxaraq burmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 sağ qulağında güclü ağrı hiss etdiyindən qulağını buraxmasını israrla xahiş etsə də, o, Zərərçəkmiş şəxs1 xahişinə məhəl qoymadan öz hüquqa zidd əməlini davam etdirib Zərərçəkmiş şəxs1 sağ qulağını daha sərt şəkildə dartaraq burub rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə təkrarən zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid «sağ qulaq seyvanının perixondritlə nəticələnmiş hematoması» xəsarətini yetirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2023-cü ilin mart ayının ortalarında N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci taqımının 1-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 mühəndis istehkam bölüyünün əşya otağına daxil olduğunu görüb sonuncunun arxasınca həmin otağa keçərək Zərərçəkmiş şəxs2 əşya otağına daxil olmasının səbəbini soruşmuş, sonuncu ona əşya otağına daxil olmasının səbəbini izah etdikdə isə Zərərçəkmiş şəxs2 əşya otağını tərk etməsini, bir daha icazəsiz əşya otağına daxil olmamasını tələb etmiş, Zərərçəkmiş şəxs2 təəccüblü şəkildə gülümsəyərək «komandir hər zaman daxil olduğumuz otaqdır, ləvazimatları qoyub çıxıram» deyə cavab verdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 gülümsəməsinə görə əsəbiləşib irad tutmaqla Zərərçəkmiş şəxs2 üzərinə gedib sol dizi ilə sonuncunun sol ayağının baldır nahiyəsinə qüvvətli zərbə vurmuş, Zərərçəkmiş şəxs2 zərbənin təsirindən yerə yıxıldıqda o, Zərərçəkmiş şəxs2 tərəf əyilərək sağ əlini yumruq şəklində sıxıb Zərərçəkmiş şəxs2 üz nahiyəsinə toxundurub Zərərçəkmiş şəxs2 ağıllı olmasını tələb etməklə rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 15 aprel 2023-cü il tarixdə saat 13 radələrində mühəndis-istehkam bölüyünün şəxsi heyəti təlim mərkəzində keçirilən təlim dərslərini bitirib hərbi hissəyə qayıdaraq bölüyün inzibati binasının dəhlizində düzüldükdə hava isti olduğundan bəzi əsgərlər, eləcə də Zərərçəkmiş şəxs2 dəmir dəbilqəsini başından çıxarmış, bunu görən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaxınlaşaraq dəbilqəsini başından çıxarmasına irad tutmaqla Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs2 dəmir dəbilqəsini başına qoyduqda, etdiyi qanunsuz hərəkətlə kifayətlənməyən Təqsirləndirilən şəxs özünə məxsus dəmir dəbilqə ilə Zərərçəkmiş şəxs2 başında olan dəmir dəbilqəyə, daha sonra isə dizi ilə sonuncunun sağ böyür nahiyəsinə zərbə vuraraq rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib məhkəməyə ifadə verərək göstərdi ki, o, 2022-ci ilin iyul ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün baş çavuşu vəzifəsinə təyin edilməklə xidmət etmiş, N may 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş və həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətini davam etdirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün sabiq hərbi qulluqçuları, əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, həmin şəxslərlə münasibətləri xidməti olmuş, vəzifəsinə və rütbəsinə görə adları göstərilən hərbi qulluqçulara birbaşa rəis hesab olunmuşdur. N nömrəli hərbi hissənin mühəndisistehkam bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət etdiyi müddətdə 2022-ci ilin noyabr ayının sonlarında o, bölüyün inzibati binasında olarkən qərargah bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Orxan Əsgərov əşya otağının qarşısında onu görüb «əsgərin telefon işlədir» sözlərini demiş, bu zaman bölüyünün 1-ci taqımının 1-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs1 sanitar qovşağı tərəfdən gəldiyini gördükdə ona X12 Ağazadəni nəzərdə tutduğu məlum olmuş, o, əsəbiləşərək dərhal Zərərçəkmiş şəxs1 əşya otağına çağırmış və nə üçün mobil telefon işlətdiyini soruşmuş, telefonu ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 mobil telefonun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 məxsus olduğunu, ailə üzvləri ilə danışmaq üçün bir neçə dəqiqəlik Şahid1 aldığını demiş, buna baxmayaraq o, telefonu təkidlə Zərərçəkmiş şəxs1 tələb etmiş, lakin sonuncu həmin telefonu Şahid1 aldığı üçün telefonu öz sahibinə qaytarmalı olduğunu söyləmiş, dediklərinə anlayışla yanaşmasını ondan xahiş etmişdir. O, bir qədər də əsəbiləşərək əşya otağının qapısını bağlayıb masanın üzərində olan, oturmaq üçün nəzərdə tutulmuş stulu, yəni «tabureti» götürüb Zərərçəkmiş şəxs1 tərəf atdıqda Zərərçəkmiş şəxs1 bir qədər kənara çəkilmiş və «taburet» sonuncuya dəyməmiş, bu zaman o, Zərərçəkmiş şəxs1 yaxınlaşıb sağ ayağı ilə sol ayağına təpik zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 ayağı qatlanmış və sonuncu yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs1 telefonu ona verməməsi ilə bağlı hərəkətindən bərk əsəbiləşdiyindən, həmçinin həmin vaxt şəxsi problemləri ilə bağlı əsəbi olduğundan Zərərçəkmiş şəxs1 sol diz nahiyəsinə təpik, bədəninə isə yumruq zərbələri vurmuş, lakin ani olaraq yol verdiyi hərəkətlərin düzgün olmadığını başa düşüb əşya otağından çölə çıxmışdır. Bu zaman Şahid1 əsgər yataqxanası tərəfdən gəldiyini görmüş, Zərərçəkmiş şəxs1 də artıq əşya otağından çıxmış, o, Zərərçəkmiş şəxs1 telefon işlətməsi barədə Şahid1 dedikdə Zərərçəkmiş şəxs1 sözünü kəsərək telefon işlətmədiyini, əlindəki telefonun Şahid1 məxsus olduğunu bildirib telefonu sonuncuya təqdim etmişdir. Şahid1 həmin telefonun həqiqətən də özünə məxsus olduğunu təsdiq etdikdə o, Şahid1 mobil nömrəsini əldə edib zəng etmiş, mobil telefona zəng gəldikdən sonra Şahid1 inanmış, telefonun Şahid1 məxsus olduğunu bilib Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etdiyini bildirməmək üçün sonuncuya «telefon sənin deyildisə niyə vermirdin» sözlərini demişdir. Bundan başqa, o, 28 mart 2023-cü il tarixdə saat 09 radələrində əsgər yataqxanasının dəhlizində Zərərçəkmiş şəxs1 görmüş, Zərərçəkmiş şəxs1 ona «hərbi salam» vermiş, bu vaxt şəxsi problemləri ilə bağlı fikirli olduğundan Zərərçəkmiş şəxs1 ona düzgün hərbi salam vermədiyini düşünmüş, həmçinin həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 bəzi intizamsızlıqlara yol verdiyindən ciddi əsas və səbəb olmadan Zərərçəkmiş şəxs1 sağ qulağından tutub sıxmağa başlamış, lakin Zərərçəkmiş şəxs1 qulağını olduqca möhkəm dartdığını düşünüb hərəkətlərinin düzgün olmadığını və mənfi nəticələrə səbəb ola biləcəyini anlamış və Zərərçəkmiş şəxs1 qulağını buraxmışdır. Məlum hadisə zamanı yanlarında hər hansı hərbi qulluqçu olmamış, növbəti günlərdə Zərərçəkmiş şəxs1 qulağı getdikcə şişməyə başlamış və sonuncu 05 aprel 2023-cü il tarixdə tibb məntəqəsinə göndərilmiş, tibb məntəqəsində Zərərçəkmiş şəxs1 sağ qulağında olan xəsarətlə bağlı ambulator yardım edilmiş, Zərərçəkmiş şəxs1 tibb məntəqəsində qulağında olan xəsarətin guya yatarkən qulağının yastığa dirənməsi, yəni əzilməsi nəticəsində aldığını bildirmiş, lakin bir neçə gün sonra Zərərçəkmiş şəxs1 qulağındakı ağrılar keçmədiyindən, o cümlədən şişkinlik azalmadığından 17 aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissədə yerləşən N nömrəli hərbi hissənin tibb bölüyünə göndərilmiş, tibb bölüyündə müayinə olunarkən ona tibbi yardımlar göstərilmiş, lakin qulağında iltihabi proseslər getdiyindən 01 may 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 tibb bölüyündə müalicədə olduğu müddətdə valideynlərinə qulağında olan xəsarətin onun tərəfindən yetirildiyini bildirmiş, həmçinin baş leytenant Şahid4 və mayor Şahid5 Zərərçəkmiş şəxs1 ilə fərdi söhbət apararkən xəsarətin onun tərəfindən yetirildiyini həmin şəxslərə etiraf etmişdir və faktla bağlı araşdırma başlanmışdır. Bundan əlavə, o, 2023-cü ilin mart ayının ortalarında N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci tağımının 1-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 bölüyün əşya otağına daxil olduğunu görmüş, hansı səbəbdən əşya otağına getməsini maraqlanmaq üçün özü də əşya otağına keçmiş, Zərərçəkmiş şəxs2 hansı səbəbdən əşya otağına gəlməsini soruşduqda Zərərçəkmiş şəxs2 ona əşya otağına minaaxtarını qoyub çıxacağını söyləmiş, həmin vaxt o, əsəbi olduğundan Zərərçəkmiş şəxs2 əşya otağını tərk etməsini uca səslə bildirmiş, həmçinin məlumat vermədən bir daha əşya otağına daxil olmamasını tələb etmiş, bu zaman Zərərçəkmiş şəxs2 təəccüblü şəkildə bir qədər gülümsəyərək ona həmişə icazəsiz hər hansı əşyanı qoymaq və ya götürmək üçün əşya otağına girdiyini demiş, o, Zərərçəkmiş şəxs2 söz qaytarmasından bir qədər də əsəbiləşərək üzərinə gedib «nəyə gülürsən» sözlərini demiş və sağ dizi ilə Zərərçəkmiş şəxs2 sağ ayağının baldır nahiyəsinə qüvvətli zərbə vurmuş, Zərərçəkmiş şəxs2 zərbə nəticəsində yerə yıxıldıqda isə Zərərçəkmiş şəxs2 tərəf əyilərək sağ əlini yumruq şəklində sıxıb üzünə dirəməklə ağıllı olmasını, bir daha səhvi olarsa daha sərt cəzalandıracağını söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs2 yerdən qalxaraq əşya otağından çıxıb yataqxanaya getmişdir. Bundan başqa, 15 aprel 2023-cü il tarixdə saat 13 radələrində hərbi poliqonda keçirilən təlim dərslərini bitirib hərbi hissəyə qayıtdıqdan sonra əsgər yataqxanasının dəhlizində sıra düzülüşü zamanı Zərərçəkmiş şəxs2 sırada dəbilqəsini çıxardığını görmüş, o, Zərərçəkmiş şəxs2 yaxınlaşaraq dəbilqəni başından icazəsiz çıxartmasına irad tutmaqla ərkiyanə şəkildə başından yumruq vurmuş, bu zaman Zərərçəkmiş şəxs2 dəbilqəni havanın isti olması ilə əlaqədar çıxardığını deyib tez-tələsik şəkildə yenidən başına qoymuş, həmin vaxt o, əlində olan dəbilqə ilə Zərərçəkmiş şəxs2 başında olan dəbilqəyə daha bir zərbə vurmuş, daha sonra isə dizi ilə Zərərçəkmiş şəxs2 sağ böyür nahiyəsindən zərbə vurmuş və Zərərçəkmiş şəxs2 ağıllı olmasını demişdir. Törətdiyi əməldə özünü təqsirli bilir və səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı şikayət tələbi yoxdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, o, N mart 2023cü il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam bölüyünün 1-ci taqımının 1-ci manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 11 iyul 2023-cü il tarixdə ehtiyata buraxılmışdır. Xidmət etdiyi mühəndis-istehkam bölüyünün baş çavuşu gizir Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs vəzifəsinə və rütbəsinə görə ona rəis hesab edilmişdir. Qeyd olunan vəzifədə, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin noyabr ayının sonlarında ailə üzvləri ilə danışmaq üçün bölükdə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 yaxınlaşıb xəstə qardaşı ilə əlaqə saxlamaq üçün mobil telefonunu bir neçə dəqiqəlik verməsini xahiş etmiş, Şahid1 onun xahişini nəzərə alaraq mobil telefonu vermiş, o, bölüyün sanitar qovşağına gedərək orada qardaşı ilə danışmağa başlamış, danışıq zamanı hərbi hissənin qərargah bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Orxan Əsgərov sanitar qovşağa daxil olub əlində mobil telefon olduğunu görmüş və icazəsiz telefondan istifadə etdiyini zənn edərək ondan bu barədə soruşmuş, o, mobil telefonun çavuş Şahid1 məxsus olduğunu desə də, Orxan Əsgərov ona inanmamış və yaxınlıqda olan əşya otağının qarşısında Təqsirləndirilən şəxs görüb sonuncuya «əsgərin telefon işlədir» sözlərini demişdir. Bu zaman Təqsirləndirilən şəxs onu əşya otağına çağıraraq nə üçün mobil telefon işlətdiyini soruşmuş və telefonu verməsini tələb etmiş, o, telefonun Şahid1 məxsus olduğunu, ailə üzvləri ilə danışmaq üçün bir neçə dəqiqəlik Şahid1 aldığını bildirmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs israrla telefonu verməsini tələb etmiş, lakin o, həmin telefonu Şahid1 aldığı üçün sahibinə qaytarmalı olduğunu demiş, dediklərinə anlayışla yanaşmasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əsəbiləşərək əşya otağının qapısını bağlayıb masanın üzərində olan, oturmaq üçün nəzərdə tutulmuş stulu, yəni «tabureti» masanın üzərindən götürüb ona tərəf atdıqda o, özünü qorumaq üçün aşağı əyildiyindən «taburet» ona dəyməmiş, bunu görən Təqsirləndirilən şəxs onun üzərinə gələrək sağ ayağı ilə onun sol ayağına qüvvətli təpik zərbəsi vurmuş, o, zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmış, yıxılmasına baxmayaraq Təqsirləndirilən şəxs yıxılmış vəziyyətdə bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sol diz nahiyəsinə bir neçə təpik və yumruq zərbələri vurmuş, həmin mübahisə zamanı o, sol diz nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduqdan sonra əşya otağından çölə çıxmış, həmin vaxt o, əsgər Şahid2 əşya otağının qarşısından keçdiyini görüb dərhal Şahid2 əli ilə telefon işarəsi göstərməklə Şahid1 çağırmasını xahiş etmiş, təxminən 1-2 dəqiqə sonra Şahid1 gəlmiş, Təqsirləndirilən şəxs onun telefon işlətməsi barədə Şahid1 dedikdə o, telefon işlətmədiyini, əlindəki telefonun Şahid1 məxsus olduğunu bildirib telefonu sonuncuya təqdim etmişdir. Şahid1 həmin telefonun həqiqətən də özünə məxsus olduğunu təsdiq etdikdə Təqsirləndirilən şəxs telefonun nömrəsini verməsini, həmin nömrəyə zəng edəcəyini, əgər dediyi nömrəyə zəng gedərsə Şahid1 inanacağını bildirmiş, Şahid1 mobil telefon nömrəsini demiş, Təqsirləndirilən şəxs Şahid1 dediyi mobil nömrəyə zəng etdikdə həmin telefona zəng gəldiyini görüb ona inanmış, telefonun Şahid1 məxsus olduğunu bilib Təqsirləndirilən şəxs ona «telefon sənin deyildisə niyə vemirdin» sözlərini demişdir. Bundan sonra o, hadisə barədə əsgər yoldaşı Şahid2 məlumat vermiş, Şahid2 həmin hadisə nəticəsində onun sol diz nahiyəsindən xəsarət aldığını əyani şəkildə görmüşdür. Bundan başqa o, 28 mart 2023-cü il tarixdə saat 09 radələrində yataqxananın dəhlizi ilə sanitar qovşağa gedərkən Təqsirləndirilən şəxs onunla üzbəüz gəldiyini görüb hərbi nizamnamələrin tələblərinə əsasən «hərbi salam» vermiş, bu vaxt Təqsirləndirilən şəxs heç bir ciddi əsas və səbəb olmadan qəfildən onun sağ qulağından tutub kobud formada fiziki güc tətbiq etməklə qulağını sıxmağa, ardınca isə sərt şəkildə burmağa başlamış, həmin an sağ qulağında güclü ağrı hiss edib Təqsirləndirilən şəxs qulağını buraxmasını israrla xahiş etdikdə sonuncu xahişlərə məhəl qoymadan qulağını daha da bərk sıxmağa, sağa-sola daha sərt şəkildə burmağa davam etmişdir. Təqsirləndirilən şəxs onun sağ qulağını sərt şəkildə sıxması, eləcə də kobud şəkildə burması nəticəsində qulağından «sınmaq» səsinə xarakterik səs gəlmiş, yalnız bundan sonra Təqsirləndirilən şəxs qulağına ciddi xəsarət yetidiyini yəqinləşdirib qulağını buraxmış və ondan ağıllı olmasını tələb etmişdir. Həmin vaxt qulağında güclü ağrı olduğundan dərhal yuyunma otağına gedib qulağına soyuq su vurmuş, həmçinin güzgüdə sağ qulağına baxdıqda qulağının qızardığını görmüşdür. O, baş vermiş hadisə barədə əsgər yoldaşları Şahid2 və Zərərçəkmiş şəxs2 məlumat vermiş, həmçinin qulağında şişkinlik olduğu üçün özü bir neçə gün qulağına «vişnevski» mazı vurmuş, lakin qulağındakı şişkinlik azalmadığından və günlər keçdikdə qulağındakı ağrılar get-gedə şiddətləndiyindən o, bu barədə bölüyün çavuşlarına məlumat vermişdir. Məlumat əsasında o, 05 aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə getmiş, tibb məntəqəsində sağ qulağına ambulator yardım edilmiş və ona ambulator müalicə təyin edilməklə qulağına maz vurulmuşdur. Həmin vaxt tibb məntəqəsində ondan sağ qulağındakı xəsarəti hansı şəraitdə aldığını soruşulduqda o, gizir Təqsirləndirilən şəxs qorxduğu üçün həmin xəsarəti guya yatarkən qulağının yastığa dirənməsi, yəni qulağının əzilməsi nəticəsində aldığını demişdir. Lakin bir neçə gün sonra qulağındakı ağrılar keçmədiyindən, o cümlədən şişkinlik azalmadığından o, bu barədə mühəndis bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant Şahid4 məlumat vermiş, Şahid4 göstərişinə əsasən 17 aprel 2023-cü il tarixdə N nömrəli hərbi hissədə yerləşən N nömrəli hərbi hissənin tibb bölüyünə göndərilmiş, tibb bölüyündə müalicədə olarkən N nömrəli hərbi hissənin «zampaliti» mayor Şahid5 tibb bölüyünə gəlib onunla söhbət etmiş, fərdi söhbət zamanı Şahid5 bir neçə dəfə ondan sağ qulağına nə olduğunu, kiminsə qəsdən ona xəsarət yetirib-yetirməməsini soruşmuş, buna görə də o, Şahid5 etibar edərək hadisəni olduğu kimi danışmış, yəni sağ qulağına həmin xəsarəti Təqsirləndirilən şəxs yetirdiyini ətraflı şəkildə izah etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı iki dəfə zor tətbiq etmiş, belə ki, Zərərçəkmiş şəxs2 deməsinə görə 2023-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs bölüyün əşya otağında sağ dizi ilə Zərərçəkmiş şəxs2 sağ ayağının baldır nahiyəsinə zərbə vurmaqla ona qarşı zor tətbiq etmiş, nəticədə Zərərçəkmiş şəxs2 zərbənin təsirindən yerə yıxılmışdır. Bundan əlavə, 15 aprel 2023-cü il tarixdə saat 13 radələrində hərbi poliqonda keçirilən təlim dərslərini bitirib hərbi hissəyə qayıtdıqdan sonra bölük binasında dəhlizdə sıra düzülüşü zamanı hava isti olduğu üçün əsgərlərin bəziləri dəbilqəni çıxartmışdır. Bu vaxt gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb dəbilqəni çıxarması ilə bağlı irad tutub Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs2 hava isti olduğundan dəbilqəsini çıxartdığını demiş və dərhal dəbilqəsini yenidən başına qoymuş, buna baxmayaraq Təqsirləndirilən şəxs bu dəfə əlində tutduğu dəbilqəylə Zərərçəkmiş şəxs2 başındakı dəbilqəyə bir qüvvətli zərbə vurmuşdur.Təqsirləndirilən şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etdi. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, 06 yanvar 2022-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2022-ci ilin mart ayından xidmətini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam bölüyünün 1ci taqımının 1-ci manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində davam etdirmiş, N iyul 2023-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət etdiyi mühəndis-istehkam bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs vəzifəsinə və rütbəsinə görə ona rəis hesab edilmişdir. Qeyd olunan vəzifədə, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin mart ayının ortalarında o, bölüyün əşya otağına daxil olub hərbi ləvazimatları əşya otağına qoyarkən Təqsirləndirilən şəxs arxasınca əşya otağına keçib ondan əşya otağında nə işinin olduğunu soruşduqda o, otağa daxil olmasının səbəbini izah etmiş, Təqsirləndirilən şəxs onun izahına məhəl qoymadan əşya otağını tərk etməsini, məlumatı olmadan otağa daxil olmamasını tələb etdikdə o, təəccüblü şəkildə gülümsəyərək «komandir hər zaman daxil olduğum otaqdır, mina axtaranı qoyub çıxıram» deyə cavab vermiş, lakin Təqsirləndirilən şəxs ona problem yaratmaq istədiyini yəqin etdiyi üçün ləvazimatları yerinə qoyub əşya otağından çıxmaq istəyərkən Təqsirləndirilən şəxs əsəbi şəkildə üzərinə gəlib «nəyə gülürsən» sözlərini deyib sağ dizi ilə onun sağ ayağının baldır nahiyəsinə qüvvətli zərbə vurmuş, o, zərbə nəticəsində yerə yıxılmış, Təqsirləndirilən şəxs yerə yıxılmasına baxmayaraq ona tərəf əyilərək sağ əlini yumruq şəklində sıxıb üzünə dirəməklə ondan ağıllı olmasını, bir daha səhvi olarsa sıxdığı yumruğu ilə üz-gözünü dağıdacağını deyib onu hədələmişdir. Bundan sonra o, yerdən qalxaraq əşya otağından çıxıb yataqxanaya getmişdir. Bundan başqa, 15 aprel 2023-cü il tarixdə saat 13 radələrində hərbi poliqonda keçirilən təlim dərslərini bitirib hərbi hissəyə qayıtdıqdan sonra əsgər yataqxanasının dəhlizində sıra düzülüşü zamanı hava isti olduğundan əsgərlərin bəziləri dəbilqəsini çıxarmış, havanın isti olmasına görə o, da dəbilqəni başından çıxarıb sırada dayanmış, bu vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq dəbilqəni başından çıxartmasına irad tutmaqla başından bir yumruq zərbəsi vurmuş, o, növbəti zərbə ehtimalının qarşısını almaq məqsədi ilə dəbilqəni havanın isti olması ilə əlaqədar çıxardığını deyib tez-tələsik şəkildə yenidən başına qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus əlindəki dəbilqə ilə onun başında olan dəbilqəyə daha bir zərbə vurmuş, daha sonra isə dizi ilə onun sağ böyür nahiyəsindən zərbə vurmuş və ağıllı olmasını tələb etmişdir. Təqsirləndirilən şəxs qorxduğu üçün ona qarşı zor tətbiq etməsi barədə hər hansı vəzifəli şəxsə məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 da iki dəfə döymüş, o, bu barədə Zərərçəkmiş şəxs1 özündən eşitmiş, belə ki, əsgər Zərərçəkmiş şəxs1 həmin hadisələr barədə ona danışmasından sonra bilmişdir ki, 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 xəstələnmiş qardaşıyla danışmaq üçün bölükdə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid1 yaxınlaşıb sonuncudan mobil telefonunu bir neçə dəqiqəlik alıb sanitar qovşağa gedərək orada qardaşına zəng edib danışmağa başlamış, həmin vaxt hərbi hissənin qərargah bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Orxan Əsgərov onu görərək əlindəki mobil telefonun Zərərçəkmiş şəxs1 məxsus olduğunu zənn edib bu barədə əşya otağının qarşısında olan Təqsirləndirilən şəxs məlumat vermiş, məlumat əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əşya otağına çağıraraq mobil telefonu verməsini tələb etdikdə o, telefonun Şahid1 məxsus olduğunu deyib telefonu sonuncuya qaytara biləcəyini demiş, bundan sonra Təqsirləndirilən şəxs əsəbiləşərək əşya otağının qapısını bağlayıb üzərinə «taburetka» atmış, sonra üzərinə gedib sağ ayağı ilə Zərərçəkmiş şəxs1 sol ayaq nahiyəsinə təpik zərbəsi vurmuş, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yerə yıxılmış, bu vaxt Təqsirləndirilən şəxs yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə təpik və yumruq zərbələri vurmuşdur. Təqsirləndirilən şəxs əşya otağından çölə çıxdıqda Zərərçəkmiş şəxs1 otağın qarşısından keçən əsgər Şahid2 görərək ondan çavuş Şahid1 çağırmasını xahiş etmiş, sonra çavuş Şahid1 əşya otağına yaxınlaşıb Təqsirləndirilən şəxs telefonun özünə məxsus oduğunu təsdiq etmişdir. Bundan başqa əsgər Zərərçəkmiş şəxs1 deməsinə görə, 28 mart 2023-cü il tarixdə saat 09 radələrində yataqxananın dəhlizi ilə sanitar qovşağa gedərkən Təqsirləndirilən şəxs gördüyündən sonuncuya «hərbi salam» verdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağ qulağından tutub kobud formada fiziki güc tətbiq etməklə qulağını sıxmağa, ardınca isə sərt şəkildə burmağa başlamış, Zərərçəkmiş şəxs1 qulağının ağrıdığını deyib buraxmasını xahiş etdikdə Təqsirləndirilən şəxs hüquqa zidd əməlinə davam edib qulağını daha da bərk sıxdıqda Zərərçəkmiş şəxs1 sağ qulağından «sınmaq» səsinə xarakterik səs gəlmiş, yalnız bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qulağını buraxmışdır. Zərərçəkmiş şəxs1 ilk günlər tibb məntəqəsinə müraciət etməsə də, sonradan sağ qulağının ağrısı şiddətləndiyindən, qulağının şişkinliyi daha da artdığından əvvəlcə tibb məntəqəsinə, bir neçə gün sonra N nömrəli hərbi hissədə yerləşən N nömrəli hərbi hissənin tibb bölüyünə, daha sonra isə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qorxduğu üçün əvvəllər tibb məntəqəsində, tibb bölüyündə və hospitalda qulağına Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirildiyini bildirməmiş, guya yatarkən qulağının yastığa dirənərək əzildiyini demişdir. Lakin valideyni ilə mobil telefonda danışarkən valideyninə bu barədə məlumat vermiş, həmçinin tibb bölüyündə stasionar müalicədə olduğu vaxt korpusun «zampaliti» mayor Şahid5 həqiqəti etiraf etmişdir. Məhkəməyə ünvanladığı teleqramda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı bir şikayəti, tələbi və mülki iddiası olmadığını göstərmişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin döyüşü idarəetmə qrupunun rəisi – baş köməkçi, mayor Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, o, 2021-ci ilin noyabr ayından xidmətini həmin hərbi hissənin mühəndis-istehkam bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində davam etdirmiş, mühəndis-istehkam bölüyünün sabiq baş çavuşu, gizir Təqsirləndirilən şəxs, həmin bölüyün sabiq əsgərləri: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, həmin şəxslərlə münasibəti xidməti olmuş, aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin noyabr ayının sonlarında mühəndis-istehkam bölüyünün inzibati binasının dəhlizində Zərərçəkmiş şəxs1 ona yaxınlaşmış və qardaşının xəstələnməsi barədə məlumat verib qadaşı ilə əlaqə saxlamaq üçün mobil telefonunu bir neçə dəqiqəlik verməsini xahiş etmiş, o, Zərərçəkmiş şəxs1 xahişini nəzərə alaraq mobil telefonunu vermiş, bundan sonra Zərərçəkmiş şəxs1 telefonla danışmaq üçün yaxınlıqda yerləşən bölüyün sanitar qovşağına getmiş, bundan 20 dəqiqə sonra o, yataqxanada olarkən bölüyün əsgəri Şahid2 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mobil telefon istifadə etdiyini bilib bununla bağlı problem yaratdığını demiş, o, dərhal yataqxanadan çıxaraq əşya otağı tərəfə getmiş və orada Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 görmüş, bu zaman Zərərçəkmiş şəxs1 ona məxsus mobil telefonu qaytarmış, Təqsirləndirilən şəxs həmin vaxt olduqca əsəbi görünmüş, o, Təqsirləndirilən şəxs mobil telefonun Zərərçəkmiş şəxs1 özünə aid olmasından şübhələndiyini başa düşmüş və Təqsirləndirilən şəxs mobil telefonun özünə aid olduğunu, Zərərçəkmiş şəxs1 həmin telefonu ondan ailə üzvləri ilə danışmaq üçün bir qədər öncə aldığını bildirmiş, lakin Təqsirləndirilən şəxs onun sözlərinə inanmamış və ondan mobil nömrəsini soruşmuş, o, istifadəsində olan mobil nömrəni Təqsirləndirilən şəxs dedikdən sonra sonuncu ona zəng etmiş və mobil telefona zəng gəldikdən sonra telefonun ona aid olmasından əmin olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 sakit və həyəcanlı görünməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hər hansı formada zor tətbiq etməsini bilməmiş, yalnız 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs barəsində araşdırma başlandıqdan sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməsini, eyni zamanda o, Zərərçəkmiş şəxs1 mobil telefon verdiyi gündə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etdiyini öyrənmişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş X9 Şahid1 məhkəmədə verdiyi ifadəsinə oxşar ifadə verdi. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, 2022-ci ilin may ayından həmin hərbi hissəsinin mühəndis istehkam bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş, N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün sabiq baş çavuşu, gizir Təqsirləndirilən şəxs, həmin bölüyün sabiq əsgərləri: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, həmin şəxslərlə münasibəti xidməti olmuş, aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində hazırda xatırlamadığı manqa komandirlərindən biri həmin vaxt mühəndis-istehkam bölüyünün 1-ci taqımının 1-ci manqasının istehkamçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 onun xidməti otağına gətirərək təqdim etmiş, bu zaman o, Zərərçəkmiş şəxs1 sağ qulağının şişdiyini görmüş, Zərərçəkmiş şəxs1 qulağında olan xəsarəti hansı şəraitdə aldığını soruşduqda Zərərçəkmiş şəxs1 narahat yatdığını, qulağının başının altında qalaraq əzildiyini, bu səbəbdən də şişdiyini bildirmiş, o, dərhal Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin daxilində yerləşən N nömrəli tibb məntəqəsinə göndərmiş, Zərərçəkmiş şəxs1 tibb məntəqəsində ambulator müalicə göstərildikdən sonra Zərərçəkmiş şəxs1 xidmətini davam etdirmək üçün bölüyə qayıtmış, lakin növbəti günlər ərzində, yəni 2023-cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qulağında olan ağrıların artdığını bildirmiş, qulaqda iltihabi proseslər kəskinləşdiyindən o, Zərərçəkmiş şəxs1 yenidən tibb məntəqəsinə göndərmiş, həmin tibb məntəqəsindən isə Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissədə yerləşən N nömrəli hərbi hissənin tibb bölüyünə göndərilmiş, Zərərçəkmiş şəxs1 tibb bölüyündə müalicə aldığı müddətdə 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 anası onun mobil telefonuna zəng edərək özünü təqdim etmiş, daha sonra həmin şəxs ondan Zərərçəkmiş şəxs1 hansı şəraitdə xəsarət aldığını bilibbilmədiyini soruşmuş, o, cavab olaraq Zərərçəkmiş şəxs1 həmin xəsarəti yatarkən qulağının əzilməsi nəticəsində aldığını söylədiyini demiş, lakin Zərərçəkmiş şəxs1 anası ona oğlu ilə telefonla danışdığını, oğlunun həmin xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirdiyini demiş, eyni zamanda bu barədə ona məlumat verməsi barədə oğlunun xəbər tutmamasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 anasına bununla bağlı tədbir görüləcəyini söyləmiş, telefon danışığından sonra o, dərhal bu barədə birbaşa rəisi hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik-leytenant Rüstəm Məmmədova məlumat vermiş, Rüstəm Məmmədov isə onu və köməkçisi, mayor Şahid5 təcili olaraq hərbi hissənin tibb bölüyünə göndərmişdir. O, Şahid5la birlikdə tibb bölüyünə gedərək orada Zərərçəkmiş şəxs1 ilə söhbətləşmə aparmış, lakin Zərərçəkmiş şəxs1 xəsarəti həqiqətdə hansı şəraitdə aldığını bildiklərini söyləməmişdir. İlk əvvəl Zərərçəkmiş şəxs1 xəsarəti alması şəraiti ilə bağlı düzgün məlumat verməsə də, bir müddət Zərərçəkmiş şəxs1 ilə söhbət etdikdən sonra sonuncu həqiqəti etiraf edərək qulağında olan xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. Növbəti gün o, hərbi hissəyə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi barədə raport yazmışdır. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ilə hərbi hissənin tibb bölüyündə söhbət edərkən sonuncunun ona qulağından aldığı xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini etiraf etdiyini göstərdi. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, polkovnikleytenant Şahid6 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2021-ci il yanvar ayından həmin hərbi hissənin mühəndis təminatı şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində xidmət etmiş, hərbi hissənin mühəndis istehkam bölüyünün sabiq baş çavuşu, gizir Təqsirləndirilən şəxs, həmin bölüyün sabiq əsgərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımışdır. 2023-cü ilin aprel ayının ortalarında o, Zərərçəkmiş şəxs1 hərbi hissənin ərazisində görmüş və qulağında sarğı olduğunu müşahidə etmiş, Zərərçəkmiş şəxs1 qulağındakı xəsarəti hansı şəraitdə aldığını soruşduqda, sonuncu cavab olaraq narahat yatdığını bu səbəbdən də qulağında xəsarət yarandığını ona bildirmiş, o, isə yaxınlıqda olan adlarını xatırlamadığı zabitlərə «göndərin bunu ekspertizaya araşdırsınlar» deyə tapşırıq vermişdir. 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 hərbi hissənin N nömrəli hərbi hissənin ərazisində yerləşən tibb bölüyündə müalicədə olarkən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 qulağında olan xəsarətin Təqsirləndirilən şəxs qulağından tutub dartması nəticəsində yaranmasını etiraf etmiş, bu zaman o, bərk əsəbiləşmiş və tibb bölüyündə həkimlərin vasitəsi ilə Zərərçəkmiş şəxs1 ilə telefonla əlaqə saxlamış, telefon danışığı zamanı əsəbi şəkildə Zərərçəkmiş şəxs1 aldığı xəsarətin Təqsirləndirilən şəxs zor tətbiq etməsi nəticəsində almasını əvvəlcədən ona deməməsinə görə irad tutmuşdur. Təqsirləndirilən şəxs barəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin hadisədən başqa, Zərərçəkmiş şəxs1 əvvəllər də, yəni 2022-ci ilin noyabr ayında da zor tətbiq etmiş, həmçinin Təqsirləndirilən şəxs mühəndis-istehkam bölüyünün digər əsgəri Zərərçəkmiş şəxs2 qarşı da zorakı hərəkətlərə yol vermişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2022-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış, 2022-ci iyun ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün 1-ci taqımının 2-ci manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətini davam etdirmiş, həmin bölüyünün sabiq baş çavuşu, gizir Təqsirləndirilən şəxs və sabiq əsgərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, həmin şəxslərlə münasibəti xidməti olmuş, aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin noyabr ayının sonlarında axşam saatlarında o, əşya otağının qarşısında olarkən əsgər Zərərçəkmiş şəxs1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şahid1 xəstə qardaşının vəziyyətini öyrənmək üçün mobil telefon istəmiş, Şahid1 Zərərçəkmiş şəxs1 xahişini yerə salmadan özünə məxsus sadə mobil telefonu Zərərçəkmiş şəxs1 vermiş, Zərərçəkmiş şəxs1 isə rahat danışması üçün sanitar qovşağa getmiş, o, özü də həmin vaxt sanitar qovşağa getmiş, sanitar qovşaqdan çıxdıqdan 10-15 dəqiqə sonra əşya otağının qarşısında Zərərçəkmiş şəxs1 görmüş, Zərərçəkmiş şəxs1 əli ilə işarə edərək telefonun tutulduğunu izah etmiş, o, dərhal Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 telefonla danışmasından məlumatı olduğunu başa düşmüş, həmçinin telefonun Şahid1 məxsus olduğunu bildiyindən dərhal sonuncuya məlumat vermiş, həmin gün axşam yeməyindən sonra saat 20 radələrində o, Zərərçəkmiş şəxs1 əsgər yataqxanasında oturduğunu, sol diz nahiyəsində şalvarını yuxarı çəkdiyini, həmin nahiyədə isə xəsarət izinin olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 bildirmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X14 Ağazadənin sanitar qovşaqda telefonla danışdığını görmüş, əsgərin telefon işlətdiyini düşünərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 əşya otağına çağıraraq mobil telefon istifadə etdiyinə görə danlamış, Zərərçəkmiş şəxs1 mobil telefonun özünə deyil Şahid1 məxsus olduğunu dedikdə isə Təqsirləndirilən şəxs inanmayıb əsəbiləşərək əşya otağında olan tabureti Zərərçəkmiş şəxs1 tərəf atmış, taburet Zərərçəkmiş şəxs1 dəymədikdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə gələrək sağ ayağı ilə sol ayağına qüvvətli təpik zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs1 müvazinətini itirib yerə yıxılmış, yıxılmasına baxmayaraq Təqsirləndirilən şəxs yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sol diz nahiyəsinə bir neçə təpik və yumruq zərbələri vurmuşdur. Bundan başqa, 15 aprel 2023-cü il tarixdə saat 13 radələrində bölüyün şəxsi heyəti hərbi poliqonda keçirilən təlim dərslərini bitirib hərbi hissəyə qayıdarkən sıra düzülüşü zamanı hava isti olduğundan əsgərlərin bəziləri dəbilqəni çıxarmış, havanın isti olmasına görə həmin vaxt orada olan əsgər Zərərçəkmiş şəxs2 da dəbilqəni başından çıxarıb sırada dayanmış, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaxınlaşaraq dəbilqəni başından çıxarmasına irad tutmaqla başından qüvvətli yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs2 zərbənin təsirindən özünü itirsə də, növbəti zərbə ehtimalının qarşısını almaq məqsədi ilə dəbilqəni havanın isti olması ilə əlaqədar çıxardığını deyib tez-tələsik şəkildə yenidən başına qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus əlindəki dəbilqə ilə Zərərçəkmiş şəxs2 başında olan dəbilqəyə daha bir zərbə vurmuş və Zərərçəkmiş şəxs2 ağıllı olmasını bildirmişdir. Bundan əlavə, 2023-cü ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bölüyün əşya otağına icazəsiz daxil olduğunu görüb əsəbiləşmiş və sağ dizi ilə Zərərçəkmiş şəxs2 sağ ayağının baldır nahiyəsinə qüvvətli zərbə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 zərbənin təsirindən yıxılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yerə yıxılmasına baxmayaraq ona tərəf əyilərək sağ əlini yumruq şəklində sıxıb üzünə dirəməklə bir daha səhvlərə yol verməməsini deyib hədələmişdir. Eyni zamanda 28 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bölüyün əsgər yataqxanasında Zərərçəkmiş şəxs1 qulağını dartıb burmaqla xəsarət yetirmişdir. Həmin xəsarətlə bağlı Zərərçəkmiş şəxs1 uzun müddət tibb bölüyündə və hospitalda müalicə almışdır. Təqsirləndirilən şəxs göstərilən qanunsuz hərəkətləri barədə ona Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özləri bildirmişlər. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2020-ci il tarixli 367 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli 01453 nömrəli əmri ilə «gizir» hərbi rütbəsi verilməklə bağlaşma əsasında 5 (beş) il müddətinə həqiqi hərbi xidmətə qəbul edildiyi üçün N dekabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2022-ci il tarixli 206 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixli əmrlə həmin hərbi hissənin mühəndis-istehkam bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyindən N iyul 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may 2023-cü il tarixli 162 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin 4-cü motoatıcı taborunun 10-cu motoatıcı bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2022-ci il tarixli 82 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və mühəndis-istehkam bölüyünün 1-ci mühəndisistehkam taqımının 1-ci mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsinə təyin edilərək vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2022-ci il tarixli 82 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs2 xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və mühəndis-istehkam bölüyünün 1-ci mühəndisistehkam taqımının 1-ci mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsinə təyin edilərək vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2023-cü il tarixli 199 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 müddətli həqiqi hərbi xidmətini bitirdiyindən həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla ehtiyata buraxılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2023-cü il tarixli 203 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 müddətli həqiqi hərbi xidmətini bitirdiyindən həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla ehtiyata buraxılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı 05 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, xidmətdə olduğu müddətdə gizir Təqsirləndirilən şəxs ona bir neçə təpik zərbəsi vuraraq döymüş, habelə sağ qulağından tutub burmaqla xəsarət yetirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb bölüyünün komandiri, tibb xidməti kapitanı Nicat Musayevin 28 aprel 2023-cü il tarixli 2760/1 nömrəli raportundan görünür ki, Zərərçəkmiş şəxs1 «sağ qulaq seyvanının posttavmatik hematoması» diaqnozu ilə tibb bölüyünə müraciət etmiş, Zərərçəkmiş şəxs1 həmin xəsarətin təxminən bir ay əvvəl gizir Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant Şahid4 29 aprel 2023-cü il tarixli 2760 nömrəli raportundan görünür ki, Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxs sağ qulaq nahiyəsindən tutaraq sıxdığını və həmin nahiyədən ona xəsarət yetirdiyini bildirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin «xəstələrin qeydiyyatı kitabı»ndan edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 05 aprel 2023-cü il tarixdə «qulaq seyvanın naməlum mənşəli ödemi» diaqnozu, 17 aprel 2023-cü il tarixdə isə «sağ qulağın şişkinliyi» diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb bölüyünün «zədələnmələrin qeydiyyatı kitabı»ndan edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 17 aprel 2023-cü il tarixdə hərbi hissənin tibb bölüyünə müraciət etmiş və ona «sağ qulaq seyvanının posttravmatik hematoması» diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, hərbi hissənin mühəndis-istehkam bölüyünün baş çavuşu, gizir Təqsirləndirilən şəxs ilə həmin bölüyün 1-ci mühəndis-istehkam taqımının 1-ci mühəndis-istehkam manqasının istehkamçılar, əsgərlər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətləri olmaqla Təqsirləndirilən şəxs onlara rəis hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 18 may 2023-cü il tarixli 652 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu «sağ qulaq seyvanının perixondritlə nəticələnmiş hematoması və sol diz oynağının ön səthinin sıyrılmış yarası» xəsarətlərinin küt əşyanın təsirindən Zərərçəkmiş şəxs1 göstərdiyi müddətdə və şəraitdə əmələ gəlmələri inkar olunmur. «Sağ qulaq seyvanının perixondritlə nəticələnmiş hematoması» xəsarəti dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, «sol diz oynağının ön səthinin sıyrılmış yarası» xəsarəti isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 26 may 2023-cü il tarixli 691 nömrəli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar olunmasa da, ekspertiza zamanı Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etdiyini bildirmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 24 may 2023-cü il tarixli 5754 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işi materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020- ci il tarixdən 10 noyabr 2020-ci tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020- ci il tarixdən 10 noyabr 2020-ci tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2020- ci il tarixdən 10 noyabr 2020-ci tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 099236 nömrəli vəsiqəsinə əsasən Müharibə Vetaranıdır, həmçinin xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək baş vermiş düşmən təxribatının qarşısının alınmasında rəşadətlə iştirak etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı 30 oktyabr 2023-cü il tarixli teleqrama əsasən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hər hansı bir iddia, şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir.Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəx Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 329.2.1-cı maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayətdə təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2la barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, xidmət etdiyi yer üzrə müsbət xarakterizə olunmasını, eləcə də 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə işin hallarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallarını, eləcə də cəzasını ağırlaşdıran hallarının olmamasını, şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayətə görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2la barışmasını, digər Zərərçəkmiş şəxs1 ilə cinayətin törədilməsindən sonra və məhkəmədə barışıq əldə edilməsi istiqamətində cəhdlərini, himayəsində iki azyaşlı uşağının olmasını, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını, törətdiyi cinayət əməlinə mənfi münasibətini, onun vətənpərvərlik ruhunun olmasının müşayiət edilməsi hazırda müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş əraziləridə hərbi infrastrukturun möhkəmləndirilməsində hərbçilərin rolunu nəzərə alaraq, onun barəsində azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və humanizm, eləcə də cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələri). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunması əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdar edici rolunu oynaya bilər. Belə ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməsini deyil, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq cəzanın şərti tətbiq olunmaqla şüur altı olaraq üzərində azadlıqdan məhrumetmə cəzasının olması da təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə yerinə düşə bilmə təhdidi təsiri onun qanunlara hörmət ruhunda tərbiyə olunması və bu əsasda islah olunması da cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 70.5-cü maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş N (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi N (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar