Məhkəmə qərarları › İş №1-1(093)-28/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-28/2023

07.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-28/2023 07.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru X10, mərhum zərərçəkmiş şəxs X8 hüquqi varisin- anası X5 nümayəndəsi- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Babalı oğlunun, müdafiəçi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, 18 mart 2003-cü il tarixdə Qobustan rayonunun Bəklə kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qobustan rayonunun Bəklə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi yeni tikilidə nömrəsiz evdə yaşamış, Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kursant taborunun 16-cı kursant bölüyünün kursantı vəzifəsində xidmət etmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını əldə etməklə üzərində gəzdirmiş və qəsdən digər şəxsi xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Belə ki, Cəfərli X31 Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun 4-cü kursant taborunun 16-cı kursant bölüyünün kursantı vəzifəsində xidmət edən zaman təxminən 2021-ci ilin ortalarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin ərazisində suvenir əşyalarının satışını həyata keçirən əvvəllər tanımadığı və istintaqa məlum olmayan şəxsdən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bir ədəd ov bıçağını almış, həmin vaxtdan etibarən qeyd olunan soyuq silahı yaşadığı ünvanda, yəni ünvan 1mrəsiz evdə saxlamaqla mütəmadi olaraq buraxılış və məzuniyyətdə olduğu müddətlərdə gecə saatlarında qanunsuz olaraq üzərində gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə hərbi xidmətdə olarkən 02 avqust 2022-ci il tarixdən etibarən yay tətili məzuniyyətinə çıxmış, məzuniyyətdə olduğu müddət ərzində anası X6 vətəndaş X18 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşaması, nəticədə valideynlərinin boşanması, C.M.Sədyarovdan anasından uzaq durmasını tələb etsə də, sonuncunun buna əməl etməməsi səbəbindən vətəndaş X11 öldürmək qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs vətəndaş C.M.Sədyarovu görüşə çağıraraq sonuncu ilə 30 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında görüşdükdən sonra onu anası Gülnarə Cabbarovanın yaşadığı mənzilə dəvət etmiş, həmin vaxt sonuncu evdə tək olmuş, mənzildə birlikdə çay içərək ümumi mövzular ətrafında söhbət etdikdən sonra 31 avqust 2022-ci il tarixdə saat 03 radələrində C.M.Sədyarov mənzili tərk edərkən sonuncunu gedəcəyi yerə yola salmaq bəhanəsi ilə onunla birlikdə mənzildən çıxıb Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi istiqamətində hərəkətdə olarkən qısqanclıq zəminində və qisas almaq məqsədilə onu qəsdən öldürmək niyyəti ilə 31 avqust 2022-ci il tarixdə saat 03:20 radələrində Qarabağ küçəsi 30a ünvanının qarşısında qanunsuz olaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını sağ əli ilə şalvarının sağ yan cibindən çıxararaq ilkin olaraq C.M.Sədyarovun döş qəfəsinin sol tərəfinə bir zərbə vurmuş, sonuncu əlindən qaçsa da bir qədər sonra Qarabağ küçəsi 22 ünvanının qarşısında yerə yıxılmışdır. Bundan sonra Ö.Ə.X2 müxtəlif nahiyələrinə bıçaqla çoxsaylı zərbələr endirmiş, eyni zamanda sifət və baş nahiyələrinə təpik zərbələri vurmuş, müdafiə olunan C.M.Sədyarov artıq huşsuz vəziyyətdə olarkən və müqavimət göstərmədiyi halda zərbələri davam etdirərək, ümumilikdə sonuncunun döş qəfəsinin ön səthinin sağ və sol yarısına 08 (səkkiz) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısına 01 (bir) ədəd, qarın nahiyəsinin sol və sağ yarısına 06 (altı) ədəd, sağ qasıq nahiyəsinə 01 (bir) ədəd, bel nahiyəsinin sağ yarısına 01 (bir) ədəd, alt çənə cismi nahiyəsinə 01 (bir) ədəd, boyun nahiyəsinin orta və aşağı 1/3-də 03 (üç) ədəd, sol bazu nahiyəsinə 05 (beş) ədəd, sağ bazu nahiyəsinə 01 (bir) ədəd, sol mil-bilək oynağının ön səthinə 01 (bir) ədəd, sol dirsək çuxuruna 01 (bir) ədəd, sağ baldır nahiyəsinə 01 (bir) ədəd, cəmi 30 (otuz) ədəd, onlardan 15 (on beş) ədədi həyat üçün təhlükəli olmaqla, sağlamlığa ağır zərərvurmaya aid edilən döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən sol ağciyərin, ürəyin zədələnməsi, qarın nahiyəsinin sağ və sol yarısında boşluğa nüfuz edən qaraciyərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə nəticəsinə baş vermiş hemorragik şokla ölümünə səbəb olan xəsarətlər yetirməklə vətəndaş C.M.Sədyarovu xüsusi amansızlıqla qəsdən öldürməklə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə deyil, özünü həmin Məcəllənin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadə göstərdi ki, Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyinə daxil olmuş, həmin liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunmuş və 2022-ci ilin iyul ayının sonlarında həmin institutun ikinci kursunu bitirmişdir. Valideynləri ayrıldıqdan sonra o və qardaşı Səfər Cəfərli atası ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, İzlivnoy küçəsində yeni tikilidə nömrəsiz evdə yaşamışdır. Valideynləri ayrılandan 5-6 il sonraya qədər anası ilə münasibəti olmamış, təxminən 3 il əvvəl anası Gülnarə Cabbarova ona sms yazmış və sonuncu ilə ünsiyyət qurmağa başlamışdır. Anası ilə ünsiyyətini bərpa etdikdən sonra sonuncudan özlərini niyə atıb getdiyini tez-tez soruşmuş, anası isə bilmədiyi çox şeyin olduğunu söyləmişdir. Böyüdükcə həmin səbəbi dəqiqləşdirməyə çalışmış, təxminən 3 il bundan əvvəl anası G.Cabbarova Ceyhun adlı şəxsin onu narahat etməsini, onunla danışdığını dayısı Sərvərə və kənddə olan digər qohumlara deyəcəyi ilə şantaj etdiyini bildirmişdir. O, həmin vaxta qədər Ceyhun Sədyarovu tanımamış, sonuncu həmin ərəfələrdə onun mobil nömrəsini taparaq zəng etmiş və yaşadığı Qaradağ rayonu Müşfiqabad qəsəbəsinə gəlib onunla görüşüb söhbət etmişdir. Söhbət zamanı Ceyhun Sədyarov G.Cabbarovanın iş yoldaşlarının məsləhətli adamlar olmadığını, axşamlar kafelərdə yeyib-içdiklərini desə də həmin vaxt sonuncunun məqsədinin onu anasından uzaqlaşdırmaq olduğunu düşünmüşdür. Bundan sonra C.Sədyarova anasından uzaq durmasını və onun yanında görünməməsini bildirmiş, sonuncu da “yaxşı" deyərək çıxıb getmişdir. Ötən 1 il ərzində anası ilə münasibəti daha da yaxşılaşmağa başlamış, həftəsonları Heydər Əliyev adına Hərbi İnstitutdan buraxılış götürdükdə G.Cabbarovanın yanına gəlib sonuncunun Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində kirayədə yaşadığı mənzildə birlikdə qalmışdır. Anasının yanına gəlib qaldıqdan sonra G.Cabbarova ilə daha da yaxından maraqlanmağa başlamış, belə ki, anasının mobil telefonlarını götürüb baxmış, təxminən hadisədən 10-15 gün əvvəl anası G.Cabbarovanın mobil telefonunu götürüb gələn-çıxan zənglərinə, yazışmalarına və s. baxdığı zaman mobil telefonunda blok edilmiş nömrələrin içərisində orada xatırlamadığı bir mobil nömrənin olduğunu görmüş və öz mobil telefonunda həmin nömrəni ”getcontact” proqramı vasitəsilə yoxlayaraq nömrənin “Ceyhun” kimi qeyd olunduğunu gördükdə həmin şəxsin kim olduğunu təxmin etmişdir. Dəqiqləşdirmək üçün həmin mobil nömrəyə öz mobil telefonundan zəng edib danışmış, səsindən Ceyhun Sədyarov olduğunu bilmiş və sağollaşmışdır. Ceyhun Sədyarova görə anasız böyümüş, bu hal həmişə ona təsir etmiş, ətrafında olan həmyaşıd və dostları ana qayğısını gördüyü halda, özü bundan uşaq vaxtlarından məhrum olmuşdur. Həmin vaxtlardan anasının hansısa bir nəfərə görə onlardan uzaqlaşdığını başa düşmüş, lakin həmin adamın Ceyhun Sədyarov olduğunu son illərdə öyrənmişdir. Ceyhun Sədyarovdan anasından uzaq durmasını tələb etsə də, sonuncunun buna məhəl qoymadığını görmüş, son dövrlərdə də valideynlərinin ayrılmağına səbəbkar olan şəxsin Ceyhun Sədyarov olduğunu dəqiqləşdirmək məqsədilə günahın anasında yoxsa Ceyhun Sədyarovda olmasını dəqiqləşdirməyə çalışmışdır. 2021-ci ilin yayında Ceyhun Sədyarovun anasını döyməsi, anasının C.Sədyarovun mobil nömrəsini blok etdiyini gördükdə başa düşmüşdür ki, anası X22 Sədyarovdan uzaqlaşmağa çalışsa da, sonuncu G.Cabbarovadan əl çəkməmiş, daima narahat etmişdir. X15 anasından uzaq durmasını tələb etsə də, tələblərinə əməl etmədiyi, həmçinin C.Sədyarov onun anasız böyüməyinə səbəb olduğu üçün, həm anasının, həm də ailə üzvlərinin həyatını məhv etdiyi, atasını başqalarının yanında başı aşağı etdiyi üçün Ceyhun Sədyarovu qisas niyyəti ilə öldürmək fikrində qətiləşmişdir. Bu məqsədlə keçən ilin yay aylarında suvenir olaraq aldığı və əsasən yaşadığı evdə saxladığı bıçağını gizlincə evdən götürərək Ceyhun Sədyarovu öldürmək niyyəti ilə üstündə gəzdirməyə başlamışdır. 29 avqust 2022-ci il tarixdə yenidən Ceyhun Sədyarova zəng edərək görüşüb söhbət etmək istədiyini bildirmiş, sonuncu nə söhbət olduğunu soruşduqda üzbəüz söhbət etmək istədiyini söyləmişdir. Həmin vaxt ona “Neftçilər”-də olduğunu, xəbər edəcəyini bildirsə də, xəbər çıxmadıqda C.Sədyarovla əlaqə saxlamış, sonuncu ona Ələt qəsəbəsində olduğunu, səhəri gün qayıdıb xəbər edəcəyini demişdir. Səhəri gün, yəni 30 avqust 2022-ci il tarixdə saat 13 radələrində Ceyhun Sədyarovdan xəbər çıxmadığını görüb “vatsapp” mobil tətbiqi ilə sms yazıb harada olduğunu soruşmuş, cavab gəlmədiyini görüb zəng etsə də sonuncu zəngi açmamışdır. Təxminən 2-3 saat sonra C.Sədyarov ona sms yazaraq dənizdə olduğu üçün zəng və sms-i görmədiyini bildirmişdir. Bundan sonra C.Sədyarova guya dostunun atası öldüyü üçün Hacıqabul rayonuna getdiyini, yolüstü Ələt qəsəbəsində görüşüb söhbət etmək istədiyini bildirmişdir. Ceyhun Sədyarov isə ona “gələndə xəbər edərsən” demişdir. Bundan sonra evdən çıxıb Ələt qəsəbəsinə getmiş, ora çatıb Ceyhun Sədyarovla əlaqə saxladıqda, sonuncu artıq Bakı şəhərinə doğru yolda olduğunu bildirmişdir. Təkrarən görüşmək istədiyini dedikdə C.Sədyarov axşam saat 23:30 radələrində “Nərimanov” parkına gəlməyini istəmişdir. Buna görə də Ələt qəsəbəsindən qayıdaraq saat 23:30 radələrində “Nərimanov” parkına getmiş, təxminən 10-15 dəqiqə gözlədikdən sonra Ceyhun Sədyarov gəlmiş, sonuncu ilə salamlaşıb hal-əhval tutduqdan sonra piyada üzü Qarabağ küçəsi istiqamətində hərəkət etmişlər. Yolda gedən zaman sonuncu öz həyatından danışmış, o isə, həmin vaxt çox əsəbi olduğu üçün C.Sədyarovun danışdıqlarına tam da qulaq asmamış və sonuncunu necə vuracağını düşünmüşdür. Qarabağ küçəsinə çatdıqda orada olan kiçik parkda oturub bir qədər də söhbət etmiş, daha sonra anasının yaşadığı binanın qarşısına çatdıqda Ceyhun Sədyarova mənzilə qalxıb bir çay içib söhbət etməyi təklif etmiş, sonuncu da razılıq vermişdir. Birlikdə həmin mənzilə qalxmış, ilk öncə özü mənzilin qapısını döyüb içəri girmiş, anası ilə görüşmüş, G.Cabbarova mətbəxdə olan zaman qapı döyülmüş, həmin vaxt anasına “bir nəfər gəlir, təəccüblənmə, sizinlə söhbət etmək istəyirəm” sözlərini söyləmişdir. Qapını açdıqdan sonra Ceyhun Sədyarov da mənzilə daxil olmuş, anasından çay hazırlamasını istəmişdir. G.Cabbarova ona şirniyyat olmadığını bildirərək aşağı düşüb marketdən almağını istəmiş, o da C.Sədyarova birlikdə getmələrini təklif etmiş, sonuncu razılaşmışdır. Yaxınlıqda yerləşən “Araz” marketdən şirniyyat alıb yenidən evə qayıdaraq G.Cabbarova və C.Sədyarov ilə birlikdə oturub söhbət etmişdir. 31 avqust 2022-ci il tarixdə təxminən saat 03 radələrində Ceyhun Sədyarov evinə getmək istədiyini demiş, o da aşağı düşüb siqaret alacağını söyləyərək sonuncu ilə birlikdə aşağı düşmüşdür. Mağazaya girib siqaret almış və siqaret çəkdikdən sonra C.Sədyarovdan hara getdiyini soruşduqda, sonuncu yaxınlıqda yerləşən ofisinə gedəcəyini bildirmişdir. O da bekar olduğunu deyərək C.Sədyarovu yola salmağı təklif etmiş və birlikdə Qarabağ küçəsi ilə getməyə başlamışlar. Birlikdə gedən zaman yenə də Ceyhun Sədyarovu necə vuracağını düşünmüş və anidən həmişə üzərində gəzdirdiyi açılıb-qatlanan bıçağını sağ əli ilə sağ yan cibindən çıxarıb C.Sədyarovun döş qəfəsinin sol tərəfindən bir zərbə vurmuşdur. Həmin zərbəni vurduqdan sonra C.Sədyarov qaçmağa başlamış, o da sonuncunun arxasınca qaçmış, 5-10 metr sonra avtomobil dayanacağının darvazasının qarşısında C.Sədyarovu tutduğu zaman sonuncu müqavimət göstərməyə çalışmışdır. Orada sağ əlində olan bıçaqla Ceyhun Sədyarova xatırlamadığı sayda müxtəlif nahiyələrindən zərbələr vurmağa başlamış və sonuncunun yenidən qaçdığını gördükdə arxasıyca qaçmışdır. Təxminən 60-70 metr qaçdıqdan sonra C.Sədyarov yolun kənarında yıxılmış, sonuncunun yıxıldığını gördükdə üzərinə çıxıb təpiklə və bıçaqla yenidən bədəninin müxtəlif nahiyələrinə çox sayda zərbələr vurmağa başlamışdır. Ceyhun Sədyarov yerdə olan zaman ayaqları ilə ona müqavimət göstərməyə çalışmış, həmin vaxt bıçaq onun sağ əl barmaqlarını kəsmiş və bıçaq əlindən çıxaraq kənara düşmüşdür. Bıçağı axtaran zaman Ceyhun Sədyarov yerdə uzanıqlı vəziyyətdə hərəkətli olmuş, daha sonra bıçağı yanında olan avtomobilin önündən tapıb götürmüş, ardınca Ceyhun Sədyarovun ayaqlarından tutub sürüyərək yoldan binaya tərəf çəkmiş və orada yenidən təpik və bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Bundan sonra C.Sədyarovun hərəkətsiz vəziyətdə olduğunu gördükdən sonra artıq öldüyünü düşünərək bıçağı da özü ilə götürüb oradan uzaqlaşaraq “Araz” market tərəfə getmiş, həmin vaxt sağ əl barmaqlarının kəsildiyi üçün qan gəldiyini görmüşdür. Təxminən 200 metr getdikdən sonra yolun kənarında oturan zaman Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, özünü təqdim edərək bir nəfəri bıçaqla vurduğunu, qeyd olunmasını, hazırda vəziyyətinin pis olduğundan daha sonra aidiyyəti polis bölməsinə yaxınlaşacağını bildirmişdir. Yoldan keçən dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobilinə əl ilə işarə edərək həmin avtomobili saxlatmış, sürücüdən özünü atasının yaşadığı Müşfiqabad qəsəbəsinə aparmasını istəmişdir. Yolda olan zaman da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Yaşadığı ünvana çatdıqdan sonra ilk öncə yaxınlıqda yaşayan Yasin və Təbiət adlı əmilərinə zəng edib oyatmış və baş vermiş hadisəni danışmışdır. Daha sonra atası və qardaşına da xəbər verilmiş, həmin şəxslərə də hadisəni danışdıqdan sonra onu xəstəxanaya aparmaq istəmişlər. Özü isə polisə gedib təslim olacağını demiş, lakin bundan sonra atası və əmiləri qardaşının avtomobili ilə onu xəstəxanaya aparmış, orada barmaqlarına tikiş qoyulmuş, bundan sonra polis əməkdaşları həmin xəstəxanada ona yaxınlaşmış və özü də törətdiyi əməli etiraf etmişdir. Kiminsə onun Ceyhun Sədyarovu öldürmək niyyəti barədə məlumatı olmamış, əvvəlcədən heç kimi xəbərdar etməmiş, kimsə onu bu hərəkəti törətməyə təhrik etməmiş və hər hansı bir şəxslə əlbir olmamışdır. Özü şəxsən belə bir qərar verərək tək olaraq Ceyhun Sədyarova bıçaq zərbələri vurmaqla öldürmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini və X8 vəfatı ilə əlaqədar keçirilmiş tədbirlərə xərclənən 23.000 manat pulun ödənilməsi barədə mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verib göstərdi ki, 1999-cu ildə Şahid1 ilə ailə həyatı qurmuş və bu evlilikdən Səfər və Ömər adlı övladları dünyaya gəlmişdir. Yoldaşı Şahid1 içki aludəçiliyi olduğu üçün içki içməsinə irad bildirdiyindən sonuncu onu döymüş, bununla da ailə daxili münaqişə yaranmış, təxminən 2013-cü ildə qəti olaraq sonuncudan boşanmaq qərarına gəlmişdir. Həmin ərəfələrdə Ceyhun Sədyarov ilə tanış olmuş, sonuncunun həmçinin X27 ilə dostluq münasibəti olmuşdur. C.Sədyarov ilə tanış olduqdan sonra sonuncu ilə telefon vasitəsilə danışmağa başlamış, lakin Ceyhun Sədyarovun ailəsi ilə bağlı özünün heç bir məlumatı olmamışdır. Bir müddət sonra Şahid1 ilə barışmış və yenidən birlikdə yaşamağa davam etmişdir. Lakin bundan sonra Ceyhun Sədyarov onun Şahid1la barışdığını eşidib zəng edərək münasibətləri barədə X27a deyəcəyini bildirmişdir. O Ceyhun Sədyarova “kimə nə deyirsən de” dedikdən bir müddət sonra X27 ona zəng edərək C.Sədyarovla münasibətinin olub-olmadığını soruşduqda o sonuncu ilə sadəcə telefonda danışdığını bildirmişdir. S.Cabbarov C.Sədyarovla danışaraq onun ailəli olduğunu, özü ilə danışmamasını sonuncudan tələb etmiş, lakin Ceyhun Sədyarov ondan əl çəkmədiyi üçün, mütəmadi olaraq telefon vasitəsilə danışaraq münasibətləri barədə danışacağı barədə qaynatasına və Şahid1 deyəcəyini bildirərək ona hədə qorxu gəlmişdir. Bundan sonra məcbur qalaraq Ceyhun Sədyarovla danışmış və görüşmüş, həmçinin özünün də C.Sədyarova qarşı istəyi olmuşdur. X27 ilə Ceyhun Sədyarov arasında bu məsələ ilə bağlı hadisə baş vermiş, qardaşı C.Sədyarova xəsarət yetirmiş, sonuncu da bundan istifadə edərək onun qoşulub qaçmayacağı halda X27dan şikayətçi olacağını bildirmişdir. Bundan sonra məcbur qalaraq övladlarını qoyaraq C.Sədyarovla qaçmış, sonuncu da S.Cabbarovla bağlı barışıq ərizəsi vermişdir. Daha sonra Şahid1 nikahın pozulması barədə məhkəməyə müraciət etmiş, uşaqlar atalarının yanında qalmaq istədiklərindən məhkəmə nikahın pozulması və uşaqların Şahid1 qalması barədə qətnamə qət etmişdir. Şahid1 ilə boşandıqdan sonra övladları onunla uzun illər danışmamış, daha sonra kiçik oğlu Təqsirləndirilən şəxs ilə əlaqə qurmağa başlamışdır. Həmin vaxtlardan etibarən Təqsirləndirilən şəxs onun hazırda kirayə qaldığı evə gedib gəlməyə başlamışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, ali hərbi məktəbdə oxuduğu üçün həftənin 5 günü orada qalsa da, həftəsonları onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs onun Ceyhun Sədyarov ilə arasında münasibəti olmasını bilmiş, lakin ona bu barədə heç bir söz deməmiş və heç bir irad bildirməmişdir. Təqsirləndirilən şəxs onunla qaldığı günlərdə Ceyhun Sədyarov evə gəlməmişdir. 2021-ci ilin iyul ayında Ceyhun Sədyarov ilə aralarında mübahisə baş verən zaman sonuncu onun burnuna yumruqla vuraraq xəsarət yetirmiş, bu zaman Təqsirləndirilən şəxs onun Ceyhun Sədyarovla arasında münasibət olduğunu, ər-arvad kimi yaşadıqlarını öyrənmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə qonşuların onunla Ceyhun Sədyarov arasında olan münasibəti ilə bağlı nə bildiklərini soruşmuş, o da cavabında sonuncu ilə arasında ər-arvad münasibətində olduğunu bildiklərini demişdir. Təqsirləndirilən şəxs ilə Ceyhun Sədyarov arasında əvvəllər hər hansı düşmənçilik və ya ədavət, dava-dalaş olmamışdır. Təxminən dörd ay əvvəl C.Sədyarov Təqsirləndirilən şəxs yazdığı sms mətnini ona göstərmiş, C.Sədyarovdan telefonu alaraq sms mətnini axıra qədər oxuduqda Təqsirləndirilən şəxs tərəfindən “həmin vaxt mən uşaq idim, sən bizi anamızdan eləmisən, indi də anamı narahat etmə” məzmunlu sms yazdığını görmüşdür. Bundan başqa bir müddət əvvəl C.Sədyarov Təqsirləndirilən şəxs yenidən yazdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs ona C.Sədyarovla danışmasının düzgün olmadığını bildirmişdir. Ö.X19 ilə nə səbəbə danışdığını soruşduqda Təqsirləndirilən şəxs ona “mən araşdırıram günah səndədi ya onda səndə olsa səni, Ceyhunda olsa onu öldürəcəm” sözlərini söyləmişdir. 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə istirahət etmək üçün Quba rayonuna getmiş, həmin vaxt bibisi Zümrüdgildə qonaq qalmış, Təqsirləndirilən şəxs isə dostları ilə başqa yerdə olmuşdur. Təxminən 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinə qayıtmış və həmin gün sonuncu onunla birlikdə qalmışdır. Ceyhun Sədyarov ona zəng edərək nömrəsini Təqsirləndirilən şəxs onun verib-vermədiyini soruşmuş və sonuncunun “Whatsapp” proqramı vasitəsilə sms yazdığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs zəng etdiyini və görüşə çağırdığını bildirmişdir. Həmin vaxt Ceyhun Sədyarova əsəbiləşərək Təqsirləndirilən şəxs nömrəsini vermədiyini bildirmişdir. Ceyhun Sədyarov təxminən 3 gün müddətinə evə gəlməmiş, Təqsirləndirilən şəxs isə onunla bir gün qalmışdır. Bundan başqa Ceyhun Sədyarov ona maddi dəstək olmamış, hər şeyi, yəni kirayə haqqını və kommunal xərcləri özü ödəmişdir. Sonuncu ondan telefon üçün enerji cihazını istəmiş və bir daha evə gəlməyəcəyini demişdir. O da C.Sədyarova bir daha bu evə qayıtmamasını bildirdikdən bir müddət sonra sonuncu gələrək mobil telefonun enerji toplama cihazını götürmüş və qapını çırparaq getmişdir. 30 avqust 2022-ci il tarixdə 22:17-də Ceyhun Sədyarov +**********90 saylı mobil nömrə ilə ona zəng edərək özünü blokdan çıxartmağını və sonra gec olacağını bildirmiş, o da Ceyhun Sədyarovu blokdan çıxarmışdır. Bundan sonra X37 Cəfərli ilə evə gəldiyini bildirmiş və 01:52-də ona “Whatsapp” vasitəsilə sms yazaraq qapını açmağını istəmişdir. Həmin vaxt qapının gözlüyündən baxdıqda təkcə Təqsirləndirilən şəxs görmüş, qapını açmış və sonuncu mənzilə daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt uzun illərdən sonra ilk dəfə ona “mama” demiş, bu ərəfədə Ceyhun Sədyarov da qapını döymüş, Təqsirləndirilən şəxs qapını açdıqdan sonra Ceyhun Sədyarov içəri daxil olmuşdur. Təqsirləndirilən şəxs ona işarə edərək qarşılamağı üçün Ceyhun Sədyarovun gəldiyini demiş, bundan sonra çay dəmləmiş və Təqsirləndirilən şəxs şirniyyat almasını söyləmişdir. Təqsirləndirilən şəxs və Ceyhun Sədyarov şirniyyat almaq üçün marketə düşmüşlər. Bir müddət sonra qayıdaraq masa arxasında əyləşib çay içmiş, həmin vaxt hər ikisi sakit söhbət etməklə ümumi dolların qalxmasından, Türkiyədə vəziyyətin yaxşı olmadığından danışmışlar. Bir müddət sonra Ceyhun Sədyarov ayağa qalxdıqda Təqsirləndirilən şəxs də ayağa qalxmış “day mən getdim” deyərək çölə çıxarkən Təqsirləndirilən şəxs də ayağa qalxmış və 31 avqust 2022-ci il tarixdə saat 03:09-da birlikdə evdən çıxmış, həmin vaxt aralarında hər hansı mübahisə, söz söhbət olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs C.Səydarovu yola salmaq üçün evdən çıxdığını fikirləşmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs, daha sonra isə C.Sədyarova zəng etsə də heç biri zəngə cavab verməmişdir. Bu haldan narahat olub Təqsirləndirilən şəxs dəfələrlə sms yazmış, lakin sonuncu cavab verməmişdir. Təqsirləndirilən şəxs 03:35-də onun zənginə cavab verərək dostu ilə olduğunu və evə gələcəyini bildirmişdir. Bir müddət sonra polis əməkdaşları gələrək əvvəlcə Ceyhun Sədyarovu daha sonra isə Təqsirləndirilən şəxs soruşmuş, həmçinin C.Sədyarovun öldüyünü bildirmişlər. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona araşdırma apardığını, kim günahkar olsa həmin şəxsi öldürəcəyini demiş, o isə cavab olaraq sözlərini ciddiyə almayıb “BərəkAllah” demişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs son vaxtlar ona qarşı çox qısqanc olmuş, telefonunu mütəmadi olaraq yoxlamış, o da sonuncunun xəbəri olmasın deyə mobil telefonundaki zəng və danışıqları silmişdir. Təqsirləndirilən şəxs aralarında olan danışıqlar zamanı onun C.Sədyarovla olan münasibətinin ər-arvad deyil, başqa cür olduğunu, kənardan sonuncunun onu “saxlamış” kimi göründüyünü, əslində bir yerdə yaşadıqları halda bu halı rəsmiləşdirməli olduqlarını söyləmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ilə C.Sədyarovun nə vaxtsa mübahisə və ya dava etmələrini eşitməmiş, sadəcə oğlu Təqsirləndirilən şəxs C.Sədyarovu ondan uzaq durması ilə bağlı xəbərdar etməsi haqqında məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs C.Sədyarovu öldürməyi onun kirayə yaşadığı evə gəlməmişdən əvvəl planlaşdırmış olduğunu, Təqsirləndirilən şəxs üzərində həmin bıçağı məhz C.Sədyarovu öldürmək niyyətini reallaşdırmaq üçün gətirməsini fikirləşir, lakin həmin bıçağı özü görməmişdir, haradan əldə etməsi haqqında məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 1999-cu ilin sentyabr ayında X17 ilə ailə həyatı qurmuş, həmin nikahdan Səfər və Ömər adlı övladları dünyaya gəlmişdir. Təxminən 2015-ci ilin axırlarında rəsmi qaydada nikahları pozulmaqla boşanmış, övladları məhkəmə qərarına əsasən onun himayəsində qalmışdır. Oğlu Təqsirləndirilən şəxs 8-ci sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə H.Əliyev adına Hərbi İnstituta qəbul olunmaqla orada kursant kimi xidmət etmişdir. Keçmiş həyat yoldaşı Gülnarə Cabbarova ilə xırda ailə münaqişələri olsa da, 2014-2015-ci illərədək xoşbəxt yaşamış, təxminən 2014-cü ilin əvvələrində sözlü mübahisə etdikdən sonra sonuncu övladlarını onun yanında qoyaraq valideynlərinin yaşayış yeri olan Qobustan rayonu Mərəzə qəsəbəsinə getmişdir. Bir aya yaxın orada qaldıqda sonra övladlarının anasız böyüməməsi üçün barışmaq niyyəti ilə arxasınca getmiş və artıq həyat yoldaşının həmin qəsəbədə yerləşən gözəllik salonlarının birində saç ustası kimi çalışmasını müşahidə etmişdir. İlk dəfə Ceyhun Sədyarovu orada görmüş, sonuncu yanaşı yerləşən paltar satışı mağazasında işləmiş, lakin C.Sədyarovun G.Cabbarova ilə aralarında münasibətlərinin olub-olmasını bilməmişdir. Bundan sonra G.Cabbarova ilə barışıb yenidən yaşayış yerinə gətirmişdir. 2015-ci ilin yay aylarında artıq sonuncunun davranışlarının fərqli olmasını, tez-tez boşanmaq istədiyini və bu kimi sözlərdən istifadə etməsini, soyuqluğunu hiss etmiş, həmin ilin sentyabr ayının 1-də isə G.Cabbarova özbaşına evi tərk edərək getmişdir. Hara getməsini bilmədiyindən itkin düşmüş kimi Binəqədi rayonu 40-cı Polis Bölməsinə məlumat vermişdir. Bu hadisədən təxminən 1-2 ay sonra Gülnarə Cabbarova onunla əlaqə saxlayıb Ceyhun Sədyarov adlı şəxsə qoşulub qaçmasını demiş, kim olmasını soruşduqdan sonra G.Cabbarova izahedici məlumatlar verdikdə artıq həmin adamın kimliyini bilmiş, bir müddət onları axtarsa da, tapa bilmədiyindən artıq 2016-cı ilin əvvələrində Qobustan Rayon Məhkəməsinə müraciət edərək boşanmışdır. Bu səbəbdən sonrakı müddətlərdə G.Cabbarova oğulları Səfər Cəfərli və Təqsirləndirilən şəxs ilə münasibət qurmağa, danışmağa və sair çalışsa da, sonuncular belə bir adda analarının olmamasını deyib danışmaqdan imtina etmişlər. Təqsirləndirilən şəxs C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunduqdan sonrakı müddətlərə bir neçə dəfə ona zəng edib anası Gülnarə Cabbarovanın nəzarət buraxılış məntəqəsinə gəlib görüşmək istəməsini, lakin sonuncunu görmək istəmədiyini dedikdə, o, Təqsirləndirilən şəxs özünün qərar verməsini, istədiyi halda görüşməsini, əks təqdirdə etirazını bildirməsini söyləmişdir. Bu qaydada Təqsirləndirilən şəxs Hərbi İnstitutda təhsil aldığı dövrdən anası Gülnarə Cabbarova ilə münasibətlərinin düzəlməsini, arada bir görüşməsini və barışdığını hiss etmiş, buna baxmayaraq, Təqsirləndirilən şəxs anası ilə görüşdüyünə görə irad bildirməmişdir. Çünki sonuncunun anasız böyüməsi ona təsir etmiş, tamamilə münasibətlərinin pozulmasını istəməmiş, hər iki övladının artıq hadisələri qavramalarını və bu baxımdan özlərinin qərar vermələrini öhdələrinə buraxmışdır. 2022-ci ilin avqust ayının əvvələrində oğlu Təqsirləndirilən şəxs məzuniyyətə çıxmaqla yaşadıqları evə gəlmiş, sonuncu dost-tanışı ilə çox vaxt keçirdiyindən az halda evdə görünmüş, əhval-ruhiyyəsində hər hansı bir dəyişiklik hiss etməmişdir. Məzuniyyətinin bitməsinə bir neçə gün qalmış, yəni təxminən 28-29 avqust 2022-ci il tarixdən evdə qalmamış, zəng edib harada olmasını soruşduqda bir neçə gün sonra Hərbi Liseyə qayıdacağını, bu səbəbdən dost-tanışı ilə istirahət etdiyini bildirmişdir. 31 avqust 2022-ci il tarixdə gecə saatlarında evdə yatan zaman səs-küy olduğunu görüb Təqsirləndirilən şəxs gəldiyini fikirləşmiş, yuxudan ayıldıqda digər oğlu Səfər Cəfərlini görərək nə baş verməsini soruşduqda sonuncu çölə çıxdıqda izah edəcəyini söyləmişdir. O bundan sonra çölə çıxanda Təqsirləndirilən şəxs məhlədə olmaqla sağ əlinin sarıqlı olmasını görmüş, nə baş verdiyini soruşduqda sonuncu Ceyhun Sədyarovu öldürməsini, sonuncuya bıçaq xəsarətləri yetirən zaman əlini kəsdiyini qeyd etmişdir. Həmin vaxt çox pis olmuş, həyəcandan baş verənlərə inanmamış, Təqsirləndirilən şəxs danlayıb niyə belə bir hərəkət etməsini soruşduqda, sonuncu “daha başıvı dik tutub gəzə bilərsən” sözlərindən istifadə etmişdir. X21 sözlərindən eşitdiyinə görə, Təqsirləndirilən şəxs “siz çox şeyi bilmirsiz, mən araşdırmışam, atamla anamın boşanmasına səbəbkar olub, o ölməliydi” sözlərini demişdir. Daha sonra oğlu Təqsirləndirilən şəxs onlara təkidlə “102” xidmətinə zəng etmələrini tələb edərək “elə fikirləşməsinlər ki, qaçmışam” sözlərindən istifadə etmiş, lakin o və yaxında yaşamaqla yanlarına gələn digər qohumları ilk olaraq əlində olan xəsarətə görə tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmasını, orada soruşulduqda hadisəni danışmasını, bundan sonra hər bir halda polis əməkdaşlarının gələcəyini bildirmişlər. Bununla da, Təqsirləndirilən şəxs xəstəxanaya aparılmış, orada sonuncuya ilkin tibbi yardım göstərilmiş, Təqsirləndirilən şəxs baş vermiş hadisə haqda qısa məlumat verdikdən bir müddət sonra polis əməkdaşları həmin yerə gəlməklə sonuncunu Nərimanov rayon Polis İdarəsinə və ya prokurorluğuna aparmışlar. Təqsirləndirilən şəxs ilə Ceyhun Sədyarovun nə vaxtsa danışıq aparmalarını, mübahisə və ya dava etmələrini eşitməmiş, yalnız sonradan Təqsirləndirilən şəxs C.Sədyarova anasından uzaq durması və öz ailəsinin yanına getməsi ilə bağlı xəbərdar etməsini, hadisə günü sonuncu ilə birlikdə G.Cabbarovanın yaşayış evində çay içib söhbət etmələrini eşitmişdir. Təqsirləndirilən şəxs C.Sədyarovun ailəsinin “dağılması”nın səbəbkarı olmasını düşünmüş, sonuncuya çoxsaylı bıçaq zərbələri vurmaqla öldürmək niyyətində olmuş, nə vaxt bu qərara gəldiyini bilməsə də, Təqsirləndirilən şəxs sonradan hadisədən bir-iki gün əvvəldən C.Sədyarovla görüşmək və öldürmək istədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs üzərində kəsici-deşici alətlər, hər hansı bir silah gəzdirməsi haqda məlumatı olmamış, hadisə zamanı istifadə etdiyi bıçağı nə vaxtdan və haradan əldə etməsini bilməmiş, sonuncunun üzərində görməmişdir. Təqsirləndirilən şəxs C.Sədyarovu öldürmək niyyətində olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda olan yeni tikili binanın 1-ci mərtəbəsində “Kərimoğlu” adlı market vardır. Binaya qarşıdan baxdıqda sol tərəfdə sıra ilə avtomobillər saxlanılmışdır, birinci avtomobil qara rəngli “Toyota Prius” markalı **-BG-*** dövlət nömrə nişanlıdır. Avtomobilin sağ tərəfində, marketin pilləkənlərindən 01 metr kənarda, yola tərəf olan ərazidə kişi cinsli insan meyiti vardır. Meyitə baxdıqda ilkin olaraq müxtəlif nahiyələrində kəsici-deşici xassəyə malik alətlə yetirilməyə uyğun xəsarətlər müşahidə olunur. X3 aid olduğu müəyyənləşdirildi. Hadisə yerinin yaxınlığında, Qarabağ küçəsi ilə Tələt Şıxəliyev küçəsinin kəsişməsində “TŞ6-105” nömrəli təhlükəsiz şəhər kameralarının, həmçinin C.M.Sədyarovun meyitinin aşkar edildiyi yerdə olan “Kərimoğlu” marketin videomüşahidə kameralarının olması müəyyən edildi. Hadisə yerinə baxış zamanı 02 ədəd “İphone” markal mobil telefon, X8 şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, X13 şəxsiyyət vəsiqəsi və pasportu, 01 ədəd bank kartı, 01 ədəd ağ rəngli kart, 08 ədəd açar, 01 ədəd mobil telefon adapteri və 04 ədəd bir manatlıq pul əskinasları aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Götürmə aparılması və baxış keçirilməsi haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində bir ədəd boz rəngli üzərində “Zara” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış cins şalvar, bir ədəd qara rəngli üzərində “black mamba” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli üzərində qana bənzər ləkələr olan mayka və bir cüt qara rəngli ayaqqabı olmuş, həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Götürmə aparılması və baxış keçirilməsi haqqında 31 avqust 2022-ci il tarixli digər bir protokoldan görünür ki, hadisə zamanı X8 əynində bir ədəd üzərində “Stefano Ricci” yazısı yazılmış qana bənzər maddə ilə bulaşmış çoxsaylı kəsik izləri olan mavi rəngli köynək, bir ədəd üzərində qara rəngli kəmər olan üzəri qana bənzər maddə ilə bulaşmış kəsik izləri olan mavi rəngli cins materialdan olan şalvar, bir ədəd üzərində “Bloom” yazısı yazılan üzəri qana bənzər maddə ilə bulaşmış açıq-boz rəngli tursik, bir cüt qara rəngli corab, bir cüt qara rəngli üzərində qırmızı və ağ rəngli naxışlar olan ayaqqabı, bir ədəd qızılı rəngli üzərində “Fitron” yazısı olan qol saatı olmuş, həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyi bıçaq dəmir-metal materialdandır, dəstəyi taxta material ilə örtülmüşdür, dəstəyinin uzunluğu 13 santimetr, tiyəsinin uzunluğu isə 14.5 santimetrdir, açılıb-qatlanan tiplidir, tiyəsi üzərində 03 ədəd deşik vardır. Bıçağın üzərində qanabənzər ləkələrin olması müşahidə olunur, qablaşdırılaraq iş materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs anası X1 yaşadığı ünvanda yan qonşusunun mənzilində olan videomüşahidə kamerası ilə qeydə alınan görüntülərə baxış keçirilərkən müəyyən edildi ki, 31 avqust 2022-ci il tarixdə saat 02:06-da (7-9 dəqiqə saat fərqinin olması nəzərə alınmaqla) iki nəfər kişi cinsli mülki geyimdə olan şəxs hərəkət edərək 50 nömrəli mənzilə doğru yaxınlaşır. Ö.Şahid1 olması ehtimal olunan şəxs mənzilin qapısını döydükdə C.M.Sədyarov olması ehtimal edilən şəxs kənarda dayanır, təxminən 1 dəqiqə sonra o da içəri daxil olur. Saat 02:26-da həmin şəxslər mənzildən çıxaraq uzaqlaşsalar da, saat 02:40-da yenidən geri qayıdaraq mənzilə daxil olurlar. Bundan sonra 31 avqust 2022-ci il tarixdə saat 03:16-da əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra isə Ceyhun Sədyarov olması ehtimal edilən şəxslər mənzildən çıxaraq birlikdə, hər hansı mübahisə etmədən mənzildən uzaqlaşırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, disklərin daxilində olan videogörüntülər 1 saat 30 dəqiqə müddətinə olmaqla 31 avqust 2022-ci il tarix saat 02:30-dan saat 04:00-dək olan vaxtı əhatə edir və Bakı şəhəri Nərimanov rayonu ərazisində Qarabağ küçəsi ilə Tələt Şıxəliyev küçəsinin kəsişməsində yerləşən TŞ6-105 müşahidə kamerasından götürülmüşdür. “TŞ6-105 1-2022-08- 31_02h30min00s000ms” adlı videogörüntüdən görünür ki, dairəvi qaydada 360 dərəcə bucaq altında hərəkət edən kameranın müşahidə dairəsinə saat 03:11-də “Araz” marketin sol qabaq tərəfində iki nəfər mülki geyimli şəxsin səki üzərində dayanaraq siqaret çəkməklə danışıq aparmaları düşür, bu hal saat 03:14-dək davam edir. Həmin şəxslər saat 03:14-də hərəkət edərək yolun asfalt örtüyü üzərinə çıxırlar və yanaşı getməklə Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişmə hissəsindən keçdikdə Təqsirləndirilən şəxs və X12 bənzədilirlər, işıqlandırma zəif olduğundan tam olaraq üz cizgilərini görmək mümkün olmur, lakin sonuncunun əynində tünd göy rəngli şalvar və qısaqol köynəyin, ayağında isə daban hissəsi ağ rəngdə olan ayaqqabının, sol bilək nahiyəsində saata bənzər əşyanın olması, habelə sağ tərəfi ilə hərəkət edən Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarın və qara rəngli qısaqol köynəyin, ayağında isə tünd rəngli ayaqqabının olması, hərəkətdə olarkən alışqanla siqaret yandıraraq çəkməsi müşahidə edilir. Bundan sonra onların kəsişmədən keçərək yol ilə avtomobillərin hərəkəti istiqamətinə əks olaraq sakit tərzdə irəliləmələri, həmin vaxt qarşılarına hər hansı bir avtomobilin çıxmaması, ətrafda kiminsə müşahidə edilməməsi, yalnız park edilmiş avtomobillərin olması, saat 03:15-də müşahidə kamerasının görüntü dairəsindən kənara çıxaraq hərəkətlərini davam etdirmələri, həmin müddətlərdə aralarında mübahisə və ya münaqişənin baş verməməsi görünür. “TŞ6-105 2-2022-08- 31_02h30min00s000ms” adlı videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs və Ceyhun Sədyarov olmaları ehtimal edilən şəxslər düzünə çəkiliş aparan kameranın müşahidə dairəsinə saat 03:14-də düşürlər, bundan sonra yuxarıda qeyd olunanlar təkrar olunur, yəni onlar yanaşı hərəkət edərək Qarabağ və T.Şıxəliyev küçələrinin kəsişmə hissəsindən keçdikdən sonra yolun asfalt örtüyü üzəri ilə avtomobillərin hərəkəti istiqamətinə əks olaraq sakit tərzdə irəliləyirlər, həmin vaxt qarşılarına hər hansı bir avtomobil çıxmır, ətrafda kimsə müşahidə edilmir, əsasən park edilmiş avtomobillərin olması, saat 03:15-də müşahidə kamerasının görüntü dairəsindən kənara çıxaraq hərəkətlərini davam etdirmələri, sözügedən müddət ərzində aralarında mübahisə və ya münaqişənin baş verməməsi görünür. Bundan başqa, saat 03:21-də Təqsirləndirilən şəxs bənzər şəxsin C.Sədyarovla hərəkət etdiyi yola paralel, yəni əks istiqamətdən səki üzəri ilə iti addımlarla geri qayıtması, əllərinin qırmızı rəngə, yəni ehtimalla qanabənzər ləkələrə bulaşması və kamera altında keçərək getməsi müşahidə edilir. “TŞ6-105 3-2022-08-31_02h30min00s000ms” adlı videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs və Ceyhun Sədyarov olmaları ehtimal edilən şəxslər düzünə çəkiliş aparan kameranın müşahidə dairəsinə saat 03:11-də düşürlər, bundan sonra yuxarıda qeyd olunanlar təkrar olunur. Cinayət işinin materiallarına əlavə edilmiş X8 meyitinin aşkar edildiyi ərazinin yaxınlığında yerləşən “Kərimoğlu” adlı marketin müşahidə kameralarından götürülmüş videogörüntülərin olduğu diskə baxış keçirilərkən müəyyən olundu ki, həmin görüntülər WhatsApp Video 2022-08-31 (1)”, “WhatsApp Video 2022-08-31 (2)” və “WhatsApp Video 2022-08-31 (3)” adlı müvafiq olaraq 1 dəqiqə 32 saniyə, 1 dəqiqə 31 saniyə və 34 saniyə müddətindədir. “WhatsApp Video 2022-08-31 (1)” adlı videogörüntüdən görünür ki, yerdə uzanıqlı vəziyyətdə olan kişi cinsli şəxs əl və ayaqları ilə özünü müdafiə edən zaman digər ayaqüstə olan kişi cinsli şəxs müdafiə olunanın ayaqlarını kənara itələməklə əsasən qurşaqdan yuxarı və baş hissələrə sağ əlində olan alətlə zərbələr vurur, daha sonra üzərinə keçib zərbələri davam etdirmək istədikdə müdafiə olunan ayaqları ilə zərər yetirənin sağ ayağını sıxıb saxlayır, bundan sonra sonuncu əlində olan aləti sol əlinə keçirib əsasən sinədən yuxarı istiqamətdə müdafiə olunana zərbələr endirir, sağ ayağı sərbəst buraxıldıqda isə sifətinə həmin ayağı ilə təpik zərbələri vurur, daha sonra hər iki ayağı ilə baş nahiyəsinə zərbələr vurur, müdafiə olunan artıq huşsuz vəziyyətdə olarkən və müqavimət göstərmədiyi halda zərbələr davam etdirilir, bundan sonra zərər yetirən müdafiə olunandan biraz kənarlaşaraq yaxınlıqda olan avtomobilin ətrafına fırlanmaqla əyilərək alt hissəsindən nəyisə götürməyə çalışır, həmin vaxt müdafiə olunan demək olar ki, tərpənmədən yerdə uzanıqlı vəziyyətdə qalır. “WhatsApp Video 2022-08-31 (2)” adlı videogörüntüdən görünür ki, zərər yetirən hələ də avtomobilin ətrafına fırlanmaqla əyilərək alt hissəsindən nəyisə götürməyə çalışır, daha sonra avtomobilin arxa hissəsi istiqamətində addımlayaraq müşahidə dairəsindən itir, həmin vaxt müdafiə olunan yerdə uzanıqlı vəziyyətdə olsa da, huşu özünə gəlməklə tərpənir, sol yanı üstü çevrilir, əlləri ilə dayaq verib oturaq vəziyyətdə qalır, bir neçə saniyə sonra zərər yetirən iti addımlarla avtomobilin arxa hissəsində keçib müdafiə olunana tərəf gəlməklə yaxınlaşıb sifətinə sağ ayağı ilə təpik zərbəsi vurur, sonuncu zərbənin təsirindən oturaq vəziyyətdən yenidən uzanıqlı hala qayıdır, zərər yetirən yerdə təpiklə nəyisə vurub uzaqlaşdırır və müdafiə olunanın ayaqlarından tutataq müşahidə kamerasının görüntü dairəsinə daha yaxın istiqamətə çəkir, zərər yetirən avtomobilin qabaq hissəsi tərəfə gedərək görüntüdən itir, müdafiə olunan yenidən əlləri ilə dayaq verib oturaq vəziyyətdə qaldıqda avtomobilin arxa hissəsindən iki nəfər, sinədən aşağı hissələri görünən şəxs dayanmadan keçib gedir, həmin vaxt zərər yetirən getdiyi istiqamətdən müdafiə olunana yaxınlaşaraq sifətinə sağ ayağı ilə təpik zərbəsi vurur, sonuncu zərbənin təsirindən oturaq vəziyyətdən yenidən uzanıqlı hala qayıdır, zərər yetirən avtomobilin qabaq hissəsi tərəfə gedərək görüntüdən itir, bu zaman müdafiə olunan demək olar ki, tərpənmədən yerdə uzanıqlı vəziyyətdə qalır. Sonuncu “WhatsApp Video 2022-08-31 (3)” adlı videogörüntüdən isə görünür ki, zərər yetirən sol əlində olan alətlə yerdə uzanıqlı vəziyyətdəki müdafiə olunanın qarın nahiyəsinə zərbələr endirir, görüntünün 03 və 09-cu saniyələrində həmin alətin bıçağa bənzəməsi müşahidə edilir, daha sonra zərər yetirən sonuncunun qol böyür, sol əl, qarın və boğaz nahiyələrinədə zərbələr endirir, görüntünün 26-cı saniyəsində zərər yetirən avtomobilin arxa hissəsinə doğru gedərək hadisə yerindən uzaqlaşır, müdafiə olunan isə demək olar ki, tərpənmədən yerdə uzanıqlı vəziyyətdə qalır. Baxış zamanı iştirakçı Təqsirləndirilən şəxs bildirdi ki, yerdə uzanıqlı vəziyyətdə olmaqla özünü əl və ayaqları ilə müdafiə edən şəxs X14r, ona bıçaqla və təpik zərbələri ilə çoxsaylı xəsarətlər yetirən şəxs isə özüdür (Təqsirləndirilən şəxs). Hadisə zamanı əlində olan bıçaq yaxınlıqda olan avtomobilin alt hissəsinə düşdüyündən bir müddət onu axtarır və götürmək üçün avtomobilin ətrafına fırlanır, həmin müddətdə C.M.Sədyarov oturaq vəziyyətə gəldiyindən təpiklə ona zərbələr vurur, daha sonra əyilərək avtomobilin alt hissəsindən bıçağı götürdükdə yenidən C.M.Sədyarovun tərpənməsini görüb məqsədinə, yəni sonuncunun ölümünə nail olmaq üçün eyni bıçaqla bədənin müxtəlif, əsasən sinə, qarın və boğaz nahiyələrinə zərbə vurmağı davam etdirir. Hadisə vaxtı oradan keçən şəxslərin kimliyini bilmir, onları tanımır, xatırladığına görə, kişi cinsli olmaqla təxminən 18-22 yaşlı idilər, hərəkətlərini dayandırmadan ötəri olaraq baş verənləri, yəni C.M.Sədyarovun yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşlər, sonra iti sürətlə oradan uzaqlaşmışlar. C.M.Sədyarovun uzanıqlı vəziyyətdə olduğu zaman ayaq tərəfinə yaxın yerdə olan daş parçası əvvəlcədən orada olub, həmin daş parçası ilə sonuncuya xəsarət yetirməmişdir. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci Polis Şöbəsinin rəisinə ünvanlanan raportdan görünür ki, 31 avqust 2022-ci il tarixdə saat 03:39 radələrində “Təqsirləndirilən şəxs” olduğunu bildirən şəxs ***-***-**-** saylı mobil nömrədən Daxili İşlər Nazirliyinin “102” X23 rayonu Qarabağ küçəsi ərazisində tanımadığı adamı bıçaqlaması barədə məlumat vermişdir. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci Polis Şöbəsinin rəisinə ünvanlanan digər raportdan görünür ki, 31 avqust 2022-ci il tarixdə saat 03:28 radələrində naməlum şəxs ***-***-**-** saylı mobil nömrədən Daxili İşlər Nazirliyinin “102” X23 rayonu Qarabağ küçəsi 22 ünvanında binanın həyətində iki nəfər şəxsin olduğunu, bir nəfər şəxsin qışqırmasını və yerdə uzanmasını, digər şəxsin isə onu ağacın dibinə dartmasını bildirərək məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X20” X33 Nərimanov rayon şöbəsindən təqdim olunan 31 avqust 2022-ci il tarixli 107 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: sol ağciyərin orta payının və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən döş qəfəsinin ön səthinin sağ və sol yarısının 08 (səkkiz) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 01 (bir) ədəd, qarın nahiyəsinin sağ və sol yarısında boşluğa nüfuz edən qaraciyərin zədələnməsi ilə müşayiət olunan 06 (altı) ədəd, sağ qasıq nahiyəsinin 01 (bir) ədəd, bel nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, alt çənə cismi nahiyəsinin 01 (bir) ədəd, boyun nahiyəsinin orta və aşağı 1/3-də 03 (üç) ədəd, sol bazu nahiyəsinin 05 (beş) ədəd, sağ bazu nahiyəsinin 01 (bir) ədəd, sol mil-bilək oynağının ön səthinin 01 (bir) ədəd, sol dirsək çuxurunun 01 (bir) ədəd, sağ baldır nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yaralar (ümumilikdə 30 ədəd) deşici-kəsici təsirə malik alətin (alətlərin) o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların təsirindən törənmişlər, sol göz ətrafı nahiyənin hematoması, üst göz qapağının, sol gicgah nahiyəsinin, sağ üst göz qapağının qançırları, burun tağının, sol bazu oynağının iç səthinin, sağ saidin aşağı 1/3-nin bayır səthinin, sağ əlin arxa səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati olub ölümündən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğundur, dərəcələrinə görə sol ağciyərin orta payının və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən döş qəfəsinin ön səthinin sağ və soİ yarısının 08 (səkkiz) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının 01 (bir) ədəd, qarın nahiyəsinin sağ və sol yarısında boşluğa nüfuz edən qaraciyərin zədələnməsi ilə müşayiət olunan 06 (altı) ədəd deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 15 ədəd) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, bel nahiyəsinin sağ yarısının 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, alt çənə cismi nahiyəsinin 01 (bir) ədəd, boyun nahiyəsinin orta və aşağı 1/3-də 03 (üç) ədəd, sol bazu nahiyəsinin 05 (beş) ədəd, sağ bazu nahiyəsinin 01 (bir) ədəd, sol mil-bilək oynağının ön səthinin 01 (bir) ədəd, sol dirsək çuxurunun 01 (bir) ədəd, sağ baldır nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yaraları sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir, sol göz ətrafı nahiyənin hematoması, üst göz qapağının, sol gicgah nahiyəsinin, sağ üst göz qapağının qançırları, burun tağının, sol bazu oynağının iç səthinin, sağ saidin aşağı 1/3-nin bayır səthinin, sağ əlin arxa səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıyırlar. X4 ölümünə səbəb döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən sol ağciyərin, ürəyin zədələnməsi və qarın nahiyəsinin sağ və sol yarısında boşluğa nüfuz edən qaraciyərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə nəticəsində baş vermiş hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazalon, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X20” X33 Nərimanov rayon şöbəsindən təqdim olunan 01 sentyabr 2022-ci il tarixli 935 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-sağ əlin 2-ci barmağının ön səthinin kəsilmiş yarası, 2-4-5-ci barmaqların arxa səthinin kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 31 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilən 07 oktyabr 2022-ci il tarixli 5/1074 nömrəli komputer-texniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş “Huawei Y6” markalı smartfonun yaddaşından toplanmış məlumatlar əsasında tərtib edilən hesabat “Ekspertiza 5-1074” adlı iş çantasında beş ədəd üzərində “Verbatim” yazısı olan DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. “Huawei Y6” markalı smartfonun yaddaşında “Facebook” sosial şəbəkəsinə aid “Omer Ceferli” adlı istifadəçi profili və “İnstagram” sosial şəbəkəsinə aid “frekast__”, “omar_0813”, “seferli.vurğun”, “khatire99” və “firuz_13_06” adlı istifadəçi profilləri müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən rəyə əlavə olaraq təqdim edilən 05 ədəd diskə və əşyalara baxış keçirilərkən müəyyən olundu ki, disklərin daxilində olan “İmages” və “Video” adlı qovluqlarda foto və çoxsaylı videogörüntülər izlənildikdə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilmədi. “Hadisə yerindən aşkar edilərək götürülmüş 02 ədəd mobil telefon” yazısı olan zərf açıldıqda içərisində tünd boz rəngli “İphone 12 Pro” və açıq boz rəngli “İphone 6” markalı mobil telefonların olması, onların arxa hissəsinə müvafiq olaraq səffaf və qara rəngli qoruyucuların keçirilməsi, üzərlərinə qanabənzər ləklərin yayılmış şəkildə dağılması, habelə ilk telefonun ekranının yuxarı hissəsində çatların olması, hər iki telefon təhlükəsizlik şifrəsində olduğundan açılaraq daxilində olan məlumatlara baxış keçirilməsinin mümkün olmaması müəyyən edildi. “Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlar” yazısı olan zərf açıldıqda içərisində qara rəngli “Huawei” və “Nokia” markalı mobil telefonların olması, qoruyucular və ya hər hansı bir zədələrinin olmaması görünür. “Nokia” markall mobil telefona baxış keçirildikdə daxilində "xxxx" MMC-yə məxsus 070 439-89-29 saylı mobil nömrənin olması müəyyən edilsə də, telefonun zənglər üçün nəzərdə tutulmuş bölməsində heç bir zəngin olmaması, foto və video bölmələrində iş üçün əhəmiyyət kəsb edən halların olmadığı müəyyən edildi. “Huawei” markalı mobil telefona baxış keçirildikdə daxilində hər hansı bir mobil nömrənin olmaması, lakin mobil telefonun “telefon, əlaqələr” hissəsinə daxil olduqda Ceyhun Sədyarovun istifadəsində olan 077 544-44-64 saylı mobil nömrəyə 04 aprel 2022-ci il və 18 avqust 2022-ci il tarixlərdə hər bir halda bir dəfə zəng edilməsi, lakin danışığın aparılmaması, 04 aprel 2022-ci il tarixdə həmin nömrədən geri zəng edildikdə isə 8 dəqiqə 7 saniyə və 16 dəqiqə 27 saniyə müddətinə danışıqların olması müəyyən edildi. Həmçinin həmin telefonda Gülnarə Cabbarovanın istifadəsində olan 051 330-13-15 və 070 330-13-15 saylı mobil nömrələr müvafiq olaraq “Oooo” və “Oo” adlı kimi yaddaşa alınmaqla həmin nömrələrlə qarşılıqlı olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdək danışıqların aparılmasını görünür. “Watsapp” və “İnstagram” mobil telefon tətbiqi proqramlarında təhlükəsizlik şifrəsi olduğundan baxış keçirilməsi mümkün olmadı. Bundan əlavə, fotoşəkillər olan bölmədə ekran çəkilişi şəkillərində “getcontact” proqramı təminatı vasitəsi ilə ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hansı adla qeyd olunmasının yoxlanılması və bəzi hallarda “Balım”, “Aşkım”, “Ceyhunun Gülnarəsi”, “Ceyhunun Sevgilisi” kimi qeyd olunması müşahidə edildi. Digər bölmələrdə iş üçün əhəmiyyət kəsb edən yazı, qeyd, ismarıc, foto və ya video müəyyən edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20” X29 təqdim olunmuş 27 sentyabr 2022-ci il tarixli 575 nömrəli məhkəmə tibbi-bioloji ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A /İİ/-dir. X8 ABO sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş 15 ədəd pambıq topası, zərərçəkmiş şəxs X12 məxsus qısaqol köynək, tuman, şalvar (kəmər ilə), bir cüt ayaqqabı, bir cüt corab, qol saatı və Təqsirləndirilən şəxs məxsus şalvar, qolsuz mayka, qısaqol mayka, bir cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H" antigeni alındı. ”H” antigeni 0 alfa,beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə zərərçəkmiş şəxs X12 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində zəif intensivliyində olan insan qanı ləkələri aşkar edildi, bu ləkələrdə qanın qrup göstəricilsi AB0 sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20” X29 təqdim olunmuş 07 sentyabr 2022-ci il tarixli 462 nömrəli məhkəmə tibbi-kriminalistik ekspertizasının rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş mərhum X12 məxsus köynəyin ön səthində səpələnmiş vəziyyətdə yerləşən iyirmi bir ədəd, köynəyin sol qolunun ön yuxarı səthində bir ədəd, köynəyin sol qolunun arxa səthində iki ədəd köynəyin sol yan tikişi üzərində iki ədəd, köynəyin arxa səthinin orta nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sol boyun nahiyəsində bir ədəd və şalvarın sağ ayağı üzərində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdir edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. C.M.Sədyarova məxsus köynəyin sağ qoltuqaltı tikişi üzərində aşkar edilmiş bir ədəd cırılma zədəsi köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartınması nəticəsində əmələ gəlmişdir. Təqdim edilmiş C.M.Sədyarova məxsus şalvarın arxa səthində tikilmiş emblemin yuxarı kənarı natamam sökülmüşdür. Bu da şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. C.M.Sədyarova məxsus tuman, bir cüt corab, bir cüt ayaqqabı və qol saatı, həmçinin Təqsirləndirilən şəxs məxsus mayka, köynək, şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X29 təqdim edilən 21 noyabr 2022-ci il tarixli 3086 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır, 31 avqust 2022-ci il tarixdə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, halhazırda da öz hərəkətlərinin ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur, cinayət törətdiyi zaman onda anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır, onun əməli Azərbaycan Respublikasının CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qəsdən adam öldürən zaman psixi-emosional vəziyyətində qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda anası ilə qətlə yetirdiyi şəxs arasında baş verənləri qəbul edə bilməməsi ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, inadkarlıq, kinlilik, özünə qarşı hörmət tələb etmək, emosionallıq, öz maraqlarını üstün tutmaq, eqosentrizm kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. "xxxx" Telekom MMC-nin təqdim etdiyi bir ədəd diskə baxış protokolundan müəyyən edilmişdir ki, X6 adına ***-***-**-**, X8 adına isə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr qeydə alınmışdır, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:51:11-də zəng edilərək 44 saniyə müddətinə danışıq həyata keçirilmiş, həmçinin ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 03:50:40-da zəng edilərək 62 saniyə müddətinə danışıq həyata keçirilmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 07 avqust 2020-ci il tarixli 183 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu Təqsirləndirilən şəxs həmin tarixdən Ali Hərbi Məktəbə qəbul olunmuş, bütün növ təminatlara daxil edilərək “əsgər” hərbi rütbəsi verilməklə 4-cü kursant taborunda (1-ci kurs) hazırlıq kursu keçmişdir. Heydər Əliyev adına Hərbi İnstitut rektorunun 02 avqust 2022-ci il tarixli 54 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs həmin tarixdən 31 avqust 2022-ci il tarixədək yay tətili məzuniyyətinə getmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiyalar İdarəsindən təqdim olunan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və X18 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə yox, özünü həmin Məcəllənin 120.1-ci maddəsi ilə təqsirli bilərək, Ceyhun Sədyarovu həyatdan məhrumetmə əməlində qəsdinin ancaq onu öldürmək olması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakterli ifadəsidir və daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə ifadənin yerində yoxlanılması barədə protokol, eskpertiza rəyləri, baxış protokolları, kamera görüntülərinə baxış və digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs mərhum Ceyhun Sədyarova çoxsaylı bıçaq zərbələri vurmaqda məqsədinin sonuncunun müqavimətini qıraraq tez öldürmək olduğunu bildirmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarına əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə alınır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxsaylı xəsarətlər və s.) yetirilməsi mövcud olur. Odur ki, Təqsirləndirilən şəxs C.M.Sədyarovun həyat üçün vacib orqanlarına daha az zərbə vurub ölümünü tezləşdirmək məqsədinə nail ola biləcəyinə baxmayaraq, ekspert rəyinə əsasən ümumilikdə yetirdiyi 30 bıçaq xəsarətindən 15 ədədini digər nahiyələrə yetirmiş, eyni zamanda sifət və baş nahiyələrinə təpik zərbələri vurmuş, C.M.Sədyarov artıq huşsuz vəziyyətdə olarkən və müqavimət göstərmədiyi halda zərbələri davam etdirmişdir. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 13-cü bəndinin 1 və 2-ci abzaslarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal köməklik etməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, gənc olmasını və xidmət yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər daxil olunduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və Bakı Hərbi Məhkəməsinin 4-1(093)-141/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli- 31 avqust 2022-cı il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında təqdim olunmuş mülki iddia barədə ərizədə: - Zərərçəkmiş şəxsin hüquqi varisi X16 Təqsirləndirilən şəxs tərəfindən oğlu X8 qətlə yetirilməsi səbəbindən sonuncunun vəfatı ilə əlaqədar keçirilmiş tədbirlərə və məzar daşının tikilməsi xərclərinə sərf olunmuş ümumilikdə 23.000 manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 354.1-ci naddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.1-ci maddəsinə görə eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanunsuz soyuq silah əldə edib xüsusi amansızlıqla qəsdən digər şəxsi həyatdan məhrum etməsi cinayətlərini törətməsi öz təsdiqini tapsa da, aşağıdakı səbəblərə görə hazırkı cinayət işi çərçivəsində qarşıya çıxa biləcək digər mülki hüquqi məsələlər həll edilmədən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qaldırılmış mülki iddia üzrə obyektiv məhkəmə qərarı – mülki iddianın təmin və ya rədd olunması haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, göründüyü kimi hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı mülki iddia ilə bağlı ziddiyyətli məqamlar mövcud olmuş, məhkəmə prosesində mülki iddiada göstərilən məbləğin əsasını müəyyən etmək mümkün olmamışdır. Qaldırılmış mülki iddiada zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən iddia olunan məbləğin (sərf olunan vəsaitin) dəqiq müəyyən edilməsi mülkiprosessual münasibətlərin predmetidir. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin tələbini əsaslandırdığı hallara dair sənədlər, yəni mülki iddia ərizəsində göstərdiyi X8 dəfn edilməsi, məzar daşının tikilməsi və yas mərasiminin təşkil edilməsi üçün sərf olunduğu iddia edilən 23.000 manat maddi ziyanı təşkil edən xərcləri təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından və hal-hazırda sözügedən mülki iddiaya məhkəmə kollegiyası tərəfindən mahiyyəti üzrə hüquqi qiymət verilməsi əlavə araşdırmalar tələb etdiyindən məhkəmə baxışının həddindən artıq uzanmasına yol açdığı üçün zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ ona izah olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs qaldırılmış mülki iddianı qəbul etməmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Gələcəkdə ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün müvafiq sorğular verilməsi nəticəsində Təqsirləndirilən şəxs adına hazırda mülkiyyətində “Nissan Qashqai” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə kompüter texniki ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 53.65 ( əlli üç manat altmış beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı Hərbi Prokurorluğunda maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli üzərində “Zara” yazısı yazılmış cins şalvar, bir ədəd qara rəngli üzərində “black mamba” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli mayka və bir cüt qara rəngli ayaqqabı, həmçinin, hadisə zamanı X8 əynində olan bir ədəd üzərində “Stefano Ricci” yazısı yazılmış mavi rəngli köynək, bir ədəd üzərində qara rəngli kəmər olan mavi rəngli cins materialdan olan şalvar, bir ədəd üzərində “Bloom” yazısı yazılan açıq-boz rəngli tursik, bir cüt qara rəngli corab, bir cüt qara rəngli üzərində qırmızı və ağ rəngli naxışlar olan ayaqqabı və hadisə yerindən götürülərək 1-dən 15-ə qədər nömrələnmiş qan nümunələri məhv olumalı; - X12 məxsus bir ədəd qızılı rəngli üzərində “Fitron” yazısı olan qol saatı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi- X9 qaytarılmalı; - C.M.Sədyarovun meyitinin aşkar edildiyi ərazinin yaxınlığında yerləşən “Kərimoğlu” adlı marketin müşahidə kamerasında qeydə alınan videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı qaldırdığı mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı Hərbi Prokurorluğunda maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli üzərində “Zara” yazısı yazılmış cins şalvar, bir ədəd qara rəngli üzərində “black mamba” yazısı yazılmış köynək, bir ədəd ağ rəngli mayka və bir cüt qara rəngli ayaqqabı, həmçinin, hadisə zamanı X8 əynində olan bir ədəd üzərində “Stefano Ricci” yazısı yazılmış mavi rəngli köynək, bir ədəd üzərində qara rəngli kəmər olan mavi rəngli cins materialdan olan şalvar, bir ədəd üzərində “Bloom” yazısı yazılan açıq-boz rəngli tursik, bir cüt qara rəngli corab, bir cüt qara rəngli üzərində qırmızı və ağ rəngli naxışlar olan ayaqqabı və hadisə yerindən götürülərək 1-dən 15-ə qədər nömrələnmiş qan nümunələri məhv edilsin. - X12 məxsus bir ədəd qızılı rəngli üzərində “Fitron” yazısı olan qol saatı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi- X9 qaytarılsın. - C.M.Sədyarovun meyitinin aşkar edildiyi ərazinin yaxınlığında yerləşən “Kərimoğlu” adlı marketin müşahidə kamerasında qeydə alınan videogörüntülərin olduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə kompüter texniki ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 53.65 ( əlli üç manat altmış beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar