Məhkəmə qərarları › İş №1-1(093)-201/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-201/2025

01.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-201/2025 01.12.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X14 (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və X16 ibarət tərkibdə, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – AR Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin (Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə) prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, 10 avqust 2002-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Hacıqabul rayonunun Navahı kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmət etmiş, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edərkən qulluq mövqeyinə əsasən ona göstərilən etimaddan istifadə etməklə İran İslam Respublikasında yaradılmış qanunsuz silahlı birləşmənin üzvü və həmin ölkənin xüsusi xidmət orqanlarının maraqları istiqamətində və tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikasındakı əlaqələrinin imkanlarından istifadə edərək ölkəmizə qarşı kəşfiyyat- pozuculuq, habelə aktiv terrortəxribat fəaliyyəti həyata keçirməyə cəhd edən, əvvəllər məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.3, 214.2.6 və 283.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində axtarış elan edilmiş X29 ilə cinayət əlaqəsinə girərək maddi maraq müqabilində tamah məqsədilə sövdələşib qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu vasitəsi ilə xarici xüsusi xidmət orqanının xeyrinə məxfi əməkdaşlığa cəlb edilməklə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq dövlət sirri təşkil edən məlumatların toplanılaraq ötürülməsi barədə razılaşmış, bu məqsədlə Vüsal İskəndərli ilə sosial şəbəkə tətbiqləri vasitəsilə müntəzəm əlaqədə olmaqla sonuncudan Bakı, Gəncə, Mingəçevir, Şuşa şəhərlərində, eləcə də Yevlax və Bərdə rayonları ərazisində olan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, əsasən də aviasiya və pilotsuz uçuş aparatları olan bölmələrin video və fotoçəkilişlərini, həmçinin həmin hərbi hissələrə gələn xarici hərbi mütəxəssislərin fotoçəkilişlərini edərək göndərməsi barədə, habelə İran İslam Respublikasının xüsusi xidmət orqanlarının məxfi əməkdaşlıq edib istifadə edə biləcəyi hərbi hissələr barədə məlumatlı olmaqla əlaqələrə malik olan hərbi qulluqçu və ya digər şəxslər barədə məlumat təqdim etməsi barədə tapşırıqlar almış və verilən tapşırıqlara uyğun olaraq 2024-cü ilin yanvar ayında xidmət etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgər yataqxanasının üst mərtəbəsindən istifadəsində olan mobil telefon vasitəsilə hərbi hissənin inzibati binalarının və ərazisinin video və fotoçəkilişlərini, 2024-cü ilin avqust ayında hərbi qulluqçuların yataqxanasının dəhlizinin fotoçəkilişlərini edərək "Telegram” sosial şəbəkə tətbiqi vasitəsilə Vüsal İskəndərliyə göndərmiş, daha sonra həmin ilin 23 yanvar - 23 fevral tarixlərində məzuniyyətdə olduğu vaxt Hacıqabul rayonuna gedərkən "WhatsApp" sosial şəbəkə tətbiqi ilə Vüsal İskəndərliyə videozəng edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Səngəçal qəsəbəsi ərazisində yerləşən “N” saylı hərbi hissəsinin görüntülərini ötürmüş, Vüsal İskəndərlinin tapşırığı ilə İran İslam Respublikasının xüsusi xidmət orqanlarının məxfi əməkdaşlıq edib istifadə edə biləcəyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid1 barədə məlumat təqdim etmiş, yerinə yetirilmiş tapşırıqlar müqabilində Vüsal İskəndərli tərəfindən müxtəlif vaxtlarda istifadəsində olmuş “Kapitalbank" ASC-yə aid kart hesabına köçürülmüş pul vəsaitlərini qəbul edib qəsdən casusluq formasında dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Vüsal İskəndərli ona heç bir tapşırıq verməmişdir. Vüsal İskəndərlini “Tiktok” sosial şəbəkəsində “kriminal dünyanın” hörmətli üzvü kimi tanımış və digər kriminal dünyanın üzvləri danışdığı kimi Vüsal İskəndərli ilə də əlaqə saxlamışdır. Vüsal İsgəndərlindən 3500 manat məbləğində borc pul istəmiş və sonuncu ona 20, 30 ,50 manat məbləğlərində pullar göndərmişdir. O, Maqa adlı şəxs və digərlərindən də pul istəmiş ona görə ki, pnlar maddi vəziyyəti zəif olan insanlara köməklik göstərirdilər. O, “Teleqram” sosial şəbəkə vasitəsilə heç bir şəxsə şəkil göndərməmiş və ümumiyyətlə onun heç bir zaman heç kimlə dövlət ələyhinə söhbəti olmamışdır. Cinayət işi materiallarında olan şəkilləri çəkmiş, lakin özü əks olunmayan şəkilləri təsadüfən əli toxunmaqla çəkilmişdir. İstintaq dövründə ona qarşı zorakılıq edilməmiş, lakin aldadılaraq ifadə alınmışdır. Buna görə də ona bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 avqust 2002-ci il tarixdə Hacıqabul rayonunda doğulmuşdur, orta təhsillidir, subaydır, Hacıqabul rayonunun Navahı kəndində qeydiyyatdadır və Daxili Qoşunların MAHHXHQ əsgər olaraq xidmət etdiyi hərbi hissəsinin modul tipli yataqxanasında yaşamışdır. Hacıqabul rayonunun Navahı kəndində 9-cu sinifədək orta təhsil almışdır. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək Daxili Qoşunların N saylı hərbi hissəsində əsgər rütbəsində atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan 3 gün sonra Daxili Qoşunların Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXHQ əsgər olaraq hərbi xidmətə başlamış, həmin hərbi hissədə xidmətini davam etdirmişdir. Aylıq maaşı 1300 manat olmuşdur. Atası Şahid2 tikinti ustası, anası X33 evdar qadındır. Bacısı X1, Azərbaycan Beynəlxalq Universitetində tarix müəllimliyi ixtisası üzrə ali təhsil alır. X3 2024-cü ilin oktyabr ayından Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində əsgər kimi müddətli həqiqi hərbi xidmətdədir, subaydır. Digər qardaşı X6 qəsəbəsində yerləşən peşə məktəbində təhsil alır. Daxili Qoşunların N saylı hərbi hissəsində işə başladıqda N manat məbləğində əmək haqqı almışdır. O, qonaqlıqlara, paltara, gecə həyatına xeyli miqdarda pul xərclədiyinə görə əmək haqqı onun xərclərini ödəməmişdir. Buna görə 2022-ci ilin sentyabr ayında "xxxx" ASC-nin 196 nömrəli qaynar xətti ilə əlaqə saxlayaraq 3000 manat məbləğində kredit götürmüşdür. Sonradan həmin dövrdə istifadəsində olan “Redmi Note 12” markalı mobil telefonuna yüklədiyi “Azpulmanat” mobil tətbiqi vasitəsi ilə 500 və 800 manat məbləğində kredit götürmüşdür. Həmçinin hərbi hissənin yeməkxanasına, yaxınlıqda olan kafe və restoranalara, paltar dükanlarına da borcu olmuşdur. 2023-cü ilin sonlarında Almaniyada yaşayan və kriminal aləmdə “Maqa" kimi tanınan Muhammed adlı şəxslə “Tik-tok” sosial şəbəkəsində istifadəsində olan “Sohret_011” adlı hesab üzərindən tanış olmuşdur. “Maqa" “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq kriminal aləmdən danışmışdır. O, həmin şəxsin canlı yayımına rəylər, eləcə də şəxsi hesabına mesaj yazaraq ünsiyyət yaratmışdır. Bir müddət sonra həmin şəxsdən 3500 manat məbləğində borca pul istəmiş, lakin sonuncu pulunun olmadığını bildirmişdir. Muhammedin “Kriti Vüsal” kimi tanınmış İran İslam Respublikasında yaşayan şəxlə münasibəti olduğunu söhbətlərindən bildiyindən "Kriti Vüsal'ın mobil nömrəsini bildirməsini istəmişdir. O, "Kriti Vüsal'ın sosial şəbəkədə videolarını, çıxışlarını izləmiş və söhbətlərindən İran dövlətinə bağlı olduğunu anlamışdır. “Maga” ona "Kriti Vüsal'ın mobil nömrəsini bildirdikdən sonra 2024-cü ilin yanvar ayında "Kriti Vüsal'a “WhatsApp" mobil tətbiqi üzərindən bir neçə dəfə zəng etmiş, lakin "Kriti Vüsal' zəngini cavablandırmamışdır. İlk zəngindən 3-4 gün sonra "Kriti Vüsal'a təkrar zəng etmiş, bu dəfə zənginə sonuncu cavab verərək zənginin səbəbini soruşmuş, o, hal-əhval tutmaq üçün nömrəni “Maqa”dan aldığını, özünün hərbçi olduğunu, Bakı şəhərində hərbi hissədə xidmət etdiyini bildirərək iş yeri barədə məlumatları vermişdir. "Kriti Vüsal' hərbiçilərin onların qardaşları olduğunu, istənilən çətinliyi ilə bağlı müraciət edə biləcəyini demişdir. Bir neçə gün sonra "Kriti Vüsal'a təkrar zəng edərək sonuncudan 3500 manat məbləğində borc pul vəsaiti istəmiş, "Kriti Vüsal” isə ona verəcəyi pul qarşılığında bir neçə tapşırığın icra olunması zərurətini qeyd etmiş, o, Vüsalın ona tapşırıqları hərbiçi olduğu üçün verdiyini və həmin tapşırıqların İran dövlətinə lazım olan məlumatlar olduğunu başa düşsə də maddi çətinliyi olduğundan Vüsalla razılaşmışdır. O, istifadəsində olan ********** və ********** mobil telefon nömrələri ilə Vüsalın istifadəsində olan +**********99 mobil telefon nömrəsinə zəng edərək “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlamış, Vüsala “Whatsapp” mobil tətbiq vasitəsi ilə zənglər etdiyi zaman şəbəkədə zəng çatmadığını gördükdə həmin telefon nömrələrindən Vüsala birbaşa zəng edərək “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamasını bildirmişdir. 2024-cü ilin yanvar ayında ezam edildiyi Xocavənd rayonunun Sos kəndi ərazisindəki hərbi hissədə xidmətə başlamış, Vüsal həmin ərəfədə ona zəng edərək hal-əhval tutmuşdur. "Kriti Vüsal” ona Şuşa şəhər ərazisini və orada olan post, hərbi hissə və digər hərbi obyektlərin fotoşəkillərini çəkərək göndərməsi barədə tapşırıq vermişdir. O, nə üçün bu fotoşəkillərin lazım olduğunu soruşduqda Vüsal düşmənləri sionistlərin həmin hərbi hissəyə gəldiklərini, bu səbəbdən həmin fotoşəkillərin lazım olduğunu bildirmişdir. Lakin o, Vüsala hazırda xidmət etdiyi hərbi hissənin Şuşa şəhərindən uzaq məsafədə yerləşməsini, istifadəsində nəqliyyat vasitəsinin olmamasını əsas gətirərək həmin obyektlərin fotoşəkillərini çəkə bilməyəcəyini bildirmişdir. "Kriti Vüsal' “WhatsApp" mobil tətbiqi vasitəsilə ona zəng edərək Müdafiə Nazirliyinin hərbi hissələrinə gələn massonların özlərinin və sənədlərinin fotoşəklini çəkərək ona göndərməsini istəmiş, eyni zamanda Bakı şəhərində işlədiyi hərbi hissənin, eləcə də Müdafiə Nazirliyinin hərbi hissələrini, əsasən hərbi hava qüvvələrinə məxsus hərbi hissələrin fotoşəkillərini və videolarını çəkərək göndərməsini tapşırmışdır. O da Vüsala bacardığı qədər hərbi obyektlərin fotoşəklini çəkib göndərəcəyi barədə söz vermişdir. 2024-cü ilin yanvar ayında Xocavənd rayonundan Bakı şəhərinə hərbi xidmətdə olduğu N saylı hərbi hissəyə gəlmişdir. Orada istifadəsində olan mobil telefon vasitəsilə əsgər yataqxanasının üst mərtəbəsindən digər inzibati binalar da daxil olmaqla sıra meydanının tam şəkildə videogörüntüsünü, daha sonra qərargahın və yataqxanaların fotoşəkillərini çəkərək "Telegram” sosial şəbəkəsi vasitəsilə Vüsala məxsus “Vüsal İskəndərli” adlı hesaba göndərmişdir. Bundan iki gün sonra 2024-cü ilin yanvar ayında bir aylıq məzuniyyətə çıxmış, doğulduğu Hacıqabul rayonuna taksi ilə gedərkən "WhatsApp" sosial şəbəkəsi ilə Vüsala videozəng edərək DSX-nin Səngəçal qəsəbəsi ərazisində yerləşən aviasiya hərbi hissəsini görüntülü olaraq göstərmiş, Vüsal bu şəkildə uzaqdan çəkilmiş fotoşəklin lazım olmadığını, fotoşəklin hərbi hissənin içərisindən çəkilməli olduğunu bildirmişdir. Lakin o, özünün həmin hərbi hissəyə daxil olmaq hüququnun və həmin hərbi hissədə hər hansı tanışının olmadığını bildirmişdir. Vüsal onun da hərbiçi olduğunu və oraya daxil olmağın bir üsulunu tapmalı olduğunun zəruriliyini vurğulamışdır. O, bundan sonra lazımi fotoşəkilləri göndərə bilmək üçün orada mümkün qədər tanış axtarmağa çalışacağını bildirmişdir. Həmin gün valideynlərinin yaşadığı Hacıqabul rayonunun Navahı kəndində olarkən 1 gün ərzində “Kapitalbank"ASC-yə aid **********012324 nömrəli kart hesabına Vüsal tərəfindən ümumilikdə 800 AZN olmaqla, müxtəlif məbləğlərdə (axşam saatlarından başlayaraq 30, 50, 100 AZN) pul vəsaiti göndərilmişdir. Vüsal İskəndərov həmin dövrdə İraqda olduğunu, İraqdan Azərbaycana pul göndərmək mümkün olmadığı üçün öz adamlarının İran İslam Respublikasının ərazisinə keçərək oradan onun kart hesabına pul göndərdiklərini bildirmişdir. Lakin Vüsalın hansı üsulla və haradan onun kart kesabına pul köçürməsi barədə məlumatı olmamışdır. Sonra Vüsal “Telegram” sosial şəbəkəsində ona yazaraq göndərdiyi pul vəsaitlərinin çatıb-çatmamasını soruşmuş, o da pul vəsaitlərinin öz hesabına köçürdüyü üçün təşəkkür etmişdir. Həmin pul vəsaitlərinin haradan köçürüldüyünü xatırlamamışdır. Vüsal İskəndərli özünü daha bacarıqlı, əlaqələrə malik olan, hərbi hissələr barədə məlumatlı, pul müqabilində kömək edə biləcək hərbi qulluqçu və ya digər şəxslərlə tanış etməsini ondan xahiş etmiş, o da təxminən 2024-cü ilin dekabr ayında “Tiktok” sosial şəbəkəsindən tanıdığı həmin sosial şəbəkədə “@nicataze3, (Nicat_313)” adlı profildən istifadə edən əslən Cəlilabad rayonundan olan Şahid1 Vüsal İskəndərlinin istifadəsində olan mobil telefon nömrəsini göndərərək həmin şəxslə əlaqə saxlaya biləcəyini demişdir. Bir müddət sonra Vüsal İskəndərli ilə danışdıqda sonuncu Şahid1 uşaq olduğunu, lazım olan məlumatları toplayıb təqdim etmək iqtidarında olmadığını bildirmişdir. Şahid1la başqa əlaqə və münasibəti olmamışdır. Vüsal İskəndərlinin Azərbaycan Respublikasında yaşayan digər şəxslərlə hər hansı əlaqəsinin olmasından məlumatsız olmuşdur. Bundan sonra Vüsalla “WhatsApp” mobil tətbiqi üzərindən danışan zaman sonuncu ona daha önəmli fotoşəkil və videogörüntülər göndərməsini, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, eləcə də Yevlax, Qobustan və Bərdə rayonları ərazisində olan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, əsasən də aviasiya və pilotsuz uçuş aparatları olan bölmələrin videogörüntlərini və daxildən olan fotoşəkillərini çəkərək göndərməsini tapşırmış və bunun müqabilində 2000 - 3000 AZN məbləğində pul vəsaiti verəcəyini bildirmişdir. Sonrakı dövrdə digər ərazilərə gedib fotoşəkil və videogörüntü çəkib Vüsala göndərə bilməmişdir. Sonuncu dəfə Vüsala zəng edərək “Rufo Gəncinski” adı ilə tanınan şəxs ilə əlaqə yaratmaq üçün ona köməklik etməsini xahiş etmiş, sonuncudan maddi kömək istəyəcəyini bildirmişdir. Vüsal cavabında “Rufo Gəncinski”nin digər problemlərinin olduğunu deyərək ona əlaqə yaratmağa kömək etməmişdir. 2025-ci ilin əvvəllərindən Vüsalla hər hansı əlaqəsi olmamışdır. O, istifadəsində olmuş “İphone 11 Pro” markalı mobil smartfonun yaddaşında müəyyən edilmiş İMG_0642.MOV və "İMG 0643.MOV” adlı videoçəkilişlər xx.xx.2025- ci il tarixində axşam saat 10 radələrində Biləcəri ərazisində yerləşən DİN-in Daxili Qoşunlarının hərbi hissəsinin helikopterlərinin yerləşdiyi ərazidə onun tərəfindən aparılmışdır. Əvvəllər “Redmi Not 12S” markalı mobil telefona ***-***-**-** nömrəsini quraşdıraraq istifadə etmişdir. Həmin mobil telefona son vaxtlar 051-280-51- 12, ***-***-**- ** mobil nömrələrini quraşdırmışdır. Mobil telefon yararsız vəziyyətə düşdükdən sonra mobil telefon nömrələrini mobil telefondan çıxartmışdır. Məhz “Redmi Not 12S” markalı mobil telefona quraşdırılmış ***-***-**-** və 077-726-97- 47 mobil telefon nömrələri ilə “Whatsapp” mobil tətbiqində açılmış hesabla Vüsal İskəndərlinin istifadəsində olan İran İslam Respublikasının mobil operatorlarına məxsus mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Vüsal İskəndərli tez-tez mobil telefon nömrəsini dəyişmiş və ona yeni mobil telefon nömrəsini “Whatsapp” mobil tətbiqi ilə göndərmişdir. Vüsal İskəndərliyə məxsus mobil telefon nömrələri “Redmi Not 12S” markalı mobil telefonunun yaddaşına qeyd edilmişdir. “X71 12S” markalı mobil telefonu ilə 14 noyabr 2024-cü il tarixdə saat 19:49-da kontaktlara “Vüsal Ataralı” olaraq qeyd etdiyi +**********29 saylı mobil telefon nömrəsinin istifadəçisinə “Whatsapp” mobil tətbiqi üzərindən “Qardaşım mənəm Şöhrət Hərbçi buloka niyə atırsan məni” məzmunlu mesaj yazması, 15 noyabr 2024-cü il tarixdə saat həmin mobil nömrənin istifadəçisinə cavabsız adi zəng və video zəng etməsi, həmçinin “X54rdaşım Bine Bidene danişaqdan” məzmunlu mesaj yazması barədə bildirmişdir ki, 14 noyabr 2024-cü il tarixdə Vüsal İskəndərliyə məxsus xatırlamadığı mobil nömrəyə “Whatsapp” sosial şəbəkəsində yazaraq onu kriminal mühitdə “Rufo” adı ilə tanınan şəxslə sonuncudan maddi kömək alması üçün əlaqələndirməsini xahiş etmiş, Vüsal İskəndərli isə öz verdiyi digər tapşırıqları icra edəcəyi halda onun borclarını bağlayacağını, “Rufo”nun mobil nömrəsini ona bildirməyəcəyini demişdir. Lakin o, Vüsal İskəndərlinin növbəti tapşırıqlarını qəti şəkildə icra etməyəcəyini bildirmiş, bundan sonra Vüsal İskəndərli ona məxsus mobil nömrəni bloklamışdır. Bundan sonra 14 noyabr 2024-cü il tarixdə kontaktlara “Vüsal Ataralı” olaraq qeyd etdiyi Vüsal İskəndərliyə məxsus +**********29 saylı mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqi üzərindən digər mobil nömrə ilə “Qardaşım mənəm Şöhrət Hərbçi buloka niyə atırsan məni” məzmunlu mesaj yazmış, 15 noyabr 2024-cü il tarixdə saat həmin mobil nömrənin istifadəçisinə adi zəng və video zəng etmiş, həmçinin Vüsal İskəndərliyə “X54rdaşım Bine Bidene danişaqdan” məzmunlu mesaj yazmışdır. X30 zəng və mesajlarını cavablandırmamışdır. "xxxx" ASC-dən daxil olmuş məlumatlara əsasən **********247663 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 20, 30 və 100 AZN, xx.xx.2024-cü il tarixdə 67, 48 AZN və xx.xx.2024-cü il tarixdə 52 AZN məbləğində pul vəsaitinin köçürülməsi barədə bildirmişdir ki, Vüsal İskəndərli tərəfindən göndərilmiş pul vəsaitləri, marketdən 1 manat məbləğində pul vəsaiti qarşılığında aldığı sonradan “Birbank” mobil tətbiqində adına rəsmiləşdirdiyi "xxxx" ASC-yə məxsus **********247663 nömrəli kart hesabına köçürülmüşdür. 2024-cü il üçün məzuniyyətə çıxaraq Hacıqabul rayonunun Navahı kəndində getdikdən sonra Vüsal İskəndərlinin tapşırığı ilə xx.xx.2024-cü il tarixdə 20, 30 və 100 AZN, xx.xx.2024-cü il tarixdə 67, 48 AZN və xx.xx.2024-cü il tarixdə 52 AZN məbləğində pul vəsaiti həmin kart hesabına köçürülmüş, bu barədə bildiriş “Birbank” mobil tətbiqi üzərindən mobil telefonuna gəlmişdir. Vüsal İskəndərli özünün həmin dövrdə İraqda olduğunu, lakin İraqdan Azərbaycana pul göndərmək mümkün olmadığından, öz adamlarının İran İslam Respublikası ərazisinə keçərək oradan onun kart hesabına pul göndərdiklərini bildirmişdir. X40 hansı üsulla və haradan onun kart hesabına pul köçürməsi barədə məlumatı olmamışdır. Ona məxsus "xxxx" ASC-də açılmış **********247663 nömrəli kart hesabına 24 yanvar 2024-cü il tarixdə 20, 30 və 100 AZN, 25 yanvar 2024-cü il tarixdə 67, 48 AZN və 26 yanvar 2024-cü il tarixdə 52 AZN olmaqla 3 gün ərzində cəmi 317 manat məbləğində pul vəsaiti köçürülməsi ilə bağlı bildirmişdir ki, 2024-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin modul tipli əsgər yataqxanasının üst mərtəbəsindən istifadəsində olan mobil telefon vasitəsilə digər inzibati binalar da daxil olmaqla sıra meydanının tam şəkildə videogörüntüsünü, daha sonra qərargahın və yataqxanaların fotoşəkillərini çəkərək "Telegram” sosial şəbəkəsi vasitəsilə Vüsala məxsus “Vüsal İskəndərli” adlı hesaba göndərdiyinə görə Vüsal İskəndərlinin tapşırığı ilə "xxxx" ASC-dən aldığı **********247663 nömrəli kart hesabına müxtəlif məbləğlərdə pul vəsaiti göndərilmişdir. Vüsal İskəndərli özünün həmin dövrdə İraqda olduğunu, lakin İraqdan Azərbaycana pul göndərmək mümkün olmadığından, öz adamlarının İran İslam Respublikasının ərazisinə keçərək oradan onun kart hesabına pul göndərdiklərini bildirmişdir. X40 hansı üsulla, kimin kart hesabı vasitəsilə və haradan onun kart kesabına pul köçürməsi barədə məlumatı olmamışdır. 24 yanvar 2024-cü il tarixdə 20, 30 və 100 AZN, 25 yanvar 2024-cü il tarixdə 67, 48 AZN və 26 yanvar 2024-cü il tarixdə 52 AZN olmaqla cəmi 317 manat məbləğində kart hesabına köçürülmüş pul vəsaiti Vüsal İskəndirlinin tapşırığı ilə onun kart hesabına köçürülmüşdür. Lerik rayonun Babagil kəndində doğulmuş X34, Dəvəçi rayonunda doğulmuş Şahid4, Bakı şəhərində doğulmuş X23 tanımamış, Vüsal İskəndərlinin tapşırığı ilə onun "xxxx" ASC-də açdığı **********247663 nömrəli kart hesabına 24 yanvar 2024-cü il tarixdə Şahid4 məxsus kart hesabından 30 manat, X24 məxsus kart hesabından 100 manat, 25 yanvar 2024-cü il tarixdə X35 məxsus kart hesabından 48 manat məbləğində pul vəsaitinin köçürülməsi ilə bağlı bildirmişdir ki, Vüsal İskəndərlinin tapşırığı ilə "xxxx" ASC-də açdığı **********247663 nömrəli kart hesabına 24 yanvar 2024-cü il tarixdə 30 manat, 100 manat, 25 yanvar 2024cü il tarixdə 48 manat məbləğində pul vəsaiti həqiqətən köçürülmüşdür. Lakin kart hesablarının sahibləri olan Şahid4, X23 və X34 tanımamış, həmin şəxslərlə heç bir əlaqə və münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində göstərilən hüququları izah edildikdən sonra verdiyi ifadəsində göstərdi ki, Hacıqabul rayonu Nəvahı kəndində ailəsi ilə birlikdə yaşayır. oğlu Təqsirləndirilən şəxs Daxili Qoşunların Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXHQ əsgər olaraq hərbi xidmət etmişdir. Oğlu Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, onunla və ətrafında olan şəxslərlə heç vaxt hər hansı problemi olmamışdır. Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu müddət ərzində məzuniyyət və digər bayram günlərində demək olar ki, həmişə Hacıqabul rayonu Nəvahı kəndində yaşadıqları evə gələrək onlarla qalmışdır. Bu vaxt Təqsirləndirilən şəxs çox az hallarda çölə çıxmış, çöldə olduğu vaxt da adətən kəndin yaxınlığından keçən avtomagistralın kənarında yerləşən “Tural” restoranına getmişdir. Təqsirləndirilən şəxs rayonda başqa yerə getməsindən məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs geniş əhatəsi olmamış, sonuncu kənddə adətən sinif yoldaşı X41 ilə birlikdə vaxt keçirmişdir. Təqsirləndirilən şəxs Daxili Qoşunların Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXHQ əsgər olaraq hərbi xidmətə başladığından 2024-cü ilin təxminən avqust ya da sentyabr ayınadək anası Aygül Məmmədovaya məxsus bank kartına ailəmizə maddi dəstək olaraq aylıq 500-700 manat aralığında pul vəsaiti göndərmişdir. 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs adını xatırlamadığı bölük komandiri ona zəng edərək oğlunun borcu olduğunu ona bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxsla danışdıqda sonuncu mobil telefonda oynadığı mərc oyunlarında xeyli miqdarda pul vəsaiti uduzduğundan müəyyən məbləğdə borcunun yarandığını bildirmiş, bundan sonra o, oğluna bir də ailəyə pul vəsaiti göndərməməsini, həmin pul vəsaitlərini borclarının ödənməsi üçün sərf etməsini tapşırmışdır. Bu hadisədən sonra Təqsirləndirilən şəxs onlara pul vəsaiti göndərməmişdir. “Krıtı Vüsal” adı ilə tanınan X29nu sosial şəbəkədə görmüş, lakin həmin şəxslə heç bir əlaqə və münasibəti olmamış, səhifələrini izləməmişdir. 2019-cu ildə həyat yoldaşı Aygül Məmmədova ilə birlikdə avtobusla İran İslam Respublikasında yerləşən Məşhəd, oradan da İraq Respublikasında yerləşən Kərbəla şəhərinə ziyarətə getmişdir. 2024-cü ildə isə o, həyat yoldaşı Aygül Məmmədova, qızı Sərfinaz Məmmədova, oğlu Müzəffər Məmmədovla birlikdə Kərbəla şəhərinə ziyarətinə getmiş, bu zaman hava yolu ilə Gürcüstana, oradan Türkiyəyə, Türkiyədən İrana, İran ərazisindən avtobusla keçərək İraq Respublikasına getmişlər. Ailəsi dindar olmaqla daim ibadətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs hərbi xidmətə başlayana qədər namaz qılmış, sonradan ibadətlə məşğul olmağı dayandırmışdır. Təqsirləndirilən şəxs “Krıtı Vüsal” adı ilə tanınan X29 ilə əlaqəsinin olması barədə, Azərbaycan Respublikasında yerləşən hərbi təyinatlı obyektlərin fotoşəkilini və videogörüntüsün çəkərək xarici xüsusi xidmət orqanlarına ötürüb-ötürməməsi, eləcə də onlara dövlət sirri təşkil edən kəşfiyyat xarakterli məlumatlar verib-verməsi barədə məlumatı olmamışdır. “Xiomi Redmi 7A” markalı mobil telefon ona məxsus olmaqla öz istifadəsində olmuşdur. Mobil telefon bir müddətdən sonra sıradan çıxmış və işə salmaq mümkün olmamışdır. Təxminən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs mobil telefonu təmir etdirmək məqsədilə ondan götürmüşdür. Mobil telefonun ondan başqa istifadəçisi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2024cü ilin fevral ayının əvvəllərində həyat yoldaşı X25 ilə İran İslam Respublikasına Məşhəd ziyarətinə getmişdir. X68 orada Azərbaycandan gələn zəvvarları oteldə qarşılayan Seyid Nazim adlı şəxslə (+**********52) tanış olmuşdur. Bundan başqa əri X67 İslam Respublikasında yaşayan və həkim işləyən Abbas adlı şəxsi (+**********01) tanımışdır. Bundan başqa ərinin mobil telefonunda “Rahim İran” kimi qeyd edilmiş +**********0 nömrə olmuş, həmin şəxsi tanımamışdır. O, təxminən 3 il əvvəl "xxxx" ASC-yə məxsus Leobank kartı almış, 3 il əvvəl həyat yoldaşı hal-hazırda nəzarətçi işlədiyi “Rəva” adlı dönərxananı açmış və ona məxsus kartı dönərxanada həyata keçirilən ödənişləri həyata keçirmək üçün almışdır. X11 2024-cü ilin iyun ayının 18-də vəfat etmişdir. Ona məxsus "xxxx" ASC-yə aid kartdan Təqsirləndirilən şəxs kartına 30 manat pul vəsaitinin köçürülməsindən məlumatsız olmuşdur. İran İslam Respublikasında yaşayan hər hansı tanışı olmamışdır. Azərbaycan Respublikasında hər hansı İran İslam Respublikasının vətəndaşı ilə tanışlığı və ünsiyyəti olmamışdır. X29nu tanımamışdır. Həyat yoldaşına məxsus hal-hazırda özünün istifadə etdiyi “Honor” markalı mobil telefonda ərinin tanışları olan bir sıra iran nömrələri mövcud olmuş, həmin şəxslərlə əlaqəsi olmamışdır. Videogörüntü vasitəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “Kriti Vüsal” adı ilə tanınan X29nu “Tiktok” sosial şəbəkəsindən tanımış, sonuncu özünü həm dindar, həm də kriminal bir şəxs kimi təqdim etmişdir. İlk öncə Vüsal İskəndərliyə qarşı münasibəti normal olmuş, sonuncunun “Tiktok” sosial şəbəkəsindəki canlı yayımlarına bəzən rəy yazmışdır. Sonradan “Tiktok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı hərbçi ilə tanış olmuş, ara-sıra əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs bir dəfə “Whatsapp” sosial şəbəkəsi üzərindən ona zəng edərək Vüsal İskəndərlinin telefon nömrəsini bildiyini, sonuncu ilə mütəmadi əlaqə saxladığını, istədiyi halda həmin şəxslə onu tanış edə biləcəyini demiş, lakin onu Vüsal İskəndərli ilə tanış etməsinin məqsədləri barədə heç bir məlumat verməmişdir. O da Vüsal İskəndərlini əvvəllər yaxşı bir insan kimi tanıdığından sonuncunun mobil telefon nömrəsini Təqsirləndirilən şəxs istəmişdir. Təqsirləndirilən şəxs da Vüsal İskəndərlinin mobil telefon nömrəsini ona göndərmişdir. Vüsal İskəndərlinin mobil telefon nömrəsini əldə etdikdən sonra “Whatsapp” sosial şəbəkəsində Vüsal İskəndərlinin mobil telefon nömrəsinə mesaj göndərmiş, X30 göndərdiyi mesaja cavab verməmişdir. Bu mesajdan başqa Vüsal İskəndərli ilə şəxsi heç bir yazışması və əlaqəsi olmamışdır. Sonradan “Tiktok” sosial şəbəkəsində Vüsal İskəndərlinin dövlətimizə, millətimizə qarşı nalayiq sözlər işlətdiyini görüb canlı yayımının rəy bölməsinə “şərəfsiz” sözünü yazmış, Vüsal İskəndərli də cavab olaraq onu təhqir etmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, 2021-2023-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2023xx.xx.2025-ci il tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs ilə münasibəti 2023-cü ilin avqust ayından DİN Daxili Qoşunların N saylı hərbi hissəsində patrul xidmətinə çıxan zaman yaranmış və münasibətləri yaxşı olmuşdur. DİN Daxili Qoşunların N saylı hərbi hissəsində birlikdə müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmət etmişlər. Təqsirləndirilən şəxs 2024-cü ildə saqqalı bir şəxslə “Whatsapp” sosial şəbəkəsində danışarkən çəkdiyi ekranın fotoşəklini (screenshoot) həmin sosial şəbəkədə öz satusunda paylaşmışdır. Bundan sonra hərbi hissədə Təqsirləndirilən şəxs kriminal mühitdə “Kriti Vüsal” adı ilə tanınan şəxslə əlaqə saxlaması barədə söhbət yayılmışdır. “Krıtı Vüsal” adı ilə tanınan X29nu əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs belə şəxslərlə əlaqə saxlamağın özünə ziyan gətirəcəyi barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs isə “Kriti Vüsal” adı ilə tanınan şəxsin yaxşı qardaş olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yerləşən hərbi təyinatlı obyektlərin fotoşəkilini və videogörüntüsünü çəkərək xarici xüsusi xidmət orqanlarına ötürməsi, eləcə də onlara dövlət sirri təşkil edən kəşfiyyat xarakterli məlumatlar verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, 08 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı X45 tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməsinə dair Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş materiallar əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanılmış, 08 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4-1(093)-27/2025 nömrəli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. DTX Hərbi Əks-kəşfiyyat baş idarəsindən xx.xx.2025-ci il tarixdə 9-806 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs barədə Arayışda göstərilmişdir ki, DTX Hərbi əks-kəşfiyyat baş idarəsinin fəaliyyət istiqamətləri üzrə keçirilmiş tədbirlər zamanı, DİN Daxili Qoşunların N №-li hərbi hissəsinin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsində xidmət edən - xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, subay, Hacıqabul rayonunun Navahı kəndində qeydiyyatda olan və hərbi hissənin modul tipli yataqxanasında yaşayan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs İran İslam Respublikasında yaradılmış qanunsuz silahlı birləşmənin üzvü və həmin ölkənin xüsusi xidmət orqanlarının maraqlan istiqamətində Azərbaycan Respublikasındakı əlaqələrinin imkanlarından istifadə edərək ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, habelə aktiv terrortəxribat fəaliyyəti həyata keçirməyə cəhd edən və kriminal mühitdə “Krıtı Vüsal” kimi tanınan X29 ilə xx.xx.2024-cü il tarixdən 09.11 2024-cü il tarixədək 13 dəfə telefon əlaqəsinin qeydə alındığı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Vüsal İsgkəndərlinin +**********99 nömrəsi ilə 8 saniyə, digərləri isə 12 dəfə zəng cəhdi olmuşdur. Mövcud təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, həmin zəng cəhdləri məhz “WhatsApp" vasitəsilə danışıqların aparılmasına dəlalət edir. Həyata keçirilmiş tədbirlər müddətində, Təqsirləndirilən şəxs V.İskəndərli ilə əlaqələrinin xarakterinə aydınlıq gətirilməsi mümkün olmadığından, xx.xx.2025-ci il tarixdə onun əməliyyat sorğusu keçirilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ilkin olaraq qeyri-səmimilik edərək V.İskəndərli ilə əlaqələrini inkar etsə də, aparılmış izahedici söhbətdən sonra etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs V.İskəndərli ilə dəfələrlə sosial şəbəkələr üzərindən danışıqlar apardığını, müəyyən pul qarşılığında onun tapşırıqlarını yerinə yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçdiyini, daha sonra 2022-ci ilin aprel ayından müqavilə əsasında MAHHXHQ qismində xidmətə başladığını, təqribən bir il yarım bundan əvvəl ümumilikdə 14000 AZN məbləğində müxtəlif banklara və mülki şəxslərə, eləcə də alış-veriş etdiyi dükanlara pul borcunun yarandığını (hazırda 8000 AZN borcu vardır), həmin vəsaitləri qaytara bilmədikdə müxtəlif şəxslərdən borc pul almaq axtarışına başladığını söyləmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin sonlarından Almaniya Federativ Respublikasında yaşayan və kriminal mühitdə “Maqa" kimi tanınan Muhammed adlı şəxslə “Tik-tok” sosial şəbəkəsində tanış olduğunu, bir neçə ay onunla danışdıqdan sonra, ondan "Krıtı Vüsal”ın nömrəsini aldığını, sonuncu ilə “WhatsApp” tətbiqi üzərindən danışaraq münasibət yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra borcları ilə əlaqədar Vüsaldan pul istədiyini, sonuncunun isə ona pul qarşılığında bir neçə tapşırığın icra olunması zərurətini dediyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin ərəfədə Xocavənd rayonunun Sos kəndi ərazisində xidmətdə olduğu 1 ay ərzində mütəmadi olaraq Vüsalla danışdığını, həmin dövrdə sonuncunun ona Şuşa şəhər ərazisini və orada yerləşən hərbi obyektlərin şəkillərini çəkərək göndərməsi tapşırığını verdiyini, lakin imkanlarının məhdud olduğunu qarşı tərəfin diqqətinə çatdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq N №-li hərbi hissənin əsgər yataqxanasının üst mərtəbəsindən istifadəsində olan mobil telefon vasitəsilə digər inzibati binalar da daxil olmaqla sıra meydanının tam şəkildə videosunu, daha sonra qərargahın və yataqxanaların şəkillərini çəkərək “Telegram” vasitəsilə Vüsal İskəndərliyə göndərmişdir. Bundan iki gün sonra 2024-cü ilin hesabına 1 aylıq məzuniyyətə çıxmış, tanışının avtomobili ilə Hacıqabul rayonuna gedərkən “WhatsApp” sosial şəbəkəsi ilə Vüsal İskəndərliyə görüntülü zəng edərək Dövlət Sərhəd Xidmətinin Səngəçal qəsəbəsi ərazisində yerləşən aviasiya hərbi hissəsini ona göstərmişdir. Həmin gün valideynlərinin yaşadığı Hacıqabul rayonunun Navahı kəndində olarkən, 1 gün ərzində “Kapitalbank" ASC-yə aid kart hesabına V.İskəndərli tərəfindən ümumilikdə 800 (səkkiz yüz) AZN olmaqla, müxtəlif məbləğlərdə (axşam saatlarından başlayaraq 30, 50, 100 AZN) pul göndərilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs V.İskəndərli ilə “WhatsApp” üzərindən münasibətlərini davam etdirdiyini, sonuncunun ona daha önəmli şəkil və videolar göndərməsini, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, eləcə də Yevlax və Bərdə rayonları ərazisində olan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, əsasən də aviasiya və pilotsuz uçuş aparatları olan bölmələrin videogörüntülərini və daxildən olan fotoşəkillərini, həmçinin həmin hərbi hissələrə gələn “sionist” adlandırdığı yəhudi milliyyətli şəxslərin fotoşəkillərini çəkərək göndərməyi tapşırdığını və bunun müqabilində 2000 - 3000 (iki min - üç min) AZN məbləğində pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sonrakı dövrdə V.İskəndərlinin dediyi istiqamətlərdə onu qane edə biləcək məlumatlar əldə edərək göndərə bilmədiyindən münasibətlərinin soyumağa başladığını, hətta bir dəfə V.İskəndərlinin onun telefon nömrəsini blokladığını, daha sonra digər telefon nömrəsi ilə zəng edərək onunla əlaqəni bərpa etdiyini qeyd etmişdir. Həmçinin, o, hərbi hissədə yaxın münasibətdə olduğu xidmət yoldaşları, hazırda həmin hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci bölməsinin götürmə qrupunda MAHHXHQ qismində xidmət edən əsgər Şahid3 və Sülhməramlı polisə dəstək bölüyündə xidmət edən əsgər Şahid1 da onun V.İskəndərli ilə danışdığını bildiklərini və ona bu əlaqələri dayandırmağı tövsiyə etdiklərini bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs V.İskəndərli ilə əlaqələrini davam etdirdiyini, lakin onu qane edən məlumatlar göndərə bilmədiyini, həmin dövrdə V.İskəndərlinin ondan daha bacarıqlı, əlaqəli və hərbi hissələrə dair məlumatlı, pul müqabilində ona kömək edə biləcək hərbi qulluqçu ilə tanış etməsini xahiş etdiyini bildirmişdir. Nəticədə Təqsirləndirilən şəxs Tik-tok"da tanış olduğu, əslən Cəlilabad rayonundan olan Nicat adlı şəxsi misal çəkərək imkan və bacarıqlarından danışmış və onu V.İskəndərli ilə tanış etmişdir. Bundan sonra V.İskəndərli yuxanda qeyd olunan hərbi hissələrə dair tapşırıqlar vermiş (pilotsuz uçuş aparatlarının foto və videoların çəkilişi), lakin Təqsirləndirilən şəxs sözlərinə görə Nicat verilmiş tapşırıqları yerinə yetirməmiş (Təqsirləndirilən şəxs Nicatla “Tik-tok” sosial şəbəkəsi üzərindən danışdığını bildirmişdir), bir müddət sonra isə sonuncu Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş “İphone” markalı telefona baxış keçirilən zaman, onun son aylar mütəmadi olaraq sosial şəbəkələr üzərindən Vüsal İskəndərlini axtardığı məlum olmuşdur (sorğu zamanı, Təqsirləndirilən şəxs israrla son 10 ay ərzində Vüsalla heç bir əlaqəsinin olmadığını və buna cəhd də etmədiyini bildirmişdir). DTX Hərbi əks-kəşfiyyat baş idarəsinin icraatında olmuş materiallar əsasında xx.xx.2022-ci il tarixdə AR CM-in 274-cü maddəsi ilə açılmış ********* №-li cinayət işi çərçivəsində AR vətəndaşı- X17 da Vüsal iskəndərli ilə əlaqələri sübuta yetirilmiş və məhz sonuncu vasitəsilə T.X66 Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşı ilə əlaqələnmiş, eyni kəşfiyyat xarakterli məlumatları pul müqabilində qarşı tərəfə ötürmüşdür. İş materiallarına xx.xx.2025-ci il tarixli 3-39-9/1-3284/25 nömrəli məktubla elavə edilmiş X36 barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)- 252/2023 nömrəli hökmünün surətindən görünür ki, məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" QSC-nin Yevlax şəhəri üzrə texniki xidmət məntəqəsində vaqon baxıcısı vəzifəsində işləmiş X36 dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, dövlət sirrini xarici dövlətə vermiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə onlara kömək etmişdir. Belə ki, X4 Vüsal Vüqar oğlunun vasitəsilə xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqlarını yerinə yetirmişdir. Hökmə əsasən X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan İAMAS və sərhədkeçmə məlumatlarından görünür ki, X29 xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkəni X43 X7 şəhəri istiqamətində tərk etmişdir. İş üzrə X18 ittiham elan edilməsi üçün barəsində təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 oktyabr 2025-ci il tarixli qərar qəbul edilmiş, lakin istintaqdan və məhkəmədən gizlənməsi səbəbindən ona ittiham elan etmək mümkün olmamış və barəsində həmin tarixdə axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məxsus “X70 12m” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025- ci il tarixli protokoldan görünür ki, İMEİ kodları **********18106 və **********18114 olan “Redmi Note 12” markalı “23030RAC7Y” modelli mobil telefonun yaddaşında istifadəçilər arasında yazışmaların aparılması üçün tətbiq olunan WhatsApp, Gmail, Facebook, Tik-tok və sair proqram təminatlarının olduğu müəyyən edilmişdir. Mobil telefona sim-kart quraşdırılmamışdır. Mobil telefonunun kontaktlar bölməsində İran İslam Respublikasının mobil operatorlarına məxsus olan “Kriti Vüsal” adı ilə qeyd edilmiş +**********99“, “Vüsal Astaralı” adı ilə qeyd edilmiş +**********29, “Seyide bibi” adı ilə qeyd edilmiş +**********01 telefon nömrələri müəyyən edilmişdir. Mobil telefonunun yaddaşında Vüsal İskəndərli ilə Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində videozəng vasitəsi ilə danışdıqları zaman çəkilmiş hər ikisinin görüntüsünün əks edildiyi, mobil telefona “Vüsal Astara” adı ilə qeyd edilmiş şəxslə “Whatsapp” sosial şəbəkəsində yazışma və zənglərin aparılmasını əks etdirən, eləcə də “Whatsapp” mobil tətbiqində kontaktlara “Atam” və “Əliyev Cavad” olaraq qeyd edilmiş şəxslərə borc məbləğlərini yazdığı ekran qeydləri (screenshoot), boş ərazidə hərəkət edən hərbçilərin fotoşəkilləri, hərbi obyektin kənarında Təqsirləndirilən şəxs çəkdirdiyi fotoşəkil, “Tiktok” sosial şəbəkəsində canlı yayım açdığı zaman X29nun götürülmüş ekran qeydi (screenshoot) aşkar edilmişdir. Mobil telefona quraşdırılmış “Whatsapp” ani mesajlaşma tətbiqində telefon sahibinin “+**********98” mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi və “Yaşar” adından istifadə etdiyi məlum olmuşdur. Mobil telefona quraşdırılmış “Telegram” “sosial şəbəkəsində ********** mobil telefon nömrəsi ilə “Şoxret_” adı ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. İş materiallarına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin xx.xx.2025-ci il tarixli 3-39-9/1-969/25 saylı məktubu ilə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, xidməti müddət ərzində xidməti ezamiyyətdə olmamışdır. Təqsirləndirilən şəxs Daxili İşlər nazirinin müavini - daxili qoşunların komandanınınxx.xx.2022-ci il tarixli 73 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətə könüllü qəbul edilib - həmin tarixdən 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun atıcı vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs Hərbi Hissə komandiri tərəfindən xx.xx.2025- ci il tarixdə hərbiçi adına yaraşmayan şərəfinə xələl gətirən hərəkətlərə yol verdiyinə görə şifahi şəkildə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs N saylı Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə795- 387-22 nömrəli əmri əsasında 17.11,2022-ci il tarixdən xx.xx.2022-ci ilədək Hacıqabul rayonuna məzuniyyətə getmişdir. Təqsirləndirilən şəxs N saylı Hərbi Hissə komandirinin xx.xx.2023-cü il tarixli 3-13- 14-26/Ə210/2023 nömrəli əmri əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək Hacıqabul rayonuna məzuniyyətə getmişdir. Təqsirləndirilən şəxs N saylı Hərbi Hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-13- 14-26/Ə7/2024 nömrəli əmri əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək Hacıqabul rayonuna məzuniyyətə getmişdir. Təqsirləndirilən şəxs N saylı Hərbi Hissə komandirinin xx.xx.2025-ci il tarixli 3-13- 14-26/Ə7/2025 nömrəli əmri əsasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilədək Hacıqabul rayonuna məzuniyyətə getmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xidməti xasiyyətnaməsində göstərilir ki, şəxsi nizam-intizamı qənaətbəxş olmamış, gündəlik xidməti fəaliyyətində davranışı, icraçılığı ilə nümunəvi olmağa çalışmamış, son zamanlar ciddi nöqsanlara yol vermiş, özünün bilik və peşə hazırlığının artırılması istiqamətində zəif çalışmış, nizamnamələr və rəhbəredici sənədlərin tələblərini zəif bilmiş və gündəlik xidmətində onlara əsaslanmamış, döyüş hazırlığının yüksək səviyyədə təmin edilməsi üçün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas istiqamətləri təyin etmək üçün səy nümayiş etdirməmiş, ona göstərilən nöqsan və çatışmazlıqlardan nəticə çıxarmamış, xidmət etdiyi dəstənin fəaliyyətinə uyğun xidmət etməkdə çətinlik çəkmiş, etik davranış qaydalarına riayət etməmişdir. Mənəvi cəhətdən sabitdir, xasiyyətcə təmkinli və təvazökardır. Xarici görkəmi qənaətbəxşdir. Kollektiv arasında nüfuzu və hissənin ictimai həyatında fəallığı vardır. Dövlət sirrini qorumağı bacarır. Silah və sursatdan istifadə qaydalarını bilir. 2024-cü ilin ümumi yoxlamasını “yaxşı” qiymətlə başa vurmuşdur. Nəticə: tutduğu vəzifəyə uyğun deyil, mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-39-9/1-1074/25 saylı məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3- 9-9/1-1133/25 nömrəli məktub, ona əlavə edilmiş disk və həmin diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 051- 280-51-12, ***-***-**-** mobil telefon nömrələri Təqsirləndirilən şəxs adına rəsmiləşdirmişdir. +99***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, istifadəçi xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək Xocavənd rayonunda, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonunun Nəvahi kəndində, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə əsasən Hacıqabul rayonunda, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə isə Bakı şəhərində Biləcəri qəsəbəsində və digər ərazilərdə olmuşdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 3-39- 9/1-1149/25 saylı məktubla daxil olmuş məlumatlar və onlara baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı +**********99 mobil telefon nömrəsinin istifadəçisinin +**********12 mobil telefon nömrəsinin istifadəçisi ilə xx.xx.2024-cü il tarixdə danışıq apardığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-39-9/1- 1158/25 saylı məktubda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli № 1011 nömrəli rəyidəb görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi dövrdə öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan psixi pozuntu keçirmədiyindən Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 3-39-9/1- 1633/25 nömrəli məktubu, ona əlavə edilmiş 1 ədəd CD disk və həmin diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-də açılmış **********247663 nömrəli kart hesabına 24 yanvar 2024-cü il tarixdə 20, 30 və 100 AZN, 25 yanvar 2024-cü il tarixdə 67, 48 AZN və 26 yanvar 2024-cü il tarixdə 52 AZN məbləğində pul vəsaiti köçürülmüşdür. 25 yanvar 2024-cü il tarixdə kart hesabına göndərilmiş 48 manat məbləğində pul vəsaiti 19 dekabr 1990-cı il təvəllüdlü X31 416973******5871 nömrəli kart hesabından göndərilmişdir. DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin xx.xx.2025-ci il tarixli 9-2524 saylı məktubundan və əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd “Redmi” hər biri 1 (bir) ədəd olan “İphone” və “Nokia” markalı mobil telefonlar KM-də tədqiq edilmişdir. Belə ki, bir ədəd qara rəngli “Xiaomi” markalı mobil smartfonun qeyriişlək vəziyyətdə olması səbəbindən və bir ədəd “Nokia” markalı mobil telefonun texniki və konstruktiv xüsusiyyətlərinə əsasən üzərilərində tədqiqat işləri aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi” markalı (İMEİ=**********18106/78, İMEİ=**********18114/78), “23030RAC7Y” modelli smartfonda “Google” xidmətlərində qeyd olunmuş elektron poçt hesablan, “Telegram” və “Whatsapp” ani mesajlaşma tətbiqləri müəyyənləşdirilmişdir. Mobil smartfonun yaddaş nüsxəsində müxtəlif zənglər, kontaktlar, quraşdırılmış ani mesajlaşma tətbiqləri, internet tarixçəsi, sosial şəbəkə hesabları, məkan koordinatlarına dair izlər müəyyən edilmiş, həmçinin bütün əməliyyatların (baxılmış veb saytlar, açılmış fayllar, internet şəbəkəsi vasitəsilə yüklənmiş məlumatlar, internet şəbəkəsində baxılmış veb səhifələr, icra edilmiş axtarış sorğuları və istifadə olunmuş proqram təminatları) tarixə görə sıralanmış ardıcıllığı “Xiaomi-hərəkət tarixçəsi” adlı “*.html” formatında tərtib edilmişdir. Ş.X59 Respublikasının mobil operatorlarına məxsus abunəçi məlumatları, həmin abunəçilər ilə edilmiş zənglər və aparılmış “Whatsapp” yazışmaları müəyyənləşdirilmişdir. Göstərilən mobil smartfonun yaddaşında xx.xx.2024-cü il tarixində sonuncuya təhkim edilmiş hərbi biletin bütün səhifələrinin fotoşəkilləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı mobil smartfonun yaddaşında onlayn xəritə üzərində “Biləcəri parkı”, “V.Əvəzov adına 300 saylı orta məktəb”, “Bilajari”, “Biləcəri parkı”, “Natavan street", “Cemetery” (Qəbiristanlıq), “Yahya Hüseynov”, “Biləcəri məscidi” kimi qeyd edilmiş əraziyə keçirilmiş baxışların izləri müəyyənləşdirilmişdir. Bundan başqa “WAZE” adlı onlayn naviqasiya tətbiqində yuxarıda qeyd edilmiş ərazilərə səyahət etməsinə dair məlumatlar müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı mobil smartfonun yaddaşında əsasən “Tiktok” sosial şəbəkəsində, “Youtube” media platformasında və digər onlayn mənbələrdə dini mövzularda paylaşılmış çoxsaylı materiallara aid fototəsvirlər müəyyən edilmişdir. Məzmunlarda “Xanım Zəhra”, “X49” yazılar, müxtəlif şəxslər, dini atributlar və digər obyektlər yer almışdır. Həmçinin mobil smartfonun yaddaşında onlayn kazino oyunları, qeyri-qanuni və kriminal həyat tərzini təbliğ edən materiallar müəyyən edilmişdir. Tədqiq edilən mobil telefonun yaddaşında müxtəlif kartlar vasitəsilə həyata keçirilmiş ödənişlərin (595, 600, 400, 500, 200, 70 manat məbləğində) qəbzləri, bank kartı, habelə şəxsin külli miqdarda borclarına dair məlumatlar müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun yaddaşında erməni əsilli Vahram Martirosyana məxsus “Zangi” onlayn yazışmalar tətbiqinin qeydiyyat səhifəsini əks etdirən ekran çəkilişi, həmin tətbiqin axtarışına dair izlər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı mobil smartfonun yaddaşında silahla hərbi geyimdə fotoşəkillər, ərazi çəkilişi, yayılım atəş reaktiv sistemlərinin atəş açma zamanı qeydə alınmış foto və video çəkilişləri, hərbi qulluqçuların hərəkət zamanı fotoçəkilişləri, iri ölçülü peyk antenalarının, hərbi qulluqçuların yataqxanasının dəhlizinin fotoşəkilləri, hərbi helikopterin uçuşu zamanı çəkilən foto və videogörüntülərə dair fayllar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “İphone 11 Pro” markalı, “A2215” modelli “**********05152”, “**********99637” İMEİ nömrəli mobil smartfonun yaddaşında müəyyən edilmiş İMG_0642.MOV və “İMG 0643.MOV” adlı videoçəkilişlər xx.xx.2025-ci il tarixində axşam saat 10 radələrində Biləcəri ərazisində yerləşən DİN-in Daxili Qoşunlarının hərbi hissəsinin helikopterlərinin yerləşdiyi ərazidə aparılmışdır. İş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “X70 12m” markalı mobil smartfon maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-39-9/1-2933/25 saylı məktubda göstərilmişdir ki, Maliyyə Monitorinqi Xidməti tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara göndərilmiş sorğu əsasında müvafiq məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs kartına 48 manat vəsaitin X35 (FİN: 59DPTKH) məxsus "xxxx" ASC-yə aid kartdan, 100 manat vəsaitin X24 (FİN: 5WRXHHN) məxsus "xxxx" KB ASC-yə aid kartdan, 30 manat vəsaitin isə Şahid4 (FİN:xxxxxxx) məxsus "xxxx" KB ASC-yə aid kartdan köçürüldüyü müəyyən edilmişdir. Digər vəsaitlərin ödəniş terminalları vasitəsilə karta mədaxil edildiyi aşkar edilmişdir. İş üzrə X46 barədə İAMAS və sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.1990-cı ildə Lerik rayonunun Babagil kəndində doğulmuşdur və həmin kənddə qeydiyyatdadır. X62 İslam Respublikası istiqamətində çoxsaylı səfərləri müəyyən edilmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ölkəni X43 X20 Əmirliklərinin Dubay şəhəri istiqamətində tərk etmişdir. İş üzrə X37 barədə İAMAS və sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Elman Fərzəliyev sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ölkəni X43 X44 Respublikasının Tehran şəhəri istiqamətində tərk etmişdir. DTX Hərbi əks-kəşfiyyat baş idarəsinin xx.xx.2025-ci il tarixli 9-3344 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və X29 ilə yanaşı qeyd olunan cinayətin törədilməsində iştirak etmiş şəxslər, həmçinin təqsirləndirilən şəxs tərəfindən sonuncuya ötürülmüş məlumatların tam dairəsi, eləcə də V.İskəndərli tərəfindən digər Azərbaycan Respublikası vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilməsi barədə məlumatlar əldə edilməmişdir. Həmin İdarəsindən eyni tarixli 9-3345 saylı məktubda göstərilmişdir ki, keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs məxsus “Kapital Bank’ ASC-yə aid **********247663 №-li kart hesabına Vüsal İskəndərlinin göstərişi əsasında xx.xx.2024-cü il tarixdə 100 AZN-in X24 məxsus "xxxx" KB ASC-yə aid kartdan, xx.xx.2024-cü il tarixdə 30 AZN-in Şahid4 məxsus "xxxx" KB ASC-yə aid kartdan, 48 AZN-in X35 məxsus "xxxx" KB ASC-yə aid kartdan, digər vəsaitlərin (ümumilikdə 139 AZN) isə ödəniş terminallarından köçürüldüyü müəyyən edilmişdir. Araşdırma çərçivəsində, qeyd olunan şəxslər barədə aşağıdakı məlumatlar əldə edilmişdir: xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X37 13.01,2023-cü il tarixdə İran İslam Respublikasına səfər etmiş, lakin hazıradək ölkəyə qayıtmamışdır; xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Şahid4; xx.xx.1990-cı il tarixdə Lerik rayonunda anadan olmuş, həmin rayonun Babagil kəndində qeydiyyatda olan X46 xx.xx.2022-ci il tarixdə X21 səfər etmiş, lakin hazıradək ölkəyə qayıtmamışdır. İş materialllarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Navahı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 03 aprel 2025-ci il tarixdə verilmiş arayış və xasiyyətnamədə görünür ki, Məmmədov X15 rayon Navahı kəndində qeydiyyatdadır, ailə tərkibi xx.xx.1976-ci il təvəllüdlü atası Şahid2, xx.xx.1978-ci il təvəllüdlü anası X33, xx.xx.2003-cü il təvəllüdlü bacısı X9, xx.xx.2006-cı il təvəllüdlü qardaşı X13 və xx.xx.2009cu il təvəllüdlü qardaşı X10 ibarətdir. Məmmədov X5 sosial və siyasi məsələlərində iştirak etməmişdir. Onun barəsində Hacıqabul rayon Navahı kənd İcra nümayəndəliyinə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin 10 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə kollegiyası sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ilkin ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahid ifadələri və iş üzrə toplanılıb tədqiq edilmiş digər sübutlarla təsdiq olunduğundan, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə düzgün ittiham verildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasında təqsirəndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təkzib edərək özünü təqsirli bilməməsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, ifadəsənin dəyişməsi özünü müdafiə xarakteri daşıyır, ilkin ifadədə göstərilən xüsusatlar onun tərəfindən sərbəst şəkildə verilmiş ifadə olduğuna dəlalət edir. Belə ki, toplanmış digər sübutlarla uzlaşır və məhz bu səbəbdən həmin ifadə sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi, 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədilə törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsinə əsasən cinayətin qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirildiyindən, ona Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edimiş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə onun şübhəli şəxs kimi tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “X70 12m” markalı mobil smartfon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 275 (iki yüz yetmiş beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “X70 12m” markalı mobil smartfon Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 12 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Zaur Hacıyev (sədrlik edən), Fikrət Əliyev, Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar