Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-212/2023 23.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx N001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhərinin Sabunçu rayonunun ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İdrisli X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 10-cu bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N8 iyun N0N3-cü il tarixdən N4 avqust N0N3-cü il tarixədək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.4cü maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü əməliyyat taborunun 10-cu əməliyyat bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N8 iyun N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinə gedərək xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar aparılan araşdırma üzrə izahat vermiş, 5-ci təhqiqat bölməsində ona hərbi hissəyə qayıtmalı olduğu deyilsə də, o, şəxsi və ailə problemləri olması səbəbindən izahat verdikdən sonra hərbi hissəyə qayıtmamış, bundan sonra problemlərini həll etdikdən sonra N4 avqust N0N3-cü il tarixdə xidməti yeri olan N nömrəli hərbi hissəyə qayıtmışdır. Hərbi xidmətə münasibəti normal olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq, habelə xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamış, xidməti yerini özbaşına tərk edərkən bununla bağlı öz rəislərinə məlumat verməmişdir. 44 günlük Vətən Müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, xidmət etmək arzusu var, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi N-ci taborunun 4-cü bölüyünün 4-cü taqımının komandiri, leytenant Şahid1 ifadə verərək bildirdi ki, o, 19 iyul N0N3-cü il tarixdə N nömrəli hərbi hissənin 4-cü taborunun texniki vəzifəsinə təyin olunmuş və xidməti yerinə gəldikdə 4-cü taborun 10-cu bölüyünün baş çavuşu, gizir Təqsirləndirilən şəxs xidməti yerində olmadığını görmüş, sonuncunun harada olması ilə maraqlandıqda ona Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi deyilmişdir. Bundan sonra N4 avqust N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs xidməti yerinə qayıtmış, o, Təqsirləndirilən şəxs ilə hərbi hissəni özbaşına tərk etməsinin səbəbləri barədə söhbət etdikdə Təqsirləndirilən şəxs ona şəxsi problemləri olduğundan hərbi hissəni özbaşına tərk etdiyini demişdir. İstintaq zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun texniki, gizir ŞahidN (məhkəmə iclasına gəlmədiyindən istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir) şahid qismində verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Ordusunda gizir və miçmanların həqiqi hərbi xidmətinə daxil olma haqqında N0NN-ci il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs N0NN-ci il tarixdə könüllü olaraq 5 (beş) il müddətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi hərbi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr N0NN-ci il tarixli N63 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə və N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci il tarixli 018 gm nömrəli əmrinə müvafiq olaraq gizir Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü əməliyyat bölüyünün baş çavuşu vəzifəsindən azad olunaraq həmin hərbi hissənin 4-cü əməliyyat taborunun 10-cu əməliyyat bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs N8 iyun N0N3-cü il tarixli izahatının surətindən görünür ki, o, həqiqətən N8 iyun N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinə gedərək izahat vermişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N4 avqust N0N3-cü il tarixli N54 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü əməliyyat taborunun 10-cu əməliyyat bölüyünün baş çavuşu, gizir Təqsirləndirilən şəxs N4 avqust N0N3-cü il tarixdə saat 10:N5-də xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan “şübhəli şəxs qismində tanınma haqqında” 1N oktyabr N0N3cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” N1 oktyabr N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə qəbul edilmiş N4 oktyabr N0N3-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs 08 fevral N0N3-cü il tarixdən 16 fevral N0N3-cü il tarixədək, 14 mart N0N3-cü il tarixdən N8 mart N0N3-cü il tarixədək, 03 aprel N0N3-cü il tarixdən 04 aprel N0N3-cü il tarixədək, N6 aprel N0N3-cü il tarixdən N4 may N0N3-cü il tarixədək, N4 may N0N3-cü il tarixdən 31 may N0N3-cü il tarixədək, 31 may N0N3-cü il tarixdən N8 iyun N0N3-cü il tarixdədək hərbi hissəni özbaşına tərketməsi əməlləri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” təhqiqatçının ləğv edilməmiş qərarı olduğundan həmin hissələrdə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.7ci maddəsinə əsasən xitam verilmişdir. N4 oktyabr N0N3-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin başlama vaxtı N8 iyun N0N3-cü il, bitmə vaxtı isə N4 avqust N0N3-cü il hesab olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş N0 oktyabr N0N3-cü il tarixli N93N nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, əvvəllər də hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (N0N3-cü ilin iyun ayından avqust ayınadək) hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyib, o, (N0N3-cü ilin iyun ayından avqust ayınadək) öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli Azərbaycan Respublikası CM-nin N1-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 31 may N0N3-cü il tarixli 5965 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xidməti xasiyyətnamənin məzmunundan məlum olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. O, müsbət keyfiyyətləri ilə fərqlənmiş, özünü savadlı və işgüzar hərbi qulluqçu kimi göstərmişdir. Cinayət işi materiallarında olan medal vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.N0N3-cü il tarixli tələbnaməsindən və görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş DİN Füzuli rayon Polis Şöbəsi tərəfindən göndərilmiş məktuba əsasən Təqsirləndirilən şəxs barəsində Füzuli rayon Polis Şöbəsində araşdırma aparılmamış, təqsirləndirici material olmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 333.4-cü maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirli şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah edilə bilər. Ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyini, həmçinin cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-212/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-212/2023
23.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver