Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-31/2023 25.01.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X4 və təqsirləndirilən şəxs X5 iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında 4 noyabr 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Bakı şəhəri Badamdar qəsəbəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi şəhərciyində qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi Bibiheybət yolu 2 ünvanında yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər X5 Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin stasionar rabitə qovşaqının yerüstü bağlama məntəqəsinin baş mexaniki vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə saat 15:00-da xidmət yerini özbaşına tərk etmiş, yalnız xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə gəlməklə on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmədə X9 ona Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, N sentyabr 2022-ci il tarixdə o, təyinat vərəqəsi ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gələrək, şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 xidməti otağına girib gəlməyi haqqında məruzə etmişdir. Təyinat vərəqəsini ondan aldıqdan sonra, mayor Şahid1 onun hərbi hissənin şəxsi heyətinin siyahısına salındığını, lakin, vəzifəyə təyin olunma əmrinin hərbi hissəyə daxil olmadığını və onun konkret olaraq hansı bölmədə xidmət edəcəyinin hələ məlum olmadığını bildirmiş, sonra mayor Şahid1 hərbi hissənin ərazisində olmasını və gün ərzində şəxsi heyətin uçotu bölməsinə yaxınlaşaraq hansı bölməyə təyin olunduğu barədə məlumat almasını ona bildirmişdir. Həmin gün o, şəxsi heyətlə birlikdə saat 13:00-dan saat 15:00-dək nahar fasiləsinə getdikdən sonra saat 15:00-dan saat 18:30-dək hərbi hissənin ərazisində olmuş, lakin həmin gün, o, şəxsi heyətin uçotu bölməsinə müraciət etməmişdir. Növbəti gün, yəni, N sentyabr 2022-ci il tarixdə o, 07:45 radələrində xidmət yeri olan N nömrəli hərbi hissəyə gəmiş, həmin tarixdə həftənin şənbə günü olmaqla qısa iş günü olduğundan o, şəxsi heyətlə birlikdə saat 13:00-da hərbi hissədən çıxaraq həmin dövrdə yaşadığı evinə getmişdir. 25 sentyabr 2022-ci il həftənin bazar günü, yəni, qeyri-iş günü olduğundan o, xidmət yerinə getməmişdir. N sentyabr 2022-ci il tarixdə saat 07:45 radələrində o, xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlmiş, həmin gün, saat 13:00-dək hərbi hissənin ərazisində olmuş, daha sonra saat 13:00-da yenə də, yaşayış evinə getmişdir. 07 oktyabr 2022-ci il tarixdə atası X6 onun şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək hərbi hissədən axtarıldığı barədə məlumat vermişdir. O, tam geyim formasında 07 oktyabr 2022-ci il tarixdə saat 14:00-da xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlmiş, şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 xidməti otağına daxil olaraq özünü təqdim etmişdir. Mayor Şahid1 ona xidmət yerini özbaşına tərk etdiyinə görə raportla yuxarı komandanlığa məruzə edildiyini və faktla bağlı araşdırma aparılacağını bildirmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində əsgər X9 şəxsi heyətin uçotu bölməsinə gələrək təyinat vərəqəsini ona təqdim etmişdir. Həmin vaxt o, əsgər Ş.Orucova izah etmişdir ki, sonuncunun barəsində verilmiş əmr hərbi hissəyə daxil olmamışdır. Bu səbəbdən əsgər Ş.Orucovun hansı bölməyə təyin olunduğu məlum deyildir. Əsgər Ş.Orucova hansı bölməyə təyin olduğunu dəqiqləşdirənə kimi hərbi hissənin ərazisində olmasını, gün ərzində şəxsi heyətin uçotu bölməsinə yaxınlaşaraq hansı bölməyə düşdüyünü dəqiqləşdirməsini, daha sonra təyin olunduğu bölməyə getməsini ona demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə tərəfindən stasionar rabitə qovşağı bölməsinin şəxsi heyəti yoxlanıldığı zaman müəyyən etmişdir ki, MAHHXHQ əsgər X9 xidmət yerində yoxdur. İstifadəsində olan ***-***- **-** nömrəli mobil nömrə ilə əsgər Ş.Orucovun təqdim etdiyi mobil nömrəyə zəng etsə də, həmin nömrəyə zəng çatmamışdır. O, əsgər Ş.Orucovun atası Anar Orucova zəng etmiş və oğlunun xidmət yerində olmaması barədə məlumat vermişdir. O, dərhal bununla bağlı hərbi hissə komandanlığına raportla məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00-da əsgər Ş.Orucov şəxsi heyətin uçotu bölməsinə gəlmiş, stasionar rabitə qovşaqının yerüstü bağlama məntəqəsinin baş mexaniki vəzifəsinə təyin olunması barədə məlumatlandırılmış və xidmət yerinə göndərilmişdir. Aparılmış araşdırma zamanı əsgər X5 N sentyabr 2022-ci il tarixdə saat 15:00-dan 07 oktyabr 2022-ci il tarixdə saat 14:00-dək xidmət yerini özbaşına tərk etdiyi müəyyən olunmuşdur Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat taqımının mühafizə manqa komandiri, çavuş Şahid2 ifadəsində bildirmişdir ki, N sentyabr 2022-ci il tarixdə saat 18:00-dan N sentyabr 2022-ci il tarixədə saat 18:00-dək o, hərbi hissənin nəzarət buraxılış məntəqəsinin növbətçisi xidmətinə təyin olunmuşdur. Komandanlığın göstərişinə əsasən xidmətə daxil olan gün saat 11:00-da xidmətə daxil olan şəxslər hərbi hissənin tibb məntəqəsində müayinədən keçərək müvafiq kitablara imza etmişlər. N sentyabr 2022-ci il tarixdə saat 11:00-da tibb məntəqəsində müayinədən keçdikdən sonra o, əsgər X7 hərbi geyim formasında qərargahın inzibati binasının yanında görmüşdür. Əsgər Ş.Orucovu tanımadığından sonuncu ilə heç bir ünsiyyəti olmamışdır. Daha sonra N sentyabr 2022-ci il tarixdə saat 08:30 radələrində nəzarət buraxılış məntəqəsində xidmətdə olarkən əsgər X5 şəxsi heyətlə birlikdə nəzarət buraxılış məntəqəsindən hərbi hissəyə daxil olduğunu görmüşdür. O, sonuncunun buraxılış vərəsiqəsini təqdim etməsini tələb etdikdə əsgər Ş.Orucov hərbi hissəyə yeni təyin olunduğunu bildirmişdir. O, məsələ ilə bağlı N nömrəli hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi mayor Şahin Rəcəbova məruzə etmiş və sonuncu əsgər Ş.Orucovun N nömrəli hərbi hissəyə yeni təyin olunduğunu bildirərək sonuncunun buraxılış vəsiqəsinin hələ hazır olmadığını bildirmişdir. Bundan sonra əsgər X9 hərbi hissəyə daxil olmuşdur. N sentyabr 2022-ci il tarixdə X2 13:00 radələrində hərbi hissənin şəxsi heyəti ilə billikdə hərbi hissədən çıxdığını görmüşdür. Daha sonra, N sentyabr 2022-ci il tarixdə əsgər X7 N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsinin önündə mülki şəxslə dayanaraq söhbət etdiyini görmüşdür. Bundan sonra əsgər X7 gördüyünü xatırlamır. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin stasionar rabitə qovşaqının səyyar kabel-xətt bölməsinin texniki, gizir Şahid3 ifadəsində bildirmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə saat 18:00-dan N sentyabr 2022-ci il tarixədə saat 18:00-dək o, hərbi hissənin nəzarət buraxılış məntəqəsinin növbətçisi xidmətinə təyin olunmuşdur. N sentyabr 2022-ci il tarixdə saat 07:45 radələrində nəzarət buraxılış məntəqəsində xidmətdə olarkən əsgər X5 şəxsi heyətlə birlikdə nəzarət buraxılış məntəqəsindən hərbi hissəyə daxil olduğunu görmüşdür. Sonuncudan buraxılış vərəsiqəsini təqdim etməsini tələb etdikdə, əsgər Ş.Orucov hərbi hissəyə yeni təyin olunduğunu ona bildirmişdir. O, məsələ ilə bağlı N nömrəli hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi mayor Şahin Rəcəbova məruzə etmiş və sonuncu həmin hərbi qulluqçunun N nömrəli hərbi hissəyə yeni təyin olunduğunu bildirərək əsgər Ş.Orucovun buraxılış vəsiqəsinin hələ hazır olmadığını bildirmişdir. Bundan sonra əsgər X9 hərbi hissəyə daxil olmuşdur. N sentyabr 2022-ci il tarixdə saat 13 radələrində əsgər Ş.Orucovun digər hərbi qulluqçularla birlikdə hərbi hissəni tərk etdiyini görmüş, bundan sonra əsgər X7 gördüyünü xatırlamır. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxilolma haqqında 20 sentyabr 2022-ci il tarixli bağlaşmadan görünür ki, X9 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, Müdafiə Nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 20 sentyabr 2022ci il tarixli 0165əç nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X9 xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissənin stasionar rabitə qovşağının yerüstü bağlama məntəqəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissəsindən təqdim edilmiş təyinat vərəqəsindən görünür ki, X9 21 sentyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinin sərəncamına verilərək xidmətini davam etdirməsi üçün N sentyabr 2022-ci il tarixdə həmin hərbi hissəyə getməsi əmri verilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli 229 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X1 rabitə qovşağının yerüstü bağlama məntəqəsinin baş mexaniki vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim olunan 03 noyabr 2022-ci il tarixli 13024 nömrəli arayışdan görünür ki, X9 hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. X3 Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X5 əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini və müsbət xarakterizə olunmasını da nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X5 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün tədbiqini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə şərh olunanları, həmçinin təyin olunacaq cəzanın X5 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Hökmün icrası təqsirləndirilən şəxs X5 xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdr. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: X9 Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası X5 xidmət etdiyi hərbi hissə komandirinə həvalə olunsun. X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov
Məhkəmə qərarları › İş №1-1(093)-31/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-31/2023
25.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver