Məhkəmə qərarları › İş №1-1(093)-27/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-27/2023

10.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-27/2023 10.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Rafiq Qaraxan oğlu (sədrlik edən), Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər:- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, müdafiəçi- Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X11 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1986-cı il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işsiz, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Əks-Kəşfiyyat baş idarəsinin sabiq hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Rəspublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat baş idarəsində baş əməliyyat müvəkkili vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin avqust ayının sonlarında xidməti işi ilə əlaqədar Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsində olduğu zaman yaxın münasibətdə olduğu həmin idarənin 3 №-li mənzil istismar sahəsinin mülki işçisi Zərərçəkmiş şəxs1 ilə aralarındakı söhbət zamanı sonuncunun özünə ev almaq istədiyini, lakin bunun üçün kifayət qədər maddi imkanının olmadığını öyrənib yaranmış fürsətdən istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə, dövlət tərəfindən əhalinin müvafiq kateqoriyalı sosial qruplarından olan vətəndaşlarına güzəştli şərtlərlə mənzillərin verilməsini təşkil və ya təmin etməyə dair heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, həmin kateqoriyaya aid olmayan Zərərçəkmiş şəxs1 işlədiyi idarədə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın münasibətlərdə olduğu vəzifəli şəxslərin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxslərə 5000 (beş min) manat məbləğində pul verilməsi müqabilində birotaqlı mənzilin, 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində ikiotaqlı mənzilin, 15000 (on beş min) manat məbləğində pul verilməsi müqabilində isə üçotaqlı mənzilin verilməsini təşkil və təmin edə biləcəyini deyərək, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 ondan həmin evlərin harada yerləşməsi və onların verilməsi şərtləri barədə soruşduqda, Təqsirləndirilən şəxs ona "xxxx" adlı şirkət tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «20 yanvar» stansiyasının yaxınlığındakı köhnə binaların və tikililərin sökülərək onların yerində yaxın 6 (altı) ay-12 (on iki) ay ərzində yeni binaların tikiləcəyini və onun həmin şərtlərlə, yəni müvafiq məbləğdə pul verilməsi müqabilində adının aztəminatlı ailə və güzəştli şərtlərlə evə ehtiyacı olan şəxs kimi qeydiyyata alınacağını, daha sonra həmin köhnə tikililərin sökülməsinə başlanıldıqdan sonra tikinti müddətində ona kart verilərək həmin karta 300-400 (üç yüz-dörd yüz) manat məbləğində kirayə pulu köçürüləcəyini, tikinti başa çatdıqdan sonra isə ona hər hansı əlavə ödəniş edilmədən yeni mənzilin veriləcəyini bildirmiş və Zərərçəkmiş şəxs1 onun dediklərinə inanıb təklifini qəbul edərək, ona ikiotaqlı mənzilin verilməsi müqabilində 10000 (on min) manat məbləğində pul verməsinə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs, aralarındakı sövdələşməyə əsasən, Zərərçəkmiş şəxs1 2020-ci ilin avqust ayının sonlarında günorta saatlarında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Cavid» ticarət mərkəzinin yaxınlığında təklikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul almış və 2500 (iki min) beş yüz manat pulun da verilməsinə dair razılaşıb, ardınca da ona yaxın müddət ərzində və razılaşdığı şərtlərlə yeni ikiotaqlı mənzilin veriləcəyinə dair yalan vəd verərək, sonrakı müddət ərzində müxtəlif bəhanələr gətirməklə tikintinin uzandığını bildirib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, onun yalan vədlərinə inanmış vətəndaş Zərərçəkmiş şəxs1 2021-ci ilin mart ayında aralarında yaxın münasibətləri olduğu Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 4 №-li mənzil istismar sahəsinin mülki işçisi Zərərçəkmiş şəxs2 ilə aralarındakı söhbət zamanı, sonuncuya adını və vəzifəsini demədiyi yaxın tanışına pul verməklə sonuncunun köməkliyi ilə güzəştli şərtlərlə yaxın müddət ərzində ona Bakı şəhərinin Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə söküləcək köhnə binaların yerində tikiləcək binada mənzil veriləcəyini bildirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 aralarındakı həmin söhbətdən bir-iki gün sonra, 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 həmin mənzilin satış qiyməti və necə əldə etdiyini soruşduqda, sonuncu Təqsirləndirilən şəxs ona verdiyi məlumata əsasən, 5000 (beş min) manat məbləğində pul verilməsi müqabilində birotaqlı mənzilin, 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində ikiotaqlı mənzilin, 15000 (on beş min) manat məbləğində pul verilməsi müqabilində isə üçotaqlı mənzilin alınmasının mümkün olduğunu, özünün ikiotaqlı mənzilin alınması üçün 10000 (on min) manat məbləğində pul verdiyini, habelə tikinti müddətində ona kart verilərək həmin karta kirayə pulu köçürüləcəyini bildirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 həmin vaxt oğluna ev almaq istədiyini deyib Zərərçəkmiş şəxs1 dediyi tanışı ilə danışaraq ona da həmin şərtlərlə, yəni 15000 (on beş min) manat məbləğində pul verməsi müqabilində üçotaqlı mənzilin verilməsinin mümkün olub-olmadığını soruşmasını xahiş etmiş və sonuncu elə orada istifadəsində olan ********** mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edib, iş yoldaşı olan Zərərçəkmiş şəxs2 də ev almaq istədiyini bildirərək, ona da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə söküləcək köhnə binaların yerində tikiləcək binada güzəştli şərtlərlə mənzil alması ilə bağlı hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs, yaranmış fürsətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq məqsədi ilə, dövlət tərəfindən əhalinin müvafiq kateqoriyalı sosial qruplarından olan vətəndaşlarına güzəştli şərtlərlə mənzillərin verilməsini təşkil və ya təmin etməyə dair heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, həmin kateqoriyaya aid olmayan Zərərçəkmiş şəxs2 də işlədiyi idarədə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın münasibətlərdə olduğu vəzifəli şəxslərin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxslərə 15000 (on beş min) manat məbləğində pul verilməsi müqabilində 6 (altı) ay ərzində Bakı şəhərinin Yasamal rayonu ərazisində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə söküləcək köhnə binaların yerində tikiləcək binada güzəştli şərtlərlə üçotaqlı mənzilin verilməsini təşkil və təmin edə biləcəyini təsdiq edib, Zərərçəkmiş şəxs1 vasitəsi ilə təkrarən digər şəxsi, yəni Zərərçəkmiş şəxs2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən ona bu barədə məlumat verildikdən sonra, Zərərçəkmiş şəxs2 aralarındakı razılaşmaya əsasən, 29 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 özünün yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə bacısı Zərərçəkmiş şəxs3 iştirakı ilə Təqsirləndirilən şəxs çatdırılması üçün 15000 (on beş min) manat məbləğində pul vermiş və sonuncu həmin məbləğdə pulu elə həmin gün axşam saatlarında metronun «Gənclik» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 təklikdə qəbul edib yaxın müddət ərzində razılaşdığı şərtlərlə Zərərçəkmiş şəxs2 yeni üçotaqlı mənzilin veriləcəyinə dair yalan vəd verərək, sonrakı müddət ərzində müxtəlif bəhanələr gətirməklə tikintinin uzandığını bildirib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 29 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs3 iştirakı ilə özünə məxsus ünvan 3 ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs çatdırılması üçün 15000 (on beş min) manat məbləğində pul verdikdən sonra, Zərərçəkmiş şəxs3 də özünə Bakı şəhərinin Yasamal rayonu ərazisində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə söküləcək köhnə binaların yerində tikiləcək binada güzəştli şərtlərlə ikiotaqlı mənzil almaq istədiyini bildirib Zərərçəkmiş şəxs1 bununla bağlı ona da köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 elə orada istifadəsində olan ********** mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs3 adını çəkmədən daha bir nəfərin də ev almaq istədiyini bildirərək, ona da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə söküləcək köhnə binaların yerində tikiləcək binada güzəştli şərtlərlə mənzil alması ilə bağlı hər hansı köməklik göstə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs yaranmış fürsətdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq məqsədi ilə, dövlət tərəfindən əhalinin müvafiq kateqoriyalı sosial qruplarından olan vətəndaşlarına güzəştli şərtlərlə mənzillərin verilməsini təşkil və ya təmin etməyə dair heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, həmin şəxsə də, sonuncu qeyd edilən kateqoriyaya aid olmayan şəxs olmasına baxmayaraq, işlədiyi idarədə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın münasibətlərdə olduğu vəzifəli şəxslərin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxslərə 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində 6 (altı) ay ərzində Bakı şəhərinin Yasamal rayonu ərazisində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə söküləcək köhnə binaların yerində tikiləcək binada güzəştli şərtlərlə ikiotaqlı mənzilin verilməsini təşkil və təmin edə biləcəyini təsdiq edib, Zərərçəkmiş şəxs1 vasitəsi ilə təkrarən digər şəxsi, yəni Zərərçəkmiş şəxs3 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən ona bu barədə məlumat verildikdən sonra, Zərərçəkmiş şəxs3 aralarındakı razılaşmaya əsasən, 13 aprel 2021-ci il tarixdə günorta saatlarında bacısı Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə sonuncunun iştirakı ilə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində pul, daha sonra Zərərçəkmiş şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 29 aprel 2021-ci il tarixdə 2000 (iki min) manat, 26 may 2021-ci il tarixdə 1000 (bir min) manat, 29 iyun 2021-ci il tarixdə 1000 (bir min) manat, 02 avqust 2021-ci il tarixdə 1000 (bir min) manat, 23 sentyabr 2021-ci il tarixdə 1000 (bir min) manat və 28 oktyabr 2021-ci il tarixdə 1000 (bir min) manat məbləğində pul olmaqla, ümumilikdə Təqsirləndirilən şəxs çatdırılması üçün 10000 (on min) manat məbləğində pul vermiş və sonuncu qeyd olunan tarixlərdə həmin pulu Zərərçəkmiş şəxs1 qəbul edib yaxın müddət ərzində razılaşdığı şərtlərlə Zərərçəkmiş şəxs3 yeni ikiotaqlı mənzilin veriləcəyinə dair yalan vəd verərək, sonrakı müddət ərzində müxtəlif bəhanələr gətirməklə tikintinin uzandığını bildirib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Təqsirləndirilən şəxs, 2021-ci ilin mart ayının ortalarında aralarında tanışlıq münasibətlərinin olduğu və özünə məxsus avtomobillə ona taksi sürücüsu kimi xidmət göstərən Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 ilə aralarındakı söhbət zamanı sonuncunun özünə sərfəli şərtlərlə mənzil almaq istədiyini öyrənib, yaranmış fürsətdən istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə, dövlət tərəfindən əhalinin müvafiq kateqoriyalı sosial qruplarından olan vətəndaşlarına güzəştli şərtlərlə mənzillərin satılmasını təşkil və ya təmin etməyə dair heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, həmin kateqoriyaya aid olmayan Zərərçəkmiş şəxs4 işlədiyi idarədə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən yaxın münasibətlərdə olduğu vəzifəli şəxslərin köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxslərə 12000-13000 (on iki-on üç min) manat məbləğində pul verilməsi müqabilində birotaqlı mənzilin, 15000-20000 (on beş-iyirmi min) manat məbləğində pul verilməsi müqabilində ikiotaqlı mənzilin və 25000- 30000 (iyirmi beş-otuz min) manat məbləğində pul verilməsi müqabilində üçotaqlı mənzilin Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən «Melissa Park» yaşayış kompleksindəki binadan satılmasını təşkil və təmin edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət verməyə təhrik etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs4 onun dediklərinə inanıb ikiotaqlı mənzil almaq istədiyini bildirərək, aralarındakı sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ortalarında günorta saatlarında sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən evin qarşısında təklikdə 4000 (dörd min) manat məbləğində pul, daha sonra isə 2021-ci ilin avqust ayında özünün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 7-ci mikrorayonda yerləşən evin yaxınlığında 11000 (on bir min) manat məbləğində pul vermiş və Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs4 ümumilikdə 15000 (on beş min) manat məbləğində pul alıb ona 6 (altı) ay müddətində Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən «Melissa Park» yaşayış kompleksindəki binadan güzəştli şərtlərlə ikiotaqlı mənzilin satılacağına dair yalan vəd verərək, sonrakı müddət ərzində müxtəlif bəhanələr gətirməklə tikintinin uzandığını bildirib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, vətəndaş Zərərçəkmiş şəxs1 2021-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «20 yanvar» stansiyasının yaxınlığında aralarında uzun müddət tanışlıq münasibətlərinin olduğu Zərərçəkmiş şəxs5 ilə qarşılaşmış və sonuncu aralarındakı söhbət zamanı Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsində işlədiyini öyrənərək özünün də yüksək əmək haqqı verilən hansısa bir dövlət idarəsində işləmək istədiyini bildirib, bununla bağlı ona köməklik göstərə biləcək hər hansı tanışının olub-olmadığını soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 V.Q.X5 Xidmətində işlədiyinə görə, sonuncunun Zərərçəkmiş şəxs5 kömək edə biləcəyini güman edərək elə orada istifadəsində olan ********** mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng etmiş və ona tanışı Zərərçəkmiş şəxs5 barədə məlumat verərək, onun yüksək əmək haqqı verilən hər hansı dövlət təşkilatında işə qəbul olunmasını istədiyini bildirib, bununla bağlı sonuncuya hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs, yaranmış fürsətdən istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. Bu məqsədlə, hər hansı şəxsi dövlət təşkilatında işə qəbul olunmasını təşkil və ya təmin etməyə dair heç bir səlahiyyətə və real imkanlara malik olmadığı halda, Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən adını demədiyi tanışlarına özünün vasitəsi ilə 10000 (on min) manat məbləğində pul verilməsi müqabilində Zərərçəkmiş şəxs5 həmin xidmətin metronun «Ulduz» stansiyası yaxınlığında yerləşən idarəsinin kadrlar şöbəsində mülki işçi kimi işə qəbul edilməsini təşkil və təmin edə biləcəyini deyərək, Zərərçəkmiş şəxs1 vasitəsi ilə təkrarən digər şəxsi, yəni Zərərçəkmiş şəxs5 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Zərərçəkmiş şəxs5 bu barədə ailəsi ilə məsləhətləşib qərara gəldikdən sonra məlumat verəcəyini bildirmiş və bir müddət sonra Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs ilkin olaraq 2000 (iki min) manat məbləğdə pul verməsini, qalan 8000 (səkkiz min) manat məbləğində pulu işə işə qəbul olunduqdan sonra verməsini təklif etdikdə, sonuncu həmin təklifə razılaşmayaraq ilkin olaraq 5000 (beş min) manat pul verilməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs5, aralarındakı sövdələşmyə əsasən, Zərərçəkmiş şəxs1 ilə birlikdə 13 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək orada sonuncuya ali təhsil diplomunun və şəxsiyyət vəsiqəsinin surətləri ilə birlikdə 5000 (beş min) manat məbləğində pul vermiş və Təqsirləndirilən şəxs həmin pulu sənədlərlə birlikdə qəbul edib bir daha adını çəkmədiyi yüksək vəzifəli tanışlarının köməkliyi ilə onun yaxın müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin idarəsinin kadrlar şöbəsində mülki işçi kimi işə qəbul olunacağına dair yalan vədlər verərək, verdiyi vəd üzrə Zərərçəkmiş şəxs5 xeyrinə heç bir iş görməyib, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Rəspubikası Cinayət Məcəlləsinin 178,2,2, 178.2,3, 178.2.4, 32.4, 312.2-cİ maddələri ilə əlan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin baş əməliyyatçısı vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən, 2019-cu ilin sonlarında əks-kəşfiyyat işinin təşkil edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinə gedərək, həmin müəssisənin suvaqçı-rəngsazı, atası Qəməd Əşrəfovun tanışı olan Şamil Nuriyevin övladı Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və bundan sonra onlar tez-tez görüşərək birlikdə vaxt keçirdikləri üçün yaxın münasibətləri yaranmışdır. O, 2020-ci ilin avqust ayında xidməti fəaliyyəti ilə əlaqədar Mənzil İstismar Hissəsinə gedərkən, orada Zərərçəkmiş şəxs1 ilə qarşılaşmış və ilə söhbət edərək, şəxsi və iş həyatında hər hansı bir probleminin olub-olmaması ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs1 iş yerinin Bakı şəhərində, yaşayış yerinin isə Sumqayıt şəhərində olmasından narazılıq edərək, işə gedib-gəlməkdə çətinlik çəkdiyini və buna görə də, Bakı şəhərindən ev almaq istədiyini, lakin Bakı şəhərində satılan evlərin qiymətinin çox baha olduğunu bildirmişdir. O, Bakı şəhərindən ucuz qiymətə ev almaqda kömək edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 ona hansı yolla kömək edəcəyini soruşduqda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəli və nüfuzlu tanışlarının olduğunu, həmin tanışlarına pul verib onları razı saldıqdan sonra həmin nazirlik tərəfindən əhalinin müvafiq kateqoriyalı sosial qrupundan olan vətəndaşlara güzəştli şərtlərlə tikilən mənzillərdən təşkil edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq o, vəzifəli tanışlarının köməyi ilə sonuncunun adını metronun “20 yanvar” stansiyası yaxınlığında söküləcək evlərin birində qeydiyyata salacağını və həmin evlər sökülüb yerində yeni binalar tikildiyi vaxt Zərərçəkmiş şəxs1 pulsuz ev veriləcəyini demişdir. O, həmin evlər söküldükdən sonra yeni binalar hazır olub təhvil verilənədək hər ay 350-400 manat aralığında sonuncuya kirayə pulu veriləcəkdir. Zərərçəkmiş şəxs1 bu proseslərin hansı müddətdə başa çatacağını və yeni binaların kimin tərəfindən tikildiyini soruşduqda, o köhnə binaların təxminən 6-12 ay müddətində söküləcəyini, yeni hündürmərtəbəli binaların isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə "xxxx" MTK tərəfindən tikiləcəyini bildirmişdir. Onun vəzifəli tanışlarına bir otaqlı mənzil üçün 5000 (beş min ), iki otaqlı mənzil üçün 10000 (on min) və üç otaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq, ikiotaqlı mənzil almaq istədiyini, lakin 10000 (on min) manat məbləğində pulunun olmadığını, özünə məxsus qızıl-zinət əşyalarını satdıqdan sonra şəxsi ehtiyacları üçün yığdığı pullarla birlikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul düzəldə biləcəyini demişdir. O, ilkin olaraq 7500 (yeddi min beş yüz) manat məbləğində pulun verilməsini və bu halda sənədləşmə proseslərinə başlayacağını, pulun qalan 2500 (iki min beş yüz) manatını isə daha sonra verə biləcəyini bildirdirmişdir. Zərərçəkmiş şəxs1 ailəsi ilə məsləhətləşdikdən sonra dəqiq qərar verəcəyini ona bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək, 7500 (yeddi min beş yüz) manat məbləğində pulu hazır etdiyini bildirmiş və onlar Sumqayıt şəhərində yerləşən “Cavid Ticarət Mərkəzi”nin yaxınlığında görüşmüşlər. Orada o, Zərərçəkmiş şəxs1 üzərində gətirdiyi 50 və 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pulu sayaraq götürmüş və yenidən mənzillərin 6-12 ay ərzində söküləcəyini və sökülməyə başlandığı vaxtdan etibarən kirayə pulu alacağı ilə bağlı Zərərçəkmiş şəxs1 yalan vədlər vermişdir. O, Zərərçəkmiş şəxs1 yaxın münasibətdə olduğu tanışlarından bu yolla mənzil almaq istəyənlər olarsa, yüksək vəzifəli tanışlarının vasitəsilə birotaqlı mənzil üçün 5000 (beş min ) manat, iki otaqlı mənzil üçün 10000 (on min) manat və üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul vermələri müqabilində həmin şəxslərə də mənzil təşkil edə biləcəyini bildirmişdir. Özünün kimliyi və iş yeri barədə həmin şəxslərə məlumat verilməməsini tapşırmışdır. 2021-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrədən onun öz istifadəsində olan ***- ***-**-** mobil nömrəyə zəng edərək, Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsində kargüzar vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 da həmin güzəştli mənzillərdən almaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 də eyni qaydada, yəni onun vəzifəli tanışına birotaqlı mənzil üçün 5000 (beş min ) manat, ikiotaqlı mənzil üçün 10000 (on min) manat və üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul verəcəyi halda, həmin vəzifəli tanışının vasitəsi ilə sonuncunun adını sökülən evlərə qeydiyyata saldırıb yeni tikilən binada ev almasına köməklik edə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 tənbehləyib Zərərçəkmiş şəxs2 aldığı evin hələ verilməməsi və kirayə pulu üçün nəzərdə tutulmuş kartı həmin vaxtadək almaması barədə bildirməməsini, ona evi və plastik kartı guya alması barədə yalan məlumat verməsini tapşırmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs2 həmin binalardan üç otaqlı mənzil almaq istədiyini və pulu hazırlamaq üçün bir qədər vaxt lazım olduğunu, daha sonra da 29 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 pulu hazırladığını, pulu götürmək üçün sonuncunun evinə gedəcəyini demişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1 “Whatsapp” tətbiqi vasitəsi ilə ona zəng edib pulu götürdüyünü demiş, o isə həmin pulu metronun “Gənclik” stansiyasının yaxınlığına gətirib ona verməsini tapşırmışdır. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs1 yenidən ona zəng edərək, Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs3 da ikiotaqlı mənzil almaq istədiyini, lakin hazırda 3000 (üç min) manat pulunun olduğunu, ilkin olaraq bu məbləği verib, pulun qalan hissəsini, 7000 (yeddi min ) manatı bir neçə aya hissə-hissə verə biləcəyini bildirdikdə, o, razılaşmış və təxminən bir saatdan sonra metronun “Gənclik” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 ilə görüşüb, Zərərçəkmiş şəxs2 15000 (on beş min) manat məbləğində pulunu təhvil alıb götürmüşdür. 13 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək, Zərərçəkmiş şəxs3 də pulu hazır etdiyini və götürmək üçün sonuncunun bacısı Zərərçəkmiş şəxs2 yaşadığı evə gedəcəyini demişdir. Onun razılığına əsasən, Zərərçəkmiş şəxs1 həmin gün sonuncunun evinə gedərək Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində pulu götürmüşdür. Zərərçəkmiş şəxs3 qalan 7000 (yeddi min) manat pulu 2021-ci ilin oktyabr ayınadək hissə-hissə olmaqla, bacısı Zərərçəkmiş şəxs2 göndərmişdir. Zərərçəkmiş şəxs1 da həmin məbləğdə pulu Zərərçəkmiş şəxs2 təhvil alaraq ona vermişdir. 2021-ci ilin avqust ayından etibarən Zərərçəkmiş şəxs1 ona tez-tez zəng edərək, Zərərçəkmiş şəxs2 ona vəd edilmiş evin sənədlərini və kirayə pulunu alması üçün nəzərdə tutulmuş bank kartını tələb etdiyini bildirdikdə, o, hər dəfə məsələnin tezliklə həll olunacağına vəd verib Zərərçəkmiş şəxs1 inandırmış, o, da öz növbəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 eyni cavablar vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 artıq Zərərçəkmiş şəxs2 onunla danışmaq istədiyini deyib, onun vəzifəli tanışlarından birini sonuncu ilə danışdırmağı təklif etmiş, o, isə vəzifəli tanışının guya Tuncay adlı şəxs olduğunu deyərək, özünün ***-***-**-** mobil nömrəsini Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 həmin nömrəyə zəng etdikdə, o, səs tonunu dəyişərək sonuncu ilə danışmış və söhbət zamanı qarşısında olan klaviaturada guya nəyəsə baxar kimi yazılar yazıb Zərərçəkmiş şəxs2 “Melissa” yaşayış kompleksinin 11-ci mərtəbəsində üçotaqlı, bacısı Zərərçəkmiş şəxs3 isə həmin mərtəbədə ikiotaqlı mənzil ayrıldığını demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 onun həmin mobil nömrəsinə zəng etdikdə, telefon nömrəsinə zəng çatmamış, telefonunu işə saldıqda isə ona zəng etmiş mobil nömrənin Zərərçəkmiş şəxs2 aid olduğunu unutduğu üçün şəxsi istifadəsində olan ***-***- **-** mobil nömrədən Zərərçəkmiş şəxs2 zəng edərək, ona üç dəfə zəng gəldiyini, danışan şəxsin kim olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs2 onu səsindən tanıyıb “Vahid müəllim sizsiz? Mən Tuncay müəllimə zəng etmişdim, bağışlayın” demiş, o isə həmin nömrənin Tuncaya aid olmasını inkar edərək telefon danışığını sonlandırmışdır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 bu barədə təkidlə soruşaraq ev məsələsini onun həll etdiyini öyrəndikdən sonra 2022-ci ilin aprel-may aylarında ona zəng edərək vəd etdiyi mənzilləri, yaxud da ev üçün özünün və bacısının verdiyi pulları geri qaytarmasını tələb etmişdir. O, isə “Melissa” yaşayış kompleksində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 adına ev olduğunu dedikdə sonuncu evlərə baxmaq istədiyini bildirmişdir. O, metronun “Gənclik” stansiyasının yaxınlığındakı köçklərin birindən aldığı ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs2 zəng edib, onunla səs dəyişmə proqramından istifadə edərək danışmış və özünü “Melissa” yaşayış kompleksinin komendatı “Orxan” kimi təqdim edərək, hazırda işdə olmadığını və işə gələn kimi onlara ayrılmış evləri göstərəcəyini demişdir. Zərərçəkmiş şəxs2 “Melissa” yaşayış kompleksinə gedərək orada Orxan adlı şəxsin işləmədiyini öyrəndikdə, ona zəng edərək pulunu qaytarmasını istəmiş, o isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pulunu tezliklə qaytaracağına vəd verib onları sakitləşdirmişdir. Zərərçəkmiş şəxs2 onun atası Qəməd Əşrəfovun telefonuna zəng edərək baş vermiş hadisə barədə ona danışmış və atası 18 may 2022-ci il tarixdə onunla birlikdə Zərərçəkmiş şəxs2 iş yerinə gedərək sonuncunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aparmışdır. O, Zərərçəkmiş şəxs2 ilə Q.Əşrəfova çöldə gözləmələrini bildirərək, özü Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinin inzibati binasına bir neçə dəfə gedib qayıtmış, sonda isə Zərərçəkmiş şəxs2 onun və bacısı Zərərçəkmiş şəxs3 sənədlərinin X12 göndərildiyini və beş iş günü ərzində məsələnin həll olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 ondan israrla kimin yanına girdiyini soruşduqda, o, ağlına gələn ilk adı, yəni X8 ilə görüşdüyünü bildirmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedərək orada X8 adlı şəxsin işləmədiyini öyrənmışdir. Atası Q.Əşrəfova zəng edib bu barədə məlumat vermişdir. Q.Əşrəfov 2022-ci ilin iyun ayında onun Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldığı ümumilikdə 32500 manat məbləğində pulu onlara geri qaytarmışdır. 2021-ci ilin mart ayında taksi sürücüsü Zərərçəkmiş şəxs4 ilə tanış olduqdan sonra sonuncuya müəyyən məbləğdə pul verməsi müqabilində öz şəxsi maşını ilə onun oğlunu məktəbə aparıb gətirməsini, daha sonra da özünü və digər ailə üzvlərini lazım olduğu təqdirdə istədikləri ünvanlara aparıb qaytarmasın dair razılaşmışdır. O, aralarında yaranmış səmimi münasibət və ümumi söhbət əsnasında Zərərçəkmiş şəxs4 mənzil almaq fikrində olduğunu öyrəndikdə, sonuncuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən vəzifəli tanışlarının olduğunu, lazım olduğu təqdirdə onlarla razılığa gəlib həmin nazirlik tərəfindən əhalinin müvafiq kateqoriyalı sosial qruplarından olan şəxslərə tikiləcək evlərdən ona ev verilməsini təşkil edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs4 ondan həmin evlərin harada yerləşdiyi, həmin evlərdən birini əldə etmək üçün hansı şərtlər olduğunu soruşduqda, o, vəzifəli tanışına birotaqlı mənzil üçün 12000-13000 (on iki-on üç min) manat, ikiotaqlı mənzil üçün 15000-20000 (on beş-iyirmi min) manat, üçotaqlı mənzil üçün 25000-30000 (iyirmi beş-otuz min) manat məbləğində pul veriləcəyi halda, Bakı şəhərinin 20 yanvar dairəsi yaxınlığında yerləşən yeni tikilən “Melissa” yaşayış kompleksində olan güzəştli evlərdən birini ona təşkil edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 ikiotaqlı mənzil almaq istədiyini və bunun üçün nə qədər pul verməli olduğunu təkrarən soruşmuş, o da vəzifəli tanışlarına 20000 (iyirmi min) manat məbləğində pul verməklə, sonuncuya ikiotaqlı ev təşkil edəcəyinə vəd vermişdir. Aralarındakı razılaşmaya əsasən, o, 2021-ci ilin aprel ayının ortalarında yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən evinin qarşısında Zərərçəkmiş şəxs4 ilə görüşərək, orada sonuncudan üzərində gətirdiyi 20, 50 və 100 manatlıq əskinaslardan ibarət 4000 (dörd min) manat məbləğində pulu qəbul etmiş və pulun qalan hissəsini ən qısa zamanda alacağına dair Zərərçəkmiş şəxs4 sözünə inanaraq narazılıq etməmişdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs4 şəxsi istifadəsində olan avtomobilini sataraq, qalan 11000 (on bir min) manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonun ərazisində, “Volswagen” markalı avtomobilində ona vermişdir. Zərərçəkmiş şəxs4 bir neçə dəfə zəng ona edərək mənzil barədə maraqlansa da, o, hər dəfə məsələnin tezliklə həll olunacağını bildirərək onu aldatmışdır. 2022-ci ilin yay ayında Zərərçəkmiş şəxs4 ondan şikayət etdikdən sonra, sonuncunun pulunu hissə-hissə geri qaytararaq, ona ümumilikdə 15000 (on beş min) manat pul ödəmişdir., 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 şəxsi istifadəsində olan mobil telefonunun “WhatsApp” tətbiqi vasitəsilə ona zəng edərək? tanışı Zərərçəkmiş şəxs5 yüksək əmək haqqı verilən bir işə düzəldə bilibbilməyəcəyini soruşmuş, o isə həmin vaxt məşğul olduğunu, daha sonra danışıb sonuncuya köməklik edə biləcəyini demişdir. Təxminən 5-10 gün sonra Zərərçəkmiş şəxs1 ilə görüşdüyü zaman sonuncu tanışı Zərərçəkmiş şəxs5 işə düzəltmək məsələsini yenidən ona bildirmiş, o isə F.M.X2 Xidmətində işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə həmin xidmətin Əks-kəşfiyyat Baş İdarəsinin kadrlar şöbəsinə mülki işçi kimi düzəldə biləcəyini və bunun qarşılığında Zərərçəkmiş şəxs5 10000 (on min) manat məbləğində pul alacağını demişdir. 13 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs5 sənədlərinin hazır olduğunu, eləcə də pulun yarısını verəcəyini bildirərək onunla görüşmək istədiklərini demiş, o isə razılaşaraq görüşməyi qəbul etmişdir. Onlar metronun “Elmlər akademiyası” stansiyasının yaxınlığında görüşdükləri zaman, Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsinin və diplomunun surətini, həmçinin 5000 (beş min) manat məbləğində pulu (2500 (iki min beş yüz) avro əskinaslarını) ona vermiş, o da həmin məbləğdə pulu qəbul etdikdən sonra ona qısa müddət ərzində DTX-nin Əks-kəşfiyyat Baş İdarəsinin kadrlar şöbəsinə mülki işçi kimi düzəldəcəyinə dair yalan vədlər vermişdir. 2021ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 bir neçə dəfə, Zərərçəkmiş şəxs5 ona zəng edib iş məsələsi barədə soruşduğunu bildirdikdə, o tezliklə həll olacağını demişdir. Mobil telefonunun konfras funksiyası ilə Zərərçəkmiş şəxs5 ilə danışıb onun özünə də bu barədə söyləmişdir. Zərərçəkmiş şəxs5 ilə əlaqə yaratmamış və 2022-ci ilin iyun ayında onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlandığı üçün Zərərçəkmiş şəxs5 aldığı 5000 (beş min) manat məbləğində pulu tam olaraq sonuncuya ödəmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Baki Qarnizonu Mənzil İstismar Hissəsinin 3 nömrəli Mənzil İstismar Sahəsinin dalandarı Zərərçəkmiş şəxs1 məhkəməyə ifadə verib göstərdi ki, o, 2019-cu ilin sonlarında Müdafiə Nazirliyinin Baki Qarnizonu Mənzil İstismar Hissəsinin 4 nömrəli Mənzil İstismar Sahəsinin rəngsazı vəzifəsində işləyən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsinin əməkdaşı, baş leytenant Təqsirləndirilən şəxs ilə qarşılaşaraq tanış olmuş və bundan sonra tez-tez görüşüb söhbət etdikləri üçün yaxın münasibəti yaranmışdır. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar onun iş yerində olarkən, ondan hal-əhvalını, iş yerində və evində hər hansı bir probleminin olub-olmamasını soruşmuşdur. O, iş yerinin Bakı şəhərində, yaşayış yerinin isə Sumqayıt şəhərində yerləşməsinə görə işə gedib gəlməkdə çətinlik çəkdiyini, buna görə də Bakı şəhərindən ev almaq istədiyini, lakin evlərin qiymətləri çox baha olduğundan ev almağa imkanınn olmadığını demişdir. Təqsirləndirilən şəxs geniş əlaqələrinin, eləcə də yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyərək, az məbləğdə pulla onun mənzil almasına köməklik edəcəyini söyləmiş və bunu necə edəcəyini soruşduqda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, həmin tanışlarına pul verməklə onun adını metronun “20 yanvar” stansiyasının yaxınlığında söküləcək evlərdən birinə qeydiyyata saldıracağını və həmin evlər sökülüb yerində əhalinin müvafiq kateqoriyalı sosial qrupundan olan vətəndaşlarına güzəştli şərtlərlə tikilən yeni binalardan pulsuz mənzillər veriləcəyini, habelə evlər söküldükdən sonra yeni binalar tikilib mənzillər təhvil verilənədək, ona hər ay 350-400 manat aralığında kirayə pulu veriləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onun suallarına cavab olaraq, təxminən altı aydan sonra köhnə evlərin sökülüb, yerində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə "xxxx" MTK tərəfindən yeni hündürmərtəbəli binaların tikiləcəyini, həmin müddət ərzində və özünün istəyi olarsa, onun ev almasına kömək edə biləcəyini bildirmişdir. O, bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda, Təqsirləndirilən şəxs ona birotaqlı mənzil üçün 5000 (beş min) manat, ikiotaqlı mənzil üçün 10000 (on min) manat və üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul verməli olduğunu və həmin pulu vəzifəli tanışlarına verməklə ona ev təşkil edə biləcəyini demişdir. O, ikiotaqlı mənzil almaq istədiyini, lakin 10000 (on min) manat pulunun olmadığını, topladığı pulları və özünə məxsus qızıl-zinət əşyalarını satacağı halda, cəmi 7500 (yeddi min beş yüz) manat pul toplayıb verə biləcəyini söylədikdə, Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, növbəti bir neçə gün ərzində özünə məxsus qızıl-zinət əşyalarını Sumqayıt şəhərinin ərazisində yerləşən qızıl mağazalarına sataraq ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pul hazırlayıb bu barədə Təqsirləndirilən şəxs ilə danışmış və aralarındakı razılaşmaya əsasən, 2020-ci ilin avqust ayının sonlarında Sumqayıt şəhərində yerləşən “Cavid Ticarət Mərkəzi”nin yaxınlığında görüşdükləri zaman həmin məbləğdə pulu orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də öz növbəsində ona verdiyi vədləri eynilə təkrar etmiş, habelə 6-12 (altı-on iki) ay müddətində qeyd olunan məsələni həll edib tikinti şirkəti ilə müqavilə bağlanacağını və evlər sökülməyə başlandıqdan sonra kirayə pulunu almaq üçün ona bank kartının veriləcəyini demişdir. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinin surətini götürərək sökülən evlərdə qeydiyyata alınması üçün lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun yaxın tanışlarından bu yolla ev almaq istəyənlər olarsa, eyni qaydada, yəni tanıdığı vəzifəli şəxslərə birotaqlı mənzil üçün 5000 (beş min) manat, ikiotaqlı mənzil üçün 10000 (on min) manat və üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul verməklə onların adlarını söküləcək evlərdə qeydiyyata saldırıb, yeni tikilən binalardan onlara mənzil ala biləcəyini demiş, habelə özünün kimliyi və işlədiyi yer barədə heç kimə məlumat verməməsini tapşırmışdır. 2021-ci ilin mart ayının əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə söhbət edən zaman sonuncu oğluna mənzil almaq istədiyini, lakin maddi vəziyyətinin yaxşı olmadığını demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs təklifini xatırlayaraq, bu barədə Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Zərərçəkmiş şəxs2 həmin mənzillərdən birini almasına kömək etməsi üçün ondan xahiş etdikdə, o, Təqsirləndirilən şəxs zəng edib, Zərərçəkmiş şəxs2 kömək etmək imkanının olub-olmamasını soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs2 də eyni qayda ilə, yəni yüksək vəzifədə işləyən tanışlarına birotaqlı mənzil üçün 5000 (beş min), ikiotaqlı mənzil üçün 10000 (on min) və üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul verəcəyi halda, onların köməkliyi ilə Zərərçəkmiş şəxs2 adını həmin söküləcək evlərə qeydiyyata saldırıb yeni tikilən binadan sonuncuya mənzil ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona alacağı evin hələ də verilməməsi və kirayə pulu üçün plastik kart almaması barədə Zərərçəkmiş şəxs2 bildirməməsini, guya onun öz işlərinin düzəldiyini, həm evinin sənədlərini, həm də kirayə pulunu almaq üçün nəzərdə tutulmuş bank kartını alması barədə sonuncuya söyləməsini ciddi şəkildə tapşırmışdır. O, Təqsirləndirilən şəxs inandığı üçün sonuncunun tapşırdığı kimi hərəkət edib, Zərərçəkmiş şəxs2 özünə aid mənzilin sənədlərini və kirayə pulunu alması üçün plastik kart aldığını demiş, habelə sonuncu ilə görüşdükdə həmin yüksək vəzifədə işləyən tanışı ilə danışdığını və razılığını aldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs2 suallarına cavab olaraq, Təqsirləndirilən şəxs ona tapşırdığı kimi hərəkət edib, yüksək vəzifədə işləyən tanışının kimliyini və harada işlədiyini deməmişdir. Yüksək vəzifədə işləyən tanışının iş gördüyü vəzifəli şəxslərə birotaqlı mənzil üçün 5000 (beş min) manat, ikiotaqlı mənzil üçün 10000 (on min) manat və üçotaqlı mənzil alması üçün 15000 (on beş min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 bu barədə ailəsi ilə məsləhət etdikdən sonra ona cavab verəcəyini bildirmiş və təxminən bir həftədən sonra iş yerində olduqları zaman Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq üçotaqlı mənzil almaq istədiyini bildirmişdir. O, bunun üçün 15000 (on beş min) manat məbləğində pul verməli olduğunu söylədikdə, Zərərçəkmiş şəxs2 9000 (doqquz min) manat pulunun olduğunu və tezlikdə 15000 (on beş min) manat düzəldib ona xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra, 29 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 pulu vermək üçün onu özünün yaşadığı ünvan 4 ünvanına çağırmış, o da, həmin ünvana gedərək 50 və 100 manatlıq əskinaslardan ibarət 15000 (on beş min) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 götürüb qəbul etmişdir. O, Zərərçəkmiş şəxs2 pulunu təhvil aldıqdan sonra Təqsirləndirilən şəxs zəng edərək bu barədə bildirdikdə, həmin məbləğdə pulu metronun “Gənclik” stansiyasının yaxınlığına gətirməsini istəmişdir. O, Zərərçəkmiş şəxs2 evindən çıxıb getmək istəyərkən, orada olan bacısı Zərərçəkmiş şəxs3 ona müraciət edib, həmin mənzillərdən almaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tapşırığı ilə hərəkət edib, Zərərçəkmiş şəxs3 adını çəkmədiyi bir tanışının iş gördüyü vəzifəli şəxsə birotaqlı mənzil üçün 5000 manat, ikiotaqlı mənzil üçün 10000 manat və üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul veriləcəyi halda, həmin vəzifəli şəxsin ona ev almaqda kömək edəcəyini demişdir. Zərərçəkmiş şəxs3 ona ikiotaqlı mənzil almaq istədiyini, lakin bunun üçün 10000 (on min) manat məbləğində pulunun olmadığını, ilkin olaraq 3000 (üç min) manat pul verib, qalan 7000 manat pulu isə bir neçə ay ərzində hissə-hissə ödəmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3 təklifi barədə Təqsirləndirilən şəxs ilə mobil telefonda danışıb, razılığını almış və istədiyi şərtlərlə Zərərçəkmiş şəxs3 mənzil təşkil edə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 götürdüyü 15000 (on beş min) manat məbləğində pulu Təqsirləndirilən şəxs bildirdiyi ünvana gətirərək sonuncuya təhvil vermişdir. 13 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək bacısı Zərərçəkmiş şəxs3 pulu hazırlayıb gətirdiyini bildirmiş və onu yaşadığı evə dəvət etmişdir. O, həmin gün Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gedərək 3000 (üç min) manat məbləğində pulu Zərərçəkmiş şəxs3 təhvil almış, qalan 7000 (yeddi min) manat pulu isə Zərərçəkmiş şəxs3 bacısı Zərərçəkmiş şəxs2 vasitəsilə 29 aprel 2021-ci il tarixdə 2000 (iki min) manat, 26 may 2021-ci il tarixdə 1000 (bir min) manat, 29 iyun 2021-ci il tarixdə 1000 (bir min) manat, 02 avqust 2021-ci il tarixdə 1000 (bir min) manat, 23 sentyabr 2021-ci il tarixdə 1000 (bir min) manat və 28 oktyabr 2021-ci il tarixdə 1000 (bir min) manat olmaqla hissə-hissə qəbul etmişdir. Həmin pulları aldığı kimi, yəni tam şəkildə bəzən özü, bəzən də Təqsirləndirilən şəxs sürücüsü Zərərçəkmiş şəxs4 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırmışdır. 2021-ci ilin avqust ayından sonra Zərərçəkmiş şəxs2 bir neçə dəfə ona zəng edərək evin sənədlərini və kirayə pulunu alması üçün nəzərdə tutulmuş bank kartını ondan tələb etmişdir. O isə öz növbəsində Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edərək bu barədə məlumat verib, vəd etdiyi mənzillərin sənədlərini və plastik kartları ondan tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, ona Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 narahat olmamalarını, evlərin sökülməsinin bir qədər gecikdiyini, qısa zamanda sənədlərini və kirayə pulu üçün nəzərdə tutulmuş plastik kartları alacaqları barədə deməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs müəyyən vəzifə sahibi olması və aralarında olan yaxın münasibətə görə inanmışdır. Onun dediklərini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 çatdırmışdır. Bu qaydada Zərərçəkmiş şəxs2 bir neçə dəfə Təqsirləndirilən şəxs sözlərini söyləsə də, Zərərçəkmiş şəxs2 nə deyəcəyini bilməmiş və sonuncunun tələbi ilə Təqsirləndirilən şəxs zəng edərək iş gördüyü vəzifəli tanışlarından birini Zərərçəkmiş şəxs2 ilə danışdırmasını istəmişdir. Təqsirləndirilən şəxs iş gördüyü şəxsin Tuncay olduğunu və mobil nömrəsinin ***-***-**-** olduğunu demiş və həmin mobil nömrəni Zərərçəkmiş şəxs2 verərək əlaqə saxlamalarını söyləmişdir. O, da öz növbəsində işi görən vəzifəli şəxsin adının Tuncay olduğunu Zərərçəkmiş şəxs2 bildirərək ***-***-**-** mobil nömrəni vermişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək həmin mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olub-olmadığını soruşduqda, o, həqiqəti danışmaq qərarına gəlib onlardan aldığı bütün pulları Təqsirləndirilən şəxs verdiyini etiraf etmişdir. 2022-ci ilin aprel-may aylarında Zərərçəkmiş şəxs2 ona zəng edib özünün və bacısı Zərərçəkmiş şəxs3 ona verdiyi pulları geri istədikdə, o, Təqsirləndirilən şəxs onu da aldadaraq 7500 (yeddi min beş yüz) manat pulunu aldığını söyləmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edərək və mesaj göndərərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 almış olduğu pulları geri qaytarmasını tələb etsə də, heç bir nəticə olmamışdır. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şikayət etdikdən sonra Təqsirləndirilən şəxs atası Qəməd Əşrəfov Zərərçəkmiş şəxs2 15000 (on beş min), Zərərçəkmiş şəxs3 10000 (on min) və onun 7500 (yeddi min beç yüz) manat məbləğində pullarını geri qaytarmışdır. O, 2021-ci ilin sentyabr ayının əvvəllərində metronun “20 yanvar” stansiyasının yaxınlığında evə getmək üçün ictimai nəqliyyat vasitəsi gözləyərkən orta məktəbdən tanıdğı Zərərçəkmiş şəxs5 görmüş və onunla söhbət əsnasında F.M.X7 işlədiyini, lakin işindən narazı olduğunu, yüksək əmək haqqı verilən bir iş axtardığını demiş və belə işlə təmin edəcək tanışının olub-olmadığını soruşmuşdur. O, Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən tanışının olduğunu deyərək, elə həmin vaxt Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” tətbiqinə zəng etmiş və Zərərçəkmiş şəxs5 barəsində məlumat verib sonuncunun yüksək əmək haqqı verilən işə düzəlməsinə kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məşğul olduğunu demiş və daha sonra bu barədə danışaraq Zərərçəkmiş şəxs5 kömək edəcəyini bildirmişdir. O, bir neçə gün sonra Təqsirləndirilən şəxs ilə görüşərkən Zərərçəkmiş şəxs5 işə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə F.M.X3 Xidmətinin Hərbi Əks-kəşfiyyat baş idarəsinin Kadrlar şöbəsinə mülki işçi kimi düzəldə biləcəyini və bunun qarşılığında 10000 (on min) manat məbləğində pul alacağını demişdir. O, Zərərçəkmiş şəxs5 zəng edərək, Təqsirləndirilən şəxs söylədiklərini ona dedikdə, Zərərçəkmiş şəxs5 ailəsi ilə məsləhətləşdikdən sonra ona cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək 10000 (on min) manat məbləğdə pulun hamısını verə bilməyəcəyini, ilkin olaraq 2000 (iki min) manat işə başladıqdan sonra isə qalan hissəni verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tapşırığına əsasən Zərərçəkmiş şəxs5 kömək edən vəzifəli tanışının da başqa adamlara pul verəcəyini bildirərək, ilkin olaraq 5000 (beş min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. 13 sentyabr 2021-ci il tarixdə o Zərərçəkmiş şəxs5 ilə birlikdə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığına gedərək Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Zərərçəkmiş şəxs5 5000 (beş min) manat məbləğində pulun əvəzi olaraq 2500 (iki min beş yüz) avro məbləğində pulu, şəxsiyyət vəsiqəsinin və diplomunun sürəti ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir. O, pulu və sənədlərin surətini götürdükdən sonra Zərərçəkmiş şəxs5 narahat olmamasını, bir aydan sonra işə başlayacağını vəd etmişdir. Təxminən bir aydan sonra Zərərçəkmiş şəxs5 ona zəng edərək işə nə vaxt başlayacağı ilə maraqlandıqda o mobil telefonunun konfrans funksiyası ilə sonuncunu Təqsirləndirilən şəxs ilə danışdırmış bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 yenə də yalan vedlər verərək inandırmışdır. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs5 ona zəng edərək Təqsirləndirilən şəxs verdiyi pulu ondan tələb etmiş, o isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs verdiyini əsas gətirərək, sonuncunun anası Gülzar Əşrəfovanın nömrəsini Zərərçəkmiş şəxs5 vermişdir. Onlar öz aralarında danışdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 aldığı 5000 (beş min) manat məbləğdə pulu tam olaraq geri qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddiası və başqa maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin qeydiyyatçı-kargüzarı Zərərçəkmiş şəxs2 məhkəməyə ifadə verib göstərdi ki, 2021-ci ilin yanvar ayında iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən güzəştli şərtlərlə satılan mənzillərdən birini aldığını, həmin mənzili aldıqda ona plastik bank kartı verilməklə hər ay mənzil kirayəsi üçün pul köçürülməsi barədə ona məlumat vermişdir. Onlar, bir neçə gün sonra həmin söhbətə davam edərkən, o, güzəştli evlərin hansı qaydada və şərtlərlə satıldığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə tanıdığı bir vəzifəli dostuna birotaqlı mənzil üçün 5000 (beş min) manat, ikiotaqlı mənzil üçün 10000 (on min) manat, üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pul verildiyi halda, həmin mənzillərdən ala biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 həmin vəzifəli və səlahiyyətli şəxsin kimliyi barədə məlumat almaq istəsə də, həmin şəxs barəsində ona heç bir məlumat verməmişdir. Söhbət zamanı o, Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat məbləğində pulunun olduğunu, lakin üçotaqlı mənzil almaq istədiyini dedikdə, Zərərçəkmiş şəxs1 üçotaqlı mənzil üçün 15000 (on beş min) manat məbləğində pulu bir dəfəyə verməli olduğunu ona demişdir. O, Zərərçəkmiş şəxs1 ailəsi ilə məsləhət etdikdən sonra cavab verəcəyini bildirmişdir. O, ailə üzvləri ilə məsləhət etdikdən sonra özünə məxsus olan qızıl-zinət əşyalarını sataraq, 15000 (on beş min) manat məbləğində pulu düzəltmiş və bir neçə gündən sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək bu barədə fikrini soruşduqda, o mənzil almaq istədiyini təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 29 mart 2021-ci il tarixdə onun ünvan 4 ünvanında yerləşən yaşadığı evinə gələrək, 50 və 100 manatlıq əskinaslardan ibarət olan 15000 (on beş min) manat məbləğində pulu orada ondan götürmüş və həmin pulu sonradan bildiyinə əsasən Təqsirləndirilən şəxs nəzərdə tutaraq “müəllimə” verəcəyini bildirmişdir. Onun bacısı Zərərçəkmiş şəxs3 da ikiotaqlı mənzil almaq istədiyini demiş, Zərərçəkmiş şəxs1 isə vəzifəli tanışına 10000 (on min) manat pul verəcəyi halda, həmin şəxsin ona da ikiotaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 10000 (on min) manat məbləğində pulunun olmadığını, bu səbəbdən də ilkin olaraq 3000 (üç min) manat məbləğində pul verəcəyini, qalan məbləğdə pulu isə onlara hissə-hissə verəcəyini bildirdikdə, Zərərçəkmiş şəxs1 bu barədə vəzifəli tanışı ilə məsləhət etdikdən sonra Zərərçəkmiş şəxs3 dedikləri ilə razılaşmış və 13 aprel 2021-ci il tarixdə yenidən onun yaşadığı mənzilə gələrək, orada Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində pulunu ondan qəbul edib götürmüşdür. Zərərçəkmiş şəxs3 pulun qalan hissəsini də müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 verməsi üçün ona göndərmiş, o da həmin pulları yaşadığı ünvanda Zərərçəkmiş şəxs1 vermişdir. O, 29 aprel 2021-ci il tarixdə 2000 (iki min) manat, 26 may 2021-ci il tarixdə 1000 (bir min) manat, 29 iyun 2021-ci il tarixdə 1000 (bir min) manat, 02 avqust 2021-ci il tarixdə 1000 (bir min) manat, 23 sentyabr 2021-ci il tarixdə 1000 (bi min) manat və 28 oktyabr 2021-ci il tarixdə 1000 (bir min) manat olmaqla, ümumilikdə qlan 7000 (yeddi min) manat pulu da Zərərçəkmiş şəxs1 vermişdir. O, 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 zəng edərək, onun özünə və bacısı Zərərçəkmiş şəxs3 vəd edilmiş mənzillərin və kirayə pulunun köçürüləcəyi plastik kartların verilməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 onun bu tələbini yerinə yetirmədikdə, onlardan aldığı pulları kimə verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 Tuncay adı ilə təqdim etdiyi ***-***- **-** mobil nömrəni ona verərək, həmin şəxslə danışdığını bildirmiş və o, həmin nömrəyə zəng edib danışdıqda, onunla danışan şəxs metronun “20 yanvar” stansiyasının yaxınlığında “Melissa” tikinti şirkəti tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində onun özünün adına üçotaqlı, Zərərçəkmiş şəxs3 isə adına ikiotaqlı mənzilin qeydə alındığını bildirmişdir. Bir qədər sonra o, yenidən həmin nömrəyə dəfələrlə zəng etsə də, həmin nömrəyə zəng çatmamış, daha sonra isə öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 ona verdiyi ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. ***-***-**-** nömrəli mobil telefondan ona zəng edərək danışan şəxs ***-***-**-** mobil nömrəsinə onun zəng etdiyini bildirmiş, o isə həmin şəxsin səsini eşitdikdə, Təqsirləndirilən şəxs olduğunu anlamışdır. Həmin danışıq zamanı o, Tuncay adlı şəxsə zəng etdiyini bildirsə də, Təqsirləndirilən şəxs inkar etmiş, daha sonra isə atası Qəməd Əşrəfli ilə danışdıqda sonuncu ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğunu təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 da ondan aldığı pulları Təqsirləndirilən şəxs verdiyini dedikdə, o, Təqsirləndirilən şəxs onlara vəd etdiyi mənzilləri, yaxud da pullarını geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə onun özünə və Zərərçəkmiş şəxs3 ayrılmış evləri ona göstərəcəyinə dair söz vermişdir. Bir müddət sonra, təxminən 2022-ci ilin aprel-may aylarında ***-***-**-** mobil nömrədən zəng edərək özünü şirkətin komendantı Orxan adlı təqdim edən şəxs onun özünə və Zərərçəkmiş şəxs3 ayrılmış güzəştli evlərin yerləşdiyi binanın komendantı olduğunu, hazırda iş yerində olmadığını və işə gələn kimi xəbər edib onlara ayrılmış evləri göstərəcəyini vəd etmişdir. O, “Melissa” tikinti şirkəti ilə maraqlandıqda həmin müəssisədə Orxan adlı komendantın işləmədiyini, həmin kompleksdə güzəştli evlərin olmadığını öyrənmişdir. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə ayrı-ayrılıqda danışaraq, pullarını geri istəmiş və pulunu ala bilmədiyi üçün sonuncunun atası Qəməd Əşrəfliyə zəng edərək, baş verənlər barədə ona məlumat vermişdir. Qəməd Əşrəfli isə doğma oğlu Vahidin əməlinə görə üzüldüyünü bildirmiş və onların pullarını qaytaracağına dair vəd vermişdir. 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs atası Qəməd Əşrəfli ilə birlikdə onun iş yerinə gələrək sonuncunun ondan aldığı pulları digər vəzifəli şəxsə verdiyini bildirmiş və onu inandırmaq üçün birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişlər. Onlar nazirliyə çatdıqda o, Qəməd Əşrəfli ilə birlikdə binanın qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs isə bir neçə dəfə həmin nazirliyin binasına gedib qayıdaraq, onun sənədlərinin X12 göndərildiyini, 5 iş günü müddətində cavab gələcəyini və bu məsələ ilə həmin nazirlikdə işləyən X6 məşğul olduğunu bildirmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedərək, A.A.Paşayevlə maraqlansa da, həmin adlı şəxsin orada işləmədiyini öyrənmişdir. O, Qəməd Əşrəfliyə zəng edərək baş verən bütün hadisələri danışmışdır. Yaxın müddətdə onun pullarını geri qaytaracağına vəd vermişdir. 2022-ci ilin iyun ayının ortalarında Qəməd Əşrəfli onun iş yerinə gələrək onun özünün 15000 (on beş min) manat və Zərərçəkmiş şəxs3 10000 (on min) manat olmaqla, ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğdə pullarını ona geri qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddiası və başqa maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ifadə verib göstərdi ki, 2021-ci ilin mart ayında taksi fəaliyyəti ilə məşğul olarkən müştərisi olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, bu zaman Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini və rütbəsinin baş leytenant olduğunu deyərək, ona pul müqabilində ailəsinin sürücüsü olmağı təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq, ailəsinin sürücüsü olmuşdur. Onların münasibəti daha yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs ilə söhbət edən zaman sonuncu metronun “20 yanvar” stansiyasının yaxınlığda yeni tikilən “Melissa” yaşayış kompleksindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətində işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə güzəştli evlər təşkil etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin yüksək vəzifəli şəxslərin kim olduğunu və mənzilləri hansı yolla təşkil etdiklərini bildirməsə də, bu işi görmələri müqabilində onlara birotaqlı mənzil üçün 12000-13000, ikiotaqlı mənzil üçün 15000-20000 manat, üçotaqlı mənzil üçün isə 25000-30000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra, o ikiotaqlı mənzil almaq istədiyini dedikdə, Təqsirləndirilən şəxs bunun üçün 20000 (iyirmi min) manat məbləğində pul verməli olduğunu ona bildirmişdir. Aralarında olan razılaşmaya əsasən, o, 2021-ci ilin aprel ayının ortalarında əvvəlcədən topladığı 20, 50 və 100 manatlıq əskinaslarla, ümumilikdə 4000 (dört min) manat məbləğində pulu Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində yerləşən evinin qarşısında sonuncuya vermişdir. 2021-ci ilin avqust ayında özünə məxsus “Toyota Prius” markalı avtomobilini sataraq, 11000 (on bir min) manat məbləğində pulunu özünün Bakı şəhəri, 7-ci mikrorayon ərazisində yerləşən evinin yaxınlığında Təqsirləndirilən şəxs məxsus olan “Volkswagen Passat” markalı minik avtomobilinin içərisində vermişdir. Bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs ilə tez-tez əlaqə saxlayaraq sonuncunun ona vəd etdiyi evin nə zaman hazır olacağını soruşsa da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək, yaxın zamanda hazır olacağını bildirmişdir. O, V.Q.Əşrəfiyə pul verdiyi dövrlərdə onun tapşırığı ilə bir neçə dəfə Zərərçəkmiş şəxs1 750-800 (yeddi yüz əlli-səkkiz yüz) manat məbləğində pul götürərək V.Q.Əşərfliyə versə də, həmin pulların mənbəyini bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs2 eşitmişdir ki, həmin pullar bacısı Zərərçəkmiş şəxs3 ev almaq üçün hissə-hissə verdiyi pullar olmuşdur. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, Təqsirləndirilən şəxs güzəştli şərtlərlə ev təşkil etmək üçün 25000 (iyirmi beş min) manat məbləğində pulunu aldığını, lakin vədinə əməl etməyərək onu aldatdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs digər şəxsləri də aldatdığını eşidib bildikdə, verdiyi pulları geri istəmiş və bununla bağlı şikayət etdikdən sonra, Təqsirləndirilən şəxs ondan aldığı 15000 (on beş min) manat məbləğində pulu ona hissə-hissə geri ödəmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddiası və başqa maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəməyə ifadə verib göstərdi ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli tam orta məktəbdə oxuduğu vaxtdan tanıdığı Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən, "xxxx" MMC-dən mənzil almaq üçün bir nəfər yüksək vəzifədə işləyən tanışına pul verdiyini və həmin vəzifəli şəxsin vasitəsilə məsələnin qısa zamanda həll olunacağı barədə danışmış, o isə əmək haqqı yüksək olan hansısa bir dövlət qurumunda işləmək istədiyini deyərək, həmin tanışının ona kömək etmək imkanında olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs1 onun ev məsələsini həll edən Təqsirləndirilən şəxs adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini deyərək, bu barədə danışa biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs zəng edərək onun əmək haqqı yüksək olan dövlət qurumlarından birində işləmək istədiyini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 heç nə deməmiş, onunla bu barədə danışıb kömək edəcəyinə vəd vermişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs onu Dövlət Təhlükəsizliyi Xidmətinin metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən idarəsinin Kadrlar şöbəsinə mülki işçi kimi işə qəbul etdirmək imkanında olduğunu və bunun müqabilində sonuncuya 10000 (on min) manat məbləğində pul verməli olduğunu demişdir. O, ailəsi ilə məsləhət etdikdən sonra qərar verəcəyini bildirmişdir. Ailəsi ilə danışıb razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 zəng edərək həmin məbləğin 2000 (iki min) manatını əvvəlcədən, digər hissəsini isə işə başladıqdan sonra verə biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs ilə danışıb, həmin pulun bir hissəsini ona kömək edən adamlara verəcəyini əsas gətirərək, ilkin olaraq 5000 (beş min) manat məbləğində pul istədiyini söylədikdə, o, razılaşaraq, ilkin olaraq 5000 (beş min) manat məbləğində pul verəcəyinə dair vəd vermişdir. 13 sentyabr 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 ilə birlikdə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərək şəxsiyyət vəsiqəsinin surətini, diplomunun surətini və 5000 (beş min) manat (2500 (iki min beş yüz) avro əskinasları ilə) məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu isə ona narahat olmamasını, bir ay ərzində işə başlayacağını deyərək onu aldadıb inandırmışdır. 2021-ci ilin oktyabr ayının ortalarında o, Zərərçəkmiş şəxs1 zəng edərək özünün işə qəbul edilməsi ilə bağlı maraqlandıqda, o, da öz növbəsində Təqsirləndirilən şəxs ilə danışıb tezliklə onun işlə təmin olunacağını demişdir. 4-5 ay ərzində eyni proses dəfələrlə təkrarlanmışdır. O, 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs valideynlərinin mobil telefon nömrələrini alıb onlara baş verən hadisələri danışaraq pulunu geri istəmişdir. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs anası Gülzar Əşrafova onun 5000 (beş min) manat məbləğində pulunu geri qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddiası və başqa maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin mart ayının sonlarında bacısı Zərərçəkmiş şəxs2 ünvan 6 ünvanında yerləşən mənzilində olarkən, ümumi söhbət əsnasında sonuncunun güzəştli ev alacağını öyrənmişdir. Bunu hansı yolla edəcəyini soruşduqda, Zərərçəkmiş şəxs2 iş yoldaşı Zərərçəkmiş şəxs1 tanıdığı yüksək vəzifədə işləyən nüfuzlu bir şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışlarının vasitəsi ilə güzəştli mənzillərin alınmasına kömək edəcəyini və bunun qarşılığında həmin şəxsin birotaqlı mənzil üçün 5000 (beş min), ikiotaqlı mənzil üçün 10000 (on min), üçotaqlı mənzil üçün isə 15000 (on beş min) manat məbləğində pul istədiyini bildirmişdir. 29 mart 2021-ci il tarixdə o, bacısı Zərərçəkmiş şəxs2 evində olarkən, Zərərçəkmiş şəxs1 oraya gələrək Zərərçəkmiş şəxs2 ilə əvvəlcədən razılaşdıqları kimi sonuncunun üçotaqlı mənzil alması üçün 15000 (on beş min) manat məbləğində pulunu almış, o isə həmin vaxt orada özü üçün ikiotaqlı mənzil almaq istədiyini bildirdikdə, Zərərçəkmiş şəxs1 bunu yüksək vəzifədə işləyən tanışının vasitəsi ilə təşkil edə biləcəyini deyərək, bu barədə həmin vəzifəli şəxslə mobil telefonla danışmışdır. Ona ikiotaqlı mənzil alması üçün həmin tanışına və onun iş gördüyü adamlara 10000 (on min) manat məbləğində pul verməli olduğunu söyləmişdir. O, Zərərçəkmiş şəxs1 həmin məbləği bir dəfəyə ödəmək imkanında olmadığını, ilkin olaraq 3000 (üç min) manat pul verib, qalan 7000 (yeddi min) manat məbləğdə pulu isə hissə-hissə ödəyəcəyini demişdir. Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən həmin tanışı ilə bu barədə danışdıqdan sonra onun təklifinə razılıq verildiyini bildirmişdir. 13 aprel 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 7 ünvanına gedərək bacısının vasitəsi ilə Zərərçəkmiş şəxs1 oraya çağırmış və 50 və 100 manatlıq əskinaslarla 3000 (üç min) manat məbləğində pulu sonuncuya vermişdir. O, yaşadığı Göyçay rayonuna getdiyi üçün ümumi məbləğin qalan hissəsini müxtəlif vaxlarda bacısı Zərərçəkmiş şəxs2 vasitəsilə hissə-hissə Zərərçəkmiş şəxs1 göndərmişdir. xx.xx.2021-ci il tarixdə 2000 (iki min), xx.xx.2021-ci il tarixdə 1000 (bir min), xx.xx.2021-ci il tarixdə 1000 (bir min), xx.xx.2021-ci il tarixdə 1000 (bir min), xx.xx.2021-ci il tarixdə 1000 (bir min) və xx.xx.2021-ci il tarixdə 1000 (bir min) manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 vermişdir. O, 2021-ci ilin sonlarında və 2022-ci ilin əvvəllərində bir neçə dəfə bacısı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayaraq evin sənədlərinin nə zaman hazır olacağı barədə maraqlansa da, heç bir nəticə əldə etməmişdir. 2022-ci ilin mart-aprel aylarında bacısı Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayaraq artıq uzun müddət keçdiyini, buna görə də verdikləri pulu geri almasını bildirmişdir. Danışıq zamanı bacısından öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 telefonda danışdığı yüksək vəzifədə işləyən tanışı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs1 onlardan aldığı pulları Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs2 bir neçə dəfə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pullarını istəsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Onlar bu barədə müvafiq qurumlara şikayət etdikdə, Təqsirləndirilən şəxs atası Qəməd Əşrəfov gələrək onun özünün 10000 (on min) manat və bacısının 15000 (on beş min) manat pulunu geri qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti, mülki iddiası və başqa maddi tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş telefon danışıqlarına baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 09:30, 09:48, 09:57, 10:15, 11:37, 11:38, 12:04, 13:09, 13:17, 13:41, 13:56, 14:09, 14:16, 14:26, 14:28 15:36, 15:37, 16:34, 18:08 və 19:34-də telefon danışıqlarının aparılması qeydə alınmışdır. Təqsirləndirilən şəxs -xx.xx.2015-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilməklə leytenant hərbi rütbəsi almış, xx.xx.2022-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq baş leytenant hərbi rütbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatına buraxılmaqla xx.xx.2022-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. Qazax rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 tərəfindən Bakı Hərbi Məhkəməsinə ünvanlanmış ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilmiş və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Bələliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Rəspublikası CM-in 178.2.2, 178.2.3,178.2.4 və 32.4, 312.2 -cİ maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xaraktərli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xaraktərinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin ədilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, cinayətlərin törədilməsində iştirak dərəcəsini, habelə ona qarşı irəli sürülmüş epizodlar üzrə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsini, ailəsiinin yeganə qazanc gətirən mənbələri olmasını, məhkəmə istintaqı zamanı islah olunmaq yönündəki davranışlarını, törətdiyi cinayət əməlinə mənfi münasibətini nəzərə alaraq təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxslərin azadlıqdan məhrum edilmədən də islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab veriləcəyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 50 (əlli saat) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı həsab ədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə cəzası, həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 10.000 (on min) manat məbləğində cərimə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10.500 (on min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi 50 (əlli saat) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apəllyasiya məhkəməsinə əlan olunduğu andan 20 (iyirmi) gün müddətində apəllyasiya şikayəti və ya apəllyasiya protəsti vərilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest vərilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafiq Abbasov (sədrlik edən) Aslan Kalbalıyev Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar