Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-25/2023 18.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Bayramov Orxan Nİzami oğlunun və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 5 may 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Tərtər rayonu N saylı hərbi hissədə daimi qedyiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 6 iyun 2022-ci il tarixdə saat 08:00-dan 21 iyun 2022-ci il tarixdə saat 09:10-dək xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N iyun 2022-ci il tarixdə saat 08:00-dan 15 sentyabr 2022-ci il tarixdə saat 19:45-dək xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, bir aydan artıq lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 30 sentyabr 2022-ci il tarixdə saat 08:00-dan N noyabr 2022-ci il tarixdə saat 10:30-dək xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, bir aydan artıq lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N iyun 2021-ci il tarixdən N noyabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 06 iyun 2022-ci il tarixdə saat 08:00dan 21 iyun 2022-ci il tarixdə saat 09:10-dək, N iyun 2022-ci il tarixdə saat 08:00-dan 15 sentyabr 2022-ci il tarixdə saat 19:45-dək, habelə 30 sentyabr 2022-ci il tarixdə saat 08:00-dan N noyabr 2022-ci il tarixdə saat 10:30-dək hərbi hissəni özbaşına tərk etmişdir. O, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə ünvan 2 ünvanında yerləşən evində olmuş, onun hərbi hissəni özbaşına tərk etməsinə səbəb şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamış, törətdiyi əməllərin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuşdur. O, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçular, tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, hərbi hissədə olan digər hərbi qulluqçularla onun arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamış, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamışdır. Təqsirləndirilən şəxs göstərilən cinayətin törədilməsində təqsiri iş üzrə toplanmış istintaq materialları, özünün tam olaraq etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyi, digər istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Şahid1 ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşmişdir. Gizir Həsənov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 6 iyun 2022-ci il tarixdə saat 08:00-dan 21 iyun 2022-ci il tarixdə saat 09:10-dək, N iyun 2022-ci il tarixdə saat 08:00-dan 15 sentyabr 2022-ci il tarixdə saat 19:45-dək, habelə 30 sentyabr 2022-ci il tarixdə saat 08:00-dan N noyabr 2022-ci il tarixdə saat 10:30-dək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəyə geri qayıtdıqdan sonra sonuncunun hərbi hissəni özbaşına tərk etməsinin səbəbi barədə maraqlandıqda Təqsirləndirilən şəxs ona şəxsi və ailə problemləri olduğu üçün xidmət yerini özbaşına tərk etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin nizami hissəsinin rəisi, gizir Şahid2 Şahid1 dediklərini təsdiqləyərəq eyni məzmunlu ifadə vermişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2 fevral 2002-ci il tarixdə könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi hərbi xidmətə qəbul edilmiş və hazırda N nömrəli hərbi hissədə xidmətdədir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2021-ci il tarixli 179 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirinin 7 iyun 2021-ci il tarixli 0166 gm nömrəli əmrinə əsasən hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru vəzifəsinə təyin edilmiş və N iyun 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli, 290 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyul 2021-ci il tarixli 0196 nömrəli əmrinə əsasən, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və “Hərbi xidmət keçmə haqqında ” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli 03 gm nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin giziri, S.N.İmanlı N oktyabr 2021-ci il tarixdən tutduğu hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 3-cü mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşınının komandiri vəzifəsindən azad edilmiş, hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş taqımının 3-cü döyüş maşın komandiri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 6 iyun 2022-ci il tarixli 2702 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 159 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru, gizir Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə saat 08:00da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 21 iyun 2022-ci il tarixli 2848 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 176 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru, gizir Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 09:10da xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N iyun 2022-ci il tarixli 2855 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 177 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru, gizir Təqsirləndirilən şəxs N iyun 2022-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 16 sentyabr 2022-ci il tarixli 4085 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 265 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru, gizir Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə saat 19:45-də xidmət yerinə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış, 30 sentyabr 2022-ci il tarixli 4248 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 279 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru, gizir Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış, N noyabr 2022-ci il tarixli 4849 nömrəli raportdan və N nömrəli hərbi hissənin komandirinin həmin tarixli 327 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru, gizir Təqsirləndirilən şəxs N noyabr 2022-ci il tarixdə saat 10:30da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Həsənov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmişdir, N noyabr 2022-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 122 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 3-cü radiokəşfiyyat və radiomaneə taborunun operatoru gizir Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 25 oktyabr 2022-ci il tarixli 0163 gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 16 sentyabr 2022-ci il tarixli N273 nömrəli arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində göstərilən əməli təkrar törətməsi həmin məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Eyni zamanda, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğuna görə barəsində hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının tətbiq edilməsi qanunun tələblərinə əsasən mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinəəsasən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi cinayətlərə görə tutan nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs islah olunması üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həm qanunun tələblərinə uyğun, həm də məqsədəmüvafiq hesab edir. Eyni zamanda onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etməsini, şəxsiyyətini, törətdiyi cinayətin təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar S.N.İmanlının barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm mümkün, həm də məqsədə müvafiq edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hər iki maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tədbiq edilməklə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 333.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və onun üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşadığı yer üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-25/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-25/2023
18.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver