Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-30/2023 24.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X4 Qurban oğlunun sədrliyi ilə, Məmmədova Nigar İbrahim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1986-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, evli, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikiləşdirilmiş bölüyünün 2-ci mexanikiləşdirilmiş tağımının 2-ci döyüş maşınları heyətinin tuşlayıcı operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənəddən saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissənin mexanikiləşdirilmiş bölüyünün mexanikiləşdirilmiş tağımının tuşlayıcı-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 20N-ci ilin may ayında daha əlverişli şərtlərlə istehlak krediti götürmək üçün tanışı vətəndaş Şahid3 ilə danışıb, sonuncunun 14 may 20N-ci il tarixdə pul qarşılığında Bakı şəhəri, Nəsimi rayonu ərazisində təqdim etdiyi məzmunu təhrif edilməklə və yalan məlumatlar daxil edilərək hazırlanmış hüquq verən sənədi, yəni guya onun Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində «kapitan» hərbi rütbəsində xidmət etməsini təsdiq edən, səlahiyyətli şəxsin adından imzalanmış və gerbli möhür çap edilmiş «ZH №-li 008527» seriya və nömrəli saxta «zabitin xidməti vəsiqəsi»ni həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «X6» ASC-nin «Rəqəmsal 1» filialına təqdim edib 4000 (dörd min) manat kredit götürülməsinə nail olmaqla, bilə-bilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, o, Müdafiə Nazirliyinin Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının 2-ci döyüş maşınları heyətinin tuşlayıcı-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin iyun ayında daha əlverişli şərtlərlə istehlak krediti götürmək üçün tanışı vətəndaş Şahid3 ilə danışıb, sonuncunun 23 iyun 2022-ci il tarixdə pul qarşılığında Bakı şəhəri, Yasamal rayonu ərazisində təqdim etdiyi məzmunu təhrif edilməklə və yalan məlumatlar daxil edilərək hazırlanmış hüquq verən sənədi, yəni guya onun Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində «kapitan» hərbi rütbəsində xidmət etməsini təsdiq edən, səlahiyyətli şəxsin adından imzalanmış və gerbli möhür çap edilmiş «ZH №-li 009914» seriya və nömrəli saxta «zabitin xidməti vəsiqəsi»ni həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «X6» ASC-nin «Rəqəmsal 5» filialına təqdim etməklə, təkrarən biləbilə saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ittihama uyğun ifadə verib törətdiyi cinayət əməlindən peşman olduğunu, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş «X6»ın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Rəqəmsal 1» filialının aparıcı satış məsləhətçisi Şahid1 ifadəsində göstərmişdir ki, 16 dekabr 2019-cu il tarixdən həmin bankda çalışır. 14 may 20N-ci il tarixdə təxminən saat 11-12 radələrində müştəri kimi bir oğlan vətəndaş yaxınlaşaraq, Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etdiyini, 4000 (dörd min) manat istehlak krediti götürmək istədiyini bildirmişdir. Müştəri ona şəxsiyyət vəsiqəsi və zabitin xidməti vəsiqəsini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinə baxan zaman müştərisinin ad, soyad, ata adının Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqəyə baxan zaman həmin vəsiqənin dörd künc formada olduğunu, üzərində üzlük olduğunu, vəsiqənin Dövlət Sərhəd Xidmətinə məxsus olaraq zabitin xidməti vəsiqəsi olduğunu, həmin şəxsin Dövlət Sərhəd Xidmətinə məxsus hərbi geyimdə və kapitan hərbi rütbəsində şəklinin olduğunu, xidmət yerinin N nömrəli hərbi hissə yazıldığını, vəsiqənin verilmə tarixinin xx.xx.2019-cu il, etibarlılıq müddətinin xx.xx.2025-ci il göstərildiyini, həmçinin vəsiqənin altında Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynov yazıldığını, imza icra olunduğunu, vəsiqənin seriya nömrəsinin ZH No 008527 olduğunu, habelə vəsiqədə yaşıl rəngli Dövlət Sərhəd Xidmətinin gerbli möhürü vurulduğunu görmüşdür. Şəxsiyyət vəsiqəsi ilə xidməti vəsiqədə doğum tarixi eyni yazıldığını da görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs əmək haqqı cədvəlinə BirBank mobil tətbiqində baxmışdır. O, Təqsirləndirilən şəxs kredit tarixçəsinə baxdıqdan sonra sonuncuya kreditin verilə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsi və digər sənədlərini götürərək filial müdirinin yanına yaxınlaşmışdır. Həmin sənədlərə baxan filial müdiri öz qeydiyyatlarını götürüb sənədləri ona qaytarmış və kreditin rəsmişlədirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra əməliyyatçı masasına qayıtmış, proseduraya uyğun olaraq krediti rəsmiləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 4000 (dörd min) manat istehlak kreditini faizləri ilə birlikdə ayda 142 (yüz qırx iki) manat 61 (altmış bir) qəpik ödəməklə 3 (üç) il müddətinə götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs hər hansı gecikməsi olmamış, vaxtında krediti ödəmiş və 2022-ci ilin noyabr ayında krediti tam şəkildə vaxtından əvvəl bağlamışdır. Lakin, daha sonra bankın rəhbərliyindən ona bildirilmişdir ki, Təqsirləndirilən şəxs saxta sənədlə yaxınlaşıb kredit götürə bilmiş, əslində sonuncu Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etməmiş, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bilə-bilə saxta sənəddən istifadə etməyinə görə barəsində cinayət işi başlandığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş «X6»ın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Rəqəmsal 5» filialının kiçik satış məsləhətçisi Şahid2 ifadəsində göstərmişdir ki, 14 fevral 2022-ci il tarixdən həmin filialda çalışır. 23 iyun 2022-ci il tarixdə təxminən saat 16 radələrində müştəri kimi Təqsirləndirilən şəxs adlı vətəndaş yaxınlaşaraq, hərbiçi olduğunu, anasının müalicə xərclərinin qarşılanması üçün 10000 (on min) manat istehlak krediti götürmək istədiyini bildirmişdir. Müştəri ona şəxsiyyət vəsiqəsi və zabitin xidməti vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi xidməti vəsiqəyə baxan zaman həmin vəsiqənin dörd künc formada olduğunu, üzərində üzlük olduğunu, vəsiqənin Dövlət Sərhəd Xidmətinə məxsus olaraq zabitin xidməti vəsiqəsi olduğunu, həmin şəxsin Dövlət Sərhəd Xidmətinə məxsus hərbi geyimdə və kapitan hərbi rütbəsində şəklinin olduğunu, xidmət yerinin N nömrəli hərbi hissə yazıldığını, vəsiqənin verilmə tarixinin xx.xx.20N-ci il, etibarlılıq müddətinin xx.xx.2026-cı il göstərildiyini, həmçinin vəsiqənin altında Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynov yazıldığını, imza icra olunduğunu, vəsiqənin seriya nömrəsinin ZH No 009914 olduğunu, habelə vəsiqədə yaşıl rəngli Dövlət Sərhəd Xidmətinin gerbli möhürü vurulduğunu görmüşdür. Şəxsiyyət vəsiqəsi ilə xidməti vəsiqədə doğum tarixi eyni yazıldığını da görmüşdür. Təqsirləndirilən şəxs özü də Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əmək haqqı cədvəlinə BirBank mobil tətbiqində baxdıqdan sonra sonuncunun əmək haqqı onda şübhə yaratmışdır. Əsasən kredit verdiyi Dövlət Sərhəd Xidmətinin zabitlərində əmək haqqı 1200-dən çox olduğu halda Təqsirləndirilən şəxs isə 1200-dən aşağı olmuşdur. Bundan başqa vəsiqənin təzə olması, 20N-ci il tarixdən işləyən vəsiqəyə oxşamaması, habelə gerbli möhüründə saxta olması şübhələri onda yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, xidməti vəsiqəsi və digər sənədlərini götürərək filial müdirinin müavinin yanına yaxınlaşmışdır. O, filial müdirinin müavininə də Təqsirləndirilən şəxs təqdim etdiyi vəsiqənin saxta olmasından şübhələndiyini bildirmişdir. Daha sonra müdir müavini bankın təhlükəsizlik departamenti ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs anket məlumatlarını ötürmüş və bir neçə dəqiqədən sonra həmin departamentdən zəng olunaraq Təqsirləndirilən şəxs zabit olmadığı, N nömrəli hərbi hissədə xidmət etmədiyi bildirilmişdir. Daha sonra işçi masasına qayıdıb Təqsirləndirilən şəxs "maraqlandıq, sənədin saxtadır, Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etmirsiz, sizə kredit verə bilmərik" demiş, Təqsirləndirilən şəxs saxta sənəddən istifadə etdiyini etiraf edərək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi verilmiş, lakin saxta vəsiqəsi verilməmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra həmin saxta vəsiqə Bankın Təhlükəsizlik Departamentinə göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bilə-bilə saxta sənəddən istifadə etməyinə görə barəsində cinayət işi başlandığını öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3, ibtidai istintaq zamanı şahid qismində dindirilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2018-ci ilədək olan ərəfədə ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etmiş, xidmət zamanı saxta sənəddən istifadə etdiyinə görə barəsində cinayət işi başlanmış, daha sonra xidməti uyğunsuzluqla tərxis edilmişdir. O, saxta sənədin hazırlanmasında "Nicat" adlı şəxslə tanış olmuş, belə ki sonuncu pul qarşılığında saxta sənədlərin hazırlanması ilə məşğul olmuşdur. 20N-ci ilin may ayında kənddə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs banka yaxınlaşaraq kreditə 3000 (üç min) manat pul götürmək istədiyini, lakin bank əməkdaşları ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün 1000 (min) manat kredit ayrıla biləcəyini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs kömək etmək qərarına gələrək "Nicat" adlı şəxsin dediklərini xatırlamışdır. "Nicat" adlı şəxsin adını çəkməyərək Təqsirləndirilən şəxs "narahat olma mən sənin üçün danışaram istədiyin məbləğdə kredit verərlər" demişdir. Daha sonra "Nicat" adlı şəxslə əlaqə saxlamış və sonuncu ona Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə hərbi vəsiqəsinin şəklin çəkib atmasını bildirmişdir. 13 may 20N-ci il tarixdə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq şəxsiyyət vəsiqəsi ilə hərbi şəxsi vəsiqəsinin şəklini çəkib whatsapp proqramında ona atmasını bildirmiş, Təqsirləndirilən şəxs onun dediklərini etmişdir. Ardınca həmin şəkilləri whatsapp proqramında "Nicat" adlı şəxsə göndərmişdir. "Nicat" adlı şəxs göstəriş verərək Bakı şəhərinə gəlməli olduqları bildirilmişdir. O, Təqsirləndirilən şəxs 14 may 20N-ci il tarixdə gəlməsini bildirmişdir. O, həmin tarixdə Təqsirləndirilən şəxsla görüşməzdən əvvəl "20 yanvar" metrostansiyasının yaxınlığında "Nicat" adlı şəxslə görüşmüş və sonuncu Təqsirləndirilən şəxs adına hazırlanmış olan saxta zabitin xidməti vəsiqəsini təqdim etmişdir. O, vəsiqəyə alıb baxdıqdan sonra vəsiqənin dördkünc formada olduğunu, üzərində üzlük olduğunu, vəsiqənin Dövlət Sərhəd Xidmətinə məxsus olaraq zabitin xidməti vəsiqəsi olduğunu, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin formasının şəkli üzərinə geyindirildiyini, rütbə isə kapitan qoyulduğunu, xidmət yerinin isə N nömrəli hərbi hissə yazıldığını, vəsiqənin verilmə tarixi xx.xx.2019-cu il, etibarlılıq müddətinin xx.xx.2025-ci il göstərildiyini, həmçinin vəsiqənin altında Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynov yazıldığını, imza icra olunduğunu, vəsiqənin seriya nömrəsinin ZH No 008725 olduğunu, habelə vəsiqədə yaşıl rəngli Dövlət Sərhəd Xidmətinin gerbli möhürü vurulduğunu görmüşdür. "Nicat" adlı şəxsə Təqsirləndirilən şəxs götürmək istədiyi kreditin məbləğini dedikdən sonra sonuncunun kredit götürməyə nail olacağı təqdirdə 1000 (min) manat pulu "şirinlik" kimi almasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs kredit götürməyə nail olacağı təqdirdə verəcəyi puldan "Nicat" adlı şəxsin də ona 100-200 manat arası hörmət qismində pul verəcəyini bildirmişdir. Daha sonra "Nicat" adlı şəxslə ayrılaraq təxminən saat 11-12 radələrində Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "X6"ın "Rəqəmsal 1" filialına yaxınlığına getmişlər. Bankın yaxınlığında Təqsirləndirilən şəxs adına hazırlanmış olan saxta zabitin xidməti vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs vəsiqəyə baxandan sonra adına hazırlanan Dövlət Sərhəd Xidmətinin xidməti vəsiqəsinin saxta olduğunu ona demişdir. O, Təqsirləndirilən şəxs "narahat olma, gir banka özünü vəsiqədə göstərilən kimi təqdim et, sənə istədiyin krediti verəcəklər, əvvəllərdə belə etmişəm alınmışdır" demişdir. Kredit götürəcəyi təqdirdə "şirinlik" kimi 1000 (min) manat pulu ona verməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs həmin saxta vəsiqəni götürüb "X6"ın "Rəqəmsal 1" filialına daxil olmuş, o isə bayırda gözləmişdir. Təxminən 30-40 dəqiqədən sonra Təqsirləndirilən şəxs bankdan çıxaraq 4000 (dörd min) manat kredit götürə bildiyini bildirmişdir. Ardınca aralarındakı olan razılığa əsasən Təqsirləndirilən şəxs 1000 (min) manatı ona "şirinlik" kimi vermişdir. Elə oradaca Təqsirləndirilən şəxsla birlikdə saxta vəsiqəni yandıraraq məhv etmişlər. Təqsirləndirilən şəxs ayrıldıqdan sonra "20 yanvar" metrostansiyasının yaxınlığına gedərək "Nicat" adlı şəxslə görüşərək Təqsirləndirilən şəxs kredit götürməyə nail olduğunu bildirərək sonuncunun verdiyi 1000 (min) manatı təqdim etmişdir. "Nicat" adlı şəxs həmin 1000 (min) manat puldan ona 200 (iki yüz) manat hörmət qismində vermişdir. Bundan sonra 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs yenədə onunla əlaqə saxlayaraq bu dəfə digər kreditini bağlamaq şərti ilə 10000 (on min) manat kredit götürmək istədiyini bildirmişdir. Əvvəlki qaydada Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi ilə hərbi vəsiqəsinin şəklin çəkib whatsapp proqramında ona atmış, o da həmin şəkilləri whatsapp proqramında "Nicat" adlı şəxsə göndərərək Təqsirləndirilən şəxs götürmək istədiyi kreditin məbləğini bildirmişdir. "Nicat" adlı şəxs Təqsirləndirilən şəxs kredit götürəcəyi təqdirdə 2000 (iki min) manat pulu "şirinlik" kimi götürməsini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs kredit götürməyə nail olacağı təqdirdə verəcəyi həmin puldan "Nicat" adlı şəxsin də ona 400-500 manat arası hömət qismində pul verəcəyini bildirmişdir. Nicat" adlı şəxs göstəriş verərək Bakı şəhərinə gəlməli olduqları bildirilmişdir. O, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə gəlməsini bildirmişdir. O, həmin tarixdə Təqsirləndirilən şəxsla görüşməzdən əvvəl "20 yanvar" metrostansiyasının yaxınlığında "Nicat" adlı şəxslə görüşmüş və sonuncu Təqsirləndirilən şəxs adına hazırlanmış olan saxta zabitin xidməti vəsiqəsini təqdim etmişdir. O, vəsiqəyə alıb baxdıqdan sonra vəsiqənin dördkünc formada olduğunu, üzərində üzlük olduğunu, vəsiqənin Dövlət Sərhəd Xidmətinə məxsus olaraq zabitin xidməti vəsiqəsi olduğunu, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin formasının şəkli üzərinə geyindirildiyini, rütbə isə leytenant qoyulduğunu, xidmət yerinin isə N nömrəli hərbi hissə yazıldığını, vəsiqənin verilmə tarixi xx.xx.20N-ci il, etibarlılıq müddətinin xx.xx.2026-cı il göstərildiyini, həmçinin vəsiqənin altında Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynov yazıldığını, imza icra olunduğunu, vəsiqənin seriya nömrəsinin ZH No 009914 olduğunu, habelə vəsiqədə yaşıl rəngli Dövlət Sərhəd Xidmətinin gerbli möhürü vurulduğunu görmüşdür. Daha sonra "Nicat" adlı şəxslə ayrılaraq təxminən saat 16 radələrində Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxsla Bakı şəhəri, Yasamal rayonunda yerləşən "X6"ın "Rəqəmsal 5" filialına yaxınlığına getmişlər. Bankın yaxınlığında Təqsirləndirilən şəxs adına hazırlanmış olan saxta zabitin xidməti vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs vəsiqəyə baxandan sonra adına hazırlanan Dövlət Sərhəd Xidmətinin xidməti vəsiqəsinin saxta olduğunu ona demişdir. O, Təqsirləndirilən şəxs keçən dəfə götürdün problem olmadı, narahat olma" demişdir. Kredit götürəcəyi təqdirdə "şirinlik" kimi 2000 (iki min) manat pulu ona verməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs həmin saxta vəsiqəni götürüb "X6"ın "Rəqəmsal 5" filialına daxil olmuş, o isə bayırda gözləmişdir. Təxminən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs bankdan çıxmadığını gördükdən sonra problem yarandığını hiss etmiş, oradan uzaqlaşaraq Beyləqan rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs onu kənddə görən zaman təqdim etdiyi saxta sənədin bank əməkdaşları tərəfindən aşkarlandığını, bir daha onu narahat etməməsini qeyd etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də, ekspertizaların rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 4/1543-5/1328 nömrəli 10 noyabr 2022-ci il tarixli kompleks məhkəməxəttşünaslıq və məhkəmə sənədlərin-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Təqsirləndirilən şəxs adına ZH 009914 nömrəli xidməti vəsiqənin blankı, çap mətni və üzərindəki möhür əksi axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Təqsirləndirilən şəxs adına ZH 009914 nömrəli xidməti vəsiqədə olan Kadrlar Baş İdarəsinin rəisi, general-mayor sözlərinin qarşısındakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Təqsirləndirilən şəxs adına ZH 009914 nömrəli xidməti vəsiqəsində olan möhür əksinin təsvirləri ekspertizaya təqdim edilmiş Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan ZH 009914 nömrəli xidməti vəsiqədəki "Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynov" qrafasındakı imza - X2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan ZH 009914 nömrəli xidməti vəsiqədə "Kadrlar Baş İdarəsinin rəisi, general-mayor A.Hüseynov" qrafasındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən, Şahid3 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 5.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəxsi vəsiqəsindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində 20 sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədə, N sentyabr 20N-ci il tarixdən isə N nömrəli hərbi hissədə xidmət keçmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr 20N-ci il tarixli, 25 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin mexanikləşdirilmiş bölüyünün mexanikləşdirilmiş tağımının tuşlayıcı-operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs həmin tarixdə həmin hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının 2-ci döyüş maşınları heyətinin tuşlayıcı-operatoru vəzifəsinə təyin edilərək, bütün təminat növlərinə daxil edilmişdir. (Cild 1, İ.v : 48) N nömrəli hərbi hissə tərəfindən təqdim edilən xidməti xasiyyətnaməyə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunmuşdur. (cild İ.v : 49) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş bazasında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 1,İ.v: 50) Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir. (cild 1,İ.v: 164-165) Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənəddən saxta olduğunu bilə-bilə istifadə etməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 320.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 6.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayəti etiraf edib səmimi peşmanlığını bildirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən «Vətən müharibəsində» iştirak etməsini, «Cəsur döyüşçü», «Füzulinin azad olunmasına görə” və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri əvəzinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi saat) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməli, cinayət işi üzrə aparılmış ekspertiza xərci 200 (iki yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 14 may 20N-ci il tarixdə «Azər-Türk Bank»ın «Rəqəmsal 1» filialına təqdim etdiyi saxta xidməti vəsiqənin kserosurəti və 23 iyun 2022-ci il tarixdə «Azər-Türk Bank»ın «Rəqəmsal 5» filialına təqdim etdiyi saxta xidməti vəsiqənin kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə barəsində həmin Məcəlləsinin 50.1-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə beş faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Maddi sübut kimi tanınmış «Azər-Türk Bank»ın «Rəqəmsal 1» filialına və «Azər-Türk Bank»ın «Rəqəmsal 5» filialına təqdim etdiyi saxta zabit vəsiqəsinin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat ekspertiza xərci alınıb Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zeynal Ağayev
Məhkəmə qərarları › İş №1-1(093)-30/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-30/2023
24.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver