Məhkəmə qərarları › İş №1-1(093)-23/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-23/2025

22.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-23/2025 22.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Zərdab rayonunda anadan olmuş, Zərdab rayonunun Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissəsinin aviasiya eskadriliyasının 1-ci taqımının 1-ci manqasının baş mexaniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən həmin hərbi hissənin hərbi qulluqçusu mayor Şahid1 ilə xidmət etdikləri hərbi hissənin ərazisində 2020-ci ilin may ayının sonlarında aralarında baş tutmuş söhbət zamanı sonuncunun tanışı Zərərçəkmiş şəxs hərbi xidmətə zabit kimi qəbul olunmaq istədiyini öyrəndikdə, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz qazanc əldə etmək məqsədi ilə Şahid1 yüksək rütbəli vəzifəli tanışına 12000 manat məbləğində pul verilməsi müqabilində həmin işi həll edə biləcəyi barədə yalan deyərək özünə inandırmış və bu barədə Zərərçəkmiş şəxs fikrini öyrəndikdən sonra görüşüb ətraflı söhbət etməyi təklif etmişdir. 2020-ci ilin iyun ayının sonlarında Şahid1 özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə «Vatsap» mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq onun həmin təklifini aralarında baş tutan söhbət zamanı Zərərçəkmiş şəxs çatdırmış, Zərərçəkmiş şəxs isə verilən vədə inanaraq həmin təkliflə razılaşmışdır. Həmin telefon danışığı zamanı onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 Zərərçəkmiş şəxs Sumqayıt şəhəri ərazisində onunla görüşüb 12000 manat məbləğdə pulu həmin şəxsə çatdırılmalı olduğunu bildirmişdir. 07 iyul 2020-ci il tarixdə o, Sumqayıt şəhəri Koroğlu prospekti 18-ci mikrorayon dairəsi yaxınlığında Zərərçəkmiş şəxslə görüşmüş, sonuncu aralarındakı razılığa əsasən 12000 manat məbləğdə pulu nağd formada ona təqdim etmiş, lakin o, vədi üzrə heç bir real hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 12000 manat məbləğində pulu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin may ayından etibarən Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N nömrəli hərbi hissəsinin aviasiya eskadriliyasının aviasiya manqasının baş mexaniki vəzifəsində, gizir rütbəsində xidmət etmiş, adı çəkilən vəzifədə və həmin rütbədə xidmətdə olarkən 2020-ci ilin may ayının sonlarında həmin hərbi hissənin hərbi qulluqçusu mayor Şahid1 ilə xidmət etdikləri hərbi hissənin ərazisində söhbət edərkən Şahid1 Zərərçəkmiş şəxs adında tanışı olduğunu, həmin şəxsin hərbi xidmətə zabit kimi qəbul olunmaq istədiyini bildirmiş, bu zaman o, pula ehtiyacı olduğundan həmin məsələnin həllinə köməklik edə biləcək Müdafiə Nazirliyində xidməti ilə əlaqədar tanıdığı vəzifəli tanışlarının olduğunu, həmin şəxslər vasitəsi ilə 12000 manat məbləğ qarşılığında Zərərçəkmiş şəxs hərbi xidmətə qəbul etdirə biləcəyi barədə Şahid1 yalan deyərək özünə inandırmış, dediklərini Zərərçəkmiş şəxs çatdırmasını, razılaşdığı təqdirdə bu işi həll edəcəyini bildirmişdir. 07 iyul 2020-ci il tarixdə Şahid1 özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs həmin təkliflə razılaşdığını, qeyd olunan məbləği hazırladığını və Sumqayıt şəhərində həmin məbləği alabiləcəyini bildirmişdir. O, Sumqayıt şəhərinə gələrək özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «Vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının, 47-ci və 48-ci məhəllələrinin kəsişməsində olan dairəvi yolun yaxınlığında, şərti olaraq “Elmarın kruqu” olaraq adlandırılan ərazidə görüşə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs razılaşmış, həmin tarixdə qeyd olunan ərazidə Zərərçəkmiş şəxslə görüşərək sonuncudan 12000 manat məbləğdə vəsaiti almış, lakin o, vədləri üzrə heç bir real hərəkət etməyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə 12000 manat məbləğdə pulu tam şəkildə ələ keçirmişdir. xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş, dəymiş ziyanın 25 faizi məbləğində 3000 manat pul da dövlətə ödənilmiş, Zərərçəkmiş şəxs ilə barışmışlar. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, dostluq münasibətində olduğu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor hərbi rütbəsində xidmət edən Şahid1 ilə 2020-ci ilin may ayının əvvəllərində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən mənzildə söhbət edərkən Müdafiə Nazirliyində zabit qismində xidmət etmək istədiyini bildirmiş, bununla bağlı köməklik etməsini xahiş etmiş, Şahid1 də maraqlanıb məlumat verəcəyini demişdir. 2020-ci ilin iyun ayının sonlarında Şahid1 özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «Vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək onun hərbi xidmətə qəbul olunması məsələsini həll edəbiləcək bir nəfər şəxs tapdığını, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində tanıdığı yüksək rütbəli şəxslər vasitəsi ilə 12000 manat müqabilində həll edəbiləcəyini demiş, o da bu təkliflə razılaşaraq bir neçə gün ərzində pulu hazırlayacağını və Sumqayıt şəhəri ərazisində görüşə biləcəyini Şahid1 bildirmişdir. 07 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan 070-852- 88-06 saylı mobil nömrəsinə «Vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək Sumqayıta gəldiyini bildirmişdir. Həmin tarixdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının, 47-ci və 48-ci məhəllələrinin kəsişməsində olan dairəvi yolun yaxınlığında, şərti olaraq “Elmarın kruqu” olaraq adlandırılan ərazidə Təqsirləndirilən şəxs ilə görüşmüş, özünə məxsus 12000 manat vəsaiti nağd olaraq Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin aerodrom texniki təminat taborunun komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, 2020-ci ilin may ayının əvvəllərində dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən sonuncunun mənzilində söhbət edərkən Zərərçəkmiş şəxs ona Müdafiə Nazirliyində zabit qismində xidmət etmək istədiyini bildirdikdə bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. 2020-ci ilin may ayının sonlarında N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs ilə xidmət etdikləri hərbi hissənin ərazisində söhbət edərkən o, Adil Hikmət oğlu adında tanışı olduğunu, həmin şəxsin hərbi xidmətə zabit kimi qəbul olunmaq istədiyini bildirmiş, gizir Təqsirləndirilən şəxs həmin məsələnin həllinə köməklik edəbiləcək Müdafiə Nazirliyində xidməti ilə əlaqədar tanıdığı vəzifəli tanışlarının olduğunu, həmin şəxslər vasitəsi ilə 12000 manat məbləğ qarşılığında Zərərçəkmiş şəxs hərbi xidmətə qəbul etdirə biləcəyi barədə yalan deyərək özünə inandırmış, Zərərçəkmiş şəxs fikrini öyrəndikdən sonra məlumat verməsini istəmişdir. 2020ci ilin iyun ayının sonlarında Şahid1 özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «Vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək hərbi xidmətə qəbul olunması məsələsini həll edəbiləcək bir nəfər şəxs tapdığını, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində tanıdığı yüksək rütbəli şəxslər vasitəsi ilə 12000 manat müqabilində həll edə biləcəyini demiş, Zərərçəkmiş şəxs də bu təkliflə razılaşaraq bir neçə gün ərzində pulu hazırlayacağını və Sumqayıt şəhəri ərazisində görüşə biləcəyini ona bildirmişdir. 07 iyul 2020-ci il tarixdə o, özünə məxsus ***- ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq sonuncuya Zərərçəkmiş şəxs həmin təkliflə razılaşdığını, qeyd olunan məbləği hazırladığını və Sumqayıt şəhərində həmin məbləği ala biləcəyini bildirmişdir. Bundan sonra həmin gün axşam Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə gələrək şəhərin 17-ci və 18-ci mikrorayonlarının, 47-ci və 48-ci məhəllələrinin kəsişməsində olan dairəvi yolun yaxınlığında, şərti olaraq “Elmarın kruqu” olaraq adlandırılan ərazidə Zərərçəkmiş şəxslə görüşərək sonuncudan 12000 manat məbləğdə vəsaiti almış, lakin vədləri üzrə heç bir real hərəkət etməyərək Zərərçəkmiş şəxs məxsus ümumilikdə 12000 manat məbləğdə pulu tam şəkildə ələ keçirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs hərbi xidmətə qəbul olunmaq müqabilində 07 iyul 2020-ci il tarixdə Sumqayıt şəhərində Təqsirləndirilən şəxs 12000 manat verməsini, Təqsirləndirilən şəxs isə pulu ələ keçirərək vədi üzrə heç bir hərəkət etməməsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, ona Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birinə hərbi xidmətə qəbul etdirəcəklərini bildirib aldadaraq 23000 (iyirmi üç min) manat məbləğində pulunu ələ keçirmişlər. Sənədlərə baxış keçirilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına, ***-***-**-** saylı nömrə Şahid1 adına rəsmləşmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 07 iyul 2020-ci il tarixdə və digər müxtəlif tarixlərdə çoxsaylı telefon zəngləri aparılmış, anten dairələrinin yerləşmə yerlərinə əsasən 07 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı mobil telefon Sumqayıt şəhəri ərazisində olmuşdur. İş materiallarında olan qərarlardan və digər sənədlərdən görünür ki, 18 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibi başlanmış və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tanınmış, 19 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuş və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərardan görünür ki, 20 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinin materiallarından X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2019-cu il tarixli 425 nömrəli əmrindən edilmiş çıxаrışdаn müəyyən olunur ki, gizir Təqsirləndirilən şəxs həmin hərbi hissənin hərbi hissənin aviasiya eskadriliyasının aviasiya manqasının baş mexaniki vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki uşağı var. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş, dəymiş ziyanın 25 faizi məbləğində 3000 manat pul da dövlətə ödənilmiş, Zərərçəkmiş şəxs ilə barışmışlar. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs oğlunun xx.xx.2025-ci ildə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 12000 manat məbləğində maddi ziyan tam həcmdə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş 12000 manat manat maddi ziyanın 25 % (iyirmi beş faizini), yəni cəmi 3000 (üç min) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırarq Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X2 əməlləri Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışmaqla ona dəymiş ziyanı tamamilə ödədiyini bildirib, cinayət nəticəsində vurulmuş ziyanın 25 % (iyirmi beş faizini), yəni 3000 (üç min) manat miqdarında dövlət büdcəsinə ödənilməsi barədə mədaxil qəbzini təqdim edib, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmiş, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını bildirmiş, həmçinin dövlət ittihamçısı çıxışında cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğu üçün Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 vurulmuş ziyanı tam ödədiyi, zərəçəkmiş şəxslə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığı üçün və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddələr ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə görə müvafiq qətimkan tədbiri təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verildikdən sonra onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 24 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar