Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-21/2024 11.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə polkovniki X1, müdafiəçi- «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi Qurbanəli oğlunun və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Bakı Hərbi Məhkəməsinin N6 iyul N0N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 01 noyabr N0N3cü il tarixli qərarı ilə təyin hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, N00 (iki yüz) manat məbləğində cərimə cəzası ilə əvəz edilmiş, cəzası ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində dislokasiya olunmuş 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi baş əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.N0N3-cü il tarixdə saat 07:00-da faktiki yaşadığı ünvan 3 ünvanından xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.N0N3-cü il tarixdə saat 07:00-də xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının sabiq tuşlayıcısı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu- baş əsgər hərbi rütbəsində xidmət edərkən, xx.xx.N0N3-cü il tarixdə saat 07:00-da yaşadığı ünvandan çıxaraq xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, xx.xx.N0N3-cü il tarixdə 07:00-da xidmət yerinə gəlmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyü Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində dislokasiya olunmuşdur. Yaşadığı ünvan 3 ünvanından həmin əraziyə gedib-gəlmək baha başa gəldiyindən, eləcə də, ailə problemlərinin olması səbəbindən də, o xidmət yerinə gəlməyə çətinlik çəkirmişdir. Xidmət yerinə vaxtında gəlmədiyi müddət ərzində bölük komandiri baş leytenant Şahid1 dəfələrlə onun şəxsi istifadəsində olan mobil nömrəyə zəng edərək xidmət yerinə gəlməməyinin səbəbini soruşduqda o, müxtəlif bəhanələr gətirərək xidmət yerinə gəlməmişdir. Müqavilə müddətinin 14 iyul N0N3-cü il tarixdə başa çatmasına görə 1N avqust N0N3-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə ehtiyata buraxılmışdır. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N iyul N0N3-cü il tarixdə saat 07:00-da səhər düzülüşü zamanı Bakı şəhəri Müşfiq qəsəbəsi ərazisində dislokasiya olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün şəxsi heyətinin siyahı üzrə xidmət yerində olub-olmaması yoxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, baş əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlməmişdir. Bu barədə Təqsirləndirilən şəxs manqa komandiri ona məruzə etmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsinin səbəbini müəyyən etmək üçün o, sonuncunun şəxsi istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsə də, Təqsirləndirilən şəxs daxil olan zəngləri cavablandırmamışdır. N8 iyul N0N3-cü il tarixdə saat 07:00-da Təqsirləndirilən şəxs xidmət yerinə gəlmişdir. Xidmət yerinə vaxtında gəlməməsinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs şəxsi problemləri ilə bağlı xidmət yerinə gəlmədiyini, lakin problemlərinin mahiyyəti barədə məlumat vermək istəmədiyini ona demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi ilə əlaqədar araşdırma başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN məhkəməyə ifadə verib göstərdi ki, N iyul N0N3-cü il tarixdə saat 07:00-da səhər düzülüşü zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün şəxsi heyətinin siyahı üzrə xidmət yerində olub-olmaması yoxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, baş əsgər Təqsirləndirilən şəxs xidmət yerinə gəlməmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsinin səbəbini müəyyən etmək üçün bölük komandiri, baş leytenant Şahid1 Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsə də, sonuncu daxil olan zəngləri cavablandırmamışdır. N8 iyul N0N3cü il tarixdə saat 07:00-da Təqsirləndirilən şəxs xidmət yerinə gəlmişdir. Xidmət yerinə vaxtında gəlməməsinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs şəxsi problemləri ilə bağlı xidmət yerinə gəlmədiyini, lakin problemlərinin mahiyyəti barədə məlumat vermək istəmədiyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi ilə əlaqədar araşdırma başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ŞahidN ifadəsinə oxşar məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim olunmuş arayışdan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs 14 iyul N0N0-ci il tarixdən bağlaşma əsasında 3 (üç) il müddətinə, yəni 14 iyul N0N3-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət keçmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 339 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs 1-ci taborun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tabor komandirinə ünvanlanmış raportdan görünür ki, 1-ci taborun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının tuşlayıcısı baş əsgər Təqsirləndirilən şəxs N iyul N0N3-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N0N3-cü il tarixli N00 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə çıxmamış hesab edilməklə bütün növ təminatdan çıxarılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tabor komandirinə ünvanlanmış raportdan görünür ki, 1-ci taborun 1-ci bölüyünün 3-cü taqımının N-ci manqasının tuşlayıcısı baş əsgər Təqsirləndirilən şəxs N8 iyul N0N3-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N8 iyul N0N3-cü il tarixli NN7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs həmin tarixdə xidmət yerinə gəlmiş hesab edilməklə bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 1N avqust N0N3-cü il tarixli N4N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 05Nəç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə 1N avqust N0N3-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq hərbi qeydiyyata durmağı üçün SHXÇDX-nin Suraxanı rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 19 iyun N0N3-cü il tarixli 6548 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. AZ-İİ seriyalı 4N3497 №-li nikah və AZ-İV seriyalı 689189 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində bir azyaşlı (xx.xx.N0NN-ci il təvəllüdlü X4) övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən və Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 01 noyabr N0N3-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata buraxıldığından Bakı Hərbi Məhkəməsinin N6 iyul N0N3-cü il tarixli, 1-1(093)-144/N0N3 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 5% məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, N00 (iki yüz) manat məbləğində cərimə cəzası ilə əvəz edilmişdir. Bakı şəhər Probasiya idarəsinin 11 yanvar N0N4-cü il tarixli 518-N1-1/3-40N-9 nömrəli məktubdan görünür ki, Bakı Hərbi Məhkəməsinin 01 noyabr N0N3-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunmuş N00 (iki yüz) manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 333.3cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin olunmasını mümkün saymır. Belə ki, Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinin tələbinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara təyin oluna bilər. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 1N avqust N0N3-cü il tarixli N4N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli 05Nəç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə 1N avqust N0N3-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq hərbi qeydiyyata durmağı üçün SHXÇDX-nin Suraxanı rayon şöbəsinə göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 8.1, 41.N və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, təqsirləndirilən şəxs XN törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alıb onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün saymır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi haqqında» 10 fevral N017-ci il tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 6N-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməli barəsində olan Bakı Hərbi Məhkəməsinin N6 iyul N0N3-cü il tarixli hökmü qanuni qüvvəyə minmədən əvvəl törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası və Bakı Hərbi Məhkəməsinin 01 noyabr N0N3-cü il tarixli qərarı ilə əvəz edilmiş N00 (iki yüz) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alıb, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal təqsirləndirilən şəxs X3 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 333.3-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü- cərimə cəzası təyin etməyi, CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Bakı Hərbi Məhkəməsinin 01 noyabr N0N3-cü il tarixli qərarı ilə təyin edilmiş N00 (iki yüz) manat məbləğində cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 345-349, 351-353, 356, 358, 383-384.1, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq olunmaqla 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəzanı Bakı Hərbi Məhkəməsinin 01 noyabr N0N3-cü il tarixli qərarı ilə təyin edilmiş N00 (iki yüz) manat məbləğində cərimə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-21/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-21/2024
11.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver