Məhkəmə qərarları › İş №1-1(093)-199/2023

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-199/2023

18.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-199/2023 18.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 2-ci əməliyyat bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş hərbi rütbəsində xidmətdə olduğu müddətdə qanuni əsaslarla, yəni AD seriyalı 214163 nömrəli sürücülük vəsiqəsi və 17 mart 2023-cü il tarixli 313250 nömrəli etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C180» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 25 may 2023-cü il tarixdə saat 20:46-da Sumqayıt şəhərinin Koroğlu küçəsi ilə 17-ci mikrorayon istiqamətində üç hərəkət zolaqlı yolun sağ zolağında hərəkətdə olarkən həmin vaxt yolun sol tərəfindən sağ tərəfinə piyada keçən Zərərçəkmiş şəxs görüb hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin «Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərini kobud surətdə pozub əvvəlcədən tədbir görməməsi, yəni idarə etdiyi nəqliyyat vasitəsinin sürətini azaltmaması və ya tam dayandırmaması səbəbindən avtomobilin sağ yan güzgüsünün Zərərçəkmiş şəxs dəyməsi nəticəsində ehtiyatsızlıqdan sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır nahiyyəsi və sağ bud-çanaq oynağı nahiyyəsinin əziyi, sol baldırın dərialtı hematoması» xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 25 may 2023-cü il tarixdə saat 19:55 radələrində N nömrəli hərbi hissədən evə buraxılmış, o, Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən yaşadığı evə Sumqayıt şəhərindən keçib, dənizkənarı yolla getmək qərarına gəlmiş, həmin vaxt saat 20:40 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C180» markalı «**-FE-***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sumqayıt şəhərində hərəkətdə olarkən hərbi hissədən ona «həyəcan» verildiyi bildirilmiş, o, geriyə qayıdaraq Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən xidmət etdiyi hərbi hissə istiqamətində hərəkətini davam etdirmiş, Sumqayıt şəhəri Koroğlu küçəsindən 17-ci mikrorayon istiqamətində hərəkətdə olarkən Abşeron rayonunun Saray qəsəbəsi istiqamətində işıqforları keçmiş, həmin yolun hərəkət hissəsi, yəni 17-ci mikrorayon istiqamətində aparan hissəsi eyni istiqamətli üç zolaqdan ibarət olmuş, o, isə həmin vaxt yolun sağ zolağı ilə hərəkətini davam etdirmiş, sonuncu işıqforu keçdikdən təxminən 250-300 metr sonra ondan sol hərəkət zolağında, yəni mərkəz zolaqda onun idarə etdiyi avtomobildən 13-15 metr aralıda hərəkət edən sedan tipli minik avtomobilinin ön sağ tərəfindən iti addımlarla gedən piyadanın hərəkət etdiyi sağ zolağa keçdiyini görmüş, o, həmin piyada ilə avtomobilin toqquşmasının qarşısını almaq üçün əyləci sıxmış, habelə avtomobili bir qədər sol tərəfə istiqamətləndirmiş, lakin gördüyü tədbirlər piyadanın idarə etdiyi avtomobilin sağ yan güzgüsünə dəyməsinin qarşısını almaq üçün kifayət etməmiş, o, tormozlama hesabına avtomobili tam dayandırdıqdan sonra həmin vaxt aldığı zərbə nəticəsində yerə yıxılan sonradan şəxsiyyəti ona sonradan məlum olmuş Zərərçəkmiş şəxs yaxınlaşmış, Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək Sumqayıt şəhər Travmatologiya xəstəxanasının X5 şöbəsinə aparmışdır. Yol-nəqliyyat hadisəsi baş verərkən 55-60 km/saat sürətlə hərəkət etmiş, hadisədən bilavasitə əvvəl hərəkət edərkən yalnız düz istiqamətdə baxmış və anidən idarə etdiyi avtomobilin «Mercedes» nişanının qarşısında Zərərçəkmiş şəxs görərək hadisədən yayınmağa çalışmış, həmin vaxt aralarında təxminən 2 metr məsafə olmuşdur. Hadisədən bilavasitə əvvəl ondan sol tərəfdə, yəni mərkəzi zolaqla hərəkət edən minik avtomobilinin arxa hissəsində xəbərdaredici tormozlama işıqlarının yanıb-yanmamasına fikir verməmiş, həmin avtomobilin sürücüsünün Qərib Novruzovu görərək sürətini azaldıb-azaltmamasını müşahidə etməmiş, təhlükə anı yalnız Qərib Novruzovu avtomobilinin qarşısında gördükdə yaranmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, ziyanı tam ödəməsini nəzərə almağı və iş üzrə icraata xitam verməyi xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə ərizənin nəzərə alınmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 25 may 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhərində yerləşən «Ülvi» şadlıq sarayının yaxınlığında piyada hərəkət edərkən həmin saraydan 15-20 metr aralıda durub Koroğlu küçəsi ilə yolun əks tərəfinə, yəni 48-ci məhəllə istiqamətində keçmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcə ikitərəfli yolda sol istiqamətdə baxıb avtomobil axının olmadığını yəqin etdikdən sonra yolu soldan sağ istiqamətdə yarıyadək keçmiş, daha sonra yerində duraraq sağdan gələn nəqliyyat vasitələrinin axınına diqqət etmiş, yolun həmin hərəkət hissəsi, yəni 17-ci mikrorayon istiqamətində aparan hissəsi üç zolaqdan ibarət olmuş, həmin vaxt uzaqdan yolun sol və orta zolağı ilə iki sedan tipli avtomobilin gəldiyini görmüş və həmin avotmobillər gəlib yolun onun olduğu hissəsinə çatanadək yolun hərəkət hissəsini keçə biləcəyini yəqin edib piyada hərəkətə başlamış, düşündüyü kimi yolun birinci iki, yəni sol və orta zolaqlarını keçdikdən sonra ani olaraq üçüncü, yəni sağ zolaqla digər bir avtomobilin sürətlə üzərinə doğru gəldiyini görmüş, həmin avtomobilin onu vurmaması üçün daha iti addımlarla hərəkətini davam etdirsə də, qeyd olunan nəqliyyat vasitəsinin sağ yan güzgüsü onun sağ qoluna qüvvətlə dəymiş və o, anidən zərblə asfalt örtüyünün üzərinə yıxılmışdır. Bu zaman sağ dirsək və bilək nahiyələrində dözülməz ağrılar, həmçinin hər iki ayağında ağrılar hiss etmiş, bu səbəbdən də ayağa dura bilməmiş, həmin vaxt ona xəsarət yetirən, yəni «Mercedes Benz C180» markalı minik avtomobilin sürücüsü əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq quçağına alıb avtomobilə əyləşdirmiş və Sumqayıt şəhər Travmatologiya xəstəxanasının X5 şöbəsinə aparmışdır. Yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C180» markalı minik avtomobilinin konkret olaraq hansı sürətlə hərəkət etdiyini bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid göstərdi ki, xx.xx.2019-cu il tarixdə, təxminən saat 20:30 radələrində Sahibin mobil nömrəsinə zəng edərək ona arvadı Könül Məmmədova ilə birgə Saray körpüsünün yanında olduğunu deyib onları yaşadığı evə aparmağı xahiş etmişdir. Sahib Bəylərov idarə etdiyi “VAZ 2106” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun dediyi yerə çatmışdır. O, avtomobilin ön sağ sərnişin oturacağında, Könül isə avtomobilin arxa sağ sərnişin oturacağında əyləşmişdir. Təxminən saat 21 radələrində Novxanı yolundan “Qurd Dərəsi” yoluna daxil olmuşlar. Sahib avtomobili Həkəri market istiqamətində təxminən 50 km/saat sürəltə idarə etmişdir. Yolda heç bir maneə olmamış, yol quru, asfalt olmuşdur. Yolun sağında olan yol ayırıcına çatmağa təxminən 1-2 saniyə vaxt qalmış Emil Hüseynovun idarə etdiyi “AUDİ 80” minik markalı avtomobillə Sahibin avtomobilinin olduğu hərəkət zolağına daxil olmuşdur. Sahib dərhal avtomobilin əyləcini basıb avtomobilin sükanını sola burmuş, lakin hadisənin qarşısını almaq mümkün olmamışdır. Nəticədə Sahibin idarə etdiyi avtomobilin ön tərəfi Emilin idarə etdiyi avtomobilin sol ön tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində o və arvadı yüngül xəsarətlər almışlar, Sahibin isə qabırğası sınmışdır. Emillə onun avtomobilində olan, sonradan adının Elmurad olduğunu bildiyi şəxs hadisə yerinə toplaşmış kənar şəxslərin köməkliyi ilə onları hadisə yerinə gəlmiş TTY avtomobilinə qoyub Sumqayıt Şəhər TTYX-na yola salmışlar. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Elnur Cavadovun 25 may 2023-cü il tarixli 647 nömrəli raportundan görünür ki, həmin tarixdə saat 21:18-də Daxili İşlər Nazirliyinin «102» xidmətinin zəng mərkəzi sistemi tərəfindən verilmiş məlumata əsasən vətəndaş Şahid deməsinə görə Sumqayıt şəhəri, Koroğlu prospektində «Mercedes» markalı nəqliyyat vasitəsi atası Novruzu vuraraq xəsarət yetirmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi» haqqında protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə yeri hesab edilən yolun hərəkət hissəsi düz formalıdır, örtüyün növü asfalt-betondur, örtük qurudur, yol örtüyünün eni 12 metr, hərəkət zolaqlarının sayı 3, hərəkət hissəsinin eni 11 metrdir. Piyada yolun hərəkət hissəsində soldan sağa keçmək istəyərkən nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Hadisə yerində şin və tormozlama izləri aşkar edilməmişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin sağ yan güzgüsü sınmışdır. İş materiallarında olan «Təhlükəsiz şəhər» xidmətinin Sumqayıt şəhərində yerləşən STŞ- 055.2 nömrəli videogörüntü kamerasının yaddaş daşıyıcısından əldə edilmiş bir ədəd diskə «baxış keçirilməsi» haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 25 may 2023-cü il tarixdə saat 20:46-da «Mercedes Benz C180» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili öz hərəkət hissəsində düzünə hərəkətdə olmuş, piyada yolu soldan sağa istiqamətdə keçərkən avtomobilin ön sağ hissəsi piyadaya dəyərək sonuncunun yıxılmasına səbəb olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus AD seriyalı 214163 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B və C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan AC seriyalı 811808 nömrəli «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, «Mercedes Benz C180» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X1 mülkiyyətindədir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli 313250 nömrəli etibarnamənin surətindən görünür ki, «Mercedes Benz C180» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili həmin tarixdən 17 sentyabr 2023-cü il tarixədək X2 tərəfindən Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli 3349 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, həmin gün saat 22:20-də keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 11 sentyabr 2023-cü il tarixli 3-14-20/2-1259/2023 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, 25 may 2023-ci il tarixdə Sumqayıt şəhərində yağıntı qeydə alınmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2023-cü il tarixli 8/2258 nömrəli ekspert rəyindən görünür ki, «Mercedes Benz C180» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkətı haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsinin 05 iyun 2023-cü il tarixli 849 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu «sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, sol baldır nahiyəsi və sağ bud-çanaq oynağı nahiyəsinin əziyi, sol baldırın dərialtı hematoması» xəsarətləri 25 may 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2022-ci il tarixli 186 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborunun 2-ci əməliyyat bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçıoperatoru vəzifəsinə təyin edildiyindən həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlarla daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək 25 may 2023-cü il tarixdə saat 20:46-da AD seriyalı 214163 nömrəli sürücülük vəsiqəsi və 17 mart 2023-cü il tarixli 313250 nömrəli etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C180» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması işdə olan sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın şdənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt Hərbi prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün Sumqayıt Hərbi Prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz C180» markalı «**-FE-***» dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsinə verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Yol nəqliyyat hadisəsinin görüntüsü qeydə alınmış bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar