Məhkəmə qərarları › İş №1-1(093)-25/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-25/2025

04.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-25/2025 04.02.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror metodisti baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin – Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, metal avadanlıqların səyyar alqı-satqısı ilə məşğul olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs metal avadanlıqların səyyar alqı-satqısı ilə məşğul olduğu dövrdə 2023-cü ilin sentyabr ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin baş qərargahının X1 ötürücü radio mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər Şahid1, kiçik çavuş Şahid3, əsgər Şahid4, əsgər Şahid2 və əsgər Şahid5 ilə cinayət əlaqəsinə girib Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən həmin hərbi hissənin ötürücü radio mərkəzinin N saylı obyektində quraşdırılmış metal tərkibli avadanlıqları kəsib gizli olaraq talamaq barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs yaratmışlar. Bundan sonra onlar həmin məqsədlə 2023-cü ilin sentyabr ayından 22 dekabr 2023-cü il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda həmin hərbi qulluqçulardan 2 şəxs patrul nəfəri xidmətində olan zaman N nömrəli hərbi hissəyə məxsus olmaqla N saylı obyektin mühafizə olunan açıq ərazisində yerləşən 4 dəst dəmir dirəkləri və havalandırma quyularının 4 ədəd dəmir qapaqlarını, həmçinin, həmin obyektə qanunsuz daxil olub içərisində yerləşən 9 ədəd “kondensioner KTM- 1.8-0.1 UXL”, 3 ədəd “baktersinaya ustanovka OV-1P”, 1 ədəd “el.zadvişka AO1U2 s.el.dviq.0,55”, 3 ədəd “Tal 1.3 T”, 1 ədəd əltalı, 8 ədəd balon, 81 metr “RD-200” kabeli, 1 ədəd “aparat yomkosnıy”, 1 ədəd “su qaldırıcı qurğu BU-33-1”, 2 ədəd “evos 10/100”, 4 ədəd “sıxılmış hava üçün balon”, 2 ədəd “el.zadvişka EPV-10Q92-0.55 kvt”, 2 ədəd “səsboğucu QO-500”, 2 ədəd “yağvurma nasosu BQ-11-11”, 4 ədəd “yağvurma nasosu Ş5-25-364B1”, 1 ədəd “kompressor EK75-3”, 2 ədəd “vintilyator BS-70 0.55 kvt”, 2 ədəd “vintilyator BS-14-46- 801A 30 kvt”, 1 ədəd “vintilyator 30TS111A 4.5 kvt”, 2 ədəd “vintilyator BS-4 el.dviq. 0.55 kvt”, 2 ədəd “vintilyator 20TS17A 0.55 kvt”, 2 ədəd “vintilyator 20TS11A 0.55 kvt”, 2 ədəd “vintilyator 6TS 34A 1.1 kvt”, 2 ədəd “vintilyator BS-4-76-8 1.5 kvt”, 2 ədəd “vintilyator BS56TS34A 1.1 kvt”, 1 ədəd “kompressor SO-7B”, 2 ədəd “kondisioner KTN-1.6-0.1 UXL”, 1 ədəd “kondisioner KTST-20”, 3 ədəd “düzənləyici qurğu VUS 3660”, 1 ədəd “düzənləyici qurğu VUS 3207”, 1 ədəd “düzənləyici qurğu VUS 3206”, 1 ədəd “düzənləyici qurğu V2B- 3”, 3 ədəd “Dayaq SDES-27/600”, 3 ədəd “transformator APT-5-50”, 1 ədəd "lövhə ŞBS220/200”, 1 ədəd “müqavimət maqazini R-4831”, 1 ədəd “QSB difnometr DSP4 SQ”, 2 ədəd “daçnik rele davleniya RD-1k1-02-1-1”, 1 ədəd “daçnik DPRB-1-V”, 1 ədəd “cihaz M1730 TDK”, 1 ədəd “kleşi S/90”, 5 ədəd “yüksək gərginlik göstəricisi UVNU”, 1 ədəd “voltmetr E37S”, 1 ədəd “payalnik torçovoy”, 1 ədəd “reduktor kisloroda DKP-1-65”, 1 ədəd “reduktor DKP-500”, 2 ədəd “peno generator QSP-600”, 1 ədəd “köpük qarışdıran PS-1”, 1 ədəd “rezak R-2A-01”, 1 ədəd “avtomat vkluçator A-3716 1600”, 1 ədəd “vkluçator masla MQ-133”, 9 ədəd “remen klinovoy V-2800”, 1 ədəd “varonka 6 kvt”, 6 ədəd dayaq, 28 ədəd “birləşdirici qutu”, 3 ədəd “avtomat ABN-10S 1000A”, 50 ədəd “Qermoklapan”, 130 ədəd “akkumulyator SNU-10”, 3 ədəd “soyuducu maşın 1XM-FUU80”, 1 ədəd “soyuducu şkaf ŞX-08”, 3 ədəd “Nasos K45/30 s el.dviq. 7,5 kvt”, 7 ədəd “Nasos K45/35 s el.dviq. 7,5 kvt”, 3 ədəd “Nasos K90/85 s el.dviq. 4,5 kvt”, 2 ədəd “Nasos K-45/55 s el.dviq. 1,5 kvt”, 4 ədəd “Nasos K8/18 s el.dviq. 1,5 kvt”, 2 ədəd “Nasos SN-216 s el.dviq. 13kvt", 48 ədəd “Sıxılmış hava üçün balon 200 İt”, 4 ədəd “Difmonometr DM-F1-63-5”, 2 ədəd “Rele temperatur. PTDE-24D”, 2 ədəd “Kompressor AKR-21”, 1 ədəd “PDM-4 transformator”, 2 ədəd “Peno generator QSP-600”, 2 ədəd “Maqometr M4100/5”, 1 ədəd “Maqometr MKR 60x60”, 5 ədəd “Voltimetr E365 500V”, 56 ədəd “JBİC”, 20 ədəd “YOE”, 1 ədəd “ŞOE” və 2 ədəd “SUAS-3” adlı elektrik şitləri, 15 ədəd yanğınsöndürən və 1 ədəd “salfey-30-2SR anten kommutatoru” söküb və ya dəmir kəsən mişarla kəsib Şahid2, В.C.Axundov və Şahid1 məxsus şəxsi minik avtomobilləri və onun idarə etdiyi **-MS-*** qeydiyyat nişanlı Qazel tipli “Mercedes 408D” markalı avtomobillə ərazidən çıxarmışlar. N nömrəli hərbi hissəyə məxsus olan oğurlanan avadanlıqların bir hissəsini Şahid2 2000 manat pul müqabilində metronun “20 yanvar” stansiyasının yaxınlığında yerləşən metal qəbuletmə məntəqəsinə, Şahid1 isə oğurlanan digər avadanlıqları 2500 manat pul müqabilində ona satmış, o da oğurladığı həmin əmlakları metal əritmə zavoduna sataraq qazanc əldə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını, yəni N nömrəli hərbi hissəyə məxsus N manat dəyərində olan əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o 2023-cü ilin yanvar ayından Xırdalan şəhərində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən metal qəbul edilən yerdə işləyir. O, Şahid1 2023-cü ilin sentyabr ayında tanımışdır. Belə ki, Şahid1 onun işlədiyi metal qəbulu yerinə yaxınlaşaraq hərbi hissənin ərazisində müxtəlif tərkibli iri həcmli metal avadanlıqlar olduğunu bilfitmiş, ondan həmin avadanlıqların hərbi hissənin ərazisindən çıxarılması üçün kömək etməyi xahiş etmişdir. O da həmin metalların ona satılması müqabilində Şahid1la razılaşmışdır. Bundan sonra, Şahid1 ona Şüvəlan qəsəbəsində yerləşən N saylı obyektə ancaq axşam gedə biləcəklərini, həmin metal avadanlıqlan oradan talamaları ilə bağlı hərbi hissə komandanlığının məlumatının olmadığını bildirmişdir. O 2023-cü ilin sentyabr ayından başlayaraq müxtəlif vaxtlarda Şahid1la birlikdə idarə etdiyi Qazel tipli “Mercedes” markalı, **-MS-*** qeydiyyat nişanlı avtomobillə Şüvəlan qəsəbəsində yerləşən N saylı obyektə getmişdir. Onlar həmin obyektin çöl tərəfində ərazidə olan dəmir dirəkləri və havalandırma borularının qapaqlarını dəmir kəsən mişarla kəsib “Mercedes” markalı avtomobilə yığaraq əmlakları ərazidən çıxarıb oğurlamışlar. Həmçinin sonradan o, tanıdığı Şahid1, Şahid4, Şahid3, Şahid2 və Şahid5 ilə birlikdə obyektin içərisinə daxil olub orada tərkibində iri həcmli metallar olan köhnə avadanlıqları kəsərək çölə çıxarıb idarə etdiyi avtomobillə hərbi hissənin ərazisindən çıxarmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərindən fakt aşkar olunan tarixədək, yəni xx.xx.2023-cü il tarixədək mütamadi olaraq yuxarıda adları qeyd olunan şəxslər N saylı obyektdə növbədə olan zaman obyektdə yerləşən, tərkibində mis, dəmir və digər metallar olan avadanlıqlar yuxarıda qeyd edilən şəxslər və onun tərəfindən kəsici mişarla kəsilərək sökülmüş və oğurlanmışdır. Belə ki, o, Şahid1la birlikdə həmin obyektin içərisinə daxil olub obyektdə yerləşən, adlarını bilmədiyi avadanlıqların kəsici elektrikli mişarla kəsilib avtomobilinə yığılmasında iştirak etmişdir. O, oğurladığı əmlakları idarə etdiyi avtomobildə Xırdalan şəhərində yerləşən metal qəbulu yerinə aparmışdır. Belə ki, o, oğurladığı əmlakların metal, yəni dəmir, mis, alüminium hissələrini ümumilikdə 2500 manat pul müqabilində Şahid1 almışdır. O, təxminən 4-5 dəfə Şahid1la hava qaraldıqdan sonra həmin obyektə gedib oğurluq etmişdir. O Şahid1la həmin obyektə gedən zaman obyektdə hərbi qulluqçular Şahid4, Şahid3, Şahid2 və Şahid5 2 nəfər patrul nəfəri növbəsində olmuş və avadanlıqların kəsilərək avtomobilə yığılmasında onlara köməklik etmişlər. O, oğurladığı metalları xatırlamadığı metal əritmə zavodlarına satıb qazanc əldə etmişdir. Lakin o həmin metalların satılmasında hansı məbləğdə qazanc əldə etdiyini xatırlamır. Hazırda zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmişdir, hərbi hissəyə dəyən ziyan ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, o 2021-ci ilin sentyabr ayından N nömrəli hərbi hissədə xidmət edir. O 2022-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək N nömrəli hərbi hissənin Baş Qərargahın Mərkəzinin rabitə qovşağının qərargah rəisi, qovşaq rəisinin müavini vəzifəsində xidmət etmişdir. O 2023-cü ilin noyabr ayından N nömrəli hərbi hissənin Baş Qərargahının X1 qərargah rəisi vəzifəsində, mayor rütbəsində xidmət edir. O 2022-ci ilin noyabr ayında rabitə qovşağının ötürücü radio mərkəzinin Şüvəlan qəsəbəsində yerləşən N saylı obyektində olan əmlakı mayor Nurlan Əliyevdən təhvil-təslim almışdır. Həmin vaxt onun tərəfindən əmlaklarda çatımazlıq və uyğunsuzluq aşkar edilmiş və bu barədə aktda müvafiq qeydlər apanlmaqla onun tərəfindən raportla müraciət olunmuşdur. Bundan sonra o xx.xx.2023-cü il tarixdə qoşağa yeni təyin olunmuş leytenant Şahid6la Şüvəlan qəsəbəsində yerləşən ötürücü radio mərkəzinin, o cümlədən N saylı obyektin əmlaklarının təhvil-təslimini aparmışdır. Həmin vaxt o, leytenant Şahid6 komissiya üzvləri ilə N saylı obyektdə olan əmlaklara baxış keçirməsini tapşırmışdır. Şahid6 onunla telefon əlaqəsi saxlayıb qeyd olunan əmlakların sovet dövründən qaldığını deyib həmin əmlakları tanımadığını bildirmiş, o da Şahid6 bu sahədə mütəxəssis olan İmran Ələkbərovla getməyi məsləhət görmüşdür. Bundan sonra, onun bildiyinə görə, A.X2 xəstə olduğuna görə həmin obyektə gizir Adil Həsənovla birlikdə getmişdir. Bundan bir neçə gün sonra o, Şahid6la əlaqə saxladıqda Şahid6 ona 851 nömrəli obyektdə hər şeyin cədvələ uyğun qaydasında olduğunu bildirmişdir. O, təhvil-təslim zamanı özü əyani olaraq iştirak etməmişdir. Şahid6 komissiya üzvləri ilə baxış keçirmişdir. Bundan sonra Qovşaq rəisi, polkovnik-leytenant Ədalət Kərimova məruzə edilərək akt tərtib olunmuş, həmin akt onun tərəfindən və komissiya üzvləri tərəfindən imzalanmışdır. Daha sonra o, qovşaq rəisi vəzifəsinə təyin olunmuşdur. Bundan sonra Mərkəzi rabitə qovşağı onun tabeliyində xidmət göstərmişdir. xx.xx.2023-cü il tarixdə o, qovşaq növbətçisi, mayor Şahid8la birlikdə leytenant Şahid6 iştirakı ilə 851 nömrəli obyektdə yerləşən əşya-əmlaka baxış keçirmişlər və çatışmazlıq aşkar etmişlər. Belə ki, yoxlama zamanı obyektin içərisində olan elektrik şitləri, “Dayaq su” adlı idaretmə pultunun platası, “Difmonometr DM-F1-63-5” adlı 4 ədəd havalandırmanın təzyiqini ölçən aparat, “Rele temp. PTDE-24D” adlı 2 ədəd suyun temperaturunu ölçən, müqaviməti ölçmək üçün aparat, balona qaz vurmaq üçün 2 ədəd “Kompressor AKR-21” və 1 ədəd “Kompressor SO-7B”, “Evos 10/100” adlı 2 ədəd havalandırma avadanlığı, 4 ədəd sıxılmış hava üçün balon, 50 ədəd hava axınını nizamlamaq üçün “Qermoklapan” adlı avadanlıq, 130 ədəd “akkumulyator SNU-10” adlı akkumulyator, PDM-4 üçün transformator, 3 ədəd “1XM-FUU80" soyuducu maşın, 1 ədəd “ŞX-08” markalı soyuducu şkaf, soyuducunun suyunu soyutmaq üçün 3 ədəd “Nasos K45/30 s el.dviq. 7,5 kvt”, 7 ədəd “Nasos K45/35 s el.dviq. 7,5 kvt”, 3 ədəd “Nasos K90/85 s el.dviq. 4,5 kvt”, 2 ədəd “Nasos K8/18 s el.dviq. 1,5 kvt”, 2 ədəd “Nasos K-45/55 s el.dviq. 1,5 kvt”, 4 ədəd “Nasos K8/18 s el.dviq. 1,5 kvt”, 2 ədəd “Nasos SN-216 s el.dviq. 13kvt”, 48 ədəd “Sıxılmış hava üçün balon 200 İt”, 16 ədəd ventilyator, 2 ədəd ölçü cihazı “Maqometr M4100/5” və “ “Maqometr MKR 60x60”, 5 ədəd “Voltimetr E365 500V” ölçü cihazı, “Kleşi S-90” ölçü cihazı, 15 ədəd yanğınsöndürən, “salfey-30-2SR” markalı anten komutatoru və “RD-200” markalı kabelin və digər əşyaların olmadığını müəyyən etmişlər. Həmçinin çöl ərazidən 4 metr hündürlükdə 4 dəst dəmir dayaq, havalandırma quyularının qapaqlarının kəsilərək götürüldüyünü müəyyən etmişlər. Yoxlama zamanı bütün möhürlər saz vəziyyətdə olmuş, lakin həmin obyekt bağlı olmamışdır. Həmin obyektin giriş qapısı qıfıllı olmur, yalnız ötürücü radio mərkəz rəisinin möhürü ilə möhürlənir. Bundan sonra qeyd edilən əmlakların oğurlanması şübhəsi yarandığına görə o bu barədə Şahid6 sual vermiş, lakin Şahid6 əmlakların çatışmazlığından məlumatlı olmadığını bildirmişdir. Bundan sonra o bu barədə raportla hərbi hissə komandanlığına məruzə etmişdir. Daha sonra araşdırma təyin olunmuşdur. Söhbət zamanı Şahid3 etiraf edərək digər hərbi qulluqçu Şahid4la N saylı obyektdə patrul nəfəri xidmətində olan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 və Şahid1 sonunculara yaxınlaşaraq obyektdə olan əmlakların hərbi hissənin balansından silindiyini deyib həmin əmlakları metal qəbulu yerlərinə sataraq qazanc əldə edəcəklərini bildirmişdir. Bundan sonra həmin şəxslər razılaşıb digər hərbi qulluqçular Şahid1 və Şahid5la birlikdə obyektdə olan əmlakların oğurlanmasını həyata keçirmişlər. Bundan əlavə, söhbət zamanı Şahid4 Şahid1 Zaur adlı şəxslə birlikdə Qazel markalı avtomobillə gəldiyini və həmin şəxsin Abşeron rayonunun Xırdalan şəhərində metal qəbulu mərkəzində işlədiyini bildirmişdir. Hərbi hissənin Baş Qərargahının X1 ötürücü radio mərkəzinin Şüvəlan qəsəbəsində yerləşən N saylı obyekti N nömrəli hərbi hissə tərəfindən 2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Təhvil verilən zaman 8 adda rabitə avadanlığından başqa, digər avadanlıqlar uçotda olmamışdır. Köhnə aktlara əsasən həmin əmlaklar 1954-cü ildə quraşdırılmışdır. Həmin əmlakların istismar müddəti bitdiyinə görə həmin əmlaklar köhnəlmiş və istifadəyə yararsızdır. Həmin avadanlıqların istismar müddəti 20-25 il olmuşdur. Həmin avadanlıqların heç bir istismar sənədi və formulyarları yoxdur. Avadanlıqların iş qabiliyyətinin və daxillərində olan detalların yoxlanılması mümkün deyil. Obyektin ərazisinə gələn yeraltı elektrik xəttləri nasaz olmaqla kəsilmiş vəziyyətdədir. 851 nömrəli obyektin mühafizə olunması üçün daimi olaraq 2 nəfər patrul təyin olunmuşdur. Sutkalıq naryadlar qovşaq rəisinin raportu əsasında hərbi hissə komandirinin əmri ilə təyin olunur. Həmçinin, həmin dövrdə o qovşağın qərargah rəisi olduğuna görə patrul nəfərlərinin növbəyə təyin olunması üçün raport onun tərəfindən yazılmışdır. Patrul nəfərləri növbəyə təyin olunan zaman həmin möhürün yerində olması və pozulmaması mərkəz üzrə cavabdeh tərəfindən yoxlanılaraq məruzə olunmuşdur. N saylı obyektdə olan əmlaklar Müdafiə Nazirliyinin hər hansı xidməti tərəfindən uçota götürülmədiyinə görə N nömrəli hərbi hissənin uçotuna qoyulması mümkün olmamışdır. Hərbi hissələrin uçotunda olan əmlaklar ikili balansda olmaqla həmçinin MN-nin tərkibində olan xidmətlərin birinin balansında olur. Bununla bağlı MN-nin N nömrəli hərbi hissəsinə, MN Mənzil İstismar İdarəsinə, Bakı Qarnizonu Mənzil İstismar hissəsinə, MN X3 Baş İdarəsinə həmin əmlakların uçota salınması və yararlığının müəyyən edilməsi ilə bağlı sorğular göndərilsə də, hər hansı nəticə əldə olunmamışdır. Həmin əmlaklar hərbi hissəyə aktla təhvil verildiyinə görə həmin əmlakların balansa salınaraq istismara yararsız olunanların silinməklə müvafiq olaraq MN-nin N nömrəli hərbi hissəsinə təhvil veriləcəyi, həmin əmlakların metal hissələrindən əldə olunan gəlirin isə MN-nin büdcəsinə köçürüləcəyi barədə Mənzil İstismar İdarəsindən və N nömrəli hərbi hissədən onlara məlumat verilmişdir. Buna görə də həmin əmlakların gələcək təyinatı ilə bağlı qərar verilənədək əmlaklar hərbi hissə tərəfindən qorunmuş, obyektin ərazisi və obyektin içərisində olan əmlaklar hərbi hissə tərəfindən təyin olunmuş patrul nəfərləri vasitəsilə mühafizə olunmuşdur. Həmin əmlaklar hərbi hissənin mülkiyyətidir. Hərbi hissənin N saylı obyektindən oğurlanan əmlakların istismar müddətləri bitdiyinə görə onların yalnız metal hissələrinin dəyəri olmuşdur. Həmin əmlakların oğurlanması nəticəsində hərbi hissəyə maddi ziyan dəymişdir. Lakin ziyanın məbləğinin nə qədər olması barədə onun məlumatı yoxdur. N saylı obyektdə olan istismar avadanlıqlarından oğurlanan əmlakın siyahısında qeyd olunan əmlakların nümunələri hərbi hissədə, o cümlədən N saylı obyektdə yoxdur. Buna görə də onlar oğurlanan əmlakın nümunələrini təqdim edə bilmirlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, N nömrəli hərbi hissənin Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışıq əldə edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi, N nömrəli hərbi hissə komandirinin imzaladığı 04 fevral 2025-ci il tarixli ərizədən görünür ki, hərbi hissəyə vurduğu ziyanı tam ödədiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, o 2022-ci ilin may ayından N nömrəli hərbi hissənin X1 ötürücü radio mərkəzinin 2-ci manqa komandiri vəzifəsində, əsgər rütbəsində xidmət edir. O, xidmət etdiyi zaman bütün növ təminatlarla təmin olunmuşdur. O, hərbi qulluqçular olan əsgər Şahid4, əsgər Şahid3, əsgər Şahid2 Yusif oğlunu və əsgər Şahid5 xidmət dövründə tanımışdır. Onun həmin şəxslərə qarşı münasibəti xidməti olmuşdur. O, xidmət etdiyi müddətdə mütamadi olaraq hərbi hissənin rabitə qovşağının ötürücü radio mərkəzinin Şüvəlan qəsəbəsində yerləşən N saylı obyektin ərazisinin və obyektin içərisində olan avadanlıqların mühafizə olunması üçün naryada təyin olunmaqla xidməti təşkil etmişdir. Onlar 2023-cü ilin sentyabr ayının əvvəllərində Şahid2 və Şahid5 ilə birlikdə Şüvəlan qəsəbəsindəki N saylı obyektdə yerləşən avadanlıqların istismara yararsız olması barədə məlumatlı olduqlarına görə həmin avadanlıqları oğurlayıb sataraq qazanc əldə etmək barədə razılığa gəlmişlər. Onlar həmçinin həmin obyektdə patrul nəfərləri təyin olunan Şahid3 və Şahid4 da bu işə cəlb etməyi qərarlaşdırmışlar. Bu məqsədlə o, Şahid2 ilə həmin obyektə gəlib obyektdə patrul xidmətini təşkil edən Şahid4 və Şahid3 yaxınlaşaraq ərazidə və obyektin içərisində olan əmlakların istismara yararsız olduğunu, silinmək üçün verildiyini demişlər. Onlar həmin şəxslərə əmlakları oğurlayıb sata biləcəklərini, qazandıqları pulu aralarında bölüşdürə biləcəklərini bildirmişlər, Şahid4 və Şahid3 da onlarla razılaşmışlar. Həmin vaxtdan etibarən Şahid2, Şahid4, Şahid5, Şahid3 və o obyektin içərisində olan rabitə avadanlıqlarını elektrik kəsici mişarla kəsib və ya söküb onun özünə, Şahid5 və Şahid2 məxsus avtomobilləri ilə ərazidən çıxarmışlar. O və onun adlarını qeyd etdiyi şəxslərdən 2 nəfər patrul xidmətində olan zaman digər şəxslər əraziyə gəlib obyektin içərisinə daxil olmaqla obyektdə yerləşən avadanlıqları dəmir kəsən mişarla kəsib və ya söküb ərazidən çıxarmışlar. O, tanışı olan, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən metal qəbul etmə yerində işləyən Təqsirləndirilən şəxs onlarən xidmətə təyin olunduqları ərazidə hərbi hissəyə aid istismara yararsız metal əmlaklar, o cümlədən dəmir dirəklər olması, həmin əmlakları kəsib metal qəbul etmə yerinə vermək istəməsini bildirmiş. Təqsirləndirilən şəxs həmin əmlakların kəsilməsində və hərbi hissənin ərazisindən çıxarılmasında köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs həmin avadanlıqların ona münasib qiymətə satılması müqabilində onunla razılaşmışdır. Bundan sonra, o və Təqsirləndirilən şəxs bir neçə dəfə Təqsirləndirilən şəxs məxsus “Qazel” markalı, **-MS-*** qeydiyyat nişanlı avtomobillə N saylı obyektə getmişlər. Onlar həmin obyektin çöl tərəfindəki ərazidə olan dəmir dirəkləri və havalandırma borularının qapaqlarını dəmir kəsən mişarla kəsib “Qazel” markalı avtomobilə yığaraq əmlakları ərazidən çıxarıb oğurlamışlar. Onlar obyektin içərisindən oğurladıqları iri həcmli metalları da Təqsirləndirilən şəxs idarə etdiyi “Qazel” markalı avtomobillə hərbi hissənin ərazisindən çıxarmışlar. Həmin əmlakların kəsilərək və sökülərək oğurlanmasında Təqsirləndirilən şəxs də onlara köməklik göstərmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərindən fakt aşkar olunan tarixədək, yəni xx.xx.2023-cü il tarixədək mütamadi olaraq onun adlarını qeyd etdiyi şəxslər həmin obyektdə növbədə olan zaman obyektdə yerləşən, tərkibində mis, dəmir və digər metallar olan avadanlıqlar adlarını qeyd etdiyi şəxslər tərəfindən kəsici mişarla kəsilərək sökülmüş və oğurlanmışdır. Onlar oğurladıqları əmlakları onun şəxsi avtomobilində və Təqsirləndirilən şəxs məxsus “Qazel” markalı avtomobildə Xırdalan şəhərində yerləşən metal qəbulu yerinə aparmışlar. O onların oğurladıqları əmlakların metal, yəni dəmir, mis, alüminium və s. hissələrini cəmi 2500 manat pul müqabilində Təqsirləndirilən şəxs satmışdır. O, satılan əmlakların müqabilində təxminən 500-600 manat məbləğində qazanc əldə etmişdir. Bundan başqa, onlar tərəfindən oğurlanan digər əmlaklar Şahid2 tərəfindən metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə satılmışdır. Əldə olunan təxminən 2000 manat pul onların arasında bölünmüşdür. Lakin o həmin puldan öz payına düşən məbləği xatırlamır. Obyektin giriş qapısının qıfılı olmamışdır, yalnız həmin qapı yalnız plastinlə möhürlənmişdir. Onlar möhürə yapışdırılmış ipi möhür pozulmadan iynə vasitəsilə çıxararaq obyektə daxil olub oğurluq etmişlər. 851 nömrəli obyektin mühafizə olunması üçün daimi olaraq 2 nəfər patrul təyin olunmuşdur. Patrul nəfərləri qovşağın qərargah rəisi tərəfindən növbəyə yazılmışlar. O, oğurladıqları əmlakların adlarını tam xatırlamır. Oğurlanan əmlakların içərisində çox saylı qermoklapanlar, çox saylı akkumulyatorlar, soyuducu maşınlar, soyuducu şkaf, çox saylı nasoslar, sıxılmış hava üçün balonlar, ventilyatorlar və obyektdə olan adlarını bilmədiyi digər avadanlıqlar onlar tərəfindən kəsilərək və sökülərək oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin X1 ötürücü radio mərkəzinin ötürücü radio qurğular bölməsinin 1-ci manqasında elektrik dizelçi vəzifəsində, əsgər rütbəsində xidmət etmiş Şahid2, N nömrəli hərbi hissənin X1 ötürücü radio mərkəzinin 2-ci manqa komandiri vəzifəsində, kiçik-çavuş rütbəsində xidmət etmiş Şahid3, N nömrəli hərbi hissənin X1 ötürücü radio mərkəzinin ötürücü radio qurğular bölməsinin mexaniki vəzifəsində, əsgər rütbəsində xidmət etmiş Şahid4, N nömrəli hərbi hissənin X1 ötrücü radio mərkəzinin ötürücü radio qurğular bölməsinin mexaniki vəzifəsində, əsgər rütbəsində xidmət etmiş Şahid5 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında Şahid6 bildirdi ki, 12 iyul 2023-cü il tarixdən N nömrəli hərbi hissənin Baş Qərargahının X1 ötürücü radio mərkəzinin rəisi vəzifəsində, leytenant rütbəsində xidmət edir. O xx.xx.2023-cü il tarixdə mayor Zərərçəkmiş şəxslə Şüvəlan qəsəbəsində yerləşən ötürücü radio mərkəzdə olan əşya-əmlakın təhvil-təslimini aparmışdır. Təhvil-təslim zamanı o gənc leytenant olduğuna görə və rabitə sahəsində yeni olduğuna görə N saylı obyektdə olan sovet dövründən qalan avadanlıqlar barədə onun məlumatı olmamışdır. O sənəd üzərində oxuduğu avadanlıqların adlarını əyani olaraq tanımamışdır. Belə ki, ötürücü radio mərkəzdə olan avadanlıqları baş gizir Roman Əhmədov sayaraq gizir A.Həsənovun iştirakı ilə ona vermişdir. Daha sonra o N saylı obyektdə olan avadanlıqları siyahı üzrə təhvil almağa gedən zaman siyahıda qeyd olunmuş avadanlıqlar barədə onun məlumatı olmadığına görə o Zərərçəkmiş şəxs telefonuna zəng edib həmin obyektdə olan əmlakları tanımaması səbəbindən təhvil-təslim zamanı ona köməklik göstərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs cavabında əvvəllər rabitə sahəsində işləmiş, həmin əmlaklar barədə məlumatı olan mülki işçi İmran Ələkbərovdan kömək istəməyi ona məsləhət görmüşdür. Belə ki, İ.Ələkbərov 2002-ci ildən 2013-cü ilədək ötürücü radio mərkəzinin rəisi vəzifəsində işləmişdir. Lakin İ.Ələkbərov səhhəti ilə bağlı xəstəxanada olduğuna görə onlara köməklik göstərə bilməmişdir. Bundan sonra o, gizir Adil Həsənovla birlikdə N saylı obyektə gedib orada olan avadanlıqlarla tanış olmağa çalışmışdır. Lakin o yenə də bir nəticə əldə edə bilmədiyinə görə Zərərçəkmiş şəxslə telefon əlaqəsi yaradıb avadanlıqları tanımadığını, yoxlamada ona kömək etməsini xahiş etmişdir. Lakin o, müxtəlif bəhanələr gətirərək həmin obyektə gəlib təhvil-təslim aparmaqdan imtina etmişdir. Təhvil-təslim gecikdiyinə görə qovşaq rəisi, polkovnikleytenant Ə.Kərimov ona təhvil-təslimi yekunlaşdırmağı tapşırmışdır. Bundan sonra yenidən Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi yaradıb N saylı obyektdə avadanlıqların cədvələ uyğun olaraq yerində olduğunu, hər hansı çatışmazlıq olmadığını bildirib aktı imzalamağı tapşırmışdır. O da inanaraq təhvil-təslim aktını imzalamışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə qovşaq növbətçisi, mayor Şahid8 və mayor Zərərçəkmiş şəxs onun iştirakı ilə 851 nömrəli obyektdə yerləşən əşya və əmlaka baxış keçirmişlər və çatışmazlıq aşkar edib oradan oğurluq edildiyini bildirmişlər. O, mütamadi olaraq həmin obyektə baxış keçirdiyini, obyektdə olan möhürlərdə hər hansı pozulma halı aşkar etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs N saylı obyektdən müxtəlif növ qurğular, o cümlədən mis, kabel, dəmir materiallar oğurlandığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs və Şahid8 MAHHXHQ əsgər Şahid3la fərdi söhbət aparmışlar, söhbət zamanı MAHHXHQ əsgər Şahid3 etiraf edib digər hərbi qulluqçular, Şahid2, Şahid5, Şahid1 və Şahid4la birlikdə N saylı obyektdə yerləşən əmlak və əşyaların metal hissələrini kəsib oğurlayaraq satdıqlarını və əldə etdikləri qazancı aralarında böldüklərini bildirmişlər. Bundan sonra araşdırma aparılması üçün raportla müraciət olunmuşdur. Həmin obyektin giriş qapısı qıfıllı olmur, həmin qapı yalnız möhürlənir. N saylı obyektdə olan əmlaklar N nömrəli hərbi hissə tərəfindən 2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissəyə təvil verilmişdir. Tərtib olunmuş aktlara əsasən həmin əmlaklar 1954-cü ildə quraşdırılmış, istismar müddəti bitdiyi üçün köhnəlmiş və istifadəyə yararsızdır. Həmin avadanlıqların istismar müddəti 20-25 il olmuşdur. Həmin avadanlıqların heç bir istismar sənədi və formulyarları yoxdur. Avadanlıqların iş qabiliyyətinin və daxillərində olan detalların yoxlanılması mümkün deyil. Obyektin ərazisinə gələn yeraltı elektrik xətləri nasaz olmaqla kəsilmiş vəziyyətdədir. 851 nömrəli obyektin mühafizə olunması üçün daimi olaraq 2 nəfər patrul təyin olunmuşdur. Məhkəmə iclasında Şahid7 bildirdi ki, 2021-ci ilin dekabr ayından metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən “Türkbay” adlı əlvan metal qəbulu mağazasında işləyir. O, mağazaya gətirilən əlvan metalların, o cümlədən mis, almünium, latun və digər metalların alışını həyata keçirir. Daha sonra onun tərəfindən alınan əlvan metallar zavodlara satılır. Mağazada ondan başqa işçi yoxdur. Əlvan metalların alışı zamanı onun tərəfindən həmin malları satan şəxslərdən vəsiqələr alınmır və həmin vəsiqələrin surəti onda saxlanılır. Bir çox halda onun metal aldığı şəxslərdən şəxsiyyət vəsiqələrinin surəti alınaraq həmin vəsiqələrin surəti çıxarılır. Həmin sənədlərdə onun nə qədər mal qəbul etdiyi və bunun müqabilində hansı məbləğdə pul verdiyi qeyd olunur. O, Şahid2 işlədiyi müddətdə 2023-cü ilin oktyabr ayında mağazaya əlvan material gətirən zaman tanımışdır. Belə ki, Şahid2 həmin vaxtdan etibarən mülki formada bir neçə dəfə onun işlədiyi mağazaya gələrək ona metal əşyalar satmışdır. O, Şahid2 ilk dəfə mağazaya gələn zaman həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb özündə saxlamışdır. Daha sonra Şahid2 mütəmadi olaraq mağazaya gəlib metal əşyalar satdığına görə və bunda heç bir problem yaranmadığına görə onun həmin şəxsə etibarı yaranmışdır. Əvvəllər Şahid2 vəsiqəsinin surətində verdiyi malları və bunun müqabilində ona ödədiyi pulu qeyd etsə də, daha sonra onların arasında etibar yarandığına görə o bu barədə qeydlər aparmamışdır. O, həmçinin, etdiyi qeydləri itirmişdir. Şahid2 ona satdığı metalların tərkibində dəmir, mis, alümunium olmuşdur. O, Şahid2 gətirdiyi əmlakların çəkisini müəyyən etdikdən sonra çəkiyə uyğun olaraq həmin əmlakı qiymətləndirib bunun müqabilində pul vermişdir. Şahid2 2023-cü ilin sentyabr ayından etibarən həftədə 1 və ya 2 dəfə mağazaya gələrək metal əşyaları ona satmışdır. O hər dəfə Şahid2 100-200 manat məbləğində pul verməklə həmin şəxsə satdığı metal əşyaların müqabilində təxminən 2000 manat məbləğində pul ödəmişdir. O, Şahid2 həmin metalları haradan gətirdiyini soruşsa da, Şahid2 ona metalları müxtəlif sahibsiz ərazilərdən əldə etdiyini bildirmişdir. Şahid2 satığı metal əmlakları hərbi hissənin ərazisindən oğurlaması barədə onun məlumatı olmamışdır. Sonradan mağazaya hərbi hissədən nümayəndələr gəlib məlumat verdikdən sonra onun hadisə barədə məlumatı olmuşdur. Şahid2 ona metal əşyalar satan zaman mülki geyim formasında olmuşdur. O həmin vaxt Şahid2 avtomobilində bir nəfər şəxsin olduğunu görmüşdür. Şahid2 “Chevrolet cruze” markalı avtomobili olmuşdur. Lakin o həmin avtomobilin qeydiyyat nömrəsini xatırlamır. Şahid2 hərbi qulluqçu olması və satdığı metal əşyaların hərbi hissəyə aid olması ilə bağlı onun hər hansı məlumatı olmamışdır. Şahid2 ona həmin əmlakları sahibsiz yerlərdən yığıb gətirdiyini bildirmişdir. Şahid2 ona adını və təyinatını bilmədiyi, yararsız və köhnəlmiş vəziyyətdə olan əmlakların metal hissələrini satmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 29 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon polis əməkdaşları tərəfindən tutulub istintaqa təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 30 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş N saylı obyektdə sutkalıq naryadın təyin edilməsi qrafikindən və təlimatlandırılması kitabından görünür ki, Şahid3, Şahid4, Şahid1, Şahid2 və Şahid5 xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək mütamadi olaraq həmin obyektin mühafizəsi üçün patrul xidmətinə təyin edilmişlər. İş materiallarına əlavə edilmiş.11.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ötürücü radio mərkəzin qəbulu aktlarından görünür ki, N saylı obyektdə olan avadanlıqlar 1954-cü ildə quraşdırılmışdır. İstismar müddəti bitmiş, fiziki və mənəvi köhnəlmişdir, hamısı istifadəyə yararsızdır. Həmin avadanlıqların heç bir istismar sənədləri və formuliyarları yoxdur. Avadanlıqların iş qabiliyyətinin yoxlanması və avadanlıqların daxilində olan detalların yoxlanması mümkün deyildir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 304 nömrəli məktubundan görünür ki, N saylı obyektdə olan əmlaklar hərbi hissənin uçotunda olmadığı üçün inventarlaşdırma aparılmayıb və N saylı obyektdə oğurlanan əmlakların nümunələri yoxdur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 385 məktubundan görünür ki, N saylı obyektdə olan avadanlıqlar xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə tərəfindən qəbul edilmiş və həmin vaxtdan əvvəldən fəaliyyətini dayandırmışdır. xx.xx.2023- cü il tarixdə çatışmazlıq aşkar edilmiş və oğurlanmış əmlaklardan yalnız salfey-30-2SR anten komutatoru və RD-200 kabeli hərbi hissənin qeydiyyatmdadır. Həmin obyektdə oğurlanan və hazırda olan digər əmlaklar heç biri qeydiyyatda və uçotda deyil. Hərbi hissədə olan maliyyə məlumatlarına əsasən salfey-30- 2SR anten kommutatorun qiyməti 2000 manat və RD-200 kabelin qiyməti isə 16 manat 20 qəpikdir. Lakin, həmin əmlakların istehsal ili və istismar sənədləri olmadığından hazırda hərbi hissə tərəfindən qiymətləndirilməsi mümkün deyildir. Həmçinin, digər avadanlıqlar hərbi hissənin qeydiyyatında və uçotunda olmadığından onların qiymətlənidirilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2024-cü il tarixli 42 nömrəli məktubdan görünür ki, N saylı obyektdə olan əmlaklar hərbi hissənin balansında olmasa da, lakin, hərbi hissəyə aktla təhvil verildiyindən hərbi hissəyə məxsus əmlak sayılır. Həmin obyektdə olan əmlakların əmlakların istehsal ili və istismar sənədləri olmadığından hansı tarixdə istehsal olunmaları və hansı tarixdə quraşdırılması barədə hərbi hissədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş MN-nin Mənzil İstismar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 22/1095 nömrəli məktublardan görünür ki, Müdafiə Nazirliyinin “Şüvəlan-2” hərbi şəhərciyinin ərazisində yerləşən N nömrəli hərbi hissənin baş planı üzrə N nömrəli “Rabitə qovşağı” binasının sökülərək silinməsi və söküntüdən alman yararlı tikinti materiallarının aktlaşdırılaraq anbara təhvil verilməsi məqsədəuyğun hesab edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, cinayət yolu ilə dövlətə vurulmuş ümumi olaraq N manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün ifadəsinin etirafidici hissəsi, şahidlərin ifadələri və digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mininənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Kollegiyası “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mininənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri ““Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar