Məhkəmə qərarları › İş №1-1(093)-200/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-200/2023

24.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-200/2023 24.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədliyi ilə, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5 Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Quba rayonunun Qımıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Quba rayonunun Qımıl kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun mühafizə bölüyünün mühafizə taqımının mühafizə manqasının atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər hərbi rütbəsində xidmətdə olarkən N dekabr 2021-ci il tarixdə «X16-509» MMC-dən 5 günlük, yəni 05 yanvar 2022-ci il tarixədək “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, vətəndaşlar X7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Quba rayonuna yola düşmüş, həmin gün, yəni N dekabr 2021-ci il tarixdə saat 14 radələrində “B1, B, C1, C” kateqoriyalı “BD” seriyalı “601632” nömrəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə «X16-509» MMC-dən icarəyə götürdüyü texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 93-cü kilometrliyində yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərini kobud şəkildə pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qarşıda onunla eyni istiqamətdə eyni hərəkət zolağında hərəkət edən digər minik avtomobilinin sürücüsünün əyləci basıb idarə etdiyi avtomobilin sürətini azaltdığını gördükdə idarə etdiyi avtomobili sağ tərəfə manevr etdirmiş, qarşıda hərəkət edən həmin minik avtomobili də yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağına çıxdığı zaman ara məsafəsini az saxladığı üçün toqquşmadan yayınmaq məqsədi ilə idarə etdiyi avtomobili sol tərəfə manevr etdirmək istəsə də, avtomobilin yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə dəyəcəyini fikirləşib avtomobilin sükanını sağ tərəfə manevr etdirdiyi üçün idarəetməni itirmiş və avtomobili yolun sağ ehtiyat hissəsinin sağ kənarındakı boş sahəyə düşürərək aşırması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 “başın küt travması, sol gicgah nahiyyəsinin geniş ölçülü yarası, baş beyinə qansızma, döş qəfəsinin küt travması, hər iki tərəfli hemotoraks, sol bazunun orta 1/3-nin ön səthinin qançırı”ndan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq 03 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsinə, Zərərçəkmiş şəxs2 “İ bel fəqərəsinin kompression fəsadlaşan qəlpəli, qeyri-stabil sınığı, başın sol təpə nahiyyəsinin əzilmiş yarası”ndan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almasına, Zərərçəkmiş şəxs3 “sol dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişən sınığı”ndan ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur. Bununla da o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxslərin ağır və az ağır xəsarət almalarına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin noyabr ayının ortalarından 2022-ci ilin yanvar ayının ortalarınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun mühafizə bölüyünün mühafizə taqımının mühafizə manqasının atıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında gizir hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Hazırda da Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikləşdirilmiş taborunun 9-cu mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci mexanikləşdirilmiş manqasının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. O, N nömrəli hərbi hissədə xidmətdə olarkən N dekabr 2021-ci il tarixdə yeni il bayramı ilə əlaqədar buraxılışa buraxılmış və həmin gün bayramı valideynləri ilə birlikdə Quba rayonunda keçirmək üçün «X16-509» MMC-dən 5 günlük, yəni 05 yanvar 2022-ci il tarixədək “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. N dekabr 2021-ci il tarixdə saat 13 radələrində icarəyə götürdüyü “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə həyat yoldaşı Şahid, bacanağı Zərərçəkmiş şəxs2, baldızı Zərərçəkmiş şəxs3 və həyat yoldaşının xalası Zərərçəkmiş şəxs1 ilə birlikdə Quba rayonuna yola düşmüşdür. O, həmin gün ayıq olmuş, spirtli içkidən və ya digər təsiredici vasitələrdən istifadə etməmişdir. O, 19 may 2021-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı “BD” seriyalı “601632” nömrəli sürücülük vəsiqəsi əldə etmişdir. N dekabr 2021-ci il tarixdə hava şəraiti günəşli olmuş, hərəkətdə olduğu Bakı- Quba Dağıstan sərhəd yolu quru olmuşdur. Onun N dekabr 2021-ci il tarixdə icarəyə götürdüyü “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, N dekabr 2021-ci il tarixdə saat 14 radələrində «X16-509» MMC-dən icarəyə götürdüyü texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 93-cü kilometrliyində yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə eyni hərəkət zolağında hərəkət edən digər minik avtomobilinin sürücüsünün tormozu basıb idarə etdiyi avtomobilin sürətini azaltdığını gördükdə idarə etdiyi avtomobili sağ tərəfə manevr etdirmiş, qarşıda hərəkət edən həmin minik avtomobil də yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağına çıxdığı zaman ara məsafəsini az saxladığı üçün toqquşmadan yayınmaq məqsədi ilə idarə etdiyi avtomobili sol tərəfə manevr etdirmək istəsə də, avtomobilin yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə dəyəcəyini fikirləşib avtomobilin sükanını sağ tərəfə manevr etdirmiş, bu vaxt idarəetməni itirmiş və avtomobili yolun sağ ehtiyat hissəsinin sağ kənarındakı boş sahəyə salaraq aşırmışdır. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan bütün sərnişinlər və özü müxtəlif xəsarətlər almışdır. Bundan sonra o və avtomobildə olan sərnişinlər: həyat yoldaşı Şahid, bacanağı Zərərçəkmiş şəxs2, baldızı Zərərçəkmiş şəxs3 və həyat yoldaşının xalası Əliyeva X8 rayon Mərkəzi xəstəxanasına təxliyə olunmuşlar. Zərərçəkmiş şəxs1 elə həmin gün Siyəzən rayon Mərkəzi xəstəxanasında Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına təxliyə olunmuş və 03 yanvar 2022-ci il tarixdə qeyd edilən tibb müəssisəsində vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və onlara dəymiş ziyanı ödəmişdir. Hərbi xidmətini davam etdiri, gizirdir, ailədə yeganə qazanc gətirən şəxsdir və bu işindən başqa ayrı sənəti yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hüquqi varisi X9 bildirdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs 2021-ci ildən tanımış, onunla arasında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs onun baldızı qızı X3 həyat yoldaşıdır. Mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə 1978-ci ildə ailə həyatı qurmuşdur. N dekabr 2021-ci il tarixdə saat 16 radələrində evdə olarkən ona telefon vasitəsilə zəng edilərək məlumat verilmişdir ki, həmin gün saat 14 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 93-cü kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs1, qohumları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7 bədən xəsarətləri almışlar. Belə ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Elantra» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobil eyni istiqamətdə yolun sağ kənarına çıxaraq aşmış, nəticədə sürücü Təqsirləndirilən şəxs, həmin avtomobildə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X7 bədən xəsarətləri almışlar. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 da daxil olmaqla bütün xəsarət alan şəxsləri hadisə yerindən ilkin tibbi yardım üçün Siyəzən rayonunda yerləşən tibb müəssisəsinə aparmışlar. O, qeyd edilən tibb müəssisəsinə getdikdə Zərərçəkmiş şəxs1 vəziyyətinin ağır olduğunu görüb dərhal sonuncunun Sumqayıt şəhərində yerləşən tibb müəssisələrindən birinə təxliyə edilməsini tələb etmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərmişlər. Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində göstərilən intensiv müalicəyə baxmayaraq 03 yanvar 2022-ci il tarixdə aldığı xəsarətləri səbəbindən xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 müalicə və müayinəsi, həm də yas mərasiminin keçirilməsi üçün çəkilmiş xərcləri qarşılamış, onunla barışmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, iddiası və tələbi yoxdur, məhkəmədən bağışlanılmasını və cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs 2021-ci ildə tanımış, onun bacanağıdır, onunla arasında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs N dekabr 2021-ci il tarixdə ona Quba rayonuna ailəsini görməyə gedəcəyini bildirmiş və qonaq getməyi təklif etmişdir. O, həyat yoldaşı X10 ilə birlikdə Təqsirləndirilən şəxs valideynlərinin yaşadığı Quba rayonunun Qımıl kəndində yerləşən evlərinə qonaq getməyi qəbul etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun baldızı Mürsəlova (Kiçibəyova) Nailə Mahir qızının nişanlısı olmuşdur. N dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “RENT a car” şirkətlərindən birindən «Hyundai Elantra» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş və həmin avtomobildə Təqsirləndirilən şəxs sürücü olmuş, o, avtomobilin sağ tərəfində yerləşən sərnişin oturacağında əyləşmiş, arxa oturacaqda solda baldızı Nailə Mürsəlova, ortada həyat yoldaşı Zərərçəkmiş şəxs3 sağ tərəfdə isə həyat yoldaşının xalası Zərərçəkmiş şəxs1 oturmuşdur. Avtomobildə onlardan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin ortalarında sürücülük hüququ əldə etmiş, N dekabr 2021-ci il tarixdə yola düşdükləri vaxt Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Onlar Quba rayonuna Bakı-Quba- Dağıstan yolu ilə getmişlər, həmin yolda müəyyən edilmiş maksimum sürət həddi 90 km/saat olmuşdur. N dekabr 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs «Hyundai Elantra» markalı, “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan yolunun Quba rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən yolun Siyəzən rayonu ərazisindən keçən 93-ci kilometrliyində eyni istiqamətdə eyni hərəkət zolağında hərəkət edən markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi gümüşü metal rəngli bir minik avtomobilinin sürücüsü ötmə əməliyyatı edərək onları ötüb keçmiş, bu zaman Təqsirləndirilən şəxs ara məsafəsinin az olduğu üçün idarə etdiyi avtomobili yolun sağ zolağına doğru istiqamətləndirmişdir. Bundan sonra onları ötən avtomobilin sürücüsü yolun sağ zolağına keçmiş, arxada hərəkətdə olan Təqsirləndirilən şəxs yenə də ara məsafəsini az saxladığını görüb yayınmaq məqsədi ilə idarə etdiyi avtomobili sol tərəfə manevr etdirmək istəmiş, lakin avtomobilin yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinə dəyəcəyini fikirləşərək idarə etdiyi «Hyundai Elantra» markalı, “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobili yoldan kənara sağ tərəfə istiqamətləndirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yüksək sürətlə idarə etdiyi üçün avtomobilin idarəetməsini itirmiş və avtomobil yolun Quba rayonu istiqamətindəki sağ ehtiyat hissəsinə çıxmışdır. Avtomobil yolun ehtiyat hissəsinə çıxdıqdan sonra sürüşüb aşaraq yolun sağ ehtiyat hissəsinin sağ kənarındakı boş sahədə dayanmışdır. Hadisə nəticəsində bütün sərnişinlər və sürücü Təqsirləndirilən şəxs müxtəlif bədən xəsarətləri almışlar. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri bütün yaralıları Siyəzən rayon mərkəzi xəstəxanasına aparmışdır. O, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət almışdır. Sərnişinlərdən Zərərçəkmiş şəxs1 vəziyyəti daha ağır olduğu üçün sonuncu hadisə baş verdiyi gün Sumqayıt şəhərində yerləşən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunmuş, 03 yanvar 2022-ci il tarixdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində aparılan intensiv müalicələrə baxmayaraq Zərərçəkmiş şəxs1 həmin gün səhər saatlarında qeyd edilən xəstəxanada ölmüşdür. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, iddiası və tələbi yoxdur, məhkəmədən bağışlanılmasını və cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 və şahid Kiçibəyova (Mürsəlova) Nailə Mahir qızı ifadələrində Zərərçəkmiş şəxs2 göpstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdilər və hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, iddiası və tələblərinin olmadığını, barışdıqlarını bildirərək məhkəmədən bunların cəza təyini zamanı nəzərə alınmasını xahiş etdilər. İş materiallarında olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Şöhrət İmanov tərəfindən həmin şöbənin növbətçi hissəsinə verilən N dekabr 2021-ci il tarixli məlumatdan görünür ki, N dekabr 2021-ci il tarixdə saat 14:50-də Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonunun ərazisindən keçən 93-cü kilometrliyində sürücü- xx.xx.1994-cü il təvəllüdlü, Quba rayon Qımıl kənd sakini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobil yolun eyni istiqamətində sağ kənarına çıxaraq aşmış, nəticədə avtomobildə olan sərnişinlər-xx.xx.1958-ci il təvəllüdlü, Qubadlı rayonu, Mahmudlu kənd sakini Zərərçəkmiş şəxs1 və xx.xx.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun N dekabr 2021-ci il tarixli 1326 nömrəli raportundan görünür ki, N dekabr 2021-ci il tarixdə saat 14:50-də Bakı- Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonunun ərazisindən keçən 93-cü kilometrliyində sürücü- xx.xx.1994-cü il təvəllüdlü, Quba rayon Qımıl kənd sakini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobil yolun eyni istiqamətində sağ kənarına çıxaraq aşmış, nəticədə avtomobildə olan sərnişinlərxx.xx.1958-ci il təvəllüdlü, Qubadlı rayonu, Mahmudlu kənd sakini Zərərçəkmiş şəxs1 və xx.xx.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 bədən xəsarəti almışlar. Cinayət işinin materiallarında olan N dekabr 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı- Quba-Dağıstan sərhəd yolunun Quba istiqamətində Siyəzən rayonu ərazisindən keçən 93cü kilometrliyində aydın havada baş vermiş, yolun hərəkət hissəsi düz, yol örtüyü asfaltbeton, örtüyün vəziyyəti quru olmuş, yol örtüyünün eni 18 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissənin eni 9 metr olmuş, yol-nəqliyyat hadisəsi baş verdiyi yolda qarşıqarşıya nəqliyyat axını dəmir çəpərlə ayrılmışdır. Həmin çəpər iki tərəfli səddən ibarətdir, sədlər arasında məsafə 1 metrdir, yolun hərəkət hissəsi hər bir istiqamət üçün iki zolaqdan ibarətdir. Yolun hərəkət hissəsi sağdan və soldan ehtiyat hissə ilə, sonra isə çökək boş sahələrlə birləşmişdir. Yolda hərəkət nizamlanmamış, avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi 90 km/saat olmuşdur. Hadisə nəticəsində “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobil aşmışdır. Avtomobil yolun sağ ehtiyat hissəsinin sol kənarından, yoldan çıxdığı yerdən olduğu yerə qədər, sağa doğru çəpinə istiqamətdə 75,4 metr məsafə qət etmiş və sağ ehtiyat hissənin sağ kənarından sağ tərəfə düzünə olmaqla 18,8 metr məsafədə dayanmışdır. Avtomobil Quba istiqamətində yolun sağ kənarından çökək boş sahədə zədəli vəziyyətdə çəpinə olmaqla üzü Bakı istiqamətində dayanmışdır. Avtomobilin olduğu yerdən yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinin sağ kənarına qədər olan məsafə düzünə olmaqla 18,8 metrdir. Hadisənin baş verdiyi yolda yolun Quba istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı üzərində avtomobilə məxsus, sağa yönəlmiş qoşa, biri 4 metr, digəri 9 metr uzunluqda olan təkər sürtünmə izləri mövcuddur. Tormozlama izi müəyyən olunmamışdır, nəqliyyat vasitəsi ətrafda heç bir əşyaya toxunmamışdır. Yolun Quba istiqamətində sağ ehtiyat hissəsinin sol kənarından başlayaraq yolun eyni istiqamətində sağ kənarında avtomobilin aşaraq dayandığı yerə doğru torpaq hissədə 16 metr uzunluğunda qoşa təkər izi vardır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet, izlər (qan, əlbarmaq izi) götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim edilmiş 03 yanvar 2023-cü il tarixli 01 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində “başın küt travması, sol gicgah nahiyəsinin geniş ölçülü yarası, baş beyinə qansızma, döş qəfəsinin küt travması, hər iki tərəfli hemotoraks, sol bazunun orta 1/3-nin ön səthinin qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla N dekabr 2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsinin Siyəzən rayon şöbəsi tərəfindən təqdim edilmiş N dekabr 2021-ci il tarixli 389 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində “sol dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerinidəyişən sınığı” xəsarəti aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə baş vermiş avtomobil qəzası nəticəsində yarana bilər, yaranma müddəti müayinə olunanın göstərdiyi N dekabr 2021-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsinin Siyəzən rayon şöbəsi tərəfindən təqdim edilmiş 30 mart 2022-ci il tarixli 61 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində “İ bel fəqərəsinin kompression fəsadlaşan qəlpəli qeyri-stabil sınığı və başın sol təpə nahiyəsinin əzilmiş yarası” xəsarəti aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə baş vermiş avtomobil qəzası nəticəsində yarana bilər, yaranma müddəti müayinə olunanın göstərdiyi N dekabr 2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 06 sentyabr 2023-cü il tarixli K/325 nömrəli rəyindən görünür ki, mərhum 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olması olmuşdur. Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər nəticəsində ölmüşdür və mərhumun ölümü ilə yolnəqliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 aprel 2022-ci il tarixli 8/760 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 19 yanvar 2022-ci il tarixli AZ İİ № 168046 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 03 yanvar 2022-ci il tarixdə travmatik subaraxnoidal qansızma nəticəsində Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Sumqayıt şəhər Narkoloji Dispanseri” tərəfindən tərtib olunmuş N dekabr 2021-ci il tarixli 11714 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol və ya digər güclü təsir göstərən maddələr aşkar olunmamış, alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli 3-14-20/2-1420/2023 nömrəli məktubundan görünür ki, N dekabr 2021-ci il tarixdə Siyəzən rayonu ərazisində saat 13:00-da, habelə saat 16:00-da müşahidə zamanı yağıntı qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan “BD” seriyalı “601632” nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1 və C” kateqoriyalı avtomobilləri idarə etmək hüququ olmuşdur. Həmin sürücülük vəsiqəsi 19 may 2021-ci il tarixdə verilmiş və 19 may 2031-ci il tarixədək qüvvədədir. Cinayət işinin materiallarında olan “AD” seriyalı 637295 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Cinayət işi materiallarına əlavə edilmiş N dekabr 2021-ci il tarixli 234 nömrəli yol vərəqəsindən görünür ki, “Hyundai Elantra” markalı “**-TH-***” dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün N dekabr 2021-ci il tarixdə saat 12:00-dan 05 yanvar 2022-ci il tarixdə saat 12:00-dək vətəndaş Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsindən təqdim edilmiş 07 yanvar 2022-ci il tarixli 3979-1222 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə (19 may 2031-ci il tarixədək etibarlı olan) “BD” seriyalı “601632” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə ünvanladıqları müvafiq olaraq 13 yanvar 2022-ci il və 03 fevral 2022-ci il tarixli, həmçinin məhkəmə iclasında təqdim etdikləri 14 noyabr 2023-cü il tarixli ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yol nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayətləri, tələbləri və ya mülki iddiaları yoxdur. Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmış vətəndaş X5 30 avqust 2023-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna ünvanladığı, həmçinin məhkəmə iclasında təqdim etdiyi 21 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, yol nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və ya mülki iddiası yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən göndərilmiş məktuba əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də təqsirləndirici material və cinayət işinin olması aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmaqla cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ancaq məhkəmə işin hallarını, onun ailə vəziyyətini, zərərçəmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, gizir kimi həqiqi hərbi xidmətdə olmasını, hələ də Azərbaycan Respublikası SQ-də belə hərbi qulluqçulara ehtiyac olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı çəkmədən də islah oluna bilər. Ona görə də, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi və ona təyin edilən cəzanı sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “**-TH-***” dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinin vətəndaş X4 təhvil verilməsi nəzərə alınmalı və sahibinə qaytarılmış hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (ay) müddətə sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığının sərəncamına göndərilməklə onun davranışı üzərində nəzarətin həyata keçirilməsi xidmət müddətində həmin hərbi hissənin komandanlığına, xidmət yeri dəyişdirilərsə, yeni xidmət yeri üzrə hərbi hissə komandanlığına, tərxis olunarsa, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətində komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirmək, tərxis olunarsa, davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai Elantra» markalı «**-TH-***» dövlət qeydiyyat nişanlı avtomobilin vətəndaş X1 istifadəsinə verilməsi nəzərə alınsın və mülkiyyətçisinə qaytarılmış hesab edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar