Məhkəmə qərarları › İş №1-1(093)-211/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-211/2023

23.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-211/2023 23.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri N8 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 2004-cü il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 349.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün N-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmətdə olarkən N0 iyul 2023-cü il tarixdə saat 23:00-dan NN iyul 2023-cü il tarixdə saat 0N:00-dək qarovul xidməti üzrə 3-cü növbədə N nömrəli hərbi hissənin ərazisində yerləşən N nömrəli postda “saatdar” vəzifəsini icra edən zaman N0 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində ailəsi və ailə vəziyyəti barədə düşünərkən darıxdığından, habelə atası və anasının ayrı olmaları barədə fikirləşərək əsəbiləşdiyindən özünü sakitləşdirmək üçün ona təhkim olunmuş “AK-74” markalı ******* zavod nömrəli silahdan havaya atəş açmaq qərarına gəlmiş, bu məqsədlə silahın qoruyucusunu açıb silahı tək-tək rejimə gətirdikdən sonra çaxmağı arxaya çəkərək patron darağında üst sırada yerləşən 2 ədəd 5,45 mm çaplı təlim patronunu müvafiq ardıcıllıqla silahın patron yuvasına yeridib həmin silahdan havaya iki dəfə atəş açmış, bundan sonra eyni məqsədlə və eyni qaydada döyüş sursatı hesab edilən N ədəd 5,45 mm çaplı PP tipli döyüş patronunu patron yuvasına yeridib bir dəfə havaya atəş açmış, o, yenidən havaya atəş açmaq istədikdə bundan əvvəlki atışın nəticəsində müvazinətini itirdiyi üçün havaya deyil yerə atəş açaraq hər birinin qiyməti N manat 6 qəpik dəyərində olmaqla ümumilikdə 2 manat N2 qəpik dəyərində olan N nömrəli hərbi hissəyə məxsus döyüş sursatı hesab edilən 2 ədəd 5,45 mm çaplı PP tipli döyüş patronunu qəsdən məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 349.N-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, N0 iyul 2023-cü il tarixdə “saatdar” vəzifəsində qarovul xidmətinə təyin olunmuş, həmin gün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş ŞahidN dəyişdirici olaraq N və 2-ci növbəni dəyişdirdikdən sonra 3-cü növbədə olduqları üçün onu və əsgər Şahid2 istirahətə göndərmiş, onlar N0 iyul 2023-cü il tarixdə saat 23:00-dan NN iyul 2023-cü il tarixdə saat 0N:00-dək xidmətə çıxmalı olduqlarından ŞahidN təxminən saat 22:40 radələrində onları oyatmış və onlar silahlarını doldurduqdan sonra ŞahidN onu və Şahid2 əvvəlki növbənin əsgərləri ilə dəyişdirməyə aparmışdır. Həmin vaxt ŞahidN onu N-ci postda olan adını xatırlamadığı əsgərlə, Şahid2 isə 2-ci postda olan əsgərlə dəyişdirib qarovul evinə qayıtmış, bundan sonra o, postda tək olduğundan evi, anası və ailə vəziyyəti barədə düşünməyə başlamış, həmin vaxt ailəsi üçün darıxması, habelə anasının xəstə olması onu kədərləndirmiş, həmçinin atası və anasının ayrı olmaları barədə düşündükdə isə əsəbiləşmişdir. Buna görə də N0 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində o, sakitləşmək üçün özünə təhkim olunmuş “AK-74” markalı ******* zavod nömrəli silahdan atəş açmaq qərarına gəlmiş, bu məqsədlə silahın qoruyucusunu açıb silahı tək-tək rejimə gətirmiş və çaxmağı çəkərək patron darağında olan 5,45 mm çaplı təlim patronunu silahın patron yuvasına yeritdikdən sonra həmin silahdan N dəfə havaya atəş açmış, bundan sonra o, eyni məqsədlə və eyni qaydada yenidən silahını dolduraraq daraqda olan 2-ci 5,45 mm çaplı təlim patronunu da silahın patron yuvasına yeridib havaya 2-ci dəfə atəş açmışdır. Daha sonra isə “AK-74” markalı ******* zavod nömrəli silahı bir daha doldurmaq üçün çaxmağı çəkərək daraqda olan N ədəd 5,45 mm çaplı PP tipli döyüş patronunu silahın patron yuvasına yeritmiş və havaya bir daha atəş açmış, həmin vaxt 4-cü dəfə havaya atəş açmaq istəsə də, 3-cü atışın nəticəsində müvazinətini itirdiyindən havaya deyil, yerə atəş açmış, həmçinin müvazinətini itirdiyi üçün kürəyi üstünə yerə yıxılmış, kədərli olduğundan yerə yıxıldıqdan sonra ayağa qalxmamış və uzanmış vəziyyətdə ağlamağa başlamış, bundan sonra isə silahın səsinə dəyişdirici, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş ŞahidN, hərbi hissə növbətçisi, leytenant Şahid3 və əsgər X2 onun olduğu N-ci posta gəlib onu yerdən qaldırdıqdan sonra nə baş verdiyini, nəyə görə yıxıldığını, nəyə görə atəş açdığını və ağladığını soruşsalar da, o, özünü pis hiss etdiyi üçün cavab verməmiş, daha sonra onu əsgər Mahir Zülfiqarovla dəyişdirərək onu qarovul evinə aparmışlar. Qarovul evində olarkən ondan yenidən nəyə görə atəş açdığını soruşduqda o, evi və anası üçün darıxdığını, bu səbəbdən də sakitləşmək üçün atəş açdığını demişdir. Hərbi xidmətdən boyun qaçırmaq fikri olmamış, indi də xidmətini davam etdirir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin raket-artilleriya silahları xidməti rəisi, kapitan Nümayəndə bildirdi ki, NN iyul 2023-cü il tarixdə saat 03-04 radələrində hərbi hissə növbətçisi, leytenant Şahid3 ona zəng edərək hərbi hissənin mühafizə bölüyündə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs qarovul xidmətində olarkən özünə təhkim olunmuş “AK-74” markalı silahdan atəş açdığını demiş, bunu öyrəndikdən sonra o, Şahid3 aidiyyəti üzrə məruzə etməsini demiş və həmin gün, yəni NN iyul 2023-cü il tarixdə saat 07:50-də N nömrəli hərbi hissəyə gəlmişdir. Hərbi hissəyə gəldikdə Təqsirləndirilən şəxs qarovul xidmətində olarkən N0 iyul 2023-cü il tarixdə saat 23 radələrində evi və anası üçün darıxdığından özünə təhkim edilmiş ******* zavod nömrəli “AK-74” markalı silahdan 2 ədəd 5,45 mm çaplı PP tipli döyüş patronu ilə havaya atəş açdığını, bu səbəbdən də qarovul xidmətindən çıxarıldığını və başqa əsgərlə əvəz olunduğunu öyrənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs özünə təhkim olunmuş ******* zavod nömrəli “AK-74” markalı silahdan atəş açması nəticəsində 2 ədəd 5,45 mm çaplı PP tipli döyüş patronu məhv olmuş, həmin patronun N ədədinin qiyməti N manat 6 qəpik olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 2,N2 (iki manat on iki qəpik) manat dəyərində olan 2 ədəd 5,45 mm çaplı PP tipli döyüş patronunun məhv edilməsi nəticəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Gələcəkdə bu kimi halların qarşısının alınması məqsədilə məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında ŞahidN bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının komandiridir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuşdur, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin mühafizə bölüyünə gəldikdən sonra tanımışdır. Onunla münasibətləri xidməti olmuş, aralarında dostluq, qohumluq, düşmənçilik münasibətləri olmamışdır. N0 iyul 2023-cü il tarixdə o, dəyişdirici olaraq qarovul xidmətinə təyin olunmuşdur. Buna görə də saat N2:00-da mühafizə bölüyünün komandiri, leytenant Nəriman Səfərəliyev qarovul xidmətinə təyin olunmuş digər hərbi qulluqçularla birlikdə onları təlimatlandırmışdır və daha sonra onlra istirahətə getmişlər. Həmin gün istirahətdən qayıdaraq saat N6 radələrində o və qarovul xidmətinə təyin olunmuş digər hərbi qulluqçular müayinədən keçmək üçün hərbi hissənin tibb məntəqəsinə getmişlər. Hərbi hissənin tibb məntəqəsində müayinədən keçdikdən sonra silah otağına getmişlər və onlara təhkim olunmuş silahları və sursatları götürmüşlər. O, bildirmişdir ki, qarovul xidmətinə təyin olunmuş bütün hərbi qulluqçuların hər biri xidmətə daxil olmazdan əvvəl silah otağından özlərinə təhkim olunmuş N ədəd “AK-74” markalı silha, 2 ədəd patron darağı, N ədəd daraq çantası və N ədəd süngü bıçaq götürür. Onlar özlərinə təhkim olunmuş silah və sursatları götürdükdə sonra qarovul şəhərciyinə getmiş və qarovul rəisi, gizir Şahid4 onlara təlim keçmişdir. Təlimdən sonra isə bölük növbətçisi hər biri üçün 4 ədəd təlim patronu və 56 ədəd döyüş patronu gətirərək qarovul rəisinə təhvil vermişdir. Qarovul rəisi isə həmin sursatları erdikdən sonra onlar patronları hər bir darağa 2 ədəd təlim, 28 ədəd isə döyüş patronu olmaqla daraqlara dolduraraq saat N8:00-da qərargahın qarşısında düzülmüşlər. Həmin vaxt hərbi hissə növbətçisi, leytenant Şahid3 onları xidmətlə bağlı təlimatlandırmışdır. Bundan sonra isə hərbi hissənin qarovul şəhərciyinə gedərək əvvəlki qarovul xidməti heyətindən xidməti təhvil almışdırlar.Daha sonra o, dəyişdirici olaraq N və 2-ci növbəni dəyişdirdikdən sonra 3-cü növbədə olan əsgərlər – Təqsirləndirilən şəxs və İsmayıl Hümbətzadə saat 23:00-dan 0N:00-dək xidmətə çıxmalı olduqlarından onları saat 22:40 radələrində oyatmış və onlar silahlarını doldurduqdan sonra əvvəlki növbənin əsgərləri ilə dəyişmək üçün apararaq Təqsirləndirilən şəxs N-ci postda əsgər Nicat Vəliyevlə, İsmayıl Hümbətzadəni isə 2-ci postda olan əsgərlə dəyişmiş və qarovul evinə qayıtmışdır. Təxminən saat 23:50 radələrində 2-ci postda xidmət aparan əsgər İsmayıl Hümbətzadə rabitə əlaqəsi saxlayaraq N-ci postun ərazisində silah səsləri eşitdiyini demişdir. Bu zaman o, dərhal qarovul rəisinə, qarovul rəisi isə hərbi hissə növbətçisinə məlumat verdikdən sonra hərbi hissə növbətçisi leytenant Şahid3 qarovul evinə gəlmiş və onlarla birlikdə N-ci posta getmişlər. Onlar N-ci posta çatdıqda əsgər Təqsirləndirilən şəxs yerdə uzandığını görmüş və onun yaralandığını düşünüb yanına qaçmışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs ağladığını, həmçinin üzərində hər hansı xəsarət olmadığını görmüşdür. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, anasının xəstə olduğunu, həmçinin evi və anası üçün darıxdığını, buna görə də ona təhkim olunnmuş 5,45 mm çaplı “AK-74” markalı silahdan 2 təlim və 2 döyüş patronu olmaqla 4 dəfə 5,45 mm çaplı patronlarla havaya atəş açdığını demişdir. Həmin vaxt onu başqa əsgərlə əvəz etmək üçün qarovul evinə gətirmişlər, lakin özünü yaxşı hiss etməməsi səbəbindən qarovul xidmətindən çıxarmışlar. Hazırda Təqsirləndirilən şəxs xidmətini normal qaydada davam etdirir. Məhkəmə iclasında şahid qismində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları əsgər Şahid2 və gizir Şahid4 çahid ŞahidN ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etdilər. İstintaq zamanı şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Maddi-Texniki Təminat bölməsinin Arxa təminat xidməti rəisi leytenant Şahid3 (N3 noyabr 2023-cü il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olması səbəbindən məhkəmə iclasında iştirakı təmin ediltməmişdir) şahidlər Şahid2, leytenant XN, gizir Şahid4 və ŞahidN ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şübhəli şəxs qismində tanınma haqqında” 24 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 280 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsindən gəldiyinə görə N oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş, “əsgər” hərbi rütbəsi verilməklə hərbi hissənin mühafizə bölüyünün N-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin 0N aprel 202N-ci il tarixli 83 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanının N9 mart 202N-ci il tarixli 09 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq, Bort avadanlıqlarının təmiri bölməsinin heyət rəisi, baş leytenant Nümayəndə tutduğu vəzifədən azad edilmiş və maddi-texniki təminat bölməsinin raket artilleriya silahları xidməti rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2023-cü il tarixli N9N – NR nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “saatdar” olaraq N0 iyul 2023-cü il tarixdə sutkalıq naryada təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin 0N yanvar 2023-cü il tarixli 2 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “AK-74” markalı ******* zavod nömrəli silah əsgər Təqsirləndirilən şəxs təhkim edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin mühafizə bölüyünün komandiri, leytenant Nəriman Səfərəliyev tərəfindən tərtib edilmiş NN iyul 2023-cü il tarixli N4N3 nömrəli raportdan görünür ki, mühafizə bölüyünün N-ci mühafizə taqımının 3-cü mühafizə manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs qarovul xidmətində olan zaman bilərəkdən havaya 4 (dörd) ədəd güllə atmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayış hesabatdan görünür ki, N ədəd 5,45 mm çaplı PP tipli patronun qiyməti N,06 manat (bir manat, altı qəpik) kimi müəyyən edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ona təhkim olunmuş 5,45 mm “AK-74” markalı ******* zavod nömrəli silahdan atəş açması nəticəsində 2 (iki) ədəd 5,45 mm çaplı PP tipli patron məhv olmuş, həmin patronlar hərbi hissənin əmlakı hesab edilir. İş materiallarında olan “mühafizə bölüyünün silah və sursatın verilməsi kitabı”ndan edilmiş çıxarışdan görünür ki, qarovul rəisi, gizir Şahid4 N0 iyul 2023-cü il tarixdə 844 ədəd 5,45 mm çaplı PP tipli patron təhvil almış və NN iyul 2023-cü il tarixdə 842 ədəd 5,45 mm çaplı PP tipli patron təhvil vermişdir. İş materiallarında olan “N nömrəli daxili qarovulun postlar cədvəli”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli postda 3-cü növbədə “saatdar” olaraq xidmətə təyin olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 0N5N28 nömrəli qəbzdən və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2,N2 (iki manat on iki qəpik) manat dəyərində olan 2 ədəd 5,45 mm çaplı PP tipli döyüş patronunun məhv edilməsi nəticəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. İş materiallarında olan 0N avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsində yerləşir, hərbi hissənin qarovul xidmətinin təşkil olunduğu N-ci postun ərazisinə torpaq örtüklü yol ilə hərəkət olunur, N-ci postun ərazisinə gedən yolun sağ tərəfində tikanlı simlər, sol tərəfində isə hərbi hissənin dəmir hasarı mövcuddur. Əsgər Təqsirləndirilən şəxs silahdan atəş açdığı yerdə yanğın lövhəsi mövcuddur, həmin lövhə ilə üzbəüz bir qədər aralıda müşahidə qülləsi vardır. Baxış zamanı Təqsirləndirilən şəxs əyani şəkildə həmin şəraitdə silahdan atəş açdığını göstərmişdir. Əsgər Təqsirləndirilən şəxs bildirmişdir ki, N-ci postda saatdar olan zaman silahdan atəş açmışdır. Habelə Təqsirləndirilən şəxs havaya açdığından 4 ədəd 5,45 mm çaplı patronun yalnız gilizləri aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 0N avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “AK-74” markalı ******* zavod nömrəli avtomat metal hissələri istismar nəticəsində nisbətən sürtülmüş, silahın uzunluğu 930 mm, lüləsinin uzunluğu 4N4 mm-dir. Silahın sol yan hissəsində istehsal olunduğu zavodun şərti işarəsi və silahın zavod işarələri ilə həkk olunmuş ******* nömrəsi qeyd olunmuşdur. Silahın üzərində olan qara rəngli plastikə oxşar bir ədəd qara rəngli sandıqça mövcuddur, silaha baxış zamanı hər hansı əzik və ya zədə aşkar olunmadı. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş N4 avqust 2023-cü il tarixli 3-N6-N6/2-3/N244; 3/N256 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 0N (bir) ədəd silah 5,45 mm kalibrli olmaqla “Kalaşnikov” konstruksiyalı, “AK-74” markalı, ******* nömrəli, N983-cü ildə zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, istifadəyə, atəş açmaq üçün yararlıdır və tətiyi çəkmədən özözünə atəş açılmır. Tədqiqata təqdim edilmiş 04 (dörd) ədəd giliz 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AK-74M” avtomatlarında, “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş patronların hissəsi-gilizləridir, həmin gilizlər “2506303” nömrəli avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patron 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AK-74U” avtomatlarında, “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, 28 ədədi döyüş sursatı hesab edilən patrondur, təyinatları üzrə istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş N6 avqust 2023-cü il tarixli 2297 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda yüngül dərəcəli depressiv pozuntu aşkar olunur, Təqsirləndirilən şəxs qeyd olunan depressiv pozuntunun dəqiq başlama vaxtını müəyyən etmək mümkün deyil, yoxlanılan şəxsin təhqiqata verdiyi izahatına və müayinə zamanı dediklərinə əsasən onda yüngül dərəcəli depressiv pozuntu hərbi xidmət dövründə yaranmışdır. Təqsirləndirilən şəxs qeyd olunan yüngül dərəcəli depressiv pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib, o, N0 iyul 2023-cü il tarixdə avtomat silahdan havaya atəş açarkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir, öz hərəkətlərinə görə məsuliyyət daşıyır, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb dərk etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 25 oktyabr 2023-cü il tarixli 9/7968 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2023-cü iln iyul ayına olan orta bazar qiyməti ilə 2 ədəd 5,45 mm çaplı döyüş patronunun dəyəri – 2,N2 (2xN,06 manat) manat təşkil edir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 09 fevral 2023-cü il tarixli N060 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş Masalllı Rayon İcra Hakimiyyəti Başçısının Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Onun barəsində Masallı RİHB-nin Şıxlar kənd İƏD üzrə nümayəndəliyinə şifahi və eləcə də yazılı müraciət daxil olmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. X3 əməli Azərbaycan Respublikası CM-nin 349.N-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4N.N-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 4N.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.N-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.N.N3-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 349.N-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin N5-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 349.N-ci maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər (CM-nin 54-cü maddəsi) və məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır (Cəzaların İcrası Məcəlləsi N53.N-ci maddəsi). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda müddətli həqiqi hərbi xidmətdə olmaqla bir ildən artıq xidmət keçməsini nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizası N60 (yüz altmış) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 50 (əlli) manat keçirilməsi ilə əlaqədar ümumilikdə 2N0 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin N95 və N96-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün qablaşdırılaraq möhürlənmiş halda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində saxlanılan 0N ədəd “AK-74” markalı, ******* nömrəli silah Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sərəncamına verilməli, 04 ədəd giliz isə məhv edilməlidir. Cinayət işi üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəymiş 2,N2 (iki manat on iki qəpik) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 35N və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 349.N-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 2N0 (iki yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində saxlanılan 0N ədəd “AK-74” markalı, ******* nömrəli silah Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sərəncamına verilsin, 04 ədəd giliz isə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar