Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-212/2024 04.12.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2002-ci ildə Masallı rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, himayəsində azyaşlı uşağı olan, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmaqla Qusar şəhəri Avtobaza küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 2-ci əməliyyat bölüyünün 3-cü taqımının 2-ci qrupunun kəşfiyyatçıqumbaraatanı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin dekabr ayının ortalarından etibarən tanıdığı Şirvan şəhər sakini, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxx 2008ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 21 may N-cü il tarixdə nişanlanmış və N-cü ilin noyabr ayının əvvəllərində Qusar şəhəri, Hüseyn Ərəblinski küçəsində yerləşən kirayə yaşadığı mənzildə Zərərçəkmiş şəxs ilə faktiki olaraq ər-arvad münasibətlərində yaşamağa başlamaqla N-cü ilin noyabr ayının ortalarından həmin ayın sonunadək müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs razılığına əsasən təbii yolla mütəmadi cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş, hazırda ordudan tərxis edilmişdir. 2022-ci ilin dekabr ayında Şirvan şəhərində keçirilən toy mərasimində Şirvan şəhərində yaşayan, lakin əslən Sabirabad rayonundan olan Zərərçəkmiş şəxs görüb sonuncu ilə tanış olmuş, bundan sonra Zərərçəkmiş şəxs ilə sosial şəbəkə vasitəsilə bir müddət əlaqə saxladıqdan sonra aralarında sevgi münasibətləri yaranmış və onlar ailə həyatı qurmaq qərarına gəlmişlər. Tanışlıq zamanı Zərərçəkmiş şəxs ona xx xxxxxx 2008-ci il tarixdə anadan olması, yəni 15 yaşında olması barədə məlumat vermiş, buna baxmayaraq o, ailə həyatı qurmaq məqsədilə N-cü ilin may əvvəllərində yaxın qohumlarını Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına “elçiliyə” göndərmiş və ailələri onların evlənmələrinə razılıq vermişlər. 21 may N-cü il tarixdə Zərərçəkmiş şəxs ilə nişan mərasimləri keçirilsə də, maddi sıxıntılar və digər ailə-məişət problemləri ilə əlaqədar olaraq toy mərasimlərinin keçirilməsi gecikmişdir. O, 05 sentyabr N-cü il tarixdə yuxarı komandanlığın göstərişinə əsasən N nömrəli hərbi hissənin şəxsi heyəti ilə birgə Ağdam rayonuna ezam olunmuş və 19-20 sentyabr N-cü il tarixlərdə baş vermiş “Lokal xarakterli Antiteror əməliyyatları”da iştirak edərək 19 sentyabr N-cü il tarixdə döyüş əməliyyatları zərbə dalğasının təsirindən sinə nahiyəsindən xəsarət alıb Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyyə olunmuşdur. Həmin xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olduqdan sonra Ncü ilin oktyabr ayının sonlarında ambulator müalicə alması üçün evə buraxılmışdır. Lakin o, aldığı xəsarətlərlə əlaqədar tək yaşamaqda çətinlik çəkdiyindən N-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə birgə yaşamaq qərarına gəlmiş və qarşılıqlı razılıq əsasında onlar birgə Qusar şəhərində yaşamağa başlamışlar. Birgə yaşamağa başladıqdan sonra N-cü ilin noyabr ayının ortalarında o, Zərərçəkmiş şəxs ilə qısa müddətdə toy mərasimlərinin olacağını düşünüb qarşılıqlı razılıq əsasında müxtəlif günlərdə dəfələrlə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. N-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona hamilə olduğunu bildirdikdən sonra onlar uşağın sağlamlığında hər hansı problem yaranmaması üçün cinsi əlaqədə olmamışlar. 16 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs hamiləliyi ilə əlaqədar yoxlanışlardan keçmək məqsədilə Masallı rayon Mərkəzi Xəstəxanasına getmiş, müayinə zamanı sonuncunun 12- 13 həftəlik hamilə olduğu müəyyən olunduğundan bununla bağlı Masallı rayon polis şöbəsinə məlumat verilmiş və faktla bağlı araşdırma başlamışdır. Etdiyi əməldən peşmandır. Hazırda himayəsində bir azyaşlı uşağı var, anası xəstədir, ailədə yeganə qazanc gətirən şəxsdir. “Lokal xarakterli Antiterror əməliyyatlarıda iştirak edərək “keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozlu xəsarətlər almışdır. Məhkəmədən bağışlanmasını, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxxx 2008-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, 2022-ci ilin dekabr ayında Şirvan şəhərində keçirilən toy mərasimində Masallı rayon sakini Təqsirləndirilən şəxs görüb sonuncu ilə tanış olmuş, Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsilə bir müddət əlaqə saxladıqdan sonra aralarında sevgi münasibətləri yaranmış və onlar ailə həyatı qurmaq qərarına gəlmişlər. Tanışlıq zamanı o, Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci il tarixdə anadan olması, yəni 15 yaşında olması barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ailə həyatı qurmaq məqsədilə N-cü ilin may əvvəllərində yaxın qohumlarını onun yaşadığı ünvan 1 ünvanına “elçiliyə” göndərmiş və ailələri onların evlənmələrinə razılıq vermişlər. 21 may N-cü il tarixdə onların nişan mərasimləri keçirilmiş, lakin maddi sıxıntılar və digər ailə-məişət problemləri ilə əlaqədar olaraq toy mərasimlərinin keçirilməsi gecikmişdir. Təqsirləndirilən şəxs N-cü ilin sentyabr ayının əvvəllərində xidməti zərurətlə əlaqədar olaraq işğaldan azad olunan torpaqlara ezam olunmuş, 19-20 sentyabr N-cü il tarixlərdə baş vermiş “Lokal xarakterli Antiterror əməliyyatlarıda iştirak edərək 19 sentyabr N-cü il tarixdə döyüş əməliyyatları zamanı xəsarət almışdır. Həmin xəsarətlə bağlı Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicə aldıqdan sonra N-cü ilin oktyabr ayının sonlarında ambulator müalicə alması üçün evə buraxılmışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs aldığı xəsarətlərlə əlaqədar tək yaşamaqda çətinlik çəkdiyindən N-cü ilin noyabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxs ilə birgə yaşamaq qərarına gəlmiş və onlar birgə Qusar şəhərində yaşamağa başlamışlar. O, Təqsirləndirilən şəxs ilə birgə yaşamağa başladıqdan sonra sonuncu ilə qısa müddətdə toy mərasimlərinin olacağını düşünüb qarşılıqlı razılıq əsasında müxtəlif günlərdə dəfələrlə Təqsirləndirilən şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. N-cü ilin noyabr ayının sonlarında o, hamilə olduğunu öyrənib bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bundan sonra onlar uşağın sağlamlığında hər hansı problem yaranmaması üçün cinsi əlaqədə olmamışlar. 06 yanvar 2024-cü il tarixdə Şirvan şəhərində Təqsirləndirilən şəxs ilə onun “qız toyu”, 16 yanvar 2024-cü il tarixdə Masallı rayonunda isə “oğlan toyu” olmuşdur. Toydan sonra onlar yenidən Qusar şəhərinə köçüb orada birgə yaşamağa davam etsələr də, uşaq anadan olan tarixədək, yəni 02 iyul 2024-cü il tarixədək cinsi əlaqədə olmamışlar. 16 fevral 2024-cü il tarixdə o, hamiləliyi ilə əlaqədar yoxlanışlardan keçmək məqsədilə Masallı ı.ıyon Mərkəzi Xəstəxanasına getmiş, müayinə zamanı onun 12-13 həftəlik hamilə olduğu müəyyən olunduğundan bununla bağlı Masallı rayon polis şöbəsinə məlumat verilmiş və faktla bağlı araşdırma başlanmışdır. Təqsirləndirilən şəxslə barışmış, ər-arvad kimi birlikdə yaşayırlar, bir uşaqları var. Təqsirləndirilən şəxsin bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, övladı Zərərçəkmiş şəxs xx xxxxxx 2008-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs toy mərasimində Təqsirləndirilən şəxs ilə tanış olmuş, N-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs ailə üzvləri onlara “elçi” gəlmiş və o, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evlənməsinə razılıq vermişdir. 21 may N-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs nişan mərasimi keçirilmişdir. 19-20 sentyabr N-cü il tarixlərdə baş vermiş “Lokal xarakterli Antiterror əməliyyatları”da gedişində Təqsirləndirilən şəxs yaralandığından tək yaşamaqda çətinlik çəkdiyindən N-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birgə yaşamağa qərar vermişlər və Zərərçəkmiş şəxs Qusar şəhərinə köçərək Təqsirləndirilən şəxslə birgə yaşamağa başlamışdır. 06 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs “qız toyu“, 16 yanvar 2024-cü il tarixdə isə “oğlan toyu” keçirilmişdir. 16 fevral 2024cü il tarixdə Zərərçəkmiş şəxs hamiləliyi ilə əlaqədar yoxlanışlardan keçmək məqsədilə Masallı rayon Mərkəzi Xəstəxanasına getmiş, müayinə zamanı sonuncunun 12- 13 həftəlik hamilə olduğu müəyyən olunduğundan bununla bağlı Masallı rayon polis şöbəsinə məlumat verilmiş və faktla bağlı araşdırma başlamışdır. Məhkəmə iclasında Şahid Qanuni nümayəndə ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 142 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Rzayev X2 nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 fevral N-cü il tarixli 036 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 3-cü taqımının 2-ci qrupunun kəşfiyyatçı- qumbaraatanı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekpertiza və X3” X6 20 sentyabr 2024-cü il tarixli 385 nömrəli yaşın təyininə dair ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 20 sentyabr 2024- cü il tarixinə müəyyən edilmiş sümük yaşı 16-16,5 ilə uyğundur İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekpertiza və X3” X6 Qusar rayon şöbəsinin 27 sentyabr 2024-cü il tarixli 461 nömrəli yaşın təyininə dair ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi fəaliyyət qabiliyyəti (ereksiya) vardır. İş materillarında olan 19 sentyabr 2024-cü il tarixli «sənədə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, “Sabirabad rayonunun Axtaçı kənd sahə xəstəxanasının stasionar jurnalında aparılmış qeydlərə əsasən X1 xx xxxxxx 2008-ci il tarixdə həmin xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, həmin tarixdə doğuş həyata keçirmiş, 19 fevral 2008-ci il tarixdə xəstəxanadan çıxmışdır. İş materillarında olan Zərərçəkmiş şəxs AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx xxxxxx 2008-ci il tarixdə doğulmuşdur. İş materillarında olan Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş 12 fevral 2024-cü il tarixli xəstəlik tarixçəsindən görünür ki, Zərərçəkmiş şəxs 15 həftə 3 günə uyğun döl izlənilmişdir. İş materillarında olan AZ V № 002048 nömrəli 09 iyul 2024-cü il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 03 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs X5 ad və soyadlı qızı doğulmuşdur. İş materillarında olan Zərərçəkmiş şəxs Masallı rayon polis şöbəsinə ünvanladığı 13 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, N-cü ilin noyabr ayında Qusar şəhərinin ərazisində Təqsirləndirilən şəxs ilə könüllü şəkildə və təbii yolla cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və psixi zor tətbiq etməmiş və onun Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. İş materillarında olan qərarlardan görünür ki, 27 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan MN-nin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 8411 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19-20 sentyabr N-cü il tarixlərdə keçirilmiş “Lokal xarakterli Antiterror əməliyyatları”nda iştirak etmiş, yaralanmış, “keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozlu xəsarətlər almışdır, hərbi xidmətə yararlıdır. İş materillarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 19-20 sentyabr N-cü il tarixlərdə keçirilmiş “Lokal xarakterli Antiterror əməliyyatları”nda iştirak etmişdir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını və “Lokal xarakterli antiterror əməliyyatlarında iştrak etməsini cəzasını yüngülləşdirən hall kimi qiymətləndirir.” Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağır ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 152-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat və yaşayış ünvanı üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatda müdafiəyə 60 saat sərf etdiyini göstərmişdir. Məhkəmə işin həcmini, işə baxılma vaxtını, məhkəmə iclas protokolundakı məlumatları nəzərə alaraq hesab edir ki, müdafiəçinin bu iş üzrə təqsirləndirilən şəxsin müdafiəsinə 60 saat sərf etməsi ağlabatan deyildir, buna 25 (iyirmi beş) iş saatı sərf edilməsi işin həcminə, baxılma saatlarına daha uyğundur. Ona görə də, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Masallı rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Masallı rayonu Köçəkli kəndindəki fərdi yaşayış evini tərk etməmək, Masallı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-212/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-212/2024
04.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver