Məhkəmə qərarları › İş №1-1(093)-223/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-223/2025

17.02.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-223/2025 17.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və X8 ibarət tərkibdə, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 1999-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Quba rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hərbi xidmətə başladığı 2014-cü ildən, xüsusən də N oktyabr N1-ci il tarixdən başlayaraq Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətlərdə yalnız məzuniyyət dövrlərini Quba rayonu, Qımıl-Qışlaq kəndində olan ailəsinin yaşadığı evdə keçirmiş, həmin dövrlərdə iki dəfə ailə qurub hər iki halda arvadından boşanmaqla o və ailə üzvləri ilə birlikdə yaşayan əmisi Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə və vaxtlarda tez-tez spirtli içki qəbul edərək yaşadıqları evdə dəfələrlə öz anası Şahid3 və atası Şahid1 ilə əsassız mübahislər aparmasının, mütəmadi olaraq digər ailə üzvləri olan anası Şahid2 və azyaşlı qardaşı Şahid4 yanında nalayiq ifadələr işlətməsinin, birgə yaşadıqları evə yüngül həyat tərzi keçirən qadınları gətirməklə əxlaqsız hərəkətlər etməsinin və ümumilikdə dəfələrlə birgəyaşayış qaydaları, sosial davranış prinsipləri, habelə etik və şəxsi məsuliyyət çərçivələri ilə bir araya sığmayan hərəkətlər etməsinin şahidi, hətta bəzi hallarda bu mübahisələrin iştirakçısı olmaqla dəfələrlə iradını bildirmiş, lakin Zərərçəkmiş şəxs buna heç bir məhəl qoymayaraq həmin əməllərini davam etdirmişdir. Bu səbəbdən, eləcə də əmisi Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi keçirdiyindən, habelə onun həmin əməllərinə görə kənd camaatı arasında utanc hissi keçirməklə ailə üzvlərini nüfuzdan saldığından, iradları artıq kəskin etiraz həddinə çatmış, lakin atası Şahid1 bunun qarşısını alaraq əmisi Zərərçəkmiş şəxsla aralarındakı mübahisə və münaqişələrin dərinləşməsinə imkan verməmişdir. Buna baxmayaraq analoji hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin N iyul N5-ci il tarixli, 228 nömrəli əmri ilə N iyul N5-ci il tarixdən 10 avqust N5-ci il tarixədək yaşadığı Quba rayonu Qımıl-Qışlaq kəndində yerləşən evlərində növbəti məzuniyyətini keçirdiyi müddətlərdə də davam etmiş, həmin müddətdə Təqsirləndirilən şəxs yenidən əmisi Zərərçəkmiş şəxs yaşadıqları evdə heç bir səbəb olmadan dəfələrlə dava-dalaş salması, nənəsi Şahid3 ünvanına nalayiq ifadələr işlətməsi və bu kimi hərəkət və davranışları ilə ona və ailə üzvlərinə qarşı aşkar surətdə hörmətsizlik nümayiş etdirməsinin şahid olmuş və bununla da ümumilikdə qeyd edilən dövr ərzində davam edən bu hallar onda əmisi Zərərçəkmiş şəxs qarşı xüsusi nifrət və ikrah hissinin formalaşmasına səbəb olmuşdur. Bütün bu amillərin nəticəsi olaraq Təqsirləndirilən şəxs sonda həmin hərəkətlərinə görə əmisi Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməklə öldürmək qərarına gəlmiş və 07 avqust N5-ci il tarixdə axşam saatlarında onun öz anası Şahid3 ilə mübahisə etməsindən sonra bu fikrini qətiləşdirmişdir. Öz cinayətkar niyyətini həyata keçirmək məqsədlə Təqsirləndirilən şəxs, əmisi Zərərçəkmiş şəxs izləmiş, növbəti gün, 08 avqust N5-ci il tarixdə saat 20 radələrində onun yaşadıqları Quba rayonu, Qımıl-Qışlaq kəndində yerləşən evin həyətindəki tövlənin qarşısında tək olması, eləcə də ətrafda kimsənin olmamasını görüb yaranmış əlverişli imkandan istifadə edərək qəflətən ona yaxınlaşmış və əvvəlcədən həmin evin mətbəx otağından götürdüyü soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı, dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində ona qarşı yaranmış ‘nifrət səbəbindən qəsdən həyatdan məhrum etməklə öldürmək niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı yəni, 08 ədəd bıçaq zərbəsi vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "posthemorragik və posttravmatik şokla, daxili qanaxma, sol və sağ tərəfli hemopnevmatoraksla müşayiət olunmuş qaraciyərin və piyliyin zədələnməsi ilə döş qəfəsinin 01 (bir) ədəd, qarın nahiyəsinin 02 (iki) ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları”, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid "döş qəfəsi, qarın, bel, kürək və sol bud nahiyyələrinə hərəsinə 01 (bir) ədəd olmaqla daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları” xəsarətlərini yetirmişdir. Bu zaman həyətə çıxan atası Şahid1 onlara yaxınlaşaraq bıçağı oğlu Təqsirləndirilən şəxs əlindən alıb həyətdə yerləşən tövlənin damına atmış və anası Elminaz Seyidməınmədova ilə birlikdə onları ayırmağa çalışmış, həmin vaxt Zərərçəkmiş şəxs zərbələrdən yayınmaq və həyatını xilas etmək üçün fürsət tapıb qaçaraq evə daxil olsa da, Təqsirləndirilən şəxs onu qəsdən həyatdan məhrum etməklə öldürməkdən ibarət niyyətini başa çatdırmaq üçün sonuncunun ardınca pəncərədən evə daxil olaraq Zərərçəkmiş şəxs baş nahiyəsinə ardıcıl dörd-beş yumruq zərbəsi vurmuş, lakin hadisə zamanı Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsi vəvalideynlərinin müdaxilə edərək buna mane olması, habelə hadisə yerinə gəlmiş atası Şahid1 onun əlindən bıçağı alıb həyətdə yerləşən tövlənin damına atması və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq göstərilmiş təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan o, sonuncunun qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Quba rayonu, Qımıl-Qışlaq kəndində mərhum babası Gülmirzə Seyidməmmədova məxsus evdə anası Şahid2, atası Şahid1, qardaşı Şahid4, nənəsi Şahid3 Güləhməd qızı və əmisi Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. Həmin ev atası Şahid1la əmisi Zərərçəkmiş şəxs arasında gedən mübahisələr səbəbindən şərti olaraq taxta lövhələrlə bölünsə də, evin həyətinə girişi eyni qapıdandır. Əmisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evdə tez-tez mübahisə yaratması, spirtli içki qəbul edərək tüfeyli həyat tərzi yaşaması onun əmisinə qarşı soyuq münasibət bəsləməsinə səbəb olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs birgə yaşadıqları evə müxtəlif qadınlar gətirərək onun, anasının və digər ailə üzvlərinin yanında onunla əxlaqsız hərəkətlər etmiş, o, bu əxlaqsız hərəkətlərə şahid olmuş və onların bu hərəkətləri onda Zərərçəkmiş şəxs qarşı xüsusi nifrət hissi yaratmışdır. O, Müdafiə Nazirliyinin Laçın rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət etdiyinə görə yaşadığı Quba rayonu, Qımıl-Qışlaq kəndindəki evə məzuniyyətə buraxıldığı vaxtlar gəlmiş, məzuniyyətdə olduğu müddətlərdə əmisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evə gələrək, nənəsi Şahid3 və atası Şahid1la mübahisə etməsinin, onları təhqir etməsinin dəfələrlə şahidi olmuşdur. Əmisi Zərərçəkmiş şəxs evdə atası və nənəsi ilə mübahisə edən zaman o, dəfələrlə əmisi Zərərçəkmiş şəxs qarşı çıxmaq istəsə də, atası Şahid1 buna icazə verməmiş, onu həmişə əmisi Zərərçəkmiş şəxs uzaq tutmağa çalışmışdır. O, N iyul N5-ci il tarixdə yenidən növbəti məzuniyyətinə buraxıldığı üçün Quba rayonu, Qımıl-Qışlaq kəndinə gəlmişdir. Məzuniyyətini yaşadığı evdə və kənd ərazisində keçirmiş, daim kənd ərazisində özünə məxsus motosikleti idarə etmiş, özü üçün aldığı torpaq sahəsində tikdirdiyi evdə ustalara kömək etmişdir. Məzuniyyətdə olduğu dövr ərzində əmisi Zərərçəkmiş şəxs bir neçə dəfə sərxoş vəziyyətdə evə gələrək nənəsi Şahid3 ilə mübahisələr etmiş, sadə səbəblərdən əsəbiləşərək evdə səs-küy salmış və nənəsi Şahid3 təhqir etmişdir. Zərərçəkmiş şəxs əvvəllər atası Şahid1la da mübahisələr etsə də son zamanlar atası ilə hər hansı mübahisə aparmamışdır. Zərərçəkmiş şəxs yaşadıqları evdə spirtli içki qəbul etdikdən sonra söyüş söyməsi onu daimi qıcıqlandırmış, o, evdə kiminsə söyüş söyməsini, səs-küy salmasını, balaca qardaşı və valideynlərinə hörmətsizlik etməsini istəməmişdir. Zərərçəkmiş şəxs bu hərəkətləri və kənddə tez-tez spirtli içki qəbul edərək kafelərdə yatıb qalması, bir sözlə tüfeyli həyat tərzi yaşaması ona pis təsir etmiş və Zərərçəkmiş şəxs bu hərəkətlərinə görə utanmışdır. 07 avqust N5-ci il tarixdə saat 23 radələrində yaşadıqları evin arxasında siqaret çəkən zaman Zərərçəkmiş şəxs evə gəlmiş, o, bundan bir neçə dəqiqə sonra nənəsi Zenfira Seyidməmmədovla əmisi Zərərçəkmiş şəxs səsli mübahisələrini eşitmiş, həmin vaxt əmisi Zərərçəkmiş şəxs bu hərəkətlərinin necə qarşısını almaq, özünün və ailə üzvlərinin onun bu hərəkətlərinə şahid olmaması üçün nə edə biləcəyini düşünmüş, əmisindən intiqam almaq və onu qorxutmaq üçün bıçaqlamaq qərarına gəlmiş, həmin anda onu öldürməyi düşünməmişdir. Növbəti gün, yəni 08 avqust N5-ci il tarixdə evin həyətində oturaraq əmisi Zərərçəkmiş şəxs gözləmiş, həmin gün saat 20 radələrində evin qarşısında oturan zaman, Zərərçəkmiş şəxs evə gəlmiş, onunla salamlaşıb evə girmişdir. Bundan sonra o, yaşadıqları evin mətbəx otağına keçərək orada olan dolabdan bir ədəd mətbəx bıçağı və ülgüc götürmüş, bıçağı şalvarının sağ cibinə, ülgücü isə sol cibinə qoymuş və həyətə çıxaraq tövləyə girmiş, oradan Zərərçəkmiş şəxs güdməyə başlamışdır. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs bağ sahəsindən qayıdıb, əl-üzünü yumaq üçun tövlənin qarşısında moydadıra yaxınlaşmış, elə bu zaman o, bıçağı cibindən çıxararaq sağ əlində tutub tövlədən çıxmış və həmin vaxt heç bir söz demədən qəflətən Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə bıçaqla zərbələr endirməyə başlamışdır. İlk zərbələrdən sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşmağa çalışmış, o, isə əsəbi halda olduğu üçün əmisinin arxasıyca qaçaraq Zərərçəkmiş şəxs yenidən bıçaq zərbələri endirmiş və bıçaq zərbələrini vurmağa davam etmişdir. Tövlənin qırağında Zərərçəkmiş şəxs yerə yıxılmış, o, həmin vaxt sonuncuya yenə bıçaq zərbəsi endirmək istəsə də, bu zaman atası Şahid1 qaçaraq onlara yaxınlaşmış və onun əlində olan bıçağı alaraq kənara tullamışdır. Bundan sonra anası Şahid2 da həyətə çıxaraq atası Zərərçəkmiş şəxsla birlikdə onu Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs qaçaraq öz evinə girdiyi üçün o, həmin evin pəncərəsindən evin içərisinə tullanaraq Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla 4-5 zərbə endirmiş və həmin vaxt Şahid2 evə daxil olaraq onu evdən çıxarmışdır. O, yorularaq taqətdən düşdüyü üçün evin arxasına keçmiş, orada olan zaman cibinə qoyduğu ülgücü çıxardaraq sol qolunu kəsmiş və yerə oturmuşdur. Bundan sonra o, Xaçmaz Rayon Mərkəzi xəstəxanasına gətirilmiş və orada ona həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, əmisi Zərərçəkmiş şəxs hərəkətlərinin necə qarşısını almaq, özünün və ailə üzvlərinin onun bu hərəkətlərinə şahid olmaması üçün nə edə biləcəyini düşünmüş, evdə sakitlik və mehribançılıq yaratmaq üçün onu həyatdan məhrum etmək qərarına gəlmiş, həmin anda onu öldürməyi qətiləşdirmiş və Zərərçəkmiş şəxs öldürdükdən sonra, bunun nəticələrini fikirləşmiş, bu əməli törətdikdən sonra azadlıqdan məhrum ediləcəyini düşünmüş, lakin nəsildə əmisi Zərərçəkmiş şəxs başqa ikinci cinayət törətmiş şəxsin olmasını, həmçinin cəzaçəkmə yerində olan zaman ana və atasının onun yanına tez-tez gələrək əziyyət çəkmələrini istəmədiyi üçün Zərərçəkmiş şəxs öldürdükdən sonra özünü də öldürmək qərarına gəlmişdir. O, 08 avqust N5-ci il tarixdə evin həyətində oturaraq əmisi Zərərçəkmiş şəxs gözləmiş, həmin gün saat 20 radələrində evin qarşısında oturan zaman, Zərərçəkmiş şəxs evə gəlmiş, onunla salamlaşıb evə girmişdir Bundan sonra o, yaşadıqları evin mətbəx otağına keçərək orada olan dolabdan bir ədəd mətbəx bıçağı və ülgüc götürmüş, bıçağı şalvarının sağ cibinə, ülgücü isə sol cibinə qoymuş və həyətə çıxaraq tövləyə girmiş, oradan Zərərçəkmiş şəxs güdməyə başlamışdır. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs bağ sahəsindən qayıdıb, əl-üzünü yumaq üçün tövlənin qarşısında moydadıra yaxınlaşmış, elə bu zaman o, bıçağı cibindən çıxararaq sağ əlində tutub tövlədən çıxmış və həmin vaxt heç bir söz demədən qəflətən Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə bıçaqla zərbələr endirməyə başlamışdır. İlk zərbələrdən sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşmağa çalışmış, o, isə arxasıyca qaçaraq Zərərçəkmiş şəxs yenidən bıçaq zərbələri endirmiş, lakin sonuncu ölmədiyi üçün o, bıçaq zərbələri vurmağa davam etmişdir. Tövlənin qırağında Zərərçəkmiş şəxs yerə yıxılmış, o, həmin vaxt sonuncuya yenə bıçaq zərbəsi endirmək istəsə də, bu zaman atası Şahid1 qaçaraq onlara yaxınlaşmış və onun əlində olan bıçağı alaraq kənara tullamışdır. Bundan sonra anası Şahid2 da həyətə çıxaraq atası Zərərçəkmiş şəxsla birlikdə onu Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışmışlar, həmin vaxt Zərərçəkmiş şəxs qaçaraq öz evinə girdiyi üçün o, həmin evin pəncərəsindən evin içərisinə tullanaraq Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla 4-5 zərbə endirmiş və həmin vaxt Şahid2 evə daxil olaraq onu evdən çıxarmışdır. O, yorularaq taqətdən düşdüyü üçün evin arxasına keçmiş, orada olan zaman cibinə qoyduğu ülgücü çıxardaraq özünü öldürmək məqsədilə sol qolunu kəsmiş və yerə oturmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirdiyindən, məhkəmə proses iştirakçılarının razılığı ilə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsini elan etmişdir. İfadədən görünür ki, qardaşı Şahid1 övladı Təqsirləndirilən şəxs N iyul N5-ci il tarixdə növbəti əmək məzuniyyətinə buraxıldığı üçün həmin tarixdə yaşadıqları Quba rayonu Qımıl-Qışlaq kəndinə gəlmişdir. O, hər gün səhər tezdən işə gedib axşam qayıtdığı üçün Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu müddətlərdə onu az hallarda görmüşdür. O, 08 avqust N5-ci il tarixdə səhər saat 07 radələrində işləmək üçün Quba rayonu, Qımıl-Qışlaq kəndində dayısıoğlu X13 bağ sahəsinə getmişdir. Həmin gün saat 19 radələrində bağ sahəsindən çıxıb evə qayıtmış, evin həyətinə daxil olan zaman Təqsirləndirilən şəxs həyətdə tut ağacının altında oturduğunu görmüş, başı ilə ona salam verib, həyətdə əlüzünü yuduqdan sonra evə keçmişdir. Evdə paltarını dəyişdikdən sonra həyətə düşmüş və bağa daxil olmuşdur. Təxminən saat 20 radələrində bağın tövlənin tinində yerləşən qapısından çıxan zaman Təqsirləndirilən şəxs üzərinə hücum çəkərək əlində olan bıçaqla ona zərbələr endirməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona neçə bıçaq zərbəsi endirməsini xatırlamasa da, Təqsirləndirilən şəxs ona axırıncı zərbəni endirmək istəyəndə sonuncunu itələmiş və taqətdən düşdüyü üçün yerə yıxılmışdır. Həmin vaxt qardaşı Şahid1 qaçaraq onlarına yanına yaxınlaşmış və dərhal Təqsirləndirilən şəxs əlində olan bıçağı ondan alaraq tövlənin damına tullamışdır. Bundan sonra o, ayağa qalxaraq qaçıb evə girmiş, evdə olan zaman Təqsirləndirilən şəxs evin pəncərəsindən içəri daxil olub onun üzərinə yenidən hücum çəkmiş, o isə həmin vaxt yerə yıxılmışdır. Yerdə uzanıqlı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs onun baş nahiyəsinə yumruqla bir neçə zərbə endirmiş, həmin vaxt qardaşı Şahid1 arvadı Şahid2 Mirzəhməd qızı evə girərək Təqsirləndirilən şəxs tutub saxlamış və o, dərhal ayağa qalxıb çölə qaçmışdır. Həyətdən çıxan zaman mobil telefon vasitəsilə bacısı X5 zəng edərək Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirmiş və sonra kənddə yerləşən Zahir Tahirovun mağazasına getmişdir. Mağazada olan zaman Zahir Tahirovun başı qatışıq olduğu üçün o, soyuducudan su götürüb pulun sonra verəcəyini deyib çölə çıxmışdır. Mağazadan çıxdıqdan sonra yaxınlıqdakı söyüd ağacının altında oturub mobil telefon vasitəsilə xalasıoğlu Şahid5 zəng edərək çölə çıxmasını bildirmişdir Təxminən bir neçə dəqiqə sonra Şahid5 çölə çıxdıqda sonuncuya hadisə barədə məlumat vermiş, bundan sonra Şahid5 dərhal həyətə keçərək avtomobilini həyətdən çıxarıb onu avtomobilə əyləşdirmiş, həmin vaxt o, Şahid5 avtomobili yaşadığı evə sürməsini xahiş etmişdir. Evə çatan zaman Şahid5 avtomobildə gözləmiş, o isə evə girərək alt paltarını dəyişərək çölə çıxmış və Şahid5 avtomobilinə əyləşmişdir. Onlar təxminən saat 22 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatmışlar və orada ona ilkin tibbi yardım göstərilmişdir. X15 arasında hər hansı mübahisə olmasa da, o, tez-tez spirtli içki qəbul edərək yaşadıqları evdə qardaşı Şahid1 və anası Zenira Seyidməmmədovla ailə-məişət zəminində sözlü mübahislər etmiş, Zilal Seyiməmmədov evdə olan zaman həmin mübahisələrə şahid olmuş, sonuncu bu səbəblərdən onu öldürməyə cəhd etmişdir. Laçın Təqsirləndirilən şəxs Seyidməmmədovla barışdığını, Təqsirləndirilən şəxs bağışlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2012-ci ilədək Quba rayonu, Qımıl-Qışlaq kəndində yerləşən evdə qardaşı Zərərçəkmiş şəxs, anası X1, arvadı Şahid2, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs evə müxtəlif qadınlar gətirərək onun, anasının və digər ailə üzvlərinin yanında onunla əxlaqsız hərəkətlər etmiş, oğlu Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs bu hərəkətlərinə birbaşa şahid olmuş və bu hərəkətlər sonuncuda əmisinə qarşı soyuqluq yaratmışdır. Bundan başqa, qardaşı Zərərçəkmiş şəxsla bir evdə yaşadıqları dövrlərdə Laçın Seyiməmmədov spirtli içki aludəçisi olduğundan sərxoş halda olan zaman daimi olaraq ailə üzvləri ilə mübahisə etmiş, səbəbsiz yerə onu və anası Şahid3 ağır sözlərlə təhqir etmişdir. O, qardaşı Zərərçəkmiş şəxs bu kimi hərəkətlərinə şahid olmamaq üçün birgə razılıq əsasında yaşadıqları evi taxta lövhələrlə iki yerə bölmüş, həmin evin bir tərəfində qardaşı Zərərçəkmiş şəxs və anası Şahid3, digər tərəfində isə özü, arvadı Şahid2 və oğulları: Təqsirləndirilən şəxs və Şahid4 yaşamağa başlamışlar. Ev bölündükdən sonra Zərərçəkmiş şəxs yenə də öz əməllərindən əl çəkməmiş, tez-tez spirtli içki qəbul edərək evdə mübahisələr yaratmış, oğlu Təqsirləndirilən şəxs məzuniyyətə gəldiyi dövrlərdə əmisinin mübahisələrinə və söyüşlərinə şahid olan zaman həmişə ona əmisi Zərərçəkmiş şəxs bu əməllərini götürə bilmədiyini, onun əməllərindən utandığını desə də, o, Təqsirləndirilən şəxs “əmindi, böyüyündü, sən qarışma” deyə töhvələr verərək daim sonuncunu əmisi Zərərçəkmiş şəxs uzaq tutmağa çalışmışdır. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs N iyul N5-ci il tarixdə növbəti məzuniyyətinə buraxıldığı üçün həmin tarixdə birgə yaşadıqları Quba rayonu, Qımıl-Qışlaq kəndinə gəlmiş, məzuniyyətini həmin kənddə aldığı torpaq sahəsində özünə tikdirdiyi evə gedərək ustalara kömək etməklə keçirmişdir. 08 avqust N5-ci il tarixdə səhər saatlarında o, bağ sahələrində işləməyə getmiş və saat 19 radələridə evə qayıtmışdır. Evdə olan zaman oğulları: Təqsirləndirilən şəxs və Şahid4, həmçinin arvadı Şahid2 evdə olmuşdur. O, həmin gün saat 20 radələrində mal-qaraya baxmaq üçün tövləyə girmiş, təxminən 10 dəqiqə sonra oradan çıxaraq çay içmək üçün evin içərisinə keçmişdir. Evdə olan zaman saat 20 radələrində çöldən Zərərçəkmiş şəxs “ay öldüm” səsini eşitmiş, dərhal evdən çıxaraq həyətin giriş qapısına tərəf keçdikdə Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə endirmək istədiyini görmüş, lakin həmin vaxt Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs itələdiyi üçün həmin zərbə ona dəyməmişdir. O, dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq onun qolundan tutub bıçağı əlindən almış və sonuncunun yenidən həmin bıçağı götürməməsi üçün bıçağı tövlənin damına atmışdır. Həmin vaxt mübahisə səslərinə gələn arvadı Şahid2la birlikdə Təqsirləndirilən şəxs tutub saxlamışlar. Bundan sonra Zərərçəkmiş şəxs ayağa qalxıb qaçaraq evə girmiş, evə girən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına "anavı ağlar qoyacam" sözlərini işlətdiyi üçün Təqsirləndirilən şəxs yenidən hiddətlənərək Zərərçəkmiş şəxs ardınca evin açıq pəncərəsindən içərisinə daxil olmuşdur. Həmin vaxt o, taqətdən düşdüyü üçün Təqsirləndirilən şəxs arxasıyca evə girə bilməsə də, arvadı Şahid2 evə daxil olmuş və Təqsirləndirilən şəxs çölə çıxarmışdır. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra evin arxa tərəfinə keçmiş, Təqsirləndirilən şəxs həmişə evin arxasında siqaret çəkdiyi üçün, o, sonuncunun sakitləşdiyini və evin arxasına siqaret çəkmək üçün keçdiyini düşünüb arxasınca getməmişdir. Bundan sonra o, evə keçərək, Zərərçəkmiş şəxs yanına gəlmiş, Zərərçəkmiş şəxsla evdə söhbət edən zaman çöldən Elminaz Seyidməmmədovun qışqırıq səsini eşitdiyi üçün dərhal evin arxasına keçmiş, həmin vaxt Təqsirləndirilən şəxs huşsuz halda yerdə uzandığını və qolundan qan axdığını görmüş, dərhal telefonla zəng edərək təcili tibbi yardıma məlumat vermiş, lakin həkimləri gəlməsini gözləmədən qonşuların avtomobili ilə Təqsirləndirilən şəxs xəstəxanaya aparmışdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanasında olan zaman xalasıoğlu Şahid5 avtomobilinin gəldiyini və avtomobilə yaxınlaşdıqda, Zərərçəkmiş şəxs avtomobilin içərisində olduğunu görüb onu avtomobildən düşürmüş və xəstəxanın içərisinə aparmışdır. Həmin gün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xəstəxanada əməliyyata almışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, evdə olan zaman saat 20 radələrində çöldən Zərərçəkmiş şəxs “ay öldüm' səsini eşitmiş, dərhal evdən çıxaraq həyətin giriş qapısına tərəf keçdikdə Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə endirmək istədiyini görmüş, lakin həmin vaxt Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs itələdiyi üçün həmin zərbə ona dəyməmişdir. O, dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq onun qolundan tutub bıçağı əlindən almış və sonuncunun yenidən həmin bıçağı götürməməsi üçün bıçağı tövlənin damına atmışdır. Bıçağı Təqsirləndirilən şəxs əlindən aldıqdan sonra sonuncu yenidən Zərərçəkmiş şəxs üzərinə hücüm çəkmək istəsə də, onu saxlamış, Təqsirləndirilən şəxs isə ona "imkan ver işimi qurtarım” sözlərini demişdir. Həmin vaxt mübahisə səslərinə gələn arvadı Şahid2la birlikdə Təqsirləndirilən şəxs tutub saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2012-ci ilədək Quba rayonu, Qımıl-Qışlaq kəndində yerləşən evdə qaynı Zərərçəkmiş şəxs, qaynanası X1, əri Şahid1, oğlu Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs birgə yaşadıqları evə müxtəlif qadınlar gətirərək onun və digər ailə üzvlərinin yanında əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, qaynı Zərərçəkmiş şəxsla bir evdə yaşadıqları dövrlərdə Laçın Seyiməmmədov spirtli içki aludəçisi olduğundan sərxoş halda olan zaman daimi olaraq ailə üzvləri ilə mübahisə etmiş, səbəbsiz yerə ailə üzvlərini ağır sözlərlə təhqir etmişdir. Onun həyat yoldaşı Şahid1 Zərərçəkmiş şəxs bu kimi hərəkətlərinə şahid olmamaq üçün birgə razılıq əsasında yaşadıqları evi taxta lövhələrlə iki yerə bölmüş, həmin evin bir tərəfində Zərərçəkmiş şəxs və anası Şahid3, digər tərəfində isə özü və ailə üzvləri yaşamağa başlamışlar. Ev bölündükdən sonra Zərərçəkmiş şəxs yenə də öz əməllərindən əl çəkməmiş, tez-tez spirtli içki qəbul edərək evdə mübahisələr yaratmışdır. Lakin bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs qarşı heç bir hörmətsizlik etməmiş, normal münasibətləri olmuşdur. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs N iyul N5-ci il tarixdə növbəti məzuniyyətinə buraxıldığı üçün həmin tarixdə birgə yaşadıqları Quba rayonu, Qımıl-Qışlaq kəndinə gəlmiş, məzuniyyətini həmin kənddə aldığı torpaq sahəsində özünə tikdirdiyi evə gedərək ustalara kömək etməklə keçirmişdir. 08 avqust N5-ci il tarixdə evdə olarkən mübahisə səslərini eşidərək həyətə çıxmış, qaynı Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu, əri Şahid1 oğlu Təqsirləndirilən şəxs tutub saxladığını görmüşdür. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs həmin an şok vəziyyətində olduğu üçün donaraq yerində qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum etmək üçün heç bir cəhd göstərməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ayağa qalxıb qaçaraq evə girmiş, evə girən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına "anavı ağlar qoyacam" sözlərini işlətdiyi üçün Təqsirləndirilən şəxs yenidən hiddətlənərək Zərərçəkmiş şəxs ardınca evin açıq pəncərəsindən içərisinə daxil olmuşdur. Həmin vaxt Şahid2 evə daxil olmuş və Təqsirləndirilən şəxs çölə çıxarmışdır. Zərərçəkmiş şəxs isə həyətdən çıxan zaman mobil telefon vasitəsilə bacısı X5 zəng edərək Təqsirləndirilən şəxs onu bıçaqladığını bildirmiş və sonra kənddə yerləşən Zahir Tahirovun mağazasına getmişdir. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra siqaret çəkmək üçün evin arxa tərəfinə keçmişdir. O, Təqsirləndirilən şəxs yanında getdikdə oğlunun huşsuz halda yerdə uzandığını və qolundan qan axdığını görmüş və qışqırmağa başlamışdır. Onun əri Şahid1 onların yanına gələrək dərhal telefonla zəng edərək təcili tibbi yardıma məlumat vermiş, lakin həkimləri gəlməsini gözləmədən qonşuların avtomobili ilə Təqsirləndirilən şəxs xəstəxanaya aparmışdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanasında olan zaman ərinin xalasıoğlu Şahid5 avtomobilinin gəldiyini və avtomobilə yaxınlaşdıqda, Zərərçəkmiş şəxs avtomobilin içərisində olduğunu görüb onu avtomobildən düşürmüş və xəstəxanın içərisinə aparmışdır. Həmin gün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xəstəxanada əməliyyata almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 08 avqust N5-ci il tarixdə işdə olarkən oğlu ona zəng edərək qonşusu Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini və onların hər ikisinin Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparıldığını demişdir. O, həmin gün Xaçmaz rayon Mərkəzi Xəstəxanasına getmiş və orada olan zaman Təqsirləndirilən şəxs atası Şahid1 ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirdiyini və bundan sonra öz biləyini ülgüclə kəsdiyini demişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən bıçaqla xəsarət yetirdiyini bilməmişdir. Zərərçəkmiş şəxs spirtli içki qəbul edərək yaşadıqları evdə tez-tez mübahisə yaratmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hadisənin şahidi olmamışdır. Onun xalasıoğlu Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə ona zəng edərək çölə çıxmasını bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra o, çölə çıxdıqda Zərərçəkmiş şəxs ona hadisə barədə məlumat vermiş, bundan sonra o, dərhal həyətə keçərək avtomobilini həyətdən çıxarıb onu avtomobilə əyləşdirmiş, həmin vaxt Laçın ondan avtomobili yaşadığı evə sürməsini xahiş etmişdir. Evə çatan zaman o, avtomobildə gözləmiş, Laçın isə evə girərək paltarını dəyişərək çölə çıxmış və avtomobilinə əyləşmişdir. Onlar təxminən saat 22 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatmışlar və orada Laçına ilkin tibbi yardım göstərilmişdir. O, Təqsirləndirilən şəxs müsbət xarakterizə edərək onun daha əvvəl Zərərçəkmiş şəxsla mübahisəsinə şahid olmadığını bildirmişdir. Məhkəmədə proses iştirakçılarının razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 elan edilmiş ifadəsindən görünür ki, hərbi hissənin qərargah bölüyünün komandiri, baş leytenant Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə N5-ci ilin avqust ayında xidmət yoldaşlarından eşitmiş, lakin hadisənin səbəbləri barədə hər hansı məlumat almamışdır. O, Təqsirləndirilən şəxs hərbi hissədə nizam-intizamlı hərbi qulluqçu kimi tanındığını, xidmət yoldaşları arasında yüksək nüfuza malik olduğunu, hərbi hissədə hər hansı hərbi qulluqçuya qarşı zorakılığa və təhqirə yol vermədiyini bildirmişdir. Məhkəmədə proses iştirakçılarının razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 elan edilmiş ifadəsindən görünür ki, onlar Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X11 X17 Xaçmaz rayon şöbəsi tərəfindən təqdim olunmuş 11 avqust N5-ci il tarixli 492 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "posthemorragik və posttravmatik şokla, daxili qanaxma, sol və sağ tərəfli hemopnevmatoraksla müşayiət olunmuş qaraciyərin və piyliyin zədələnməsi ilə döş qəfəsinin 01 (bir) ədəd, qarın nahiyəsinin 02 (iki) ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları", dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid "döş qəfəsi, qarın, bel, kürək və sol bud nahiyyələnnə hərəsinə 01 (bir) ədəd olmaqla daxilə keçməyən deşilmişkəsilmiş yaraları” xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 08 avqust N5- ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 məhkəmə-tibbi kriminalistika şöbəsi tərəfindən təqdim olunmuş 19 sentyabr N5-ci il tarixli 347/N5-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının məhkəmətibbi kriminalistik tədqiqatı zamanı köynəyin ön səthinin sol yarısının orta nahiyəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yansının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səhinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 08 (səkkiz) ədəd); şalvarın isə sol ayaqlığının ön səthinin yuxarı hissəsində 02 (iki) ədəd kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmiş deşilmiş-kəsilmiş zədələr aşkar edilmiş, həmin zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin təsirindən törənməsi mümkündür. Zərərçəkmiş şəxs məxsus köynək və şalvarın üzərində qarşılıqlı dalaşmaya-dartışmaya uyğun heç bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus kəmər və tumanın, Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 tibbi-biologiya şöbəsi tərəfindən təqdim olunmuş 26 sentyabr N5-ci il tarixli 532/N5-TBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - AB(İV)-dir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd tuman, 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, 01 ədəd kəmər və 06 ədəd daş parçası üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəicisi ABO sistemi üzrə tədqiq edildikdə “A" antigeni, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tuman və 01 ədəd qısaqol köynək üzərində həmçinin beta aqqlyutinini də alınmış, bu qan ləkələri Abeta(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 məhkəmə-kimya şöbəsi tərəfindən təqdim olunmuş 01 sentyabr N5-ci il tarixli 3198/K saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butıl, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamın qrupuna aid olan amfetamın və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannasbinoıd aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 məhkəmə-kimya şobəsı tərəfindən təqdim olunmuş 01 sentyabr N5-ci il tarixli 3198AJK saylı ekspert rəyindən gorunür ki X2 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butıl, amil spirtləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X21dən daxil olmuş 26 sentyabr N5-ci tarixli 3296 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, söz götürməmək, kinlilik, hiss və yaşantıları büruzə verməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törətməzdən əvvəlki dövrdə Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs davranışları səbəbindən ona qarşı kin duymuş, sonuncunun tez-tez sərxoş halda onun ailə üzvləri ilə mübahisə etməsi, nalayiq ifadələrlə onları təhqir etməsinə qəzəblənmiş, bütün bunlardan bezərək son qoymaq üçün cinayət əməlini törətməsini öncədən planlamış, əmisinin davranışları ilə şərtləşmiş emosional vəziyyəti cinayət əməlini törədən zaman davranışlarını motivasiya etmişdir. Təqsirləndirilən şəxs hadisələri düzgün qavramaq, mahiyyətini anlamaq, yadda saxlamaq, yada salmaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan 09 avqust N5-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki. hadisənin baş verdiyi Quba rayonu, Qımıl-Qışlaq kəndində yerləşən fərdi yaşayış evinin darvazasından içəri daxil olduqda 60 sm məsafədə yerdə qanabənzər ləkələr aşkar edilmişdir və həmin qanabənzər ləkələrə bulaşmış 06 ədəd çınqıl daşı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin evin həyətində olan tövlənin qarşısında yerləşən şiferlə örtülmüş çardağın üzərinə 01 ədəd gümüşü rəngdə 12 sm uzunluğunda iti uclu tiyəsi olan, dəstəyi tiyənin davamı olan 12 sm uzunluqda metala birləşmiş iki ədəd qara rəngli plastik lövhələrdən ibarət 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həyətdə yerləşən evin giriş qapısından içəriyə daxil olduqda eyvanın ağ rəngdə divarları, rəngli zolaqlı və naxışlı xalçalar sərilmiş döşəməsi görünmüşdür. Eyvanın sonunda sol tərəfdə qonaq otağına aparan qapı və eyvanın uzunluğu boyu köhnə taxta çərçivəli pəncərələr yerləşir. Eyvanın sonunda olan qapıdan evin qonaq otağına daxil olduqda mavi rəngdə divarlar, döşəməyə sərilmiş rəngli zolaqlı və naxışlı xalçalar, giriş qapısının sol tərəfində taxta çərçivəli açıq pəncərə görünmüşdür. Qonaq otağında sol tərəfdə olan yataq otağına daxıl olaraq baxış keçirildikdə, otaqda olan ventilyatorun yanında giriş qapısından 0.10 sm məsafədə yerdə üzərində qanabənzər ləkələr olan ağ rəngli qara naxışlı kişi alt geyimi aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evin arxasına keçdikdə, həmin yerdə olan 0 50 m, enində 0.50 m uzunuluqda torpaq səthində qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələrdən tampona hopdurulmaqla iki ədəd nümunə götürülmüşdür. Həmçinin həmin yerdə üzərində qanabənzər ləkələr olan ülgüc aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evin digər otaqlarında və həyətdə iş uzrə əhəmiyyət kəsb edə biləcək digər hala rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan 09 avqust N5-ci il tarixli könüllü təqdim edilmiş paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan şalvar və köynəyə baxış keçirən zaman şalvarın goy rəngdə cins materialdan olması, şalvarın belində kəmərin olması və şalvarın üzərində qanabənzər ləkələrin olması, köynəyə baxış keçirilən zaman köynəyin qısaqol ağ-göy rəngdə şaquli zolaqlı olması, köynəyin cırıq olması və üzərində qanabənzər ləkələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs Gülmirzə oğlunun hadisə vaxtı əynində olan şalvara baxış keçirilən zaman həmin şalvarın qara rəngdə, pambıq materialdan olması müəyyən edilmişdir Cinayət işinin materiallarında olan Əşyanın tanınmaya təqdim olunması haqqında 14 avqust N5-ci il tarixli protokoldan görünür ki, hadisənin törədilməsində istifadə edilmiş, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs zərbələr endirdiyi bıçaq "2” nömrəsi altında "1", "3”, "4” və “5м nömrələri ilə nömrələnmiş eyni növdən olan bıçaqlar arasında Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib “2" №-si altında olan bıçağı əllə işarə edib həmin bıçaqla 08 avqust N5-ci il tarixdə saat 20 radələrində əmisi Zərərçəkmiş şəxs zərbərlər endirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Quba rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Anar Hacıəbdülhəlimzadənin 08 avqust N5-ci il tarixli raportundan görünür ki, 08 avqust N5-ci il tarixdə saat 22:55-də Xaçmaz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsində çalışan Məmmədova Quba rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək Quba rayon Qımıl-Qışlaq kənd sakini Zərərçəkmiş şəxs döş qəfəsi və qarın divarının çoxsaylı kəsilmiş-deşilmiş yaralan” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan 19 noyabr N5-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla hadisə yerindən götürülmüş təsərrüfat-məişət təyinatlı 01 ədəd bıçaq. 02 ədəd qan nümunəsi və Zərərçəkmiş şəxs məxsus 01 ədəd tuman, 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd kəmər maddi sübut qismində tanınmış və Sumqayıt Hərbi prokurorluğunun maddi sübutların saxlanması otağına məsul saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan Quba rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Anar Hacıəbdülhəlimzadənin 08 avqust N5-ci il tarixli raportundan görünür ki, 08 avqust N5-cı ıl tarixdə saat 22:55-də Xaçmaz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı vəzifəsində çalışan Məmmədova protokolda adı yoxdur Quba rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək, Quba rayon Qımıl-Qışlaq kənd sakini Təqsirləndirilən şəxs “sol saidin kəsilmiş yarası, dirsək sinirinin zədələnməsi, bükücü vətərin zədələnməsi” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna 14 noyabr N5-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona 08 avqust N5-ci ıl tarixdə bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürmək istəməsi və həmin tarixdə yaşadığı Quba rayonu. Qımıl-Qışlaq kəndində yerləşən evinə daxil olması ilə əlaqədar heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli 286 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Müdafiə nazirinin 04 sentyabr N1-ci il tarixli 01324 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun 8-ci motoatıcı bölüyunun 1-ci motoatıcı taqımının komandiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edildiyi üçün N oktyabr N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 334 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və vəzifələrinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli 226 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs N iyul N5-ci il tarixdən 20 gün müddətinə, yəni 10 avqust N5-ci il tarixədək növbəti məzuniyyətə buraxılmışdır. “X4 Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” “Zəngilanın azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əməlinə aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verərək zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirməsi və şahid qismində dindirilmiş atası Şahid1 da ifadəsində dəyişiklik etməsi, özünümüdafiə və şahid qismində olan ata tərəfindən oğlunun vəziyyətini yüngülləşdirmək, törədilmiş əməlin ictimai təhlükəliliyini azaltmaq istəyinin olması kimi qiymətləndirilir və qeyd etdikləri hallar işdə olan süburlarla tam təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən yetirilən coxsaylı bicaq zərbələri, xəsarətin yetirildiyi nahiyələr, cinayətin davamlılığı, cinayətin törədilmə şəraiti, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıcaqla coxsaylı xəsarətləri yetirdikdən sonra atası Şahid1 tərəfindən bıcaq əlindən alındıqdan sonra qaçaraq canını qurtarmaq istəyən zərərçəkmiş şəxsin ardı ilə evin pəncərəsindən daxil olaraq sonuncunun baş nahiyyəsindən yumruq zərbələri endirilməsi, valideynləri tərəfindən hərəkətlərin davam etdrilməsinə mane olması, təqsirləndirilən şəxs və şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri, işin faktiki hallar ilə üst-üstə düşür, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olduğuna, öz iradəsindən aslı olmayan səbəblərdən əməlini başa çatdıra bilməməsinə dair ona irəli sürülmüş ittihamın tam sübuta yetirildiyini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və “Cəbrayılın azad olunmasına görə” “Zəngilanın azad olunmasına görə" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 9-cu bəndinin 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən və cinayət etməyə cəhd etməsinə görə ittiham olunduğundan, hər iki hala görə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 60.1-ci və 63.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən təyin ediləcək cəzada nəzərə alınmalı və maddənin sanksiyasının yuxarı həddinin dörddə üçünün dörddə üçü həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.N5-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt Hərbi prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan təsərrüfat-məişət təyinatlı 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tuman, 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd kəmər, həmçinin 02 ədəd qan nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi ilə tanış olub, məhkəmə iclaslarında iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel N5-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 330 (üç yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Mirzəyev və Partnyorları”Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinsin, 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 avqust N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt Hərbi prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan təsərrüfat-məişət təyinatlı 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tuman, 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd kəmər, həmçinin 02 ədəd qan nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar