Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-204/2023 25.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi prokurorluğunun X6 üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2000-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri X19 küçəsi ev 6 mənzil 6 ünvanında daimi qeydiyyatda olan, Xızı rayonu Sıtalçay qəsəbəsi, hərbi şəhərcikdə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X13 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xızı rayonunun Sitalçay qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargahının növbətçi operatoru vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən 25 avqust 2021-ci il tarixdə saat 16:56-da ayıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi vətəndaş X5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolun Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektindən keçən hissəsində quraşdırılmış işıqforda dayanmış vəziyyətdə olan avtomobillərin sıxlığını gördükdən sonra əks hərəkət zolağına keçməklə hərəkətini davam etdirmiş və bu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərini kobud şəkildə pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməmiş və 10 km/saat sürətlə idarə etdiyi avtomobilin sağ təkəri ilə ehtiyatsızlıqdan yolu sağdan sola keçən piyada xx xxxxxx 1971-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçərək sonuncuya dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “sağ incik sümüyünün az yerdəyişən, sağ İİİ daraqarxası sümüyün yerdəyişən sınığı” xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadə verib göstərdi ki, 25 avqust 2021-ci il tarixdə Sumqayıt şəhərinə getmək qərarına gəlmiş və tələsdiyi üçün sürücülük hüququ olmadığı halda etibarnamə əsasında əldə etdiyi vətəndaş X5 məxsus “VAZ 21063” markalı “**-BC- ***” dövlət qeydiyyat nişanlı avtomobili özü idarə etmişdir. O, Dövlət Sərhəd Xidmətinin Xızı rayonunun Sitalçay qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargahının növbətçi operatoru vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi vətəndaş X5 məxsus “VAZ 21063” markalı “**- BC-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektindən Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolun Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektindən keçən hissəsində quraşdırılmış işıqforda dayanmış vəziyyətdə olan avtomobillərin çox olduğunu görmüş, bundan sonra o, əks hərəkət zolağına keçməklə hərəkətini davam etdirmiş və bu zaman 10 km/saat sürətlə idarə etdiyi “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sağ təkəri ilə bilmədən yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçərək sonuncuya xəsarət yetirmişdir. Baş vermiş yolnəqliyyat hadisəsindən əvvəl vətəndaş Zərərçəkmiş şəxs tanımamış, onunla arasında dostluq, düşmənçilik və ya ədavət olmamışdır. Hadisəni törətdiyi zaman, yəni 25 avqust 2021-ci il tarixdə məzuniyyətdə olmuş, idarə etdiyi “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuş, hərəkətdə olduğu yol örtüyü asfaltbeton olmaqla quru vəziyyətdə olmuş, həmin yolda sürət həddi 60 km/saat olmuşdur. 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində ayıq vəziyyətdə olmuş, yəni hadisədən əvvəl spirtli içki və ya digər təsiredici vasitələrdən istifadə etməmiş və idarə etdiyi “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuşdur. O, 25 avqust 2021ci il tarixdə saat 16 radələrində yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobilin mühərrikini söndürmüş və vətəndaş Zərərçəkmiş şəxs istəyi ilə sonuncunu taksi vasitəsilə əvvəlcə Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən “sınıqçı”ya, növbəti gün, yəni 26 avqust 2021-ci il tarixdə isə “Avrasiya Hospitalı”na aparmışdır. Törətdiyi cinayətə görə əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində Novxanı qəsəbəsində yerləşən bağ evindən Bakı şəhərinin Nəsimi rayonunda yerləşən evinə doğru özünə məxsus “Kia Optima” markalı “**-LC-***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektində yerləşən yolun kənarında avtomobili saxlamış və avtomobildən enərək yolun sol tərəfində yerləşən inşaat malları mağazasına daxil olmaq üçün yolu sağdan sola keçmək qərarına gəlmişdir. O, yolu keçərkən qəfildən əks zolağa çıxmış “**-BC-***” dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil hərəkət edərək sağ təkəri ilə onun sağ ayağının üzərindən keçmişdir. Hadisə nəticəsində o, sağ ayağında bərk ağrı hiss etmiş və müvazinətini itirməmək üçün əlini qeyd edilən avtomobilin ön mühərrik örtüyünün üzərinə qoymuşdur. Bundan sonra “**-BC-***” dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamışdır. O, Təqsirləndirilən şəxs sağ ayağından xəsarət aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs onun istəyi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən “sınıqçı”ya aparmışdır. Növbəti gün Təqsirləndirilən şəxs onu müayinə olunması üçün “Avrasiya Hospitalı”na aparmış və orada müayinə olunduqdan sonra evinə qayıtmışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, onunla arasında dostluq, düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmədən onu bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağataşi-Musayeva (Dadaşova) Günel Valeh qızı ifadəsində göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Xızı rayonunun Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin qərargahının növbətçi-operatoru vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin iyul ayından sentyabr ayınadək məzuniyyətdə çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs məzuniyyətini Bakı şəhərində keçirmişdir. O, evdə olarkən 25 avqust 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə onu yığaraq yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Hadisə baş verdiyi vaxt, yəni 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi idarə etmək hüququ olmamış, yanlız hadisədən sonra 08 iyun 2023-cü il tarixdə sürücülük vəsiqəsi əldə etmişdir. Hadisə baş verdiyi vaxt, yəni 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs spirtli içki və ya narkotik vasitə, yaxud digər təsiredici vasitədən istifadə etməmiş və idarə etdiyi “**-BC-***” dövlət qeydiyyat nişanlı ağ rəngli “VAZ 21063” markalı avtomobili etibarnamə əsasında vətəndaş X2 əldə etmişdir. Təqsirləndirilən şəxs ona hadisədən sonra 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində “**-BC-***” dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobillə Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektindən Sumqayıt şəhərində yerləşən “Daş Bazarı” adlanan yerə doğru 60 km/saat sürətlə hərəkətdə olarkən sıxlıq olduğu üçün hərəkət sürətini azaltdığını, həmin yolda 10 km/saat sürətlə gedərkən qarşısında olan avtomobilin əks zolağa çıxaraq hərəkət etdiyini gördükdən sonra onun ardınca hərəkət etməyə başladığını və bu zaman qarşıda bir nəfər qadının yola tərəf hərəkət etdiyini gördüyünü, dərhal əyləcə sıxdığı halda idarə etdiyi avtomobilin təkərinin tanımadığı qadının ayağının üzərindən keçdiyini bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs həmin qadını tibbi yardım göstərilməsi üçün qadının bildirdiyi Corat qəsəbəsində yaşayan sınıqçının yanına aparmış, növbəti gün, yəni 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs “Avrasiya Hospitalı”na aparmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 24 dekabr 2020-ci il tarixli Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul haqqında bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdən bağlaşma əsasında 5 (beş) il müddətinə, kiçik gizir kimi Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2021-ci il tarixli 0240 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti rəisinin 10 iyul 2021-ci il tarixli 0038 nömrəli əmri ilə təsdiq edilmiş ştat dəyişikliyi ilə əlaqədar 05 avqust 2021-ci il tarixdə N nömrəli hərbi hissənin qərargahının növbətçi operatoru vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N mart 2023-cü il tarixli 069 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən qərargahın növbətçi operatoru vəzifəsindən azad olunmaqla hərbi hissənin texniki-təminat şöbəsinin nəqliyyat və zirehli texnika bölməsinin anbar rəisi vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs məxsus şəxsi vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin X11 komandanının 24 dekabr 2022-ci il tarixli 414 ş/h nömrəli əmri ilə gizir hərbi rütbəsi verilmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Sərxan Ramazanovun 14 oktyabr 2021-ci il tarixli 128-81873-1221 nömrəli raportundan görünür ki, N avqust 2021-ci il tarixdə saat 11:32-də ünvan 3 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək 25 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri “Daş bazarın”dan “Saray” körpüsü istiqamətində avtomobillərin hərəkət yolunda “Vaz 2106” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin piyada qismində olduğu zaman onu vurması barədə məlumat vermişdir. Sumqayıt şəhər Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Eldəniz Mehdiyevin N avqust 2021-ci il tarixli 645 nömrəli raportundan görünür ki, N avqust 2021-ci il tarixdə saat 11:32-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng sistemindən “210373361” nömrəli “yol-nəqliyyat hadisəsi” barədə məlumat daxil olmuşdur. Həmin məlumatda ünvan 3 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs (051)-905-19- 64 mobil nömrəsi ilə zəng vuraraq 25 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri “Daş bazarın”dan “Saray” körpüsü istiqamətində piyada qismində olduğu zaman “VAZ 2106” markalı “**-BC-***” dövlət nömrə nişanlı avtomobilin onu vurması barədə məlumat verdiyi göstərilmişdir. N avqust 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri M.Əsədov küçəsindən Abşeron rayonunun Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkət yoludur. Yolnəqliyyat hadisəsinin baş verdiyi yer “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Həmin yol düz olmaqla yol örtüyü asfalt-betondur, yol örtüyü quru vəziyyətdədir. Yol örtüyünün hər bir istiqamət üçün eni 4 metr olmaqla ümumilikdə 8 metrdir. Nəqliyyat axımı yolun hərəkət hissəsində düz xətlə ayrılmışdır, lakin düz xətt asfalt örtüyünün üzərindən silinmişdir. Yolun hərəkət hissəsi sağ və sol tərəfdən yol kənarı ilə birləşmişdir. Həmin yol işıqforla tənzimlənmişdir. Piyada Sumqayıt şəhəri M.Əsədov küçəsindən Abşeron rayonunun Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkət yolunu keçərkən “VAZ 2063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ təkəri piyadanın sağ ayağı üzərindən keçməsi nəticəsində piyada xəsarət almışdır. Yolda şin və ya tormozlama izləri aşkar edilməmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet, izlər (qan, əl-barmaq izi) götürülməmişdir. Abşeron rayon Polis İdarəsinin X20i şöbəsindən təqdim edilmiş 28 yanvar 2023-cü il tarixli ********* arayışdan görünür ki, Abşeron rayon Polis İdarəsinin X20i şöbəsinin uçot bazasında xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud deyildir. xx.xx.2021-ci il tarixli baxış protokolundan və həmin protokola əlavə edilmiş DVD formatlı kompak diskdəki videogörüntülərdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:56-da “**-BC-***” dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobilin sürücüsü Abşeron rayonunun Saray qəsəbəsinin H.Əliyev prospekti ilə Sumqayıt şəhəri M.Əsədov küçəsi istiqamətində avtomobillərin hərəkət yolunun əks istiqaməti ilə hərəkətdə olarkən istiqaməti üzrə yolun sol kənarından yerləşən “Saraypetrol” yanacaqdoldurma məntəqəsinə 50 metr məsafədə yolu keçmək istəyən piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. “AB” seriyalı “258391” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobil vətəndaş X4 mülkiyyətindədir. ƏN-Vİİ № 845311 nömrəli etibarnamədən görünür ki, vətəndaş X9 mülkiyyətində olan “**-BC-***” dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobili 04 may 2021-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək etibarnamə əsasında vətəndaş Təqsirləndirilən şəxs vermişdir. Həmin etibarnamə ilə İlqar Məmmədov mülkiyyətində olan “**-BC-***” dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobillə bağlı bir sıra hüquqları: sürücülük hüququ olduğu halda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hüquqları həyata keçirməyi 04 may 2021-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək vətəndaş Təqsirləndirilən şəxs etibar etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsindən təqdim edilmiş 16 oktyabr 2023-cü il tarixli 3-13-16/2-140784/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci təvəllüdlü Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə (08 iyun 2033-cü il tarixədək etibarlı olan) “BD” seriyalı “054347” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” Publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təqdim edilmiş 31 avqust 2021-ci il tarixli 1156 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində “sağ incik sümüyünün az yerdəyişən, sağ İİİ daraqarxası sümüyün yerdəyişən sınıqları” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan bir gün əvvələ olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 25 avqust 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10 dekabr 2021-ci il tarixli 8/2932 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ 21063” markalı “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri ilə, məhkəmə tibb və məhkəmə avtotexnikiekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyyatsızlıqdan az ağır cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələbi və mülki iddiasının olmamasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmasını ədalət və humanizm prinsipləri baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xızı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı X8 vəkil işlədiyi Bakı şəhər 19 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzası təyin edilsin. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xızı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20i idarəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat, məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi. Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD 210005, FÖEN **********), Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-204/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-204/2023
25.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver