Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-215/2024 04.12.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Yardımlı rayonunun Telavar kəndində anadan olmuş, Yardımlı rayonunun Telavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, məhkumluğu olmayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki. Şamiyev XN Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən NN4-cü ilin aprel ayının sonlarında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən “Pur-1” təlim poliqonunda olan zaman səhər saat N radələrində hərbi hissənin təminat bölüyünün daşıma və boşaltma taqımının N-ci manqasının sürücüsü, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 sonuncunun sürücüsü olduğu “UAZ” markalı К 071 QQ hərbi qeydiyyat nişanlı avtomobildə hərbi hissənin qərargah taqımının komandiri, gizir Şahid1 yatmasına icazə verməsini öyrənmiş, Zərərçəkmiş şəxs1 “ona avtomobildə yatmağa niyə icazə vermisən, dövlət sizə çadır verib” sözlərini deyərək əsəbiləşib öz üstünlüyünü göstərmək və tabeliyində olan şəxsi cəzalandırmaq məqsədilə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 üzərinə gedərək sol əli ilə qəsdən onun sağ sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis qismində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olarkən NN4-cü ilin may ayının ortalarında səhər saat N radələrində hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN hərbi hissənin ərazisində yerləşən mağazada yemək yediklərini görərək dərhal sıra meydanında düzülmələrinə göstəriş vermiş, əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN düzülüş meydanına çatıb sıraya durmaq üçün mayor Təqsirləndirilən şəxs icazə istədikdə o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN “Siz niyə mağazada yemək yeyirsiz?” deyərək əsəbiləşib öz üstünlüyünü göstərmək və tabeliyində olan şəxsləri cəzalandırmaq məqsədilə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış əsgərlər, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN üzərlərinə gedərək sağ əli ilə qəsdən Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsinə bir sillə zərbəsi, Zərərçəkmiş şəxsN isə başının alın nahiyəsinə sağ əli ilə bir sillə zərbəsi vuraraq təkrarən rəis kimi həıbı xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda təqsirli bilərək bildirdi ki, o, N nömrəli hərbi hissənin komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən NN4-cü ilin aprel ayının sonlarında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən “Pur 1” təlim poliqonunda olan zaman səhər saat N radələrində hərbi hissənin təminat bölüyünün daşıma və boşaltma taqımının N-ci manqasının sürücüsü, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 hərbi hissənin qərargah taqımının komandiri, gizir Şahid1 harada olduğunu soruşmuş, sonuncu isə Şahid1 ötən gecəni həmin avtomobildə yatmaq üçün sürücüsü olduğu ‘UAZ’' maıkalı “K 071 QQ” hərbi qeydiyyat nişanlı avtomobilin açarını istədiyini demiş, bu zaman Zərərçəkmiş şəxs1 onun tapşırığına əsasən Şahid1nı çağırmış, sonuncu da oraya gəlmişdir. O, Zərərçəkmiş şəxs1 “ona avtomobildə yatmağa niyə icazə vermisən, dövlət sizə çadır verib” sözlərini deyərək əsəbiləşmiş, özündən çıxıb hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 üzərinə gedərək sol əli ilə qəsdən onun sağ sifət nahiyəsinə bir sillə zərbəsi vurmuş və hərəkətlərini dayandıraraq Zərərçəkmiş şəxs1 xidmətinə davam etməsini bildirmişdir. Bu zaman ətrafda gizir Şahid1 və əsgər Zərərçəkmiş şəxsN olmuşdur. Zərərçəkmiş şəxs1 zərbənin qarşılığında heç bir hərəkət etməmişdir. Bundan başqa o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, Hacı Zeynalabdin qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ərazisində NN4-cü ilin may ayının ortalarında səhər saat N radələrində hərbi hissənin əsgərləri: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, ŞahidN və Şahid3 hərbi hissənin ərazisində yerləşən mağazada yemək yediklərini görüb əsəbiləşərək dərhal sıra meydanında düzülmələrinə göstəriş verərək sıra meydanına doğru getmiş, əsgərlər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN düzülüş meydanına çatıb sıraya durmaq üçün mayor Təqsirləndirilən şəxs icazə istədikdə o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN “Siz niyə mağazada yemək yeyirsiz?” deyərək özündən çıxıb qarşısında hərəkətsiz vəziyyətdə dayanmış əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN üzərlərinə gedərək sağ əli ilə Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsinə bir şillə zərbəsi, Zərərçəkmiş şəxsN isə başının alın nahiyəsinə sağ əli ilə bir şillə zərbəsi vuraraq zor tətbiq etmişdir. Hazırda zərərçəkmiş şəxslərdən üzr istəmiş, onlarla barışmışdır. Vətən Müharibəsində iştirak etmiş, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmədən xidmətlərini və hazırda hərbi xidmətdə olmasını nəzərə almağı, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, o təminat bölüyünün daşıma və boşaltma taqımının N-ci manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən, NN4-cü il aprel ayının sonlarında xidmət etdiyi şəxsi heyət ilə birlikdə “Pur-1” poliqonunda təlimlərə, səhra çıxışına cəlb olunmuş, şəxsi heyətdən bir çoxu əvvəlcədən quraşdırılmış səhra çadırlarında yatmış, qərargah taqımının komandiri, gizir Şahid1 ondan sürücüsü olduğu “UAZ” markalı “K 071 QQ” hərbi qeydiyyat nişanlı avtomobilin açarını istəyib gecəni həmin avtomobildə yatacağını bildirdikdə, o, həmin avtomobilin açarını gizir Şahid1 vermişdir Növbəti gün, saat N radələrində hərbi hissə komandiri mayor Təqsirləndirilən şəxs qərargah taqımının şəxsi heyətinə düzülüş əmri verdikdə gizir Şahid1 düzülüşdə olmadığını görmüş, Təqsirləndirilən şəxs gizir Şahid1 harada olmasını soruşduqda o, gizir Şahid1 sürücüsü olduğu “UAZ” markalı “K 071 QQ” hərbi qeydiyyat nişanlı avtomobildə olabiləcəyini demiş, mayor Təqsirləndirilən şəxs ona gizir Şahid1 yanına çağırması barədə göstəriş verdikdə Şahid1 yanına gedərək mayor Nizamı Şamiyevin onu çağırdığını bildirmiş və özü hərbi hissə komandirinin yanına qayıtmışdır. Biı neçə dəqiqə sonra gizir Şahid1 düzülüş yerinə gəlmiş və ətrafda Təqsirləndirilən şəxs. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN başqa heçkim olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 hansı səbəbə görə avtomobildə yatdığını soruşmuş, Şahid1 isə heç bir cavab verməmişdir. Bundan sonra mayor Təqsirləndirilən şəxs ondan nəyə görə Şahid1 avtomobilin açarını verdiyini soruşmuş və əsəbiləşib üzərinə gedərək sol əli ilə qəsdən onun sağ sifət nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Bundan başqa, o, NN4-cü ilin may ayının ortalarında saat N radələrində hərbi hissənin ərazisində yerləşən əsgəı mağazasına getmiş, orada Zərərçəkmiş şəxsN, Şahid3 və ŞahidNla yemək yeyən zaman mayor Təqsirləndirilən şəxs içəri daxil olaraq nəyə görə mağazada yemək yediklərini onlara irad tutaraq sıra meydanında düzülmələrinə dair göstəriş vermiş və oranı tərk etmişdir. Ardınca o və digər əsgərlər ərzaq mağazasından çıxaraq düzülüş meydanına çatıb sıraya durmaq üçün mayor Təqsirləndirilən şəxs icazə istədikdə sonuncu onların üzərinə gələrək nəyə görə təyin olunmamış yerdə yemək yediklərini irad tutub əsəbləşmiş, sağ əli ilə onun sol üzündən bir sillə zərbəsi, Zərərçəkmiş şəxsN isə alın nahiyəsinə sağ əli ilə biı sillə zərbəsi vuraraq zor tətbiq etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxsN göstərdi ki, NN4-cü ilin may ayının ortalarında saat N radələrində o və əsgərlər: Şahid3, Zərərçəkmiş şəxs1 və ŞahidN əsgər mağazasında yemək yeyən zaman mayor Təqsirləndirilən şəxs içəri daxil olaraq nəyə görə orada yemək yediklərini soruşub irad tutaraq sıra meydanında düzüllmelərinə göstəriş vermiş və oranı tərk etmişdir. Ardınca o və digər əsgərlər ərzaq mağazasından çıxaraq düzülüş meydanına çatıb sıraya durmaq üçün mayor Təqsirləndirilən şəxs icazə istədikdə sonuncu onların üzərinə gələrək nəyə görə təyin olunmamış yerdə, yəni ərzaq dükanında yemək yediklərini irad tutub əsəbləşmiş, sağ əli ilə Zərərçəkmiş şəxs1 sol sifət nahiyəsindən bir sillə zərbəsi, onun isə alın nahiyəsindən sağ əli ilə bir sillə zərbəsi vuraraq zor tətbiq etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, o, NN4-cü il aprel ayının sonlarında xidmət etdikləri hərbi hissənin şəxsi heyəti ilə birlikdə Pur-1 poliqonunda təlimlərə cəlb olunmuş, Zərərçəkmiş şəxs1 sürücüsü olduğu “UAZ” markalı “K 071 QQ” hərbi qeydiyyat nişanlı avtomobilin açarını istəmiş və gecəni həmin avtomobildə yatacağını bildirmiş, Zərərçəkmiş şəxs1 etiraz etmədən həmin avtomobilin açarını ona vermiş və səhər saat N radələrində hərbi hissə komandiri mayor Təqsirləndirilən şəxs düzülüş barədə göstəriş verdiyini eşitmiş, bundan sonra Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq hərbi hissə komandirinin düzülüş komandası verdiyini, onu çağırdığını bildirmişdir. O səhra çadırının qabağında düzülüşə getdikdə Təqsirləndirilən şəxs ondan nəyə görə avtomobildə yatdığını soruşmuş, o isə heç bir cavab verməmişdir. Bundan sonra mayor Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə gedərək nəyə görə onun maşında yatmasına icazə verdiyini deyərək əsəbi halda sol əli ilə Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə bir sillə zərbəsi vurmuş və hərəkətlərini dayandırmışdır. Məhkəmə iclasında ŞahidN göstərdi ki, NN4-cü ilin may ayının ortalarında saat N radələrində o və əsgərlər: Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 əsgər mağazasına gedib yemək sifariş etmişlər. Bir müddət sonra mayor Təqsirləndirilən şəxs içəri daxil olmuş, onlardan nəyə görə burada yemək yediklənnı soruşmuş, sıra meydanında düzülməyi tapşıraraq oranı tərk etmişdir. Onlar dərhal qalxararq düzülüş meydanına getmişlər, sıraya durmaq üçün mayor Təqsirləndirilən şəxs icazə istəyəndə Təqsirləndirilən şəxs təyin olunmamış yerdə yemək yediklərini irad tutub Zərərçəkmiş şəxs1 üzərinə gedərək əsəbi halda sağ əli ilə üzünün sol nahiyəsində qüvvətli bir sillə zərbəsi vurmuş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsN yaxınlaşmış və eyni sözləri sonuncuya deyərək alnına bir sillə zərbəsi vurmuş və hərəkətlərini dayandırmışdır. Məhkəmə iclasında Şahid3 da ŞahidN ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Naziliyi Məhkəmə Tibbi Ekspertiza və X1 tərəfindən tərtib edilmiş N iyun NN4-cü il tarixli, 1134 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizası zamanı bədən səthinə hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmasa da, Zərərçəkmiş şəxsN ekspertiza zamanı bildirmişdir ki, NN4-cü ilin may ayında o, əsgər mağazasında yemək yeməyə hazırlaşarkən hərbi hissə komandiri mayor Təqsirləndirilən şəxs onunla birlikdə 4 nəfər əsgəri sıraya düzərək tənqid etmiş və ona yaxınlaşaraq alın nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Naziliyi Məhkəmə Tibbi Ekspertiza və X1 tərəfindən tərtib edilmiş N iyun NN4-cü il tarixli, 1135 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthinə sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmasa da, Zərərçəkmiş şəxs1 ekspertiza zamanı bildirmişdir ki, o, NN4-cü ilin may ayında əsgər mağazasında yemək yeməyə hazırlaşarkən hərbi hissə komandiri mayor Təqsirləndirilən şəxs onunla birlikdə dörd nəfər əsgəri sıraya düzərək tənqid etmiş və ona yaxınlaşaraq sifət nahiyəsinə bir şillə zərbəsi vurmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxsN tərəfindən Sumqayıt Hərbi Prokurorluğuna ünvanlanmış 30 may NN4-cü il tarixli ərizədən görünür ki, mayor Təqsirləndirilən şəxs NN4-cü ilin may ayında Zərərçəkmiş şəxsN baş nahiyəsinə bir sillə zərbəsi vuraraq zor tətbiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Zərərçəkmiş şəxs1 tərəfindən Sumqayıt Hərbi Prokurorluğuna ünvanlanmış 30 may NN4-cü il tarixli ərizədən görünür ki,mayor Təqsirləndirilən şəxs NN4-cü ilin aprel ayında “PUR-1” poliqonunda olarkən Zərərçəkmiş şəxs1 üz nahiyəsinə bir sillə zərbəsi, NN4-cü ilin may ayında isə hərbi hissənin ərazisində bir şillə zərbəsi vuraraq zor tətbiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr N18-ci il tarixli 35N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs N-ci tank tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilib, N dekabr N18-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminata qoyularaq vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel NN4-cü ıl tarixli 111 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs 55-1 nömrəli hərbi hissəsinin komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gələrək vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N hərbi hissə komandirinin N sentyabr NN3-cü il N59 nömrəli əmrdon edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxsN hərbi hissənin qərargah taqımının, rabitə manqasının xətt nəzarətçisi-telefonçusu vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs1 isə hərbi hissənin avtomobil taqımının, 1-ci avtomobil manqasının sürücüsü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N hərbi hissə komandirinin N noyabr NN3-cü il 3N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 hərbi hissənin təminat bölüyünün daşıma və boşaltma taqımının N-ci daşıma manqasının sürücüsü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 0N iyul NN4- cü ıl tarixli, 6593 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, mayor Təqsirləndirilən şəxs ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxsN ilə arasında tabelik münasibətləri olmuş, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN rəis hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin N9 yanvar N18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 34N.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şamiyev XN Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət edir, ailəlidir, N1N-ci il və N15-ci il təvəllüdlü iki uşağı var, yuxarı komandanlıq tərəfindən müsbət xarakterizə edilir, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təllıl olunmuşdur. Azərbaycan Respublikası MN-nin N nömrəli hərbi hissəsinin komandirinin Bakı Hərbi Məhkəməsinə ünvanladığı 13 noyabr NN4-cü il tarixli, 3685 nömrəli vəsatətində göstərilmişdir ki, mayor Təqsirləndirilən şəxs NN-ci ildə ikinci Qarabağ müharibəsi, 19xx.xx.NN3- cü il tarixlərdə keçirilmiş lokal antierror əməliyyatlarında iştirak etmiş və müharibə veteranıdır. Mayor Təqsirləndirilən şəxs xidmət müddəti ərzində ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-N13) yubiley" medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Ordusunun 100 illiyi (1918-N18)” Azərbaycan Respublikasının yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı, “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı və “Qüsursuz xidmətə görə” Nci dərəcəli medalla təltif edilmişdir. Tabelikdə xidmət etdiyi müddət ərzində mayor Təqsirləndirilən şəxs özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, işgüzar bir zabit kimi göstərmişdir. Tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlir, rəhbərlik tərəfindən verilən əmr və tapşınqlan vaxtında yerinə yetirməyə çalışır. Bildirilən iradlardan düzgün nəticə çıxarmağı və nöqsanları aradan qaldırmağı bacarır. Peşəkar bilik səviyyəsinin artırılması üçün daim öz üzərində çalışır. N nömrəli hərbi hissəsinin komandiri vəsatət verərək mayor Təqsirləndirilən şəxs uzun müddət Azərbaycan Ordusunda peşəkar bir zabit kimi xidmət etməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində aparılan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq etməyi xahiş edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxslərin, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.1N və 59.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını, əməlindən səmimi peşman olmasını, müharibə iştirakçısı olmasını və medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələri sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CMnin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələri az ağır cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilə bilməz, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Həmçinin, o hərbi xidmətdədir, hələ də Silahlı Qüvvələrdə belə zabitlərə ehtiyac var və yuxarı komandanlıq da ona həbslə bağlı olmayan cəza verilməsi barədə vəsatət vermişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, N nömrəli hərbi hissə komandirinin vəsatətini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağır ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin N nömrəli hərbi hissənin vəsatətini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, Azərbaycan Respublikası CM-in 6N-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci və 3N9.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən N6 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.N və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara 03 may N18-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi 156 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351- 353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 % (on faiz) məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N6 (iyirmi altı) iş saatına görə 156 (yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-215/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-215/2024
04.12.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver