Məhkəmə qərarları › İş №1-1(093)-209/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-209/2025

23.02.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-209/2025 23.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X3 Arif oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx N001-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli subay, əvvəllər məhkum olunmamış, Qazax rayonu Bağanıs Ayrım (Yeni qəsəbə) kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 3-cü mexanikləşdirilmiş taborunun N-ci mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş tağımının N-ci döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən N iyun N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N0 iyun N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız N9 sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu, barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tələblərinə uyğun olaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətindən görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr N0N5-ci il Qərarının təsiri dairəsinə düşdüyünü nəzərə alaraq, barəsində aparılan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında” 19 avqust N0N4-cü il tarixli bağlaşmadan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi qulluq etməyə öhdəlik götürmüşdür. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N8 avqust N0N4-cü il tarixli N68 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N1 avqust N0N4-cü il tarixli 01NNəç nömrəli əmrindən çıxarışa əsasən hərbi hissənin 3-cü mexanikləşdirilmiş taborunun N-ci mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş tağımının N-ci döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsinə təyin edildiyinə görə N8 avqust N0N4-cü il tarixdən vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissənin N-ci mexanikləşdirilmiş bölüyünün komandiri, leytenant Vüsal Dəmirovun N iyun N0N5-ci il tarixli raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyun N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun N0N5-ci il tarixli, 175 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N iyun N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissənin 3-cü mexanikləşdirilmiş taborunun komandiri, kapitan Şahid1 N0 iyun N0N5-ci il tarixli raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs N0 iyun N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N0 iyun N0N5ci il tarixli, 191 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N0 iyun N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissənin N-ci mexanikləşdirilmiş bölüyünün komandiri, kapitan Xəyal Mustafayevin N sentyabr N0N5-ci il tarixli raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N5-ci il tarixli, N76 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissənin N-ci mexanikləşdirilmiş bölüyünün komandiri, kapitan Xəyal Mustafayevin N9 sentyabr N0N5-ci il tarixli raportundan görünür ki, əsgər Təqsirləndirilən şəxs N9 sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N9 sentyabr N0N5-ci il tarixli, N99 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N9 sentyabr N0N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. Cinayət işi materiallarında olan N nömrəli hərbi hissə komandirinin N9 sentyabr N0N5-ci il tarixli N99 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət müddəti başa çatmamış) əsasən ehtiyata buraxılaraq N9 sentyabr N0N5-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılaraq sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə göndərilmişdir. Cinayət işi materiallarında olan tibbi xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmamışdır. Elektron Prokurorluq informasiya sistemindən edilmiş çıxarışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr N0N5-ci il Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın N4-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.N-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olduğu üçün o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr N0N5-ci il Qərarının 5.1-ci bəndində göstərilən şəxslərin dairəsinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1N-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə müdafiə tərəfin vəsatətini müzakirə edərək bu qənaətə gəlir ki, CPM-in 39-cu maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1N, 43.3, 3N1, 346-347, 356 və 358-ci maddələrini, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1N-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar