Məhkəmə qərarları › İş №1-1(093)-207/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-207/2023

05.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-207/2023 05.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kələntərli kəndində daimi qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhvetmə taqımının N-ci qrup komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yunisov X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhvetmə taqımının N-ci qrup komandiri vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 8 avqust N3-cü il tarixdə saat 19:45 radələrində bölük üzrə cavabdeh olmaqla vəzifəli şəxs kimi şəxsi heyəti şam yeməyinə aparmış, əsgər yeməkxanasının qarşısında ondan yeməkxanaya daxil olmamaq üçün icazə istəyən tabeliyində olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs yeməkxanaya daxil olmamağa icazə verərək bölüyə getməsini əmr etmiş, onun göstərişini dərhal icra etməyən Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində nalayiq ifadələr işlədərək öz hərbi yay baş geyimi ilə sonuncunun baş nahiyəsinə bir dəfə sərt şəkildə zərbə vurmuş, daha sonra mübahisəni davam etdirərək həmin gün saat N0:10 radələrində bölüyün əsgər yataqxanasının qarşısında Zərərçəkmiş şəxs sinə nahiyəsindən yumruqla itələmiş, ardınca boynunda olan hərbi şərfini çıxarıb sağ əlinə dolayaraq Zərərçəkmiş şəxs sol çənə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabelikdə olan hərbi qulluqçuya qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifəsində göstərdi ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs hərbi hissədə xidmətdə olduğu müddət ərzində tanımış, sonuncu ilə qohumluğu, düşmənçiliyi yoxdur, münasibətləri xidməti xarakter daşımışdır. 8 avqust N3-cü il tarixdə saat 09:00-dan 9 avqust N3-cü il tarixdə saat 09:00dək xidmət etdiyi qərargah bölüyü üzrə cavabdeh təyin edilmiş, 8 avqust N3-cü il tarixdə saat 19:45-də qərargah bölüyünün şəxsi heyətini düzərək şam yeməyinə aparmış, əsgər yeməkxanasının qarşısına çatdıqda bölükdə müddətli həqiqi hərbi xidmət edən əsgər ŞahidN tox olduğuna görə yeməkxanaya daxil olmamaq üçün icazə istəmiş, sonuncuya icazə verərək bölüyə getməsini tapşırmışdır. Ardınca, əsgərlər Şahid1 və Zərərçəkmiş şəxs tox olduqlarını bildirib, yeməkxanaya daxil olmamaq üçün icazə istəmişlər. Onlara da icazə verib, bölüyə getmələrini tapşırmış, daha sonra, əsgər Şahid1 digər bölükdə xidmət edən əsgər tanışına söz dedikdən sonra bölüyə gedəcəyini bildirmiş, bu zaman Zərərçəkmiş şəxs də Şahid1 gözlədiyini, onunla birlikdə bölüyə gedəcəyini demişdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs bölüyə getməsini tapşırmış və yekunda əsəbiləşdiyindən sonuncuya “sən Sultanın aftafa tutanısan?” deyə bildirmişdir. Zərərçəkmiş şəxs isə “elə deyiləm” deyib, gileylənmişdir. Zərərçəkmiş şəxs və Şahid1 yanından təxminən 15-N0 metr uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs çağırmış, qayıdarkən sonuncunun dediyi sözdən pərt olmasını görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs “sənə aftafa tutan deyəndə aftafa tutan olursan?” deyə soruşmuş, sonuncu cavabında “xeyr, olmuram” deyə cavab vermişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs “xətrinə dəydimsə üzrlü hesab elə” demiş və özünün hərbi yay baş geyimi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs geri çevrilərək sağ yumruğu ilə sol əlinin ovucuna yumruq vurub “bura olmayaydı, mülki olaydı gör sənə nə edərdim” deyə bildirmişdir. O, Zərərçəkmiş şəxs “bəlkə birini də mənə vurasan” demişdir. Bunun ardınca Zərərçəkmiş şəxs bölüyə getmiş, o, həmin vaxt Zərərçəkmiş şəxs əlinə hansı səbəbdən yumruq vurması ilə bağlı çağırsa da gəlməmişdir. Həmin gün saat N0:10 radələrində bölüyün heyəti şam yeməyindən qayıtdıqdan sonra onun əmri ilə əsgər yataqxanasının qarşısında düzülmüşdür. Aralarında olan mübahisənin davamı olaraq o, cərgədə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq nə üçün əlinin içinə yumruq vurmasını soruşmuş, bu zaman Zərərçəkmiş şəxs “burda yox, mülkidə olaydı, onda görərdin” demişdir. O, Zərərçəkmiş şəxs “danışma sakit ol, qaşınma” deyə cavab vermiş, sonuncunun bu sözündən artıq əsəbiləşmiş və Zərərçəkmiş şəxs sağ yumruğu ilə itələyərək “çıx sıradan” demişdir. Bu zaman Zərərçəkmiş şəxs “öldürəcəksən məni?” deyə bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs sakit olmağını demiş, mübahisənin daha da qızışdığını görən orada olan əsgərlər onu içəri bölüyə tərəf çəkmişlər. Zərərçəkmiş şəxs “gəl görüm nə edəcəksən” deyə bildirmiş, həmin vaxt hərbi şərfini sağ əlinə dolamış, mübahisə daha da qızışdığından Zərərçəkmiş şəxs yaxınlaşıb, sağ əli ilə Zərərçəkmiş şəxs sol çənə nahiyəsinə yumruqla vurmuş, bu zaman Zərərçəkmiş şəxs zərbənin təsirindən arxaya tərəf getmiş və orada olan əsgərlər onu yıxılmağa qoymamışdır. Ailəlidir, xx.xx.N3-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır, 44 günlük Vətən Müharibəsində iştirak etdiyinə görə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 8 avqust N3-cü il tarixdə saat 19:30 radələrində o, N nörməli hərbi hissənin qərargah bölüyünün komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhvetmə taqımının N-ci qrup komandiri, gizir Təqsirləndirilən şəxs bölük üzrə cavabdeh şəxs kimi bölüyün şəxsi heyətini şam yeməyinə aparması üçün düzülməsini əmr etmiş, Təqsirləndirilən şəxs qərargah bölüyünün şəxsi heyətini əsgər yeməkxanasına doğru aparmış, əsgər yeməkxanasının qarşısına çatdıqda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN Təqsirləndirilən şəxs müraciət edərək tox olduğuna görə yeməkxanaya daxil olmaması üçün icazə istəmiş, Təqsirləndirilən şəxs əsgər ŞahidN icazə verərək, başqa kimin tox olması barədə soruşmuş, həmin vaxt o və əsgər Şahid1 tox olduqlarını deyib, yeməkxaya daxil olmamaq üçün icazə istəmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara da yeməkxanaya daxil olmamaq barədə icazə verərək qərargah bölüyünün əsgər yataqxanasına getmələrini əmr etmişdir. Şahid1 Təqsirləndirilən şəxs tanışı olan əsgər yoldaşına söz demək üçün icazə alıb, sonra bölüyə gedəcəyini bildirmiş, həmin vaxt o, Şahid1 gözləməsi barədə Təqsirləndirilən şəxs icazə almaq üçün müraciət etmiş, bu zaman saat 19:40 radələrində gizir Təqsirləndirilən şəxs icazə istəyərkən sonuncu “sən niyə gözləyirsən, sən Sultanın aftafa tutanısan?” deyə nalayiq ifadə işlətmişdir. O isə cavabında “yoldaş gizir, bu nə danışıqdır mənlə danışırsız” deyə bildirmiş, bunun ardınca, Şahid1lə bölüyə tərəf gəlməyə başlayarkən Təqsirləndirilən şəxs “Sultan, bunun aftafasını ver getsin” deyə bildirmiş, o, yenidən Təqsirləndirilən şəxs “yoldaş gizir, mənimlə niyə belə danışırsız” deyə gileylənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onlara getmələrini əmr etmişdir. Təxminən 15-N0 metr aralaşdıqdan sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış, Şahid1 də onun ardınca Təqsirləndirilən şəxs yanına gəlmişdir. O, Təqsirləndirilən şəxs yanına çatdıqda sonuncu ona “sənə aftafa tutan deməklə aftafa tutan olursan?”deyə bildirmiş və ardınca onun baş nahiyəsinə hərbi yay baş geyimi ilə bir dəfə sərt şəkildə zərbə vurmuşdur. O isə Təqsirləndirilən şəxs bu hərəkətindən əsəbiləşib, geri çevrilərək sağ əli ilə sol ovucuna yumruq vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs “gəl birini də mənə vur” deyə iradını bildirmiş, o isə “yoldaş gizir, gələrsiz bölükdə aydınlaşdırarıq” deyə cavab vermişdir. Bundan sonra o və Şahid1 bölüyə gəlmişlər. Ardınca şəxsi heyət yeməkdən qayıtmış və yenidən bölüyün əsgər yataqxanasının qarşısında düzülmüşlər. Həmin vaxt saat təxminən N0:10 radələrində sırada olarkən Təqsirləndirilən şəxs onun qarşısında dayanmış, aralarında olan narazılığın davamı olaraq ona “səni vuraram, səni qaşıyaram” deyə əsəbi halda bildirmişdir. O isə əsəbindən Təqsirləndirilən şəxs “bura olmayaydı, mülki olaydı, neyniyəcəksən vuracaqsan məni? Gəl vur” deyə söyləmiş, Təqsirləndirilən şəxs həmin vaxt yumruğu ilə onun sinə nahiyəsindən sərt şəkildə itələmiş, orada olan əsgər yoldaşları Təqsirləndirilən şəxs aralaşdırmışdır. Bunun ardınca, Təqsirləndirilən şəxs “Allah haqqı vurmayacam” deyə bildirdiyinə görə, əsgər yoldaşları Təqsirləndirilən şəxs buraxmış, sonuncu ona yaxınlaşan zaman boynunun hərbi şarfını çıxarıb sağ əlinə dolamış və ona çatan kimi hərbi şarfı doladığı sağ yumruğu ilə onun sol çənə nahiyəsindən bir dəfə sərt şəkildə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, huşunu itirirsə də, əsgər yoldaşları onu yıxılmağa qoymamışdır. Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsi nəticəsində xəsarət almasa da, fiziki ağrı hiss etmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, məhkəmədən qanunamüvafiq qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Şahid1 və ŞahidN Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadə verərərk onun föstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ifadəsində göstərmişdir ki, 8 avqust N3-cü il tarixdə saat 19:30 radələrində qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhvetmə taqımının N-ci qrup komandiri, gizir Təqsirləndirilən şəxs bölük üzrə cavabdeh şəxs kimi bölüyün şəxsi heyətini şam yeməyinə aparması üçün düzülməsini əmr etmiş, Təqsirləndirilən şəxs qərargah bölüyünün şəxsi heyətini əsgər yeməkxanasına aparmış, yeməkxananın qarşısına çatdıqda əsgər ŞahidN Təqsirləndirilən şəxs müraciət edərək tox olduğuna görə yeməkxanaya daxil olmaması üçün icazə istəmiş, Təqsirləndirilən şəxs icazə verərək, başqa kimin tox olması barədə soruşmuş, həmin vaxt əsgər Şahid1 və əsgər Zərərçəkmiş şəxs da tox olduğunu deyib, yeməkxanaya daxil olmamaq üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs onlara icazə verərək bölüyə getmələrini bildirmişdir. Bu zaman Şahid1 tanışı olan əsgər yoldaşına söz dedikdən sonra bölüyə gedəcəyini demiş, həmin vaxt Zərərçəkmiş şəxs də Şahid1 gözləyəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sən Sultanın aftafa tutanısan?” deyə irad bildirmiş, Zərərçəkmiş şəxs də cavab olaraq “yoldaş gizir bu nə danışıqdır deyə” gileylənmişdir. Bunun ardınca, Zərərçəkmiş şəxs Şahid1lə bölüyə tərəf getməyə başlayarkən Təqsirləndirilən şəxs sonuncuya “Sultan, bunun aftafasını ver getsin” deyə söyləmişdir. Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs “yoldaş gizir, mənimlə niyə belə danışırsız” deyə gileylənmiş, Təqsirləndirilən şəxs onlara getmələrini əmr etmişdir. Təxminən 15-N0 metr aralaşdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına çağırmış, Şahid1 də onun ardınca Təqsirləndirilən şəxs yanına gəlmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına çatdıqda sonuncu “sənə aftafa tutan deməklə aftafa tutan olursan?” deyə bildirmiş və ardınca Zərərçəkmiş şəxs baş nahiyəsinə hərbi yay baş geyimi ilə bir dəfə sərt şəkildə zərbə endirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bu hərəkətindən əsəbiləşib, geri çevrilərək sağ əli ilə sol ovucuna yumruq vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs “gəl birini də mənə vur” deyə bildirmiş, Zərərçəkmiş şəxs isə “yoldaş gizir, gələrsiz bölükdə aydınlaşdırarıq” deyə cavab vermişdir. Şəxsi heyət yeməkdan qayıtdıqdan sonra yenidən bölüyün əsgər yataqxanasının qarşısında düzülmüşlər. Həmin vaxt saat təxminən N0:10 radələrində sırada olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşısında dayanmış, sonuncu ilə aralarında olan narazılığın davamı olaraq Zərərçəkmiş şəxs “səni vuraram, səni qaşıyaram” deyə əsəbi halda bildirmişdir. Zərərçəkmiş şəxs isə əsəbindən Təqsirləndirilən şəxs “bura olmayaydı, mülki olaydı, neyniyəcəksən vuracaqsan məni? Gəl vur” deyə söyləmişdir. Təqsirləndirilən şəxs həmin vaxt yumruğu ilə Zərərçəkmiş şəxs sinə nahiyəsindən sərt şəkildə itələmiş, orada olan o və əsgər yoldaşları Təqsirləndirilən şəxs aralaşdırmışdır. Bunun ardınca, Təqsirləndirilən şəxs “Allah haqqı vurmayacam” deyə bildirdiyinə görə onu buraxmışlar. Təqsirləndirilən şəxs onlardan aralaşaraq hərbi şərfini sağ əlinə dolamış, Zərərçəkmiş şəxs çatan kimi hərbi şərfi doladığı sağ yumruğu ilə sonuncunun sol çənə nahiyəsindən bir dəfə sərt şəkildə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs huşunu itirirsə də, o və əsgər yoldaşları onu yıxılmağa qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Şahid4 və Şahid5 əsgər Şahid3 ilə eyniməzmunlu ifadələr verərək onun dediklərini mahiyyəti üzrə təsdiq etdilər. İş materiallarında olan “şübhəli şəxs qismində tanımaq və qətimkan tədbiri seçmək haqqında” 19 oktyabr N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır və onun barəsində “başqa yerə getməmək haqqımda iltizam” növündə qətikan tədbiri seçilmişdir.. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” N4 oktyabr N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 təqdim edilmiş 17 avqust N3-cü il tarixli, 11N5 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı xəarət və ya xəsarət izi aşkar olunmadı. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 13 və 137-ci maddələrinə əsasən N nömrəli hərbi hissənin qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhvetmə taqımının N-ci qrup komandiri gizir Təqsirləndirilən şəxs ilə həmin bölüyün komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs arasında 8 avqust N3-cü il tarixdə tabeçilik münasibətləri olmuşdur, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəis hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 191 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Yunisov X6 nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N6 may N3-cü il tarixli 079gm nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhvetmə taqımının N-ci qrup komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Tərtər rayonu) gəlmiş hesab edilmiş, N iyun N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktybar NN-ci il tarixli 301 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs Tuslan oğlu müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən gəldiyinə görə, 3 oktyabr NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş, “əsgər” hərbi rütbəsi verilməklə müvəqqəti müvafiq vəzifəyə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 17 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin qərargah bölüyünün komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri, baş leytenant Tural Güləliyevin hərbi hissə komandirinə ünvanladığı 9 avqust N3-cü il tarixli raportdan görünür ki, 8 avqust N3-cü il tarixdə qərargah bölüyünün qrup komandiri, gizir Təqsirləndirilən şəxs həmin bölüyün komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etmiş və zor tətbiqetmə hərəkətlərinə yol vermişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş NN avqust N3-cü il tarixli 8916 nömrəli arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədə gizir Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə rəsmi nigahdadır və himayəsində bir azyaşlı uşağı var. (X7 xx.xx.N3-cü il təvəllüdlü) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X4 DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən “Əmək və Məşğulluq” altsistemində XN (X3 həyat yoldaşı) xx.xx.N3-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışdan məlum olur ki, həmin hərbi hissənin qərargah bölüyünün mina və əldəqayırma partlayıcıları məhevytmə taqımının N-ci qrup komandiri gizir Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.NN-ci il tarixli N50s nömrəli sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxs, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, ailənin yeganə maddi qazanc gətirəni olmasını, habelə müharibə iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 3N9.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar