Məhkəmə qərarları › İş №1-1(093)-24/2024

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-24/2024

27.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-24/2024 27.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aysel Nuri İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı2, Müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu – əsgər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, xx xxxx 1995-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Neftçala rayonunun Cəngən kəndində daimi qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, Neftçala Rayon Məhkəməsinin 30 may N18-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağayeva X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin sanitarı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu – əsgər hərbi rütbəsində xidmətdə olarkən N22-ci ilin iyul ayı ərzində tanışı Zərərçəkmiş şəxs2 ilə aralarında baş tutmuş söhbətlər zamanı sonuncunun hərbi xidmətə qəbul olmaq istədiyini öyrənib heç bir real imkana malik olmadığı halda qanunsuz olaraq qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sol bilək nahiyəsində olan döyməyə görə hərbi həkim komissiyasından keçə bilməyəcəyini, Müdafiə Nazirliyində yüksək vəzifəli şəxsləri tanıdığını, həmin şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs2 hərbi xidmətə qəbul etdirə biləcəyini, habelə hərbi həkim komissiyasından keçirə biləcəyini, bunun müqabilində isə vəzifəli şəxslərə 4000 manat məbləğində pul verməli olduğunu deyərək, Zərərçəkmiş şəxs2 qeyd olunan şərtlərlə razılaşdıqdan sonra, həmin məqsədlə Zərərçəkmiş şəxs2 sonuncunun anası Şahid2 yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildə N22-ci ilin iyul ayının əvvəllərində N00 manat və N22-ci ilin iyul ayının sonlarında N00 manat məbləğində olmaqla, ümumilikdə 4000 manat məbləğində pul almış, lakin Zərərçəkmiş şəxs2 hərbi xidmətə qəbul edilməsi üçün heç bir hərəkət etməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 4000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 aldadıldığını başa düşərək hüquq mühafizə orqanına şikayət etdikdən sonra Təqsirləndirilən şəxs1 04 sentyabr N23-cü il tarixdə Zərərçəkmiş şəxs2 aldığı ümumilikdə 4000 manat məbləğində pulu tam olaraq sonuncuya qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, həmçinin Təqsirləndirilən şəxs2 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 4350 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 N22-ci ilin sentyabr ayının əvvəllərində tibb bacısı kimi tanıdığı vətəndaş Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində yerləşən Zərərçəkmiş şəxs2 ilə birgə yaşadığı evə dəvət etmiş, həmin gün Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 tibbi yardım göstərərkən aralarında baş tutmuş söhbət zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 iş yerini dəyişmək istədiyini öyrənmiş və tanışı Təqsirləndirilən şəxs2 geniş ətrafının olduğunu, bununla bağlı sonuncuya müraciət edə biləcəyini düşünüb Zərərçəkmiş şəxs1 yalandan yüksək vəzifəli tanışları olduğunu və həmin tanışları vasitəsi ilə onu Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacısı kimi işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində həmin vəzifəli şəxslərə müəyyən məbləğdə pul verilməli olduğunu demiş, Təqsirləndirilən şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 adlı tanışının Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacısı kimi işə qəbul olunmaq istədiyini bildirmiş və bu məsələni həll edə bilib-bilməyəcəyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs2 heç bir real imkana malik olmadığı halda qanunsuz olaraq qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacılarının işə qəbulu ilə bağlı vakansiya olduğunu, həmin şəxsi yönləndirməklə rəsmi şəkildə işə qəbul oluna biləcəyini, Zərərçəkmiş şəxs1 isə yalandan vəzifəli tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə 4000-5000 manat məbləğində pul müqabilində məsələni həll edə biləcəyini söyləməsini, həqiqətdə isə Zərərçəkmiş şəxs1 işə qəbul etdirmək imkanına malik olmadığını, sonuncuya yalnız qanuni əsaslarla işə qəbul olmasında köməklik edəcəyini, yəni sənədlərin toplanmasını, təqdim edilməsini və digər texniki işlərin görülməsini təşkil edəcəyini demiş, Zərərçəkmiş şəxs1 alınmış pulları isə aralarında bölməyi təklif etmiş, Təqsirləndirilən şəxs1 həmin vaxt şəxsi işləri ilə bağlı pula ehtiyacı olduğundan qanunsuz olaraq Zərərçəkmiş şəxs1 pullarını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2lə razılaşaraq cinayət əlaqəsinə girmiş, N22-ci ilin sentyabr ayının ortalarında vətəndaş Zərərçəkmiş şəxs1 yenidən Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində yerləşən yaşadığı evə gəldikdə sonuncu Zərərçəkmiş şəxs1 vəzifəli tanışları ilə danışdığını və Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacısı kimi işə qəbul olunması üçün ümumilikdə 8600 manat məlbəğində pula ehtiyac olduğunu demiş, həmçinin həmin vaxt Zərərçəkmiş şəxs1 inandırmaq məqsədi ilə əvvəlcə pulun bir hissəsinin, yəni 4350 manatını, iş alındıqdan sonra isə qalan 4250 manatını verə biləcəyini söylədikdə Zərərçəkmiş şəxs1 onunla razılaşmış, 28 sentyabr N22-ci il tarixdə Təqsirləndirilən şəxs1 razılaşdıqları kimi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvanında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mülki tibb bacısı kimi işə qəbul olunması müqabilində sonuncudan 4250 manat, növbəti gün, yəni 29 sentyabr N22-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində 100 manat, yəni ümumilikdə 4350 manat məbləğində pul almış, aralarında olan razılığın şərtlərinə əsasən 29 sentyabr N22-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən “Əcəmi” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşüb sonuncuya Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 4350 manat məbləğində pulun 3000 manatını Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacısı kimi qeyri-qanuni yolla, yəni hər hansı vəzifəli şəxsin köməkliyi ilə işə qəbul edilməsi üçün heç bir hərəkət etməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 4350 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N22-ci ilin yay aylarında döymə (tatu) ustası kimi işləyən Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmış, daha sonra isə Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərinə köçərək onunla birlikdə yaşamağa başlamışdır. O, Zərərçəkmiş şəxs2 ilə tanışlıq müddətlərində hərbi xidmətə qəbul olmaq istədiyini öyrənmiş və Şahid4 sözlərini xatırlayaraq sonuncudan Zərərçəkmiş şəxs2 köməklik edə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt Şahid4 ona Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyərək heç bir problem olmadığını, həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs2 işə qəbul etdirə biləcəyini, lakin bunun müqabilində vəzifəli şəxslərə müəyyən məbləğdə pul verilməli olduğunu demiş, o, Şahid4 hansı məbləğdə pul lazım olduğunu soruşduqda sonuncu ona bu barədə maraqlanıb xəbər verəcəyini demiş, bundan bir neçə gün sonra Şahid4 ona Zərərçəkmiş şəxs2 hərbi qulluqçu kimi işə qəbul etdirə biləcəyini deyib bunun müqabilində tanışı olan vəzifəli şəxslərə 4000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs2 demiş və sonuncu anası Şahid2 ilə danışdıqdan sonra onunla razılaşmış, bundan sonra N22-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ilə sonuncunun Bakı şəhərində valideyni Şahid2 yaşadığı evdə görüşərək Şahid2 yanında Zərərçəkmiş şəxs2 N00 manat məbləğində pul almışdır. Bundan sonra N22-ci ilin iyul ayında Şahid4 ona zəng edərək Zərərçəkmiş şəxs2 işinin düzəlməsi üçün tələb olunan 4000 manat məbləğində pulun qalan N00 manatını verməli olduğunu söyləmiş, lakin özü hazırda dənizdə olduğu üçün hərbi qulluqçu olan və baş leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs2 adlı tanışının olduğunu deyib pulu Təqsirləndirilən şəxs2 verməsini söyləmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 da onun yanında olmuşdur. Bundan sonra o, Şahid4 “Toyota prius” markalı avtomobili ilə Zərərçəkmiş şəxs2yla birlikdə sonuncunun anası Şahid2 Bakı şəhərində yaşadığı evə getmiş və Zərərçəkmiş şəxs2 anası Şahid2 yanında ona N00 manat məbləğində pul vermişdir. Bundan başqa, N22-ci ilin sentyabr ayının əvvəllərində birlikdə yaşadığı Zərərçəkmiş şəxs2 xəstələndiyi üçün müalicə olunması, yəni sistem qoşması üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində yaşadıqları evə çağırmış, o, Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan aralarında baş tutmuş söhbət zamanı Zərərçəkmiş şəxs1 ona iş yerini dəyişmək, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında tibb bacısı kimi işə qəbul olunmaq istədiyini demiş və ondan bu işi həll edə biləcək hər hansı tanışının olub-olmadığını soruşmuş, o, bu barədə maraqlanacağını deyərək həmin gün Təqsirləndirilən şəxs2lə əlaqə saxlamış və Zərərçəkmiş şəxs1 adlı tanışının olduğunu, həmin tanışının Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında tibb bacısı kimi işə qəbul olunmaq istədiyini demiş və Təqsirləndirilən şəxs2 bu işi həll edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 ona cavab olaraq Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin tanışlarından maraqlanıb xəbər edəcəyini demiş və bir neçə gün sonra ona zəng edərək Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında tibb bacısı kimi işə qəbul etdirmək barədə maraqlandığını, bu işi həll edə biləcəyini, Zərərçəkmiş şəxs1 lazım olan sənədləri toplamasını və iş üçün 8600 manat pul verməli olduğunu demişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 yenidən Zərərçəkmiş şəxs2 sistem qoşmaq üçün yaşadıqları evə gəldikdə ondan iş barədə maraqlanıbmaraqlanmadığını soruşmuş və o, işin həll olunması üçün vəzifəli şəxslərə 8600 manat pul verilməli olduğunu, həmçinin 8600 manat məbləğində pulun çox olduğunu, buna görə də əvvəlcə 4350 manat, iş alındıqdan sonra isə 4250 manat pul verməsini bildirmiş və Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. 28 sentyabr N22-ci il tarixdə günorta saatlarında o, Zərərçəkmiş şəxs1 zəng edərək pulu hazır etməsini və bir neçə saata gəlib pulu götürəcəyini söylədikdən bir neçə saat sonra Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində yerləşən yaşadığı evə gedərək sonuncunun anasının və qızının yanında 4250 manat pulu götürmüş, pulu götürüb saydıqdan sonra 100 manat az olduğunu görüb Zərərçəkmiş şəxs1 100 manat əskik olduğunu, həmin 100 manatı da verməsini bildirmiş, Zərərçəkmiş şəxs1 isə həmin 100 manatı növbəti gün gəlib götürməsini söyləmiş və o, razılaşmışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs2 zəng edərək hansı sənədlərin toplanmalı olduğunu soruşmuş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ona dediyi sənədləri toplayaraq təqdim etməsini deyib getmişdir. Növbəti gün, yəni 29 sentyabr N22-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısına gələrək qalan 100 manat məbləğində pulu verməsini söyləmiş və sonuncunun qızı gələrək 100 manat pulu, həmçinin Zərərçəkmiş şəxs1 bəzi sənədlərini ona vermiş, bundan sonra o, həmin gün Təqsirləndirilən şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 işə düzəlmək üçün lazım olan 8600 manat məbləğində pulun 4350 manatını və bəzi sənədlərini verdiyini demiş, Təqsirləndirilən şəxs2 isə ona Bakı şəhərində “Əcəmi” metrostansiyası yaxınlığında görüşərək həmin pulu və sənədləri gətirməsini söylədikdə o, Təqsirləndirilən şəxs2lə razılaşaraq həmin gün Bakı şəhərində “Əcəmi” metrostansiyası yaxınlığında sonuncu ilə görüşərək 4350 manat məbləğində pulu və sənədləri vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək qalan bütün sənədləri topladığını demiş, bu zaman o, Zərərçəkmiş şəxs1 bu işi onun görmədiyini Təqsirləndirilən şəxs2 həll etdiyini deyərək Təqsirləndirilən şəxs2 əlaqə nömrəsini Zərərçəkmiş şəxs1 vermiş və Təqsirləndirilən şəxs2lə əlaqə saxlayıb görüşməsini bildirmişdir. Daha sonra 04 oktyabr N22-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs2 pulun qalan hissəsini, yəni 4250 manatını istədiyini, pulun hazır olduğunu və gəlib götürməsini deyib onu yaşadığı evə çağırmışdır. O, Zərərçəkmiş şəxs1 yaşadığı evə gəldikdə Zərərçəkmiş şəxs1 ondan pulun vəzifəli şəxslərə çatıb-çatmamasını soruşmuş və o, pulun çatdığını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona Faiqin pulun vəzifəli şəxslərə çatmadığını dediyini söyləmiş, bu zaman o, əsəbiləşərək “Faiq kimdi?” demiş, həmin vaxt Zərərçəkmiş şəxs1 onun yanında Faiqə zəng edərək pulun “yuxarı” çatıb-çatmadığını soruşduqda Faiq çatmadığını demiş, buna görə də o, mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 zəng edib pulun “yuxarı” çatıbçatmadığını soruşmuş və Təqsirləndirilən şəxs2 ona pulun nazirlikdə olan vəzifəli şəxslərə çatdığını, qalan hissənin, yəni 4250 manatın isə hospitalda olan vəzifəli şəxslərə çatacağını demişdir. Lakin Zərərçəkmiş şəxs1 ona işi istəmədiyini, verdiyi pulu geri qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs2 ona zəng etmiş və o, Zərərçəkmiş şəxs1 pulunu və sənədlərini qaytarmalı olduqlarını demiş, həmin vaxt Təqsirləndirilən şəxs2 onunla razılaşmış və o, Zərərçəkmiş şəxs1 heç bir problem olmadığını, pulu və sənədləri qaytaracaqlarını söyləmişdir. Bundan sonra növbəti gün, yəni 05 oktyabr N22-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 pulunu və sənədlərini istədiyini, həmin pulu və sənədləri qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs1 ilə birlikdə görüşməyi və söhbət etməyi təklif etməsini demişdir. Bundan sonra həmin gün axşam saat 18 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edərək pulu qaytarıb-qaytarmayacağını soruşmuş və o, pulu qaytaracağını, lakin oturub çay içib söhbət etmək istədiklərini söyləmiş, Zərərçəkmiş şəxs1 da onunla razılaşmışdır. Növbəti gün, yəni 06 oktyabr N22-ci il tarixdə axşam saatlarında o, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 dostu olan Anar adlı şəxs Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkında olan “Somavar” restoranında görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs1 ondan pulu geri istədikdə o, pulun Təqsirləndirilən şəxs2 olduğunu demiş və Təqsirləndirilən şəxs2 bunu təsdiqləyərək Zərərçəkmiş şəxs1 istədiyi vaxt pulu qaytara biləcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 işə qəbul edilməsi barədə artıq vəzifəli şəxslərlə danışdıqlarını, bundan sonra istəmədiyi halda onların da nüfuzdan düşə biləcəklərini və həmin vəzifəli şəxslərin bir daha onlarla iş görməyəcəyini, bu səbəbdən də biraz səbrli olmasını xahiş etmiş, bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2lə razılaşaraq gözləyəcəyini, lakin qalan 4250 manat məbləğində pulu iş həll olunduqdan sonra verəcəyini demiş və onlar razılaşmışlar. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs2 işi alındırmadığını, pulunu və sənədlərini geri qaytarmadığını və zənglərinə cavab vermədiyini demiş, o da Təqsirləndirilən şəxs2lə əlaqə saxladıqda sonuncu ona Zərərçəkmiş şəxs1 05 noyabr N22-ci il tarixədək əmrinin gələcəyini demiş, lakin N22-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 işini alındırmamasına baxmayaraq pulunu və sənədlərini qaytarmadığını öyrənmişdir. Həmçinin o bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirməsi müqabilində sonuncudan N22-ci ilin iyul ayının əvvəllərində N00 manat, N22-ci ilin iyul ayının sonlarında isə N00 manat olmaqla ümumilikdə 4000 manat məbləğində pul alarkən verdiyi vədlər üzrə hər hansı real hərəkət etmək niyyəti olmamış, məqsədi Zərərçəkmiş şəxs2 etibarından sui istifadə etmək və onu aldatmaqla pullarını ələ keçirib öz şəxsi məqsədləri üçün sərf etmək olmuşdur. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı, yəni 4.000 manatı və Təqsirləndirilən şəxs2lə birgə Zərərçəkmiş şəxs1 aldıqları 4.350 manatı tam şəkildə geri qaytarmışdır. Hazırda isə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş və bununla bağlı qəbzi də məhkəməyə təqdim etmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslərlə barışmasını, əməlindən peşman olmasını, ziyanı tam ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə almağı və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.N24-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam həcmdə ödənmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Əməlindən peşmandır. Ona görə ərizənin nəzərə alınmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, N22-ci ilin noyabr ayından N23-cü ilin fevral ayınadək Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “ehtiyat zabitlik” kursunda olmuş, kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edilmişdir. N22-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs1 adlı tanışının olduğunu və Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacısı kimi işə qəbul olunmaq istədiyini bildirmiş və ondan bu məsələni həll edə bilibbilməyəcəyini soruşmuş, həmin vaxt o, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacılarının işə qəbulu ilə bağlı vakansiya olduğunu bildiyindən həmin şəxsi yönləndirməklə rəsmi şəkildə işə qəbul etdirə biləcəyini düşünmüş və bu barədə Təqsirləndirilən şəxs1 danışıb sonuncuya Zərərçəkmiş şəxs1 işə qəbul etdirmək üçün tanışının olmadığını, lakin Zərərçəkmiş şəxs1 yalandan vəzifəli tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə məsələni həll edə biləcəklərini deyib vəzifəli şəxslərə 4000-5000 manat məbləğində pul verilməli olduğunu və bir neçə sənəd lazım olduğunu söyləməsini, habelə özünün də Zərərçəkmiş şəxs1 yalnız qanuni əsaslarla işə qəbul olmasında köməklik edəcəyini, yəni sənədlərin toplanmasını, təqdim edilməsini və digər texniki işlərin görülməsini təşkil edəcəyini demişdir. Lakin əslində onun hər hansı tanışı olmamış, Zərərçəkmiş şəxs1 hər hansı şəxsin vasitəsi ilə işə qəbul etdirmək niyyəti olmamış, yalnız onu yönləndirməklə rəsmi şəkildə hospitala işə qəbulla bağlı müraciət etdirməyi və sənədlərini təqdim etməsində köməklik etməyi fikirləşmiş, həmçinin Zərərçəkmiş şəxs1 işə qəbul olunduğu halda isə qeyd olunan pulu Təqsirləndirilən şəxs1 ilə bölüb xərcləməyi düşünmüşdür. Təqsirləndirilən şəxs1 onunla razılaşdıqdan bir neçə gün sonra, yəni 29 sentyabr N22-ci il tarixdə ona zəng edərək Zərərçəkmiş şəxs1 işə qəbul olunması üçün 8600 manat pul lazım olduğunu dediyini, habelə inandırmaq üçün əvvəlcə həmin pulun bir hissəsini yəni, 4350 manatını, qalan hissəsini isə işə qəbul olunduqdan sonra verə biləcəyini dediyini, Zərərçəkmiş şəxs1 isə razılaşaraq Təqsirləndirilən şəxs1 işə qəbul olunması üçün 4350 manat məbləğində pulu və bəzi sənədlərini verdiyini demiş, o, Təqsirləndirilən şəxs1 razılaşdıqları kimi aralarında bölmək üçün pulu ona gətirməsini demiş və onlar “Əcəmi” metrostansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxt onun pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs1 pula ehtiyacının olduğunu deyib 4350 manat pulun bir hissəsini, yəni 3000 manatını ona verməsini xahiş etmiş, bu zaman Təqsirləndirilən şəxs1 ona etiraz etməmiş və 3000 manat məbləğində pulu, habelə Zərərçəkmiş şəxs1 sənədlərini ona vermiş, 1350 manat məbləğində pulu isə özünə götürmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs1 rəsmi şəkildə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına müraciət etməsini tezləşdirmək məqsədi ilə bir neçə nəfərə zəng edərək hospitalda tanışlarının olub-olmadığını soruşmuş, daha sonra qohumu Şahid3 ilə danışarkən sonuncu ona Vahid adlı tanışının olduğunu bu barədə həmin tanışı ilə danışa biləcəyini demiş, daha sonra isə Şahid3 ona zəng edərək Vahidin bir nəfər tanışı olduğunu, həmin tanışının Zərərçəkmiş şəxs1 rəsmi şəkildə hospitala müraciət etməsinə köməklik edə biləcəyini bunun üçün həmin şəxslə görüşməli olduqlarını demişdir. Bir neçə gün sonra, yəni N22-ci ilin oktyabr ayının əvvələrində axşam saatlarında o, Zərərçəkmiş şəxs1 hospitala müraciət etməsi üçün sonuncuya zəng edərək növbəti gün hospitala getməli olduğunu demiş və Zərərçəkmiş şəxs1 onunla razılaşmış, lakin özü rayonda olduğundan taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid3 Zərərçəkmiş şəxs1 sənədlərini Müdafiə Nazirliyinin Baş Kliniki hospitalına verməsi üçün hospitala aparmasını demiş, Şahid3 onunla razılaşdıqdan sonra o, əlaqə saxlaya bilməsi üçün Zərərçəkmiş şəxs1 nömrəsini vermişdir. Növbəti gün Şahid3 ona zəng edərək Zərərçəkmiş şəxs1 əlavədən daha bir neçə sənəd toplamalı olduğunu, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında işə qəbul etdirmək üçün 8600 manat pul istədiyini və həmin pulun bir hissəsini, yəni 4350 manatını aldığını demiş, o, bunu eşitdikdə onun və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 pul almalarını bilməməsi üçün Şahid3 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldatdığını demiş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 onu aldatdığını söyləməsini bildirmişdir. O, həmin vaxt Şahid3 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 onu aldatdığını desə də, daha sonra özünün Zərərçəkmiş şəxs1 ilə danışıb sonuncunu təkrar inandıra biləcəyini fikirləşmişdir. Bundan sonra 04 oktyabr N22-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək hazırda Zərərçəkmiş şəxs1 yaşadığı evə getdiyini deyib ona zəng etdikdə Zərərçəkmiş şəxs1 pulun lazım olan yerə çatdığını söyləməsini bildirmiş, o, Təqsirləndirilən şəxs1 ilə razılaşdıqdan bir neçə saat sonra sonuncu ona zəng etmiş və əsəbi şəkildə Faiqin kim olduğunu onun söhbətə nəyə görə qarışdığını soruşduqda o, Faiqin məsələyə aidiyyətinin olmadığını demiş, həmçinin Zərərçəkmiş şəxs1 inandırmaq üçün pulunun lazım olan yerə çatdığını bildirmiş, bu zaman Zərərçəkmiş şəxs1 işi istəmədiyini və pulunun geri qaytarılmasını istədiyini eşitmiş, daha sonra isə danışa bilmədiyi üçün zəngi sonlandırmışdır. Bundan sonra dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs2 ona zəng edərək Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 verdiyi pulu geri tələb etdiyini, lakin Təqsirləndirilən şəxs1 həmin pulu xərclədiyini, hazırda pulunun olmadığını, tez bir zamanda pulu qaytaracağını deyib ondan Türkana, yəni Təqsirləndirilən şəxs1 kömək edərək Zərərçəkmiş şəxs1 zəng edib səbrli olmasını, pulunun qaytarılacağını deməsini xahiş etmiş, həmçinin bu barədə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamasını demişdir. O, Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb həmin məsələ barədə soruşduqda sonuncu ona Zərərçəkmiş şəxs1 pulunu geri istədiyini, lakin aldığı 4350 manat pulun ona qalan 1350 manatını xərclədiyini deyib tez bir zamanda qaytaracağını bildirmişdir. Daha sonra 06 oktyabr N22-ci il tarixdə Zərərçəkmiş şəxs2 yenidən ona zəng edərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 ilə görüşəcəklərini, onun da həmin yerə gələrək Zərərçəkmiş şəxs1 gözləməsini xahiş etməsini demiş, o da Zərərçəkmiş şəxs2 ilə razılaşaraq taksi vasitəsi ilə Sumqayıt şəhərinə gəlib hazırda adını xatırlamadığı kafedə onlarla görüşüb söhbət etməyə başlamışlar. Onlar söhbət etməzdən əvvəl o, Təqsirləndirilən şəxs1 ilə danışmış və Zərərçəkmiş şəxs1 pulunu qaytaracağını demiş, lakin Təqsirləndirilən şəxs1 ona 1350 manat pulu xərclədiyini, hələ də həmin pulu qaytara bilmədiyini deyib ondan Zərərçəkmiş şəxs1 vaxt verməyə razı salmağa kömək etməsini xahiş etmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs1 pulunun qaytarılmaması halında Təqsirləndirilən şəxs1 ilə birlikdə ondan da şikayət edə biləcəyini düşünüb razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ilə söhbət zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 səbrli olmasını və işinin tezliklə alınacağını dedikdə o da Zərərçəkmiş şəxs1 səbrli olmasını, işə tezliklə qəbul olunacağını deyərək inanması üçün işi istəmədiyi halda Təqsirləndirilən şəxs1 və onun pulu indi də qaytara biləcəklərini demiş, lakin Zərərçəkmiş şəxs1 pulunu geri istəməyib 10-15 gün daha gözləyəcəyini söyləmiş və onlar evə getmişlər. Bundan bir neçə gün sonra, o, Zərərçəkmiş şəxs1 vaxt verməsi üçün inanması və hospitala rəsmi şəkildə müraciət edərək işə qəbul olunması üçün Şahid3 zəng edərək hospitalda olan tanışı ilə danışmasını, Zərərçəkmiş şəxs1 tanışı vasitəsi ilə hospitalın müvafiq şöbəsinə yönləndirməsini xahiş etmiş və Şahid3 bu barədə tanışına deyəcəyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 zəng edərək növbəti gün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının qarşısında görüşməyi təklif etmiş, sonuncu onunla razılaşdıqdan sonra növbəti gün, yəni 27 oktyabr N22-ci il tarixdə səhər saatlarında hospitalın qarşısında Zərərçəkmiş şəxs1yla görüşmüş, hospitala çatdıqda o, Şahid3 zəng edərək Zərərçəkmiş şəxs1 ilə hospitalın qarşısında olduğunu, tanışına bu barədə məlumat verməsini xahiş etmiş və bir neçə dəqiqə sonra Şahid3 ona Cəfər Məmmədov adlı bir nəfərin nömrəsini verərək zəng edib danışmasını söyləmiş, o, Cəfər Məmmədova zəng edib danışdıqdan sonra sonuncu ona bir nəfərin yaxınlaşacağını demişdir. Bundan bir neçə dəqiqə sonra Elgün İsgəndərov adlı bir nəfər onlara yaxınlaşıb görüşmüş və qəbula gedəcəklərini deyib Zərərçəkmiş şəxs1 ilə birlikdə hospitala daxil olmuş, təxminən N-30 dəqiqə sonra Zərərçəkmiş şəxs1 qayıdaraq ona hospitalda Təqsirləndirilən şəxs1 dediyi əmək haqqından daha az əmək haqqı alacağını söylədiklərini bildirərək narazılıq etmiş, o da həmin vaxt Təqsirləndirilən şəxs1 zəng edərək Zərərçəkmiş şəxs1 hospitalda daha az əmək haqqı olduğunu dediklərini və buna görə Zərərçəkmiş şəxs1 narazılıq etdiyini söyləmiş, Təqsirləndirilən şəxs1 isə ona Zərərçəkmiş şəxs1 narahat olmamasını və həll olunacağını deməsini söyləmiş, o, Təqsirləndirilən şəxs1 ona dediklərini Zərərçəkmiş şəxs1 çatdırmış, lakin sonuncu onunla razılaşmayıb işi istəmədiyini və verdiyi pulu qaytarmalarını tələb etmiş, həmin vaxt o, 3000 manat məbləğində pulu şəxsi ehtiyacları üçün xərclədiyindən vaxt qazanmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 pulu ona vermədiyini deyərək yalandan bu yaxınlarda Kəlbəcər rayonuna gedəcəyini qayıtdıqda isə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 ilə görüşəcəyini, görüş zamanı Təqsirləndirilən şəxs1 ona verdiyi pulu gözünün önündə Təqsirləndirilən şəxs1 qaytaracağını və bütün pulu Təqsirləndirilən şəxs1 götürəcəyini söylədikdən sonra Zərərçəkmiş şəxs1 “N Yanvar” metrostansiyası yaxınlığına aparmış və sonuncu evə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə ona zəng etmiş, lakin o, vaxt qazanmaq üçün müxtəlif bəhanələr gətirmiş, daha sonra isə Zərərçəkmiş şəxs1 ona zəng etsə də, o, 3000 manat məbləğində pulu qaytara bilməyəcəyindən zənglərə cavab verməmişdir. Bundan başqa qeyd olunan hadisədən təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs1 pul verdiyini, lakin mübahisə etdiklərini, artıq birlikdə yaşamadıqlarını, bu səbəbdən də verdiyi pulu almaq istədiyini, anası ilə birlikdə Təqsirləndirilən şəxs1 evinə gedəcəklərini deyib ondan özləri ilə birlikdə getməsini xahiş etmiş, lakin o, birlikdə getmək istəmədiyini bildirmiş, Həmçinin o, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 hansı məbləğdə pul verməsini soruşsa da, Zərərçəkmiş şəxs2 bu barədə ona heç nə deməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 eyni səbəbdən Şahid4la əlaqə saxladığını və birlikdə Təqsirləndirilən şəxs1 evinə getdiklərini, lakin Təqsirləndirilən şəxs1 qapını açmadığını öyrənmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək görüşmək istədiyini demiş və onlar “Memar Əcəmi” metrostansiyası yaxınlığında görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs1 pulu qaytarmadığını deyərək ondan köməklik istəmiş, o da kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 zəng edib Zərərçəkmiş şəxs2 aldığı pulu qaytarmasını, əks halda şikayət edəcəklərini demiş və Təqsirləndirilən şəxs1 ona növbəti gün axşam saat 17:00-dək pulu qaytaracağını demiş, lakin Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul qaytarmamışdır. Təqsirləndirilən şəxs1 ilə birgə Zərərçəkmiş şəxs1 aldıqları 4.350 manatı tam şəkildə geri qaytarmışdır. Hazırda isə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş və bununla bağlı qəbzi də məhkəməyə təqdim etmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, ziyanı tam ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə almağı və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.N24-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Əməlindən peşmandır. Ona görə ərizənin nəzərə alınmasını və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, N22-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında qonşusu ona digər binada yaşayan Zərərçəkmiş şəxs2 adlı qadına yardım göstərməsini, yəni sistem qoşmasını xahiş edərək Zərərçəkmiş şəxs2 yaşadığı evə çağırmış, bu səbəbdən də o, yaşadığı Sumqayıt şəhəri 30-cu məhəllə ev 2/23 ünvanında yerləşən binanın qonşuluğunda, yəni yaşadığı binanın yanındakı binada yerləşən Zərərçəkmiş şəxs2 mənzilinə getmişdir. O, Zərərçəkmiş şəxs2 sistem qoşarkən sonuncu onu birlikdə yaşadığı hərbi qulluqçu olan Təqsirləndirilən şəxs1 ilə tanış etmiş, lakin Təqsirləndirilən şəxs1 özünü Türkan adı ilə təqdim etmiş, bu səbəbdən də o, uzun müddət Təqsirləndirilən şəxs1 adını Türkan olaraq bilmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən iş yerini dəyişmək istədiyini demiş, bu zaman yanlarında olan Təqsirləndirilən şəxs1 onların söhbətlərini eşidərək ona Müdafiə Nazirliyində yüksək rütbədə xidmət edən vəzifəli şəxsləri tanıdığını və həmin tanışları vasitəsi ilə onu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mülki işçi qismində tibb bacısı kimi işə qəbul etdirə biləcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs1 bunu necə edəcəyini soruşduqda sonuncu ona bir daha yüksək vəzifəli şəxsləri tanıdığını, həmin şəxslər vasitəsi ilə işi həll etməyin mümkün olduğunu, buna görə də vəzifəli şəxslərə pul verilməli olduğunu söyləmiş, o, hansı məbləğdə pul lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 bu barədə maraqlanıb xəbər edəcəyini söyləmişdir. Bundan bir neçə gün sonra o, yenidən Zərərçəkmiş şəxs2 sistem qoşmaq üçün həmin evə getdikdə Təqsirləndirilən şəxs1 da orada olmuş, həmin vaxt o, yenidən Təqsirləndirilən şəxs1 hansı məbləğdə pul lazım olmasını öyrənib-öyrənməməsi barədə soruşduqda sonuncu ona işin həll olunması üçün vəzifəli şəxslərə 8600 manat pul verilməli olduğunu söyləmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 inanması üçün əvvəlcə 4350 manat, daha sonra 4250 manat pul verə biləcəyini demiş və o, razılaşmışdır. Həmçinin onun Təqsirləndirilən şəxs1 inanmasına səbəb Zərərçəkmiş şəxs2 da ona Təqsirləndirilən şəxs1 bu işi həll edə biləcəyini, özünün də işini hazırda həll etməkdə olduğunu söyləməsi olmuşdur. Bundan sonra 28 sentyabr N22-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək pulu hazır etməsini, bir neçə saata gəlib pulu götürəcəyini söyləmiş və bir neçə saat sonra ünvan 6-də yerləşən yaşadığı evə gələrək anası Sevda Səmədova və qızı Şahid1 yanında ondan 4250 manat pulu götürmüş, pulu götürüb saydıqdan sonra ona 100 manat az olduğunu və 100 manatın kuryer pulu olduğunu və həmin pulu da verməsini demiş, lakin o, 100 manatı növbəti gün gəlib götürməsini söylədikdə Təqsirləndirilən şəxs1 onunla razılaşmış, həmçinin Təqsirləndirilən şəxs1 anası Sevda Səmədovanın yanında ona bir neçə gün ərzində qalan 4250 manat pulu hazırlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 zəng edərək hansı sənədlərin toplanmalı olduğunu soruşmuş və ona bir neçə sənəd toplayıb təqdim etməsini deyərək getmişdir. Növbəti gün, yəni 29 sentyabr N22-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun yaşadığı binanın qarşısına gələrək qalan 100 manat məbləğində pulu verməsini demiş və o, qızı Şahid1 vasitəsi ilə 100 manat pulu və sənədlərini Təqsirləndirilən şəxs1 vermişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs1 zəng edərək işinin nə yerdə olduğunu soruşmuş və Təqsirləndirilən şəxs1 ona hərbi qulluqçu olan Təqsirləndirilən şəxs2 onunla görüşcəyini söyləmiş, bir neçə gün sonra, yəni N22-ci ilin oktyabr ayının əvvələrində axşam saatlarında Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək növbəti gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yerdə olan “Alov Zavodu” adlı yerə getməsini, həmin yerdə Faiq adlı şəxsin onunla görüşəcəyini, sonuncunun onu Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına aparacağını demiş və ona Faiq adlı şəxslə əlaqə saxlaması üçün ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Təqsirləndirilən şəxs2lə danışdıqdan sonra o, Şahid3 zəng edərək nömrəsini Təqsirləndirilən şəxs2 verdiyini və növbəti gün səhər saatlarında “Şamaxinka” adlı yerdə yerləşən “Alov Zavodu” adlanan yerdə görüşəcəklərini demiş və Şahid3 ona məlumatı olduğunu deyərək növbəti gün görüşəcəklərini bildirmişdir. Növbəti gün o, qeyd olunan yerdə Şahid3la görüşmüş və birlikdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına getmiş, hospitalın qarşısında onları mülki geyimdə olan Cəfər Məmmədov qarşılayıb onunla söhbət etmiş, söhbət zamanı hospitalda işə qəbul olunmaq üçün əlavə olaraq bəzi sənədlər toplamalı olduğunu demişdir. Həmin gün axşam saatlarında o, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Şahid3 yazaraq gediş haqqı üçün verdiyi pulun ona çatıbçatmadığını soruşmuş, Şahid3 çatmadığını dedikdə o, Şahid3 gediş haqqı üçün pul göndərdiyini demiş, həmçinin Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mülki şəxs qismində tibb bacısı kimi işə qəbul etdirməsi müqabilində taksi üçün verdiyi 100 manat pul da daxil olmaqla ümumilikdə 4350 manat məbləğində pul verdiyini demiş, Şahid3 ona Təqsirləndirilən şəxs1 çox pul istədiyini və Təqsirləndirilən şəxs2lə danışıb bu barədə maraqlanaraq ona zəng edəcəyini dedikdən bir neçə dəqiqə sonra yenidən zəng edərək Təqsirləndirilən şəxs1 onu aldatdığını bildirib Təqsirləndirilən şəxs1 polis orqanına şikayət etməsini demiş, həmin vaxt o, Təqsirləndirilən şəxs1nın onu aldatdığını düşünmüş və Şahid3 100 manat pulu Təqsirləndirilən şəxs1 alıb ona verəcəyini bildirmiş, həmçinin Şahid3 Təqsirləndirilən şəxs1 pulun qalan hissəsini götürmək üçün yaşadığı evə gələcəyini, həmin vaxt Şahid3 zəng edəcəyini deyib sonuncudan zəng etdiyi zaman ona telefonda Təqsirləndirilən şəxs1 onun sənədləri verdiyi şəxslə danışdığını və həmin şəxsin Şahid3 pulun çatmadığını bildirməsini xahiş etmiş, Şahid3 da kömək etmək və onun pulunu geri götürə bilməsi üçün razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 zəng edərək pulun qalan hissəsini, yəni 4250 manatını gəlib yaşadığı evdən götürməsini demiş və Təqsirləndirilən şəxs1 onunla razılaşdıqdan bir neçə gün sonra, yəni 04 oktyabr N22-ci il tarixdə ona zəng edərək 4250 manat pulu götürmək üçün gəldiyini, binanın qarşısında avtomobildə gözlədiyini və gətirib pulu avtomobildə verməsini demiş, həmin vaxt o, Təqsirləndirilən şəxs1 evə gəlməsini pulu evdə verəcəyini söyləmiş və Təqsirləndirilən şəxs1 onunla razılaşaraq yaşadığı mənzilə gəlmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 onun yaşadığı mənzilə gələnədək Whatsapp” mobil tətbiqi vasitəsi ilə, Şahid3 zəng edərək Təqsirləndirilən şəxs1 pulun qalan hissəsini götürmək üçün gəldiyini, habelə əvvəl razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 yanında zəng etdikdə pulun lazım olan yerə çatmadığını deməsini xahiş etmiş və Şahid3 onunla razılaşmış, habelə o, qızı Şahid1 onların danışıqlarını videoya çəkməsini tapşırmışdır. Təqsirləndirilən şəxs1 onun yaşadığı mənzilə gəldikdən sonra o, pulun vəzifəli şəxslərə çatıb-çatmamasını soruşduqda Təqsirləndirilən şəxs1 pulun çatdığını söyləmiş, bu zaman o, Təqsirləndirilən şəxs1 Şahid3 ona pulun vəzifəli şəxslərə çatmadığını dediyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əsəbiləşərək “Faiq kimdi?” demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 yanında Şahid3 zəng edərək pulun “yuxarı” çatıb-çatmadığını soruşduqda, Şahid3 çatmadığını demiş, buna görə də Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 zəng edib pulun “yuxarı” çatıb-çatmadığını soruşmuş və Təqsirləndirilən şəxs2 pulun “Nazirlik”də olan vəzifəli şəxslərə çatdığını, qalan hissənin, yəni 4250 manatın isə hospitalda olan vəzifəli şəxslərə çatacağını demişdir. O, Təqsirləndirilən şəxs1 ona yalan danışması səbəbindən işi istəmədiyini və Təqsirləndirilən şəxs1 verdiyi pulu geri qaytarmasını dedikdə Təqsirləndirilən şəxs1 ona heç bir problem olmadığını və pulu qaytaracağını söyləmiş, həmin vaxt yanlarında olan anası Sevda Səmədova da Təqsirləndirilən şəxs1 4350 manat məbləğində pulu səhəri gün axşam saat 18:00-dək qaytarmasını dedikdə Təqsirləndirilən şəxs1 razılaşaraq getmişdir. Bundan sonra növbəti gün, yəni 05 oktyabr N22-ci il tarixdə axşam saat 18 radələrində o, Təqsirləndirilən şəxs1 zəng edərək pulu qaytarıb-qaytarmayacağını soruşmuş, Təqsirləndirilən şəxs1 ona pulu qaytaracağını, lakin oturub çay içib söhbət etmək istədiyini söyləmiş və o, Təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Növbəti gün, yəni 06 oktyabr N22-ci il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 və Anar adlı şəxs Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkında olan “Somavar” restoranında görüşmüş, görüş zamanı o, Təqsirləndirilən şəxs1 pulu geri istədikdə sonuncu pulun Təqsirləndirilən şəxs2 olduğunu, istədiyi vaxt pulu qaytara biləcəklərini demiş və əlavə olaraq onun işə qəbul olunmasını artıq vəzifəli şəxslərə dediklərini, bundan sonra istəmədiyi halda onların da nüfuzdan düşə biləcəyini və həmin vəzifəli şəxslərin bir daha onlarla iş görməyəcəyini, bu səbəbdən də biraz səbrli olmalarını xahiş etmişdir. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək onu inandırmış və o, onlarla razılaşaraq gözləyəcəyini, lakin qalan 4250 manat məbləğində pulu iş həll olunduqdan sonra verəcəyini dedikdə onlar da razılaşmışlar. Həmçinin söhbət zamanı Anar adlı şəxs hər hansı bir söz deməmişdir. Bundan bir neçə gün sonra, Təqsirləndirilən şəxs2 yenidən ona zəng edərək növbəti gün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalın qarşısında görüşməyi təklif etmiş və o, razılaşdıqdan sonra növbəti gün, yəni 27 oktyabr N22-ci il tarixdə səhər saatlarında hospitalın qarşısında Təqsirləndirilən şəxs2lə görüşmüş, bu zaman mülki geyimdə olan Elgün İsgəndərov onlara yaxınlaşaraq onu hospitalın içərisinə aparmış və orada növbətçi hissəyə yaxınlaşaraq işə qəbulla bağlı hansı şöbəyə müraciət etmələri barədə soruşduqdan sonra onlar polkovnik rütbəli Rəşad adlı şəxsin yanına getmişlər. O, Rəşad Behbudovla söhbət edərkən sonuncu ona işə qəbul olunmasının ondan asılı olduğunu, yəni istəyib-istəməməsindən asılı olduğunu, lakin maaşın 450 manat olduğunu demiş, bu zaman o, Təqsirləndirilən şəxs1 ona maaşın 700 manat olduğunu deməsi səbəbindən Rəşad Behbudova fikirləşəcəyini deyib oradan çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 ona 700 manat maaş olacağını dediklərini söyləmiş, bu səbəbdən də işi istəmədiyini və pulu qaytarmalarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bu yaxınlarda Kəlbəcər rayonuna gedəcəyini qayıtdıqda isə Təqsirləndirilən şəxs1 və onunla görüşəcəyini, pulu ondan almadığını, bu səbəbdən də görüş zamanı Təqsirləndirilən şəxs1 özünə verdiyi pulu onun gözünün önündə Təqsirləndirilən şəxs1 qaytaracağını onun da bütün pulu Təqsirləndirilən şəxs1 götürəcəyini söyləmiş, lakin Təqsirləndirilən şəxs2 sonradan onun zənglərinə cavab verməmiş, həmçinin Təqsirləndirilən şəxs1 ilə əlaqə saxladıqda sonuncu ilk əvvəllər pulu qaytaracağını desə də, sonradan zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş 4.350 manat məbləğində pul tam olaraq ona geri qaytarılmışdır. Hazırda onlarla barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.N24-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam həcmdə ödənmişdir. Onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, N22-ci ilin yay aylarında Bakı şəhərinin Nizami küçəsində yerləşən “tatoohub” adlı yerdə işləyərkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, bundan sonra aralarında dostluq münasibəti yaranmış, daha sonra isə Sumqayıt şəhərinə köçərək Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşamağa başlamışdır. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı vaxtlarda Təqsirləndirilən şəxs1 onu dayısı kimi təqdim etdiyi, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçusu, mayor Şahid4 və sonuncunun dostu Təqsirləndirilən şəxs2 ilə tanış etmiş, həmçinin Təqsirləndirilən şəxs1 ona Şahid4 əlaqələrinin geniş olduğunu, yəni vəzifəli şəxsləri tanıdığını, həmçinin işə düzəltmək kimi məsələləri həll edə bildiyini demişdir. N22-ci ilin iyul ayında dəqiq xatırlamadığı gündə o, Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən sonuncuya hərbi xidmətə həvəsi olduğunu demiş, Təqsirləndirilən şəxs1 onun hərbi xidmətə marağı olduğunu öyrəndikdə ona sol bilək nahiyəsində olan döyməyə görə hərbi həkim komissiyasından keçə bilməyəcəyini söyləmiş, bu zaman o, Təqsirləndirilən şəxs1 hansı qaydada hərbi xidmətə işə qəbul oluna biləcəyini soruşduqda sonuncu ona Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışlarının olduğunu deyərək həmin tanışları vasitəsi ilə onu hərbi həkim komissiyasından keçirə biləcəyini, habelə hərbi xidmətə işə qəbul etdirə biləcəyini demiş və bunun müqabilində həmin şəxslərə 4000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Bundan sonra o, anası Şahid2 ilə bu məsələ ilə bağlı söhbət edərək ona Təqsirləndirilən şəxs1 onu yüksək vəzifəli tanışları vasitəsi ilə hərbi xidmətə işə düzəldə biləcəyini və bunun müqabilində 4000 manat məbləğində pul lazım olduğunu bildirmiş, Şahid2 onunla razılaşdıqdan sonra N22-ci ilin iyul ayında bankdan pul krediti götürdükdən sonra N22-ci ilin iyul ayının əvvəllərində o və Təqsirləndirilən şəxs1 onun anası Şahid2 yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə getmiş və həmin mənzildə o, Təqsirləndirilən şəxs1 onu hərbi xidmətə qəbul etdirməsi, habelə hərbi həkim komissiyasından keçirməsi məqsədi ilə Şahid2 yanında Təqsirləndirilən şəxs1 N00 manat vermiş, bundan bir müddət sonra, yəni N22-ci ilin iyul ayının sonlarında isə həmin məqsədlə anası Şahid2 evində Təqsirləndirilən şəxs1 pulun qalan hissəsini, yəni N00 manat pulu vermişdir. Sumqayıt şəhərində Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığım evdə 4000 manat məbləğində pulu məni hərbi xidmətə düzəltməsi, habelə hərbi həkim komissiyasından keçirməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 verdim. Bundan başqa N22-ci ilin sentyabr ayında onun səhhətində problemlər olduğu üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ona sistem qoşması üçün yaşadığı evə gəlmiş, Zərərçəkmiş şəxs1 ona sistem qoşarkən o, birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə tanış etmiş, lakin Təqsirləndirilən şəxs1 hər kəsə özünü Türkan adı ilə təqdim etdiyindən Zərərçəkmiş şəxs1 da özünü Türkan adı ilə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 onunla söhbət edərkən ona iş yerini dəyişmək istədiyini demiş, həmin vaxt yanlarında olan Təqsirləndirilən şəxs1 onların söhbətini eşidərək Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyində yüksək rütbədə xidmət edən vəzifəli şəxsləri tanıdığını və həmin tanışları vasitəsi ilə sonuncunu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mülki işçi qismində tibb bacısı kimi işə düzəldə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 bunu necə edəcəyini soruşduqda Təqsirləndirilən şəxs1 bunun müqabilində tanışı olan vəzifəli şəxslərə pul verilməli olduğunu söyləmiş, Zərərçəkmiş şəxs1 hansı məbləğdə pul lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 bu barədə maraqlanıb xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 yenidən ona sistem qoşmaq üçün yaşadığı evə gəldikdə Təqsirləndirilən şəxs1 da evdə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 işə düzəltməsi üçün hansı məbləğdə pul lazım olmasını öyrənə bilib-bilmədiyini soruşduqda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 işin həll olunması üçün vəzifəli şəxslərə 8600 manat pul verilməli olduğunu söyləmiş, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əvvəlcə 4350 manat pul, iş alındıqdan sonra isə 4250 manat pul verə biləcəyini demiş və Zərərçəkmiş şəxs1 razılaşmışdır. Bundan bir neçə gün sonra günorta saatlarında Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs1 pulu götürdüyünü demişdir. Bundan sonra N22-ci ilin sentyabr ayının sonlarında o, Təqsirləndirilən şəxs1 pul verdiyini, lakin işinin hələ də həll olmadığını deyərək pulunu geri istəmiş, lakin Təqsirləndirilən şəxs1 işin tezliklə alınacağını dedikdə onlar mübahisə etmişlər. Qeyd olunanlara görə onun Təqsirləndirilən şəxs1 ilə münasibətləri pisləşmiş və o, Bakı şəhərində yerləşən evinə qayıtmışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək işə düzəlmək məqsədi ilə Təqsirləndirilən şəxs1 4350 manat pul verdiyini, lakin əmək haqqının az olması səbəbindən işləmək istəmədiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs1 verdiyi pulu geri istədiyini, lakin Təqsirləndirilən şəxs1 həmin pulu, yəni 4350 manatı qaytarmadığını demişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə 4350 manat pul aldığını, həmin puldan ona çatan hissəni xərclədiyini, hazırda həmin məbləğdə pulu ona geri qaytara bilmədiyini demiş və ondan köməklik edərək Zərərçəkmiş şəxs1 ilə danışmasını və bir qədər gözləməsini istəməsini xahiş etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 zəng edib görüşmək istədiyini demiş, görüş zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı 4350 manat pul xərclədiyini, ondan kömək istədiyini, bu səbəbdən də onunla birlikdə Sumqayıt şəhərinə gedib Zərərçəkmiş şəxs1 ilə görüşərək Təqsirləndirilən şəxs1 tezliklə pulu geri qaytaracağını deməsini xahiş etmişdir. Bundan sonra 06 oktyabr N22-ci il tarixdə mən, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkında olan “Somavar” restoranında görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 adını hazırda xatırlamadığı dostu da orada olmuş. Görüş zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 pulu geri istədikdə sonuncu pulun Təqsirləndirilən şəxs2 olduğunu, istədiyi vaxt pulu qaytara biləcəklərini demiş, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 işə qəbul edilməsi haqqında artıq vəzifəli şəxslərə dediklərini, bundan sonra istəmədiyi halda özlərinin də nüfuzdan düşə biləcəklərini və həmin vəzifəli şəxslərin bir daha onlarla iş görməyəcəklərini deyib, bu səbəbdən də biraz səbrli olmasını xahiş etmiş, həmin vaxt o və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 onu da işə qəbul etdirmək adı ilə aldadaraq 4000 manat pulunu aldığını başa düşmüş, buna görə də N22-ci ilin payız aylarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ilə görüşərək sonuncudan pulunu qaytarmasını tələb etmişdir. 04 sentyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs1 ondan aldığı 4000 manat məbləğində pulu tam olaraq qaytarmışdır. Hazırda onunla barışmış və heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.N24-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam həcmdə ödənmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs2 N22-ci ilin yayında Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, bundan sonra onların aralarında dostluq münasibəti yaranmışdır. Qızının hərbi xidmətə həvəsi olduğundan Təqsirləndirilən şəxs1 ona kömək edərək tanışları vasitəsilə hərbi xidmətə işə qəbul etdirə biləcəyini bildirmişdir. Bunun müqabilində həmin şəxslərə 4000 manat məbləğində pul verməli olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla bu məsələ ilə bağlı söhbət edərək ona Təqsirləndirilən şəxs1 onu yüksək vəzifəli tanışları vasitəsi ilə hərbi xidmətə işə düzəldə biləcəyini və bunun müqabilində 4000 manat məbləğində pul lazım olduğunu demiş, o, qızı ilə razılaşdıqdan sonra N22-ci ilin iyul ayının əvvəllərində qızı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə gəlmiş və həmin mənzildə o, Təqsirləndirilən şəxs1 onu hərbi xidmətə qəbul etdirməsi, habelə hərbi həkim komissiyasından keçirməsi məqsədi ilə qızı onun yanında Təqsirləndirilən şəxs1 N00 manat vermiş, bundan bir müddət sonra, yəni N22-ci ilin iyul ayının sonlarında isə həmin məqsədlə onun evində Təqsirləndirilən şəxs1 pulun qalan hissəsini, yəni N00 manat pulu vermişdir. 04 sentyabr N23-cü il tarixdə Təqsirləndirilən şəxs1 qızından aldığı 4000 manat məbləğində pulu tam olaraq qaytarmasını təsdiq etmişdir. İstintaq zamanı ifadə vermiş Şahid4 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, Şahid3 isə Zərərçəkmiş şəxs1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel N22-ci il tarixli 95 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, qadın hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 027 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin sanitarı vəzifəsinə təyin olunduğuna görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N aprel N22-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N mart N23-cü il tarixli 63 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, tibb məntəqəsinin sanitarı qadın hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs1 “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, N mart N23-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral N23-cü il tarixli 52 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Müdafiə nazirinin 14 fevral N23-cü il tarixli 0115 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 1-ci motoatıcı taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən gəlmiş hesab olunmuş, N fevral N23-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən ünvanlanmış 05 yanvar N23-cü il tarixli ərizədən görünür ki, Ağayeva X3 Abas Elşad oğlu ilə əlbir olaraq Müdafiə Nazirliyində çalışan vəzifəli tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına mülki tibb bacısı kimi işə qəbul etdirəcəyi vədi ilə sonuncudan 28 sentyabr N22-ci il tarixdə yaşadığı evində 4350 manat məbləğində pulunu almışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən ünvanlanmış 06 fevral N23-cü il tarixli ərizədən görünür ki, Ağayeva X6 Nazirliyində çalışan vəzifəli tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs2 hərbi həkim komissiyasından keçirməsi vədi ilə 4000 manat pulunu ələ keçirərək sonuncuya qarşı dələduzluq etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən ünvanlanmış 04 sentyabr N23-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş 4000 manat məbləğində maddi ziyan tam şəkildə qaytarılmışdır. Cinayət işinin materiallarında olan 09 yanvar N23-cü il tarixli 000006 nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş diskin içərisində olan səs yazılarında 05 oktyabr N22-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 arasında sonuncunun Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında mülki tibb bacısı kimi işə qəbul olunması, o cümlədən bunun müqabilində Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pul verməsi ilə bağlı söhbətlər aparılmış, habelə diskin içərisində olan videogörüntüdə Zərərçəkmiş şəxs1 işə qəbul olunması ilə bağlı Təqsirləndirilən şəxs1 pul verməsi ilə bağlı söhbətlər aparılmışdır. Cinayət işinin materiallarında olan 24 noyabr N22-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin videogörüntüdə Zərərçəkmiş şəxs1 işə qəbul olunması ilə bağlı Təqsirləndirilən şəxs1 pul verməsi ilə bağlı söhbətlər aparılmışdır. Cinayət işinin materiallarında olan 06 aprel N23-cü il tarixli 000577 nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş səs yazısında Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 arasında sonuncudan işə qəbul olunması, habelə bunun müqabilində Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pul alınması, həmçinin Zərərçəkmiş şəxs1 həmin pulunun geri qaytarılmasını tələb etməsi ilə bağlı söhbətlər aparılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 07 fevral N23-cü il tarixli 3/179 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş DVD-R tipli diskdə əks olunmuş videogörüntülərdən çıxarılmış mülki geyimli qadın cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş “Mehriban fotoşəkil nümunəsi” adlı qovluqda olan fotoşəkillərdə eyni bir şəxs əks olunmuş, həmçinin həmin videogörüntülərdən çıxarılmış hərbi geyimli qadın cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş “Sumayıl fotoşəkil nümunəsi” adlı qovluqda olan fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 08 fevral N23-cü il tarixli 4/109 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD-R diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, həmin diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1, “Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs1 məxsusdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 31 may N23-cü il tarixli 4/605 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, həmin diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs1, “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 21 iyun N23-cü il tarixli 001265 nömrəli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 19 iyun N23-cü il tarixdə göndərilmiş 13303 nömrəli məktuba əlavə edilmiş «10474-xx.xx.N23» rəqəmləri ilə nömrələnmiş 1 (bir) ədəd CD diskə baxış keçirilərkən həmin diskin içərisində olan «adlarina olan nomreler.xls» adlı fayla daxil olduqda ********** (Təqsirləndirilən şəxs1 istifadəsində olan), **********, **********, **********, ********** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs1 keçmiş əri mərhum X4, **********, ********** və ********** saylı mobil nömrələrin isə X2 adına rəsmiləşdirilməsi, habelə «503569767_SMS.txt» adlı fayla daxil olduqda “**********67” saylı mobil nömrədən “**********01” saylı mobil nömrəyə 14 noyabr N22-ci il tarixdə saat 22:04:02-də “Salam abbas Mehriban xanim deyirki zengimi acmir ne bilim ne ona yig danish deyir ne qede yigram acmir”, 15 noyabr N22-ci il tarixdə saat 12:32:04-də “Abbas pulun istiyir millet yoxsa deyir sabah gedir polise vermeye” məzmunlu qısa mesaj formatlı yazışmalar aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Göyçayev X8 Rayon Məhkəməsinin 30 may N18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, şərti cəzasını N dekabr N19-cu il tarixdə tam olaraq çəkib qurtarmışdır. İş materiallarında olan xx.xx.N23-cü il tarixli qərardan görünür ki, X5 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.N23-cü il tarixli qərardan görünür ki, X5 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan xx.xx.N23-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.N23-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri onların özlərinin həmin cinayəti törətmələrini məhkəmə iclasında etiraf etməsilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər sübularla tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs2 təqsirlərini etiraf etmələrini, zərərçəkmiş şəxslərin onlarla barışmasını, dəymiş ziyanın tam şəkildə ödənilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş olunmasını, həmçinin zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxslərin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən X1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və onların barəsində ayrı-ayrılıqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilməlidir. Cinayət işi üzrə məhkəmə xərcləri - cinayət işi üzrə keçirilmiş məhkəmə-portret ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat, məhkəmə-fonoskopik ekspertizaları üzrə tədqiqatların dəyəri müvafiq olaraq 250 (iki yüz əlli) manat və N0 (iki yüz) manat ümumilikdə 514 (beş yüz on dörd) manat təşkil edir, Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 2 (iki) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 02 (iki) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza xərcləri ümumilikdə 514 (beş yüz on dörd) manat təşkil edir və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan N gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan N (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar