Məhkəmə qərarları › İş №1-1(093)-218/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-218/2025

26.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-218/2025 26.12.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X7 Arif oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı Əlmövsum oğlunun, Zərərçəkmiş şəxs – X2, Müdafiəçi – “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Ağbaşlar kəndində qeydiyyatda olmaqla yaşayan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə SHXÇDX-nin Tovuz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının Bakı şəhəri, Nizami rayonu ərazisində dislokasiv- olunmuş intendant bölüyünün qazanxana operatoru vəzifəsində, əsgər rütbəsinin'hərbi xidmətdə olarkən, 10 oktyab; '?025-ci il tarixdə saat 13 radələrind ə günorta yeməyində olan zaman əli ilə həmin bölüyün qazanxana operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs boyun nahiyəsinə toxunduğundan aralarında sözlü mübahisə yaranmış, həmin gün saat 14 radələrində aralarında yaranmış mübahisəni alayın avtomobil parkında davam etdirərkən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42, 138-ci maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmalarına dair tələblərini pozaraq, Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib sol əlini yumruq şəklində sıxaraq onu sinə nahiyəsindən geriyə doğru itələmiş, ardınca hər iki əli ilə onun boğaz nahiyəsindən tutub sıxaraq orada olan avtomobilə söykəyib sağ və sol əlləri ilə sifət nahiyəsinə bir neçə yumruq zərbələri vurmuş, vurduğu zərbələrdən biri Zərərçəkmiş şəxs gicgah nahiyəsinə dəydiyindən sonuncu yerə yıxılmış, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra arxa tərəfinə keçərək sağ qolunu onun boyun nahiyəsinə dolayıb boğmağa başlamış, həmin vaxt onların mübahisə etdiyini görən gizir Şahid1 sonuncuları ayırmağa çalışdıqda da sakitləşməyib yenidən sağ əlini yumruq şəklində sıxıb Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinə bir yumruq zərbəsi vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “boyunun hər iki yan səthinin, burunun sağ yan səthinin, sol gözaltı nahiyənin, sağ almacıq-sağ yanaq nahiyəsinin çoxsaylı səthi sıyrılmış yaraları, sol göz yuvasının bayır kənarının və sol gicgah nahiyəsinin hematoması və boyunun sağ yan səthinin qançırları” xəsarətlərini yetirərək, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, zərərçəkmiş şəxslə barışdığını, barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tələblərinə uyğun olaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs vəsatətdən görünür ki, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə ittiham üzrə cinayət əməlini etrif edir və həmin cinayət əməlinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının təsiri dairəsinə düşdüyünü nəzərə alaraq, barəsində aparılan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının intendant bölüyünün komandiri vəzifəsini müvəqqəti icra edən, kapitan Şahid2 xx.xx.2025-ci il tarixli 5215 daxilolma nömrəli raportundan görünür ki, intendant bölüyünün qazanxana operatoru, əsgər Təqsirləndirilən şəxs və həmin bölüyün qazanxana operatoru, əsgər Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində alayın avtomobil parkında mübahisə etmişlər. Mübahisə zəmnində əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “üz və boyun hissəsinin çoxsaylı səthi sıyrıqları, sol göz ətrafı nahiyəsinin zədəsi” xəsarətlərini, əsgər Zərərçəkmiş şəxs isə əsgər Təqsirləndirilən şəxs “sol göz ətrafı nahiyəsinin zədəsi” xəsarətini yetirmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandirinin xx.xx.2024-cü il tarixli 192 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “əsgər” hərbi rütbəsi verilməklə mühafizə alayının şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandanlığı tərəfindən təqdim olunmuş arayışdan görünür ki, alayın intendant bölüyünün qazanxana operatoru, əsgər Təqsirləndirilən şəxs və həmin bölüyün qazanxana operatoru, əsgər Zərərçəkmiş şəxs arasında heç bir tabelik münasibətləri yoxdur. X1 Sistemindən edilmiş çıxarışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidə altına vermə” qətimkan tədbiri seçilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törədiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid edildiyindən o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının 5.1-ci bəndində göstərilən şəxslərin dairəsinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə müdafiə tərəfin vəsatətini müzakirə edərək bu qənaətə gəlir ki, CPM-in 39-cu maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 332.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “komandanlığın müşahidə altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 cinayət işi ilə tanış olub, məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı 11 (on bir) manat olmaqla 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “KREDO” Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidə altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət işi ilə tanış olub, məhkəmə hazırlıq iclasında hüquqlarını müdafiə etmiş “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “KREDO” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar