Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-199/2024 21.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytanantı Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust N00N-ci il tarixdə Göyçay rayonunda anadan olmuş və Göyçay rayonu Mirzəhüseynli kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in NNN.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Əliyev XN Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi minaaxtarma və təmizləmə taborunun mexaniki minatəmizləmə bölüyünün mexaniki minatəmizləmə taqımının mexaniki minatəmizləmə manqasının maşın komandiri - operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N9 may N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş və NN avqust N0N4-cü il tarixdə saat 1N:00-da xidmət yerinə qayıtmaqla üzürlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin NNN.4cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, N9 may N0N4-cü il tarixdə saat 08:00-da Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindəki xidmət yerinə gəlməmiş və NN avqust N0N4-cü il tarixdə saat 1N:00-da xidmət yerinə qayıtmışdır. O, həmin müddət ərzində Göyçay rayonu Mirzəhüseynli kəndində yaşadığı evdə olmuşdur. Həmin müddət ərzində Göyçay rayonunda yeznəsinə məxsus minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. X1 ona dəfələrlə xidmət yerinə qayıtması ilə bağlı bildirmişdir. Xidmət yerinə gəlməməyinin səbəbləri şəxsi və və ailə problemləri ilə bağlı olmuşdur, çünki anası onkoloji xəstədir, xəstəxanada yatır, yoldaşı isə həkim nəzarəti altında hamilə olmuş, atası da həmçinin mədə xəstəliyindən əziyyət çəkmişdir. Evin tək oğlu olduğu üçün ailənin yeganə maddi qazanc mənbəyidir. Xidmət yerini tərk etməkdə tək məqsədi tərxis olunmaq istəyi olmuşdur. O, bu istəyini əvvəlcədən öz komandirlərinə bildirmişdir. Ona tabor Ağdam ərazisində yerləşdiyi üçün göndəriş almağa Ağdama getməli olduğunu və sənədi ora yollayacaqlarını bildirmişlər. Ağdama getsə də, ona heç bir sənəd verilməmişdir. Sonradan dəfələrlə müraciətinə baxmayaraq, heç bir köməklik göstərilməmişdir. Hətta ona ancaq fərari kimi hərbi hissəni tərk etsə tərxis oluna biləcəyini bildirmişlər. Artıq başqa çıxış yolu qalmamış və o hərbi hissəni tərk etməli olmuşdur. Həmçinin atası da Müdafiə Nazirliyinin qaynar xəttinə onun tərxis olunmağı üçün müraciət etmişdir. Xidmət yerinə vaxtında qayıtmadığı zamanlarda hər hansı bir cinayət əməli törətməmiş və yaxud hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, ailəlidir, anası vərəm xəstəsidir, təzəlikcə bir uşağı doğulmuşdur. Bunları nəzərə almağı xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusudur. Rütbəsi leytenant, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, münasibətləri xidməti xarakter daşımışdır. Təqsirləndirilən şəxs N9 may N0N4-cü il tarixdə saat 08:00-da Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindəki xidmət yerinə gəlməmiş və NN avqust N0N4-cü il tarixdə saat 1N:00-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsi barədə N nömrəli hərbi hissədə aidiyyəti vəzifəli şəxslərə hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs xidmət müddətində olmadığı müddətdə hərbi hissəyə qayıtması ilə bağlı ona mobil telefon vasitəsilə zənglər edilsə də cavab verməmişdir. Təqsirləndirilən şəxs xidmək etmək istəməmiş, məqsədi tərxis olumaq olmuşdur. Məhkəmə iclasında ŞahidN göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tağım komandiridir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, münasibətləri xidməti xarakter daşımışdır. Təqsirləndirilən şəxs N9 may N0N4-cü il tarixdə saat 08:00-da Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindəki xidmət yerinə gəlməmiş və NN avqust N0N4-cü il tarixdə saat 1N:00-da xidmət yerinə qayıtmışdır. . İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N87 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullqçusu, əsgər Təqsirləndirilən şəxs NN sentyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətə daxilolma haqqında” bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs N0NN-ci ildə bağlaşma əsasında N il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli N01 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin xüsusi minaaxtarma və təmizləmə taborunun mexaniki minatəmizləmə bölüyünün mexaniki minatəmizləmə taqımının mexaniki minatəmizləmə manqasının maşın komandiri - operatoru vəzifəsinə təyin edilmişdir İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan N0 may N0N4-cü il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli 160 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N9 may N0N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmadığı üçün bütün növ təminatları dayandırılmışdır. İş materiallarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanan NN avqust N0N4-cü il tarixli raportdan və hərbi hissə komandirinin həmin tarixli N49 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs NN avqust N0N4-cü il tarixdə xidmət yerinə gəldiyi üçün bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N4 avqust N0N4-cü il tarixli N50 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və N4 avqust N0N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 1N sentyabr N0N4cü il tarixli qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 1N sentyabr N0N4cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin NNN.4-cü maddəsi ilə elan edilmiş ittiham hüquqi cəhətdən düzgün hesab edilmədikdə qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin NN4-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in N9.1.N-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs N6 fevral N0N4-cü il tarixdə saat 1N:00-dan saat 14:10-dək , habelə, 0N aprel N0N4-cü il tarixdən 0N aprel N0N4-cü il tarixədək xidmət yerini özbaşına tərk etməsi faktları üzrə əməllərində Azərbaycan Respublikası CM-nin NNN-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in N9.1.N-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin NNN.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.N və 58.N-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N5 iyun N00N-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.N-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin NNN.4-cü maddəsinə görə müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə qayıtmaması (hissəni özbaşına tərk etməsi) iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hazırda ordu sıralarından tərxis edildiyindən ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin tərxis olunmasını, bir azyaşlı uşağının olmasını müstəsna hal kimi nəzərə alıb onun barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsini tətbiq etməyi və Azərbaycan Respublikası CM-nin NNN.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza olan ictimai işlər cəzası təyin etməyi xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin tərxis olunmasını, bir azyaşlı uşağının olmasını müstəsna hal kimi qəbul etmir və qeyd edir ki, bu cür işlərdə cəza təyin edərkən məhkəmə tərəfindən təyin edilən cəzanın Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabitlərin, gizirlərin, miçmanların, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçuların, kontrakt üzrə xidmət edən şəxslərin xidmətə yanaşmalarına, mənəvi-psixoloji durumuna, nizam intizamına təsiri, bu kateqoriyadan olan şəxslərin bu cür əməllər törətməklə hərbi xidmətdən yayınmalarına şərait yarada biləcək halları nəzərə alır. Diqqət yetirmək lazımdır ki, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmət keçmək üçün bağlaşma bağlamışdır. Buna baxmayaraq hərbi xidmətinin son dövrlərində xidmətə etinasız yanaşmış, şəxsi problemlərini əsas gətirərək tərxis olunmaq istəmiş, bu mümkün olmadıqda hərbi hissəni qısa müddətlərdə tərk edib qayıtmaqla tərxis ediləcəyinə inanmış, belə hərəkətlərə yol vermiş, son dəfə ittihamda göstərildiyi kimi, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmiş, nəticədə ordu sıralarından ehtiyata tərxis olunmağa nail olmuşdur. Onun hissəni özbaşına tərk etməkdə məqsədi tərxis olunmaq olmuşdur. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi və ya təyin edilən cəzanın şərti hesab edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin NNN.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən N6 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 19N.N və 19N.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara 0N may N018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 156 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N47, N49, N51 və N84cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin NNN.4-cü maddəsi ilə təqsirli bilinib 0N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N1 noyabr N0N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində "həbs" qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N6 (iyirmi altı) iş saatına görə 156 (yüz əlli altı) manat məbləğində vəsait Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-199/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-199/2024
21.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver