Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-216/2025 19.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X12 Arif oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Çuxanlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Babayev X5 Nazirliyinin Baş Klinik Hospitalının yanğından mühafizə komandasının yanğınsöndürən komandasının rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 2023-cü ilin təxminən fevral ayında tanışı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ilə mobil telefon vasitəsilə danışarkən sonuncunun N nömrəli hərbi hissədə xidmət edən xidmət yoldaşı Zərərçəkmiş şəxs1 Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan qardaşı X1 xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisinə yerləşən N nömrəli hərbi hissəsinə zabit olaraq leytenant hərbi rütbəsi verilməklə dəyişdirmək arzusunda olmasını bilib, həmin işin həllinə kömək etməyə real imkana və mahiyyətə malik olmadığı, eləcə də Elmar İsmayıllının xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifədə xidmət edən tanışının vasitəsilə 12500 (on iki min beş yüz) manat pul müqabilində Elmar İsmayıllının xidmət yerini 3 (üç) ay müddətində Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə leytenant hərbi rütbəsi verilməklə dəyişdirəcəyinə dair yalan vəd vermişdir. Şahid1 bu barədə Zərərçəkmiş şəxs1 ilə danışıb sonuncunun razılığını aldıqdan sonra, Təqsirləndirilən şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə telefon əlaqəsi yaradıb pulun hazır olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə “Fiat” markalı avtomobildə Zərərçəkmiş şəxs1 məxsus 12500 (on iki min beş yüz) manat məbləğində pulu Şahid1 nağd formada əlbəəl almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə Bakı şəhəri ərazisində hərbi xidmətdə olarkən, 2023-cü ilin təxminən aprel ayının sonlarında tanışı Şahid1 tam olaraq ona inanıb etibar etdiyinə əmin olduğundan sonuncunun xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin X2 şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan övladı Şahid3 xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisinə yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirmək arzusunda olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Şahid3 xidmət yerinin dəyişdirilməsinə köməklik etmək niyyətində olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifədə xidmət edən tanışının vasitəsilə 11000 (on bir min) manat pul müqabilində Şahid3 xidmət yerini 2 (iki) ay müddətində Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirəcəyinə dair yalan vəd vermişdir. Şahid1 bu barədə Zərərçəkmiş şəxs1, sonuncu isə qohumu Zərərçəkmiş şəxs2la danışıb razılığını aldıqdan sonra, Şahid1 Təqsirləndirilən şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsilə telefon əlaqəsi yaradıb pulun hazır olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən 2023-cü ilin təxminən may ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs2 məxsus 11000 (on bir min) manat məbləğində pulu Şahid1 nağd formada əlbəəl almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. İlkin olaraq məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yanğından mühafizə komandasının yanğınsöndürən komandasının rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olduğu müddətdə təxminən 2022-ci ildən Şahid1 hazırda adını xatırlamadığı xidmət yoldaşının vasitəsilə tanımış, həmyerli olduqlarından aralarında dostluq münasibətləri yaranmışdır. Həmçinin, o, ailə vəziyyəti ilə bağlı çətinlik yarandığından, gecikdirilmiş kredit ödənişi ilə bağlı, Şahid1 2 dəfəyə olmaqla ümumilikdə 7690 manat məbləğində borc qismində pul aldığını, həmin məbləğin bir hissəsini ilk dəfə 2023-cü ilin təxminən əvvəllərində, 2-ci dəfə isə 2023-cü ilin təxminən ortalarında şəxsən özünün Şahid1 nağd şəkildə əlbəəl olmaqla Bakı şəhəri ərazisində görüşüb götürdüyünü, lakin Bakı şəhərini yaxşı tanımadığı üçün həmin ünvanları qeyd edə bilmədiyini, Şahid1 borc aldığı həmin ümumilikdə 7690 manat pul məbləğini 2-3 dəfəyə bölüb qaytaracağına dair aralarında razılaşaraq həmin pulu hissə-hissə olmaqla qaytarmaq şərti ilə götürdüyünü, həmin pulun üzərində sonuncuya əlavə hörmət edəcəyini dediyini və Şahid1 aldığı 7690 manat məbləğində borc pul məbləğini 2023-cü ilin təxminən dekabr ayının sonları və ya 2024-cü ilin təxminən yanvar ayının əvvəllərində hissə-hissə olmaqla sonuncuya qaytarmaqla borcunu tam şəkildə bağladığını, eləcə də həmin pulları Şahid1 adına rəsmiləşdirilmiş nömrəsini xatırlamadığı bank kartının hesabına köçürməklə qaytardığını bildirmişdir. Bunlarla yanaşı, o, bildirdi ki, 2023-cü ilin təxminən sentyabroktyabr aylarında Şahid1 onunla əlaqə saxlayaraq təcili pul lazım olduğunu, pul verəcəyi adam olduğunu, borc sahibinin qapısına gələcəyini, lakin həmin şəxsin qapısına gəlməsini istəmədiyini deyərək ona borc olaraq verdiyi ümumilikdə 7690 manat puldan aralarında qalan təxminən 1800-2500 manat pulu qaytarmağını istəmişdir. O, həmin vaxt Şahid1 aralarında qalan 1800-2500 manat aralığında pulu təxminən 2-3 günə qaytaracağını, verəcəyi olduğu borc sahibi ilə danışaraq 2-3 günə pulun çatacağını bildirməsini dediyini, Şahid1 də ona həmin şəxsi başa sala bilmədiyini, başa sala biləcəyi təqdirdə ondan gedib özünün həmin şəxsi başa salmasını istədiyini, daha sonra Şahid1 həmin şəxsin mobil telefon nömrəsini ona verdiyini, həmin gün Cəlilabad rayonuna gedərək həmin şəxslə görüşdüyünü və həmin şəxsə Şahid1 1800-2500 manat aralığında pul verəcəyinin olduğunu, həmin pulu 2-3 gün içində Ş.A.Ağayevə verəcəyini, sonuncunun da həmin pulu həmin şəxsə verəcəyini, bu zaman həmin kişinin əsəbiləşərək onu qapısından qovmağa çalışıb onu tanımadığını, oğlunun Şahid1 2 dənə işə görə pul verdiyini, Şahid1 təxminən 11-16000 manat aralığında pulunun qaldığını dediyini, bu zaman həmin kişiyə Şahid1lə aralarındakı pulun ümumilikdə 7000-7500 manat aralığında olduğunu, həmin pulu da Şahid1 borc aldığını dediyini, daha sonra isə həmin kişinin əsəbiləşərək onu qapısından qovduğunu, bundan sonra Şahid1lə əlaqə saxlayaraq nə baş verdiyini, camaatı nə üçün aldatdığını və onu nə üçün irəli verdiyini soruşduğunu, bu zaman Şahid1 ona həmin şəxslərin ondan şikayət edəcəyi təqdirdə özünün də ondan şikayət edəcəyini dediyini bildirmişdir. Həmçinin, o, ifadəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımadığını, həmin şəxsləri heç zaman görmədiyini və həmin şəxslərlə aralarında hər hansı münasibətin olmadığını, Şahid1 hər hansı şəxslərin, eləcə də Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və N .A. Məmmədovun övladı Şahid3 xidmət yerlərinin dəyişdirilməsini təşkil etmək adı ilə hər hansı məbləğdə pul almadığını, eləcə də Şahid1 bu məqsədlə hər hansı məbləğdə pul qaytarmadığını, bu barədə Şahid1lə hər hansı razılığa gəlmədiyini, ona hər hansı vəd vermədiyini və sonuncu ilə aralarında hər hansı sövdələşmənin olmadığını, Şahid1lə aralarında borc məsələsindən başqa hər hansı pul haqq-hesabının olmadığını, habelə “Fiat Doblo“ markalı xidməti avtomobildən heç vaxt istifadə etmədiyini, bundan əlavə Şahid1 və sonuncunun atası ilə aralarda qrup formasında telefon danışığında yaşadığı mənzildə spirtli içki qəbul etdiyini, Şahid1 də ona zəng edərək pul verəcəyi şəxslərin atasına zəng etdiyini, yaşadıqları ünvana gələcəklərini dediklərini, bu mövzuda ona köməklik göstərməsini və yalandan atasına guya ona 16000 manat pul qaytarmalı olduğunu deməsini xahiş etdiyini, bu səbəbdən də Şahid1 və sonuncunun atası ilə qrup zəngi yaradaraq danışdıqları zaman yalandan Şahid1 atası Şahid4 Şahid1lə aralarında qalan məbləğin 16 olduğunu dediyini, həmin danışıqda da 16 dedikdə, 16000 manat məbləği nəzərdə tutduğunu, lakin həmin 16000 manat məbləği Şahid1 atasına yalan məlumat vermək üçün dediyini və ümumilikdə Şahid1 yalan danışaraq ona şər atdığını bildirmişdir. Lakin son məhkəmə iclasında o, özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu, maddi ziyanın 19750 manat hissəsini Şahid1 tərəfindən qalan hissəsi isə onun tərəfindən ödənilməklə zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurulmuş maddi ziyanı tam ödəməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş – Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış və aralarında dostluq münasibətləri olmuşdur. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə 2023-cü ilin təxminən fevral ayında xidmət etdiyi hərbi hissənin ərazisində xidmət yoldaşı Şahid1 yaxınlaşaraq qardaşı X6 Sərhəd Xidmətinin Zaqatala rayonu ərazisində yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, lakin qardaşı Elmanı özünün də xidmət etdiyi N nömrəli hərbi hissəyə zabit kimi gətirmək istədiyini, yəni qardaşı Elmarın xidmət yerini dəyişdirmək istədiyini deyərək bu barədə ona köməklik edə biləcək tanışının olub-olmadığını Şahid1 soruşmuşdur. Şahid1 də ona hərbi qulluqçuların xidmət etdiyi qoşun növündən asılı olmayaraq xidmət yerlərini pul qarşılığında dəyişdirə bilən tanışının olduğunu, istədiyi təqdirdə həmin tanışı ilə danışa biləcəyini demiş və o, da Şahid1 həmin tanışı ilə danışmasını xahiş etmişdir. Həmin gün, üzərindən bir qədər keçdikdən sonra Şahid1 xidmət etdiyi hərbi hissədə ona yaxınlaşaraq tanışı ilə danışdığını və həmin tanışının qardaşı Elmar İsmayıllının xidmət yerinin dəyişdirilməsi məsələsinə görə 12500 manat pul istədiyini bildirmişdir. Bundan sonra, 2023-cü ilin təxminən mart ayının əvvəllərində 15000 (on beş min) manat məbləğində nağd pul krediti götürərək, 04 mart 2023-cü il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Şahid1lə görüşüb həmin pulun 12500 manatını tanışının qardaşı Elmar İsmayıllının xidmət yerini dəyişdirilməsini təşkil etməsi üçün nağd formada əlbəəl olmaqla Şahid1 vermişdir. Üzərindən təxminən 1 ay keçdikdən sonra 2023-cü ilin təxminən aprel ayının sonlarında qohumu Zərərçəkmiş şəxs2 evinə qonaq getdiyi zaman qohumu Zərərçəkmiş şəxs2 ondan qardaşı Elmar İsmayıllının vəziyyətinin necə olduğunu və harada xidmət etdiyini soruşmuş, bu zaman qohumu Zərərçəkmiş şəxs2 qardaşının yaxşı olduğunu və DSX-nin Zaqatala rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət etdiyini, lakin qardaşı Elmarın işini danışdığını və sonuncunun xidmət yerinin qısa müddətdə Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəyə zabit olaraq dəyişdiriləcəyini bildirmişdir. Bu zaman, qohumu Zərərçəkmiş şəxs2 ondan Daxili İşlər Nazirliyinin X2 şəhəri ərazisində yerləşən hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən övladı Şahid3 də xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsinə köməklik etməsini xahiş etmiş, o da Zərərçəkmiş şəxs2 bu barədə qardaşının işini həll edən tanışı ilə danışıb məlumat verəcəyini demişdir. Üzərindən bir neçə gün keçdikdən sonra, 2023-cü ilin təxminən aprel ayının sonlarında xidmət etdiyi hərbi hissədə yenidən Şahid1 yaxınlaşaraq bu barədə ona məlumat vermiş, sonuncu da tanışı ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Daha sonra, həmin gün Şahid1 xidmət etdiyi hərbi hissədə ona yaxınlaşaraq tanışı ilə danışdığını və 11000 manat pul qarşılığında onun işini həll edəcəyini bildirmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs2 verdiyi 11000 manat pulu nağd formada əlbəəl olmaqla Şahid1 vermişdir. Lakin, üzərindən xeyli müddət keçməsinə baxmayaraq nə qardaşı Elmar İsmayıllının, nə də qohumu Şahid3 xidmət yerlərinin dəyişdirilmədiyini, Şahid1 tanışının verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini görərək aldadıldığını başa düşmüş və 2023-cü ilin sentyabr ayında “Antiterror” əməliyyatlarından əvvəl Şahid1 ona verdiyi ümumilikdə 23500 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Bu zaman, Şahid1 ona qardaşı Elmar İsmayıllının və qohumu Şahid3 xidmət yerlərinin dəyişdirilməsi üçün ona verdiyi ümumilikdə 23500 manat pulları nağd formada tanışı Təqsirləndirilən şəxs verdiyini, qeyd etdiyi tanışının həmin şəxs olduğunu, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yanğınsöndürən bölməsinin rəisi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət etdiyini, lakin Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini və aldadaraq ona verdiyi ümumilikdə 23500 manat pulu ələ keçirdiyini bildirmiş, o isə Şahid1 Təqsirləndirilən şəxs tanımadığını, pulu ona verdiyini bildirərək həmin pulları qaytarmasını tələb etmişdir. 2023-cü ilin təxminən sentyabr ayının sonları - oktyabr ayının əvvəllərində 19 sentyabr 2023-cü il tarixdə baş vermiş “Antiterror” əməliyyatlarında yaralandığından Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə aldığı zaman Şahid1 hospitala gələrək onu hospitalın yaxınlığındakı marketin qarşısına çağırmış və həmin vaxt Şahid1lə görüşmüşdür. Bu zaman, Şahid1 Təqsirləndirilən şəxs çağırdığını və pulun onda olduğunu bildirmiş, bir qədər sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşıb salamlaşdıqdan sonra qardaşı Elmar İsmayıllının və qohumu Şahid3 xidmət yerlərinin dəyişdirilməsi üçün Şahid1 verdiyi ümumilikdə 23500 manat pulun Şahid1 tərəfindən ona verildiyini, lakin işin alınmadığını və həmin pulları qısa müddətdə qaytaracağını bildirmiş, hətta Təqsirləndirilən şəxs orada yalandan ona qardaşı Elmarın xidmət yerinin dəyişdirilməsi üçün Şahid1 vasitəsilə ona verdiyi 12500 manat pul qarşılığında onu pensiyaya çıxarmağın mümkün olduğunu bildirmiş, o isə Təqsirləndirilən şəxs ona pensiyanın lazım olmadığını, pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə həmin pulları qısa zamanda hissə-hissə olmaqla qaytaracağını bildirmiş, eləcə də Təqsirləndirilən şəxs bir dəfə də yaşadığı Cəlilabad rayonuna gedərək orada ailə üzvlərinə pulu qısa müddətdə qaytaracağını, şikayət etməmələrini bildirərək yalvar-yaxar etmişdir. Şahid1 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyini görüb həmin ümumilikdə 23500 manat pulu hissə-hissə olmaqla öz cibindən 19750 manat hissəsini qaytarmışdır.. Hazırda ona vurulan ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxx 1973-cü il tarixdə Cəlilabad rayonunda doğulmuşdur, hazırda fərdi əməklə məşğul olur və Şahid3 onun oğludur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə qiyabi olaraq tanımışdır, Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır. O, həmçinin ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən aprel ayının sonlarında qohumu Zərərçəkmiş şəxs1 Cəlilabad rayonu, Cəngan kəndində yaşadıqları evə qonaq gəlmiş, bu zaman sonuncunun qardaşı Elmar İsmayıllının vəziyyətinin necə olduğunu və harada xidmət etdiyini soruşmuş, Zərərçəkmiş şəxs1 da ona qardaşının vəziyyətinin yaxşı olduğunu, eləcə də qardaşının DSX-nin Zaqatala rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət etdiyini, lakin qardaşı Elmarın işini danışdığını və qardaşı Elmarın xidmət yerinin qısa müddətdə özünün də xidmət etdiyi Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə zabit olaraq dəyişdiriləcəyini bildirmişdir. Həmin vaxt, Zərərçəkmiş şəxs1 həmin işə görə hansı məbləğdə pul verdiyini və işi kimin vasitəsilə həll etdiyini soruşduğu zaman, sonuncu ona həmin işi xidmət yoldaşı olan Şahid1 tanışının vasitəsilə həll etdiyini və həmin işə görə 12500 manat məbləğində pul verdiyini demiş, bu zaman E.E.X7 Nazirliyinin X2 şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən övladı Şahid3 də xidmət yerinin Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsinə köməklik etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs1 da ona bu barədə qardaşının işini həll edən tanışı ilə danışıb məlumat verəcəyini demişdir. Üzərindən bir neçə gün keçdikdən sonra, 2023-cü ilin təxminən aprel ayının sonlarında qohumu Zərərçəkmiş şəxs1 “Whatsapp” mobil tətbiqi vasitəsilə onunla əlaqə saxlayıb oğlu Şahid3 xidmət yerinin dəyişdirilməsi məsələsi ilə bağlı xidmət yoldaşı olan Şahid1lə danışdığını, sonuncunun da öz tanışı ilə danışdığını və Şahid1 həmin tanışının Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən ad, soyad və rütbəsini bilmədiyi şəxsin vasitəsilə 15000 manat pul qarşılığında 2 ay müddətində oğlu Şahid3 xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilməsi məsələsini həll edə biləcəyini demiş, bu zaman Zərərçəkmiş şəxs1 həmin pulun çox olduğunu, maddi imkanının çatmadığını, ən çox 11000 manat pul düzəldə biləcəyini demiş, Zərərçəkmiş şəxs1 bu barədə Şahid1, sonuncu isə tanışı ilə danışdıqdan sonra onlar razılaşmışlar. Bundan sonra, uzun illərdir öz qazancından topladığı 5900 m «nat pulu götürüb 07 may 2023-cü il tan- də Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş ‘Azərbaycan Beynəlxalq Bank” ASC-ə məxsus 4127-2081-1387-8895 nömrəli bank kartının hesabına 2000, 2000 və 1900 manat olmaqla ümumilikdə 5900 manat məbləğində pul köçürmüş, Zərərçəkmiş şəxs1 da həmin 5900 manat məbləğində pulu həmin tarixdə Şahid1 adına rəsmiləşdirilmiş bank kartlarından birinin hesabına köçürmüşdür. Üzərindən təxminən 10 gün keçdikdən sonra Zərərçəkmiş şəxs1 Cəlilabad rayonu, Cəngan kəndində məzuniyyətdə olduğu zaman 11000 manat pulun qalan 5100 manatını da Şahid1, sonuncu da həmin pulu tanışma çatdırması üçün nağd formada əlbəəl olmaqla qohumu Zərərçəkmiş şəxs1 vermiş, sonuncu da həmin 5100 manat pulu 2023-cü ilin təxminən may aymm ortalarında xidmət etdiyi hərbi hissədə, nağd formada əlbəəl olmaqla Şahid1 vermişdir. Lakin, üzərindən xeyli müddət keçməsinə baxmayaraq nə oğlu Kənanın, nə də qohumu E.EJsmayımnın qardaşı Elman xidmət yerlərinin dəyişdirilmədiyini görüb aldadıldığını başa düşmüş və Zərərçəkmiş şəxs1 artıq 2023-cü ilin sentyabr ayından etibarən həm qardaşı Elmara, həm də oğlu Kənana görə Şahid1 verdiyi pullan geri qaytarmasını tələb etməyə başlamışdır. Həmin vaxt, Şahid1 Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və qohumu Şahid3 xidmət yerlərinin dəyişdirilməsi üçün ona verdiyi ümumilikdə 23500 manat pulları nağd formada tanışı Təqsirləndirilən şəxs verdiyini, tanışının həmin şəxs olduğunu, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yanğınsöndürən bölməsinin rəisi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət etdiyini, lakin Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini və aldadaraq ona verdiyi ümumilikdə 23500 manat pulu ələ keçirdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 isə həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs tanımadığını, pulu ona verdiyini bildirərək həmin pulları geri qaytarmağını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1 oğlu Şahid3 işi alınmadığı üçün özünü təqsirkar hesab etdiyindən oğlu Kənanın xidmət yerinin dəyişdirilməsi məsələsi üçün ona verdiyi 11000 manat məbləğində pulu 2023-cü ilin təxminən noyabr ayında öz hesabından ona geri qaytarmış və bu zaman Zərərçəkmiş şəxs1 və onu aldadaraq pulları ələ keçirən şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ailə üzvlərinin yaşadığı Cəlilabad rayonuna qedərək həmin pullan qısa müddətdə qaytaracağını bildirdiyini və şikayət etməmələri üçün yalvar-yaxar etdiyini öyrənmişdir. О, gizir Təqsirləndirilən şəxs oğlu Şahid3 xidmət yerini Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirəcəyini bildirib Şahid1 və qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə ondan ümumilikdə 11000 manat, eləcə də qohumu Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirəcəyini bildirib Şahid1 vasitəsilə qohumu Zərərçəkmiş şəxs1 12500 manat məbləğində pul alaraq dələduzluq etdiyini, lakin Şahid1 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyini görüb həmin ümumilikdə 23500 manat pulun 19750 manatını hissə-hissə olmaqla öz cibindən Zərərçəkmiş şəxs1 qaytarmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən yay aylarında N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə səhhətində olan problemlərə görə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müayinəyə gedib gəldiyi vaxt tanımış, həmin müddətdə Təqsirləndirilən şəxs ona deməsinə görə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yanğınsöndürən bölməsinin rəisi vəzifəsində xidmət etmiş və həmyerli olduqları üçün aralarında dostluq münasibətləri yaranmışdır. Nurlanla aralarında dostluq münasibətləri yarandıqdan sonra sonuncu ona pul qarşılığında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan hərbi hissələrə xidmətə adam qəbul etdirə biləcəyini, eləcə də pul qarşılığında hərbi qulluqçuların xidmət etdiyi qoşun növündən asılı olmayaraq xidmət yerlərini dəyişdirilə biləcəyini və s. bu kimi işlərlə məşğul olduğunu, bu kimi işlərin təşkil olunmasına köməklik edə biləcəyini, qeyd olunan məsələləri guya tanışları olan Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli şəxslərə çatdıra biləcəyini və kim bu barədə müraciət etmək istəsə onunla tanış edə biləcəyini, həmçinin guya dəfələrlə bu işi gördüyünü və hərbi qulluqçuların xidmət yerlərini pul qarşılığında dəyişdirdiyini demiş, o da Təqsirləndirilən şəxs inanmışdır. Bundan sonra, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətdə, 2023-cü ilin təxminən yanvar-fevral aylarında xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs1 xidmət etdiyi hərbi hissədə ona yaxınlaşaraq qardaşı Elmar İsmayıllının DSX-nin Zaqatala rayonu ərazisində yerləşən nömrəsini xatırlamadığı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, lakin qardaşı Elman özünün də xidmət etdiyi N nömrəli hərbi hissəyə zabit olaraq gətirtmək istədiyini demiş, bu barədə ona köməklik edə bilər tanışının olubolmadığını soruşmuş, o da Zərərçəkmiş şəxs1 hərbi qulluqçuların xidmət etdiyi qoşun növündən asılı olmayaraq xidmət yerlərini pul qarşılığında dəyişdirə bilən tanışının olduğunu, istədiyi təqdirdə həmin tanışı ilə danışa biləcəyini demiş və Zərərçəkmiş şəxs1 da ondan həmin tanışı ilə danışmasını xahiş etmişdir. Bundan sonra, həmin vaxt istifadəsində olan mobil telefon nömrələrindən biri ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək bu barədə məlumat verib xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qardaşına köməklik edə bilib edə bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs də ona heç bir problem olmadığını 12500 manat pul qarşılığında 3 ay müddətində xidmət yoldaşı Elgünün qardaşı Elmar İsmayıllının xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə leytenant hərbi rütbəsi verilməklə dəyişdirə biləcəyini bildirmişdir. Həmin gün, xidmət etdiyi hərbi hissədə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq tanışı ilə danışdığını və həmin tanışının 12500 manat pul qarşılığında 3 ay müddətində qardaşı Elmarın xidmət yerini leytenant hərbi rütbəsi verilməklə N nömrəli hərbi hissəyə dəyişdirə biləcəyini bildirmişdir. Bundan sonra, 04 mart 2023-cü il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1 ilə görüşmüş və sonuncu 12500 manat məbləğində pulu nağd şəkildə əlbəəl olmaqla ona vermiş, lakin bir neçə gün işdən çıxa bilmədiyi üçün Təqsirləndirilən şəxslə 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə görüşüb “Fiat Doblo” markalı avtomobildə Zərərçəkmiş şəxs1 məxsus həmin 12500 manat məbləğində pulu nağd şəkildə əlbəəl olmaqla Təqsirləndirilən şəxs vermişdir. Üzərindən təxminən 1 ay keçdikdən sonra, 2023-cü ilin təxminən aprel ayının sonlarında xidmət yoldaşı Zərərçəkmiş şəxs1 xidmət etdiyi hərbi hissədə yenidən ona yaxınlaşaraq qohumu Zərərçəkmiş şəxs2 övladı Şahid3 Daxili İşlər Nazirliyinin X2 şəhəri ərazisində yerləşən nömrəsini xatırlamadığı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, lakin qohumu Zərərçəkmiş şəxs2 övladı Kənanın xidmət yerini Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirmək istədiyini, eləcə də qohumu Zərərçəkmiş şəxs2 bu barədə ondan kömək istədiyini deyərək həmin məsələdə də ona köməklik edə bilib edə bilməyəcəyini soruşmuş, o isə tanışı ilə danışıb məlumat verəcəyini bildirmişdir. Daha sonra, yenə də “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq bu barədə sonuncuya məlumat verib xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qohumuna köməklik edə bilib edə bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs də yalandan ona heç bir problem olmadığını, 11000 manat pul qarşılığında 2 ay müddətində xidmət yoldaşı Elgünün qohumu Şahid3 xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirə biləcəyini bildirmişdir. Həmin gün, xidmət etdiyi hərbi hissədə Zərərçəkmiş şəxs1 yaxınlaşaraq məlumat verdikdən sonra, sonuncu da qohumu Zərərçəkmiş şəxs2 məlumat vermiş, onlar razılaşmışdırlar. Bundan sonra, 2023-cü ilin təxminən may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 onun bank kartının hesabına hissəhissə olmaqla Zərərçəkmiş şəxs2 məxsus 5900 manat pulu köçürmüş, üzərindən təxminən 10 gün keçdikdən sonra isə Zərərçəkmiş şəxs1 xidmət etdiyi hərbi hissənin ərazisində Zərərçəkmiş şəxs2 məxsus qalan 5100 manat məbləğində pulu da nağd şəkildə əlbəəl olmaqla ona vermiş, o da öz növbəsində 2023-cü ilin təxminən may ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə Təqsirləndirilən şəxslə görüşüb Zərərçəkmiş şəxs2 məxsus həmin 11000 manat məbləğində pulu nağd şəkildə əlbəəl olmaqla Təqsirləndirilən şəxs vermişdir. Lakin, üstündən bir müddət keçsə də, Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və Zərərçəkmiş şəxs1 qohumu Şahid3 xidmət yerlərinin dəyişdirilmədiyini, Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini görərək aldadıldığını başa düşmüş və sonuncudan ona verdiyi ümumilikdə 23500 manatı qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs də ona müxtəlif bəhanələr gətirərək guya pulu qısa müddətdə geri qaytaracağını bildirmiş, ancaq yenə də pulu qaytarmamış, daha sonra Təqsirləndirilən şəxs verdiyi vədlər üzrə heç bir hərəkət etmədiyini və pulu qaytarmadığını görüb 2023-cü ilin sentyabr ayında baş verənlər barədə Zərərçəkmiş şəxs1 məlumat vermiş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs tanımadığını, pulu ona verdiyini bildirərək həmin pullan geri qaytarmasını tələb etmişdir. Zərərçəkmiş şəxs1 19 sentyabr 2023-cü il tarixdə baş vermiş “Antiterror” əməliyyatlarında yaralandığından Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə aldığı zaman hospitala gedərək Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs hospitalın yaxınlığındakı marketin qarşısına çağırmış, bir qədər sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşıb salamlaşdıqdan sonra sonuncu Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və qohumu Şahid3 xidmət yerlərinin dəyişdirilməsi üçün verdiyi ümumilikdə 23500 manat pulun ona verildiyini, lakin işin alınmadığını və həmin pulları qısa müddətdə qaytaracağını bildirmiş, hətta Təqsirləndirilən şəxs orada yalandan Zərərçəkmiş şəxs1 qardaşı Elmarın xidmət yerinin dəyişdirilməsi üçün verdiyi 12500 manat pulun qarşılığında onu pensiyaya çıxarmağın mümkün olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs ona pensiyanın lazım olmadığını, pulu geri qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə həmin pulları qısa zamanda hissə-hissə olmaqla qaytaracağını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs pulu qaytarmadığını görüb Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etməmələri üçün 2023-cü ilin sentyabr ayından etibarən hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu Zərərçəkmiş şəxs2 dəymiş ümumilikdə 23500 manat ziyanın 19750 manat məbləğini öz hesabına qaytarmış, qalan 3750 manat məbləğində pulu isə maddi imkanı zəif olduğu üçün qaytara bilməmişdir. Təqsirləndirilən şəxs isə aldadaraq ondan aldığı ümumilikdə 23500 manat pulun 7690 manatını ona geri qaytarsa da, qalan 15810 manat məbləğində pulu hal- hazıradək ona geri qaytarmamışdır. O, həmçinin ifadəsində atası Şahid4 və Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə qrup zəngi yaratdıqları zaman Təqsirləndirilən şəxs mobil telefonda həmin pulların ona çatdığını, onunla arasında təxminən 16000 manata yaxın pul qaldığını, yəni Təqsirləndirilən şəxs ona 16000 manata yaxın pul qaytaracağını təsdiqlədiyini, eləcə də Təqsirləndirilən şəxslə aralarında heç vaxt borc məsələsinin olmadığını, Təqsirləndirilən şəxs xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və Zərərçəkmiş şəxs1 qohumu Şahid3 xidmət yerlərini Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirilməsini təşkil edəcəyini bildirib ondan ümumilikdə 23500 manat məbləğində pulu aldadaraq dələduzluq yolu ilə aldığını və verdiyi vədlər üzrə heç bir iş görmədiyini, həmçinin Təqsirləndirilən şəxs aldadaraq aldığı pullan qaytaracağını bildirməsi və Zərərçəkmiş şəxs1 şikayət etməməsi üçün yalvar-yaxar etmək məqsədilə bir dəfə Zərərçəkmiş şəxs1 atası Şahid2 yaşadığı Cəlilabad rayonuna getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2023cü ilin təxminən avqust-sentyabr aylarında övladı Şahid1 baş verənlər barədə ona məlumat verdikdən sonra Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edib özünü təqdim etmiş, həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid1 xidmət yoldaşı Zərərçəkmiş şəxs1 onunla əlaqə saxladığını, Zərərçəkmiş şəxs1 qardaşının və qohumunun xidmət yerlərinin dəyişməsi ilə bağlı oğlu Şahid1 pul verdiyini dediyini və oğlu Şahid1 həmin pulları ona verdiyini bildirmiş, Təqsirləndirilən şəxs də baş verənləri təsdiqləyərək oğlu Şahid1 həmin pulları ona verdiyini, işi həll etməsi üçün pulları guya vəzifəli şəxs olan tanışına verdiyini, iş alınmadığı təqdirdə pulları qaytaracağını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs həmin pulların öz pulları olmadığını, camaatın pulu olduğunu, işi həll etmək lazım olmadığını, həmin pulları kimə veribsə həmin şəxsdən alıb qaytarmaq lazım olduğunu demiş, Təqsirləndirilən şəxs də həmin pulları qısa müddətdə qaytaracağını bildirmişdir. Bundan sonra, 2024-cü ilin təxminən yanvar-fevral aylarında Təqsirləndirilən şəxslə əlaqə saxlamaq istəsə də, sonuncu mobil telefonlarına cavab vermədiyindən Təqsirləndirilən şəxs atası Şahinlə əlaqə saxlayaraq bu barədə ona məlumat vermiş, həmin vaxt Təqsirləndirilən şəxs atası Şahin baş verənlər barədə məlumatının olduğunu, Şahid1 həmin pulları oğlu Təqsirləndirilən şəxs verdiyini və pulların oğluna çatdığını, lakin həmin pulları şəxsən özünün qaytaracağını, mart ayında nəvələrinə sünnət toyu edəcəklərini, toydan yığılan pul ilə həmin pulları qaytaracağını bildirmişdir. O, həmçinin ifadəsində 18 mart 2024-cü il tarixdə işdə olduğu zaman oğlu Şahid1 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs mobil telefonda onunla danışdırdığını, bu zaman Təqsirləndirilən şəxs ona mart ayının 26-da pulu tam şəkildə qaytaracağını, narahat olmamasını, ən pis halda maksimum aprel ayında pulu tam şəkildə bağlayacağını bildirdiyini, həmin vaxt oğlu Şahid1 hətta Təqsirləndirilən şəxs mart ayının 26-da nə qədər qaytaracağını, yəni aldığı pullardan aralarında hansı məbləğdə pul qaldığını soruşduğu zaman Təqsirləndirilən şəxs mobil telefonda 16 nə qədər qaldığını, yəni oğlu Şahid1lə aralarında 16000 manata yaxın pui qaldığını bildirdiyini göstərmişdir. Sonuncu dəfə 2024cü ilin təxminən dekabr və ya 2025-ci ilin yanvar aylarında Təqsirləndirilən şəxs atası Şahinlə əlaqə saxlayaraq toydan bir xəbər çıxmadığını soruşduqda sonuncu oğlu öldüyü təqdirdə ehsanından yığılan pulu gətirib verəcəyini, oğlu Təqsirləndirilən şəxs əlindən bezdiyini, oğlunun neçə dəfə belə işlərinin olduğunu, həmin pullan ödəməkdən bezdiyini, sadəcə bir evinin qaldığını, həmin evi də satmayacağını bildirərək oğlu Təqsirləndirilən şəxs şikayət etmələrini bildirmişdir. O, baş gizir Təqsirləndirilən şəxs oğlu Şahid1 xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qardaşı Elmarın və Zərərçəkmiş şəxs1 qohumu Kənanın xidmət yerlərini Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilmələrini təşkil edəcəyini bildirib aldadaraq oğlu Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 12500 və Zərərçəkmiş şəxs1 qohumuna məxsus 11000 manat pulu alıb dələduzluq etdiyini, verdiyi vədlər üzrə heç bir iş görmədiyini, lakin oğlu Şahid1 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyini görüb Zərərçəkmiş şəxs1 və sonuncunun qohumunun şikayət etməmələri üçün həmin ümumilikdə 23500 manat pulun bir hissəsini hissə-hissə olmaqla öz cibindən Zərərçəkmiş şəxs1 qaytardığını bildirmişdir. Məhkəmədə proses iştirakçılarının razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 və Elmar İsmayıllı onun övladlarıdır, Təqsirləndirilən şəxs da övladı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən sentyabr ayında yaşadığı Cəlilabad rayonuna gələrək orada ona oğlu Elgünün digər oğlu Elmarın və qohumu Zərərçəkmiş şəxs2 övladı Şahid3 xidmət yerlərinin ..əyişdirilməsi üçün xidmət yoldaşı X8 verdiyi ümu .^(də 23500 manat pulun Şahid1 tərəfindən ona verildiyini, lakin işin alınmadığını və həmin pulları qısa müddətdə qaytaracağını, şikayət etməmələrini bildirərək yalvar-yaxar etməyə başladığını, Təqsirləndirilən şəxs həmin vaxt Cəlilabad rayonunun Günəşli kəndindən tanımadığı bir nəfərlə gəldiyini, həmçinin Təqsirləndirilən şəxs onun nə üçün “Antiterror" əməliyyatlarında iştirak etmədiyini, lakin oğlu Elgünün həmin əməliyyatlarda iştirak etdiyini soruşduğunu, Təqsirləndirilən şəxs də ona xidmət yerinin hospital olduğunu, bu səbəbdən də “Antiterror” əməliyyatlarında iştirak etmədiyini bildirdiyini, həmin tarixdən bir gün öncə oğlu Elgünün onunla əlaqə saxlayaraq Nurlan adlı şəxsin yaşadığı ünvana gələrək aldadaraq ondan aldığı pullardan qaytaracağını dediyi üçün, Təqsirləndirilən şəxs həmin vaxt hər hansı məbləğdə pul qaytarıb qaytara bilməyəcəyini soruşduğunu, bu zaman Təqsirləndirilən şəxs ona hər şeyin yaxşı olacağını, qısa müddətdə, dəqiq olaraq oktyabr ayının 24-də pulu tam şəkildə bağlayacağını, narahat olmamasını bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs inanaraq onu aldatdığı təqdirdə sanki atasını aldadacağını və əks təqdirdə ondan şikayət edəcəyini bildirmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onlara hər hansı məbləğdə pul qaytarmamışdır. O, baş gizir Təqsirləndirilən şəxs oğlu Elmar İsmayıllının xidmət yerini leytenant hərbi rütbəsi verilməklə Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirəcəyini bildirib Şahid1 vasitəsilə oğlu Zərərçəkmiş şəxs1 12500 manat, eləcə də qohumu Şahid3 xidmət yerini N nömrəli hərbi hissəyə dəyişdirəcəyini bildirib Şahid1 vasitəsiiə oğiu Zərərçəkmiş şəxs1 11000 manat məbləğində pui alaraq oğiu Elgünə və qohumu Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etdiyini, lakin Şahid1 2023-cü ilin sentyabr ayından etibarən Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyini görüb həmin ümumilikdə 23500 manat pulun 19750 manatını hissə-hissə olmaqla öz cibindən oğlu Elgünə qaytardığını, qalan 3750 manat məbləğində pulun isə hal-hazıradək oğlu Elgünə geri qaytarılmadığını, eləcə də iş alınmadığı üçün oğlu Elgün özünü təqsirkar hiss etdiyindən oğlu Elgünün öz toyundan yığılan pul ilə qohumu Zərərçəkmiş şəxs2 11000 manat məbləğində pulunu geri qaytardığını bildirmişdir. Hazırda, Təqsirləndirilən şəxs dələduzluq etməsi nəticəsində oğlu Elgünə vurulmuş 12500 manat pulun qalan 3750 manatının qaytarılmasına köməklik edilməsini və Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə proses iştirakçılarının razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 21 iyul 2025-ci il tarixli hesabdan çıxarışlardan və 07 may 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş "xxxx" ASC-ə məxsus 4127-2081- 1387-8895 nömrəli bank kartının hesabına 07 may 2023-cü il tarixdə saat 18 radələrində elektron ödəmə terminalı vasitəsilə 2000, 2000 və 1900 manat olmaqla ümumilikdə 5900 manat məbləğində pul köçürülmələri edilmişdir. Cinayət işi materiallarında olan 16 iyul 2025-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olmuş "xxxx" ASC-ə məxsus 4127-2081-1627-7350 nömrəli bank kartının hesabına 07 may 2023-cü il tarixdə "xxxx" ASC-ə məxsus mobil bank tətbiqi vasitəsilə 1800, 200, 1100 və 2000 manat olmaqla 5100 manat və elektron ödəmə terminalı vasitəsilə 800 manat olmaqla ümumilikdə 5900 manat məbləğində pul köçürülmələri edilmiş və həmin məbləğlərdə pullar nağdlaşdırılmışdır. Cinayət işi materiallarında olan 07 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında mobil telefon vasitəsilə aparılmış danışıqlar səs yazıları formasında qeydə alınmış, həmin səs yazılarına baxış zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında ümumilikdə Şahid1 xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və Zərərçəkmiş şəxs1 qohumu Şahid3 xidmət yerlərini dəyişdirilməsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla pul verməsi, lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyi üçün həmin pulları geri qaytarmasını tələb etməsi, habelə Şahid1 zərərçəkmiş şəxslərlə birlikdə çəkilişlə Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissəyə gəlmək istəməsi, Təqsirləndirilən şəxs isə Şahid1 zərərçəkmiş şəxslərlə birlikdə xidmət etdiyi yerə gəlməmələrini, zərərçəkmiş şəxsləri xidmət etdiyi yerə gətirdiyi halda iş yerində biabır olacağı və nüfuzdan düşəcəyi üçün Şahid1 və həmin şəxsləri tanımayacağını bildirməsi, lakin zərərçəkmiş şəxslərlə birlikdə ondan şikayət etmələrini, şikayətə görə ondan incimədiyini bildirməsi, şikayət olunduqdan sonra istintaq müddətində həmin pulu qaytarmaq üçün ona 20 gün vaxtın bəs edəcəyini, təxminən aprel ayının 20-ə toy edəcəyini və həmin toydan yığılan pul ilə həmin şəxslərin pulunu verəcəyini, Şahid1 həmin şəxslərdən aprel ayının 20-dək vaxt almasını xahiş etməsini, Şahid1 isə ona təmin şəxslərin artıq gözləyəcəklərinə inanmamasını, bu səbəbdən də lazım olsa şəxsən özünün şikayət edəcəyini bildirməsi və təkidlə həmin şəxslərin pullarını geri qaytarmasım Təqsirləndirilən şəxs tələb etməsi, Təqsirləndirilən şəxs isə həmin pullan qısa müddətdə qaytaracağım bildirməsi ilə bağlı mövzularda danışıqlar apardıqları müəyyən olunmuşdur. Bundan başqa, həmin protokoldan görünür ki, Şahid1, sonuncunun atası Şahid4 və Təqsirləndirilən şəxs arasında qrup zəngi formasında mobil telefon vasitəsilə aparılmış danışıqlar səs yazılan formasında qeydə alınmış, həmin səs yazılarına baxış zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid4 arasında ümumilikdə Şahid1 xidmət yoldaşı Zərərçəkmiş şəxs1 qardaşı Elmar İsmayıllının və Zərərçəkmiş şəxs1 qohumu Şahid3 xidmət yerlərini dəyişdirilməsini təşkil etməsi məqsədilə Təqsirləndirilən şəxs hissə- hissə olmaqla pul verməsi, lakin Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etmədiyi üçün həmin - pulları geri qaytarmasını tələb etməsi, Təqsirləndirilən şəxs isə mart ayının 26-da, ən gec isə aprel ayında pulu tam şəkildə qaytaracağını bildirməsi, Şahid4 Təqsirləndirilən şəxs atası Şahin ilə danışdığını bildirməsi, həmçinin Şahid1 Təqsirləndirilən şəxs aralarında hansı məbləğdə pul qaldığını, ona hansı məbləğdə pul qaytarmalı olduğunu və həmin pulun məbləğinin atasına da maraqlı olduğunu soruşduqda Təqsirləndirilən şəxs aralarında 16 nə qədər qaldığını bildirməsi ilə bağlı mövzularda danışıqlar apardıqları müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp’’ mobil tətbiqi vasitəsilə yazışmalar qeydə alınmış, həmin vaxt Təqsirləndirilən şəxs istifadəsində +99***-***-**-** mobil telefon nömrəsi olmuş, İ əmin yazışmalara baxış zamanı 21 avqust 2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək ayrı-ayrı vaxtlarda ümumilikdə Təqsirləndirilən şəxslə Şahid1 arasında sonuncunun Təqsirləndirilən şəxs pul verməsi və Təqsirləndirilən şəxs verdiyi puldan aralarında qalan 15800 manatı təkid və israrla hissəhissə olmaqla geri qaytarmağını tələb etməsi, ona heç olmasa bir dəfəlik 8-9 min manat məbləğ ndə pul qaytarmasını, qalan pulları daha sonra qaytarmasını, Təqsirləndirilən şəxs prokurorluğa çağırıldığını bildirməsi və aralarında qalan puldan verməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs şikayət edəcəyini bildirməsi, Təqsirləndirilən şəxs isə ona maddi vəziyyətinin pis olduğunu, lakin qısa zamanda əmək haqqısı köçən zaman aralarında qalan həmin puldan qaytaracağını bildirib çoxsaylı yalan vədlər verməsi ilə bağlı mövzularda danışıqlar apardıqları müəyyən olunmuşdur. Bundan başqa, həmin protokoldan görünür ki, X4 ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar qeydə alınmış, qeyd olunan yazışmalara baxış zamanı Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə M.A.Ağayevaya ümumilikdə böyük bir səhvə yol verdiyini, indi həmin səhvinin altını çəkdiyini, Ağdam və Kəlbəcərdə ayağının dərisinin getdiyini, həmin səhvinin altından çıxa bilmədiyini bildirməsi ilə bağlı məzmunda mesaj göndərməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsindən daxil olmuş 30 sentyabr 2025-ci il tarixli 3-25-3/2-3101/2025 nömrəli məktubdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs hər hansı şəxsi Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə qəbul etdirmək və ya hər hansı hərbi qulluqçunun xidmət yerini dəyişdirmək səlahiyyətləri olmamışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 30 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11000 manat məbləğində maddi ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı hər hansı şikayəti, iddiası və ya maddi tələbi yoxdur. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin 19 dekabr 2019-cu il tarixli 293 №-li, 19 dekabr 2023-cü il tarixli 295 №-li və 10 iyul 2024cü il tarixli əmrlərindən çıxarışlardan görünür ki, gizir Təqsirləndirilən şəxs 19 dekabr 2019cu il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının şəxsi heyətinin siyahısına daxil edilərək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yanğından mühafizə komandasının yanğınsöndürən komandasının rəisi vəzifəsinə təyin edilmiş, 19 dekabr 2023-cü il tarixdə baş gizir hərbi rütbəsi almış və 10 iyul 2024-cü il tarixdə N nömrəli hərbi hissənin rabitə bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyinə görə hospitalın şəxsi heyətinin siyahısından çıxarılmışdır. Cinayət işi materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli 253 №-li əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs N avqust 2025-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissənin 4-cü taborunun minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 19 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Hüseyn və xx.xx.2019-cu il təvəllüdlü Şahin adlı uşaqları vardır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdır. Məhkəmə iclas zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 19500 manat hissəsi hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən, ziyanın qalan hissəsi Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bununla bağlı qeyd olunur ki, Təqsirləndirilən şəxs barəsində amnistiya qərarının tətbiq edilməsi üçün əsas olan hal zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsidir. Başqa sözlə zərərçəkmiş şəxslərə dəymiş zərərin kim tərəfindən ödənilməsinin əhəmiyyəti yoxdur. Tərəflər arasında mübahisə yarandığı halda mülki qaydada məhkəməyə müraciət oluna bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın 10-cu bəndində göstərilir ki, bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs səciyyələndirən hallar, yəni himayəsində yetkinlik yaşına çatmayan övladları olduğu üçün o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının 1.16-cı bəndində göstərilən şəxslərin dairəsinə aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə müdafiə tərəfin vəsatətini müzakirə edərək bu qənaətə gəlir ki, CPM-in 39-cu maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı 11 (on bir) manat olmaqla 275 (iki yüz yetmiş beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Universal” Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 25 (iyirmi) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Universal” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-216/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-216/2025
19.02.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver