Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-23/2023 03.04.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, müdafiəçi- Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çomaxtur kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı istintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 15N.1 və 333.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci reaktiv artilleriya divizionunun mühafizə tağımının N-ci manqasının atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən əmisi qızı xx xxx N007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək qərarına gəlib, bu məqsədlə sonuncunu Naxçıvan Muxtar Respublikası Şərur rayonu Çomaxtur kəndindən Naxçıvan şəhərinə kirayə tutduğu mənzilə gətirərək N-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bilə-bilə təbii yolla və könüllülük əsasında öz cinsiyyət üzvünü sonuncunun uşaqlıq yoluna daxil etməklə ilk dəfə cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozmuş, eyni zamanda öz cinsiyyət orqanını sonuncunun anus dəliyinə daxil edərək Zərərçəkmiş şəxs ilə könüllülük əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra, ayrı-ayrı günlərdə vaxtaşırı olaraq həmin ünvanda cinsi əlaqədə olmuş, N-ci ilin may ayının ortalarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində kirayə mənzilə köçərək N-ci ilin noyabr ayının əvvələrinədək həmin ünvanda Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, seksual xarakterli digər hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 06 may N-ci il tarixli 078 əç nömrəli əmri ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun maddi-texniki təminat tağımının atıcısı vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 109 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsinə baxmayaraq xidmət yerinə gəlməmiş, yalnız N noyabr N-ci il tarixdə xidmət yerinə gəlməklə üzrlü səbəblər olmadan xidmət yerinə üç aydan artıq müddətə vaxtında qayıtmamışdır. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcələsinin 15N.1 və 333.4-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, xx xxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, N aprel N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin tədris taborunda “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı” kursunu bitirərək həmin vaxtdan N nömrəli hərbi hissədə xidmətə başlamışdır. Nci ilin fevral ayının əvvəllərində xidmət yeri N nömrəli hərbi hissəyə dayişdirilmiş, N may Nci il tarixdə isə N nömrəli hərbi hissəyə təyinat almışdır. Zərərçəkmiş şəxs onun əmisi qızı olmaqla aralarında münasibətləri həmişə çox yaxşı olmuş, bir neçə ildir ki, sonuncunu sevmiş, Zərərçəkmiş şəxs da onu sevdiyini öyrəndikdən sonra evlənmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs xx xxx N007-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, hazırda 16 yaşına çatmamışdır. N0N0-ci ilin aprel ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, həmin vaxtlar Çomaxtur kəndində ailəsi ilə birlikdə yaşamış, elə o vaxtlardan həmin kənddə yaşayan Zərərçəkmiş şəxs sevməyə başlamışdır. Həmin vaxtlarda Zərərçəkmiş şəxs hələ 13 yaşı olduğu üçün ona sevgi hisləri ilə bağlı heç nə deməmişdir. N0N1-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs anası Şahid1 və kiçik bacısı Aygün Hüseynova ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə köçmüş, Zərərçəkmiş şəxs bildiyi qədəri ilə orada yaşadıqları müddətdə Şərur rayonuna qayıtmaq və təhsilini davam etdirmək istəmişdir.Bu barədə anasına dedikdə əvvəlcə razı olmasa da sonradan razılaşmışdır. Zərərçəkmiş şəxs N-ci ilin fevral ayının əvvələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çomaxtur kəndinə atasının yanına gəlmişdir.Zərərçəkmiş şəxs öz sevgisini etiraf etmək qərarına gəlmiş, bu məqsədlə N-ci ilin fevral ayının axırlarında gecə saatlarında Zərərçəkmiş şəxs “instagram” sosial şəbəkəsindəki səhifəsinə sms yazaraq onu sevdiyini və ailə həyatı qurmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs da uzun müddətdir ki, onu sevdiyini söyləyərək öz razılığını bildirmişdir. Növbəti günlərin birində Zərərçəkmiş şəxs ilə birlikdə Naxçıvan MR-da gəzməyə getmiş, həmin axşam evə gec gəldiyi üçün atası Zərərçəkmiş şəxs tənbeh edib Türkiyədə işləyən anasının yanına göndərəcəyini bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs bundan sonra onların evinə gələrək ailəsində olan vəziyyəti dedikdən sonra hər ikisi ailə qurmaq məqsədilə qaçmaq qərarına gəlmişlər. N7 fevral N-ci il tarixdə Zərərçəkmiş şəxs könüllü şəkildə onunla birlikdə Naxçıvan şəhərinə gələrək onun tutduğu kirayə evdə birlikdə yaşamağa başlamışdır. Onların aralarında hər hansı bir cinsi yaxınlıq olmamışdır. Bir müddət həmin yerdə yaşadıqdan sonra Şahid1 hadisədən xəbər tutaraq Naxçıvan şəhərinə gəlmiş, N-ci ilin mart ayının əvvəllərində sonuncunun müraciəti əsasında Naxçıvan ŞPİ-nin əməkdaşları tərəfindən yerləri müəyyən olunmuş və Zərərçəkmiş şəxs valideynlərinə təhvil verilmişdir. Həmin vaxt da Zərərçəkmiş şəxs könüllü surətdə ailə qurmaq məqsədilə qaçdığını bildirmişdir. Onların ailələri arasında münasibətlər çox da yaxşı olmamış, Zərərçəkmiş şəxs ilə əvvəlcə qaçarkən aralarında hər hansı cinsi yaxınlıq qurmaq fikrində olmasalar da, anası Şahid1 onlardan əl çəkməsi üçün Zərərçəkmiş şəxs da razılığı ilə cinsi əlaqədə olmaq qərarına gəlmişdir. N-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə görüşərək Naxçıvan şəhərində tutduğu kirayə mənzilə gələrək həmin gün sonuncu ilə ilk dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. İlk dəfə cinsi münasibətdə olduqdan sonra təbii yolla qızlıq pərdəsinin pozulması və cinsi orqandan qan gəlməsi prosesi baş vermişdir. Zərərçəkmiş şəxs həmin vaxt 14 yaşı tamam olsa da 15 yaşı tamam olmamış, həmin vaxt yaşını və təvəllüdünü dəqiq bilmiş, bununla belə həmin gündən etibarən könüllü şəkildə təbii və qeyri-təbii şəkildə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Şahid1 razı olmadığı üçün dəfələrlə onları ayırmağa çalışmış, həmin müddətdə də Naxçıvan şəhərində kirayə tutduğu mənzildə yaşamağa davam etmişlər. N-ci ilin may ayının ortalarında xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə dəyişdirilmiş, əvvəlcə xidmət yerinə getmək məqsədilə bilet alaraq N may N-ci il tarixdə Bakı şəhərinə gəlmiş, lakin Bakı şəhərinə gəldikdən sonra Zərərçəkmiş şəxs Naxçıvanda qalmasına görə narahat olmuş, onun hər iki ailənin yanında rahat olmayacağını düşünürək xidməti yerinə getməmək və Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində yaşamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs 15 may N-ci il tarixdə Bakı şəhərinə gəlmiş, onlar birlikdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində tutduğu kirayə mənzildə yaşamağa başlamışlar. Həmin ünvanda yaşadıqları müddətdə də könüllü surətdə Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs anası orada yaşadıqları müddətdə də Bakı şəhərinə gələrək onları tapmış, sonradan barəsində cinayət işinin başlanıldığı öyrənmişdir. N-ci ilin noyabr ayının əvvəllərinədək ər-arvad münasibətində yaşasalar da bundan sonra cinayət məsuliyyətinə səbəb olduğu üçün Zərərçəkmiş şəxs ilə heç bir cinsi yaxınlıq qurmamış, 16 yaşına çatana qədər onunla cinsi yaxınlıq qurmayacağını bildirmiş, o da razılaşmışdır. Həmin vaxta qədər onu mütəmadi olaraq hərbi hissədən axtararaq xidməti yerinə çıxmalı olduğu bildirilmiş, bundan sonra müqavilə müddəti bitənə qədər xidmət yerində olmağa qərar vermişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs Şərur rayonuna atasının yanına gətirərək bundan sonra ilk dəfə olaraq N noyabr N-ci il tarixdə xidməti yeri olan N nömrəli hərbi hissəyə getmişdir. Zərərçəkmiş şəxs könüllü surətdə qaçaraq onunla cinsi əlaqədə olmuş, sonuncuya qarşı hər hansı formada zor tətbiq etməmiş, hədə-qorxu gəlməmişdir. Xidməti yerinə çıxmadığı müddət ərzində Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində kirayə tutduğu mənzildə yaşamış və maşın yuma yerində çalışmışdır. Xidmətə qarşı münasibəti müsbət olmuş, ailə vəziyyəti ilə əlaqədar, Zərərçəkmiş şəxs tək buraxmamaq üçün xidmət yerinə çıxmamışdır. Özünün və ya ailə üzvlərindən hər hansı birinin ağır xəstəliyi olmamış, xidmətdə olduğu müddət ərzində onu incidən, nizamnamədənkənar hərəkətlərə məruz qoyan, şərəf və ləyaqətini hər hansı formada alçaldan olmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, xx xxx N007-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çomaxtur kəndində anadan olmuş, Təqsirləndirilən şəxs Şamil oğlu onun əmisi oğlu olmaqla aralarında münasibətlər çox yaxşı olmuş, onu sevdiyi üçün könüllü cinsi əlaqədə olmuşdur. N0N1-ci ilin sentyabroktyabr aylarında anası Şahid1 və kiçik bacısı Aygün Hüseynova ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə köçmüş, orada yaşadıqları müddətdə Şərur rayonuna qayıtmaq və təhsilini davam etdirmək istəmişdir. Bu barədə anasına dedikdə əvvəlcə razı olmasa da sonradan onun təkid etməyi səbəbindən razılaşmışdır. O, N-ci ilin fevral ayının əvvələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çomaxtur kəndinə atasının yanına gəlmişdir. Orada olduğu müddətdə anası ilə mütəmadi olaraq əlaqə saxlamış, aralarında münasibətlər normal olmuşdur. N-ci ilin fevral ayının axırlarında gecə saat 01 radələrində Təqsirləndirilən şəxs “instagram” sosial şəbəkəsindəki səhifəsinə sms yazaraq onu sevdiyini və ailə həyatı qurmaq istədiyini bildirmişdir. Özü də uzun müddətdir ki, Təqsirləndirilən şəxs sevdiyi üçün öz razılığını bildirmişdir. Növbəti günlərin birində Təqsirləndirilən şəxs ilə birlikdə Naxçıvan MR-da gəzməyə getmiş, evə gec gəldiyi üçün atası onu tənbeh edib Türkiyədə işləyən anasının yanına göndərəcəyini bildirmişdir. Ona görə də ağlayaraq əmisigilə getmiş və Təqsirləndirilən şəxs ailəsində olan vəziyyəti dedikdən sonra ailə qurmaq məqsədilə qaçmaq qərarına gəlmişlər. N7 fevral N-ci il tarixdə könüllü şəkildə Təqsirləndirilən şəxsla birlikdə Naxçıvan şəhərinə gələrək sonuncunun tutduğu kirayə evdə yaşamağa başlamış, həmin vaxt onların arasında hər hansı bir cinsi yaxınlıq olmamışdır. Bir müddət orada yaşadıqdan sonra anası Şahid1 hadisədən xəbər tutaraq Naxçıvan şəhərinə gəlmiş, 03 mart N-ci il tarixdə onun müraciəti əsasında Naxçıvan ŞPİ-nin əməkdaşları tərəfindən yeri müəyyən olunaraq valideynlərinə təhvil verilmişdir. Həmin vaxt da o könüllü surətdə ailə qurmaq məqsədilə qaçdığını bildirmişdir. Ailəsinin ciddi nəzarəti altında olduğuna görə yenidən Təqsirləndirilən şəxs yanında olmaq üçün 04 mart N-ci il tarixdə görüşərək Naxçıvan şəhərində tutduğu kirayə mənzilə gəlmiş, həmin gün Təqsirləndirilən şəxs ilə ilk dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuş, ilk dəfə cinsi münasibətdə olduqdan sonra təbii yolla qızlıq pərdəsinin pozulması və cinsi orqandan qan gəlməsi prosesi baş vermişdir. Valideynlərinin onun Təqsirləndirilən şəxsla ailə qurmasına razı olmaları üçün belə bir addım atmışdır. 14 yaşı tamam olsa da 15 yaşı tamam olmamış, Təqsirləndirilən şəxs da onun yaşını və təvəllüdünü dəqiq bilmişdir. Həmin gündən etibarən könüllü şəkildə təbii və qeyri-təbii şəkildə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmuş, lakin, anası Şahid1 razı olmadığı üçün dəfələrlə onları ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs xidmət yeri hərbi hissələrdən birinə dəyişdirildikdən sonra o, xidmət yerinə getməmiş və onunla birlikdə Bakı şəhərinə gələrək Sabunçu rayonu Bakıxanov qəsəbəsində tutduğu kirayə mənzildə yaşamağa başlamışdır. Həmin ünvanda yaşadıqları müddətdə də könüllü surətdə Təqsirləndirilən şəxs ailəsi hesab etdiyi üçün ilə cinsi əlaqədə olmuşdur. Şahid1 orada yaşadıqları müddətdə də Bakı şəhərinə gələrək onları tapmış, sonradan Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanıldığını öyrənmişdir. Hər ikisi bundan sonra cinayət məsuliyyətinə səbəb olduğu üçün heç bir cinsi yaxınlıq qurmamış, 16 yaşına çatana qədər Təqsirləndirilən şəxs ilə cinsi yaxınlıq qurmayacağını bildirdikdə o, da razılaşmışdır. Təqsirləndirilən şəxs ilə könüllü surətdə qaçaraq cinsi əlaqədə olmuş, sonuncu ona qarşı hər hansı formada zor tətbiq etməmiş, hədə-qorxu gəlməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır. Həyat yoldaşı X3 ilə N003-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan üç qız övladı dünyaya gəlmişdir. Ortancıl övladı olan Zərərçəkmiş şəxs xx xxx N007-ci il tarixdə anadan olmuşdur. Təqsirləndirilən şəxs isə onun qaynı oğludur, Təqsirləndirilən şəxs və onun ailə üzvlərindən heç kimlə ədavəti yoxdur, əvvəllər həmin şəxslərlə münasibəti çox yaxşı olmuşdur. N0N1-ci ilin oktyabr ayının 1-də həyat yoldaşı ilə aralarında olan problemlər nəticəsində ortancıl qızı Zərərçəkmiş şəxs və kiçik qızı Aygün Hüseynovanı götürərək Şərur rayonu Çomaxtur kəndindən Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Hər iki qızı öz istəkləri ilə onunla getmiş, xüsusilə Zərərçəkmiş şəxs kənddəki evdə qalmaq istəmədiyini, ailələrində valideynləri arasında olan problemlər səbəbindən oradan getmək istədiyini bildirmişdir. İstanbul şəhərində yaşadığı müddətdə N-ci ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs ona təhsilini davam etdirmək üçün Çomaxtur kəndinə qayıtmaq istədiyini bildirmiş, o isə Zərərçəkmiş şəxs tək buraxmamaq üçün və kənddəki həyatın çətin olması səbəbindən yanında qalmasını söyləmişdir. Lakin, Zərərçəkmiş şəxs təkidlə getmək istədiyini bildirdikdə atası ilə danışaraq İstanbul şəhərində yaşayan qohumu vasitəsilə N-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs Naxçıvan Muxtar Respublikasına yola salmışdır. N4 fevral N-ci il tarixə qədər Zərərçəkmiş şəxs ilə mütəmadi əlaqə saxlasa da daha sonra qızının onu bilmədiyi səbəbdən mobil telefonunda “qara siyahı”ya atdığını görmüşdür. Bir müddət Zərərçəkmiş şəxs ilə əlaqə saxlaya bilmədikdən sonra 0N mart N-ci il tarixdə bir nəfər tanışı ona zəng vuraraq qızı Zərərçəkmiş şəxs qaynının oğlu Təqsirləndirilən şəxs tərəfindən N7 fevral N-ci il tarixdə evlənmək məqsədilə qaçırıldığını öyrənmişdir. Lakin, həmin vaxt qızı yetkinlik yaşına çatmadığı üçün bunu qəbul edə bilməmiş, dərhal Naxçıvan Muxtar Respublikasına gəldikdən sonra 03 mart N-ci il tarixdə Naxçıvan şəhər polis idarəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs yeri müəyyən olunaraq onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs Naxçıvan şəhərində kirayə ev tutduğunu və Zərərçəkmiş şəxs ilə birlikdə orada yaşadığını öyrənmiş, hər ikisindən maraqlandıqda ona aralarında hər hansı bir cinsi yaxınlığın olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs daha ciddi şəraitdə nəzarət altında saxlamağa başlamış, lakin növbəti gün Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxsla qaçaraq Naxçıvan şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs Naxçıvanda xidmət etdiyi müddət ərzində bir neçə dəfə qaçsalar da o hansısa yolla qızını evə gətirməyə çalışmışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə qaldığı müddət ərzində könüllü şəkildə təbii və qeyri təbii yolla cinsi əlaqədə olduğunu öyrənmişdir. N-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs xidmət yeri dəyişdirilmiş, lakin, öz xidməti yerinə getməyərək Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə gedərək orada yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs onun yanına evə qayıtması üçün Bakı şəhərinə gedərək orada Sabunçu rayon polis idarəsinə müraciət etmiş, araşdırma aparıldıqdan sonra Yamil Hüseyovun əməlləri ilə bağlı cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs tərəfindən yetkinlik yaşına çatmayan övladına qarşı etdiyi cinayət əməllərinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi cəzalandırılmasını məhkəmədən tələb və xahiş etmişdir. Məhkəmə iclasında ŞahidNun verdiyi və Şahid3 elan olunmuş ifadələrindən görünür ki, onlar şahid Şərgiyyə Hüseynovanın ifadəsinə oxşar ifadə vermişlər. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid4 məhkəməyə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə köçürülməsi ilə əlaqədar olaraq şəxsi işi 3N may N-ci il tarixdə hərbi hissəyə daxil olmuş, sonuncunun şəxsi işinə baxıldıqda N may N-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısında çıxarılaraq N nömrəli hərbi hissəyə göndərildiyi, lakin xidmət yerinə gəlmədiyi müəyyən olunmuşdur. Bununla bağlı yuxarı komandanlığa müraciət edilmiş, Təqsirləndirilən şəxs N noyabr N-ci il tarixdə xidmət yerinə qayıtdıqdan sonra hərbi hissə komandirinin həmin tarixli 3N9 nömrəli əmri ilə hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün N-ci tağımının 1-ci manqasının atıcısı vəzifəsinə təyin edilmiş və şəxsi heyətin siyahısına daxil edilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə xidməti yerinə çıxmamasının səbəbi ailə problemləri olmuşdur. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin kargüzar-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid5 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarından aydın olur ki, Şahid1 09 iyun N-ci il tarixdə qızı, N007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qaçırılması, sonuncunun dəfələrlə cinsi və fiziki zorakılığa məruz qalması faktı ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Şahid1 N4 iyun N-ci il tarixdə qızı Zərərçəkmiş şəxs hərbi qulluqçu olan Təqsirləndirilən şəxs tərəfindən qaçırılması, sonuncunun dəfələrlə cinsi və fiziki zorakılığa məruz qalması faktı ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etmişdir. “Naxçıvan” X4 təqdim olunan 16 iyun N-ci il tarixli 170 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs N may N-ci il tarixdə, Zərərçəkmiş şəxs isə 15 may N-ci il tarixdə Naxçıvan-Bakı reysi ilə Bakı şəhərinə gəlmişlər. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X1N 13 iyun N-ci il tarixli 573 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən N həftədən artıqdır, sonuncuda arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN 14 dekabr N-ci il tarixli 1753 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən hər hansı xəsarət, xəstəlik və ya törəmə aşkar olunmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N0N0-ci il tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirinin müavini-X11 Komandanının müvafiq əmri ilə 3 (üç) il müddətinə hərbi xidmətə qəbul edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N-ci il tarixli 30 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 109 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 06 may N-ci il tarixli 078 əç nömrəli əmri ilə N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin edildiyinə görə həmin tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 31 may N-ci il tarixli raportdan məlum olur ki, Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 06 may N-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin 4-cü taborunun atıcısı vəzifəsinə təyin olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs şəxsi işi 3N may N-ci il tarixdə hərbi hissəyə daxil olmuş, lakin həmin vaxta qədər xidməti yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N noyabr N-ci il tarixli 3N9 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş 14485 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğundan hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15N.1 və 333.4-1-ci maddələrinə tövsüf edilmişdir və o, həmin maddəl’r ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 15N.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-in 15N.1 və 333.4-1-ci maddələrinin sanksiyasında müvafiq olaraq üç ilədək və üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə sosial ədalətin bərpasına, təqsirləndirilən şəxsin islah edilməsinə, həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən bu növ yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına, yəni cəzanın məqsədlərinə nail olmaq mümkündür. CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 66.N-ci maddəsinin (cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) tələblərinə görə cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın müəyyən olunmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının başlanğıcının tutulduğu 30 mart N0N3-cü il tarixdən hesablanmasını (Cinayət-Prosessual Məcəlləsinin 158.N-ci maddəsi), barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli qərarına və həmin qərara N7 yanvar N010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15N.1 və 333.4- 1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinnsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15N.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 333.4-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 mart N0N3-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsə göstərilmiş 90 (doxsan) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 540 (beş yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-23/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-23/2023
03.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver