Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-21/2023 07.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı X7, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi-Cəlilabad rayon Vəkil Bürosunun vəkili X9, müdafiəçi- “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Rusiya Federasiyasının Perm vilayətində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi bina 8 mənzil 14-də daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 342.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 1-ci artilleriya batareyasının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N iyul N2-ci il tarixdə park-təsərrüfat günü planına əsasən saat 08:30-dan saat 13:N-dək komandiri olduğu batareyanın balansında olan 1976-cı il istehsallı, 2A18 (2A18M) B4712 nömrəli N mm-lik D 30 markalı və digər topların hissələrinin, habelə mexanizmlərinin çirkdən təmizlənməsi planını yazaraq məsul icraçı kimi özünü qeyd etmiş, həmin tarixdə saat 08:30 radələrində hərbi hissənin avtomobil parkında 2A18 (2A18M) B4712 nömrəli N mm-lik D 30 markalı topun heyət nəfəri olan müddətli həqiqi hərbi qulluqçusu - əsgər Şahid3 və baş tuşlayıcı Şahid4 digər topların, həmin batareyanın 2-ci taqımının 2-ci topunun heyət nəfəri əsgər X3 isə 2A18 (2A18M) B4712 nömrəli N mm-lik D 30 markalı topun təmizlənməsinə ayırmış, topların təmizlənməsini rəhbərliyi altında təşkil etməli olduğu halda, öz xidməti borcuna laqeyd yanaşıb xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, şəxsi heyəti təhlükəsizlik tədbirləri üzrə təlimatla təmin etmədən (təlimatlandırmadan) və onların yerinə yetirilməsinə nəzarət etmədən avtomobil parkında yerləşən saxlanc yerinə getmiş, Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 122-ci bəndinin “şəxsi heyətin məşğələlər vaxtı texnika və silahlarla işləyəndə təhlükəsizlik tədbirlərinə riayət etmələrinə diqqət yetirmək”, "Raket-artilleriya silahlarının istismarına dair Əsasnamə"nin 137-ci maddəsinə edilmiş 13 nömrəli əlavəyə əsasən ”Həvalə edilmiş raket-artilleriya silahlarının düzgün istismarını təhlükəsizlik tədbirlərinin tələblərinə riayət etməklə təmin etmək”, habelə “N mm-lik D-30 (2A18) haubitsası Texniki təsvir və istismarı üzrə təlimat” adlı dərsliyin 10.2.1 və 15.6 bəndlərinin “Haubitsanı yürüş vəziyyətindən döyüş vəziyyətinə və əksinə keçirmək üçün bütün əməliyyatları müəyyən edilmiş ardıcıllıqla yerinə yetirmək lazımdır” kimi tələblərini kobud surətdə pozaraq, həmin tarixdə saat 10:N-də 2A18 (2A18M) B4712 nömrəli N mm-lik D 30 markalı topun təmizlənməsi işi rəhbərliyi altında aparılmalı olduğu halda, topun səfər vəziyyətindən döyüş vəziyyətinə keçirilməsini topun istismar təlimatının tələblərinə uyğun və ardıcıllıqla aparılmasını təşkil etmədiyinə görə Nurlan Ağamalıyev topun lüləsini qaldırma mexanizmi vasitəsi ilə qaldırarkən və topun qundaq qolları yarı hissədə açıldıqdan sonra təkərlərin qaldırma mexanizmini hərəkət etdirərkən topun təkərləri yerə birləşik vəziyyətdə olduğundan, həmçinin qundaqları tam açılmadığından topun ön hissəsinin topun lüləsinin ağırlığına tab gətirməyərək arxaya doğru aşması və Nurlan Ağamalıyevin topun xəzinə hissəsinin altında qalaraq sıxılması nəticəsində ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «bədənin müştərək küt travması, onurğa sütununun İİ, İİİ boyun fəqərələri arasından keçən tam sınığı, onurğa beyninin zədələnməsi, döş qəfəsinin qapalı küt travması, sağ ağciyərin deşilmiş yarası, sağ 8-ci qabırğanın basılmış sınığı, sağ parametral nahiyənin hematoması, qida borusunun yuxarı 1/3-nin hematoması, qapalı kəllə-beyin travması, baş beyinə və beyinciyə qansızma, bədənin çoxsaylı sıyrılmış yaraları, sıyrıqları və qançırları» diaqnozu ilə müşayiət olunan xəsarətlər almaqla ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin342.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, 29 iyun-01 iyul N2-ci il tarixlərdə ilk dəfə olaraq artilleriya divizionunun “PUR 2” poliqonunda döyüş atışlarının taktiki təlimi keçirilmiş, o, komandiri olduğu batareyanın şəxsi heyəti və texnikası ilə birlikdə atışlarda iştirak etmişdir. Batareyaya təhkim olunmuş 4 ədəd top atışlarda istifadə olunmuş, onlarda hər hansı bir nasazlıq aşkar edilməmşdir. 01 iyul N2-ci il tarixdə 2A18 (2A18M) B4712 nömrəli D 30 markalı top üzrə baş tuşlayıcı Şahid4 və top komandiri əsgər Ayxan Quliyev iştirak edərək mərmi atışlarını icra edib 2 ədəd mərmi atmış, atış zamanı 2A18 (2A18M) B4712 nömrəli D 30 markalı topda nasazlıq aşkar olunmamışdır. 01 iyul N2-ci il tarixdə saat 19 radələrində atışlar başa çatmış və saat N radələrində şəxsi heyətlə birlikdə N nömrəli hərbi hissənin avtomobil parkına daxil olmuş, avtomobil parkı bağlı olduğundan diviziona təhkim olunmuş 11 ədəd top, o cümlədən 1-ci batareyaya təhkim olunmuş 4 ədəd top diviziona aid boksların qarşısında düzülmüş və onların mühafizəsi təşkil olunmuşdur. N iyul N2-ci il tarixdə səhər saat 06 radələrində divizon üzrə günün nizam qaydalarına əsasən komandiri olduğu 1-ci batareyanın park-təsərrüfat gününün keçirilməsi plan dəftərində N iyul N2-ci il tarixdə saat 08:30-dan saat 13:N-dək (2A18M) B4712 nömrəli D 30 markalı topun hissələrinin və mexanizmlərinin çirkdən təmizlənməsi planını yazmış, məsul icraçı kimi özünü qeyd etmişdir. Daxili Xidmət Nizamnaməsinin 122-ci maddəsinə əsasən şəxsi heyətin məşğələlər vaxtı texnika və silahlarla işləyərkən təhlükəsizlik tədbirlərinə riayət etmələrinə diqqət yetirməsi onun vəzifəsi olmuşdur. Nizamnaməyə uyğun olaraq batareya komandiri kimi bütün bu işlərə nəzarət etməli olmuşdur. N iyul N2-ci il tarixdə saat 07 radələrində divizion komandirinin vəzifələrini icra edən, kapitan Zəfər İbrahimov divizionun zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını düzərək gündəlik tapşırıqlarını vermiş və bir qism hərbi qulluqçunu hərbi hissənin avtomobil parkının qarşısında olan topların təmizlənməsinə ayırmalarını bildirmişdir. N iyul N2-ci il tarixdə saat 08 radələrində atəş dəstək qrup komandiri, leytenant Rauf Süleymanov 1-ci batareyanın şəxsi heyətini avtomobil parkında olan boksun qarşısına aparmış, o, yarım saat sonra özü də oraya getmişdir. 2A18 (2A18M) B4712 nömrəli D30 markalı topun heyətindən olan əsgərlər: Şahid3 və Şahid4 onun göstərişinə əsasən batareyanın digər topunun təmizliyi ilə məşğul olmuşlar. X15 Təlim və Tədris Mərkəzində ezamiyyətdə, top komandiri əsgər Ayxan Quliyev batareyada bölük növbətçisi naryadında olmuş, nəticədə 2A18 (2A18M) B4712 nömrəli D 30 markalı topun təmizlənməsinə yalnız Nurlan Ağamalıyevi ayırmışdır. Topların təmizlənməsi ilə yalnız əsgərlər məşğul olmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından heç kim orada olmamış, divizion üzrə yalnız iki zabit, yəni o və baş leytenant Elşən Səmədov avtomobil parkında olmuşlar. Hər ikisi avtomobil boksunun içərisində olduqları üçün birbaşa topların təmizlənməsinə nəzarət etməmiş və hərbi hissənin boksa daxil olub ümumi diviziona aid 1 ədəd qoşqunun içərisindəki PS güllələri və digər sursatları hər batareyadan 4 nəfər olmaqla 12 nəfər əsgərin köməkliyi ilə yerə düzərək təxminən 2 saat ərzində saymış, bir neçə dəfə boksdan parka çıxaraq topların təmizlənməsinə baxmış və daha sonra boksa daxil olmuşdur. Daha əvvəl və sonra 2A18 (2A18M) B4712 nömrəli D 30 markalı topun hansı vəziyyətdə olmasına diqqət etməmişdir. Həmin tarixdə saat 10:N radələrində o, boksda olarkən qışqırıq səsi gəlmiş, çölə çıxdıqda 2A18 (2A18M) B4712 nömrəli D 30 markalı topun ətrafına çox sayda əsgərlərin yığışdığını və topun aşdığını görmüş, oraya yaxınlaşdıqda artıq 2-ci batareyanın əsgəri Şahid1 X13i kənara çəkmiş, X8 burun və ağız nahiyəsindən qan axmış və sifətinin sağ tərəfində xəsarət olmuşdur. X13 Müdafiə Nazirliyinin Hərbi Hospitalına təxliyyə edilsə də, daha sonra aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. O, təmizlənmə işinə rəhbərlik etsə də, şəxsi heyətə nəzarət etmədiyindən və onları təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırmadığından məsuliyyətə cəlb olunacağını bildiyi üçün hadisədən sonra məsuliyyətdən azad olunmaq niyyəti ilə batareyada xidmət edən əsgərlərə təhlükəsizlik kağızlarına imza etdirmiş, bir topun təmizlənməsində ən azı 4-5 nəfər iştirak etməli olduğu halda, o digər toplarda heyət çatışmamazlığı olduğundan 4-cü topun heyət nəfərlərini başqa topların təmizlənməsinə ayırmış, nəticədə X13 2A18 (2A18M) B4712 nömrəli D 30 markalı 4-cü topun təmizləməsində tək iştirak etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ifadə verib göstərdi ki, oğlu Nurlan Ağamalıyev 09 oktyabr N03-cü il tarixdə anadan olmuş, uşaqlıqdan sağlam böyümüş, hər hansı psixi problemi olmamış, tərbiyəli, zəhmətkeş və sakit təbiətli olmuş, ailəsi üçün heç vaxt problem yaratmamış, heç kimlə münaqişəsi olmamışdır. 12 yanvar N2-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, gənc əsgər kursunu N nömrəli hərbi hissədə bitirmiş, N2-ci ilin mart ayının sonlarından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmişdir. O, Nurlan Ağamalıyev N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə bir neçə dəfə yanına getmiş və dəfələrlə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Nurlan Ağamalıyev ona xidmətlə bağlı hər hansı çətinliyinin olmadığını demiş, xidmət yerindən narazılıq etməmişdir. N iyul N2-ci il tarixdə saat 13 radələrində qardaşı Rövşən Ağamalıyev zəng edərək Müdafiə Nazirliyinin hospitalında olduğunu və Nurlan Ağamalıyevin bədbəxt hadisə nəticəsində vəfat etdiyini bildirmişdir. Həmin tarixdə axşam saatlarında Nurlan Ağamalıyevin meyiti Cəlilabad rayonuna gətirilərək dəfn edilmişdir. Təqsirləndirilən şəxs dəfn mərasimində iştirak etməyib. Cəzalandırılmasını məhkəmədən xahiş edir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, 01 iyul N2-ci il tarixdə səhər saatlarında xidmət etdiyi batareyaya məxsus N mm-lik D-30 haubitsa toplarının atış təlimində iştirak edərək həmin gün axşam saatlarında hərbi hissəyə qayıtdıqdan sonra toplar çirklənmiş vəziyyətdə olmuşdur. N iyul N2-ci il tarixdə saat 07 radələrində N nömrəli hərbi hissənin artilleriya divizionunun komandiri vəzifəsini icra edən divizionun qərargah rəisi, kapitan Zəfər İbrahimov həmin divizionun 1-ci batareyasının komandiri, baş leytenant Təqsirləndirilən şəxs park təsərrüfat günü olduğu üçün əsgərləri görüləcək işlərə müvafiq qaydada ayırmasını, topların təmizlənməsi üçün də əsgər ayırmasını tapşırmışdır. Təqsirləndirilən şəxs hərbi hissənin avtomobil parkında əsgərləri düzərək batareyada olan dörd sayda topun hər biri üçün həmin topun heyət nəfərlərini ayırmış, lakin batareyanın 2ci taqımının 2-ci topuna həmin topun heyət nəfəri olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X3 ayırmış və topları təmizləmələrini tapşırmışdır. O, 1-ci batareyanın 1ci taqımının 1-ci topunun təmizlənməsinə köməklik etdiyi zaman X13 ondan topu təmizləməsi üçün su gətirməsini xahiş etmiş, buna görə də o, saat N radələrində hərbi hissənin avtomobil parkının yaxınlığında yerləşən su kranından vedrə ilə su gətirərək Nurlan Ağamalıyevə vermişdir. X13 təmizlədiyi topu tamamilə döyüşə vəziyyətinə gətirmədən, yəni topun qundaq qollarını tam açmadan topun lüləsini tam şəkildə qaldıraraq 70 dərəcəyə çatdırmışdır. X14 verdikdən sonra əvvəl təmizlədiyi topa tərəf getmiş və ora yaxınlaşana yaxın gurultu səsi eşitmişdir. Geriyə çönüb baxdıqda 2-ci taqımın 2-ci topunun öz yatağı üzərinə aşdığını görüb cəld şəkildə həmin topun yanına yaxınlaşmışdır. X8 qolunun topun hava balonunun tənzimləyici mexanizminin arxasında qalaraq pərçimləndiyini, başının isə topun çaxmağı yerləşən hissəyə söykənmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin an əsgər Şahid1 Nurlan Ağamalıyevi topun yanından kənara tərəf çəkmiş və bundan sonra X13i hospitala aparmışlar. Hadisə baş verən zaman, N iyul N2-ci il tarixdə saat N radələrində X2 yanında heç kim olmamış, batareyanın toplarının təmizlənməsi üçün baş leytenant Təqsirləndirilən şəxs batareyanın 2-ci taqımının 2-ci topuna yalnız həmin topun heyət nəfəri olan X13i ayırmışdır. N mmlik D-30 haubitsa topu bir neçə nəfərin köməyi ilə döyüşə və səfərə vəziyyətinə gətirilməli olmuş, 2-ci taqımın 2-ci topunun komandiri əsgər Ayxan Quliyev batareya növbətçisi olmasına baxmayaraq, baş leytenant Təqsirləndirilən şəxs tərəfindən Ayxan Quliyevi əvəz edəcək hər hansı şəxs müəyyən edilməmişdir. X13 bütün addımları nəzarətsiz şəkildə atmışdır. N iyul N2-ci il tarixdə topların təmizlənməsi üçün əsgərlər bölüşdürülməzdən əvvəl batareya komandiri baş leytenant Təqsirləndirilən şəxs tərəfindən təhlükəsizlik tədbirləri çatdırılmalı olduğu halda Təqsirləndirilən şəxs bu tələbə riayət etməmişdir. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs tələbi ilə təhlükəsizlik tədbirləri ilə tanış edilməyə dair qeydiyyat aparılan kitabda müvafiq xanalara batareyanın digər əsgərləri ilə yanaşı onun tərəfindən imza icra olunmuşdur. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, 29 iyun-01 iyul N2-ci il tarixlərdə N nörməli hərbi hissə komandirinin müvafiq əmri ilə ilk dəfə olaraq xidmət etdiyi artilleriya divizionunun şəxsi heyəti Silahlı Qüvvələrin Təlim Mərkəzinin taktiki təlim meydanında hərbi hissənin balansında olan N mm D-30 toplarından sınaq atışlarının keçirilməsinə cəlb edilmiş, ümumilikdə divizionun balansında 12 ədəd N mm çaplı D-30 markalı top olmuş, divizionun 1, 2 və 3-cü batareyalarının hər birinə ümumilikdə 4 ədəd top təhkim edilmişdir. Atış zamanı toplarda, həmçinin heyət nəfəri olduğu B4712 zavod nömrəli N mm qaubitsa D-30 2A18 topunda hər hansı nasazlıq müəyyən edilməmişdir. Növbəti gün, N iyul N2-ci il tarixdə hərbi hissədə park təsərrüfat günü olduğundan həmin gün səhər yeməyindən sonra hərbi hissənin qərargah rəisi, mayor Samir Nəcəfov bütün şəxsi heyətin hərbi hissənin sıra meydanında səhər düzülüşünə gəlməsi ilə bağlı göstəriş vermişdir. Düzülüş zamanı Samir Nəcəfov rəis və komandirlərə gün ərzində icra edilməli olan işlərlə bağlı müəyyən tapşırıqlar vermişdir. Samir Nəcəfov tərəfindən bölmə komandirlərinə tapşırıqlar verildikdən sonra bölmə komandirləri şəxsi heyəti təyin olunmuş yerlərə apararaq göstərişlərini verməyə başlamışdır. Xidmət ediyi haubitsalı artilleriya divizionunun qərargah rəisi, kapitan Zəfər İbrahimov saat 08 radələrində haubitsalı divizionun tərkibində olan hər üç batareyaya və idarəetmə taqımına həm yataqxanaların, həm də batareyalara aid topların təmizlənməsi və görülmüş işlər barədə həmin gün saat 12:00-dək məruzə olunması barədə göstəriş vermişdir. O, topların təmizlənməsinə ayrıldığından avtomobil parkına getmişdir. Bir müddət sonra, təxminən saat 09:30 radələrində topları qoşqulardan ayırmışlar. Batareya komandiri Təqsirləndirilən şəxs onu və Şahid4 heyəti olduqları topa yox, digər topların təmizlənməsinə köməklik etmələrini tapşırmışdır. Buna görə də onlar köməkli şəkildə öz batareyalarına aid olan digər topları təmizləməyə başlamışlar. O, Şahid4, Elvin Hüseynov və adlarını xatırlamadığı digər əsgərlər birlikdə batareyaya aid olan toplardan birini itələməklə 60-70 metr aralıda olan avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş yerə aparmış, həmin topu şlanq vasitəsi ilə təzyiq altında yuduqdan sonra eyni qaydada topların təmizləndiyi yerə qaytarmışlar. Topu təmizləyərkən avtomobil parkına gələn Zəfər İbrahimov hər batareyadan 4 nəfər, ümumilikdə 12 nəfər əsgərin ayrılaraq bir gün öncə toplardan icra edilmiş atış zamanı istifadə edilmiş mərmilərin gilizlərinin raket artilleriya silahları anbarına təhvil verməli olduqlarını bildirmişdir. Hər batareyadan 4 nəfər əsgər könüllü şəkildə gilizlərin aparılması ilə məşğul olmuşdur. Şahid4 da həmin əsgərlərlə birlikdə getmiş, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs və bir neçə digər əsgər yaxınlıqda olan boksda avtomat silahlarına aid patronların sayılması ilə məşğul olmuşdur. Anidən səs eşitmiş və arxaya döndükdə ən arxa sırada, avtomobil parkının çıxışına yaxın hissədə olan topun arxası üstə aşdığını görmüşdür. Ətrafda olan hərbi qulluqçular topun yanına qaçmış, Nurlan Ağamalıyevin topun altında huşsuz vəziyyətdə olmasını, ağzının qırağından qan gəlməsini müşahidə etmişdir. Hadisə baş verən zaman, N iyul N2-ci il tarixdə saat N radələrində X2 yanında heç kim olmamış, batareyanın toplarının təmizlənməsi üçün baş leytenant Təqsirləndirilən şəxs batareyanın 2-ci taqımının 2-ci topuna yalnız həmin topun heyət nəfəri olan X13i ayırmışdır. N mm-lik D-30 haubitsa topu bir neçə nəfərin köməyi ilə döyüşə və səfərə vəziyyətinə gətirilməli olmuş, 2-ci taqımın 2-ci topunun komandiri əsgər Ayxan Quliyev batareya növbətçisi olmasına baxmayaraq, baş leytenant Təqsirləndirilən şəxs tərəfindən Ayxan Quliyevi əvəz edəcək hər hansı şəxs müəyyən edilməmiş və X13 bütün hərəkətləri nəzarətsiz şəkildə atmışdır. N iyul N2-ci il tarixdə topların təmizlənməsi üçün əsgərlər bölüşdürülməzdən əvvəl batareya komandiri baş leytenant Təqsirləndirilən şəxs tərəfindən təhlükəsizlik tədbirləri çatdırılmalı olduğu halda Təqsirləndirilən şəxs bu tələbə riayət etməmiş və hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs tələbi ilə təhlükəsizlik tədbirləri ilə tanış edilməyə dair qeydiyyat aparılan kitabda müvafiq xanalara batareyanın digər əsgərləri ilə yanaşı onun tərəfindən imza icra olunmuşdur. Şahid N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şahid1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, N iyul N2-ci il tarixdə artilleriya divizonunun şəxsi heyəti ilə səhər yeməyindən çıxdıqdan sonra hərbi hissənin düzülüş yerinə getmişdir. Zabit heyətinin düzülüşü bitdikdən sonra artilleriya divizionunun qarşısında düzülmüşlər. Artilleriya divizionunun qərargah rəisinin müavini Zəfər İbrahimov şəxsi heyətin batareya komandirlərinin sərəncamında olduğunu bildirdikdən sonra 2-ci batareyanın 2-ci taqımının komandiri, baş leytenant Elşən Səmədov 2-ci batareyanın şəxsi heyətini təmizlik üçün ayırmış, baş leytenant Elşən Səmədov onu top təmizləmək üçün ayırdıqdan sonra onunla birlikdə top təmizləmək üçün ayrılmış 2-ci batareyanın əsgərləri: Şahverdi Şahverdiyev, Heydər Ağayev, Vüqar Qasımov 2-ci batareyaya aid olan 2-ci topu təmizləmək üçün avtomobil parkında toplar olan əraziyə getmişdir. Topları təmizləyərkən 1-ci batareyanın top təmizləmək üçün ayrılmış əsgərləri də onlarla eyni ərazidə olmuşlar. Topları təmizləməyə başladıqdan təxminən bir saat sonra yorulduğu üçün avtomobil parkında olan “boks”un qapısının kənarında oturan zaman 1-ci batareyanın əsgəri X2 təkcə topu təmizlədiyini və topu döyüş vəziyyətinə gətirmədən, yəni topun qundaq qollarını tam açmadan lüləsini tam şəkildə 70 dərəcəyə qaldırdığını görmüşdür. Bundan bir neçə dəqiqə sonra yerindən durub təmizlədiyi topa doğru gedərkən möhkəm səs eşitmiş və tez geri dönərək səs gələn tərəfə baxmışdır. X8 təmizlədiyi topun aşmış vəziyyətdə olduğunu gördükdə, “top aşdı” deyə qışqıraraq tez topa tərəf qaçmış, topun yanına çatdıqda X13i aşmış olan topun altında uzanıqlı vəziyyətdə olduğunu və burnundan qan gəldiyini görüb “tez tibb xidmətinə xəbər verin” demişdir. O, topun altında uzanıqlı vəziyyətdə olan X13i topun altından çıxarmaq üçün əyilərək iki əli ilə bel nahiyəsindən tutub özünə tərəf yavaşca çəkmiş, lakin Nurlan Ağamalıyevin əlinin topun hava balonunun təmizləyici mexanizminin altında qaldığını görüb Nurlan Ağamalıyevin əlini topun hava balonunun təmizləyici mexanizminin altından çıxardıqdan sonra bədənini topun altından kənara çıxarmışdır. Nurlan Ağamalıyevin ağız nahiyəsinə qan yığıldığını, çox çətinliklə nəfəs aldığını hiss etdikdə ağız nahiyəsinə dolmuş qan səbəbi ilə rahat nəfəs ala bilmədiyini düşündüyündən Nurlan Ağamalıyevin başını sağ tərəfə çevirmiş və ağız nahiyəsinə yığılmış qan yerə tökülmüşdür. Kənarda olan əsgərlərdən bir nəfər su gətirmiş və o, Nurlan Ağamalıyevin üz nahiyəsinin qanını təmizləmişdir. N nömrəli hərbi hissənin tibb xidmət rəisi, mayor Nağı Əliyev gəldikdən sonra tez Nurlan Ağamalıyevin hospitala aparılmalı olduğunu bildirmiş, bundan sonra o və sanitar həkim Nurlan Ağamalıyevi xərəyə qoyaraq tibb maşınına yerləşdirdikdən sonra Nurlan Ağamalıyevi hospitala aparmışlar. 1-ci batareyaya təhkim olunmuş topların təmizlənməsi zamanı cavabdeh şəxs və nəzarət edən şəxs 1-ci batareyanın komandiri, baş leytenant Təqsirləndirilən şəxs olmuş, N iyul N2-ci il tarixdə saat N radələrində N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batereyasının komandiri, baş leytenant Təqsirləndirilən şəxs həmin ərazidə görməmiş və harada olması ilə bağlı məlumatı olmamış, hadisə baş verən gün 2-ci taqımın 2-ci topunun komandiri əsgər Ayxan Quliyev batareya növbətçisi olmasına baxmayaraq, baş leytenant Təqsirləndirilən şəxs tərəfindən Ayxan Quliyevi əvəz edəcək hər hansı şəxs müəyyən edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının N iyul N2-ci il tarixli 15 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onurğanın 2-3-cü boyun fəqərələri arasından keçən tam sınığı, onurğa beyin zədələnməsi, sağ ağ ciyərin deşilmiş yarası, sağ 8-ci qabırğanın basılmış sınığı, baş beyinə və beyinciyə qansızma, sağ gicgah əzələsinə qansızma, sağ böyrək ətrafı (paranefral) hematoma, qida borusunun hematoması, bədənin çoxsaylı sıyrılmış yarası, sıyrıq və qançırlarından başqa digər hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Qeyd edilən xəsarətlər həyati olub, bərk küt əşyaların çoxsaylı təsirindən (təsirlərindən) törənmişlər, ölümlə nəticələnmişlər, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, qeyd edilən tarixdə (xx.xx.N2) və şəraitdə əmələ gəlmələri inkar edilmir. İlkin meyit əlamətlərinin inkişaf dinamikasına əsasən N.E.Ağamalıyevin ölümü meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermiş və ölümə bilavasitə səbəb onun almış olduğu onurğa beyin zədələnməsi ilə nəticələnmiş onurğa sütununun 2-3-cü onurğa fəqərələri arasından keçən tam sınığı olmuşdur. Kompleks məhkəmə tibbi-bioloji və məhkəmə tibbi-kriminalistik ekspertizasının 07 iyul N2-ci il tarixli 31/tkb-34mtb saylı rəyindən aydın olur ki, X2 ABO sistemi üzrə qan qrupu A (ll)-dir. Təqdim edilmiş bir ədəd alt köynəyi, bir ədəd şalvar və hadisə yerindən götürülmüş nümunələr üzərində insan qanı aşkar edilmiş, həmin qanın qrup mənsubiyyəti tədqiq edildikdə yalnız “A” antigeni alınmış, qeyd edilən qan ləkələri ABO sistemi üzrə A(ll) qruplu şəxsə, o cümlədən bu qrupdan olan X4 məxsus ola bilər. Təqdim edilmiş X4 məxsus alt köynəyinin yaxalığının ön səthinin orta hissəsindən başlayaraq, köynəyin yuxarı hissəsindən və sağ qolun dairəvi tikişindən keçərək, sol yan tikişin orta hissəsində qurtaran sökülmüş zədə və köynəyin ön səthinin sol yarısının orta hissəsində çoxsaylı cırılmış zədələr vardır. Bu zədələr küt yaranma mexanizminə malikdirlər, paltarın həmin nahiyəsinin dartılması və ya ilişib-dartılması nəticəsində törənmişdirlər, müxtəlif şəraitlərdə, o cümlədən göstərilən şəraitdə törənə bilərlər. Təqdim edilmiş alt köynəyin ön səthinin sol yuxarı hissəsi və hər iki qolunun üzərində olan ləkələr, şalvarın sağ ayağının ön səthinin orta hissəsində və sağ ayağının arxa səthinin yuxarı və orta hissəsində, sol ayağının arxa səthinin orta hissəsində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik və az dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Təqdim edilmiş hadisə yerindən götürülmüş sərt maddə hissəcikləri və dörd ədəd daşın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 sentyabr N2-ci il tarixli 10/43xxxx/4425 saylı rəyindən məlum olur ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil parkının ərazisində N mm-lik D-30 topunun təmizlənməsi zamanı haubitsanın səfər vəziyyətindən döyüş vəziyyətinə keçirilməsinin topun istismar təlimatının tələblərinə uyğun və ardıcıllıqla aparılmaması topun aşmasına gətirib çıxarmış və baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 122 bəndinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N mm Qaubitsa D-30 (2A18) Texniki təsvir və istismar üzrə təlimat” adlı dərsliyin 5.2, 10.2.1, 15.6 bəndlərinin tələbləri pozulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil parkının ərazisində N mm-lik D- 30 topunun təmizlənməsi işinin zabit və çavuşların rəhbərliyi altında aparılması təşkil olunmaqla haubitsanın səfər vəziyyətindən döyüş vəziyyətinə keçirilməsini topun istismar təlimatının tələblərinə uyğun və ardıcıllıqla aparılmasını təşkil etmədiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 122 bəndinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N mm Qaubitsa D-30 (2A18) Texniki təsvir və istismar üzrə təlimat” adlı dərsliyin 10.2.1, 15.6 bəndlərinin tələbləri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 1-ci batareyasının komandiri, baş leytenant Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Müdafiə Nazirliyinin Maddi-texniki Baş İdarəsinin Silah və Texnika İdarəsindən daxil olmuş N nömrəli hərbi hissədə istismarda olan B4712 zavod nömrəli N mm-lik D-30 haubitsasının N iyul N2-ci il tarixdə aşması faktı üzrə mütəxəssis rəyindən görünür ki, N mm-lik D-30 haubitsasının texniki qulluğu (təmizlənməsi) işlərinin yerinə yetirilməsi həvalə edilmiş (tapşırılmış) zabitlər tərəfindən N mm-lik D-30 (2A18) haubitsası “Texniki təsvir və istismarı üzrə təlimat”ın (l hissə bölmə 5.2; 10.1; 10.2; 10.2.1; 11.2 və 14.1), “Raketartilleriya silahlarının istismarına dair Əsasnamə”nin (maddə 137, əlavə 13) və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin (bölmə 122) tələblərinə düzgün riayət edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının park-təsərrüfat günün keçirilməsi planı dəftəri”nin surətindən aydın olur ki, 1-ci batareya komandiri baş leytenant Təqsirləndirilən şəxs 01-N iyul N2-ci il tarixli artilleriya divizionunun 1-ci batareyasının şəxsi heyəti ilə keçiriləcək parktəsərrüfat gününün planına əsasən N iyul N2-ci il tarixdə saat 08:30-dan saat 13:N-dək topların hissə və mexanizmlərinin təmizlənməsini göstərmiş və məsul icraçı kimi özünü qeyd etmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş aktdan məlum olur ki, N iyul N2-ci il tarixdə park-təsərrüfat günündə artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 2ci topunun təmizlənməsinə siyahı üzrə əsgərlər: baş tuşlayıcı əsgər Şahid4, heyət nəfərləri əsgərlər: X6 və Şahid3 Qədir oğlu ayrılmışlar. N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 91 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 03 mart N2-ci il tarixli 07 nömrəli sərəncamına əsasən gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığın keçən əsgər X6 N mart N2-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 2-ci topunun heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 198 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 2-ci topunun heyət nəfəri əsgər X6 N iyul N2-ci il tarixdə saat 10:30 radələrində hərbi hissənin avtomobil parkında D-30 markalı topu təmizləyərkən topun aşması nəticəsində aldığı xəsarətlərdən dərhal Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmiş və orada baş beyin əzilməsi, açıq kəllə beyin travması diaqnozu ilə vəfat etdiyindən hərbi hissənin bütün növ təminatlarından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N may N2-ci il tarixli 142 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli 012 nömrəli əmri ilə N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş 15 noyabr N2-ci il tarixli 13345 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsinə tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, himayəsində 1 (bir) azyaşlı uşağın olması, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunması, eləcə də 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 342.1-1-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü gündən hesablanmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltazam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə aparılan məhkəmə xərci 100 (yüz) manat təqdsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “PRO BONO” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut -Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində saxlanılan, mərhum X4 məxsus 01 (bir) ədəd qısaqol köynək, 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd alt tumanı, 04 (dörd) ədəd parça hissəsi və hadisə yerindən götürülmüş nümünələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N03cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N06-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 342.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsinə qeydiyyata düşdüyü gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci olan 100 (yüz)) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi1 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat “PRO BONO” Vəkil Bürosu vasitəsi ilə ödənilsin. Maddi sübut kimi tanınmış: • Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində saxlanılan, mərhum X4 məxsus 01 (bir) ədəd qısaqol köynək, 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd alt tumanı, 04 (dörd) ədəd parça hissəsi və hadisə yerindən götürülmüş nümünələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt apellyasiya məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-21/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-21/2023
07.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver