Məhkəmə qərarları › İş №1-1(093)-205/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-205/2024

23.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-205/2024 23.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin Baş Qərargahının hərbi qulluqçusu, baş gizir, barəsində 02 iyul 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Baş Qərargahının İnformasiya- Kommunikasiya İdarəsinin telekommunikasiya şöbəsinin baş texniki vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 27 aprel 2024-cü il tarixdə səhər saat 08 radələrində azyaşlı qızı Şahid2, azyaşlı oğlu Eltac Qasımzadə qayınanası Həbibə Mahmudova və arvadı Şahid1 ilə birlikdə, sonuncunu cərrahiyyə əməliyyatı etdirmək üçün "Artromed” klinikasına həkim qəbuluna aparmaq məqsədi ilə yaşadığı ünvan 3 ünvanından çıxıb, həmin binanın yaşadıqları blokunun giriş qapısı ilə üzbəüz yerdə park etdiyi, **-BZ- *** dövlət qeydiyyat nişanlı “Mersedes C200” markalı avtomobilinə yaxınlaşdıqda avtomobilinin arxasında **-FX-*** dövlət qeydiyyat nişanlı “Mersedes C200” markalı, avtomobilin park etdiyini, bu səbəbdən avtomobilini həmin yerdən çıxara bilməyəcəyini görmüş, tələsdiyi üçün təxminən yarım saat ərzində avtomobilində siqnal vermiş, həmin gün saat 08:30 radələrində qeyd edilən binanın 87 nömrəli mənzilində yaşayan vətəndaş Zərərçəkmiş şəxs ona yaxınlaşdıqda həkim qəbuluna tələsdikləri üçün sonuncudan avtomobilini onun avtomobilinin arxasından çəkməsini demiş, lakin Zərərçəkmiş şəxs ona kobud cavab verməsi səbəbindən aralarında sözlü mübahisə yaranmışdır. Həmin sözlü mübahisənin davamında Zərərçəkmiş şəxs “elə bil dədəsindən yer gətirib” deməsi səbəbindən o, sonuncuya “maşınını çək tələsirəm, əsəbimlə oynama vuraram qalarsan əlimdə” dedikdə, Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında nalayiq söz işlətmiş, bu səbəbdən o, əsəbiləşərək əlləri ilə sonuncunun əynindəki qısaqol köynəyin yaxasından tutmuşdur. Bu zaman Zərərçəkmiş şəxs da qarşılıqlı olaraq onun yaxasından tutmuş, sonuncunun onu ailə üzvlərinin yanında vuracağını düşünüb, habelə qeyd edilən nalayiq sözlərindən əsəbiləşərək alın nahiyəsi ilə Zərərçəkmiş şəxs sifətinə qəflətən bır dəfə zərbə vurmuş, həmin zərbənin sonuncunun burun nahiyəsinə dəyməsi, eləcə də həmin zərbənin təsirindən səndələyərək müvazinətini itirib oturulu vəziyyətdə yerə yıxılması nəticəsində Zərərçəkmiş şəxs “burun nahiyəsinin şişkinliyi ilə müşayiət olunmuş burun sümüklərinin yerdəyişmiş sınıqları, sol gözaltı nahiyənin və göz qapaqlarının qaş nahiyəsini əhatə etmiş qançırı, sağ dirsək və sağ diz oynağının sıyrıqları” xəsarətlərini yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 2007-ci ilin yanvar ayından 2008-ci ilin iyul ayınadək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş, 2010-cu ilin avqust ayında X5 ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Aytac adında və xx.xx.2013-cü il təvəllüdlü Eltac adında iki övladları anadan olmuşdur. 2012-ci ilin yaz aylarında sənədlərini Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinə təqdim edib müvafiq gizir hazırlığı kursunu keçərək 2012-ci ilin noyabr ayından gizir kimi Dövlət Sərhəd Xidmətinin Rabitə idarəsində xidmətə başlamış və xx.xx.2024-cü il tarixədək həmin idarədə baş texnık vəzifəsində xidmət etmişdir. Hazırda isə xidmətini DSX-in İnformasiya-Kommunikasiya idarəsinin baş texniki vəzifəsində, baş gizir hərbi rütbəsində davam etdirir. 27 aprel 2024-cü il tarixdə səhər saat 09:00-da arvadı Şahid1 səhhətində olan problemlə əlaqədar Xətai rayonu ərazisində yerləşən “Artromed” klinikasında həkim qəbulunda olmalı və Bətulənin burnunu əməliyyat etdirməli olmuşlar. Buna görə də həmin gün səhər tezdən o, qayınanası Həbibə Məmmədova, arvadı Bətulə və azyaşlı övladları Aytac və Eltac yuxudan durub həkimə getmək üçün hazırlaşıb səhər saat 08 radələrində yaşadıqları ünvan 4 ünvanından birlikdə çıxmışlar. Yaşadıqları blokdan çıxıb blokun giriş qapısı ilə üzbəüz yerləşən, avtomobillərin parklanması yerində park etdiyi, etibarnamə ilə idarə etdiyi 01- BZ-050 dövlət qeydiyyat nişanlı “Mersedes C200” markalı qara rəngli avtomobilinə yaxınlaşdıqda avtomobilinin arxasında **-FX-*** dövlət qeydiyyat nişanlı “Mersedes 0200” markalı tünd yaşıl rəngli, kimin olduğunu bilmədiyi avtomobilin park etdiyini görmüşdür. Avtomobilini park etdiyi yerin qarşı tərəfi divarla bağlı olduğundan, sağ və sol tərəflərində isə digər avtomobillər parklanma qaydalarına uyğun şəkildə park etdiklərindən yalnız arxa tərəfinə park etmiş avtomobilin sahibinin gəlib avtomobilini çəkməsi halında hərəkət edə biləcəyini başa düşüb, 15-20 dəqiqə siqnal vermişdir. Lakin heç kim yaxınlaşmamışdır. Həkimlərin tez-tez arvadına zəng edib çağırmalarına görə cərrahiyyə əməliyyatına gecikəcəklərini düşünüb yenə də davamlı olaraq siqnal vermişdir. Bu zaman onun yaşadığı blokla yanbayan yerləşən blokun üçüncü mərtəbəsindən orta yaşlı bir qadının pəncərədən baxdığını görmüş, həmin qadına “xala bu sizin maşındı?” dedikdə, sonuncu cavab vermədən içəri girmişdir. Bundan təxminən 10 dəqiqə sonra saat 08:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı blokdan çıxıb onlara yaxınlaşmağa başlamış, bu zaman o, az öncə onlara baxan qadının, yəni sonradan Zərərçəkmiş şəxs anası olduğunu bildiyi qadının yenə də pəncərədən onlara baxdığını görmüşdür. Həmin vaxt azyaşlı övladları maşında əyləşmişlər, arvadı ilə qayınanası maşının yanında dayanmışlar, tələsdikləri üçün o, maşınının mühərrikini işlək vəziyyətdə saxlamışdır. Zərərçəkmiş şəxs həmin vaxt ona yaxınlaşdıqda o, avtomobilinin arxasında park olunan avtomobilin məhz sonuncuya məxsus olduğunu başa düşüb “qardaş xahiş edirəm maşını tez çək xəstəxanaya gecikirik, ətrafda o boyda boş yerlər var niyə mənim maşınımın düz arxasında saxlamısan?” demişdir. Bu zaman Zərərçəkmiş şəxs kobud formada başını hərəkət etdirərək “nə deyirsən sən?” demişdir. Zərərçəkmiş şəxs “o boyda boş yeri qoyub niyə gətirib məhz mənim maşınımın arxasında saxlamısan” dedikdə, sonuncu ona uca səslə “yer tikmisən burda?” demişdir. Zərərçəkmiş şəxs “mən demirəm bura mənim yerimdi, sadəcə deyirəm ki, mənim yolumu kəsmisən, həkimə tələsirik axı ailəmlə birlikdəyəm” deyib avtomobilinə yaxınlaşıb əyləşmişdir. Avtomobilinə əyləşəndə Fərmanın maşınını çəkəcəyini düşünmüş, lakin sonuncu yenə də maşınını çəkməyərək, "elə bil dədəsindən yer gətirib” demişdir. Zərərçəkmiş şəxs bu sözlərindən əsəbiləşərək maşından düşüb ona yaxınlaşmışdır. Bu zaman azyaşlı oğlundan başqa, digər ailə üzvləri onun əsəbiləşdiyini görüb maşından düşmüşlər. Həmin vaxt arvadı ilə qayınanası ona maşına qayıtmağı demiş, azyaşlı qızı Aytac isə kövrələrək ondan maşına gəlməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs yaxınlaşıb "maşınını çək tələsirəm, əsəbimlə oynama vuraram qalarsan əlimdə” dedikdə, sonuncu ona “məni vuran mənim s. imi yeyir” demişdir. İndiyədək ailəsinin, o cümlədən azyaşlı övladlarının yanında heç vaxt nalayiq ifadə işlətmədiyindən, Fərmanın arvadının, qayınanasının, övladlarının, ələxsus da azyaşlı qızının yanında ona qeyd edilən nalayiq sözü deməsi ona olduqca pis təsir etmişdir. Buna görə də Zərərçəkmiş şəxs yaxınlaşıb əynindəki qısaqol köynəyin yaxasından tutmuşdur. Zərərçəkmiş şəxs da onun yaxasından tutduqda sonuncunun ailəsinin yanında onu vuracağını, vuracağı zərbə və ya zərbələrin onun həmin vaxt sınıq vəziyyətdə olmaqla tam sağalmayan qabırğalarına dəyəcəyini düşünmüşdür. Zərərçəkmiş şəxs onun yaxasından tutması, eləcə də sınıq qabırğalarına görə əllərini sərbəst hərəkət etdirə bilmədiyindən, özündən uzaqlaşdırmaq məqsədi ilə məcbur olub başının alın nahiyəsi ilə bir dəfə sonuncuya zərbə vurmuşdur. Həmin zərbə Fərmanın təxminən burun nahiyəsinin sol tərəfi ilə sol almacıq nahiyəsinin birləşən hissəsinə dəymiş və sonuncu bir qədər səndələmişdir. Zərərçəkmiş şəxs ayağı ilə badalaq vurmaq istəsə də, həmin badalaq hərəkəti sonuncuya dəyməmişdir. Əli Zərərçəkmiş şəxs yaxasında olduğu üçün onu yüngül itələyib yerə qoymuş, lakin sonuncunu cəld şəkildə durub yenidən onun üzərinə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinin qızardığını və burnundan bir neçə damcı qan gəldiyini görmüşdür. Bu zaman qayınanası Həbibə cibindən quru hopmac çıxarıb Fərmanın burnunun qanını silmişdir. Ailənin, ələxsus da azyaşlı qızının ağlayıb dalaşmamağını xahiş etməsinə görə bir qədər özünə gəlib, qarşı tərəfin təhrikedici və nalayiq hərəkətləri səbəbindən olsa belə, etdiyi hərəkətin düzgün olmadığını başa düşüb, Fərmana qarşı digər hansısa hərəkət etməmiş və avtomobilinə oturub bir daha sonuncuya avtomobilini çəkməsini demişdir. Məhz bundan sonra Fərman sakit şəkildə avtomobilinə əyləşib mühərriki işə salıb kənara çəkmişdir. Hadisədən dərhal sonra Fərman sərbəst şəkildə hərəkət etmiş, hər hansı bir yerinin, o cümlədən alın nahiyəsinin, gözünün ağrıdığını deməmişdir. O da vurduğu zərbə nəticəsində Zərərçəkmiş şəxs hansısa ciddi xəsarət dəymədiyini düşünmüşdür. Həkimlər də arvadı Bətuləyə tez-tez zəng etdikləri üçün o, ailəsini avtomobilinə əyləşdirib oradan birbaşa “Artromed” klinikasında getmişdir. Ailə üzvlərini klinikaya qoyub Zərərçəkmiş şəxs nəsə olub-olmamasını dəqiqləşdirmək üçün dərhal hadisə yerinə qayıtmışdır. Yaşadıqları məhəlləyə çatdıqda Zərərçəkmiş şəxs yaşadığı blokun qarşısına X18 maşını yaxınlaşdığını və sonuncunun sərbəst şəkildə evindən çıxdığını görmüşdür. Hansısa xəsarət alıb-almadığını aydınlaşdırmaq üçün Fərmana yaxınlaşdıqda, sonuncu onu itələyərək “səni içəri basdıracam, gedərsən polislərlə haqq-hesab edərsən” demiş, daha sonra isə anası isə birlikdə X18 maşınına əyləşib oradan uzaqlaşmışdır. Bir neçə saatdan sonra Fərman avtomobilini idarə edərək məhəlləyə gəlmiş, həmin vaxt Fərmanın burun deşiklərinə kiçik tampon qoyulduğunu görmüş, sonuncuda digər hansısa xəsarət görməmişdir. Həmin vaxtdan sonar bir neçə dəfə zərərçəkmiş şəxslə barışmaq istəmiş, ancaq zərərçəkmiş şəxsin tələb etdiyi məbləği verə bilmədiyindən barışıq baş tutmamışdır. Məhkəmədən himayəsində uşaqlarının olmasını, əməlindən peşman olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, o, anası Nabat Heydərova ilə birlikdə ünvan 5 ünvanında yaşayır. 2001-ci ildən ağır şəkər xəstəsi olduğundan 3-cü qrup əlildir, Xətai rayonu 7 saylı şəhər poliklinikasında 1-ci tip şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs Vaiqf oğlunu onunla eyni binada kirayədə yaşayan hərbi qulluqçu kimi tanımış, əvvəllər aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. 27 aprel 2024-cü il tarixdə saat 04 radələrində idarə etdiyi **-FX-*** dövlət qeydiyyat nişanlı “Mersedes C200" markalı avtomobilini yaşadığı məhəllədə kimin olduğunu bilmədiyi avtomobilin arxasında saxlamış və evinə gedib yatmışdır. Həmin gün səhər saat 08:30 radələrində anası Nabat onu yuxudan oyadaraq avtomobilini arxasında saxladığı “Mersedes C 200” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin sahibinin siqnal verdiyini demiş, o da əynini geyinib binanın qarşısına çıxmışdır. Avtomobilinə yaxınlaşmağa başladıqda Təqsirləndirilən şəxs arvadı, qızı və qayınanasının orada olduğunu və Təqsirləndirilən şəxs avtomobilinin işlək vəziyyətdə olduğunu görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ona “bu nə maşındı saxlamısan” demişdir. O da Təqsirləndirilən şəxs “saxlamışam, siqnal verdin, düşdüm, çəkirəm” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona “yer tapmadın maşın saxlamağa, tələsirəm maşını çək” dedikdə, o sonuncuya “yer tikmisən burda?” demişdir. O, avtomobilinə əyləşib kənara çəkmək istəyəndə Təqsirləndirilən şəxs ona yaxınlaşıb əynindəki qısaqol köynəyin yaxasından tutmuş, o da sonuncunun yaxasından tutmuşdur. Bu zaman Təqsirləndirilən şəxs qəflətən başı ilə onun burun nahiyəsinə kəllə zərbəsi vurmuşdur. Həmin zərbənin təsirindən o, burun nahiyəsində ağrı hiss etmiş, yerində səndələmiş, Təqsirləndirilən şəxs ona ayağı ilə badalaq zərbəsi də vurmaq istəmiş, lakin həmin badalaq hərəkəti ona dəyməmiş, daha sonra isə o, müvazinətini saxlaya bilməyib Təqsirləndirilən şəxs qarşısında arxası sonuncuya tərəf olmaqla yerə oturmuşdur. Yerə oturarkən qol nahiyəsinin asfalta sürtülməsi nəticəsində sıyrıq xəsarətləri də almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində olan ailə üzvləri yaxınlaşıb sonuncunu sakitləşdirmişlər, daha sonra isə Təqsirləndirilən şəxs ondan kənarlaşaraq avtomobilinə əyləşmişdir. Bundan sonra o, avtomobilini Təqsirləndirilən şəxs avtomobilinin arxasından kənara çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qayınananası ona yaxınlaşıb çantasından hopmac çıxarıb onun burnunun qanını silmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ailəsini maşınına əyləşdirib çıxıb getmişdir. O isə “102” və “103” Məlumat Mərkəzlərinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxmminən yarım saat sonra X18 maşını gəlib onu X15 aparmışdır. X18 maşını onu məhəllədən götürüb apararkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb vəziyyəti ilə maraqlanmaq istəsə də, o, sonuncuya “istintaqa cavab verərsən" deyib X18 maşınına əyləşmişdir. X6rkən o, ilkin müayinə edilərək baş-beyin kompüter tomoqrafiyasından keçirilmiş, sonra otorinoloqun qəbulunda olmuş, həmin həkim onu müayinə edib burnuna tampon qoymuş, daha sonra burun sümükləri orta xəttə gətirərək qapalı repazisiya edilmiş, ən sonda isə oftolmoloqun müayinəsindən keçirilmiş, onu müayinə edən həkimlər tibbi sənədlərində müvafiq qeydlər aparmışlar. Bundan sonra bir daha həmin tibb mərkəzində müayinə və ya müalicə edilməmiş, müayinə və müalicələrə görə STM-nə hansısa ödəniş etməmiş, ona tətbiq edilmiş bütün tibbi prosedurlar icbari tibbi sığorta hesabına icra edilmişdir. Cinayət işi Xətai RPİ-in İŞ-də istintaq edilərkən verdiyi izahat və ifadələrində hadisə zamanı Təqsirləndirilən şəxs onu yumruq zərbələri ilə vurduğunu zənn edərək, sonuncunun onu yumruq zərbələri ilə vurduğunu bildirmişdir. Lakin sonradan o, hadisənin videogörüntüsünü görüb hadisə zamanı Təqsirləndirilən şəxs onu yumruq zərbələri ilə deyil, baş zərbəsi ilə vurduğunu müəyyən etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 6.000 manat maddi ziyan vurulduğunu hesab etdiyi üçün həmin məbləği Təqsirləndirilən şəxs tələb edir. Zərbənin təsirindən gözlərində problem yaranmışdır, bu gün də həmin problemdən əziyyət çəkir, iş qabiliyyəti də zəifləmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, onunla barışmamışdır. Ziyan ödənilməsə barışmaq fikri yoxdur. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini istəyir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxsla 2010-cu ildə ailə qurmuş, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Aytac adlı və xx.xx.2013-cü il təvəllüdlü Eltac adlı iki övladları doğulmuşdur. Ailəsi ilə birlikdə ünvan 6 ünvanında kirayədə yaşamışlar. Həmin binanın 4-cü blokunda yaşayan Zərərçəkmiş şəxs sakin kimi üzdən tanımış, sonuncu ilə onun və ailəsinin əvvəllər hansısa münaqişəsi və ya ədavəti olmamışdır. 27 aprel 2024-cü il tarixdə saat 09:00-da keçirəcəyi əməliyyat səbəbindən “Artromed” klinikasına həkim qəbulunda olmalı olduğundan əri Təqsirləndirilən şəxs onu həmin klinikaya aparmalı olmuşdur. Buna görə də həmin gün səhər saat 08 radələrində o, əri Təqsirləndirilən şəxs, anası Həbibə Məmmədova, habelə azyaşlı övladları Aytac və Eltac “Artromed” klinikasına getmək üçün yaşadıqları evdən çıxmışlar, lakin ərinin avtomobilinə yaxınlaşdıqda başqa bir avtomobilinin ərinin avtomobilinin arxasında park etdiyini görmüşlər. Həmin vaxt əri Təmkin maşınını heç cürə oradan çıxara bilmədiyindən siqnal verməyə başlamış, təxminən 15-20 dəqiqə sonra yaşadıqları blokla yanbayan yerləşən blokun üçüncü mərtəbəsindən orta yaşlı bir qadının pəncərədən baxdığını görmüş, əri həmin qadına “xala bu sizin maşındı?” dedikdə, sonuncu cavab vermədən içəri girmişdir. Bundan təxminən 10 dəqiqə sonra saat 08:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı blokdan çıxıb onlara yaxınlaşmağa başlamışdır. Fərman yanlarına yaxınlaşdıqda əri Təmkin ondan xəstəxanaya tələsdikləri üçün maşınını mümkün qədər tez çəkməsini xahiş etmişdir. Bu zaman Fərman əri Təmkinə “nə deyirsən sən?” demişdir. Bu səbəbdən Fərmanla əri Təmkin arasında sözlü mübahisə yaranmış, həmin vaxt Təmkin Fərmana “boş yerləri qoyub niyə maşınını mənim maşınımın arxasında saxlamısan” demiş, sonuncu isə ərinə “yer tikmisən burda?” demişdir. Təmkin Fərmana bir daha həkimə tələsdiyimizi bildirib maşınını çəkməyini xahiş etdikdə, sonuncu ona “elə bil dədəsindən yer alıb” demişdir. Bu zaman əri Təmkin əsəbiləşərək maşından düşüb Fərmana yaxınlaşmaq istəmiş, lakin o, anası Həbibə və qızı Aytac maşından düşüb ondan Fərmana yaxınlaşmamasını və geri qayıtmasını xahiş etmişlər. Əri Təmkin də həmin vaxt azyaşlı qızları Aytaca “yaxşı qızım narahat olma” demiş və Zərərçəkmiş şəxs yaxınlaşıb bir daha tələsdiklərini qeyd etmişdir. Lakin əri Təmkin Zərərçəkmiş şəxs avtomobilini çəkmək niyyətində olmadığını görüb sonuncuya “maşınını tez çək, əsəblərimlə oynama, vuraram qalarsan əlimdə” demişdir. Zərərçəkmiş şəxs isə onların yanında əri Təmkinə nalayiq sözlə cavab vermişdir. Zərərçəkmiş şəxs işlətdiyi nalayiq sözdən sonra əri Təmkin ani olaraq əsəbiləşib Fərmanın üzərinə gedərək onun yaxasından tutmuşdur. Fərman da qarşılıqlı olaraq əri Təmkinin yaxasından tutduqda, əri başının alın nahiyəsi ilə bır dəfə onun burnunun sol tərəfinə zərbə vurmuşdur. Bundan sonra o, anası və qızı Təmkinə yaxınlaşıb sonuncunu sakitləşdirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinin qızardığını və burnundan bir neçə damcı qan gəldiyini görmüşdür. Bu zaman anası Həbibə cibindən quru hopmac çıxarıb Fərmanın burnunun qanını silmişdir. Daha sonra əri Təmkin maşınına oturub bir daha Zərərçəkmiş şəxs avtomobilini çəkməsini bir daha demiş, məhz bundan sonra Fərman avtomobilini kənara çəkmişdir. Həkimlər tez-tez zəng edib onu gözlədiklərini dediklərindən həmin vaxt əri Təmkin onları klinikaya aparmış və onları düşürüb Zərərçəkmiş şəxsla maraqlanmaq üçün yaşadıqları məhəlləyə qayıtmışdır. Sonradan bu barədə Təmkinlə söhbət edərkən əri ona hadisə yerinə qayıtdıqdan sonra Fəmanı görüb ona yaxınlaşmaq istədiyini, lakin sonuncunun onu özündən kənarlaşdıraraq tutduracağı ilə hədələdiyini demişdir. Sonradan ərinin Polis Şöbəsinə çağırıldığını eşitmişdir. Hadisədən sonra onlar bir neçə dəfə Zərərçəkmiş şəxsla barışıq əldə etməyə çalışmışlar. Belə ki, hadisədən bir neçə gün sonra o, anası Həbibə və digər qohumları ilə birlikdə barışıq əldə etmək məqsədi ilə Fərmangilin evinə getmiş, lakin həmin vaxt sonuncunun anası Nabat onları evindən qovmuş, növbəti dəfə isə onlardan polisə şikayət edəcəyini demişdir. Hadisədən sonra əri Təmkin Fərmana imkanı daxilində maddi köməklik də etmək istəmiş, lakin sonuncu buna razı olmayaraq, müalicəsinə 10 000 (on min) manat civarında pul xərclədiyini qeyd edib barışması üçün gah həmin məbləğdə, gah da 12 000 (on iki min) manat məbləğində pul verməli olduqlarını, əks halda barışmayacağını və ərini həbslərdə çürüdəcəyini demişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Bakı şəhəri 17 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs onun atasıdır və o, atası, anası və kiçik qardaşı ilə birlikdə Xətai rayonu M.Rüstəmov küçəsində yerləşən 9 nömrəli binanın 5-ci blokunun 5-ci mərtəbəsində yerləşən 73 saylı mənzildə kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs isə onlarla eyni binada yaşamışdır, atası ilə Fərmanın arasında əvvəllər hansısa münaqişə və ya ədavətin olmasının şahidi olmamış, eşitməmişdir. 27 aprel 2024-cü il tarixdə səhər yuxudan durub hazırlaşaraq anası Bətuləni həkim qəbuluna aparmaq üçün atası Təmkin, qardaşı Eltac və nənəsi Həbibə ilə birlikdə evlərindən çıxıb avtomobillərinə yaxınlaşmışlar. Bu zaman kiminsə öz avtomobilini atasının avtomobilinin arxasında saxladığını görmüşdür. Həkimə tələsdikləri üçün həmin vaxt atası Təmkin siqnal verərək həmin avtomobilin sahibini axtarmağa başlamışdır. Bir müddət sonra onların yaşadıqları blokla yanbayan yerləşən blokun üçüncü mərtəbəsindən orta yaşlı bır qadının pəncərədən baxdığını görmüş, bu zaman atası Təmkin həmin qadına “xala bu sizin maşındı?” dedikdə, sonuncu cavab vermədən içəri girmişdir. Bundan bir qədər sonra Zərərçəkmiş şəxs həmin blokdan çıxıb onlara yaxınlaşmağa başlamışdır. Həmin vaxt o, atasının maşınında oturub qardaşı Eltacla söhbət etmiş, atası isə Zərərçəkmiş şəxsla nəsə danışmışdır. Qısa müddət sonra o, səs-küy gəldiyini, atası ilə Fərmanın bir-birilərinə yaxınlaşdıqlarını görüb narahat olaraq, avtomobildən düşmüşdür. Atası Təmkinin əsəbi olduğunu, Fərmana yaxınlaşmaq istədiyini görüb anası və nənəsi ilə birlikdə atasından avtomobildə əyləşməsini xahiş etmişdir. Həmin vaxt atası ona “yaxşı qızım narahat olma” demişdir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs avtomobilini kənara çəkməyərək öz-özünə deyinməyə davam etmişdir. Həmin vaxt atası Fərmana “maşınını tez çək, gecikirik, həkim bayaqdan zəng edir, əsəblərimlə oynama,vuraram qalarsan əlimdə” demişdir. Zərərçəkmiş şəxs isə onların yanında nalayiq ifadə işlətmişdir. Bundan sonra atası özündən çıxıb Fərmanın üzərinə gedərək onun yaxasından tutmuş, sonuncu da atasının yaxasından tutduqda o, bərk həyacanlanmışdır. Bu zaman atası başı ilə bir dəfə Fərmana zərbə vurmuşdur. Bundan sonra o, anası və nənəsi yaxınlaşıb atasını sakitləşdirmişlər. Bundan sonra atası avtomobilinə əyləşmiş, Zərərçəkmiş şəxs isə öz avtomobilinə əyləşib kənara çəkmiş, onlar isə anasını həkimə aparmışlar. Məhkəmə iclasında Şahid3 bildirdi ki, o, X13 otorinolarinqologiya şöbəsinin müdiri və həkim-otorinolarinqoloqudur, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü ıl tarixdə pasiyent kimi tanımışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə X15 burun travması ilə daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs və anası səs-küy salaraq əsası olmayan şikayətlər etmiş, sərbəst müayinə edilməsinə çətinlik törətmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs birtəhər sakitləşdirib müayinə etmiş, müayinə zamanı ilkin olaraq Fərmanın burun nahiyəsində və hər iki gözaltı nahiyəsində göyərmə və orta dərəcəli şişkinlik oduğunu, habelə burnunun içində az miqdarda şişkinlik olduğunu müşahidə etmişdir. Daha sonra isə diaqnozu təsdiq etmək üçün Fərmanı baş-beyin tomoqrafiyası müayinəsinə göndərmişdir. Bir neçə saat sonra X13 Radiologiya şöbəsinin Zərərçəkmiş şəxs barəsində olan kompüter-tomoqrafiya müayinəsinin nəticəsi ona təqdim edilmişdir. Sözügedən müayinənin nəticəsində Zərərçəkmiş şəxs “Burun sümüyünün qəlpəli yerdəyişən sınığı” xəsarəti aşkar olunmuşdur. Habelə Fərmanda əvvəldən olan şəkərli diabet xəstəliyi ilə əlaqəli "Sağ göz alması hiperdens izlənilir" diaqnozu aşkar olunmuşdur. Qeyd edilənlərdən başqa, müayinə zamanı Zərərçəkmiş şəxs başqa hər hansı fəsad və ya patologiya aşkar edilməmişdir. Bundan sonra, o, tibb alətlərin köməkliyi ilə yerli keyləşdirmə altında 10 faizlik ledokain məhlulu ilə anesteziya etdikdən sonra Fərmanın burun sümüklərini orta xəttə gətirərək qapalı repazisiya prosedurunu icra etmiş, heblə hər iki burun keçəcəyinə qanaxma əleyhinə turunda qoymuşdur. Habelə Fərman özü ona şəkər xəstəliyi ilə əlaqədar əvvəllər gözündən əməliyyat edilməsi məlumatını verdiyindən hər ehtimala qarşı o, əlavə olaraq sonuncunu oftolmoloqun müayinəsinə göndərmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs müayinə edərkən o, sonuncuya məxsus 211 nömrəli, xx.xx.2024-cü il tarixli "Ambulator xəstənin tibbi kartası”nın qrafalarında müvafiq qeydlər aparmış, diaqnoz kimi “burunun yerini dəyişmiş qəlpəli sınığı” qeydini etmiş, hansı tibbi prosedurları icra etdiyini göstərmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli 450 saylı rəydə qeyd edilən diaqnoz, yəni “baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, burun nahiyəsinin şişkinliyi ilə müşayiət olunmuş burun sümüklərinin yerdəyişmiş sınıqları, alın sümüyünün sınığı, sol gözaltı nahiyəsinin və göz qapaqlarının qaş nahiyəsini əhatə etmiş qançırı sağ dirsək və sağ dız oynağının sıyrıqları xəsarətləri" barədə ona heç bir şey məlum deyildir. X12 həkim müayinəsinə müvafiq qaydada müraciət etmiş bütün vətəndaşlara tibbi yardım, müayinə və müalicələr pulsuzdur, icbari tibbi sığorta hesabına tam ödənişsizdir. Zərərçəkmiş şəxs da qeyd edilən hadisə ilə bağlı bütün müayinə və müalicə prosedurlarından tam ödənişsiz yararlanmış, hansısa məbləğdə pul xərcləməmişdir. Məhkəmə iclasında şahid X7 (Zərərçəkmiş şəxs anası) Zərərçəkmiş şəxs eyniməzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etdi. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən müəyyən olunur ki, həmin tarixdə Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən 9 nömrəli binanın qarşısında olan sakinlərin avtomobillərinin parklanması yerinə baxış keçirilmiş, baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ona baş zərbəsi vurduğu yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan "Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə iş üzrə ilkin araşdırma zamanı iş materiallarına əlavə edilmiş CD diskin yaddaşında olan bir ədəd vidofaylda olan, baş vermiş hadisənin videoyazısı əks olunmuş 19 saniyəlik videogörüntüyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu M.Rüstəmov küçəsində yerləşən yaşadıqları 9 nömrəli binanın qarşısında park edilmiş maşınların arasında üz-üzə dayanaraq nəsə danışdıqları, bu zaman Təqsirləndirilən şəxs başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə zərbə vurduğu, bundan dərhal sonra Təqsirləndirilən şəxs sağ ayağı ilə Zərərçəkmiş şəxs badalaq zərbəsi vurub yerə yıxmaq istədiyi, lakin həmin badalaq zərbəsinin sonuncuya dəymədiyi, F S.Heydərovun qeyd edilən baş zərbəsinin təsirindən yerində səndələdiyi, bu səbəbdən, habelə Təqsirləndirilən şəxs əlləri ilə onu tutması səbəbindən müvazinətini saxlaya bilməyərək sağ qolu və sağ dizi üstə olmaqla, o cümlədən arxası Təqsirləndirilən şəxs tərəf olmaqla asfaltın üstündə oturulu vəziyyətdə yıxıldığı, bu zaman Təqsirləndirilən şəxs qadın ailə üzvlərinin yaxınlaşıb onları ayırdıqları, daha sonra Təqsirləndirilən şəxs əllərini Zərərçəkmiş şəxs əynindəki köynəyin boğazlığının arxa hissəsindən çəkərək avtomobilinə tərəf getdiyi, Zərərçəkmiş şəxs isə sərbəst şəkildə ayağa durduğu, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd olunan baş zərbəsindən əlavə hər hansı bir digər zərbə vurmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər bir daha təsdiq edildi. İş materiallarında olan X13 16 avqust 2024-cü il tarixli 18-1-17/2- 3118/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə STM-in X18 şöbəsinə ambulator qaydada müarciət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs STM-in həkim-otorinqoloqu Şahid3 tərəfindən müayinə edilərək onun burun nahiyəsində şişkinlik aşkar edildiyindən baş beynin kompüter tomoqrafiyasından keçməsi üçün diaqnozun təsdiq edilməsi məqsədi ilə Radiologiya şöbəsinin radioloqu Rəşad Mirzəliyev tərəfindən KT müayinəsindən keçirilmiş və onda “Burun sümüyünün qəlpəli yerdəyişən sınığı” aşkar edilmişdir. Həmin müayinə zamanı Zərərçəkmiş şəxs baş-beyin nahiyəsində, o cümlədən alnında hansısa sınıq və ya digər xəsarət aşkar edilməmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs qeyd edilən müayinələrdən savayı, oftolmoloq müayinəsində də olmuş, müayinə zamanı onun gözlərində hansısa kənar təsirin, o cümlədən zərbənin səbəbindən yaranan xəstəlik, fəsad və ya patologiya aşkar olunmamışdır. Qeyd edilən tarixdə Zərərçəkmiş şəxs icra edilmiş müayinə və müalicə prosedurları tam ödənişsiz, yəni icbari tibbi siğorta hesabına həyata keçirilmişdir. İş materiallarında olan “Elektoron daşıyıcıya baxış keçirilməsi barədə” xx.xx.2024cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən müəyyən olunur ki, həmin tarixdə Zərərçəkmiş şəxs barəsində xx.xx.2024-cü il tarixdə X13 Radiologiya şöbəsində keçirilmiş Baş-beyin Kompüter Tomoqrafiyası müayinəsinin nəticəsinin əyani təsviri köçürülmüş bir ədəd CD diskə həkim radioloqu X4 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs burununda “Burun sümüklərinin qapalı yerdəyişən sınığı” xəsarəti aşkar edildiyi, onda hansısa digər xəsarət, o cümlədən alın sümüyünün sınığı xəsarətinin aşkar edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan “Sənədlərə baxış keçirilməsi barədə” xx.xx.2024-cü ıl tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə iş üzrə ibtidai istintaq zamanı X10 təqdim edilmiş, həmin mərkəzin “X1” kitabına, həmin mərkəzdə pasiyent Zərərçəkmiş şəxs adına açılmış 211 nömrəli “Ambulator xəstənin tibbi” kartasına, Zərərçəkmiş şəxs barəsində xx.xx.2024-cü il tarixdə STM-in Radiologiya şöbəsində keçirilmiş Baş-beyin Kompüter Tomoqrafiyası müayinəsinin nəticəsinə, eləcə də "Biovista” hospitaldan təqdim edilmiş- Zərərçəkmiş şəxs barəsində tərtib edilmiş EPK- ******* nömrəli epikrizə baxış keçirilmişdir. X10 təqdim edilmiş tibbi sənədlərə keçirilmiş müqayisəli baxış zamanı Zərərçəkmiş şəxs 27 aprel 2024-cü il tarixdə “küçə" travması ilə ambulator qaydada X15 daxil olduğu, müayinəlıər zamanı onaa “Burunun yerini dəyişmiş sınığı” diaqnozunun qoyulduğu, daha sonra burun sümükləri orta xəttə gətirilərək qapalı repazisiya olunduğu, həmçinin, STM-in Radiologiya şöbəsində keçirilmiş Baş-beyin KT-sı müayinəsinin nəticəsinə əsasən onda "Burun sümüklərinin qəlpəli yerdəyişən sınığı” xəsarəti, habelə onda şəkərli diabet xəstəliyi ilə əlaqəli olan “Sağ göz alması hiperdensinin” izlənildiyinin aşkar olunduğu, qeyd edilənlərdən savayı onda hər hansi bir digər xəsarət, o cümlədən alın sümüyünün sınığı xəsarətinin aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, “Biovista” hospitaldan təqdim edilmiş EPK-0001814 nömrəli epikrizə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə həmin hospitalda qeydiyyata alınarkən hər iki gözünün zəif gördüyündən şikayət etdiyi, müayinə zamanı ona “H33.4 Tor qişanın qopması; H33.5 Tor qişanın qopmasının digər formaları” diaqnozu qoyulduğu, anamnezi zamanı Zərərçəkmiş şəxs hər iki gözünün görməsinin zəifləməsinin səbəbini heç nə ilə əlaqələndirmədiyi, hər hansı bir digər probleminin, xəstəliyinin olmadığını bildirərək şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini qeyd etdiyi, insturmental müayinə zamanı Zərərçəkmiş şəxs “Visus OD =GÖBS, Visus OS =0.3, OU:Buynuz qişa şəffaf, OD: Büllur bulanıb, Periferik İridotomiya, Arxa sinexiya, İntravitreal silikon, Torlu qişa atrofik, aşağıda Torlu qişanın qopması Lazer spotları, OS: Torlu qişada üst nazalda yırtıq, orlu qişanın subtotal qopması, Torlu qişada membranlar və lazer spotları, Tn OD-22.0mmHg, Tn-210mmHg aşkar edildiyindən ona OU X2, OD: X3: İV Silikon Tamponadası+ Yetişməmiş Katarakta, OS: X11 Qopması” diaqnozunun qoyulduğu və həmin gün Zərərçəkmiş şəxs OS: PPV + MP+ EL + Silikon əməliyyatının icra olunduğu müəyyən edilmişdir. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 22 avqust 2024-cü il tarixli 268- 2024 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, qeyd edilən hadisə zamanı Zərərçəkmiş şəxs “Burun nahiyəsinin deformasiyalı olması, burun sümüyünün qəlpəli yerdəyişən sınığı, sol gözaltı nahiyədə və göz qapaqlarında qaş nahiyəsini əhatə etməklə göyümtül-qırmızı rəngli, qeyri-müəyyən formalı qançır, sağ dirsək oynağının arxabayır səthində 4x3 sm, sağ diz oynağının ön səthində 4x4 sm ölçülərdə, səthləri ətraf dəri səthindən aşağıda yerləşmiş, qırmızımtıl rəngli kövrək qartmaqlarla örtülü sıyrıqlar” xəsarətlərini almış, habelə 22 avqust 2024-cü il tarixdə keçirilmiş təkrar LOR müayinəsi zamanı Zərərçəkmiş şəxs “Cərrahi müdaxilə tələb etməyən, (xx.xx.2024) burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin postravmatik əyriliyi" müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt mexanizmdən, yəni bərk-küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. “Burun sümüyünün qəlpəli yerdəyişən sınığı, sol gözaltı nahiyədə və göz qapaqlarında qaş nahiyəsini əhatə etməklə göyümtül-qırmızı rəngli, qeyri-müəyyən formalı qançır” xəsarətlərinin qərarın təsviri-əsaslandırıəcı hissəsində göstərilən şəraitdə və vəziyyətdə, yəni mübahisə zamanı baş zərbəsinin təsiri nəticəsində əmələ gəlməsi mümkündür, digər xəsarətlər isə yerə yıxılarkən əmələ gələ bilərdi. xx.xx.2024-cü il tarixdə “X17” publik Hüquqi Şəxsində Zərərçəkmiş şəxs baş nahiyəsinin KT müayinəsi zamanı alın sümüyündə sınıq aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı burun nahiyəsindən əlavə Zərərçəkmiş şəxs sol göz nahiyəsində “Sol gözaltı nahiyədə və göz qapaqlarında qaş nahiyəsini əhatə etməklə göyümtül-qırmızı rəngli, qeyri-müəyyən formalı qançır” xəsarəti olmuşdur. Zərərçəkmiş şəxs Lazur MMC - Biovista Hospitalda təyin olunan OU: Proliferativ Ю Diabetik Retinopatiya”. OD: X3: İV Silikon Tompanadası +Yetişməmiş Katarakta, OS: X11 Qopması” diaqnozlu patologiya hazırkı halda travmatik mənşəli deyildir, diaqnozun da tərtibatından görünür ki, qeyd olunan patologiya göz dibinin diabetik mənşəli patologiyasıdır. İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2024cü il tarixli T 603/2024 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, baş vermiş hadisisə nəticəsində Zərərçəkmiş şəxs bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2024-cü il tarixdə yaranmağa uyğun gələn dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “burun nahiyəsinin şişkinliyi ilə müşayiət olunmuş burun sümüklərinin yerdəyişmiş sınıqları, sol gözaltı nahiyənin və göz qapaqlarının qaş nahiyəsini əhatə etmiş qançırı, sağ dirsək və sağ diz oynağının sıyrıqları” xəsarətlərini almışdır. Burun sümüyünün qəlpəli yerdəyişən sınığı, sol gözaltı nahiyədə və göz qapaqlarında qaş nahiyəsini əhatə edən qançır mübahisə zamanı baş zərbəsinin təsiri nəticəsində, digər xəsarətlər isə yerə yıxılarkən əmələ gələ bilərdi. Təqdim edilmiş Zərərçəkmiş şəxs baş nahiyəsinin KT müayinəsinin görüntülərinə ekspert-radioloq tərəfindən baxış keçirilərkən alın sümüyündə sınıq aşkar edilməmişdir. Həmçinin iş materialarına əlavə edilmiş protokollarda Zərərçəkmiş şəxs alın sümüyünün sınması faktının yalnış olması göstərilmişdir. OU: X2”. OD: X3: İV silikon tompanadası +yetişməmiş katarakta, OS: X11 qopması” diaqnozunun Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə aldığı xəsarətlə səbəbli əlaqəsi yoxdur. Belə kı, qeyd edilən patologiya travma mənşəli deyil, uzunmüddətli şəkərli diabet xəstəliyi nəticəsində yaranmışdır. Eləcə də Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə oftalmoloqun müayinəsi zamanı onun gözlərində hansısa kənar təsirin, o cümlədən zərbə səbəbindən yaranan fəsad və ya patologiya aşkar olunmamışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2024-cü il tarixli 288ş/h nömrəli əmrindən edilmiş çıxarışdan müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan baş gizir Təqsirləndirilən şəxs həmin tarixdə təşkilati ştat dəyişikliklərinə müvafiq olaraq DSX-in Baş Qərargahının İnformasiya- Kommunikasiya İdarəsinin telekommunikasiya şöbəsinin baş texniki vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki uşağı vardır. Dövlət Sərhəd Xidmətinin Baş Qərargahının İnformasiya-Kommunikasiya İdarəsinin telekommunikasiya şöbəsinin baş texniki vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdədir, Dövlət Sərhəd Xidmətinin Baş Qərargahı tərəfindən, daimi yaşayış yeri üzrə, həmçinin müvəqqəti yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-nin 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-nin 50.1-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-nin 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-nin 50.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs hazırda hərbi xitmətdə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən islah işləri cəzası əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Azərbaycan Respublikası DSX-nın Baş Qərargahının İnformasiya - Kommunikasiya İdarəsinə həvalə olunmalıdır. Xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı Şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aylıq pul təminatından dövlət nəfinə 10% (on faiz) məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Azərbaycan Respublikası DSX-nın Baş Qərargahının İnformasiya - Kommunikasiya İdarəsinin, xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 120 (yüz iyirmi) manat pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhər 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar