Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-26/2023 03.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü il tarixdə İmişli rayonunun Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Sərxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 1-ci mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün maneə ləğvetmə taqımının 3-cü maneə ləğvetmə manqasının mexanik-sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən N oktyabr 2022-ci il tarixdə saat 06:00 radələrində hərbi hissənin maneə ləğvetmə bölüyünün əsgər yataqxanasında aralarında tabelik münasibəti olmayan, hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə bir gün əvvəl sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, sol ayağı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə 1 (bir) təpik zərbəsi vuraraq ona qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan “burun nahiyəsinin şişkinliyi ilə müşayət olunan rentgenoloji təsdiq olunmuş burun sümüyünün qapalı yerdəyişən sınığı” diaqnozlu xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N oktyabr 2022-ci il tarixdə saat 06 radələrində səhər qalx komandasından sonra o, tam geyim formasını geyinmiş və çarpayısının ayaq tərəfində əyləşmiş əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq bir gün əvvəl aralarında baş vermiş mübahisə zamanı hansı səbəbdən onun barəsində təhqiredici ifadələr işlətdiyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs cavab olaraq nalayiq ifadə işlədərək yaxşı etdiyini bildirmişdir. Bu sözdən əsəbiləşərək sol ayağı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir təpik zərbəsi vurmuş, zərbədən dərhal sonra sonuncunun burun nahiyəsinin qana bulaşdığını görmüşdür. Bunu gördükdə o, və həmin zaman əsgər yataqxanasında olan digər hərbi qulluqçular əsgər Zərərçəkmiş şəxs qolundan tutaraq onu sanitar qovşaqa aparmış, burun və burun ətrafı nahiyələrinin qan ləkələrindən yuyulmasına köməklik etmişlər. MAHHXHQ əsgər Şahid3 əsgər Zərərçəkmiş şəxs vəziyyətini görərək nə baş verdiyini soruşduqda o, baş vermiş hadisəni ətraflı olaraq danışmışdır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və barışmışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, N oktyabr 2022-ci il tarixdə saat 06 radələrində “qalx” komandasından sonra yerindən qalxaraq tam geyim formasını geyinməyə başlamışdır. Əsgər çəkmələrini geyinmək üçün yatdığı çarpayının ayaq hissəsində olan oturacağa əyləşmiş və çəkmələrini geyinməyə başlamışdır. Bu zaman əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq dünən, yəni 02 oktyabr 2022ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı sonuncunun barəsində nə səbəbdən təhqiredici ifadələr işlətdiyini soruşmuş, o isə təhqiredici ifadə işlədərək əsgər Təqsirləndirilən şəxs qarşı doğru etdiyini bildirmişdir. Bundan əsəbiləşən əsgər Təqsirləndirilən şəxs sol ayağı ilə onun burun nahiyəsinə 1(bir) təpik zərbəsi vurmuşdur. Zərbədən dərhal sonra onun burnundan qan axmağa başlamışdır. Əsgər Təqsirləndirilən şəxs və əsgər yataqxanasında olan digər hərbi qulluqçular onu qollarından tutaraq sanitar qovşağa aparmış, orada burun və burun ətrafı nahiyələrini su ilə yumuşlar. Bunu görən MAHHXHQ əsgər Şahid3 nə baş verdiyini soruşmuş, cavab olaraq o, və əsgər Təqsirləndirilən şəxs ətraflı olaraq hadisənin hallarını əsgər Şahid3 bildirmişlər. Daha sonra o, tibb məntəqəsinə göndərilmiş və ona tibbi yardım göstərilmişdir. Bundan sonra eşitmişdir ki, əsgər Təqsirləndirilən şəxs ayağı ilə onun burun nahiyəsinə zərbə vurmasına görə sonuncunun barəsində araşdırma başlanmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, Məhkəmədən onun bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, N oktyabr 2022-ci il tarixdə səhər saat 06 radələrində günün nizam qaydalarına uyğun olaraq “qalx” komandası verilmişdir. O, yerindən qalxaraq paltarlarını geyinməyə başlamışdır. Bu zaman, əsgər Təqsirləndirilən şəxs tam geyim formasında əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq dünən, yəni 02 oktyabr 2022-ci il tarixdə onun ünvanına işlətdiyi təhqiredici ifadələrə görə üzr istəməsini tələb etmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs yatağının önündə yerləşən oturacaqda oturaraq əsgər çəkmələrini geyinmişdir. Əsgər Zərərçəkmiş şəxs başını qaldıraraq dediklərinə görə üzr istəməyəcəyini bildirmiş, bundan əsəbiləşən əsgər Təqsirləndirilən şəxs sol ayağı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə 1 (bir) təpik zərbəsi vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs burnunu hər iki əli ilə tutmuş və onun burnundan qan axmağa başlamışdır. Əsgər yataqxanasında olan əsgərlər Zərərçəkmiş şəxs qollarından tutaraq sanitar qovşaqa aparmışlar. Bundan sonra hadisə barədə bölük üzrə cavabdehə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, N oktyabr 2022-ci il tarixdə saat 06 radələrində günün nizam qaydalarına uyğun olaraq “qalx” komandasından sonra o, çarpayısından qalxaraq paltarlarını geyinmişdir. Zərbə səsi eşitdikdə üzünü səs gələn istiqamətə çevirmiş və onunla eyni bölükdə hərbi xidmət keçən əsgər X1 ayağı ilə əsgər Zərərçəkmiş şəxs üz nahiyəsindən zərbə endirdiyini görmüşdür. Əsgər Zərərçəkmiş şəxs hər iki əli ilə burnunu tutmuş, əsgər Təqsirləndirilən şəxs və orada olan digər hərbi qulluqçular əsgər Zərərçəkmiş şəxs qollarından tutaraq sonuncunu sanitar qovşağa aparmışlar. Daha sonra o da sanitar qovşaq istiqamətində getdikdə əsgər Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişdiyini və burun dəliklərindən qan axdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, 02 oktyabr 2022-ci il tarixdə saat 09:00-dan N oktyabr 2022-ci il tarixdə saat 09:00-dək hərbi hissə komandanlığı tərəfindən təyin olunmuş qrafikə uyğun olaraq hərbi hissənin gənc əsgərlər bölüyü üzrə bölük növbətçisi təyin edilmişdir. N oktyabr 2022-ci il tarixdə saat 06:00-da günün nizam qaydalarına uyğun olaraq gənc əsgərlər bölüyü üzrə əvvəl 1 saylı əsgər yataqxanasında, daha sonra isə 2 saylı əsgər yataqxanasında “qalx” komandası vermişdir. 1 saylı əsgər yataqxanasına daxil olan zaman orada sanitar qovşaqda əsgərlərin toplandığını və əsgər Zərərçəkmiş şəxs burun və burun ətrafı nahiyələrinin qan ləkələrinə bulaşdığını görmüş, nə baş verdiyini soruşduqda əsgər Təqsirləndirilən şəxs ona məruzə emişdir ki, aralarında baş vermiş mübahisə zəmnində o, sol ayağı ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir təpik zərbəsi vurmuş, nəticədə sonuncu xəsarət almışdır. O, əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs bölük üzrə cavabdeh olan baş leytenant Şahid4 təqdim edərək hadisə barədə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, 02 oktyabr 2022-ci il tarixdə saat 09:00-dan N oktyabr 2022-ci il tarixdə saat 09:00-dək komandanlığın tapşırığına əsasən gənc əsgərlər bölüyü üzrə cavabdeh təyin olunmuşdur. N oktyabr 2022-ci il tarixdə saat 06 radələrində bölük növbətçisi Şahid3 ona yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs mübahisə etmələri, mübahisə əsnasında əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məruzə etmişdir. Dərhal həmin hərbi qulluqçular ona təqdim olunduqda o, hadisənin təfərruatları haqqında məruzə etmələrini tələb etmişdir. Əsgər Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində axşam yeməyindən sonra əsgər Zərərçəkmiş şəxsla birlikdə əsgər yeməkxanasından çıxaraq hərbi hissənin tibb məntəqəsinin inzibati binasının arxasına gedərək orada mübahisə etmişlər. Mübahisə əsnasında onlar qarşılıqlı olaraq bir-birinin ünvanına nalayiq ifadələr işlətmiş və dalaşmışlar. Daha sonra N oktyabr 2022-ci il tarixdə saat 06 radələrində əsgər Təqsirləndirilən şəxs bölüyün əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs yaxınlaşmış, 02 oktyabr 2022-ci il tarixdə baş vermiş mübahisəni yenidən müzakirə etməyə başlamış, əsgər Təqsirləndirilən şəxs sol ayağı ilə oturuqlu vəziyyətdə olan əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Nəticədə əsgər Zərərçəkmiş şəxs xəsarət almışdır. Daha sonra əsgər Zərərçəkmiş şəxs baş vermiş hadisələri analoji şəkildə ona məruzə etmişdir. Bundan sonra o, hər iki hərbi qulluqçunun hərbi hissənin tibb məntəqəsinə aparılması üçün MAHHXHQ-u əsgər Şahid3 göstəriş vermiş, hadisə barədə raportla yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 təqdim edilmiş 13 oktyabr 2022-ci il tarixli, 1400 nömrəli ekspert rəyindən müəyyən olunur ki əsgər Zərərçəkmiş şəxs almış olduğu “burun nahiyəsinin şişkinliyi ilə müşayiət olunan rentgenoloji təsdiq olunmuş burun sümüyünün qapalı yerdəyişən sınığı; sol qaşın küt travması; döş qəfəsinin ön səthinin və ənsə nahiyəsinin çoxsaylı cızılmış yaraları və qançırları” diaqnozlu xəsarətlər şəxsin ekspertiza zamanı, həmçinin qərarın təsviri hissəsində göstərilən tarixlərdə (02 və xx.xx.2022) və şəraitdə yetirilə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, ayrı-ayrılıqda qiymətləndirildikdə «sol qaşın küt travması, döş qəfəsinin ön səthinin və ənsə nahiyyəsinin çoxsaylı cızılmış yaraları və qançırları» sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, «burun nahiyyəsinin şişkinliyi ilə müşayət olunan rentgenoloji təsdiq olunmuş burun sümüyünün qapalı yerdəyişən sınığı» isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gənc əsgərlər toplantı bölüyünün komandiri – baş-leytenant Bəhruz İsmayılovun N oktyabr 2022-ci il tarixli raportundan görünür ki, hərbi hissənin gənc əsgərlər bölüyündə xidmət edən Təqsirləndirilən şəxs N oktyabr 2022-ci il tarixdə saat 06:00 radələrində qalx komandasından sonra əsgər yoldaşı Zərərçəkmiş şəxs burun nahiyəsinə təpiklə vuraraq xəsarət yetirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin həkimi – tibb xidməti başleytenantı Sənan Tomayevin N oktyabr 2022-ci il tarixli raportundan görünür ki, hərbi hissənin gənc əsgərlər bölüyündə xidmət edən Zərərçəkmiş şəxs N oktyabr 2022-ci il tarixdə saat 09:02 radələrində hərbi hissənin tibb məntəqəsinə «Burun nahiyəsinin küt travması, postravmatik şişkinliyi, sol qaşın küt travması, döş qəfəsinin ön səthinin və ənsə nahiyyəsinin çoxsaylı cızılmış yaraları və qançırları» diaqnozu ilə müraciət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N iyul 2022-ci il tarixli, 2 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və əsgər hərbi rütbəsi verilməklə maneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün maneə ləğvetmə taqımının 3-cü maneə ləğvetmə manqasının mexanik-sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli, 322 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs maneə ləğvetmə taborunun 1-ci maneə ləğvetmə bölüyünün maneə ləğvetmə taqımının 3-cü maneə ləğvetmə manqasının mexanik-sürücüsü vəzifəsindən 1-ci mühəndis-istehkam bölüyünün 1-ci mühəndisistehkam taqımının 1-ci mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli, 300 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin ponton-körpü bölüyünün 2-ci ponton taqımının dartıcı katerlər manqasının sürücüsü vəzifəsindən maneə ləğvetmə taborunun mühəndis-istehkam bölüyünün 2-ci mühəndis-istehkam taqımı 3-cü mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin arayışından görünür ki, əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında tabelik münasibəti yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunmuş 04 noyabr 2022-ci il tarixli 13073 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlini özünün etirafi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, xidmətini davam etmək arzusunda olmasını və gənc olmasını,cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyası həddində intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin etməyi, lakin onun törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışdığını onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində tətbiq ediləcək intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti tətbiq edilməsi haqqında qərar qəbul edilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir.Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsipləri baxımından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyin edilməsini, xidmətini davam etdirməsi üçün xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə təhvil verilməsini, sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etməyi vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, tərxis olunarsa onda daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə təhvil verilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində xidmət müddətində xidmət etdiyi hərbi hissə komandanlığının icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışı üzərində nəzarəti həyata keçirən orqana, yəni daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №1-1(093)-26/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-26/2023
03.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver