Məhkəmə qərarları › İş №1-1(093)-203/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-203/2024

18.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-203/2024 18.12.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün radiasiya və kimyadan mühafizə taqımının radiasiya və kimyəvi kəşfiyyat manqasının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Quliyev X2 Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin xüsusi riskli xilasetmə taborunun xüsusi riskli xilasetmə bölüyünün radiasiya və kimyadan mühafizə taqımının radiasiya və kimyəvi kəşfiyyat manqasının komandiri vəzifəsində, gizir rütbəsində xidmət edərkən 1 noyabr 2023-cü il tarixdə, saat 17:45 radələrində idarə etdiyi “VAZ-2115” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzinin “Gəncə avtovağzalı” adlanan yerin yaxınlığında hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2109” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq siqnalı verərək saxlatdırıb nəqliyyat vasitəsilə onun hərəkət yoluna çıxmasını bəhanə edərək Zərərçəkmiş şəxs iradlar bildirdikdən sonra aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs avtomobildən düşməsini bildirib həmin şəxsin üzərinə hücum edərək Zərərçəkmiş şəxs bədən nahiyələrinə yumruq və təpik zərbələri vuraraq həmin şəxsə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən “sağ dirsək və sağ diz oynaqlarının sıyrıqları” bədən xəsarətlərini yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi nikahda yaşadığı Şahid2 və həmin şəxsin oğlu Şahid3 ilə birlikdə alış-veriş etmək üçün “Sədərək” ticarət mərkəzinə getmiş, saat 17:30 radələrində işlərini yekunlaşdırıb Aygün və Ramil ilə birlikdə idarə etdiyi **-FF-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ-2115” markalı avtomobilə əyləşib həmin avtomobili ticarət mərkəzinin çıxışına tərəf sürmüşdür. Həmin gün saat 17:42-də “Sədərək” ticarət mərkəzinin daxilində yerləşən “Gəncə avtovağzalı” deyilən yerin qarşısındakı avtomobil yolunda avtomobil ilə hərəkətdə olduğu zaman qarşısında hərəkətdə olan **-CX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2109” markalı avtomobilin sürücüsü avtomobili ilə ani olaraq onun yoluna çıxıb onun idarə etdiyi avtomobili sıxışdıraraq qəza şəraiti yaratmışdır. Bu zaman o, cəld reaksiya verib qəzanın qarşısını almışdır. Bundan sonra o həmin avtomobilin arxasınca sürüb işıq siqnalı verərək avtomobili saxlatdırmış və həmin avtomobilin yanında dayanaraq sürücüyə irad bildirmək üçün ön sağ qapının şüşəsini endirmişdir. O həmin avtomobildə sürücünün yanında qadın oturduğunu görüb özünü ələ almış, sakit səslə və mədəni formada sürücüyə ”Nə üçün avtomobili üstümə sürürsən? Bir az diqqətli ol. Qəza edəcəkdik az qala” sözlərini deyərək irad bildirmişdir. Həmin avtomobilin sürücüsü, sonradan adının Amid olduğunu bildiyi şəxs ona kobud formada cavab qaytararaq “mən öz yolumla gedirəm” sözlərini demişdir. Bundan sonra onun yanında olan Aygün Zərərçəkmiş şəxs səhv etdiyini, maşını normal sürmədiyini bildirmiş və Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs cavabında Aygünün ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra o, əsəbiləşmiş və onlar mübahisə etməyə başlamışlar. Onlar bir neçə saniyə mübahisə etdikdən sonra o, Zərərçəkmiş şəxs maşından düşməyi təklif etmiş, söhbət edəcəyini deyib özü də avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs avtomobili bir qədər irəli sürüb saxlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs nalayiq ifadə işlətməsinə görə əsəbi olduğundan Zərərçəkmiş şəxs maşınına tərəf getmişdir. Zərərçəkmiş şəxs maşından düşdükdən sonra o, Zərərçəkmiş şəxs yaxınlaşıb yumruq və təpik zərbələri vurmağa başlamışdır. Zərərçəkmiş şəxs da ona qarşılıq verərək yumruq zərbələri vurmağa başlamışdır. Dava zamanı zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bu vaxt o, Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri vurmağa davam etmişdir. O həmin vaxt onları ayırmaq üçün yaxınlaşan Şahid3 məhəl qoymayıb zərbələr vurmağa davam etmişdir. Bu zaman Şahid1 əlindəki qara rəngli tiyəsi olan qatlanan bıçaqla onun ayağının bud nahiyəsinə və baldır nahiyəsinə cəmi iki dəfə zərbə endirmişdir. O, ayağından qan axdığını görüb qorxmuş və geriyə çəkilmişdir. Bu zaman ətrafda olan tanımadığı şəxslər yaxınlaşıb onları ayırmışlar. O, ayağında şiddətli ağrılar hiss etdiyinə görə qışqırmağa başlamış və həmin qadının onu ayağından bıçaqla vurduğunu bildirmişdir. Bu zaman hadisə yerində olan bir nəfər tanımadığı şəxs onu yerə uzadaraq qan itkisinin olmaması üçün onun ayağını bel kəməri ilə bağlamış, sonra isə onu öz avtomobilinə qoyaraq Lökbatan qəsəbəsində yerləşən X12 Stansiyasına gətirmişdir. Orada müayinə olunduqdan sonra onu X11 aparmışlar. O X8 bir gün qalmışdır. Orada onun ayağındakı bıçaq yaralarına tikiş qoyulmuş, sonra isə o, evə buraxılmışdır. Hadisə zamanı əsəbi olduğundan ilk olaraq o, Amidə yumruq və təpik zərbələri vurmağa başlamışdır. Lakin o Zərərçəkmiş şəxs hansı xəsarətlər almasını xatırlamır. Hadisə təxminən 5-6 dəqiqə ərzində baş vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında həyat yoldaşı Şahid1 və üç azyaşlı övladı ilə birlikdə alış-veriş etmək üçün “Sədərək” ticarət mərkəzinə getmişdir. O, işlərini gördükdən sonra ailəsi ilə birlikdə saat təxminən saat 17:40 radələrində idarə etdiyi **-CX-*** dövlət qeydiyyat qeydiyyat nişanlı, “VAZ-21099” markalı avtomobilinə əyləşib ticarət mərkəzinin çıxışına tərəf hərəkət etməyə başlamışdır. O, bir qədər yol qət etdikdən sonra “Gəncə avtovağzalı” adlanan yerin qarşısında ondan arxada hərəkətdə olan qara rəngli, markasını və dövlət qeydiyyat nişanını dəqiq bilmədiyi avtomobilin sürücüsü tərəfindən işıq işarələrinin verildiyini görüb avtomobilin surətini azaltmış və avtomobili saxlamışdır. Bu zaman həmin avtomobil onun yanına çatmış və avtomobilin sürücüsü, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs sağ qapının pəncərəsini aşağı salaraq maşından düşmədən uca səslə ona çox kobud formada irad bildirirək avtomobili pis sürdüyünü demişdir. O nə baş verdiyini anlamadığına görə təəccüblü formada yanında əyləşən həyat yoldaşı Sevgülə baxmış və Təqsirləndirilən şəxs tərəf dönərək “mən öz yolumla gedirəm” sözlərini demişdir. Bu zaman digər avtomobildə sərnişin qismində əyləşən, sonradan Şahid2 olduğunu öyrəndiyi qadın ona tərəf baxaraq “bu diyəsən mal soxub” sözlərini demiş və ardınca nalayiq ifadələr ilə onu təhqir etməyə başlamışdır. Şahid2 sözlərini eşitdikdən sonra o da ona deyilənlərin Şahid2 özünə aid olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona maşından düşərək söhbət etmələrini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs maşınına tərəf getmişdir. O, bir qədər irəlidə avtomobili saxlamış və Şəhriyarla söhbət etmək məqsədi ilə yerə düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ona tərəf gələrək qəfildən ona hücum edib onu yumruq və təpik zərbələri ilə döyməyə başlamışdır. Təqsirləndirilən şəxs onu döyən zaman ondan qüvvətli olduğuna görə o, Təqsirləndirilən şəxs müqavimət göstərə bilməmiş, lakin özünü müdafiə etməyə çalışmışdır. Dava zamanı Təqsirləndirilən şəxs onun əynində olan jaketini onun başına keçirib onu yerə yıxaraq yerdə yumruq və təpik zərbələri ilə onu döyməyə başlamışdır. Bundan sonra, ətrafdakı şəxslər yaxınlaşaraq onları ayırmağa çalışmışlar, lakin Təqsirləndirilən şəxs həmin insanları əli ilə kənara itələyərək onu döyməyə və təhqir etməyə davam etmişdir. O, ətrafdakı insanların köməyi və müdaxiləsi ilə çox çətinliklə ayağa qalxmış və Təqsirləndirilən şəxs özündən kənarlaşdıra bilmişdir. Bu zaman onu döyən Təqsirləndirilən şəxs əllərinin qan olduğunu və sonuncunun ”məni bıçaqla vurdu” sözlərini deyərək qışqırdığını eşitmişdir. O, həmin vaxt nə baş verdiyini anlamamışdır. Çünki Təqsirləndirilən şəxs zərbələrindən sonra başında və bədənində şiddətli ağrılar hiss etmişdir. Bu zaman o, avtomobilində əyləşən azyaşlı uşaqlarının qorxudan ağladıqlarını görmüş və həyat yoldaşı Şahid1 də avtomobilə əyləşdirib yaşadıqları evə getmişdir. Həmin gün o axşam evdə olduğu zaman Qaradağ RPİ-nin 10-cu PŞ-dən ona zəng vurulmuşdur. Onu və arvadını polis şöbəsinə dəvət etmişlər. O, dərhal avtomobilə əyləşib Lökbatan qəsəbəsinə getmək üçün yola düşmüşdur. O, yolda olduğu zaman polis əməkdaşları ilə rastlaşmış və polis əməkdaşları ona həyat yoldaşının da onunla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Buna görə də o, polis əməkdaşları ilə birlikdə geri qayıdıb yaşadığı evdən arvadı Şahid1 götürüb polis şöbəsinə getmişdir. O, arvadı Şahid1 onu Təqsirləndirilən şəxs əlindən almaq üçün Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdiyini polis şöbəsində öyrənmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə, saat 17:42 radələrində “Sədərək” ticarət mərkəzində, “Gəncə avtovağzalı” deyilən yerin qarşısındakı avtomobil yolunda baş vermişdir. Təqsirləndirilən şəxs hadisə zamanı onu yerə yıxaraq döydüyü zaman o, Təqsirləndirilən şəxs müqavimət göstərə bilmədiyinə görə arvadı Şahid1 məcbur qalaraq onu Təqsirləndirilən şəxs əlindən ala bilməsi üçün Təqsirləndirilən şəxs ayağına bıçaqla zərbə endirmişdir. O, hadisə baş verdikdən 20 gün sonra ekspert yoxlamasından keçmiş, buna görə də Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü zaman aldığı bədən xəsarətlərinin izləri 20 gün müddət keçdiyinə görə tədricən yoxa çıxmışdır. Lakin Təqsirləndirilən şəxs onun başına və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə dəfələrlə zərbələr endirərək onu yerə yıxmış və yerdə onu sağa-sola sürüyərək ayağa durmasına mane olmuşdur. O, nə qədər çalışsa da, özünü müdafiə etməyə imkan tapmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsə qa Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək həmin şəxsin dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi nikahda yaşadığı Təqsirləndirilən şəxs ilə və Şahid3 ilə birlikdə alışveriş etmək üçün “Sədərək” Ticarət Mərkəzinə getmişdir. O, saat 17:30 radələrində işlərini yekunlaşdırıb Təqsirləndirilən şəxs idarə etdiyi **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir və onlar çıxışa tərəf hərəkət etməyə başlamışlar. O həmin vaxt avtomobildə ön sərnişin oturacağında əyləşmişdir. Onlar ticarət mərkəzinin daxilində avtomobillə hərəkətdə olduğu zaman qarşıda hərəkətdə olan **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobili onların avtomobilin üzərinə sürmüş və qəza şəraiti yaratmışdır. Bu zaman Təqsirləndirilən şəxs cəld reaksiya verib qəzanın qarşısını alaraq avtomobilini həmin avtomobilin yanına sürüb digər avtomobilin sürücüsünə irad bildirmək üçün sağ qapının şüşəsini endirmişdir. Bu zaman o həmin avtomobildə sürücünün yanında ön sərnişin oturacağında bir nəfər qadının oturduğunu görmüşdür. Təqsirləndirilən şəxs həmin avtomobilin sürücüsünə mədəni formada ”nə üçün avtomobili üstümə sürüsən? Bir az diqqətli ol. Qəza edəcəkdik, az qala” sözlərini deyərək irad bildirmişdir. Bu zaman o, digər maşının sürüçüsünə irad bildirib onu təhqir etmiş, sürücü də onu təhqir etmişdir. Bundan sonra Şəhriyar və digər maşının sürücüsü mübahisə etməyə başlamışlar. Mübahisə zəminində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs avtomobildən düşərək dalaşmağa başlamışlar. O da həmin şəxslərin dalaşdığını görüb cəld avtomobildən yerə düşərək həmin şəxsləri ayırmaq üçün araya girmişdir. Bu zaman ətrafdakı insanlar da hadisəyə müdaxilə edib Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ayırmağa başlamışlar. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayıran zaman digər avtomobildən düşən qadın əlindəki bıçaqla Təqsirləndirilən şəxs yaxınlaşıb onun sağ ayağına iki dəfə zərbə endirmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra o, X12 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs ayağından bıçaqlandığı barədə məlumat vermişdir. Ətrafda olan şəxslər Təqsirləndirilən şəxs ayağından bıçaqlandığını görüb Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o xx.xx.2023cü il tarixdə, saat 17:30 radələrində “Sədərək” ticarət mərkəzində satıcı işlədiyi mağazadan çıxıb dayanacaqda dayanaraq avtobus gözlədiyi vaxt bir qədər aralıda qışqırıq səslərini eşitmişdir. O həmin tərəfə baxdıqda iki avtomobilin yolun ortasında dayandığını və orada çoxlu insanların toplaşdığını görmüşdür. O nə baş verdiyini öyrənmək üçün həmin tərəfə getmiş və bir nəfər qadının əlində bıçaqla qışqıraraq nalayiq ifadələr işlətdiyini görmüşdür. O bir neçə metr aralıda sonradan adının Şəhriyar olduğunu bildiyi şəxsin ayağından qan axdığını görmüşdür. O dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb həmin şəxsə kömək məqsədi ilə həmin şəxsi yaxınlıqdakı səkiyə tərəf aparıb yerə oturtdurmuş və orada olan şəxslərin köməyi ilə parça ilə Təqsirləndirilən şəxs yarasını bağlamışdır. Bundan sonra o ətrafda olan şəxslərə tərəf dönərək “kimin maşını varsa, kömək edin, yaralını xəstəxanaya çatdıraq” sözlərini söyləmişdir. Bu zaman onlar tanımadığı bir nəfər şəxsin avtomobili ilə Təqsirləndirilən şəxs avtomobilə yerləşdirib Lökbatan qəsəbəsindəki təcili yardım stansiyasına aparmışlar. Orada Təqsirləndirilən şəxs yaralı həkimlər tərəfindən müayinə olunduqdan sonra təcili yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O hadisə zamanı Təqsirləndirilən şəxs konkret olaraq kim tərəfindən xəsarət yetirildiyini görməmişdir. Lakin o, hadisə yerində digər avtomobildə olan qadının Təqsirləndirilən şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini öyrənmişdir. O, hadisə zamanı orada bir neçə şəxsin olduğunu görmüşdür. Lakin o həmin şəxslərdən heç birini tanımır. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Qaradağ rayonu, ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin daxilində olan “Gəncə” avtovağzalının qarşısında baş vermişdir. Hadisə yerinə baxış axşam vaxtı, ala-qaranlıq vaxtı süni işıqdan istifadə edilərək aparılmışdır. Hadisə yerinə baxış zamanı ətrafda müşahidə kameraları aşkar edilmişdir. Sübut əhəmiyyətli videogörüntü əldə olunaraq materiala əlavə olunacaqdır. Hadisə yerində sübut əhəmiyyəti kəsb edən qan izlərinə rast gəlinmişdir. Fotoşəkillər çəkilərək materiala əlavə olunacaqdır. Hadisə yerinə baxış zamanı süni işıqlardan istifadə edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Həmin fotoşəkillər materiala əlavə olunacaq. Hadisə yerinə baxış zamanı hal şahidlərinin heç bir müraciəti və ya təklifi daxil olmamışdır. Hadisə yerinə baxış sona yetmişdir. (v. 14-15) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X9 859 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ dirsək və sağ diz oynaqlarının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (v. 28-30) İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:41-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin giriş və çıxışındaa yerləşən “Gəncə avtovağzalının qarşısı” adlandırılan ərazidə hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21015” markalı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21099” markalı avtomobil yan-yana dayanırlar. Bir qədər sonra Zərərçəkmiş şəxs hərəkətə başlayır. Bu zaman Təqsirləndirilən şəxs avtomobilindən yerə düşərək bir qədər Zərərçəkmiş şəxs olduğu avtomobilə tərəf gedir. Bu zaman hərəkətə başlayan Zərərçəkmiş şəxs avtomobili saxlayaraq yerə düşüb Təqsirləndirilən şəxs tərəf bir neçə addım irəli hərəkət edir. Onlar bir-birinə yaxınlaşıb dalaşmağa başlayırlar. Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs vurub yerə yıxdığı zaman Təqsirləndirilən şəxs avtomobilindən düşən Şahid3 və digər avtomobildən düşən Şahid1 qaçaraq Şəhriyarı Amiddən aralamağa çalışırlar. Bu zaman X7 da iti addımlarla onlara yaxınlaşaraq Şəhriyarı Amiddən ayırmağa cəhd göstərirlər. Həmin vaxt yerə yıxılmış Amidi qaldırmağa cəhd edən Sevgül də ayağa durub ərini yerə uzanmış vəziyyətdə döyən Şəhriyara əlindəki alətlə zərbələr vurduqdan sonra Şəhriyar Amidi buraxaraq kənara çəkilir. Ətrafda olan şəxslər kömək etdikləri zaman Sevgül əri Amidi kənara, avtomobilin qarşısına çəkir. Bu zaman Aygün adlı qadın ona yaxınlaşır. Onlar bir-biriləri ilə danışdıqdan sonra Aygün yenidən Şəhriyar olan yerə qayıdır. (v. 52) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər bir daha təsdiq edildi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (v. 85) İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. (v. 87) İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 28 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2016-cı il tarixdən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətdədir və hal-hazırda Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə taborunun Xüsusi riskli xilasetmə bölüyünün Radiasiya və kimyadan mühafizə taqımının Radiasiya və kimyəvi kəşfiyyat manqasının komandiri vəzifəsində xidmət edir. (v. 88) İş materiallarında olan Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (v. 118) İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 13 oktyabr 2016-cı il tarixli əmrindən görünür ki, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə taborunun Xüsusi riskli xilasetmə bölüyünün Radiasiya və kimyadan mühafizə taqımının Deqazasiya və dezaktivasiya manqasının mütəxəssis-deqazatorçusu vəzifəsinə təyin edilmiş, əsgər Təqsirləndirilən şəxs gizir hərbi rütbəsi verilmişdir. (v. 132) İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə taborunun Xüsusi riskli xilasetmə bölüyünün Radiasiya və kimyadan mühafizə taqımının Deqazasiya və dezaktivasiya manqasının mütəxəssis-deqazatorçusu gizir Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmiş və həmin alayın Xüsusi riskli xilasetmə taborunun Xüsusi riskli xilasetmə bölüyünün Radiasiya və kimyadan mühafizə taqımının Radiasiya və kimyəvi kəşfiyyat manqasının komandiri vəzifəsinə təyin edilmişdir. (v. 133) İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə müsbət xarakterizə olunur. (v. 134) Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-nin 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-nin 50.1ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-nin 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-nin 50.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs hazırda hərbi xitmətdə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən islah işləri cəzası əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinə həvalə olunmalıdır. Xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı Şəhər 17 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı Şəhər 17 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Müdafiəçi hesabatında 50 iş saatı sərf etdiyini göstərsə də, məhkəmə hesab edir ki, 35 iş saatı sərf edilməsi daha uyğundur. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aylıq pul təminatından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 10 (on) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin, xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 210 (iki yüz on) manat pul X3 vəkil işlədiyi Bakı Şəhər 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar