Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-228/2025 18.12.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X8 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3705588Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu 1H/Ş hərbi polis ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə və təminat bölüyünün taqım komandirinin müavini vəzifəsində gizir hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Muradov X5 Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə və təminat bölüyünün 2-ci mühafizə taqımının komandirinin müavini vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olan zaman 01 okyabr 2025-ci il tarixdə saat N radələrində tabeliyində olan mühafizə və təminat bölüyünün 2-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs gigiyeniya və sanitariya qaydalarına riayət etmədiyini bildikdən sonra onu mühafizə bölüyünün əsgər yataqxanasına çağıraraq öz iradını bildirmiş, lakin Zərərçəkmiş şəxs buna etiraz edərək gigiyena və sanitariya qaydalarına riayət etdiyini dedikdə, bundan əsəbiləşmiş və sağ əli ilə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə qüvvətli zərbə vurmuş, zərbənin təsirindən sonuncu yaxınlıqda olan dolabın qapısına dəyərək sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sağ gicgah nahiyəsinin qançırı” xəsarətini yetirməklə hərbi xidmət üzrə vəzifələrinin yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3705588Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N mart 2020-ci il tarixdən Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmət edir, tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs xidmət dövründən tanımış, aralarında düşmənçilik və ya qohumluq münasibətləri yoxdur. 01 oktyabr 2025-ci il tarixdə saat N radələrində hərbi hissədə olan zaman qaravul naryadını təhvil verdikdən sonra bölüyün baş çavuşu baş gizir Şahid2 onu yanına çağırmış və tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs gigiyenik qaydalara riayət etməməsini, hər iki ayağında yara aşkar olunduğunu bildirmişdir. Eyni zamanda ondan nə üçün şəxsi heyətə zəif nəzarət etməsi soruşulmuş və buna görə intizam qaydasında cəzalandırılacağı bildirilmişdir. Bundan sonra xidmət etdiyi 2-ci mühafizə taqımının əsgər yataqxanasına getmiş və yataqxanada olarkən dəhlizdən əsgər Zərərçəkmiş şəxs səsini eşitmiş və onu yanına çağırmışdır. Əsgər Zərərçəkmiş şəxs yataqxanaya daxil olaraq yataqxananın qapısını bağlamış və onun yanına gedərək hansı səbəbdən gigiyenik qaydalara riayət etməməsini soruşmuş və buna görə cəzalanacağını bildirərək ona öz iradını bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs isə cavab olaraq ona bütün qaydalara riayət etdiyini dedikdən sonra əsəbiləşmiş və sağ əli ilə onun sol çiyinindən zərbə ilə vurararaq arxaya doğru itələmişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs başı dəmir dolabın açıq qalan qapısına dəymiş və sağ gicgah nahiyəsindən xəsarət almışdır. Həmin vaxt çavuş X1-küyə görə yataqxanaya daxil olmuş və ondan nə baş verməsini soruşmuş, ona cavab olaraq əsgər Zərərçəkmiş şəxs gigiyenik qaydalara riayət etmədiyi üçün ona irad bildirdiyini demiş, lakin ona qarşı zor tətbiq etməsini bildirməmişdir. Növbəti gün yəni 02 oktyabr 2025-ci il tarixdə səhər saatlarında bölüyün baş çavuşu, baş gizir Şahid2 şəxsi heyətə bədən baxışı keçirərkən əsgər Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsində xəsarət izi aşkar etmiş və ondan həmin xəsarəti hansı şəraitdə aldığını soruşan zaman sonuncu baş vermiş hadisəni danışmışdır. Hadisə baş verən günü, yəni 01 oktyabr 2025-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs onun tabeliyində olmuşdur. Törədiyi əməldən peşmandır, hadisədən dərhal sonra zərərçəkmiş şəxslə barışmış, məhkəmədən cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, gizir Təqsirləndirilən şəxs xidmət dövründən tanımışdır. 01 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmətdə olan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X2 yaxınlaşaraq ona hər iki ayağında yara əmələ gəldiyini və bu səbəbdən hərbi hissənin tibb məntəqəsinə müraciət etmək istədiyini bildirmiş, çavuş Fərhad Ağabalayev onu bölüyün baş çavuşu baş gizir Şahid2 yanına aparmış və ona ayaqlarında yara əmələ gəldiyini, bu səbəbdən hərbi hissənin tibb məntəqəsinə müraciət etmək istədiyini demişdir. Həmin vaxt bölüyün baş çavuşu baş gizir Şahid2 çavuş Fərhad Ağabalayevə onu hərbi hissənin tibb məntəqəsinə aparması barədə göstəriş vermiş və sonuncu onunla birlikdə tibb məntəqəsinə getmişdir. Hərbi hissənin tibb məntəqəsində müayinə olunub ayaqlarına maz vurulduqdan sonra öz bölməsinə qayıtmışdır. Həmin gün yəni 01 oktyabr 2025-ci il tarixdə saat N radələrində bölüyün əsgər yataqxanasının dəhlizində olarkən gizir Təqsirləndirilən şəxs onu əsgər yataqxanasına çağırmış və tapşırığa əsasən o, əsgər yataqxanasına daxil olaraq otağın qapısını bağlamışdır. Otağa daxil olub qapını bağladıqdan sonra gizir Təqsirləndirilən şəxs ondan nə üçün gigiyenik qaydalara riayət etməməsini soruşmuş və buna görə ona söz gəldiyini deyib öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs cavab olaraq ona bütün qaydalara riayət etdiyini demiş, lakin onun bu cavabı sonuncunun xoşuna gəlməmiş və əsəbiləşərək sağ əli ilə onun sol çiyinindən qüvvətli zərbə vuraraq arxaya doğru itələmişdir. Zərbənin təsirindən başı yaxınlıqda olan dolabın açıq olan qapısına dəymiş və sağ gicgah nahiyəsindən xəsarət almışdır. Bundan sonra çavuş Fərhad Ağabalayev yataqxanaya daxil olmuş və gizir Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşdur. Gizir Təqsirləndirilən şəxs isə cavabında çavuş Fərhad Ağabalayevə ona irad bildirdiyini demiş lakin ona zor tətbiq etməsini deməmişdir. Növbəti gün yəni 02 oktyabr 2025-ci ıl tarixdə səhər saatlarında boluyun baş çavuşu baş gizir Şahid2 şəxsi heyətə bədən baxışı keçirən zaman sağ gicgah nahiyəsində xəsarət izi aşkar etmiş və ondan həmin xəsarəti hansı şəraitdə almasını soruşmuşdur. Ona cavab olaraq həmin xəsarəti gizir Fərhad Muradovun ona zor tətbiq etməsi nəticəsində aldığını bildirmişdir. Bundan sonra baş gizir Şahid2 bu barədə bölük komandiri baş leytenant Şahid1 məruzə etmiş və araşdırma başlanmışdır. Əvvəllər aralarında hər hansı mübahisə, münaqişə olmamış münasibətləri normal olmuşdur. Hadisə baş verən günü, yəni 01 oktyabr 2025-ci il tarixdə gizir Təqsirləndirilən şəxs həm vəzifəcə, həmdə rütbəcə onun rəisi olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış, hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir Şahid2 ifadəsində bildirdi ki, 01 oktyabr 2025-ci il tarixda səhər saatlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X3 əsgər Zərərçəkmiş şəxs yanına gətirərək hər iki ayağında yara əmələ gəldiyini məruzə etmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs ayaqlarına baxış keçirmiş, sonra isə onu Fərhad Ağabalayevlə birlikdə müayinə olunması üçün hərbi hissənin tibb məntəqəsinə göndərmişdir. Bundan sonra gizir Təqsirləndirilən şəxs yanına çağırmış və şəxsi heyətə zəif nəzarət etdiyi üçün ona öz iradını bildirərək buna görə cəzalandırılacağını bildirmişdir. Növbəti gün yəni 02 oktyabr 2025-ci il tarixdə səhər saatlarında sırada şəxsi heyətə bədən baxışı keçirən zaman əsgər Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsində xəsarət izi görmüş və ondan həmin xəsarəti hansı şəraitdə aldığını soruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs isə cavabında 01 oktyabr 2025-ci il tarixda saat N radələrində əsgər yataqxanasında gizir Təqsirləndirilən şəxs gigiyenik qaydalara riayət etməməsini əsas gətirərək ona qarşı zor tətbiq etdiyini, nəticədə başının dolabın qapısına dəyərək xəsarət aldığını demişdir. Bundan sonra baş vermiş hadisə barədə bölük komandiri baş leytenant Şahid1 məruzə etmiş və araşdırma başlanmışdır. Əvvəllər gizir Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında hər hansı mübahisə, münaqişə olmamış, münasibətləri normal, xidməti olmuşdur, hadisə baş verən günü gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəisi hesab olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Şahid1 ifadəsində göstərdi ki, 02 oktyabr 2025-ci il tarixdə səhər saatlarında bölüyün baş çavuşu baş gizir Şahid2 ona yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsində xəsarət izi aşkar etdiyini məruzə etdi. Bundan sonra faktla bağlı raportla hərbi hissə komandirinə məruzə etmiş və araşdırma başlanmışdır. Zərərçəkmiş şəxs yanına çağırmış və ona hansı şəraitdə xəsarət alması barədə soruşduqda, sonuncu 01 oktyabr 2025-ci il tarixdə saat N radələrində əsgər yataqxanasında gizir Təqsirləndirilən şəxs gigiyenik qaydalara riayət etməməsini əsas gətirərək ona qarşı zor tətbiq etdiyini, nəticədə başının dolabın qapısına dəyərək xəsarət aldığını demişdir. Bundan sonra baş vermiş hadisə barədə bölük komandiri baş leytenant Şahid1 məruzə etmiş və araşdırma başlanmışdır. Əvvəllər gizir Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında hər hansı mübahisə olmamış münasibətləri normal, xidməti olmuşdur, hadisə baş verən günü gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəisi hesab olunmuşdur. İş materialında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 03 oktyabr 2025-ci il tarixli, 448 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən “sağ gicgah nahiyəsinin qançırı” xəsarəti aşkar olunmuşdur. Zərərçəkmiş şəxs həmin xəsarətin yaranma səbəbi kimi gizir Təqsirləndirilən şəxs ona zor tətbiq edərək arxaya itələməsi nəticəsində başının dolabın açıq qapısına dəyərək əmələ gələ bilərdi. İş materialında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N mart 2020-ci il tarixli 95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Muradov X5 Nazirinin müavini- Silahlı Qüvvələrin Baş qərargah rəisinin 18 mart 2020-ci il tarixli 056 gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin mühafizə və təminat bölüyününü 4-cü mühafizə taqımının komandirinin müavini vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. İş materialında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin N mart 2025-ci il tarixli 78 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mühafizə və təminat bölüyününü 4-cü mühafizə taqımının komandirinin müavini vəzifəsindən mühafizə və təminat böluyunun 2-ci mühafizə taqımının komandirinin müavini vəzifəsinə təyin edilmişdir. İş materialında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, gizir Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materialında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2024-cü il tarixli 209 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N iyul 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və mühafizə və təminat bölüyünün 4-cü mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. İş materialında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2024-cü il tarixli. 295 nömrəli əmrindən çıxarışdan görünür ki. əsgər Zərərçəkmiş şəxs mühafizə və təminat bölüyünün 4-cü mühafizə taqımının 1-cı mühafizə manqasının atıcısı vəzifəsindən azad edilərək həmin boluyun 2-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. İş materialında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 05 oktyabr 2025-cı il tarixli arayışdan görünür ki, hərbi hissənin mühafizə və təminat bölüyünün 2-ci mühafizə taqımının komandirinin müavini gizir Təqsirləndirilən şəxs ilə həmin hərbi hissənin 2-ci mühafizə taqımının 1-ci mühafizə manqasının atıcısı əsgər Zərərçəkmiş şəxs arasında 01 oktyabr 2025-ci il tarixdə tabelik münasibəti olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs araşdırmanın sadələşdirilmiş icraat qaydasında aparlmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya sistemində əldə edilmiş məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il təvəllüdlü Raziyyə və xx.xx.2017-ci il təvəllüdlü Filiz adlı uşaqları vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də, cinayət təqibi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallar və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Məhkəmənin qərarı əsasında isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 176 (yüz yetmiş altı) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Femida” Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 16 (on altı) iş saatına görə 176 (yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Femida” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1-1(093)-228/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-228/2025
18.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver