Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-24/2023 18.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, müdafiəçi - Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 17 may 1987-ci il tarixdə Beylaqan rayonunda doğulmuş və Beylaqan rayonunun Əlinəzərli kəndində qeydiyyatda olmaqla Beylaqan rayonunun Allahyarlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən saxta olduğunu bilə-bilə istifadə etmiş və aldatma yolu ilə özgəninin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 7022-ci tank taborunun 6-cı tank bölüyünün 2-ci tank taqımının 4-cü tankının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin oktyabr ayının ortalarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yüksək miqdarda kredit verilmədiyini, həmçinin özünün Kapital Bank ASC-ə 3000 manat məbləğində kredit borcunun olduğundan ona kredit verilməyəcəyinə əmin olduqdan sonra maddi sıxıntıları çox olduğundan üzərinə düşən öhdəlikləri yerinə yetirmək, yəni aylıq ödənişləri ödəmək niyyəti olmadığı halda bankdan kredit götürmək qərarına gəlmişdir. Bundan sonra o, 2021-ci ilin oktyabr ayının sonlarında öz xidmət yoldaşlarından vətəndaş X1 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına kredit verilməsi üçün köməklik edə bildiyini öyrəndikdən sonra R.E.İbrahimovun mobil nömrəsini xidmət yoldaşlarından əldə etmiş və sonuncu ilə əlaqə saxlayaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu, 5000-10000 manat civarında kredit qismində pul götürmək istədiyini bildirmişdir. R.E.İbrahimov ona şəxsiyyət vəsiqəsinin şəklini çəkib göndərməyi demişdir. O, öz şəxsiyyət vəsiqəsinin şəklini R.E.İbrahimova göndərdikdən sonra xx.xx.2021-ci il tarixdə sonuncu ona zəng edərək qeyd etdiyi civarda kredit götürməsinə köməklik edə biləcəyini bildirmiş, həmçinin göstərdiyi köməkliyə görə onun əldə etdiyi pul vəsaitinin 20 faiz hissəsinin özünə çatacağını və bütün bunların həyata keçirilməsi üçün Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə gələrək “20 Yanvar” metrostansiyası yaxınlığında R.E.İbrahimov ilə görüşmüş və birlikdə "xxxx" ASC-in Neftçilər filialına getmişlər. Orada olan zaman R.E.İbrahimov Təqsirləndirilən şəxs kredit götürən zaman özünü "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsində 848 manat aylıq əməkhaqqı müqabilində işləyən əməkdaş kimi təqdim etməsini, əks halda ona kredit verilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs artıq saxtalaşdırılmış elektron sənəd vasitəsi ilə kredit götürəcəyini dərk edərək üzərinə düşən öhdəlikləri yerinə yetirmək, yəni aylıq ödənişləri ödəmək niyyəti olmadığı halda müvafiq məbləğdə pulu kredit qismində əldə edib aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz yolla talamaq məqsədi ilə X3 tərəfindən tərtib olunmaqla “Asan Finance” dövlət portalına onun adından daxil edilmiş, “Elektron İmza və Elektron sənəd haqqında” xx.xx.2004-cü il tarixli qanunun 3.5-ci maddəsinə əsasən kağız daşıyıcıda olan sənədə bərabər tutulan və onunla eyni hüquqi qüvvəyə malik olan elektron sənəddəki "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsində işləməsi və aylıq 848 manat məbləğində əməkhaqqı alması barədə məzmunu həqiqəti əks etdirməyən məlumatları “Asan Finance” dövlət portalı vasitəsi ilə yoxlayan "xxxx" ASC-in Neftçilər filialının səlahiyyətli nümayəndəsi Şahid1 suallarına cavab olaraq qeyd olunan məlumatların özünə aid olduğunu əvvəlcə şifahi təsdiq edib, daha sonra isə qeyd olunan məlumatların özündə əks etdirməklə Şahid1 tərəfindən tərtib olunmuş kredit müqaviləsini və digər sənədləri öz imzası ilə təsdiq edib 24 ay müddətinə 6500 manat məbləğində pulu kredit qismində götürməyə nail olaraq, bilə-bilə saxta sənəddən istifadə etmiş və əvvəlcədən planlaşdırdığı kimi müvafiq cədvəl üzrə təyin olunmuş aylıq ödənişləri banka ödəməkdən yayınaraq aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında maddi vəziyyətinin yaxşı olmaması, həmçinin övladı X4 xəstə olması səbəbindən bir çox adama borcu olduğuna görə hər hansı bir bankdan kredit götürmək qərarına gəlmişdir. Lakin, hərbi hissədə ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara banklar tərəfindən kredit verilmədiyini bildirmişlər. Onunla eyni hərbi hissədə xidmət edən ad soyadları ona məlum olmayan iki nəfər Rauf adlı şəxsin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına kredit verilməsi üçün köməklik edə bilməsi barədə söhbətini eşitmiş və kənardan həmin hərbi qulluqçuların xəbəri olmadan Rauf İbrahimovun ***-***-**-** olan mobil telefon nömrəsini telefonuna qeyd etmişdir. Bundan sonra həmin nömrə ilə əlaqə saxlayaraq N nömrəli hərbi hissədə xidmət etdiyi və kredit götürmək istədiyi bildirmişdir. Rauf ona şəxsiyyət vəsiqəsini və aylıq əmək haqqı kartının şəklini çəkib özünə göndərməsini bildirmiş, o da, şəxsiyyət vəsiqəsinin şəkilini və aylıq əmək haqqı kartının şəklini çəkib “WhatshApp” mobil telefon tətbiqi vasitəsilə həmin nömrəyə göndərdikdən təxminən 15 dəqiqə sonra Rauf İbrahimov onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək kredit götürməkdə göstərdiyi köməyə görə götürdüyü məbləğin 20 faizi dəyərində pul istəmiş, o, da razılaşmışdır. Ertəsi gün Rauf İbrahimovla Bakı şəhərində 20 yanvar dairəsinin yaxınlığında görüşmüş və birlikdə "xxxx" ASC-nin Nefçilər filialına yaxınlaşmışlar. Rauf İbrahimov banka telefonla tanımadığı şəxs ilə danışdıqdan sonra kredit verilməsinin alınması üçün telefonla danışdığı qadına 700 manat pul verilməli olduğunu bildirmiş, o həmin məbləğin çox olduğunu deyərək yalnız 500 manat pul verə biləcəyini demiş, R.İbrahimov da onunla razılaşmış və 100 manat pul ilə şəxsiyyət vəsiqəsini indi həmin qadına verilməli olduğunu bildirmişdir. Rauf İbrahimov həmin tanımadığı qadına 100 manat pulu verdiyinidən sonra "xxxx" ASC-nin Nefçilər filialına qayıtmışlar, Banka daxil olmazdan əvvəl Rauf İbrahimov ona özünü N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi deyil, mülki şəxs yəni "xxxx" şirkətinin sürücüsü kimi təqdim etməyi, bu barədə portala da qeyd olunduğunu bildirmişdir. Bununla da o, saxta sənəd əsasında kredit götürəcəyini dərk etmiş, lakin maddi sıxıntıları olduğundan buna razı olmuşdur. Bundan sonra "xxxx" ASC-nin Nefçilər filialına daxil olmuş və birinci masada xidmət göstərən əməkdaşa yaxınlaşmışdır. Bankın əməkdaşı ona harada işlədiyini soruşduqda, o, yalandan özünü "xxxx" şirkətində işləyən sürücüsü kimi təqdim etmiş və bankın nümayəndəsi onun ad, soyadını rəsmi “Portal” səhifəsində yoxladıqda həqiqətən də onun həmin şirkətdə sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bundan sonra Bankın əməkdaşı onun adına kreditinin olub olmamasını yoxlamış, onun isə "xxxx" ASC-də 2213 manat kredit borcu olmuşdur. Bu prosedurlardan sonra "xxxx" ASC-nin xidmət göstərən əməkdaşı ona 6500 manat kredit verə biləcəyini demiş və o bununla razılaşmışdır. Rauf İbrahimovun köməkliyi ilə "xxxx" ASC-nin Nefçilər filialından 22 oktyabr 2021-ci il tarixdə 6500 manat məbləğində kredit götürmüşdür. Daha sonra isə banka olan aylıq ödənişlərini etməmişdir. Kredit götürən zaman Beyləqan rayonunda Vəliəddin Əzizova 1500 manat, Şahid2 4300 manat məbləğində borcu olduğundan hər ay həmin şəxslərə ümumilikdə 500 manat məbləğində pul ödədiyindən, həmçinin 2022-ci ilin yay aylarında maaşından aliment tutulduğu üçün banka olan ödənişlərini icra edə bilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi onun etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayənədəsinin və şahidlərin ifadələri, ekspert rəyi, maddi sübut və digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, zərərçəkən şəxsin nümayəndəsi qismində dindirilmiş Turan Bank ASC-in hüquqi ekspertiza bölməsinin hüquqşünası Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Turan Bank ASC-in Nefçilər filialına yaxınlaşaraq şəxsi istehlak xərcləri üçün kredit qismində pul almaq üçün müraciət etmiş. həmin zaman ona qeyd olunan filialın əməkdaşı Şahid1 tərəfindən xidmət göstərilmiş, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin Fin koduna görə şəxsi məlumatların əldə olunan zaman Şahid1 onun Asan Finance dövlət portalı vasitəsi ilə onu Alyans CD MMC-də sürücü, yükdaşıyan vəzifəsində 848 manat əməkhaqqı müqabilində işlədiyi müəyyən olunduğu üçün ona 6500 manat məbləğində pul kreditinin verilməsi rəsmiləşdirilmişdir. Kredit rəsmiləşdirməsi zamanı tərtib olunmuş kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs 24 ay müddətində hər ay 332 manat 41 qəpik olmaqla banka ödəniş etmək öhdəliyini üzərinə götürmüş və 6500 manat məbləğində nağd pulu bankdan kredit yolu ilə əldə etmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs ilk aydan başlayaraq banka heç bir ödəniş etməmiş, buna görə də Təqsirləndirilən şəxs xəbərnamə və xəbərdarlıqlar göndərilmişdir. Xeyli müddət sonra yəni, 2022-ci ilin avqust ayında bir dəfə 330 manat ödənişi banka ödəmişdir. Bundan başqa isə Təqsirləndirilən şəxs banka heç bir ödənişi olmamışdır. Hazırda Təqsirləndirilən şəxs etdiyi əməl nəticəsində Təqsirləndirilən şəxs götürdüyü pul krediti üzrə əsas borcdan banka 6500 manat maddi zərər dəymişdir ki, bunun 330 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Odur ki, Turan Bank ASC-in Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ona 6170 manat pul tələbi vardır. Şahid1 bildirmişdir ki, o, "xxxx" ASC-nin Nefçilər filialında 2 avqust 2020-ci il tarixdən işləyir. 22 oktyabr 2022-ci il tarixdə nahar fasiləsindən sonra bir tanımadığı şəxs və Rauf adlı həmin şəxs onun xidmət göstərdiyi masaya yaxınlaşmış, Rauf adlı şəxsin yanında olan şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmiş və sonuncu ilə danışmağa başlayaraq müəyyən suallar vermiş, Təqsirləndirilən şəxs özünü "xxxx" şirkətinin mülki işçisi, yəni ekspeditor kimi təqdim etmişdir. Bundan sonra “Asan Finance” dövlət portalına daxil olaraq Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin FİN kodunu portala daxil etmiş, həmin portalda həqiqətəndə onun "xxxx" şirkətində ekspeditor işləməsi görünmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ona "xxxx" ACS-dən bank hesabından orta aylıq əmək haqqını göstərən son 6 aylıq çıxarışı və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şərtləri yoxladıqdan sonra o, kredit müqaviləsinin tərtib etməyə başlamış və sonra Təqsirləndirilən şəxs 24 aylıq 20.5 faizlə 6500 manat dəyərində kredit pul verilmişdir. Təqsirləndirilən şəxs “Asan Finance” portalında iş yeri haqqında məlumatlarının "xxxx" MMC-də işləməsi barədə qeyd olunduğu üçün, həmin portalın dövlət portalı olması səbəbindən ikinci yoxlamaya ehtiyac qalmadığı üçün inanıb kredit verilməsi üçün sənədləri hazırlamışdır. Şahid2 bildirmişdir ki, 2021-ci ilin ortalarında Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda bir neçə dəfə ona yaxınlaşaraq övladının xəstəliyi və maddi sıxıntıları ilə əlaqədar borca pul istəmişdir. O, 2021-ci ilin ortalarında hissə-hissə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 4300 manat məbləğində pul vermiş, hər dəfə borc pul verdikdə isə şərtləri Təqsirləndirilən şəxs həmin pulu birdəfəyə qaytarmaq deyil, hər ay hissə-hissə qaytarmasından ibarət olmuşdur. 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona 4300 manat borcu olmuş, həmin borcuna görə onun qarşısında ayda 400-500 manat pul ödəmək öhdəliyi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 4/1154 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Təqsirləndirilən şəxs adlarından olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin kserosurətində “vəsaiti aldım” qrafasında əks olunmuş imza, “kredit sifariş №” sənədinin kserosurətində “tarix” qrafasında əks olunmuş imza, 22.102021-ci il tarixli “Banklarda Hesabların açılması , aparılması və bağlanması qaydalarına” əlavə № 3-ün kserosurətinin orta hissəsində olan imza, xx.xx.2021-ci il tarixli, “Kredit müqaviləsi İK F7_1953/K-21” kserosurətinin 2-ci vərəqində “Borcalan Təqsirləndirilən şəxs” qrafasında əks olunmuş imza və həmin kredit müqaviləsi üzrə ödəniş cədvəlinin kserosurətinin2-ci vərəqində borcalan qrafasında əks olunmuş imza və “Təqsirləndirilən şəxs xx.xx.2021” rəqəmli yazıları, xx.xx.2021-ci il tarixli “X11” nin kserosurətinin 2-ci vərəqində “müştəri” qrafasında əks olunmuş imza, xx.xx.2021-ci il tarixli “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünü qiymətləndirmə anketi”nin kserosurətinin 3-cü rəqəmləri- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. "xxxx" ASC-nin Neftçilər filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli, İK F7_1953 /K-21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin filial tərəfindən ona 24 ay müddətinə illik 20.5% faizlə 6.500 manat nağd pul krediti ayrılmışdır. Turan Bank ASC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs aid “FİN”ə görə şəxsin iş yeri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iş yeri "xxxx" MMCdə agent-ekspeditor, əməkhaqqı isə 848 manat qeyd olunmuşdur. Turan Bank ASC-dən təqdim olunmaqla cinayət işi materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin bank qarşısında kredit öhdəliyi üzrə xx.xx.2022ci il tarixdə 310 manat və 20 manat olmaqla iki dəfə ödəniş etmiş, bundan başqa isə heç bir ödəniş etməmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli 262 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N sentyabr 2021-ci il tarixdə 7022-ci tank taborunun 6-ci tank bölüyünün 2-ci tank taqımının 4-cü tankın mexanik sürücüsü vəzifəsinə təyin edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Turan Bank ASC-dən xx.xx.2021-ci il tarixdə kredit götürmüş, 3 avqust 2022-ci il tarixdə Beyləqan rayon Məhkəməsinin qətnaməsi ilə maaşından aliment tutulsa da, həmin tarixə qədər də banka ödəniş etməmiş, yalnız xx.xx.2022-ci il tarixdə istintaqa cəlb edildikdən sonra xx.xx.2022-ci il tarixdə banka 330 manat ödəmə etmişdir. Nigah haqqında şəhadətnamənin surətindən görünür ki, 25 avqust 2014-cü il tarixdə Təqsirləndirilən şəxs Aki oğlu X5 ilə nigahlarını bağlamışlar. AZ 461041№-li «Doğum şəhadətnməsi»nin surətindən görünür ki, X7 16 yanvar 2015-iı il tarixdə doğulmuşdur. AZ 042822 №-li « Doğum şəhadətnməsi »nin surətindən görünür ki, X6 24 noyabr 2017-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Elgün Səfərlinin törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edildiyindən o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi və Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs E.A.Səfərlinin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən mühribəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs E.A.Səfərlinin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə E.A.Səfərliyə cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngüləşdirən halları, ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq saymır, həmin Maddələrin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş yüngül cəza hövü olan cərimə cəzasının tətbiq edilməsini cəzanın tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Beləliklə, məhkəmə E.A.Səfərliyə hər iki maddə ilə cərimə cəzasının təyin edilməsini və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəzanın təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə təşkil etmiş 112 (yüz on iki) manat məbləğində məhkəmə xərcləri E.A.Səfərlidən tutularaq dövlət büdcəsinə ödənilməlidir. E.A.Səfərli barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsi ilə 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yeri üzrə Beylaqan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan «E-manat» ödəniş terminalından çıxarılmış iki ədəd 33822 və 46390 №-li qəbzlər, bir ədəd «CD» formatlı elektron daşıyıcı – disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə təşkil etmiş 112 ( yüz on iki) manat məbləğində məhkəmə xərcləri E.A.Səfərlidən tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-24/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-24/2023
18.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver