Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-208/2023 12.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Qırıxlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin baş orkestrinin musiqçisi vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N sentyabr N3-cü il tarixdə saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda, üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, yalnız N oktyabr N3-cü il tarixdə saat 09:30-da xidmət yerinə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.3cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, o, 30 mart N1-ci il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlamış, N oktyabr N3-cü il tarixdə ordu sıralarından tərxis edilmişdir. Xidmətlə bağlı hər hansı çətinliyi olmamış, bütün təminat növləri ilə təmin edilmişdir. O, xidmətdə olan zaman 19 sentyabr N3-cü il tarixdə saat 18:30-da olan axşam düzülüşündən sonra evinə getmişdir. Ertəsi gün, yəni N sentyabr N3-cü il tarixdə anasının səhhətində problem yaranmış və bu səbəbdən saat 07:30-da olan səhər düzülüşünə getməmişdir. Hərbi hissədən ona orekstr rəisi və müavini zəng etmiş, barəsində raport yazıldığını, araşdırma başlandığını, xidmət yerinə gəlməyəcəyi təqdirdə məsuliyyət daşıdığını bildirmişlər. O, isə hər dəfəsində sabah xidmət yerinə gələcəyini demiş, lakin ailə vəziyyətinə görə xidmət yerinə getməmişdir. O, N oktyabr N3-cü il tarixdə saat 09:30 radələrində xidmət yerinə getmiş və qayıtması ilə bağlı raport yazılaraq həmin gün əmrə salınmışdır. Xidmət yerinə vaxtında gəlməməsinin səbəbi anasının müalicəsi ilə məşğul olması olmuşdur, lakin bu barədə hərbi hissəyə məlumat verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin orkestrinin müavinidir, rütbəsi kapitandır. 2009-cu ildən həmin hərbi hissədə xidmət edir və MAHHXHQ, kiçik çavuş X1 30 mart N1-ci il tarixdən tanıyır, onunla aralarında hər hansı şəxsi ədavət, düşmənçilik və ya qohumluq əlaqələri olmamışdır. Orkestr bölməsinin musiqiçisi MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs 19 sentyabr N3-cü il tarixdə saat 18:30-da olan axşam düzülüşündən sonra evinə getmiş, N sentyabr N3-cü il tarixdə saat 07:30-da səhər düzülüşündə MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs olmamışdır. Düzülüşdən sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, lakin sonuncu zənglərini açmamışdır. Təqsirləndirilən şəxs xidmət yerinə çıxmamasına görə raport yazılmış, əmrə salınmış və araşdırma başlanmışdır. Axşam saatlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq şəxsi işləri ilə bağlı gələ bilmədiyini demiş, sonuncuya xidmət yerinə qayıtmalı olduğu, əks halda məsuliyyət daşıyacağını izah etmişdir. Təqsirləndirilən şəxs hər dəfəsində şəxsi işlərini həll edərək ertəsi gün işə çıxacağını bildirsə də vədinə əməl etməmişdir. N oktyabr N3-cü il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmış və bu barədə raport yazılaraq həmin gün əmrə salınmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə çıxmamasına səbəb olaraq anasının müalicəsi ilə məşğul olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs bu barədə hərbi hissəyə məlumat vermədiyini nəzərinə çatdırmış, anasının xəstəliyi ilə bağlı rəsmi sənəd verməsini tələb etmiş, lakin sonuncu hər hansı sənəd təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs N oktyabr N3-cü il tarixdə Ordu sıralarından ehtiyata tərxis edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, baş çavuş X2 və çavuş Şahid2 eyniməzmunlu ifadələr verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 87 nömrəli əmrindən çıxarışdan görünür ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 33-cü maddəsinin "b" bəndinə, 72-ci maddəsinin "v" bəndinə əsasən N1-ci ilin mart ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq kursunu bitirmiş kiçik çavuş Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş və hərbi hissənin orkestrinin musiqiçisi vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N sentyabr N3cü il tarixli raportdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə çıxmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 261 №-li əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə çıxmadığı üçün bütün təminat növlərindən çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N oktyabr N3cü il tarixli raportdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli 277 №-li əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə qayıtdığı üçün bütün təminat növlərinə daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 291 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə həmin tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının təqdim edilmiş arayışından görünür ki, MAHHXHQ, kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 oktyabr N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 25 oktyabr N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə qəbul edilmiş 24 oktyabr N3-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin başlama vaxtı N sentyabr N3-cü il, bitmə vaxtı isə N oktyabr N3-cü il hesab olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzalarından biri təyin edilməlidir. Ordu sıralarından tərxis edildiyi üçün ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilə bilməz, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Eyni zamanda, törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir. Çünki onun tərətdiyi əməl üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamadır. O artıq tərxis edilmişdir, hərbi xidmətdə deyildir. Beləliklə, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, işin hallarını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alır və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata tərxis edilməsini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs faktiki yaşayış ünvanı üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış ünvanı üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-208/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-208/2023
12.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver