Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-24/2025 08.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı1, Müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Rəfail oğlunun iştirakları ilə, xx xxxxxxx 2NN5-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Ağdam rayonunun Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün telefon taqımının radiorelestansiyasının baş mexaniki, əsgər Təqsirləndirilən şəxs Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Rəfail oğlu tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Qədimov X8 Nazirliyinin Xızı rayonunun Yaşma qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin rabitə bölüyünün telefon taqımının radiorelestansiyasının baş mexaniki vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olan zaman tabelik münasibətlərində olmadığı həmin bölüyün 2-ci komanda qərargah maşınları manqasının sürücü-elektriki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs ona qarşı dəfələrlə təhqirə və zorakı hərəkətlərə yol verməsindən əsəbiləşərək 25 iyul 2N24-cü il tarixdə saat N4 radələrində xidmət etdiyi bölüyün əsgər yataqxanasının 9 nömrəli otağında yatan Zərərçəkmiş şəxs döyüb cəzalandırmaq qərarına gəlmiş, lakin sonuncunun fiziki cəhətdən ondan güclü olduğunu hesab etdiyi üçün hansısa ağır əşya ilə vuraraq xəsarət yetirib müqavimətini qırmaqla döyə biləcəyini düşünmüşdür. O, bu məqsədlə 25 iyul 2N24-cü il tarixdə saat N4 radələrində ağır əşya axtarmaq üçün bölük və gün növbətçilərindən gizlin şəkildə çay otağına getmiş, lakin orada kəsici əşyalardan başqa heçnə tapa bilmədiyindən məişət otağına daxil olmuş, Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün ağır əşya tapa bilmədiyi üçün masanın üzərində olan saç kəsmək üçün nəzərdə tutulan metal materialdan hazırlanmış qayçını götürərək 9 nömrəli otağa qayıtmışdır. O, həmin gün saat N4:3N radələrində 9 nömrəli otaqda yatan Zərərçəkmiş şəxs yatdığı çarpayıya yaxınlaşaraq oyatmış, sonuncudan elədiyi qanunsuz hərəkətlərə görə üzr istəməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs yuxudan oyanaraq çarpayıda oturub onun sözlərinə əhəmiyyət verməyərək ünvanına nalayiq ifadələr işlətmiş və yenidən yorğan üzlüyünü üzərinə çəkib uzanmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs bu davranışından əsəbiləşərək xəsarət yetirmək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud surətdə pozub sağ əlində tutduğu qayçının iti tərəfi ilə sonuncunun qarın boşluğuna zərbə endirmiş, həmin an Zərərçəkmiş şəxs oturaq vəziyyətə gələrək ona müqavimət göstərmiş və o, bir daha döyüləcəyindən qorxub hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə sağ əlində tutduğu qayçının uc hissəsi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, yəni sinəsinə, sağ qoluna və belinə zərbələr vurub sonuncuya dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “epiqastral nahiyənin, döş qəfəsinin sol yarısının, sağ saidin yuxarı 1/3-nin arxa-bayır səthinin, döş qəfəsinin sağ yarısının arxa səthinin və sol bazunun yuxarı 1/3-nin arxa səthinin daxilə nüfuz etməyən kəsilmiş yaraları” xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rəfail oğlu CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün telefon taqımının radiorelestansiyasının baş mexaniki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusudur, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissəyə gəldiyi gündən, yəni N3 yanvar 2N24-cü il tarixdən etibarən tanımış, sonuncu həmin hərbi hissənin rabitə bölüyünün radio taqımının 2-ci komanda qərargah maşınlarının sürücü-elektriki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmişdir. Zərərçəkmiş şəxs tanıdığı tarixdən 2N24-cü ilin sentyabr ayının əvvəllərinədək eyni vəzifədə və rütbədə xidmət etmiş, daha sonra xidmət yeri Müdafiə Nazirliyinin N73 nömrəli hərbi hissəsinə dəyişdirilmiş, sonuncu ilə aralarında rəsmi olaraq hər hansı tabelik münasibəti, yəni rütbəcə və vəzifəcə heç bir asılılıq olmamışdır. Əvvəllər onunla Zərərçəkmiş şəxs arasında münasibətlər normal olmuş, hər hansı düşmənçilik, ədavət, qohumluq münasibətləri olmamışdır. Lakin, son bir neçə ay olar ki münasibətləri korlanmış, Zərərçəkmiş şəxs xidmət zamanı yol verdiyi nöqsanlarla əlaqədar ona irad bildirərək aradan qaldırmasını tələb etmiş, bölüyün adına söz gətirməmək lazım olduğunu demiş, son bir ayda xidmət zamanı yol verdiyi nöqsanlara görə müxtəlif formalarda onu alçaltmış, sındırmağa çalışmış, ünvanına nalayiq ifadələr işlətmiş və zor tətbiq etmişdir. O, əsgər Zərərçəkmiş şəxs bu hərəkətlərindən bezmiş, sonuncuya öz gücünü göstərmək və ondan qorxmasına, ona yaxınlaşmamasına nail olmaq istəmiş, lakin digər əsgərlər arasında xəbərçi kimi tanınmamaq üçün əsgər Zərərçəkmiş şəxs ona elədikləri barədə heç kimə məlumat verməmişdir. 24 iyul 2N24-cü il tarixdə sıra düzülüşü zamanı bölük komandiri, kapitan X6 gün növbətçiliyi xidmətini təşkil etmək üçün onun 25 iyul 2N24- cü il tarixdə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən 7N4 nömrəli hərbi hissəsinə göndəriləcəyini demiş, bundan xəbər tutan Zərərçəkmiş şəxs 24 iyul 2N24-cü il tarixdə saat 2N radələrində bölüyün 9 nömrəli otağına daxil olaraq onu gördükdə yaxınlaşıb “sabah ezam gedirsən, elə bilirsən canın məndən qurtarır?, sənə deyirəm mən növbəmi təhvil verib istirahətə gələnə qədər yatmırsan və məni gözləyirsən, gəlib sənlə məşğul olacam” ifadələrini işlətmiş və ondan növbəni təhvil verib istirahətə gələnə qədər, yəni 25 iyul 2N24-cü il tarixdə gecə saat N2-yə qədər yatmamasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs qorxduğu üçün narazı halda sonuncu ilə razılaşmış, həmin gün saat 21:4N-22:NN saat aralığında bölüyə cavabdeh tərəfindən “YAT!” komandası verilmiş, o, öz yatağına qalxaraq yuxuya getməyib Zərərçəkmiş şəxs gözləmiş, təxminən bir saat gözlədikdən sonra yatmışdır. 25 iyul 2N24cü il tarixdə gecə saat N2 radələrində Zərərçəkmiş şəxs onun olduğu 9 nömrəli otağa daxil olaraq “niyə yatmısan?” deyərək onu oyatmış, çarpayıdan aşağı çağırmış və o da çarpayıdan düşmüşdür. Zərərçəkmiş şəxs otaqda olan dolabların qarşısında onunla söhbət edərək xidmət zamanı nöqsanlara yol verməməli olması barədə danışmış, bir neçə dəqiqə söhbət etdikdən sonra üzünün sağ və sol nahiyələrinə müvafiq olaraq sağ və sol əli ilə bir neçə dəfə güclü sillə zərbələri vurmuş, daha sonra sinəsinə, qarnına və çiyninə sağ və sol əlləri ilə yumruq zərbələri vurmuş, ünvanına təhqiramiz ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və ondan başqa otaqda olan hamı yatmış, yalnız bircə dəfə Şahid1 onların səsinə ayılaraq sakit qalmalarını tələb edib yenidən yatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona “sabaha hazırlaş” deyib 45 nömrəli yataqda yatmış, o isə Zərərçəkmiş şəxs çarpaz vəziyyətdə olan digər yataqda yuxarıda 48 nömrəli çarpayıda uzanmışdır. Həmin vaxt otaqda o və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər: X2, Zərərçəkmiş şəxs, Şahid1, X11 olmuşlar. O həmin vaxt çox əsəbi olmuş, Zərərçəkmiş şəxs ona elədiklərinin qarşısını almaq üçün döymək qərarını qətiləşdirmiş, əsəbindən gözünə yuxu getməmiş, Zərərçəkmiş şəxs ondan fiziki cəhətdən güclü olduğu üçün necə döyəcəyini düşünmüş, yalın əllə Zərərçəkmiş şəxs döyməyə çalışacağı halda müqavimət göstərərək onu yenidən döyə biləcəyini fikirləşmişdir. Buna görə də, o, Zərərçəkmiş şəxs hansısa ağır əşya ilə vuraraq xəsarət yetirib, müqavimətini qıraraq döymək qərarına gəlmiş, bundan sonra 25 iyul 2N24-cü il tarixdə saat N4 radələrində ağır əşya axtarmaq üçün bölük və gün növbətçilərindən gizlin şəkildə çay otağına getmiş, lakin orada kəsici əşyalardan başqa heçnə tapmamış, daha sonra məişət otağına daxil olmuş və orda da Zərərçəkmiş şəxs xəsarət yetimək üçün ağır əşya tapa bilməmiş, otaqda masanın üzərində olan saç kəsmək üçün nəzərdə tutulan materialı metal olan qayçını görərək Zərərçəkmiş şəxs xəsarət yetirə biləcəyini düşünmüş və buna görə də həmin qayçını götürərək əynindəki tumanın sağ tərəfində gizlədib 9 nömrəli otağa qayıtmış, qayçını Zərərçəkmiş şəxs yatdığı çarpayının ikinci mərtəbəsində adyalın altında gizlətmiş, gücü çatmayacağı təqdirdə Zərərçəkmiş şəxs qalib gəlmək üçün qayçı ilə xəsarət yetirə biləcəyini düşünmüşdür. Bundan sonra o, 25 iyul 2N24-cü il tarixdə saat N4:3N radələrində 9 nömrəli otaqda Zərərçəkmiş şəxs yatdığı çarpayıya yaxınlaşaraq sonuncunun üzü yuxarı istiqamətdə uzanaraq yatdığını görmüş, Zərərçəkmiş şəxs qaldıraraq üzr istəməsini tələb etmiş, Zərərçəkmiş şəxs üzr istəyəcəyi təqdirdə sonuncuya heçnə etməyəcinə dair qərar vermişdir. Lakin, Zərərçəkmiş şəxs yuxudan oyanaraq çarpayıda oturmuş və onun sözlərinə əhəmiyyət verməyərək ünvanına nalayiq ifadələr işlədib yorğan üzlüyünü üzərinə çəkərək uzanmışdır. Bu zaman Zərərçəkmiş şəxs sözləri onu daha da özündən çıxarmış, Zərərçəkmiş şəxs birbaşa yumruq zərbəsi vuracağı halda yerindən qalxaraq onu döyə biləcəyini düşünmüş, buna görə də, həmin vaxt qisas almaq və ondan qorxub bir daha ona qarşı qeyri- qanuni hərəkətlərə yol verməməsi üçün qayçını qoyduğu yerdən götürərək Zərərçəkmiş şəxs yaralamaq məqsədi ilə sağ əlinlə tutub qayçının iti tərəfini az miqdarda qarın boşluğuna batırmış, daha sonra yumruq zərbələri endirmək istəsə də, həmin an Zərərçəkmiş şəxs oturaq vəziyyətə gəlmiş və ondan nə etdiyini soruşaraq əl-qol atmağa başlamış, o da özünü itirərək Zərərçəkmiş şəxs onu yenə döyəcəyindən qorxub Zərərçəkmiş şəxs müqavimətini qırıb döymək, xəsarət yetirmək və şəxsi nüfuzunu bərpa etmək üçün sonuncunun ünvanına nalayiq ifadələr işlədərək sağ əlində tutduğu qayçının ucu ilə bədəninin müxtəlif nahiyələrinə, yəni sağ qoluna, belinə zərbələr vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs üzərində olan yorğan üzlüyü artıq qan rəngini almış, bu zaman Zərərçəkmiş şəxs yerindən qalxaraq çarpayıların arasında dayanmış, tutulub qalaraq baş verənləri anlamağa çalışmış, o da yorğan üzlüyünün və Zərərçəkmiş şəxs köynəyinin qan olduğunu görərək sonuncudan aralanmış, əsəblərini cilovlayıb hərəkətlərini dayandırmışdır. Səs-küyə ayılan əsgər Şahid1 tez bir şəkildə yaxınlaşaraq onları bir-birlərindən uzaqlaşdırmış, bundan sonra bölük növbətçisi, əsgər Şahid2 səs-küyü eşidərək qaçıb otağa daxil olmuş, sonuncunun yanında olan bölüyün gün növbətçisi, əsgər X7 qayçını əlindən almış və onlar onu yataq otağından çıxararaq uzaqlaşdırmışlar. Hadisədən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, sonuncu müayinə və müalicə olunması məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə edilmişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün 2-ci komanda qərargah maşınları manqasının sürücü-elektriki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə gəldiyi vaxtdan, yəni 2N24-cü ilin yanvar ayının əvvəllərindən tanımış, sonuncu həmin hərbi hissənin rabitə bölüyünün telefon taqımının radiorelestansiyasının baş mexaniki vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmişdir. Onunla Təqsirləndirilən şəxs arasında rəsmi olaraq hər hansı tabelik münasibəti, yəni rütbəcə və vəzifəcə aramızda heç bir asılılıqları olmamışdır. Onunla Təqsirləndirilən şəxs arasında əvvəllər münasibətlər normal olmuş, aralarında hər hansı düşmənçilik, ədavət, qohumluq münasibətləri olmamışdır. Lakin, Təqsirləndirilən şəxs xidmət dövründə tez-tez nöqsanlara yol verdiyi üçün əsgər heyəti üzərində nəzarət daha da güclənmiş, komandir heyəti tərəfindən iradlar bildirilmiş, buna görə də onların münasibətləri korlanmış və o, xidmət müddəti çox olan əsgər kimi Təqsirləndirilən şəxs nöqsanlarını aradan qaldırmasını tələb etmiş, bölüyün adına söz gətirməmək lazım olduğunu bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onun sözlərinə etiraz etməsə də yenə nöqsanlara yol vermiş, Təqsirləndirilən şəxs hərəkətlərinə görə xidmət etdiyi bölüyün heyəti nizam-intizamsız kimi tanınmışdır. O yalnız Təqsirləndirilən şəxs deyil, xidmət müddəti az olan digər əsgərlərə də yol verdikləri nöqsanlarla bağlı məsləhət vermiş, hamı deyilən sözlərdən nəticə çıxarsa da, Təqsirləndirilən şəxs sözlərinə etinasız yanışmış, buna görə də o, məcbur qalaraq Təqsirləndirilən şəxs xidmətinə daha məsuliyyətli yanaşması üçün sonuncu ilə təhqiramiz ifadələrlə danışmış, həmçinin zorakılığa yol vermişdir. O, 24 iyul 2N24-cü il tarixdə Təqsirləndirilən şəxs gün növbətçiliyi xidmətini təşkil etmək üçün 25 iyul 2N24-cü il tarixdə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən 7N4 nömrəli hərbi hissəsinə göndəriləcəyini eşitmiş, həmin gün saat 2N radələrində rabitə bölüyünün əsgər yataqxanasının 9 nömrəli otağına daxil oaraq Təqsirləndirilən şəxs orada olduğunu görüb bir neçə gün öncə patrul xidməti zamanı yol verdiyi nöqsan yadına düşmüş və əsəbiləşərək Təqsirləndirilən şəxs ünvanlanmış şəkildə “sabah ezam gedirsən, elə bilirsən canın məndən qurtarır?, sənə deyirəm mən növbəmi təhvil verib istirahətə gələnə qədər yatmırsan və məni gözləyirsən, gəlib sənlə məşğul olacam” ifadələrini işlədib Təqsirləndirilən şəxs növbəni təhvil verib istirahətə gələnə qədər, yəni 25 iyul 2N24-cü il tarixdə gecə saat N2-yə qədər yatmamasını tələb edərək xidməti yerinə getmişdir. O, 25 iyul 2N24-cü il tarixdə saat N2 radələrində rabitə bölüyünün əsgər yataqxanasının 9 nömrəli otağına daxil olduğu zaman Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq 48 nömrəli çarpayıda yatdığını görmüş, yaxınlaşaraq Təqsirləndirilən şəxs oyadıb “niyə yatmısan?” sualını vermiş, sonuncunu çarpayıdan aşağı çağırmış və otaqda olan dolabların qarşısında söhbət edərək xidmət zamanı nöqsanlara yol verməməli olması barədə danışmış, Təqsirləndirilən şəxs onun sözlərinə etinasız yanaşması onu əsəbiləşdirdiyi üçün Təqsirləndirilən şəxs üzünün sağ və sol nahiyələrinə müvafiq olaraq sağ və sol əlilə bir neçə dəfə güclü sillə zərbələri, daha sonra sinəsinə, qarnına və çiyninə sağ və sol əllərilə yumruq zərbələri vurmuş, ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və ondan başqa otaqda olan hamı yatmış, yalnız bircə dəfə Şahid1 səs-küyə ayılaraq sakitliyə riayət etmələrini tələb edib yenidən yatmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs “sabaha hazırlaş” deyib 45 nömrəli yataqda uzanaraq yatmış, Təqsirləndirilən şəxs isə onun yatdığı çarpayıya çarpaz vəziyyədə olan digər yataqda yuxarıda 48 nömrəli çarpayıda uzanaraq yatmışdır. Həmin vaxt otaqda o və Ələddin Mustafayev, Təqsirləndirilən şəxs, Şahid1, Şövqi Quliyev olmuşlar. 25 iyul 2N24-cü il tarixdə saat N4:3N radələrində Təqsirləndirilən şəxs onu yuxudan oyadaraq üzr istəməsini tələb etmiş, o, yuxudan oyanaraq çarpayıda əyləşmiş və Təqsirləndirilən şəxs ünvanına təhqiramiz ifadələr işlədərək yorğan üzlüyünü üzərinə çəkib yenidən uzanmışdır. O, elə bu zaman qarın boşluğuma nəsə batdığını hiss etmiş və cəld şəkildə oturaq vəziyyətə gələrək Təqsirləndirilən şəxs onu nə iləsə vurduğunu görmüşdür. Buna görə də o, Təqsirləndirilən şəxs doğru əl-qol ataraq nə etdiyini soruşmuş və üzərinə getməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədərək əlində olan saç kəsmək üçün istifadə edilən qayçının ucu ilə həyəcanlı şəkildə sinəsinə, sağ qoluna, belinə zərbələr vurmuşdur. Həmin vaxt onun üzərində olan yorğan üzlüyü artıq qan rəngini almış, o, yerindən qalxaraq çarpayıların arasında dayanmış və nə baş verdiyini anlamağa çalışmışdır. O, Təqsirləndirilən şəxs ona qarşı zorakılığa yol verə biləcəyini heç bir zaman düşünməmişdir. Təqsirləndirilən şəxs onun üzərində olan köynəyin və yorğan üzlüyünün qan olduğunu görüb hərəkətlərinə davam etməmiş, səs-küyə ayılan əsgər Şahid1 tez bir şəkildə yaxınlaşaraq onları bir- birlərindən uzaqlaşdırmış, bundan sonra bölük növbətçisi Şahid2 səs-küyü eşidərək qaçıb otağa daxil olmuş, onun yanında olan bölüyün gün növbətçisi X13 Qədimovun əlindən qayçını almış və sonuncunu yataq otağından çıxararaq uzaqlaşdırmışlar. Hadisədən bir neçə dəqiqə sonra ona ilkin tibbi yardım göstərilmiş, müayinə və müalicə olunması məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə edilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs oğlunun Sumqayıt Hərbi Prokurorluğuna verdiyi və məhkəmədə təsdiq etdiyi xx.xx.2N24-cü il tarixli ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Rəfail oğlu ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün aparatxanasının telefonçusu, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusuəsgər rütbəsində xidmətdə olarkən 24 iyul 2N24-cü il tarixdə saat 23:NN-da 23N nömrəli postun döyüş növbətçiliyini təhvil verdikdən sonra rabitə bölüyünə gələrək əl-üzünü yuduqdan sonra rabitə bölüyünün əsgər yataqxanasının 9 nömrəli otağına daxil olaraq yerinə uzanıb yatmışdır. 25 iyul 2N24-cü il tarixdə təxminən saat N2 radələrində yatdığı otaqda səs-küy gəldiyini eşitdikdə yuxudan oyanmış, bu zaman əsgər Zərərçəkmiş şəxs otaqdakı dolabın qarşısında dayanıb əsgər Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədərək uca səslə danışdığını, həmçinin sonuncunu yumruqla vurduğunu görmüşdür. O, həmin vaxt yorğun və yuxulu olduğu üçün Zərərçəkmiş şəxs sakit durmasını tələb edərək yatdığını qeyd etmiş, Zərərçəkmiş şəxs isə ona “yaxşı” dedikdən sonra o, yenidən yatmışdır. Təxminən saat N4:3N radələrində o, yenidən otaqdan səs-küy gəldiyi üçün yuxudan oyanmış, yuxudan oyanan zaman ondan sağ tərəfdə ikinci çarpayının yanında əsgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək sonuncunu yumruqla vurduğunu gördükdə dərhal yerindən qalxıb onlara tərəf getmiş, onların yanına çatdıqda artıq Təqsirləndirilən şəxs hərəkətlərini sonlandırmış, yerində qalaraq Zərərçəkmiş şəxs baxmış, həmin vaxt Zərərçəkmiş şəxs üst-başının və yatdığı çarpayının üzərinin qan olduğunu görüb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla deyil hər hansı alətlə xəsarət yetirdiyini anlamış və Təqsirləndirilən şəxs əlində qayçı olduğunu görərək dərhal onları bir-birlərindən uzaqlaşdırmışdır. Bu zaman otağa bölük növbətçisi, əsgər Şahid2 daxil olmuş, cəld Təqsirləndirilən şəxs qolundan tutaraq otaqdan çıxarmışdır. O isə Zərərçəkmiş şəxs qarın və qol nahiyəsindən qan axdığı üçün cəld şəkildə üzərilərinə örtmək üçün nəzərdə tutulmuş parçanı bükərək sonuncunun qarın nahiyəsinin üzərinə sıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş və hərbi hissənin tibbi yardım maşını ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə edilmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radio taqımının 5-ci komanda qərargah maşınları manqasının sürücü- elektriki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər rütbəsində xidmətdə olarkən 24 iyul 2N24-cü il tarixdə saat 19:NN-dan 25 iyul 2N24-cü il tarixdə saat 19:NN-dək rabitə bölüyünün növbətçisi növbəsinə təyin olunmuş, onunla birlikdə bölüyün gün növbətçisi növbəsinə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər: X7 və X1N təyin olunmuşlar. O, 25 iyul 2N24-cü il tarixdə saat N4:2N radələrində bölüyün əsgər yataqxanasının 9 nömrəli otağında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs ayaqüstə olduğunu görərək hara getdiyini soruşmuş, sonuncu cavabında ayaqyoluna getdiyini bildirərək həmin istiqamətə getmiş, lakin, Təqsirləndirilən şəxs yatdığı otağa nə vaxt qayıtdığını görməmişdir. Bundan bir neçə dəqiqə sonra əsgər Nuriyev Möhübbətlə söhbət etdiyi zaman saat N4:3N radələrində 9 nömrəli otaqdan səs-küy eşitmiş və qaçaraq həmin otağa daxil olmuşdur. Otaqda olduğu zaman əsgər Zərərçəkmiş şəxs əynindəki köynəyin üzərinin qana boyandığını, əsgər Şahid1 Zərərçəkmiş şəxs kömək etməyə çalışdığını, əsgər Təqsirləndirilən şəxs isə əlində qayçı dayandığını görmüş, əsgər Təqsirləndirilən şəxs tərəf gedib əsgər Möhübbət Nuriyevlə onu oradan uzaqlaşdıraraq otaqdan çıxartmış və sakitləşdirmək üçün 4-cü otağın qarşısına aparmışdır. Bundan sonra bölük üzrə cavabdehə və tibb məntəqəsinə məlumat vermiş, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş və hərbi hissənin tibbi yardım avtomobili ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N8 yanvar 2N24-cü il tarixli 11 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin rabitə bölüyünün telefon taqımının radiorelestansiyasının baş mexaniki vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2N23-cü il tarixli 211 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin rabitə bölüyünün 2-ci komanda qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N73 nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2N24-cü il tarixli 257 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin radio taqımının radioretranslyasiya stansiyasının sürücü-elektriki vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 25 iyul 2N24-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin rabitə bölüyünün əsgər yataqxanasıdır. İştirakçı Təqsirləndirilən şəxs hadisənin 9 nömrəli yataq otağında baş verdiyini bildirmişdir. 9 nömrəli yataq otağının qapısından içəri daxil olduqda otağın sol tərəfində alt və üst mərtəbəli olmaqla, ümumilikdə 5 cüt şəklində 1N ədəd çarpayı, həmin iki mərtəbəli çarpayılardan 1-ci cüt çarpayı ayrı, 2 və 3-cü, 4 və 5-ci cüt çarpayılar bitişik olmaqla birbirindən 5N sm ara məsafəsi ilə yerləşdirilmişdir. Otağın giriş-çıxış qapısına nisbətdə sağ tərəfində bir ədəd stol, stolun üzərində 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək, 1 ədəd qanabənzər ləkələrlə çirklənmiş vəziyyətdə olan sarı rəngli mələfə hissəsi, 4 ədəd mələfə və 6 ədəd üst-üstə yığılmış ədyal olmuşdur. Otağa daxil olduqda sol tərəfdə birinci çarpayının alt mərtəbəsində yerləşən matrasın üzərində qanabənzər ləkələrin olması müşahidə edimiş, həmin çarpayının üzərində isə qanabənzər ləkələrlə çirklənmiş vəziyyətdə olan 1 ədəd mələfə və 1 ədəd yorğan üzlüyü, otaqda olan 2 və 3-cü sırada yerləşən çarpayıların önündə döşəmənin üzərində qanabənzər ləkələrlə çirklənmiş 1 ədəd sarı rəngli qısaqol köynək və 1 ədəd sarı alt geyim tumanı olmuşdur. Həmin qısaqol köynək kəsilmiş vəziyyətdə və üzərində müxtəlif ölçülü zədələr olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin çarpayının kimə aid olması, həmçinin sonuncu dəfə kimin həmin çarpayıda yatması soruşulmuş, sonuncu həmin çarpayıda sonuncu dəfə Zərərçəkmiş şəxs yatdığını bildirərək çarpayının üzərində olan qanabənzər ləkələrin hadisə vaxtı, yəni məişət otağından götürmüş olduğu qayçı ilə Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra yarandığını bildirmişdir. Baxışda iştirak edən X1 və Təqsirləndirilən şəxs Rəfail oğlundan sözügedən qayçının harada olması soruşulduqda, Elvin Pirməmmədov hadisədən sonra qayçını Təqsirləndirilən şəxs alaraq özündə saxladığını bildirmiş, həmin qayçını gətirib təqdim etmişdir. Sözügedən qayçı parlaq qarışıq rəngli, bağlı vəziyyətdə və uc hissəsində qanabənzər ləkələr olmuşdur. Hadisənin baş verdiyi çarpayının önündə olan stulların üzərində tibbi ləvazimatlar olmuş, həmin stulun üzərində və çarpayının olduğu döşəmədə, həmçinin metal hissələrində qanabənzər ləkələr olmuşdur. İş materiallarında olan 25 iyul 2N24-cü il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd qayçı - yaşıl, bənövşəyi, göy və müxtəlif rəng çalarları olan metalik materialdan hazırlanmışdır, parlaqdır, müxtəlif növ materialları mexaniki olaraq kəsmək üçün birbirinə bərkidilmiş bir cüt tiyədən ibarətdir. Həmin tiyələr bir-birinə bir ədəd mil vasitəsi ilə çarpaz şəkildə bərkidilmişdir və milin ətrafında öz oxu boyunca hərəkət edirlər. Tiyələrin yuxarı hissəsində qövsvari dəstək hissələri vardır, onlardan birinə 1.5 sm ölçüdə məhdudlaşdırıcı hissə əlavə edilmişdir. Bıçaq hissələrdən birinin uzunluğu 14,5 sm, digərinin uzunluğu isə 16 sm-dir. Tiyələrin kəsici-deşici hissəsində qanabənzər ləkələr vardır. Bir ədəd alt köynək - sarımtıl rənglidir, pambığa oxşar materialdan hazırlanmışdır, qarşı tərəfdən tibbi müdaxilə məqsədi ilə qeyri-bərabər şəkildə kəsilmişdir, üzəri qanabənzər ləkələrlə çirklənmişdir, qısaqoldur, yaxalığı dairəvi formalıdır. Köynəyin uzunluğu 57 sm, çiyin nahiyəsində eni 44 sm, qolların uzunluğu 18 sm-dir. Kəsilmiş hissələrini birləşdirdikdə ön hissədə, ortada, 1.4 sm uzunluqlu bir ədəd, sol yan səthində üç ədəd N.7 sm, 1.2 sm, N.8 sm uzunluqlu üç ədəd, arxa səthinin sağ yarısında N.8 sm uzunluqlu zədələr vardır. Ön hissədə olan zədə köynəyin çiyin tikişindən 31 sm, sol yan tikişdən 24 sm, sol yan səthdə N.7 sm uzunluqlu olan zədə köynəyin çiyin tikişindən 28 sm, yan tərəf tikişdən 3.7 sm, 1.2 sm uzunluqlu olan zədə köynəyin çiyin tikişindən 3N sm, yan tərəf tikişdən 2.2 sm, N.8 sm uzunluqlu olan zədə köynəyin çiyin tikişindən 32 sm, yan tərəf tikişdən 1.5 sm, arxa səthin sağ yarısında olan N.8 sm uzunluqlu zədə çiyin tikişindən 15 sm, yan tərəf tikişdən 1.1 sm məsafədə yerləşmişdir. Bir ədəd alt tuman - sarımtıl rənglidir, pambığa oxşar materialdan hazırlanmışdır, üzəri qana bənzər ləkələrlə çirklənmişdir, uzunluğu 34 sm, bel nahiyəsinin eni 37 smdır, üzərində zədə yoxdur, sol tərəfində müxtəlif hərf və rəqəmlərlə yazılar həkk olunmuşdur. Bir ədəd mələfə - sarımtıl rənglidir, pambığa oxşar materialdan hazırlanmışdır, üzəri qana bənzər ləkələrlə çirklənmişdir, uzunluğu 26N sm, eni 14N smdir, üzərində zədə yoxdur, sol yuxarı tərəfində müxtəlif hərf və rəqəmlərlə yazılar həkk olunmuşdur. Bir ədəd mələfə hissəsi - sarımtıl rənglidir, pambığa oxşar materialdan hazırlanmışdır, üzəri qana bənzər ləkələrlə çirklənmişdir, uzunluğu 14N sm, eni 5N smdir, üzərində zədə yoxdur. Bir ədəd yorğan üzlüyü - sarımtıl rənglidir, pambığa oxşar materialdan hazırlanmışdır, üzəri qana bənzər ləkələrlə çirklənmişdir, uzunluğu 2NN sm, eni 16N smdir, üzərində 1,6 sm enində zədə vardır, sol yuxarı tərəfində müxtəlif hərf və rəqəmlərlə yazılar həkk olunmuşdur. Üzərində N.7 sm uzunluqlu olan zədə yuxarıdan 33 sm, aşağıdan 166.3 sm, sol yandan 114 sm, sağ yandan 46 sm məsafədə yerləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 29 iyul 2N24-cü il tarixli 1411 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - epiqastral nahiyənin, döş qəfəsinin sol yarısının, sağ saidin yuxarı 1/3-nin arxa-bayır səthinin, döş qəfəsinin sağ yarısının arxa səthinin və sol bazunun yuxarı 1/3-nin arxa səthinin daxilə nüfuz etməyən kəsilmiş yaraları xəsarətləri dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 daxil olmuş 27 iyul 2N24-cü il tarixli 42/MTB saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş sənədə görə Zərərçəkmiş şəxs qan qrupu A (İİ)- dir. Təqdim edilmiş bir ədəd qayçı, bir ədəd alt köynəyi, bir ədəd alt tumanı, bir ədəd yorğan üzü, bir ədəd mələfə, bir ədəd mələfə hissəsi, hadisə yerindən götürülmüş qaşıntı və pambıq topası üzərində insan qanı aşkar olundu. Həmin qanın qrup mənsubiyyəti tədqiq edildikdə yalnız «A» antigeni alındı. Beləliklə, qeyd edilən qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən bu qrupdan olan Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 daxil olmuş 27 iyul 2N24-cü il tarixli 29/ktb saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyinin ön səthində-ortada bir ədəd, sol yan səthində bir ədəd və arxa səthinin sağ yarısında bir ədəd deşilmiş-kəsilmiş zədələr, yorğan üzünün üzərində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici ailətin (alətlərin) təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus alt köynəyinin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş qayçının tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus alt köynəyinin üzərində olan zədələrlə, onun bədəninin epiqastral, doş qəfəsinin sol yarısının və döş qəfəsinin sağ yarısının arxa səthində olan xəsarətlər yerləşməsinə görə üst-üstə düşürlər. Təqdim edilmiş alt köynəyinin quruluşuna görə, Zərərçəkmiş şəxs sağ saidin yuxarı 1/3-nin arxa-bayır səthində və sol bazunun yuxarı 1/3-nin arxa səthində olan yaralar alt köynəyi üzərində əks olunmamışdır. Zərərçəkmiş şəxs məxsus tumanın, təqdim edilmiş mələfənin və mələfə hissəsinin üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş N1 avqust 2N24-cü il tarixli 7461 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rəfail oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 25 sentyabr 2N25-ci il tarixli qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Rəfail oğlunun barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları verilən ittihamın hüdudlarında araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rəfail oğlunun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Rəfail oğlunun törətdiyi cinayət əməli CM-nin 332.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Rəfail oğlunun zərər çəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Rəfail oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 5N.4-cü maddəsi) Təqsirləndirilən şəxs Rəfail oğluna bu cəzanın təyin olunmasını mümkün saymır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs Rəfail oğlunun törətdiyi cinayətin xarakterini, törədilmə üsulunu və şəraitini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təyin ediləcək cəzanın hərbi qulluqçuların, xüsusən də Təqsirləndirilən şəxs Rəfail oğlunun xidmət etdiyi və hadisənin baş verdiyi hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinə, hərbi hissədə nizam-intizamın səviyyəsinə, digər hərbi qulluqçular tərəfindən Silahlı Qüvvələrin Nizamnamələrinin və Qanunların tələblərinə əməl etmələrinə təsirini də nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Yalnız bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Rəfail oğlunun cəza çəkməsinin başlanğıcı N8 yanvar 2N25-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Rəfail oğluna dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Rəfail oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 4N (qırx) iş saatına görə 24N (ikiyüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 28 saylı vəkil Bürosunun vasitəsilə ödənilməlidir. Müdafiəçi hesabatında 6N iş saatı sərf etdiyini göstərsə də, məhkəmə işin həcmini, məhkəmə iclaslarının və aparılan istintaq hərəkətlərinin vaxtını nəzərə alaraq hesab edir ki, 4N iş saatı sərf edilməsi daha ağlabatan və uyğundur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” N1 fevral 2NN1-ci il tarixli qərarına və həmin qərara N3 may 2N18-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24N manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Rəfail oğlu Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib N9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Rəfail oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N8 yanvar 2N25-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Rəfail oğlunun barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Rəfail oğlunun məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs Rəfail oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 4N (qırx) iş saatına görə 24N (ikiyüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Rəfail oğluna isə hökmün surəti təqdim edildiyi andan 2N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-24/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-24/2025
08.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver