Məhkəmə qərarları › İş №1-1(093)-214/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-214/2024

22.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-214/2024 22.11.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 3N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx N001-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan Nünvanında yaşayan, Azarbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyının N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində 09 oktyabr N0N4-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən on gündən artıq, lakin bir aydan çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Əliyev X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun mühafizə və təminat bölüyünün baş radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, komandir heyətindən icazə istəmədən N iyun N0N4-cü il tarixdə saat 15:30 radələrində xidmət yerini, yəni Abşeron rayonunun Pirəkəşkül 1 qəsəbəsi ərazisində dislokasiya edilmiş, qeyd edilən taborun ərazisini özbaşına tərk edib yaşadığı Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış massivi bina 10 mənzil N ünvanına getmiş, yalnız N9 iyun N0N4-cü il tarixdə saat 08 radələrində xidmət yerinə qayıtmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi on gündən artıq, lakın bir aydan çox olmayan müddətdə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-ın 333.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N0N3-cü ilin yay aylarının əvvəllərində könüllülük əsasında sənədlərini N nömrəli hərbi hissəyə təqdim etmiş, müvafiq kursu keçdikdən sonra N avqust N0N3-cü il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və bundan sonra həmin hərbi hissənin 1-ci taborunun mühafizə və təminat bölüyünün baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətimi davam etdirmişdir. N0N1-ci ilin dekabr ayında ailə qurmuş, himayəsində xx.xx.N0N3-cü il təvəllüdlü azyaşlı övladı vardır. Atası ilə anası N010-cu ildə rəsmi şəkildə boşanmışlar, X1 xərçəng xəstəsi olmaqla hazırda onun himayəsindədir. O, N avqust N0N3-cü il tarixdən 09 iyun N0N4-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi normal xidmət etmiş və hər hansı bir intizamsızlıq etməmişdir. Lakin N0N4-cü ilin iyun ayının əvvəllərində anasında olan xərçəng xəstəliyinin bır qədər ağırlaşması, eləcə də açıqlama vermək istəmədiyi digər şəxsi problemləri ilə bağlı onda həvəssizlik və özünəinamsızlıq hissi yaranmışdır. Bu səbəbdən bir qədər mülki həyatda yaşayıb sonradan xidmət yerinə qayıtmaq qərarına gəlmişdir. Belə ki, o, N iyun N0N4-cü il tarixdə saat 15:30 radələrində xidmət yerində olarkən komandir heyətindən icazə almadan, gizlincə xidmət yeri olmaqla, Abşeron rayonunun Pirəkəşkül 1 qəsəbəsi ərazisində yerləşən, qeyd edilən hərbi hissənin xidmət etdiyi 1-ci taborunun ərazisini tərk edib yaşadığı Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış massivi bina 10 mənzil N ünvanına getmişdir. Yaşadığı evə gedib ailə üzvlərinə yalandan komandirlərinin ona məzuniyyət verdiklərini demişdir. Hərbi hissədən onu axtarmamaları üçün mobil telefonunu bir qayda olaraq sönülü saxlamış, komandir heyəti ona zəng etdikdə isə müxtəlif bəhanələr gətirərək xidmət yerinə qayıtmamışdır. Həmin ərəfədə heç bir əsaslı problemi olmasa da, anasında olan xəstəlik, habelə şəxsi həyatındakı açıqlamaq istəmədiyi problemləri ilə bağlı həyatdan küsgün olduğundan bir qədər evdə vaxt keçirmək istəmiş və yaşadığı evdə olmuşdur. Bundan bir neçə gün sonra əməlindən peşman olmuş, xidmət yerini əsaslı səbəb olmadan özbaşına tərk etdiyinə görə peşmançılıq hissələri keçirmiş və N9 iyun N0N4-cü il tarixdə səhər saat 08 radələrində heç bir kənar təsir olmadan, könüllü şəkildə xidmət yerinə qayıdıb özünü komandirlərinə təqdim etmişdir. N0N0-ci ildə baş vermiş Vətən müharibəsində Suqovuşan və Ağdərə istiqamətlərində baş vermiş döyüşlərdə sonadək iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Suqovuşanın azad edilməsinə görə və Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Hazırda hərbi xidmətdədir və xidmətini davam etdirir. Vətən müharibəsi iştirakçısı olmasını, medallarla təltif edilməsini, işğal altında olan torpaqlarımızın azad edilməsi və müdafiəsində az da olsa, əməyinin olmasını, cavanlığını, ailə vəziyyətini, himayəsində olan anasının xərçəng xəstəsi olmasını, eləcə də himayəsində azyaşlı övladının olmasını nəzərə alıb bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid - N nömrəli hərbi hissəsinin 1-ci taborunun mühafizə və təminat bölüyünün komandiri, baş leytenant Şahid1 Nizamı oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun komandiri olduğu bölüyün ən intizamlı hərbi qulluqçularından biri olmuş, verilən tapşırıqları tam şəkildə icra etmiş, əvvəllər hansısa intizamsızlıq etməmişdir. Lakin N iyun N0N4-cü il tarixdə nahar fasiləsindən sonra, günorta düzülüşü zamanı o, Təqsirləndirilən şəxs xidmət yerində olmadığını müəyyən etmişdir. Harada olmasını öyrənmək üçün zəng etdikdə, Təqsirləndirilən şəxs az öncə, yəni saat 15:30 radələrində xidmət yerini tərk etdiyini bildirib, geri qayıdacağını demiş, lakin xidmət yerinə qayıtmamışdır. Növbəti günlərdə də geri qayıtmadığından o və digər xidmət yoldaşları Təqsirləndirilən şəxs dəfələrlə zəng edib xidmət yerinə qayıtmalı olmasını demişlər, Təqsirləndirilən şəxs isə onlara əhvalının pis olduğunu bildirib, yaxın günlərdə qayıdacağına söz vermişdir. Əksər vaxtlarda isə Təqsirləndirilən şəxs gah telefon zənglərinə cavab verməmiş, gah da telefonunu söndürmüşdür. Təqsirləndirilən şəxs yalnız N9 iyun N0N4-cü il tarixdə saat 08 radələrində- xidmət yerinə qayıtmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs xidmət yerini özbaşına tərk edib qayıtmamasının səbəbini soruşmuş, sonuncu ona anasının xəstə olması səbəbindən əhvalının pis olduğunu, məhz buna görə də xidmət yerinə qayıtmadığını bildirərək, özündə güc tapıb həmin gün xidmət yerinə qayıtdığını demişdir. Hazırda hərbi xidmətdədir və xidmətini davam etdirir. Məhkəmə iclasında şahid - N nömrəli hərbi hissəsinin 1-ci taborunun taborunun şəxsi heyətlə iş üzrə bölməsinin rəisi, kapitan ŞahidN ifadəsində Şahid1 Nizamı oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətə daxil olmaları” haqqında N avqust N0N3-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 03 (üç) il müddətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi könüllü surətdə hərbi xidmətə daxil olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli N37 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, həmin tarixdə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursunu bitirmiş əsgər Təqsirləndirilən şəxs qeyd edilən hərbi hissənin 1-ci taborunun mühafizə və təminat bölüyünün baş radiotelefonçusu təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyun N0N4-cü il tarixli 17N nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30 radələrində xidmət yerini özbaşına tərk etdiyinə görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınaraq bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N9 iyun N0N4-cü il tarixli 195 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılaraq bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə tərəfindən müsbət xarakterizə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Əliyev X4 veteranıdır, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli N7N0 nömrəli sərəncamı ilə “Suqovuşanın azad edilməsinə görə" medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N1 aprel N0NN-ci il tarixli N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.N0N3-cü il təvəllüdlü bır azyaşlı uşağı vardır. X1 “Sol tərəfli adneksial kütlə" diaqnozlu xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, X1nın xərçəng xəstəliyindən əziyyət çəkməsi və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.N-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər Beləliklə, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, işin hallarını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 3N saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 05 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N0 (iyirmi) iş saatına görə 1N0 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 3N saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar