Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-202/2023 17.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı İbrahim qızının, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollkgiyasının üzvü, Bakı şəhər 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs (xx xxxxxxx N000-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər, Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının baş aşpazı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N0NN-ci ilin oktyabr ayının əvvəllərində N nömrəli hərbi hissənin əsgər yataqxanasında onunla birlikdə həmin hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər XN ilə söhbət edərkən sonuncuya 4000 (dörd min) manat məbləğində kreditə ehtiyacı olduğunu, lakin ölkə ərazisində fəaliyyət göstərən bankların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həmin məbləğdə kredit ayırmadığını bildirmiş və bu məsələdə ona kömək edəcək tanışının olub-olmamasını soruşmuşdur. X4 Avazova N0NN-ci ilin iyun ayının sonlarında günorta saatlarında "xxxx" ASC-nin Bakı şəhərinin Binəqədi rayonunun ərazisində yerləşən fillialından kredit götürdükdən sonra bankın çıxışında bir nəfər istintaqa məlum olmayan şəxsin ona yaxınlaşaraq özünü Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı kimi təqdim edərək kredit götürmək istədiyi halda köməklik edə biləcəyini dediyini və +**********7 mobil nömrəsini ona təqdim etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün “whatsapp” mobil tətbiqi vasitəsilə +**********7 mobil nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan qeyd edilən şəxslə əlaqə saxlamış və 4000 (dörd min) manat məbləğində kredit götürmək istədiyini bildirmiş, həmin şəxs Təqsirləndirilən şəxs saxta gizir vəsiqəsi hazırlamaqla 4000 (dörd min) manatdan daha çox məbləğdə pul krediti təşkil edə biləcəyini, bunun müqabilində ona krediti aldıqdan sonra N000 (iki min) manat məbləğində pul verməli olduğunu demiş və Təqsirləndirilən şəxs qeyd olunan şərtlərlə razılaşdıqdan sonra həmin şəxsin tələbi ilə özünə məxsus mobil telefon vasitəsi ilə şəxsiyyət vəsiqəsinin, şəxsi vəsiqəsinin şəkillərini və 3x4 ölçülü fotoşəklini növbəti gün “whatsapp” mobil tətbiqi vasitəsilə +**********7 nömrəsinə göndərmişdir. 10 oktyabr N0NN-ci il tarixdə saat 17 radələrində şəxsiyyəti istintaqa məlum olmayan qeyd edilən şəxs “whatsapp” mobil tətbiqi vasitəsilə +**********7 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus +**********7N mobil nömrəsinə zəng edərək saxta gizir vəsiqəsinin hazır olduğunu 11 oktyabr N0NN-ci il tarixdə "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialının qarşısında görüşməli olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs bu təklifi qəbul etmişdir. 11 oktyabr N0NN-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialının qarşısında görüşmüş, həmin vaxt qeyd olunan şəxs ona məzmunu həqiqətləri əks etdirməyən və yalan məlumatlar daxil olunmaqla qanunsuz hazırlanmış hüquq verən sənədi, yəni Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış və onun gizir hərbi rütbəsində fotoşəkli yapışdırılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş «SQ» seriyalı «0046495» nömrəli saxta hərbi vəsiqəni vermiş, ona guya N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində xidmət etdiyini, həmin saxta vəsiqə ilə banka müraciət edərək özünü gizir kimi təqdim etməklə yüksək məbləğdə kredit ala biləcəyini demiş, habelə onu bank əməkdaşlarını şübhələndirməmək üçün sərbəst olmasına, verilən suallara düzgün cavab verməsinə, saxta vəsiqədə olan yalan məlumatları şifahi olaraq təsdiq etməsinə dair təlimatlandırmışdır. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialına daxil olub həmin fillialın pərakəndə satış və müştərilərə xidmət üzrə baş mütəxəssisi vəzifəsində çalışan ŞahidN yaxınlaşaraq kredit götürmək istədiyini bildirməklə yuxarıda göstərilən saxta sənədi ŞahidN təqdim etdikdən sonra həmin sənəddə olan məlumatları şifahi olaraq təsdiq etməklə sonuncunu sənəddə olan məlumatların həqiqətəuyğun olmasına inandırmış və 6000 manat məbləğində kredit müqaviləsinin öz adına rəsmiləşdirilməsinə nail olmaqla bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının baş aşpazı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət edir. O, atasının ürək xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün 4000 (dörd min) manat pula ehtiyacı olduğu üçün N0NN-ci ildə ölkə ərazisində fəaliyyət göstərən bir neçə banka müraciət etsə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün ona 4000 (dörd min) manat məbləğində kredit verilməsindən imtina edilmişdir. Yalnız bir bank 1000 (bir min) manat məbləğində kredit təklifi etmişdir. O, hərbi hissənin əsgər yataqxanasında olan vaxt həmin hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər XN ona yaxınlaşaraq ondan niyə əhval-ruhiyyəsinin pis olduğunu soruşmuş, o da, ona 4000 (dörd min) manat məbləğində kreditə ehtiyacı olduğunu, lakin ölkə ərazisində fəaliyyət göstərən bankların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həmin məbləğdə kredit ayırmadığını bildirmişdir. Dərgah Nağıyev də ona bir nəfər tanışının olduğunu, kredit götürməkdə ona kömək edə biləcəyini bildirərək həmin şəxsin mobil nömrəsini ona vermişdir. O, Dərgah Nağıyevin verdiyi nömrəyə “whatsapp” mobil tətbiqi vasitəsilə sms yazmış, qarşı tərəf isə öz fotoşəkilini, hərbi vəsiqəsinin fotoşəkilini və şəxsiyyəti təsdiq edən vəsiqəsinin fotoşəkilini ona göndərməsini bildirmiş və həmin sənədlərlə saxta gizir vəsiqəsi hazırlayacağını söyləmişdir. Təxmini 10-15 gün sonra həmin şəxs ona eyni qaydada sms göndərərək vəsiqənin hazır olduğunu, "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialına yaxınlaşmasını, orada ona bir nəfərin yaxınlaşıb vəsiqəni verəcəyini, həmin vəsiqənin altından imza çəkməsini və banka yaxınlaşmasını bildirmişdir. O da "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialına getmiş, əvvəlcə ona da "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialın arxa tərəfinə gəlməsini, sonra qarşısına gəlməsini demişlər. Daha sonra ona balaca boylu, saqqallı olan bir nəfər yaxınlaşmış, və vəsiqəni ona verərək ona vəsiqəyə imza etdirmişdir. Ona da "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialın qarşısında gözləyəcəyini bildirmmiş və onun gedərək kredit almasını söyləmişdir. O, Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialında kredit mütəxəssisinə vəsiqəsini və sənədlərini təqdim etmiş, kredit mütəxəssisi isə onun səndlərinə baxıb ona kredit pul ayırıldığını bildirmişdir. "xxxx" ASC-nin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən filialından aldığı pulun N000 (iki min) manat məbləğini həmin adını bilmədiyi şəxsə vermiş, həmin şəxs ondan saxta hərbi vəsiqəni almış və onlar sağollaşmışlar. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-də Xırdalan şəhər fillialının müdiri vəzifəsində çalışır. O, baş vermiş hadisədən əvvəl Təqsirləndirilən şəxs və ya onun hər hansı bir qohumunu tanımamışdır. Təqsirləndirilən şəxsla və ya onun hər hansı bir qohumu ilə arasında dostluq, düşmənçilik, qohumluq münasibətləri və ya ədavət olmamışdır. Onun çalışdığı bankda qaydalara görə müdir vəzifəsində olduğu üçün kredit alan müştərini görmür. Kredit mütəxəssisi müştəriyə kredit ayırılıb-ayırılmayacağı barədə araşdırır, müəyyənləşdirir və bir problem çıxmadıqda ayırılan krediti rəsmiləşdirmək üçün ona imzalamaq gətirillər. "xxxx" ASC-də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçularına 5000 (beş min) manata qədər zamin ilə, zabitlərə isə 15000 (on beş min) manata qədər zaminsiz kredit ayırılır. Təqsirləndirilən şəxs sənədləri yoxlandıqdan sonra onun adına 6000 (altı min) manat məbləğində kredit rəsmiləşdirilmişdir. İş üzrə şahid qismində ifadə vermiş ŞahidN Şahid1 ifadəsinə göstərmişdir ki, o, "xxxx" ASC-də Xırdalan şəhər fillialında kredit mütəxəssisi vəzifəsində çalışır. O, Təqsirləndirilən şəxs çalışdığı bankdan kredit almaq istəyən müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxsla və ya onun hər hansı bir qohumu ilə arasında dostluq, düşmənçilik, qohumluq münasibətləri və ya ədavət olmamışdır. "xxxx" ASC-də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçularına 5000 (beş min) manata qədər zamin ilə, zabitlərə isə 15000 (on beş min) manata qədər zaminsiz kredit ayırılır. Təqsirləndirilən şəxs kredit almaq üçün müraciət edərkən özünü gizir rütbəsində olan hərbi qulluqçu kimi təqdim etmişdir. Çalışdığı bankda hərbi vəsiqənin həqiqiliyini yoxlamaq üçün hər hansı isə vasitə olmadığından və Təqsirləndirilən şəxs təqdim etdiyi arayışında da onun gizir rütbəsində xidmət edən hərbi qulluqçu kimi qeyd edildiyi üçün ona kredit ayırılmasında heç bir problem olmamışdır. Daha sonra aydın olmuşdur ki, Rəvan Avzovun təqdim etdiyi vəsiqə və arayış saxtalaşdırılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.N-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün tam olaraq etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi, baxış protokolu, maddi sübut, sənədlər və digər sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs 30 sentyabr N0N3-cü il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmış və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar N0NN-ci il tarixli 4 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N dekabr N0N1-ci il tarixli 078əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N9 iyul N0NN-ci il tarixli 195 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N3 iyul N0NN-ci il tarixli 044əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının baş aşpazı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şəxsi vəsiqəsinin surətlərindən görünür ki, ona AD seriyalı ******* sıra nömrəli şəxsi vəsiqə ayrılmış, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla həmin hərbi hissədə «əsgər» hərbi rütbəsində xidmət edir. Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs aid bank sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin bankın Xırdalan filialına adına kredit müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı müraciət edərkən həmin banka AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində «gizir» hərbi rütbəsində xidmət etməsi barədə qeydlər aparılmış, habelə onun «gizir» hərbi rütbəsində fotoşəkli yapışdırılmış, «SQ» seriyalı «0046495» nömrəli şəxsi vəsiqəni təqdim etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən təqdim edilmiş 08 avqust N0N3-cü il tarixli 3-N5-1/N-4010/N3 nömrəli məktubdan görünür ki, SQ seriyalı ******* nömrəli “gizirin, miçmanın şəxsi vəsiqəsi” blankı Azərbaycan Ordusunda mövcud deyildir. Hal-hazırda çap olunmuş sonuncu “gizirin, miçmanın şəxsi vəsiqəsi” blankının nömrəsi SQ 0030000-dir. Təqsirləndirilən şəxs AD seriyalı ******* nömrəli “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi” verilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs adına hazırlanan «SQ» seriyalı «0046495» nömrəli şəxsi vəsiqənin kserosurətinə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, vəsiqənin foto yerində Təqsirləndirilən şəxs «gizir» hərbi rütbəli fotoşəkli yapışdırılmaqla vəsiqənin 17 avqust N0N0-ci il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzi tərəfindən verilməsi göstərilmiş, N rəqəmli qrafada Təqsirləndirilən şəxs imzası əks olunmuş, 3 rəqəmli qrafada isə Təqsirləndirilən şəxs Goranboy rayonunda anadan olması qeyd olunmuşdur. O cümlədən, şəxsi vəsiqənin 8 rəqəmi ilə qeyd olunmuş «Verilmiş hərbi rütbələr» qrafasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust N0N0-ci il tarixli 0074 nömrəli əmri ilə «gizir» hərbi rütbəsinin verilməsi barədə qeydlər aparılmış, qeyd olunan məlumatlar müvafiq hərbi qurumların möhür əksləri ilə təsdiqlənmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 0N avqust N0N3-cü il tarixli 4/1N31 nömrəli məhkəməxətşünaslıq ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmış 17 avqust N0N0-ci il tarixli SQ seriyalı ******* nömrəli şəxsi vəsiqənin kserosurətinin 1-ci səhifəsinin aşağı hissəsində “N. Şəxsi imza” qrafasında əks olunmuş imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N1 aprel N0NN-ci il tarixli N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N1 aprel N0NN-ci il tarixli N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-in 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-in 50.1ci maddəsi). Buradan göründüyü kimi, hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş islah işləri əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-in 50.N-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-in 50.3-cü maddəsi). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 3N0.N-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. İş üzrə "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs adına hazırlanmış «SQ» seriyalı «0046495» nömrəli şəxsi vəsiqənin kserosurəti maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 1N5 (bir yüz iyirmi beş) manat manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq X1 hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N0.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə ona aylıq pul təminatından 5 % (beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin 07N saylı hərbi hissə komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" ASC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs adına hazırlanmış «SQ» seriyalı «0046495» nömrəli şəxsi vəsiqənin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 1N5 (bir yüz iyirmi beş) manat manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq X1 hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1-1(093)-202/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-202/2023
17.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver