Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-213/2023 19.12.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Bakı Hərbi Məhkəməsinin 24 iyun N2-ci il tarixli, 1-1(093)-107/N2 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Suraxanı- 1 hərbi şəhərciyində qeydiyyatda olmaqla, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin hərbi şəhərciyində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin S-300PMU2 divizonlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizonunun məxfi hissəsinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 30 sentyabr N2-ci il tarixdə N2-ci ilin iyul-avqust aylarında “İnstagram” sosial şəbəkəsində tanış olduğu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs xidmət müddətinin bitməsini və digər qurumda işə qəbul olunmaq istədiyini öyrənib real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində xidmət edən yüksək vəzifəli və rütbəli tanışının vasitəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində pul müqabilində onu Fövqəladə Hallar Nazirliyində hərbi xidmətə qəbul etdirə biləcəyini söyləyib inandırmaqla Zərərçəkmiş şəxs razılığını almışdır. Həmin razılıqdan sonra Zərərçəkmiş şəxs onun tələbi əsasında guya vəzifəli şəxsə verilməsi üçün 01 oktyabr N2-ci il tarixdə saat 14:06-da ünvan 1 ünvanında yerləşən “Bəhram” marketdə quraşdırılmış “Emanat” ödəniş terminalı vasitəsi ilə onun təqdim etdiyi "xxxx" ASC-yə məxsus bank hesabına 4500 (dörd min beş yüz) manat məbləğində pul göndərmiş, lakin o, verdiyi vədlər üzrə heç bir real hərəkət etməyərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini qanunsuz ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, N2-ci ilin iyun ayının axırlarında «İnstagram» sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs ilə tanış olmuş, özünü «Cəsur» adlı Fövqəladə Hallar Nazirliyinin zabit kimi təqdim etmiş, bu zaman o, Zərərçəkmiş şəxs da hərbi qulluqçu olduğunu, habelə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmət etdiyini öyrənmişdir. Realda görüşmüşlər, münasibətləri yaranmışdır. Aralarında bir neçə dəfə borc alıb-vermək kimi hallar olmuşdur. N2-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs onunla söhbət edərkən xidmət müddətinin bitməsi səbəbindən ordu sıralarından tərxis olunacağı, buna görə də iş axtarışında olduğunu bildirməsi, bu zaman onun Fövqəladə Hallar Nazirliyinin yuxarı vəzifəli şəxslərlə tanışlığının olduğunu, real imkana malik olmadığı halda Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini demiş, daha sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq işə düzəlməsi qarşılığında 4500 manat pul tələb etmişdir. Pulu aldıqdan sonra maddi vəziyyəti pisləşdiyinə görə qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və ona dəymiş ziyanı tam həcmdə ödəmişdir. Maddi imkanı zəif olduğundan cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, ziyanı tam ödəməsini nəzərə almağı və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Maddi imkanı zəif olduğundan cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Əməlindən peşmandır. Ona görə ərizənin nəzərə alınmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin Xüsusi Vasitələrin Tətbiqi Bölməsinin 4-cü dəstəsinin 3cü bölməsinin götürmə qrupunun 1-ci yarım qrupunda atıcısı vəzifəsində, müddətdən artıq hərbi xidmət qadın hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N2-ci ilin avqust ayının ortalarında “İnstagram” sosial şəbəkəsində “memento-more333” istifadəçi hesabından onun istifadəsində olan “jz_2494” adlı hesabına tanışlıq məqsədilə mesaj göndərilmişdir. Həmin şəxslə tanış olaraq onun Fövqəladə Hallar Nazirliyinin kapitan hərbi rütbəli helikopter pilotu olan “Cəsur” adlı hərbi qulluqçu olmasını öyrənmiş, belə ki, Təqsirləndirilən şəxs bütün danışıq və davranışları, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrinin açılışında olmasını bildirməklə, o cümlədən zabit geyimində şəkillərini ona göstərməklə və digər üsullarla onu özünə inandırmışdır. Həmin şəxs özünü “Cəsur” kimi təqdim edərək Fövqəladə Hallar Nazirliyinin zabiti olmasını, kapitan hərbi rütbəsində xidmət etməsini bildirmişdir. N2-ci ilin sentyabr ayının sonlarında o, söhbət əsnasında Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etməsini, lakin xidmət müddətinin yaxın tarixdə bitməsi səbəbindən xidmət yerini dəyişdirmək istəyini bildirmiş, bunu öyrənən Təqsirləndirilən şəxs 30 sentyabr N2-ci il tarixdə ona Fövqəladə Hallar Nazirliyinin yuxarı vəzifəli və rütbəli şəxsləri ilə tanışlığının olduğunu bildirib həmin şəxslərin köməkliyi ilə onu Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissələrinin birinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işə qəbul olunmasının mümkün olduğunu deyib bu məsələ ilə ətraflı maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayıb Fövqəladə Hallar Nazirliyində olan vəzifəli tanışlarının vasitəsi ilə ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi qulluğa qəbul olunması qarşılığında 4500 manat məbləğində pul ödəməli olduğunu bildirmiş, o, bu təklifin sərfəli olduğunu düşünüb Təqsirləndirilən şəxs qeyd edilən məbləğdə pulu verməyə razılaşmış, bu səbəbdən də öz maaşından və hərbi xidmətdə ona verilən əlavələrdən topladığı 4500 manat pulu 01 oktyabr N2-ci il tarixdə saat 14:06-da ünvan 1 ünvanında yerləşən “Bəhram” marketdə quraşdırılmış “Emanat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs pulu ələ keçirdikdən sonra ona bir ay, yəni N2-ci ilin noyabr ayı ərzində Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən çağırılaraq sənədləşmə işləri aparılacağını, bundan sonra onun Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alacağını bildirmişdir. Qeyd edilən hadisədən bir aydan artıq müddət keçməsinə baxmayaraq o, hər hansı vəzifəli şəxs tərəfindən çağırılmadığını və hər hansı sənədləşmə işinin aparılmadığını görüb özünü “Cəsur” kimi təqdim edən Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüş və sonuncudan işə düzəlmək məqsədilə verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmış, həmçinin o, Təqsirləndirilən şəxs əvvəllərdə eyni xarakterli cinayətlər törətdiyini öyrənib baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişdir. O, Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə xeyrinə heç bir hərəkət etmədiyini görüb pulunun geri qaytarılmasına nail olmaq məqsədilə baş vermiş hadisə ilə bağlı qonşusu X2 məlumat verməklə ondan Təqsirləndirilən şəxsla danışaraq pulunu geri almaq məsələsində köməklik etməsini xahiş etmiş, Əlisa Əhmədov isə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq qeyd olunan məsələdə ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb dəstəyi Əlisa Əhmədova vermiş və Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini ifşa etmək məqsədilə həmin danışıqları qeydə almışdır. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs «sənə dedim ki, səbrli ol. Mənim əməllərim lap gözəldi. Mənim işim düzəlmiyəndə pulumu qaytarmışam. Kiminsə də yerinə qaytarmışam. Belədi ki, alındırmışam da, otmenit elətdirib də qaytarmışam. Bu işi otmenit elətdirmək olmur da mən nağarım. Öz əlimdə olsa idi edərdim» sözlərini deməklə ondan işə düzəlmək məsələsində səbrli olmasını, işə düzəlmək məsələsi alınmayacağı halda pulunun geri qaytarılacağını, habelə guya qeyd olunan işin artıq həll olunduğunu və bu səbəbdən də, prosesi təxirə salmağın mümkün olmadığını nəzərdə tutmuşdur. Habelə, Təqsirləndirilən şəxs “Şey eləmişəm, danışmışam, ayın 12-nə kimi axırıncı vaxtını qoymuşam. Başa düşdün 12-nə kimi qərar şey eləmişdi. Olmasa mənə pul köçürüblər. Mən birinci gün, Zəngilandayam, burda şey yaradırlar, Fövqəladə binası da, ora baxmağa gəlmişəm. Mən birinci gün gələcəm, birinci gün həll eyliyəcəm. 13-nə kimi vaxt qoymuşam. Set tutmur e burda çıxmışam dağın döşünə ona görə danışa bilmirəm.” sözlərini deməklə ona 12 may N3-cü il tarixədək vəzifəli şəxsə vaxt qoyduğunu, qeyd olunan tarixdə onun işə düzəlməsi ilə bağlı qərar veriləcəyini, əks təqdirdə işə düzəltmək adı altında aldığı pulları geri qaytaracağını nəzərdə tutmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ona “Deməli ayın 12-nə kimi vaxt qoymuşam, mən özümdə.. yəni dövlət işində işdiyir də, dedim birinci gün gələcəm olmasa əgər, yenə də Vallah o, məni tanıyır, pul, heç vaxt pul söhbəti aramızda olsa da, yəni münasibətimiz olsa da, yəni dostluq, iş yoldaşı kimi, belə şeylərimiz olsa da, qardaş bilir ki, mən problemli adam deyiləm. Olub qaytarmışam. olub alınmayıb məsəl üçün qaytarmışam yəni, o bilir, Jalə xanım bilir” ifadələrini 12 may N3-cü il tarixədək onu işə düzəltmək məsələsi ilə əlaqədar vəzifəli şəxsə vaxt qoyması, işin alınmayacağı təqdirdə dövlət işçisi və etibarlı adam olduğu üçün pulun özü tərəfindən qaytarılacağı mənasında demişdir. Habelə, Təqsirləndirilən şəxsla arasında hər hansı borc məsələsi olmamış, Təqsirləndirilən şəxs 4500 manat pulu işə düzəlmək məqsədilə vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.N3-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs barəsində yekun məhkəmə qərarının onun iştirakı olmadan qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs şəxsən tanımır, aralarında qohumluq münasibətləri, düşmənçilik və ədavət yoxdur. N3-cü ilin may ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs onunla söhbət edən zaman Təqsirləndirilən şəxs ad və soyadlı şəxslə sosial şəbəkədə tanış olması, sonuncu ilə dostluq münasibətində olması, habelə Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində zabit kimi xidmət etməsi, ona 01 oktyabr N2-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərinin yaxınlığında yerləşən hərbi hissələrinin birində işə düzəlmək məqsədilə 4500 manat pul verməsi, lakin N3-cü ilin may ayınadək Təqsirləndirilən şəxs vədinə əməl etməməsi və aldığı pulu geri qaytarmaqdan yayınması barədə məlumat verib ondan Təqsirləndirilən şəxsla danışıb pulunun geri qaytarılması məsələsində köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs təkidi ilə Təqsirləndirilən şəxsla danışmağa razılığını bildirdikdən sonra Zərərçəkmiş şəxs öz mobil telefonundan Təqsirləndirilən şəxs yığıb danışmağa başlamış, həmin danışıq zamanı o, söhbətə müdaxilə edib özünü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmisi oğlu kimi təqdim etməklə söhbət etməyə başlayaraq sonuncudan Zərərçəkmiş şəxs aldığı pulu nə vaxt qaytaracağını soruşmuşdur. Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs 12 may N3-cü il tarixədək Zərərçəkmiş şəxs işə qəbul edilməsi barədə qərar qəbul ediləcəyini demiş, əks təqdirdə aldığı pulu özünün qaytaracağına söz vermiş, buna baxmayaraq növbəti tarixlərdə sözlərinə əməl etməyərək pulu geri qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxsla arasında olan danışıqlar Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi, əks halda Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmaq mövzusunda olmuş, danışıq zamanı Zərərçəkmiş şəxs bütün danışıqları qeydə almışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 79 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin S-300PMU2 divizonlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizonunun məxfi hissə rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd CD diskə keçirilmiş 09 avqust N3-cü il tarixli baxış protokolundan görünür ki, onunla Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışıqlarında, habelə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli mesajlarda onlar arasında Zərərçəkmiş şəxs işə qəbul edilməsi və verilmiş pulların qaytarılması ilə bağlı söhbətlər aparılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd vərəqə keçirilmiş 04 sentyabr N3-cü il tarixli baxış protokolundan görünür ki, onunla Təqsirləndirilən şəxs arasında baş tutmuş mesajlarda onlar arasında verilmiş pulların qaytarılması ilə bağlı söhbətlər aparılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr N3-cü il tarixli 3-16-16/2-4/1658 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan “X5” ASC tərəfindən təqdim edilmiş bank əməliyyatlarından edilmiş çıxarışdan və Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzdən görünür ki, 01 oktyabr N2-ci il tarixdə saat 14:06-da Təqsirləndirilən şəxs məxsus 409868******2467 saylı “Leobank” kartına ödəniş terminalı vasitəsilə 4500 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış protokolundan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində, ***- ***-**-** saylı mobil nömrə isə Zərərçəkmiş şəxs istifadəsində olmuş, N2-ci ilin avqust ayından N3-cü ilin may ayına qədər Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsi arasında verilmiş pulların qaytarılması ilə bağlı qısa mesaj formatlı yazışmalar, həmçinin qeyd olunan tarix aralığında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında çoxsaylı telefon zəngləri aparılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Sumqayıt Hərbi Prokurorluğuna ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı altında aldığı 4500 manat məbləğində pulun 1500 manatını geri qaytarmışdır. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın qalan hissəsinin, yəni 3000 manat məbləğində pulun ona geri qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 24 iyun N2-ci il tarixli, 1-1(093)-107/N2 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 10000 (on min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən mübahisəsiz hal aşkar edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” N mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət məsuliyyətinə səbəb olur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli qərarında qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Halbuki məhkəmə iclasında zərərçəkmiş və təqsirləndirilən şəxsin dindirilməsi zamanı məlum olmuşdur ki, Rüstəmov X1 Jalə İlham qızına qarşı etibardan sui-istifadə etmə və aldatma yolu dələduzluq etmiş olsa belə, təqsirləndirilən şəxs tərəfindən bu cinayət əməlinin törədilməsi zamanı öz qulluq mövqeyindən istifadə etməsi müəyyən olunmamışdır. İş materiallarında olan sənədlərdən məlum olur ki, hadisə zamanı Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin S-300PMU2 divizonlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizonunun məxfi hissə rəisi vəzifəsində xidmət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs yalandan vədlər verərək Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyi adı altında ondan müəyyən məbləğdə pul vəsaiti alsa belə, faktiki olaraq o, real olaraq bu imkana sahib olmamış, həmçinin bununla yanaşı müəyyən səlahiyyətlərə də malik olmamışdır. Təqsirləndirilən şəxs ona isnad edilən dələduzluq cinayətini törətməsi ilə bağlı qulluq səlahiyyətlərindən və ya öz qulluq mövqeyindən istifadə etməmişdir, bununla bağlı işdə sübut yoxdur. Bu hal Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 178.2.3-cü maddəsinin tərkibinin yaranmasını istisna edir. Eyni zamanda, dövlət ittihamçısı da əməlin tövsifinə həmin mövqedən yanaşaraq məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsini təklif etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə deyil, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdərək dələduzluq etmişdir. Bu onun özünün etiafedici, zərərçəkmiş və şahidin ifadələri, işə əlavə olunaraq məhkəmədə tədqiq olunmuş sübutlarla sübut olunur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki: - dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır; - məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərlə bərabər, dövlət ittihamçısının da mövqeyi nəzərə alınmalı, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə verilən ittihamdan imtina etməsi və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsindən CM-nin 178.1-ci madəsinə tövsif edilməsi barədə müraciəti təmin edilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsindən CM-nin 178.1-ci madəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd CD disk və Təqsirləndirilən şəxsla arasında aparılmış yazışmaları əks etdirən 04 (dörd) ədəd vərəqə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə fonoskopik ekspertizasının keçirilməsi ilə əlaqədar 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd CD disk və Təqsirləndirilən şəxsla arasında aparılmış yazışmaları əks etdirən 04 (dörd) ədəd vərəqə cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza təqdiqatının ümumi dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-213/2023
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-213/2023
19.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver