Məhkəmə qərarları › İş №1-1(093)-20/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-20/2023

12.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-20/2023 12.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru X1, müdafiəçi - Bakı şəhəri Universal vəkil bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxx 1997-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonunun Qaraçala qəsəbəsində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci sülhməramlı qüvvələr taborunun 6-cı sülhməramlı bölüyünün 3-cü taqımının 2-ci manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 sentyabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmiş və N sentyabr 2022-ci il tarixdə saat 12:00-da hərbi hissəyə qayıtmışdır. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər hərbi rütbəsində xidmət edərkən 2022-ci ilin sentyabr ayının əvvəllərində dərisində olan yaralarla bağlı N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və oradan göndərişlə 06 sentyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Orada müayinədən keçdikdən sonra ona “yayılmış qoturluq” diaqnozu qoyulmuş və stasionar müalicəyə qəbul edilmədən resept yazılmaqla N nömrəli hərbi hissənin tibb məntəqəsində müalicəsini davam etdirmək tövsiyə olunsa da, o, hospitalda qayıtdıqdan sonra özü-özünü müalicə etmək qərarına gəlmişdir. Bundan sonra o, 10 sentyabr 2022-ci il tarixdə saat 08:00-da hərbi hissədə səhər düzülüşündə iştirak etməli olduğu halda hərbi hissəyə gəlməmiş və N sentyabr 2022-ci il tarixdə saat 12:00-da xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi zaman evdə müalicə olunmuş, heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Şahid qismində dindirilmiş N nömrəli hərbi hissəsinin 2-ci sülhməramlı taborunun 6cı bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-baş çavuş Şahid2 göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə saat 08:00-da səhər düzülüşü zamanı Təqsirləndirilən şəxs hərbi hissədə olmadığını müəyyən edərək sonuncunun hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı raport yazmış, bundan sonra, Təqsirləndirilən şəxs N sentyabr 2022-ci il tarixdə saat 12:00-da hərbi hissəyə geri qayıtmış və bu barədə raport yazılmışdır. Təqsirləndirilən şəxs hərbi hissəyə geri qayıtdıqdan sonra xidmət yerini özbaşına tərk etməsinin səbəbi barədə maraqlandıqda sonuncu ona evdə müalicə aldığı üçün xidmət yerini özbaşına tərk etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edərkən öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş N nömrəli hərbi hissəsinin leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli 277 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının baş atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2022-ci il tarixli, 295 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının baş atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N sentyabr 2022-ci il tarixdə saat 12:00-da xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissəsindən təqdim edilmiş tibbi arayışdan görünür ki, hərbi hissənin 2-ci taborunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasına göndərilmiş və orada ona “yayılmış qoturluq” diaqnozu təyin edilərək hərbi hissədə ambulator müalicə alması məsləhət görülmüşdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul haqqında xx.xx.2018-ci il tarixli bağlaşmadan görünür ki, əsgər Təqsirləndirilən şəxs könüllü olaraq 3 (üç) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətin uzadılması haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti 31 avqust 2024cü il tarixədək uzadılmışdır. N nömrəli hərbi hissəsinin komandirinin N mart 2022-ci il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 2-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 11 oktyabr 2022-ci il tarixli 12035 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2ci Qarabağ müharibəsində iştirak etməklə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini və hərbi xidmətini davam etdirmək arzusunda olmasını da nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün tədbiqini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə şərh olunanları, həmçinin təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz pul tutulmaqla 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar